Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-103/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şəki rayonunda anadan olmuş. subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 9 ünvanında yerləşən “X17” adlı kafedə olduğu zaman kafenin digər müştərisi Zərərçəkmiş şəxs1 onun tanış olmaq istəyinə müsbət cavab verməməsi kimi cüzi səbəbi bəhanə edərək özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib kafedə olan şəxslərin gözü qarşısında masanın üzərində olan pivə bakalını götürüb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir dəfə qəsdən vurub ona sağ gicgah nahiyəsinin kəsilmiş yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra ictimai iaişə obyekti olan “X17” adlı kafenin digər müştərilərində qorxu və narahatçılıq hissinin yaranmasına, kafenin normal fəaliyyətinin dayanmasına səbəb olan qərəzli hərəkətlərini inadkarlıqla davam etdirərək masanın üzərindəki Zərərçəkmiş şəxs2 məxsus 01 ədədi 250 manat olmaqla 500 manat dəyərində 02 ədəd qalyan aparatlarını, 15 manat dəyərində 01 ədəd “Banketnaya” maraklı spirtli içki olan arağı, 70 manat dəyərində 01 ədəd spirtli içki olan “Tekilla”nı, ümumi dəyəri 450 manat təşkil edən 02 ədəd dəm çayniki, 02 ədəd mürəbbə qabı, 5 ədəd pivə bakalı, stəkan və boşqab dəstini sındırmaqla sonuncuya məxsus ümumilikdə 1035 manat dəyərində əmlakı məhv etməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 9 ünvanından yerləşən “X17” adlı kafeyə işdən sonra, boş vaxtlarında getmişdir. Ruslan və Sərxan adlı şəxslər onun tanışıdır və aralarında yoldaşlıq münasibətləri vardır. Ruslan və Sərxanın vasitəsi ilə onların birgə tanışları olan Səlminaz ilə tanış olmuş və bir neçə dəfə birlikdə həmin restoranda görüşərək oturub yeyib içmişlər. 03 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində həmin kafedə tanışı Ruslan və Sərxanın orada olduğunu görüb görüşərək bir masa arxasında əyləşmişlər. Həmin vaxt Səlminaz da gələrək onların masasında əyləşmiş və həmin kafedə spirtli içki qəbul etmişlər. 04 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində birlikdə masa arxasında oturub söhbət edən zaman Səlminaz onun əynində olan köynəyə lağ edərək onu ələ salaraq gülməyə başlamışdır. Həmin köynək qısaqol olduğu üçün masa arxasından durub gedərək köynəyini dəyişib gəlsə də, Səlminaz yenə də onu lağ edərək birinci əynində olan köynəyi “petux”ların geydiyini demişdir. O, da Səlminazın sərxoş olduğunu görüb onu yola verməyə başlamışdır. Bu zaman Səlminaz oturduğu stuldan qalxaraq onun ünvanına nalayiq ifadə işlədərək masanın üzərində pivəni götürüb onun üstünə atmışdır. O da Səlminazın bu hərəkətindən əsəbiləşərək içmək üçün sifariş verdiyi bakalda olan pivəni onun üzərinə tökmüşdür. Bu zaman Səlminaz əlində olan pivə bakalını ona tərəf atmış və bakal sol qoluna dəyərək yerə düşüb sınmışdır. Buna baxmayaraq Səlminaz sakitləşməyib masanın üzərində olan qəlyan aparatını üzərinə itələdikdə qəlyan aparatı yerə düşərək sınmışdır. Bu zaman masanın üzərində olan pivə bakalını kənara tullamışdır, Səlminaza tərəf atmaq istəməmişdir, lakin həmin bakalın onun başına dəyərək xəsarət almasını görməmişdir. Daha sonra onu çölə çıxarmışlar. Çöldə olan zaman tanımadığı şəxslərin biri Səlminazın başının qanadığını bildirmişdir. Bundan sonra yaşadığı ünvana getmişdir. Daha sonra onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət elmişlər. Orada ona məlum olmuşdur ki, Səlminaz və kafeni işlədən Tural adlı şəxs onun barəsində polisə şikayət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xuliqanlıq etmək niyyəti olmamışdır, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmişdir, hər iki şəxslə barışmışdır. Ailəsinin yeganə gəlir mənbəyidir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tez-tez gecələr yeni açılmış Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 9 ünvanından yerləşən “X17” adlı kafeyə getmişdir. Təqsirləndirilən şəxs da həmin kafeyə gedən zaman müştəri kimi görüb tanımışdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bu müddət ərzində də təxminən 3-4 dəfə qeyd olunan restoranda olduğu zaman Taleh onun oturduğu masaya gəlib əyləşərək onunla tanış olmaq istəmişdir. Lakin, hər dəfəsində ona rədd cavabı verməyinə baxmayaraq Teleh yenə də ondan əl çəkməmişdir. Hadisə olan vaxt gecə saatları restoranda tanışları Ruslan və Sərxan ilə oturub içki içərkən Taleh onların yanına gələrək oturmuşdur. Taleh də həmin vaxt işki qəbul etmişdir. Taleh nəyə görə onunla münasibət yaratmaq istəmədiyini bildirərək onu təhqir etmişdir. O da Talehin onu söydüyü üçün əlində tutmuş olduğu pivəni Talehin sifətinə tökmüşdür. Taleh əlində tutmuş olduğu pivəni onun sifətinə tökmüşdür. Bundan sonra mübahisə baş vermiş və mübahisə zamanı Taleh masanın üzərində olan pivə bakalını götürüb ona tərəf atmışdır. Həmin pivə bakalı onun başının sağ gicgah nahiyəsindən dəyərək sınmış və sınmış bakalın şüşəsi onun gicgah nahiyəsini kəsmişdir. Taleh sakitləşməyib masanın üzərində olan qəlyan aparatının borusundan yapışan zaman qəlyan aparatları yerə düşərək sınmışdır. Bundan sonra onun sağ gicgah nahiyəsindən qan axdığını üçün huşunu itirmişdir. Özünə gələn zaman isə artıq X3 görmüşdür. Orada həkimlər tərəfindən sağ gicgah nahiyəsinə 8 ədəd tikiş qoyaraq tibbi yardım göstərilmişdir. Bundan sonra Nərimanov RPl-nin 16-cı PŞ-nə gedərək ərizə ilə müraciət edib izahat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb Talehin onun ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Hadisə zamanı kafedə Ruslan və Sərxan, həmçinin afisantlar da olmuşdur. Talehin əynində olan paltarına lağ etməmişdir. Kafedə sınmış qəlyan aparatını və qabları o, yox Taleh sındırmışdır. Həmin mübahisə zamanı Talehin üzərinə heç bir qab atmamışdır. Şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 9 ünvanında yerləşən “X17” adlı kafeni icarəyə götürüb işlətmişdir. Həmin kafeni hər gün səhər saat 08:30-da açaraq işə başlayır və növbəti günə keçən gecə saat 04:00-a kimi işlədir. Kafedə olan işlərə özü nəzarət etsə də, kafedə iki nəfər ofisiant, bir nəfər qəlyançı, bir nəfər administrator, iki nəfər də aşbaz işləmişdir. Təqsirləndirilən şəxs bir il olar ki, işlətdiyi “X17" adlı kafeyə müştəri kimi gələn zaman görüb tanımışdır. Sonradan isə Talehin onunla həmyerli olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 da işlətdiyi kafeyə müştəri kimi gəlib getdiyi üçün tanımışdır. Onlarla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində kafedə olan iş otağından çıxıb zala daxil olan zaman Talehin əyləşdiyi masada olan pivə bakalını götürüb Səlminaz tərəfə atdığını və həmin bakalın Səlminazın başının sağ gicgah nahiyəsinə dəydiyini görmüşdür. Bunu görüb onların əyləşdiyi masaya yaxınlaşmaq istəyən zaman Taleh əlinə keçən qab-qacaqları, qalyan aparatlarını Səlminaza tərəf atmağa başlamışdır. Həmin vaxt X14 “103” xidmətinə zəng vuraraq hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışdır. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nə gedərək ərizə ilə müraciət edib izahat vermişdir. Həmin vaxt orada o, Taleh, Səlminaz, kafenin işçiləri və tanımadığı 4-5 nəfər müştəri olmuşdur. Eşitdiyinə görə mübahisənin baş verməsinə səbəb Talehin Səlminazın ünvanına nalayiq ifadə işlətməsi və Səlminazın buna qarşılıq olaraq pivəni Talehin üzərinə atması olmuşdur. Hadisə zamanı kafenin iş rejimi pozulmuşdur. Belə ki, hadisədən sonra kefedə olan müştərilər çıxıb getmişlər. Həmin hadisə nəticəsində onun 01 ədəd 250 manat olmaqla 500 manat dəyərində 02 ədəd qalyan aparatı, spirtli içkiləri, qab-qacaq dəsti sınmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 1035 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına ölkə xaricində olduğu üçün gəlib şahid qismində ifadə verməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ünvan 7la üzvləri İla birlikda kiraya yaşayır. Ferdi olaraq Bakı şahəri, Narimanov rayonu, ahmad Racablİ küçasi 238 ünvanmda "Wdanc” raqs kursunda raqs müəllim kimi işlayir. Hardan boş vaxtlarında Bakı şahari, Narimanov rayonu, X8 küçasi 9 ünvanında yerlaşan “X17" adlı kafeya getmişdir. Hamin kafeni Zərərçəkmiş şəxs2 Rahman oğlu işladir. X5 bir ay olar ki, ”X18" adlı kafeya gedan zaman müştari kimi görüb tanımışdır. Zərərçəkmiş şəxs1 da qeyd olunan kafeya müştari kimi gedən zaman tanımışdır. Tanışlıqları zamanı Səlminaz özünü ona Seva adı ila təqdim etmişdir. Onlarla aralarında heç bir ədavat va düşmançiliyi olmamışdır. 04 senlyabr 2023-cü il tarixdə saat 02 radalarinda hamin restoranda tanışları Ruslan, Salminaz va Talehlə oturub söhbat edarak piva şifariş verib içmişlar. Birlikda masa arxasında oturub söhbət edan zaman Səlminaz Talehin aynində olan köynaya lağ edərək onu alə salıb gülməyə başlamışdır. Talehin əyninda olan köynak qısaqol olduğu üçün Taleh masa arxasından durub gedərək köynəyini dayişib yenidan masaya qayıtmışdır. Hamin vaxt Səlminaz yenə də Talehə lağ edərək birinci əyninda olan köynayi “petux”lar geydiyini demişdir. Bu zaman Talehlə Səlminazın arasında sözlü mübahisa düşmüşdür. Mübahisa zamanı onlar bir-birilarinin ünvanına nalayiq ifada işlatmişlər. Hamin vaxt Səlminaz masanın üzarində piva bakalını götürüb içarisində olan pivəni Talehin üstüna atmışdır. Taleh da əlində tutmuş olduğu pivəni Səlminazın üstünə tullamışdır. Bu zaman onların arasında mübahisa gərginləşmiş va mübahisa zamanı Taleh masanın üzarinda olan piva bakalını götürüb Səlminaza tərəf atmışdır. Həmin pivə bakalı Səlminazın başının sağ gicgah nahiyəsindan dəyərək sınıb onun gicgah nahiyasini kəsmişdir. Səlminazın sağ gicgah nahiyəsindan qan axdığını görüb tez onu qucaqlayıb kənara çəkmişdir. Buna baxmayaraq Taleh sakitləşməyib masanın üzərində olan qabları va qəlyan aparatını yerə salıb sındırmışdır. Kafenin işçiləri Talehi kafedən çıxartmış va mübahisə yekunlaşmışdır. Kafenin işçiləri buz gətirib Səlminazın yarasının üstünə qoymușlar ki, qanın axması dayansın. Artıq Səlminaz qanaxmadan huşunu itirdiyi üçün özündə deyilmiş. Hadisa yerinə gələn Tacili Tibbi yardım avtomobili ilə X13 Mərkəzə aparmışlar. Orada Səlminaza həkimlar tərəfindan ilkin tibbi yardım göstərilmiş va onun sağ gicgah nahiyəsinə tikiş qoyulmuşdur. Bundan sonra oradan ayrılıb ünvana getmişlər. Talehi Bakı şəhəri, Narimanov rayonu, X9 küçəsi 9 ünvanında yerləşən "X17" adlı kafeya müştəri kimi gələn zaman görüb tanımışdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Baş vermiş hadisə zamanı Taleh masanın üzərində olan pivə bakalını götürüb Səlminazın sağ gicgah nahiyəsindən bir dəfə vuraraq xəsarat yetirmișdir. Hamin vaxt orada o, Taleh, Səlminaz, Ruslan və kafenin işçiləri olmuşlar. Dava-dalaş sözlü mübahisə ilə birlikda taxminan 4-5 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb Səlminazın Talehin geymiş olduğu köynəyə lağ etməsi, bu səbəbdən aralarında yaranmış sözlü mübahisə zamanı Səlminazın pivəni Talehin üzərinə atması olmuşdur. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Polis İdarəsini 16-cı Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 04 avqust 2023-cü il tarixdə saat 08:41-də KTM-dən Tibb bacısı Abdullayeva 16-ci PŞ-nə zəng edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 9, 1994-cü təvəllüdlü X4 bədən xəsarəti ilə onlara müraciət etməsi barədə məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Polis İdarəsini 16-cı Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 04 avqust 2023-cü il tarixdə saat 02 radələrində də icarəyə işlətdiyi Nərimanov rayonu, X10 9 saylı ünvanda yerləşən “X17” restoranına gələn Taleh adlı müştəri restoranın qab və əşyalarını sındırmaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurması barədə məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 qarşı cinayət hadisəsi Nərimanov rayonu, X10 9 saylı ünvanda yerləşən “X17” restoranında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X6 X16 xx.xx.2023-cü il tarixli, 1125 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət – sağ gicgah nahiyənin kəsilmiş yarası-kəsici əşyanın ola bilsin sınmış şüşə bakalın qırıntısının iti kənarının təsitrindən törənmişdir qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə qeyd edilən xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Respublika Pisxiatriya Xəstəxanasına” ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəsatəxanaya müraciət etməmişdir. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığnda saxlama müddəti 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş “Qətimkan tədbiri seçilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Abşeron rayonu Saray qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs atası və anası ilə birlikdə Saray qəsəbəsi, C.Novruz küçəsindəki nömrəsiz fərdi evdə yaşayır, barəsində qəsəbə əhalisi tərəfindən, istərsə də qonşuları tərəfindən heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmçinin Qərarın 3-cü bəndinə qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəstdən pivə bakalını atmadığını, kənara atarkən ona dəyməsi ilə bağlı ifadəsini, eləcə də Zərərçəkmiş şəxs1 onun koftasına gülməsi nəticəsində mübahisənin yarandığını, həmçinin masanın üzərindəki əşyaları onun tərəfindən deyil Zərərçəkmiş şəxs1 tərəfindən qırılması ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, məhkəmədə verilmiş ifadələrdən də aydın olur ki, alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs tərəfindən bir nəfər qadına, yəni özündən müqayisəyə gəlməyəcək dərəcədə zəif xanıma ictimai yer sayılan kafedə, gecə saatlarında, kafedə olan şəxslərin qarşısında yüksə səslə təhqiredici ifadələr işlətməsi, zərərçəkmiş şəxsə masanın üzərində olan pivə bakalını tullaması, həmçinin hərəkətlərinə davam edərək stolun üzərindəki əşyaları dağıdaraq kafenin sahibi Tural Sadıqova maddi ziyan vurması ilə bağlı hərəkətləri təkzib edilməz sübutlarla öz təsdiqini tapır. Həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs geyiminin ələ salınması və gülməsi nəticəsində hadisənin baş verməsinə dair bildirdiklərinə dair məhkəmə hesab edir ki, qeyd olunan səbəb - şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə kimi qiymətləndirilməməli və Təqsirləndirilən şəxs özünün də bildirdiyi kimi, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs geyiminə gülməsindən sonra köynəyini dəyişmişdir. Lakin, Təqsirləndirilən şəxs sonradan faktiki olaraq ictimai qaydanın kobud şəkildə pozulması ilə ifadə olunan hərəkətlərə yol verərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid xəsarət yetirməklə və Tural Sadıqovun əmlakına ziyan vurulması ilə nəticələnən xuliqanlıq əməlini törətmişdir. Qeyd olunan hərəkətlər mülkiyyətin toxunulmazlığına, birgəyaşayış qaydalarının aşkar və qərəzli olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətmiş və bununla da o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı ev dustaqlığında olduğu 03 ay (06 sentyabr - 06 dekabr 2023) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməlidir. Həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 95 (doxsan beş) iş saatına görə 570 (beş yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı ev dustaqlığında olduğu 03 ay (06 sentyabr-06 dekabr 2023) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1(bir) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 95 (doxsan beş) iş saatına görə 570 (beş yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-103/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-103/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver