Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-104/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1964-cü il tarixdə Yevlax rayonunun Tanrıqular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanında yerləşən “Tarzkız Baku” adlı qadın ayaqqabı və çantalarının satışı mağazasının giriş qapısının küçəyə olan hissəsinin yaxınlığından, həmin mağazada onlayn qaydada satıcı işləyən Zərərçəkmiş şəxs məxsus, içərisində 130 manat pul, 1 ədəd 500 manat dəyərində “İphone X” markalı, üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1 ədəd 700 manat dəyərində “Samsung” markalı mobil telefonlar, cəmi dəyəri 100 manat olan 2 ədəd pover bank, cəmi dəyəri 30 manat olan 2 ədəd mobil telefon adapted, cəmi dəyəri 200 manat olan qadın üçün bujiteriya əşyaları, 1 ədəd 25 manat dəyərində gün eynəyi, 1 ədəd 8 manat dəyərində fincan olan 150 manat dəyərində qara rəngli əl çantasını və içərisində cəmi 100 manat dəyərində geyim əşyaları olan 5 manat dəyərində salofan paketi gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1953 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən kafedə xadimə işləyir. 20 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində işdən çıxıb yaşadığı evə gedən zaman Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Tarzkız Baku” adlı qadın ayaqqabıları və çantaları satılan mağazanın giriş qapısının yaxınlığında 1 ədəd qadın əl çantası və 1 ədəd sellofan paketin olduğunu görüb həmin çanta və paketin sahibsiz olduğunu fikirləşdiyinə görə götürmüş, bundan sonra həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. Evdə olan zaman çantanın və paketin içərisində olan əşyalara baxdıqda Firuzə adlı tanımadığı qadına məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görmüş, çantanın və paketin içərisində müxtəlif adda əşyalar, yəni 25 manat pul, bir neçə ədəd bank kartları, şəxsiyyət vəsiqəsi, 2 ədəd pover bank, 2 ədəd mobil telefon adapter, qadın üçün bijüteriya əşyaları, gün eynəyi, 1 ədəd fincan və qadın üçün geyim əşyaları olsa da, həmin əşyaların heç- birinə əl vurmamış və fikirləşmişdir ki, səhəri gün işə gedən zaman, iş yerinin yaxınlığındakı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gedib çanta və paketi təhvil verər, polis əməkdaşları da sahibini müəyyən edib qaytararlar. Səhərisi gün, yəni 21 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlmiş və əl çantası ilə paketi, içərisində olan əşyalarla birlikdə polis əməkdaşlarına təhvil vermiş, çanta və paketin içərisində mobil telefon olmamışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində onlayn formada xırda ticarətlə məşğul olur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Tarzkız Baku” adlı qadın ayaqqabıları və çantaları satılan mağazada olan ayaqqabı və çantaların şəklini çəkib mağazanın müdirinə göndərir, müdir də həmin şəkilləri paylaşaraq ayaqqabı və çantaların satışını həyata keçirir, əldə edilən qazancdan ona əmək haqqı verir. 20 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Tarzkız Baku” adlı qadın ayaqqabıları və çantaları satılan mağazada olan ayaqqabı və çantaların şəklini özünə məxsus “İphone 14 Pro” markalı mobil telefonla çəkmiş, bundan sonra mağazadan çıxmış və bu zaman mağazanın arxa qapısının bağlı olub-olmamasını yoxlamaq üçün yenidən mağazaya daxil olmuşdur. Həmin vaxtı içərisində 130 manat pul, 2 ədəd Kapital Bank, 1 ədəd Leo Bank, 1 ədəd Acces Banka aid bank kartları, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd 500 manat dəyərində “İphone X”, üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1 ədəd 700 manat dəyərində “Samsung” markalı mobil telefonlar, cəmi dəyəri 100 manat olan 2 ədəd pover bank, cəmi dəyəri 30 manat olan 2 ədəd mobil telefon adapter, cəmi dəyəri 200 manat olan qadın üçün büjiteriya əşyaları, 1 ədəd 25 manat dəyərində gün eynəyi, 1 ədəd 8 manat dəyərində fincan olan 150 manat dəyərində qara rəngli əl çantasını və içərisində özünə məxsus cəmi 100 manat dəyərində geyim əşyaları olan 5 manat dəyərində sellofan paketi mağazanın giriş qapısının yanında yerə qovmuşdur. Mağazava daxil olub arxa qapının bağlı olduğunu gördükdən sonra mağazadan çıxmış və özünə məxsus əl çantasının və sellofan paketin yerində olmadığını görmüşdür. Ona görə də özünə məxsus “İphone 14 Pro max” markalı mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. O, göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1953 manat ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsini əvvəldən tanımadığı Təqsirləndirilən şəxs törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Tarzkız Baku” adlı qadın mağazasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Təqdim etmə və götürmə haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd Kapital Bank, 1 ədəd Leo Bank, 1 ədəd Access Bank tərəfindən verilmiş bank kartlarını, şəxsiyyət vəsiqəsi, 2 ədəd pover bank, 2 ədəd mobil telefon adapteri, qadın üçün bujiteriya əşyaları, 1 ədəd gün eynəyi, 1 ədəd fincan, 1 ədəd qara rəngli əl çantasını və içərisində geyim əşyaları olan sellofan paketi təqdim etmişdir. 23 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus 2 ədəd Kapital Bank, 1 ədəd Leo Bank, 1 ədəd Access Bank tərəfindən verilmiş bank kartlarını, şəxsiyyət vəsiqəsi, 2 ədəd pover bank, 2 ədəd mobil telefon adapteri, qadın üçün bujiteriya əşyaları, 1 ədəd gün eynəyi, 1 ədəd fincan, 1 ədəd qara rəngli əl çantasını və içərisində geyim əşyaları olan sellofan paketi təhvil almışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramdan görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, şikayətçi deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Həmçinin həmin qərara əsasən cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM 175.5). Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 344- 347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-104/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-104/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver