Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-106/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda 13,298 qram təmiz çəkidə əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanına qanunsuz daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılmış polis əməkdaşlarının təklifindən sonra o əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 38 ədəd bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,153 qram; 0,122 qram; 0,098 qram; 0,065 qram; 0,143 qram, 0,082 qram; 0,153 qram; 0,111 qram; 0,082 qram; 0,148 qram; 0,143 qram; 0,137 qram; 0,141 qram; 0,072 qram; 0,067 qram; 0,085 qram; 0,092 qram; 0,166 qram; 0,154 qram; 0,062 qram; 0,070 qram; 0,151 qram; 0,063 qram; 0,588 qram; 1,050 qram, 1,105 qram; 0,599 qram; 0,668 qram; 1,045 qram; 0,422 qram; 0,460 qram; 0,573 qram; 0,528 qram; 0,536 qram; 0,750 qram; 0,786 qram; 0,498 qram və 1,104 qram, ümumilikdə təmiz çəkisi 13,272 qram olan eyni xarici görünüşlü və kimyəvi tərkibli psixotrop maddə metamfetamini və üzərində təmiz çəkisi 0,026 qram metamfetamin olan bir ədəd elektron tərəzini təqdim etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir müddət istifadə etmaya başladığı heroini və metamfetamini tanımadığı şəxslərdən almışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxıb metamfetamin almaq üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” deyilən yerə getmişdir. Orda digər anket məlumatlarını bilmədiyi İlkin adlı şəxslə görüşmüşdür. İlkinin narkotik vasitə və psixotrop maddə satdığını eşitmişdir. Orada İlkinlə söhbət etdikdə İlkinə psixotrop maddəyə ehtiyacı olduğunu bildirmişdir. İlkin də onu şifahi tanıdığına görə metamfetamin satmağa razılıq vermişdir. İlkin ona metamfetaminin 0,5 qramını 40 manata, bir çetini (təxminən 0,10-0,20 qramını) 10 manata satdığını bildirmişdir. Həmin zaman onun üstündə 300 manat pul olmuşdur. İlkinə 5 büküm 0,5 qramlıq və 10 büküm bir “çetlik” metamfetamin verməsini bildirmişdir. Həmin bükümləri özü istifadə etmək üçün istəmişdir. Belə ki, o gün ərzində bir-iki “çet” metamfetamin istifadə edirdi. Həmçinin uzaqda qaldığından, hər dəfə gəlib-getməmək üçün bir müddət istifadə etmək üçün ehtiyyat metafetamin almaq qərarına gəlmişdir. İlkin ona ümumilikdə 5 ədəd büküm və 10 “çet” metamfetmin verdikdə, İlkinin əlindəki çantada xeyli sayda büküm olduğunu görmüşdür. Buna görə də İlkindən xahiş etmişdir ki, əlindəki bükümlərin hamısını ona versin, pulunu gələn dəfə ödəyər. İlkin razılaşmaq istəmədikdə, o, əlini atıb İlkinin sumkasının içərisində olan bükümlərin hamısını götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Aralarında tanışlıq olduğundan, İlkin etiraz etməmiş və pulu olanda götürdüyü metamfetaminlərində pulunu verməsini tapşırmışdır. İlkinin yanından ayrılmış və Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə yaşayan “Narin” adlı tanışının yanına getmişdir. Bir müddət onlarda qaldıqdan sonra özünə məxsus mobil telefonu təmir etdirmək üçün “2111 taksi” şirkətindən taksi sifariş vermiş və dövlət nömrə nişanını xatrılamadığı taksi avtomobili ilə “Sahil metrostansiyası” yaxınlığında mobil telefonunu təmir etdirmişdir. Həmin müddətdə İlkin adlı şəxsdən götürüdüyü, sonradan 38 ədəd büküm olduğunu bildiyi metamfetamin bükümləri və elektron tərəzi üzərində olmuşdur. Tanışı “Narin” adlı şəxsin belə üzərində metamfetamin olmasından məlumatı olmamışdır. Həmin taksi ilə də yenidən Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanına getmişdir. Ünvanın qarşısında taksidən düşdükdə, bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərib özünü təqdim edərək, Baş X2 əməkdaşları olduqlarını bildirmişlər. O, da özü barədə məlumat vermişdir. Polis əməkdaşı onu barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Eləcə də ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və təqdim etdikləri iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirəcəklərini bildirmişlər. O, da polis əməkdaşlarına üzərində 38 ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Üzərində olan bütün əşyaları təqdim etmək təklifi olunduqdan sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən 14 ədəd şəffaf polietilen bükümdə və 24 ədəd ağ rəngli kağız bükümdə içərisində metamfetamini və bir ədəd elektron tərəzini, şalvarının sol yan cibindən 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümlər onun və hal şahidlərinin iştirakı ilə açılaraq, içərisində ağ rəngli toz-kristal formalı maddə aşkar edilmişdir. O, həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər zərfə qoyulmuş və üzəri onun tərəfindən imzalanmışdır. Özünü təqsirli bilir və törətdiyi əməldən çox peşimandır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba bağlar massivində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş X2 rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Baş X2 əməkdaşları olduqlarını bildirmişlər. Saxlanan şəxsdən anket məlumatlarını soruşduqda o xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba bağlar massivində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edildikdən sonra ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmiş və üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuş, həmçinin üzərində olan bütün əşyaları təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində 38 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 10 manat pul və şəxsiyyət vəsiqəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 14 ədəd şəffaf polietilen bükümü, 24 ədəd ağ rəngli kağız bükümü, 01 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 10 manat pulu və şəxsiyyət vəsiqəsini hal şahidlərinin iştirakı ilə onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs də həmin zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsi götürülmüş, 10 manat pul isə özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni saxlandığı vaxtdan 1 saat əvvəl 300 manata Yasamal rayonu, “Sovetski” deyilən yerdə tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqəsdilə vəkil dəvət olunmuşdur. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs və digər iştirakçılar protokulun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Polis əməkdaşları həmin şəxsədən özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polislər Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olubolmaması soruşmuş və üzərində olan bütün əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində 38 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 10 manat pul və şəxsiyyət vəsiqəsi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 14 ədəd şəffaf polietilen bükümü, 24 ədəd ağ rəngli kağız bükümü, 01 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 10 manat pulu və şəxsiyyət vəsiqəsini onların iştirakı ilə polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər polis əməkdaşları tərəfindən açılmış və orada toz-kristal formalı, ağ rəngli psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümləri elektron tərəzi ilə birlikdə zərfə qoyaraq möhürləmişlər. Təqsirləndirilən şəxs, o və digər hal şahidi və polis əməkdaşları həmin zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni tutulduğu vaxtdan 1 saat əvvəl 300 manata Yasamal rayonu “Sovetski” deyilən yerdə tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs, onu və digər hal şahidini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə göstərilənlər barədə müvafiq protokol tərtib olunmuş və iştirakçılar kimi o, da protokulun doğruluğunu imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili Şahid1 tərəfindən 05 noyabr 2019-cu il tarixdə Bakı şəhərində tərtib olunmuş 03 vərəqdən ibarət əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılmış və əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 38 ədəd bükümdə 13,272 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (iş vər.: 15-17). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözlər və imzalar olan zərfdəki ümumi sayı 38 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram; 0,122 qram; 0,098 qram; 0,065 qram; 0,143 qram, 0,082 qram; 0,153 qram; 0,111 qram; 0,082 qram; 0,148 qram; 0,143 qram; 0,137 qram; 0,141 qram; 0,072 qram; 0,067 qram; 0,085 qram; 0,092 qram; 0,166 qram; 0,154 qram; 0,062 qram; 0,070 qram; 0,151 qram; 0,063 qram; 0,588 qram; 1,050 qram, 1,105 qram; 0,599 qram; 0,668 qram; 1,045 qram; 0,422 qram; 0,460 qram; 0,573 qram; 0,528 qram; 0,536 qram; 0,750 qram; 0,786 qram; 0,498 qram; 1,104 qram, ümumilikdə təmiz çəkisi 13,272 qram olan ağ rəngli kristallardan ibarət maddələr və 01 ədəd elektron tərəzinin üzərində təmiz çəkisi 0,026 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindirlər, onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin adlı preperat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Qeyd: Metamfetaminin ümumi çəkisi-13,298, tədqiqata sərf edildi-0,39 qram, qalıq-12,908 qram. (iş vər.: 28-32). İş üzrə keçirilmiş ambulator məcburi narkoloji müayinənin xx xxxxxx 2019-cu il tarixli 2957 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər.: 114-115). Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, iş üzrə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 38 ədəd bükümdə ümumi təmiz çəkisi 13,272 qram olan psixotrop maddə olan metamfetamini və üzərində təmiz çəkisi 0,026 qram metafetamin olan bir ədəd elektron tərəzini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə qeyd olunan ünvanda saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra o, əynindəki şalvarın cibindən 38 ədəd bükümdə ümumi təmiz çəkisi 13,272 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində təmiz çəkisi 0,026 qram metafetamin olan bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə həmin psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsini göstərmişdir ki, bu da işin obyektiv hallarına uyğun deyil.Halbuki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir.Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək saxladığı psixotrop maddə olan metafetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 88 dəfə, külli miqdardan isə təxminən 6 dəfə artıq olmuşdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda göstərilmişdir ki, Bakcell MMC-nin istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələrə gələn-çıxan əlaqə zənglərini özündə əks etdirən diskə baxış zamanı diskdə olan fayllarda iş üzrə əhəmiyyətli hal aşkar edilməmişdir. Lakin həmin diskə baxış zamanı tərəfimdən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21.43-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardawim esebisen senin qadan alaram qaqawnan gelirem teze pir mescidinin yanına bidene qardawa goze giren yemlik 05 verersen 90 azn vererem sabahda 20 vererem” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 20.14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqili 2 dene tema goturek VZ-den cixaq. Lap 2-3 gune hemin pulu verim qaytarsin bide 10 man ki. Siqaretim yoxdu. Yola yoxdu. 3 manat taliwa bowduyam. Qaqili her soze sifet eleme bu halda olanda adam ancaq cixmagi fikirlewir. San incidin haa? Man agrida qaliram.” məzmunlu sms mətni alınmışdır. Qeyd olunan yazışmalar iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, müstəntiq Ceyhun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan abonentlər işin mahiyyəti üzrə dindirilməmiş, ondan aşkar edilərək götürülmüş psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsinin təsdiq olunması ilə bağlı əhəmiyyət kəsb edən həmin hallar araşdırılmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı külli miqdarda-13,272 qram psixotrop maddə olan metafetaminin və həmin maddənin çəkilməsi üçün istifadə olunan elektron tərəzinin aşkar edilməsi, metamfetaminin çəkilib xırda bağlamalara bükülməsi, elektron tərəzinin səthində metamfetaminə məxsus izlərin müəyyən edilməsi, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə yuxarıda qeyd edilən məzmunlu sms mətnləri ötürülməsi təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, sonuncunun psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hallardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin müstəntiqi X3 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 38 ədəd bükümdə 13,272 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs CM-nın 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2002-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “İlkin” adlı şəxs tərəfindən 13,298 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və Təqsirləndirilən şəxs satılması faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham ona elan olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Bundan başqa, həmin Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİ-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarı isə 02 qram və daha artıq miqdar təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin xalis çəkisi 13,272 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar qeyd olunan Siyahıya uyğun olaraq, külli miqdar çəkisinə uyğun gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.” Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın; Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, xx xxxxxxxx 2020-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(005)-106/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-106/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver