Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-105/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən «Ziyad» kafesində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla kafedə müştəri qismində masa arxasında əyləşərək yemək sifariş vermiş Zərərçəkmiş şəxs ünvanına təhqiramiz ifadələr işlətmiş və bu səbəbdən kafeni tərk etmək məcburiyyətində qalan Zərərçəkmiş şəxs təqib edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər elməklə qeyd olunan kafenin qarşısında Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetlə Zərərçəkmiş şəxs sol təpə - ənsə və çənə nahiyələrinə, eyni zamanda təpiklə sol baldır nahiyəsinə zərbə vuraraq ona sol təpə - ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları, üst dodağın şişkinliyi, mərkəzdə sağda 2 ədəd dişin laxlaması və diş yuvalarının qansızması, iç selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdən sağda arxadan 2 ədəd dişin laxlaması, diş yuvalarının qansızması və selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdə 2 ədəd kəsici dişlərin düşməsi və diş yuvalarının qansızması, sağdan bir ədəd dişin laxlaması, sol aşıq - baldır oynağının şişkinli hematoması, sol aşıq - baldır oynağının ön səthinin əzilmiş yarası və şişkinli hematoması ilə nəticələnən, ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, habelə sol baldırın sıyrıqları ilə nəticələnən, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, çörəkpulu qazanmaq üçün “Dərnəgül” bazarında günəmuzd fəhləlik edir, sifariş əsasında müxtəlif şəxslərə məxsus yüklərin avtomobillərə yüklənməsi və boşaldılması ilə məşğul olurdu. Dərnəgül bazarında fəhlə işləyən X2 təxminən bir neçə ildir tanıyar, onunla bazarda tanış olmuşlar, sonradan aralarında yaxın dostluq münasibəti yaramışdır. 23 aprel 2023-cü il tarixdə saat 18 radələrində «Çermet» körpüsünün yanında yerləşən kafedə Seymurla birlikdə əyləşib hərəsi təxminən 4-5 qədəh pivə içmişlər. Həmin kafedən çıxdıqdan sonra piyada metronun Nərimanov stansiyası istiqamətində getmişlər. Yolda Seymura təklif etmişdir ki, Montində yerləşən «Ziyad» kafesinə gedib orada pivə içməyə davam etsinlər. Seymur da razılaşmışdır. Onlar taksiyə əyləşib «Ziyad» kafesinin qarşısına getmişlər. Taksidən düşüb kafeyə daxil olmaq istəyən zaman arxadan kiminsə çiyininə toxunduğunu hiss etmiş, çöndükdə görmüşdür ki, «Abo» ləqəbli tanışı Şahid1dur. Məhərrəm onunla salamlaşıb kafedə nə gəzdiyini soruşmuşdur. Pivə içmək üçün gəldiklərini bildirmiş və Məhərrəm öz masalarının hazır olduğunu bildirib təklif etmişdir ki, onlarla bir masa arxasında əyləşsinlər. Həmin vaxt Məhərrəmin yanında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs və tanımadığı, ilk dəfə gördüyü bir kişi olmuşdur. Birlikdə kafeyə daxil olub oradakı kabinetlərdən birinə keçmişlər. Masanın arxasında Alı, ondan solda Seymur, daha sonra solda isə o, əyləşmişdir. Onunla üzbəüz sağdan sola tərəf Məhərrəm və tanımadığı şəxs əyləşmişlər. Masaya əyləşdikdən sonra Alıgilin əvvəlcədən sifariş etdikləri kabab stola verilmişdir. Birlikdə kabab yemiş və spirtli içki olan araq içmişlər. Hər biri 2-3 qədəh araq içdikdən sonra Məhərrəmlə Seymurun arasında mübahisə baş vermişdir. Mübahisənin baş verməsinə səbəb Seymurun «yolki-palki» ifadəsi işlətməsi, Məhərrəmin isə bu ifadəni təhqir kimi başa düşməsi olmuşdur. Mübahisə zamanı Alı əli ilə Seymurun üzünə bir sillə vurmuşdur. Məhərrəm də yerindən qalxıb yumruqla Seymuru vurmuşdur. Çöldən kabinetə daxil olmuş, idmançı bədən quruluşlu bir cavan oğlan da Seymuru yumruq zərbələri ilə vurmuşdur. Həmin vaxt Məhərrəm və Alıya yalvarmışdır ki, Seymuru vurmasınlar, Seymur onunla gəlib, onun qonağıdır, heç olmasa ona hörmət etsinlər. Lakin Məhərrəmgil onun xahişinə məhəl qoymayaraq Seymuru vurmağa davam etmişlər və Seymuru dartıb kafedən çölə çıxarmışlar. Kafenin qarşısında, yolun kənarında Məhərrəm, Alı və idmançı bədən quruluşlu həmin şəxs Seymuru yenə də yumruq və təpik zərbələri ilə vurmuşlar. Bu zaman ətrafda toplaşmış tanımadığı 4-5 nəfər şəxs ona hücum etmişdir. Onlar əsasən sifət nahiyəsinə vurmuşlar, o isə özünü müdafiə etməyə çalışan zaman əl-qol atmış, bu zaman istəmyərək ola bilsin ki Alını yumruq ilə vurmuş, lakin həmin zaman əlində silah qismində istifadə oluna bilən hər hansı əşya olmamışdır. Sonra o, aralaşıb «Montin» istiqamətində qaçmağa başlamış, daha sonra geri qayıdıb yolun əks tərəfinə keçmişdir. Həmin vaxt arxasınca qaçıb gələn 4-5 nəfər şəxs onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışlar. Həmin vaxt polis əməkdaşları gəldiyindən onu vuran şəxslər qaçıb uzaqlaşmışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə getmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, asudə vaxtlarında arabir yaşadığı ünvanın yaxınlığında yerləşən «Ziyad» kafesinə gedib orada çay içir, yemək yeyir. Təqsirləndirilən şəxs ilə 5-6 il əvvəl elə həmin «Ziyad» kafesində təsadüfən tanış olmuşlar və onunla bir neçə dəfə həmin kafedə birlikdə əyləşib çay içmişlər. 23 aprel 2023-cü il tarixdə axşam saat 20 radələrində yemək yemək məqsədi ilə «Ziyad» kafesinə gedib ümumi zaldakı masalardan birində əyləşmiş və toyuq kababı sifariş etmişdir. Kafeyə daxil olandan 3-4 dəqiqə sonra tanışı, “Abo” ləqəbli Şahid1 da kafeyə daxil olmuş və onunla bir masa arxasında əyləşmişdir. Məhərrəmlə birlikdə əyləşib sifarişin hazır olmasını gözlədikləri vaxt ortaq tanışları Təqsirləndirilən şəxs və əvvəllər tanımadığı, sonradan adını bildiyi Seymur ilə birlikdə kafeyə daxil olmuşlar. Tural onlarla salamlaşmış və Tural və tanmadığı həmin şəxs onlarla birlikdə əyləşmişlər. Həmin vaxt onlardan kəskin spirtli içki qoxusu gəldiyindən sərxoş vəziyyətdə olduqlarını başa düşmüşdür. Tural və Seymur özləri ilə bir şüşə araq içkisi, alça meyvəsi gətirmişlər və masaya əyləşdikdən sonra araqdan süzüb içməyə başlamışlar. O, isə Məhərrəmlə yemək yemişdir. Tural sərxoş vəziyyətdə olduğundan masanın arxasına əyləşdiyi andan etibarən heç bir səbəb olmadan onunla və Məhərrəmlə kobud danışıb onlara təhqiramiz sözlər demişdir. Turala etiraz edərək çörək yediklərini söyləyib danışığına fikir verməsini xahiş etdikdə Tural onu təhqir edərək «yeraz»lardan xoşlanmadığını bildirmişdir. Sərxoş olduğundan əvvəlcə Turala əhəmiyyət verməməyə çalışmış, lakin Turalın ünvansız şəkildə nalayiq söyüşlər işlətməyə davam etdiyini və kafedə olan digər şəxslərin onlara tərəf boylanaraq narahat olduqlarını görüb Turaldan tələb etmişdir ki, masadan qalxsın. Turalın ona əhəmiyyət verməyərək nalayiq söyüşlər söyməyə davam etdiyini görüb narahat olmuş və qərara gəlmişdir ki, masadan qalxıb evə getsin. Bu məqsədlə yeməyini yarımçıq qoyub ofisiantı səsləmiş və getməli olduğunu bildirərək hesabı ödədikdən sonra masadan qalxıb kafenin qapısına tərəf getməyə başlamışdır. Bunu görən Tural da əsəbi vəziyyətdə masadan qalxmış və ondan bir addım arxada hərəkət edərək ardınca kafedən çölə çıxmışdır. Kafenin qapısından çölə çıxıb təxminən 5-10 metr getdikdən sonra Tural onun arxası ilə gəlmiş, daha sonra onun çənə nahiyyəsinə əli ilə zərbə vurmuşdur. Bundan sonra o, özünü itirmiş və daha sonra nə baş verdiyini bilməmişdir. Zərbənin təsirindən o, yerə yıxılıb huşunu itirmişdir. Özünə gəldikdə «Semaşko» kimi tanınan X8 palatada olduğunu və həkimlərin ona tibbi yardım göstərdiklərini görmüşdür. Həkimlər ona zəruri tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Növbəti gün özünü yaxşı hiss etmədiyi üçün təcili-tibbi yardım çağırmış və onu yenidən «Semaşko» xəstəxanasına aparmışlar. Orada ona zəruri tibbi yardım göstərib evə buraxmışlar və ev-şəraitində təxminən 20 gün müalicə almışdır. Hadisənin baş verdiyi gün o, yüngül dərəcəli sərxoş vəziyyətdə olmuş, özündə olmamış, buna görə də hadisənin necə baş verdiyini dəqiqliyi ilə xatırlamır. Həmçinin, onun huşunu itirmə xəstəliyi var. Hadisə zamanı Tural onu çənə nahiyyəsindən yumruq ilə vurmuş, lakin başından hansı formada xəsarət almasını xatırlamır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2023-cü il tarixdə, saat 20 radələrində ərzaq almaq üçün yaşadığı evi tərk edib piyada Ağa Nemətulla küçəsində yerləşən «Araz market» mağazasına getmişdir. Mağazaya yaxınlaşan zaman mağazanın qonşuluğunda yerləşən «Ziyad» kafesinin qarşısında qoyulmuş «Poz-qazan» lotereya stendinin yanında bir dəqiqəliyə dayanıb lotereya bileti almaq qərarına gəlmişdir. Bu zaman “Ziyad” kafesinin qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə sonradan tanıdığı Təqsirləndirilən şəxs dayanaraq söhbət etdiklərini görmüşdür. Daha sonra isə Tural Alını vurmuş və Alı yerə yıxılmışdır. Tural isə qaçaraq getmişdir. Həmin vaxt onlardan təxminən beş-altı metr aralıda olmuş, Turalın əlində hər hansı alət olmasını görməmişdir. Bundan sonra o, cəld ətrafdakılarla birlikdə kömək göstərmək üçün Alıya yaxınlaşmışdır. Bu zaman Alının heç nəyə reaksiya vermədiyini və tərpənmədiyini görüb əvvəlcə onun öldüyünü düşünmüşdür. Alının nəfəsini yoxladıqda hənirti gəldiyini görüb sağ olduğunu başa düşmüşdür. Ətrafdakılardan kimsə X14 yardım çağırmış və təxminən 10 dəqiqə sonra X14 avtomobili ilə hadisə yerinə gələn həkimlər Alıya ilkin tibbi yardım göstərib onu xəstəxanaya aparmışlar. Həmin vaxt Turalın hansı səbəbdən Alını vurmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvanda olan zaman Montin qəsəbəsində yaşayan tanışı Oktay mobil telefonuna zəng vuraraq «Ziyad» kafesinin qarşısında qardaşı Alının yıxılaraq xəsarət aldığını bildirmiş, o, dərhal hadisə yerinə yaxınlaşsa da, orada Alının X14 avtomobili ilə «Semaşko» kimi tanınan X10 aparıldığını bilmişdir. Xəstəxanada həkimlər Alını müayinə edib ona tibbi yardım göstərmişlər. Müayinədən sonra həkimlərin deməsinə görə ona məlum olmuşdur ki, Alı baş və çənə nahiyələrindən müxtəlif xəsarətlər almışdır. Xəstəxanada Alı özünə gəldikdən sonra ondan hansı şəraitdə xəsarət aldığını soruşduqda Alı həmin gün saat 20 radələrində yıxıldığını bildirmişdir. Sonradan eşitmişdir ki, Alı Tural adlı şəxslə mübahisə etmiş, mübahisə nəticəsində Tural qardaşı Alını vurmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Cinayət işinin 128-132-ci vərəqələrində olan Şahid3 istintaqa verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Alını bir neçə dəfə Ağa Nemətulla küçəsində yerləşən «Ziyad» kafesində görmüşdür. Təqsirləndirilən şəxs 23 aprel 2023-cü ildən etibarən tanıyır, həmin şəxsi əvvəllər tanımamışdır, onunla əlaqə və münasibəti, habelə ədavət və ziddiyyəti olmamışdır. 23 aprel 2023-cü il tarixdə, saat 20 radələrində bekarçılıq olduğu üçün Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən «Ziyad» kafesinin yanındakı köşkdən stəkanda çay alıb köşkün qarşısında dayanaraq çay içən zaman Zərərçəkmiş şəxs ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə «Ziyad» kafesindən çölə çıxdıqlarını və mübahisə etdiklərini görmüşdür. Təxminən 10-15 metr aralıda olduğu üçün Alı ilə Turalın konkret olaraq nə barədə və hansı səbəbdən mübahisə etdiklərini başa düşməmişdir. Mübahisə zamanı Tural qəflətən əli ilə Alının çənə nahiyəsinə zərbə vurmuş və zərbənin təsirindən Alı üzü üstə səkinin üzərinə yıxılmışdır. Tural zərbədən sonra Alının yerə yıxıldığını görüb Heydər Əliyev prospekti istiqamətində qaçmağa başlamışdır. Alının qardaşı Kazımı tanıdığı üçün öz mobil telefonu ilə Kazıma zəng vurub dərhal hadisə barədə məlumat verərək Alıya kömək etmək üçün onu «Ziyad» kafesinin qarşısına çağırmışdır. Sonra cəld ətrafdakı şəxslərlə birlikdə Alıya yaxınlaşıb ona köməklik göstərməyə çalışmışdır. Həmin vaxt Alı özündə olmadığı üçün heç nəyə reaksiya verməmişdir. Alının qardaşı Kazım hadisə yerinə gəldikdən bir neçə dəqiqə sonra X14 avtomobili hadisə yerinə gəlmiş və Kazımla birlikdə köməkləşib Alını X14 avtomobili ilə el arasında «Semaşko» kimi tanınan X10 aparmışlar. Orada həkimlər Alıya tibbi yardım göstərmişlər. Sonradan Kazımdan eşitsmişdir ki, hadisə nəticəsində Alı baş və çənə nahiyələrindən müxtəlif xəsarətlər almış və həkimlər Alının baş nahiyəsinə cərrahi tikiş qoymuşlar. Həmin vaxt Turalın hansı səbəbdən Alını vurmasını bilmir, lakin ətrafda toplaşan şəxslərin deməsinə görə ona məlum olmuşdur ki, Alı «Ziyad» kafesində “Abo” ləqəbli tanışı ilə birlikdə əyləşib yemək yeyən zaman Tural Seymur adlı tanışı ilə birlikdə sərxoş vəziyyətdə içəri girib onunla eyni masada oturmuş və «yeraz»lardan xoşlanmadığını bildirərək nalayiq söyüşlər söymüşdür. Bu səbəbdən Alı Turalın nalayiq hərəkətlərindən bezib kafedən çölə çıxmış, bundan sonra isə Tural da Alının ardınca çıxıb heç bir səbəb olmadan onu vurmuşdur. Həmin vaxt təxminən 10-15 metr aralıda durduğu üçün Turalın əlində beşbarmaq və ya digər hər hansı predmetin olduğunu görməmişdir. Turalın əli ilə Alıya bir zərbə vurduğunu və bundan sonra Alının yerə yıxıldığını görmüş, Turaldan başqa digər şəxs tərəfindən Alıya qarşı zor tətbiq olunmasını və ya xəsarət yetirilməsini görməmişdir. X11 xəsarət yektirərək qaçıb getməsi təxminən 2-3 dəqiqə çəkmişdir. Tural Alını vuraraq qaçıb getdikdən sonra hadisə yerinə tanımadığı çoxlu adam toplaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs və ya digər hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə «Ziyad» kafesində olmuş X3 qarşı zor tətbiq olunmasını və ya xəsarət yetirilməsini görməmişdir. Cinayət işinin 146-151-ci vərəqələrində olan Şahid1 istintaqa verdiyi ifadəsindən görünür ki, əsl adı Məhərrəm olsa da, el arasında onu «Abo» kimi tanıyır və çağırırlar. Zərərçəkmiş şəxs 1980-ci illərdən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 23 aprel 2023-cü il tarixdə saat 20 radələrində Alı ilə birlikdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən «Ziyad» kafesində ümumi zaldakı masalardan birində əyləşib sifariş verdikləri toyuq kababının hazır olmasını gözləyən zaman ümumi tanışları Təqsirləndirilən şəxs sonradan adını bildiyi X4 ilə birlikdə kafeyə daxil olmuşdur. Tural onlarla salamlaşmış və Turalı tanıdıqları üçün onu öz masalarına dəvət etmişdir. Tural Seymurla birlikdə masa arxasında əyləşən zaman onlardan kəskin spirtli içki qoxusu gəldiyi üçün sərxoş vəziyyətdə olduqlarını başa düşmüşdür. Tural və Seymur özləri ilə bir şüşə araq içkisi və alça meyvəsi gətiribmişlər və masaya əyləşdikdən sonra araqdan süzüb içməyə başlamışlar. Kabab sifarişləri hazır olduğu üçün o, da Alı ilə birlikdə toyuq kababı yemişdir. Tural sərxoş vəziyyətdə olduğundan masanın arxasına əyləşdikdən sonra heç bir səbəb olmadan onlarla kobud danışıb ünvanlarına təhqiramiz sözlər demişdir. Alı Turala etiraz edərək çörək yediklərini söyləyib danışığına fikir verməsini xahiş etdikdə Tural Alını təhqir edərək «yeraz»lardan xoşlanmadığını demişdir. Bu vaxt Seymur üzünü ona tutub rus dilində qəribə söz işlətmişdir. Seymurun onu söydüyünü düşünüb ona irad tutaraq demişdir ki, süfrə arxasında söyüş söyməsin. Tural onlara və kafedə olan digər müştərilərə məhəl qoymadan ünvansız şəkildə nalayiq söyüşlər işlətməyə davam etdiyindən Alı yeməyi saxlayıb ondan tələb etmişdir ki, masadan qalxıb başqa yerdə əyləşsin. X19 əhəmiyyət verməyərək nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu səbəbdən Alı narahat olduğu üçün yeməyini yarımçıq qoyub ofisiantı çağıraraq hesabı ödədikdən sonra onunla sağollaşmış və masadan qalxıb kafeni tərk etmişdir. Bunu görən Tural əsəbi vəziyyətdə masadan qalxıb Alının ardınca çölə çıxmışdır. Seymur da onların dalınca çölə çıxmışdır. Ürək xəstəsi olduğu üçün əsəbiləşdiyinə görə özünü pis hiss etməyə başladığından dərhal masa arxasından qalxıb Alı ilə Turalın ardınca çölə çıxa bilməmişdir. Həmin vaxt bir anlıq çöldən səs-küy eşidib çətinliklə də olsa masadan qalxmış və çölə çıxdıqdan sonra Alının kafenin qarşısında yerə yıxıldığını, Turalın isə qaçıb getdiyini görmüşdür. Başa düşmüşdür ki, Tural Alını vurub yerə yıxmışdır. Ətrafa göz gəzdirsə də, Seymuru görməmiş və ürəyinin ağrısı tutduğu üçün yerə yıxılıb özündən getmişdir. Özünə gəldikdə təcili-tibbi yardım avtomobilinin kafenin qarşısında dayandığını və həkimlərin Alıya ilkin tibbi yardım göstərərək ətrafda toplaşan şəxslərin köməkliyi ilə onu X14 avtomobilinə mindirib apardıqlarını görmüşdür. Bundan sonra daha orada qalmayıb yaşadığı evə getmişdir. Növbəti gün Alı ilə görüşüb nə baş verdiyini soruşduqda Alı həmin vaxt kafenin qarşısında Turalın beşbarmaq aləti ilə onun baş və çənə nahiyələrinə vuraraq xəsarət yetirdiyini və zərbələrin təsirindən yerə yıxılaraq huşunu itirdiyini demişdir. Həmin vaxt qeyd olunan kafedə, həmçinin kafenin qarşısında hər hansı şəxs tərəfindən ona qarşı zor tətbiq olunmamış və xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs kafedə olduğu təxminən 10-15 dəqiqə ərzində ətrafdakıları vecinə almadan nalayiq söyüşlər söymüş və Turalın nalayiq hərəkətlər etdiyini görən «Ziyad» kafesindəki bir neçə müştəri bu səbəbdən çıxıb getmişlər. Alı da məhz elə buna görə yeməyini yarımçıq qoyub kafeni tərk etmişdir. Hadisə zamanı ətrafda olan şəxslərdən «Montin» də yaşayan Ədalət və Oktayı xatırlayır, digər şəxsləri isə xatırlamır. Hadisə zamanı Alı X1 ilə mübahisə etməmiş və onu vurmamışdır. Cinayət işinin 15-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 439 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 32-ci vərəqində olan Aəzrbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X12” X13 direktoru Könül Ələkbərov tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30 – 00:50 radələrində X10 müraciət etmişdir. Xəstənin dediyinə görə evə yaxın həyətdə yıxılaraq xəsarət almışdır. Xəstəyə KT müayinəsi olundu, yara birincili cərrahi işləndi. Diaqnoz: Sol təpə gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, alkoqol sərxoşluğu, epileptik sindrom. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 475 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - sol təpə ənsə nahiyəsinin əzilmiş - cırılmış yaraları, üst dodağın şişkinliyi, mərkəzdə sağda 2 ədəd dişin laxlaması və diş yuvalarının qansızması, iç selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdən sağda arxadan 2 ədəd dişin laxlaması, diş yuvalarının qansızması və selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdə 2 ədəd kəsici dişlərin düşməsi və diş yuvalarının qansızması, sağdan bir ədəd dişin laxlaması, sol baldırın sıyrıqları, sol aşıq - baldır oynağının şişkinli hematoması, sol aşıq - baldır oynağının ön səthinin əzilmiş yarası və şişkinli hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən 24 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 86-cı vərəqində olan Qazax rayon İHB-nın Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəsi Məhəmməd Pirməmmədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 12/475 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki,Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol təpə - ənsə nahiyəsinin əzilmiş - cırılmış yaraları, üst dodağın şişkinliyi, mərkəzdə sağda 2 ədəd dişin laxlaması və diş yuvalarının qansızması, iç selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdən sağda arxadan 2 ədəd dişin laxlaması, diş yuvalarının qansızması və selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdə 2 ədəd kəsici dişlərin düşməsi və diş yuvalarının qansızması, sağdan bir ədəd dişin laxlaması, sol baldırın sıyrıqları, sol aşıq-baldır oynağının şişkinli hematoması sol aşıq - baldır oynağının ön səthinin əzilmiş yarası və şişkinli hematoması küt əşyanın (əşyaların), ola bilsin beşbarmağın təsirindən törənməsi də istisna olunmur, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23-xx.xx.2023-cü il tarixlərə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - sol təpə - ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları, üst dodağın şişkinliyi, mərkəzdə sağda 2 ədəd dişin laxlaması və diş yuvalarının qansızması, iç selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdən sağda arxadan 2 ədəd dişin laxlaması, diş yuvalarının qansızması və selikli qişasının əzilmiş yarası, alt çənədə mərkəzdə 2 ədəd kəsici dişlərin düşməsi və diş yuvalarının qansızması, sağdan bir ədəd dişin laxlaması, sol aşıq-baldır oynağının şişkinli hematoması sol aşıq baldır oynağının ön səthinin əzilmiş yarası və şişkinli hematoması dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sol baldırın sıyrıqları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə, ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü - özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Cinayət işinin 111-112-ci vərəqələrində olan “Videoçəkilişin əks olunduğu DVD-yə baxış keçirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X7, Azərbaycan Respublikası CPM-in 51 və 236cı maddələrinə əsasən həmin protokolu tərtib etmişdir onda ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 13-3/2-8610/2023 nömrəli məktubu ilə ibtidai araşdırmaya təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 6-076 nömrəli kameraları vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 20:22-dən 20:30-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu 1 (bir) ədəd DVD-R formatlı diskə baxış keçirmiş, baxış zamanı üzərində çap üsulu ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz şəhər xidməti”, “TŞ” və əlyazma üsulu ilə 6-076 yazı nümunələri olan zərfin içərisindəki DVD-R formatlı diskdə Təhlükəsiz şəhər xidmətinin TŞ 6-076 nömrəli kameraları vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 20:22-dən 20:30-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınmış videogörüntülərə əsasən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 16 ünvanında yerləşən «Ziyad» kafesinin qarşısında şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxsin toplaşması və Təqsirləndirilən şəxs hadisə yerindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində qaçması müəyyən olundu. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Cinayət işinin 222-224-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 233-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 3.000 manat məbləğində, müalicəsi ilə əlaqədar 1200 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin, habelə 73 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs haqqında məhkəməyə etdiyi müraciətdə Təqsirləndirilən şəxs onu “beş barmaq” ilə vurduğunu qeyd etmişdir. Bu qeydi əsəbi olduğu, özündə olmadığı, kənardan müdaxilə, yəni anlaşılmazlıq səbəbindən etmişdir. Lakin belə bir şey, yəni “beş barmaq” silahı olmamışdır. Bunu özünə gəldikdən sonra xatırlamışdır. Sadəcə normal şəkildə əl ilə dalaşıblar. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında hadisə yerinin Təhlükəsiz şəhər xidmətinin TŞ 6-076 nömrəli kameraları vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 20:22-dən 20:30-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu diskə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 20:22-dən 20:30-dək olan müddət ərzində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən «Ziyad» kafesinin qarşısında bir qrup şəxsin toplaşması və bir nəfər şəxsin hadisə yerindən qaçması müəyyən olundu. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən «Ziyad» kafesinin qarşısında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsilik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, ibtidai istintaq protokolları ilə də tam subuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.» Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, xuliqanlıq əməli silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduğu halda, həmin maddənin tərkib hissəsi yaranır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən və ictimai yer sayılan “Ziyad” kafesinin qarşısında xuliqanlıq hərəkətləri etdiyi zaman silah və ya silah qismində istifadə edilə bilən hər hansı əşyadan istifadə etməsi sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri etdiyi zaman silah və ya silah qismində istifadə edilə bilən hər hansı əşyadan istifadə etməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “hadisə yerinə baxış haqqında” protokol, məhkəmə-ekspertizalarının rəyləri, videoçəkilişin əks olunduğu DVD-yə baxış keçirilməsi haqqında” protokol) Təqsirləndirilən şəxs tərəfindən 23 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən və ictimai yer sayılan “Ziyad” kafesinin qarşısında yalnız xuliqanlıq hərəkətləri etməsinə dəlalət edir. Lakin xuliqanlıq hərəkətləri edən zaman isə hər hansı əşyadan istifadə etməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetdən istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verməsi nəticəsinə gəlmiş ibtidai araşdırma orqanı tərəfindən kafedə və kafenin qarşısında olan kamera görüntülərinə baxış keçirilməli, hadisənin iştirakçısı olmuş və görmüş şəxslərin dairəsi müəyyənləşdirilməli, həmin gün orada olan digər şəxslər də iş üzrə şahid qismində dindirilməli, bununla da qeyd edilmiş hallarının baş verib-vermədiyi aydınlaşdırılmalı olduğu halda, bu edilməmiş və iş üzrə hadisənin şahidi olmamış zərərçəkmiş şəxsin qardaşının, hadisə baş verən zaman kafenin içərisində olan və hadisəni görməyən bir nəfər şəxsin, həmçinin kafenin qarşısında olan hadisəni uzaqdan görmüş iki nəfər şəxsin dindirilməsi ilə kifayətlənmişdir. Həmçinin məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs suallara bir-biri ilə ziddiyət təşkil edən cavablar vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ilk əvvəl özündə olmadığı üçün hadisəni dəqiq xatırlamadığını, həmçinin təhsili olmadığı üçün yazmağı və oxumağı yaxşı bilmədiyini, istintaq zamanı yazılan ifadəsinin məzmununu oxumadığını bildirmişdir. Beləliklə də görünür ki, zərərçəkmiş şəxsin ifadələri bir-biri ilə ziddiyət təşkil edir. Həmçinin, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində beşbarmaq olduğunu qeyd etsə də, məhkəmə iclasında isə hadisə baş verən ərazidən 5-6 metr uzaqlıqda olduğunu, Təqsirləndirilən şəxs əlində beşbarmaq və ya digər hər hansı predmeti görmədiyini bildirmişdir. Buradan da görünür ki, məhkəmə iclasında dindirilən hadisəni gördüyü iddia edilən Şahid2 ifadələri bir-biri ilə ziddiyət təşkil edir. Bundan əlavə məhkəmə iclasında iş üzrə ifadəsi elan eilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əlində beşbarmaq və ya digər hər hansı predmeti görmədiyini, Turalın əli ilə Alıya bir zərbə vurduğunu göstərmişdir. Bundan əlavə məhkəmə iclasında dindirilən Şahid4 və ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 hadisənin necə baş verməsinin şahidi olmadıqlarını göstərmişlər. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahid ifadələri, ekspertiza rəyləri sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara (hadisə yerinin hadisə baş verdiyi vaxtda olan videogörüntüləri və hadisəni görmüş şahidlərin ifadələri) əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetdən istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Ümumiyyətlə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetdən istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham verilmiş, lakin cinayət işinin materiallarından və verilmiş ittihamdan müəyyən olunur ki, silah qismində istifadə edilməsi ehtimal olunan predmetin nədən ibarət olması istintaqa məlum olmamış, həmçinin, silah qismində istifadə edilmiş istintaqa məlum olmayan predmetin real mövcudluğu barədə cinayət işinin materiallarına hər hansı mötəbər sübut əlavə edilməmiş, həmin predmetin forması, ölçüsü, hansı quruluşa malik olmasına dair heç bir qeyd aparılmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetdən istifadə edilməsi şübhə altına düşür. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsinə dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetdən istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verərək xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin Qərarda göstərilir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə 23 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən və ictimai yer sayılan “Ziyad» kafesinin qarşısında Təqsirləndirilən şəxs etdiyi hərəkətlərinə hüquq qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin hadisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etsə də, onun tərəfindən silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verilməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs tərəfindən hər hansı silah və ya silah qismində istifadə olunan əşyadan istifadə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 221.3cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin qismən etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs 3.000 manat məbləğində, müalicəsi ilə əlaqədar 1200 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin, habelə 73 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Bundan sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən həmin ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 27 dekabr 2023-cü il – 23 oktyabr 2024cü il tarixlərdə keçirilmiş 19 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-105/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-105/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver