Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-105/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə yaxın münasibət yaratdıqdan sonra ona fermer təsərrüufatı ilə məşğul olması barədə yalan məlumat verib, birgə iş birliyi qurub ona qazanc verəcəyini vəd etməklə yaşadığı Ağdaş rayonunda 1500 manata bir baş iribuynuzlu heyvan ala biləcəyini və həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə sataraq 250 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin yanvar ayının ortasında Nərimanov rayonu, Azadlıq 146 ünvanında yerləşən "Şaurma №1" kafesinin qarşısında 1500 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda 1800 manat dəyərində olan bir baş iribuynuzlu heyvanı 1500 manata ala biləcəyini və həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə satıb ona 250 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin fevral ayının əvvəlində Nərimanov rayonu, Azadlıq 146 ünvanında yerləşən "Şaurma №1" kafesinin qarşısında 1500 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda 1700 manat dəyərində olan bir baş iribuynuzlu heyvanı 1200 manata ala biləcəyini və həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə satıb ona 200 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 146 ünvanın yanında yerləşən dayanacaqdakı "MilliÖn" terminalından **********558483 saylı kart sahibi Sadiq İsgəndərlinin adına köçürülmüş 1200 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda qonşu kənddə yaşayan tanışının iki baş iribuynuzlu heyvanını dəyərindən aşağı qiymətə, yəni ümumi 1650 manat dəyərində satdığı barədə yalan məlumat verib, həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə satıb ona 250 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış, bu niyyətlə 2020-ci ilin aprel ayının ortasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 146 ünvanın yanında yerləşən dayanacaqdakı "MilliÖn" terminalından «Kapital bank»da olan **********112242 saylı şəxsi hesabına köçürülmüş 1650 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda kəntçisinin həyətində 4 baş iribuynuzlu heyvanını saxlamaqda çətinlik çəkdiyini və dəyərindən ucuz qiymətə satıb xırdabuynuzlu heyvan almaq istəməsi barədə yalan məlumat verib həmin dörd baş iribuynuzlu heyvanı 3200 manata ala biləcəyini və həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə satıb ona 300 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin may ayının axırında Ağdaş rayonunda yerləşən «Şirvangöl» istirahət mərkəzinə 3200 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda yaşayan tanışının iki baş iribuynuzlu heyvanını dəyərindən ucuz qiymətə, yəni ümumi 1700 manat dəyərində satdığı barədə yalan məlumat verib, həmin heyvanı alıb bəslədikdən sonra qısa müddətə sataraq ona 200 manat qazanc verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin iyun ayının ortasında ünvan 5 ünvanında yerləşən mənzildə 1700 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunda yaşayan tanışının iki baş iribuynuzlu heyvanını 1200 manata satması və həmin heyvan üçün 1400 manata müştərisi olduğu barədə yalan məlumat verib, həmin heyvanı alıb sataraq qazancından ona 100 manat verəcəyi barədə yalan vəd verərək inandırmış və sonuncunun ona olan inam və etibarından istifadə etməklə 2020-ci ilin iyun ayının 20-25-də Nərimanov rayonu, Azadlıq 146 ünvanında yerləşən "Şaurma №1" kafesinin qarşısında 1200 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayında Mingəçevir şəhərindən Bakı şəhərinə avtobusla gedən zaman Kürdəmir rayon ərazisində yerləşən yeməkxanada həmin avtobusda sərnişin kimi gedən Zərərçəkmiş şəxs ilə tanış olmuş, aralarında yaxşı münasibət yarandığından Bakı şəhərinə çatdıqdan sonra X1 birlikdə bir taksiyə əyləşdikdən sonra əvvəl Solmazı yaşadığı Bakı şəhəri “Ayna Sultanova" adlanan yerdə yerləşən evində düşürmüş, sonra həmin taksi ilə şəxsi işləri ilə əlaqədar NZS qəsəbəsinə getmişdir. Zərərçəkmiş şəxs ilə qeyd olunan tanışlıqdan sonra yaxın münasibəti yaranmış və bir müddət keçdikdən sonra sevgi münasibətlərinə keçmişdir. 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəlmiş, həmin vaxt Bakı şəhərində olan işlərini qurtarıb Solmazla əlaqə saxlayıb onunla Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda görüşmüş, avtovağzaldan Solmazla birlikdə avtobusa əyləşib Yevlax rayonu ərazisində yerləşən “Şirvangöl" istirahət mərkəzinə gəlmiş və gecəni həmin yerdə birlikdə qalmışlar. Qeyd olunan yerdə olan zaman Solmaza bildirmişdir ki, qəssab işləyir, yaşadığı kənddə onun evinin həyətində özünün mal tövləsi vardır, həmin tövlədə mal-qara olsa saxlayıb və sonra kəsib sataraq qazanc əldə etmək olar. Solmaza bildirmişdir ki, ona pul versin və mal-qara alıb saxlayaraq birlikdə pul qazansınlar. Solmaz onun təklifini qəbul etmiş və ona demişdir ki, gələcəkdə ona lazım olan məbləğdə pul verəcəkdir. Həmin günün sabahı istirahət mərkəzindən çıxdıqdan sonra Solmaz Bakı şəhərinə getmiş, 13 dekabr 2019-cu il tarixdə Solmaz Hacıqabul şəhərində lombarddan 2200 manat kredit pul götürmüşdür. 14 dekabr 2021-ci il tarixdə Solmaz lombarddan götürdüyü qeyd olunan məbləğdə pulu qeyd etdiyi oteldə görüşüb ona vermiş və həmin gün gecənidə birlikdə qeyd olunan oteldə qalmışlar. 15 dekabr 2021-ci il tarixdə Solmaz Bakı şəhərinə qayıtmış, sonra iri buynuzlu və xırda buynuzlu heyvanlar alıb kəsmək üçün təxminən bir ay sonra Solmazla telefon vasitəsi ilə əlaqə saxlayıb iş yerinə gedərək ondan 1500 manat pul almışdır. Təxminən bir ay sonra isə yenədə Solmazın işlədiyi yerə gedərək 1000 manat pul almış, təxminən bir ay sonra Solmaza pul lazım olduğunu, heyvan alacağını bildirdiyi üçün Solmaz, ona **********558483 saylı Sadiq İsgəndərli adına olan “Kapitaİ” Bank hesabına 1200 manat pulu “Milli Ön” ödəniş terminalından göndərmişdir. Təxminən bir ay keçdikdən sonra Solmazdan ayrı-ayrı vaxtlarda 650 manat və 1000 manat pullar almışdır. Həmin pulları X5 aid ona məxsus **********112242 hesabına göndərmişdir. Təxminən bir ay sonra yəni 2019-cu ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Solmaz Bakı şəhərindən “Sirvangöl” istirahət mərkəzinə gəlmiş və onunla orada görüşmüş və gecəni orada qalmışlar. Həmin vaxt Solmaz ona heyvanlar almaq üçün 1000 manat pul vermiş və sabahı günü Bakı şəhərinə qayıtmışdır. Həmin vaxtdan təxminən 20 gün sonra Bakı şəhərinə getmiş və Solmazla onun rəfiqəsi Təranə adlı qadının Bakı şəhəri Ayna Sultanova adlanan yerdə yerləşən evində görüşmüşlər. Həmin vaxt Solmaz ona heyvanlar almaq üçün 1200 manat pul vermiş, 10 gün keçmiş yəni 2020-ci ilin fevral ayında Solmazın iş yerinə gedərək pul istədiyi üçün sonuncu ona 1000 manat da əlavə pul vermişdir. Həmin vaxtdan təxminən 4-5 gün sonra yenidən Solmazın iş yerinə gedərək ondan 1200 manat pul almış, o, qeyd olunan məbləğlərdə pulları Solmazdan aldıqdan sonra 2020-ci ilin yanvar ayından həmin ilin dekabr ayına kimi müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulları ümumilikdə 6000 manat məbləğində pulları Solmazın adına olan nömrəsini xatırlamadığı Respublika Bankına aid hesab kartına köçürmüşdür, lakin köçürmə qəbzlərini özündə saxlamadığı üçün təqdim edə bilmir. Solmaza borclu olduğu qalan məbləğdə pulu ödəməmiş, qeyd olunan məbləğlərdə pulları Solmazdan xırda və iri buynuzlu heyvanlar alıb saxladıqdan sonra kəsib sataraq qazanc əldə etmək adı ilə almış, lakin alverdə ziyanlıq etdiyi üçün ondan aldığı pulu tam qaytara bilməmişdir. Aldığı pulların əksəriyyətini və sonuncu dəfə aldığı pulu Solmazın işlədiyi yerdə, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan Ayna Sultanova adlanan yerdə yerləşən «Şaurma №1» adlanan restorana gedərək orada almışdır. Göstərmişdir ki, Solmazdan hissə-hissə 11.950 manat məbləğində pul almış, lakin birinci dəfə ondan aldığı pulu heyvan almaq adı ilə alaraq həqiqətən heyvan almış, lakin sonrakı aldığı pulları heyvan almaq adı ilə alsa da, pulları öz tələbatı üçün xərcləmiş, lakin ondan aldığı pulların təxminən 6000 manatını onun özünə qaytarmış, qalan hissəsini isə hissə-hissə qaytaracaqdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayında Mirgəçevir şəhərindən Bakı şəhərinə avtobusla gedən zaman Kürdəmir rayonu ərazisində yerləşən yeməkxanada Təqsirləndirilən şəxs ona yaxınlaşaraq tanış olmasını bildirmiş, onunla ilkin tanışlığı dostluq münasibətinə çevrilmişdir. Aralarında olan söhbət zamanı Vüqar ona qəssab işi ilə məşğul olduğunu demiş və rayonlarda ucuz qiymətə çoxlu sayda iribuynuzlu və xırda buynuzlu heyvanların düşdüyünü və həmin heyvanları daha da ucuz qiymətə alıb başa qiymətə satmaqla yaxşı gəlir əldə etmək mümkün olduğunu ona demiş, lakin əlində maddi imkanı olmadığını deyərək bu işlə məşğul ola bilmədiyini bildirmişdir. Bir müddət sonra aralarında olan yaxın münasibətdən Vüqar sui-istifadə edib guya ona qarşı sevgisinin olduğuna inandırmış və 2019-cu ilin dekabr ayının 13-də Vüqarla Ağdaş rayonunda görüşmüş, onunla birlikdə həmin rayonda yerləşən «Şirvangöl» istirahət mərkəzinə getmiş, orada gecədən səhərə bir yerdə qalmışlar. Həmin günün səhərisi Ağdaş rayonunda yerləşən «Şirvangöl» istirahət mərkəzindən çıxaraq Bakı şəhərinə yaşadığı ünvana qayıtmışdır. Təxminən bir ay sonra Vüqar telefonla onunla danışarkən ucuz heyvan ala biləcəyi ilə bağlı söhbət salmış və bildirmişdir ki, bir nəfər tanışında iribuynuzlu heyvan vardır, təcili pula ehtiyacı olduğu üçün həmin heyvanı dəyərindən çox ucuz qiymətə, yəni 1500 manat salır. Həmin heyvanı bir ay tövləsində saxlayıb yemlədikdən sonra 2000 manata satmaq mümkündür və həmin heyvanın gəlirindən də ona 250 manat pul verəcəkdir. 2020-ci ilin yanvar ayının ortalarında Vüqar onun işlədiyi Nərimanov rayonu. Azadlıq 146 ünvanında yerləşən "Şaurma 1" kafesinin qarşısına gəlmiş, orada onunla görüşmüş və Vüqara 1500 manat pulu həmin kafenin qarşısında vermişdir. Vüqar həmin günü rayona qayıdıb gedəcəyini və heyvanı alıb tövləsinə bağlayacağını bildirmiş və çıxıb getmiş, həmin günün səhərisi Vüqarla telefonda danışmış və ona elə həmin günü səhər heyvanı alıb gətirdiyini və artıq heyvanın tövləsində olduğunu bildirmişdir, fevral ayının əvvəllərində Vüqarla telefon danışığı zamanı ona demişdir ki, kənddə qonşusu həyətində olan heyvanlarını satıb bir baş iribuynuzlu heyvanı qalıb və həmin heyvanı da çox ucuz satır. Ondan heyvanın qiymətini soruşmuş, Vüqar ona demişdir ki heyvanı 1800 manata deyir, amma 1500 manata ala bilər, lakin bazarda həmin heyvanı 2000-2200 manata satmaq mümkündür. O, bu dəfə də Vüqarın sözünə inanıb heyvanı almağa razılaşmış, pulu ona necə göndərməsi ilə bağlı maraqlandıqda Vüqar demişdir ki, vacib işi var. Bakı şəhərinə gəlir və onun iş yerində görüşüb pulu götürəcəkdir. Vüqarla danışdığı günün səhərisi Vüqar yenidən onun firiçi işlədiyi Nərimanov rayonu. Azadlıq 146 ünvanında yerləşən "Şaurma 1" kafesinin qarşısına gəlmiş, orada sonuncu ilə görüşmüş və Vüqara 1500 manat pulu həmin kafenin qarşısında vermişdir. Həmin günün səhərisi Vüqarla telefonda danışmış və ona demişdir ki, həmin heyvanı da alıb tövləyə bağlayıb, həmin heyvanı bazara çıxartsa, dərhal 2000 manata satmaq mümkündür və ona həmin heyvanın pulundan da 250 manat qazanc verəcəyini vəd etmişdir. Həm də bildirmişdir ki, heyvanları yaxşı yemləmək üçün tövləni düzəltməklə məşğuldur. 2020-ci ilin mart bayramı ərəfəsində Vüqar ona tələsik zəng etmiş və qonşu kənddə bir nəfər tanıdığı şəxsin 1700 manat dəyərində iribuynuzlu heyvanını 1200 manata təcili pul lazım olduğu üçün satdığını bildirmiş və həmin heyvan üçün onunla məsləhətləşmədən 100 manat beh də verdiyini bildirmişdir. O. artıq onun çoxlu sayda iribuynuzlu heyvanlar saxlamaq və gəlir götürməklə bağlı səylər göstərdiyinə inanmağa başlamış və Vüqarın təklifinə etiraz etmədən iş yerinin yanında, yəni Azadlıq 146 ünvanın yanında yerləşən dayanacaqda olan "Milliön" terminalından 1200 manat pulu onun ona göndərdiyi Sadiq İsgəndərli olan şəxsin hesabına ödəniş etmişdir. Bu minvalla Vüqara ödədiyi pulların arası təxminən bir ay çəkmiş, hər dəfə də Vüqar ona aldığı heyvanları qısa vaxtda ucuz qiymətə deyil, bir qədər saxlayıb daha dəyərli qiymətə satacağını vəd edib inandırmışdır. 2020-ci ilin aprel ayının ortalarında Vüqarla telefon əlaqəsi zamanı bildirmişdir ki, qonşu kənddə bir tanıdığı şəxs vardır və həmin şəxs həyətində olan iki baş iribuynuzlu heyvanı ucuz qiymətə salıb şəhərə getmək istəyir. Ondan həmin heyvanlar barədə maraqlanmış, demişdir ki, həmin şəxsin heyvanına baxıb və ondan heyvanın birini 650 manata, digərini isə 1000 manata almaq mümkündür. Vüqar həm də demişdir ki heyvanların hər ikisini alsalar, onların qazancından ona 200 manat pul verəcəkdir. O da Vüqarın öz hesab nömrəsi olan **********112242 saylı «Kapital bank» hesabına həmin pulu göndərmişdir. Bu minvalla artıq Vüqar 5 baş iribuynuzlu heyvan aldığını ona demiş və inanması üçün şəkilini də göndərmişdir. O da göndərdiyi pulların əvəzində alınmış heyvanlardan kifayət qədər gəlir əldə edəcəyini zənn etmişdir. Üstündən təxminən bir ay keçmiş, yəni 2020-ci ilin may ayının axırlarında Vüqarla zəngləşən zaman demişdir ki, kəndçisi həyətində saxladığı 4 baş iribuynuzlu heyvanını saxlamaqda çətinlik çəkir və satıb xırdabuynuzlu heyvan almaq istəyir, hər bir heyvanın təxminən 1000 manat dəyərində olmasına baxmayaraq, kəndçisindən 4 baş heyvanın hər birini 800 manatdan ala bilər, ona pulunun olmadığını desə də, Vüqar təkidlə bildirmişdir ki, əgər həmin heyvanları alıb özü bazara çıxarsa, ümumi 500-600 manat üstündə gəlir əldə edə bilər və həmin qazancın da 250-300 manatını ona verəcəkdir. Vüqarın çox təkidindən sonra razılaşmışlar ki, Ağdaş rayonunda yerləşən «Şirvangöl» istirahət mərkəzində görüşsünlər. O, razılaşdıqları kimi Bakı şəhərindən çıxıb Ağdaş rayonuna gəlmiş və orada «Şirvangöl» istirahət mərkəzində Vüqarla görüşmüş, ona heyvanları almaq üçün gətirdiyi 3200 manat pulu vermiş və oradan da Bakı şəhərinə qayıtmışdır. Həmin vaxtdan təxminən 20 gün sonra, yəni 2020-ci ilin iyun ayının ortalarında Vüqar ona zəng edib bildirmişdir ki, bir nəfər tanıdığı şəxsin fermasında iki baş iribuynuzlu heyvanı vardır, əgər pul tapa bilsə onlardan birini 700 manata, digərini isə 1000 manata ala bilər. Bu barədə söhbət edərkən Vüqar səhəri günü Bakı şəhərinə gələcəyini və onunla görüşmək istədiyini demiş, həm də bildirmişdir ki, pul tapıb ona verə bilsə rayona qayıdan kimi həmin iki heyvanı da alıb tövləsində saxladığı digər heyvanlarının içinə qoşacaqdır. Həm də təklif etdiyi həmin heyvanların üstündə ən azı 400 manat gəlir olduğunu bildirmiş və demişdir ki, həmin qazancın 200 manatını ona pulunun üstündə qaytaracaqdır. Bu minvalla səhəri günü bir yerdə tanışının evində görüşmüş və təxminən 2-3 saat ərzində yaxın əlaqədə olmuşlar. Həmin evdə Vüqarla yaxın əlaqədə olduqdan sonra ona təklif etdiyi heyvanları almaq üçün 1700 manat pul vermiş və Vüqar rayona qayıtmışdır. Onunla görüşdən təxminən 4-5 gün keçmiş, yəni təxminən 2020-ci ilin iyun ayının 20-25-də Vüqar ona zəng etmiş və qonşusunun bir baş iribuynuzlu heyvanını 1200 manata satdığını, həmin heyvanı 1400 manata almaq üçün üçün müştərisinin də olduğunu demiş və bildirmişdir ki, heyvanın pulunun üstündə bir günə 200 manat qazanc əldə edəcək və həmin qazancın 100 manatını da ona verəcəkdir. O, da razı olduğu üçün səhəri günü Vüqar onun firiçi işlədiyi Nərimanov rayonu Azadlıq 146 ünvanında yerləşən "Şaurma №1" kafesinin qarşısına gəlmiş, orada onunla görüşmüş və Vüqara 1200 manat pulu həmin kafenin qarşısında vermişdir. Bu minvalla Vüqar ondan iribuynuzlu heyvanları alıb ayrı-ayrılıqda hər birinin üstündə gəlir əldə edəcəyini vəd elməklə aldadıb ümumilikdə 11.950 manat pulunu ələ keçirmiş, bu məbləğdə pulları Vüqara verdikdən sonra ondan hər dəfə heyvanlar barədə soruşduqda sonuncu ona vatsapla heyvanların şəklini çəkərək göndərmiş və aldadıb yalandan bildirmişdir ki, heyvanlara qulluq edib çəkilərini artırmaqla məşğuldur. Lakin sonradan məlum olub ki, Vüqar ona başqa-başqa şəxslərin lövlələrindəki heyvanlarının şəklini çəkib göndərmişdir. Başa düşmüşdür ki aldadılıb və pullarını ondan geri tələb etsə də, ona hər dəfə müxtəlif yalanlar uyğurmağa başlamış və telefon zənglərindən yayınmağa başlamışdır. Bildirdi ki, ona dəyən zərərdən 500 manat ödənilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona dəyən zərər 11.950 manatın onun xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Solmaz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xutor adlanan yerdə dəqiq bilmədyim ünvanda kirayədə yaşayır, dolanışıq məqsədilə Bakı şəhəri, Azadlıq prospektində yerləşən «Şaurma» adlanan kafedə aşbaz işləyir. Təqsirləndirilən şəxs ilə qızı Solmaz 2018-ci ilin oktyabr ayında Mingəçevir şəhərindən Bakı şəhərinə gələrkən avtobusda təsadüfən taııış olmuş və aralarında yaxşı münasibət yaranmışdır. Həmin ərəfədə görüşlərdən birində Vüqar qızı Solmaza bildirmişdir ki, o. Ağdaş rayonunda yaşadığı kənddə qəssab işləyir, mal-qara alıb kəsərək pul qazanır. X3 təklif etmişdir ki, birlikdə çoxlu sayda mal -qara alıb sonra kəsib sataraq qazanc eldə etmək olar. Həmin söhbətlə bağlı Vüqar qızı Solmazı Ağdaş rayonu ərazisində yerləşən malqaranın və heyvanların saxlanıldığı fermalardan birinə aparıb göstərərək bildirmişdir ki, həmin ferma ona məxsusdur və qızı Solmazla birlikdə aldıqları heyvanları həmin fermada saxlayıb bəslədikdən sonra kəsib salaraq pul əldə edəcəklər. X6 sözlərinə və səmimiyyətinə inanıb birlikdə heyvanlar alıb sonra kəsərək salıb pul qazanmaq məqsədilə Təqsirləndirilən şəxs 2019-cu ilin payız aylarından 2020-ci ilin fevral ayına kimi olan müddətdə müxtəlif vaxtlarda və yerlərdə hissəhissə, sonuncu dəfə isə qızı Solmazın işlədiyi Bakı şəhəri Nərimanov rayonu. Azadlıq prospektində yerləşən «Şaurma № İ» adlanan restoranın yaxınlığında 1200 manat məbləğində pulu, ümumilikdə 11.950 manat məbləğində pul vermişdir. Vüqar isə həmin pulları ələ keçirib qızı Solmazı aldatmış vəpulları şəxsi tələbatları üçün xərcləmişdir. Qızı Solmaz maraqlandıqda məlum olmuşdur ki. Vüqar qızı Solmazın pulunu ələ keçirmək məqsədilə Solmaza birlikdə heyvanlar alıb sonra kəsərək pul qazanmaq barədə yalanlar danışıb qeyd olunan məbləğdə pulunu aldıqdan sonra vəd verdiyi işi görməyərək aldatmış və pulu ələ keçirdikdən sonra şəxsi işləri üçün xəclərnişdir. Vüqarın qızı Solmaza göstərdiyi ferma isə ona məxsus deyil, başqa şəxsə məxsusdur. Solmaz tanışı Vüqarın onu aldatdığını bildikdən sonra pulun qeri qaytarmasını desə də, o, hər dəfə müxtəlif yalanlar danışaraq aldadıb pulu geri qaytarmamışdır. O, bu barədə bildikdən sonra özü Vüqarla bir neçə dəfə görüşüb və telefonla danışaraq qızı Solmazın pulunu qaytarmasını demiş, Vüqar onun özünə yalandan andlar içərək tezliklə pulu verəcəyinə söz versədə aldadıb pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə- Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməl CM-nin 178.1-ci maddəsinə tövsif olunmalıdlr. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə cinayəti 2020ci ilin yanvar, 2-ci epizod üzrə 2020-ci ilin fevral, 3-cü epizod üzrə 2020-ci ilin mart, 4-cü epizod üzrə 2020-ci ilin aprel, 5-ci epizod üzrə 2020-ci ilin may, 6-7-ci epizodlar üzrə cinayəti isə 2020-ci ilin iyun aylarında törətmişdir. CM-nin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bütün epizodlar üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir ki, bu da onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsini istisna edir. Yəni Təqsirləndirilən şəxs əməlində cinayətlərin çoxluğu mövcud deyil. Ona görə də, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmadığından onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə CM-in 178.1-ci maddəsi ilə bağlı qeyd edir ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə cinayəti 2020-ci ilin yanvar, 2-ci epizod üzrə 2020-ci ilin fevral, 3-cü epizod üzrə 2020-ci ilin mart, 4-cü epizod üzrə 2020-ci ilin aprel, 5-ci epizod üzrə 2020-ci ilin may, 6-7-ci epizodlar üzrə cinayəti isə 2020-ci ilin iyun aylarında törətmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 11.950 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən olundu ki, həmin məbləgdən 500 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, qalan məbləg 11.450 manat məbləğin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat vəsait dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 11.450 (on bir min dörd yüz əlli) manat məbləğində dəymiş ziyan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-105/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-105/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver