Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-105/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi ev 33-də qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ev 191 -də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, ƏN PXin 3 saylı İstintaq təcridxanasıda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oglu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cii il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,554 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq 15 manat müqabilində əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına daşımış, həmin gün saat 18:00 radələrində Nizami RPİnin 24-cii PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 24-cü PŞ-yə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibindən həmin bir ədəd 0,554 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 20 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “İST” petrol YDM-nin yaxınlığında şəxsiyyəti istintaqla müəyyən olunmayan "Mosu" adlı şəxsdən satış məqsədi olmadan xeyli miqdarda ayrı- ayrılıqda çəkiləri 6,35 qram, 0,65 qram, 1,09 qram, 1,00 qram və 0,81 qram olmaqla ümumilikdə 9,90 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanına daşımış, həmin gün saat 01:40 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 6 ünvanın qarşısında saxlanılaraq ünvan 7 yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-yə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əlində olan qara rəngli əl çantasının içərisindən həmin 05 ədəd bükümdə 9,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə və “patı və şüşə" kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün “şüşə” kimi tanıdığı maddəni, yəni psixotrop maddə olan metamfetamini alıb üzərində gəzdirmişdir ki, rahat vaxtı istifadə edər. xx.xx.2024-cü ildə Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polislərlə birlikdə Polis Şöbəsinə getməli oldugunu bildirmişlər və onu 24-cü PŞ-nə gətirmişlər. Polis əməkdaşları onu saxlayarkən və PŞ-nə gətirərkən üstündə “şüşə" olduğu üçün özünü şübhəli aparmışdır. Polis əməkdaşları da bunu hiss etmiş və onun üstündə gəzdirilməsi qadağan olan maddə olduğunu ehtimal eləmişlər. PŞ-də olan zaman ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra onun üzərinə öz razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli spesifik iyə malik "şüşə" kimi tanıdığı maddəni çıxardaraq təqdim etmişdir. O, həmin maddəni xx.xx.2024-cü ildə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir ki, rahat bir vaxtda qəbul etsin. Üzərindən götürülmüş ona məxsus narkotik vasitə ekspertizaya göndərilməsi üçün boş ağ zərfdə qablaşdırılmış və möhürlənmişdir. Həmin zərfə o və iştirakçılar imzalamışdır. Bundan sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin proses videogörüntüyə alınmışdır. O, üzərindən aşkar olunan “şüşə” kimi tanınan psixotrop maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata almışdır. Bundan başqa, təxminən 5 aydır ki, narkotik vasitə olan "marixuana"dan istifadə edir. Mosu adlı şəxsi həmin ləqəblə tanıyır və həmin şəxsin heç bir anket məlumatlarını bilmir. Ona narkotik vasitə olan marixuana lazım olanda Mosu adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin whatsapp ani mesajlaşma proqramı üzərindən Mosuya sms yazır və həmin şəxsin ona atdığı kart hesabına pul ataraq Mosunun ona işarə ilə göndərdiyi müxtəlif ünvanlardan narkotik vasitəni götürür. xx.xx.2024-cü il tarixdə, saat 23:45 radələrində Mosu ilə whatsappda yazışmış və Mosu ona təklif etmişdir ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “İST Petrol” YDM-nin yaxınlığında yerləşən ünvana bükümlər qoyacaq və həmin bükümləri götürər. O da Mosunun təklifini qəbul etmiş və xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Mosunun ona göndərdiyi ünvana gedərək yolun kənarında gizlətdiyi yerdən 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümləri götürmüş və qara rəngli əl çantasının içərisinə qoymuşdur. Bundan sonra o, həmin ünvanı tərk edərək saat 01:40 radələrində ünvan 10 ünvanda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişdilər və ondan üzərində narkotik vasitə və ya maddə olubolmadığını soruşduqda o da Mosunun ona verdiyi və 05 ədəd bükümdə olan narkotik vasitə marixuananı üzərində olan qara rəngli əl çantanın içərisindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları əl çantasından təqdim etdiyi 05 ədəd bükümləri zərfə qoyaraq zərfin üzərini möhürləmişlər, polislərlə o, həmin zərfin üzərinə öz şəxsi imzalarını atdıqdan sonra onu 16cı polis şöbəsinə dəvət etmişlər. 16-cı polis şöbəsində müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərinə şəxsi axtarış və götürülməsi istintaq hərəkətləri keçirilmiş və həmin vaxt üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zər və sair təziqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məhiyyəddin oğlu ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs özünü qeyri-adekvat apardığı üçün üzərində narkotik vasitə olması şübhəsi yaranmışdır. Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə gətirildikdən sonra əlindəki içərisində pul olan 01 ədəd sellofan paketi PŞ-nin Növbətçi hissəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən istifadə eməkdə, yaxud dövriyyəsində şübhəli bilindiyinə görə Ənvərin üzərində müdafiə hüquqları təmin olunmaqla və videoçəkiliş aparılmaqla Nizami RPİ-nin 24-cü PŞ-də xidməti otaqda şəxsi axtarış və götürmə aparılması zamanı Ənvərə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə əhəmiyyət kəsb edə biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “şüşə” kimi tanıdığı həmin maddəni Yasamal rayonunda tanımadığı şəxsdən 15 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin 01 ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında süni işıqlanma şəraitində videoçəkiliş vasitəsi ilə aparılmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunmuş, qeydlər daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o Nərimanov RPİ-nin 16cı PB-də 2020-ci ildən xidmət edir. 19 sentyabr 2024-cü il tarixdə Ənvər adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində Nərimanov rayonu, S.Rəhman küçəsi, 20 ünvanın qarşısına yəni, Təqsirləndirilən şəxs olduğu yerə gəlmişlər. Keçirilmiş güdmə nəticəsində ünvan 11 ünvanın yaxınlığında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs uyğun gələn bir nəfərin orada olduğunu görüb saat təxminən 01:30 radələrində ona yaxınlaşaraq saxlamış və xidməti vəsiqələri ona təqdim etmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əlində olan qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümlər tərəflərindən götürülərək qablaşdırılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də Ənvərə üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Onun, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Rəfail oğlunun və 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisinə qoymuş olduğu Samsung markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd Kapital banka və 01 ədəd Leobanka məxsus bank kartlarını, X2 məxsus şəxsiyyət vəsiqəsini, 04 ədəd 1 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 20 manatlıq pul əskinazlarını, 03 ədəd telefon enerji naqilləri, 01 ədəd mobil telefon enerji başlığı, 02 ədəd domofon açarlarını, 01 ədəd telefon kitabçasını və 01 ədəd mobil telefon üzlüyünü, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim etmişdir. Daha sonra tərəflərindən götürülmüş bükümlərə baxış keçirilmiş, həmin bükümlərin içərisində spesifik qoxulu, ota bənzər bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri təxminən 4-5 aydır ki, Mosu kimi tanıdığı şəxs ***-***-**-** votçap nömrəsindən onun ***-***-**-** votçap nömrəsinə göndərdiyi Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən "İst Petrol" YDM-in yaxınlığındakı ünvana xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində gedərək yolun kənarında gizlətdiyi yerdən 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümləri götürdüyünü, qara rəngli əl çantasının içərisinə qoyduğunu və bundan sonra tək həmin "marixuana" adı ilə tanınan narkotik vasitələri həmin günü saat 01:40 radələrində ünvan 13 ünvana gəldiyini bildirmişdir. Ənvər həmin narkotik vasitəni özü istifadə edəcəyini bildirmişdir. Lakin qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasını və üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu, ota bənzər bitkiləri könüllü olaraq polis əməkdaşlarına təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu ota bənzər bitkilər özünün, vəkil Müdafiəçi1 və digər iştirakçıların şahidliyi ilə 05 (beş) ədəd bükümlər tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 senyabr 2024-cü il tarixdə, saat 02:50-də şübhəli şəxs qismində tutulmuşdur; 20 sentyabr 2024-cü il tarixdə saat 03:30-dan saat 04:00-dək “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisinə qoymuş olduğu Samsung markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd Kapital banka və 01 ədəd Leobanka məxsus bank kartlarını, X2 məxsus şəxsiyyət vəsiqəsini, 04 ədəd 1 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 20 manatlıq pul əskinazlarım, 03 ədəd telefon enerji naqilləri, 01 ədəd mobil telefon enerji başlığı, 02 ədəd domofon açarlarını, 01 ədəd telefon kitabçasım və 01 ədəd mobil telefon üzlüyüyünü, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim etmişdir. CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümləri təqdim edərək Təqsirləndirilən şəxs saxlanılarkən həmin bükümlərin onun üzərindən edib polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Rəfail oğlunun İştirakı ilə götürdüklərini bildirdi. Həmin bükümlərə baxış zamanı spesifik qoxulu, ota bənzər bitkilər aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümləri təxminən 4-5 aydır ki, Mosu kimi tanıdığı şəxs ***-***-**-** votçap nömrəsindən onun 051-812-12- 56 votçap nömrəsinə göndərdiyi Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən "İst Petrol" YDM-in yaxınlığındakı ünvana xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində gedərək yolun kənarında gizlətdiyi yerdən 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümləri götürdüyünü və qara rəngli əl çantasının içərisinə qoyduğunu və bundan sonra Təqsirləndirilən şəxs tək həmin "marixuana" adı ilə tanınan narkotik vasitələri həmin günü saat 01:40 radələrində ünvan 13 ünvana gəldiyini bildirmişdir. Lakin, qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu, ota bənzər bitkiləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu ota bənzər bitkilər özünün, vəkil Müdafiəçi1 bə digər iştirakçıların şahidliyi ilə 05 (beş) ədəd bükümlər zərfin içərisinə qoyularaq 218 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 7/1559 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan zərfdə 5 (beş) ədəd bükümlərdə (1 ədəd ağ rəngli sellofan, 1 ədəd gümüşü, 3 ədəd ağ rəngli kağız) ayrı-ayrılıqda təmiz çəkiləri-6,35 qram; 0,65 qram; 1,09 qram; 1,00 qram; 0,81 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi - 9,90 qramdır.Qeyd marixuanaların təmiz çəkisi - 9,90 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 9,80 qram. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1186/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2024cü il tarixdən hesablanmışdır. 26 sentyabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş DVD diskə baxış keçirilən zaman müəyyən edildi ki, diskdə 1 ədəd qovluq vardır. DVD diskinə köçürülmüş 30 dəqiqəlik video görüntü 20 sentyabr 2024-cü il tarixdə saat 03:30 radələrindən 04:00 radələrindək olan anı fıksə etmişdir. Qeyd olunan diskdəki «İMG_5111» adlı videogörüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisinə qoymuş olduğu Samsung markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd Kapital banka və 01 ədəd Leobanka məxsus bank kartlarını, X2 məxsus şəxsiyyət vəsiqəsini, 04 ədəd 1 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 20 manatlıq pul əskinazlarım, 03 ədəd telefon enerji naqilləri, 01 ədəd mobil telefon enerji başlığı, 02 ədəd domofon açarlarını, 01 ədəd telefon kitabçasını və 01 ədəd mobil telefon üzlüyüyünü, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim etmişdir. CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızma və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümləri təqdim edərək Təqsirləndirilən şəxs saxlanılarkən həmin bükümlərin onun üzərindən edib polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Rəfail oğlunun İştirakı ilə götürdüklərini bildirdi. Həmin bükümlərə baxış zamanı spesifik qoxulu, ota bənzər bitkilər aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümləri təxminən 4-5 aydır ki, Mosu kimi tanıdığı şəxs ***-***-**-** votçap nömrəsindən onun 051-812-12- 56 votçap nömrəsinə göndərdiyi Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən "İst Petrol" YDM-in yaxınlığındakı ünvana xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində gedərək yolun kənarında gizlətdiyi yerdən 03 ədəd ağ rəngli kağıza, 01 ədəd siqaretin gümüşü rəngli kağızma və 01 ədəd ağ rəngli selofana bükülmüş bükümləri götürdüyünü və qara rəngli əl çantasının içərisinə qoyduğunu və bundan sonra Təqsirləndirilən şəxs tək həmin "marixuana" adı ilə tanınan narkotik vasitələri həmin günü saat 01:40 radələrində ünvan 13 ünvana gəldiyini bildirmişdir. Lakin, qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu, ota bənzər bitkiləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 05 (beş) büküm olan spesifik qoxulu ota bənzər bitkilər özünün, vəkil Müdafiəçi1 bə digər iştirakçıların şahidliyi ilə 05 (beş) ədəd bükümlər zərfin içərisinə qoyularaq 218 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində Nizami RPİ-nin 24-cü PB əməkdaşları tərəfindən tutulmuşdur; 18 iyun 2024-cü il tarixdə saat 19:15-dən saat 19:30-dək “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddəni təqdim etdi. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. O, həmin maddəni Yasamal rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 saylı möhürü ilə möhürlənərək götürüldü. Məhkəmə kimyəvi ekspertizasının 19 iyun 2024-cü il tarixli, 6/3300 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası “DİN Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,554 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Qeyd: metamfetaminin təmiz çəkisi 0.554 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,504 qram. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İşdə olan Nizami RPİ-nin İŞ-nin müstəntiqi Cavad Əhmədov tərəfindın qəbul olunmuş 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. 11 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə olan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmiş, 14 oktyabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, icraatda olan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. Məhkəmə narkoloji ekspertizasının 25 iyun 2024-cü il tarixli, 4395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 2975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 240060423 və ********* nömrəli cinayət işlərinin ilkin mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 2 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. 240060423 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 05 ədəd bükümdə təmiz çəkisi 9,90 qram olan narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonra olan 9,80 qram qalığı saxlanılması üçün Nərimanov RPİ- nin saxlama yerinə təhvil verilmişdir. 240080277 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,554 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra olan 0,504 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlama yerinə təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-105/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs adına olan ***-***-**-**; ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi bu nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnlərinin məzmunu əks etdirən məlumatlar, telefonla aparılan danışıqları və məlumatlarının "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, hər hansı şübhə doğuran mesajlar aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,554 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 5 qram marixuananın şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə marixuananın təmiz çəkisi 9,90 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan marixuananın həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 9,80 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,504 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri A.İ.M Vəkil Bürosunun vəkili X6 ogluna məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,504 qram metamfetamin və 9,80 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının əvvəlki məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri A.İ.M Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-105/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-105/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver