Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-106/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycanlı Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Kürdəmir rayon Bağman kəndində qeydiyyatda olan, Bakı şəhər Nərimanov rayonu Böyükşor qəsəbəsi Daş karxanası ev 55-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,003 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamış və 08 oktyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əkəmdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş təmiz çəkisi 1.003 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunda yaşasada Bakı şəhərində işləyir. Təxminən 1 ay olar ki, psixotrop maddədən istifadə edir. Biryerdə eyni evdə qaldığı, lakin adını və anket məlumatlarını dəqiq bilmədiyi şəxslə 08 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində yaşadığı ünvana yaxın ünvan 3 şəxs ona biraz aralıda maşının içərisində oturmuş əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi, yalnız adının Murad olduğunu bildiyi şəxsə 10 manat pul verməsini xahiş etmiş, maşının qeydiyyat nömrəsini və modelini dəqiq xatırlamadığıni bildirərək 10 manat pulu aparıb ona verərəkən Murad adlı şəxs də ona bir büküm psixotrop maddə vermişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin maddəni götürməyib yerə atmış və oradan uzaqlaşmışdır. Daha sonra həmin ünvana birlikdə gəldiyi şəxs narkotik vasitəni yerdən götürərək onun dalınca gəlmişdir. Bundan sonra mülki geyimdə 2 nəfər şəxs onlara yaxınlaşmış, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşmuşdurlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu tutacaqlarından narahat olduğu üçün onlarla qısa danışıb uzaqlaşmağa çalışmış və həyəcanlanmışdır. Lakin, polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getməyini bildirmişdirlər. Təqsirləndirilən şəxs və yanındakı adını bilmədiyi şəxs bundan sonra etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmişdir. 17-ci Polis Şöbəsində xidməti otaqların birində narkotik vasitəni Təqsirləndirilən şəxs təqdim edərək üzərindən aşkar edilməsini videoçəkiliş zamanı bildirməsini söyləmişlər. Yanında olan digər şəxsi isə azad etmişlər. Polis əməkdaşlarından kim tərəfindən narkotik vasitənin ona verilməsini bilmədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlanılmışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da bundan sonra əynində olan qara rəngli cins şalvarının sol cibində olan pul kisəsini, həmin pul kisəsinin içərsində Leobank bank kartını, Beynəlxalq Bank kartını, Bakı kart, sürücülük vəsiqəsi, Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqəsini və şalvarının sağ cibindən isə Redmi markalı mobil telefonunu və 01 ədəd kağıza bükülü olan psixotrop maddə metamfetamini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində metamfetamin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırıb, möhürləyərək götürdükdən sonra bu barədə protokol tərtib etmişdir. Daha sonra iştirakçılar tərtib edilmiş protokolu imza etmişdirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona aid olmadığını bildirmiş, eyni zamanda ona qarşı hər hansı fiziki və psixi təsir olmadığını bildirmiş, lakin qorxması səbəbindən ibtidai istintaq zamanı həmin narkotik vasitənin ona aid olduğunu bildirdiyini qeyd etmişdir. Göstərilənləri, əvvəllər məhkum olunmamasını, “Vətən Müharibəsi” iştirakçısı, Zəngilan və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğunda medallarla təltif olunmasının nəzərə alınmasını həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. xx.xx.2022-ci il tarixdə 22:00 radələrində iş yoldaşı əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə xidmət aparan zaman ünvan 4 ünvanda bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışdırlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratdığndan onu Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nə dəvət etmişdirlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-cı PŞ-nə gəlmişdir. Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Mirsoltan Sarıyevə həvalə edilmişdir. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra, təhqiqatçı onun üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs əynindəki qara rənqli cins şalvarın sol cibindən “LEOBANK” kart, Beynalxalq bank kartı, Bakı kart, sürücülük vəsiqəsi, “Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqəsi olan qara rənqli pul kisəsini həmin şalvarın sağ cibindən isə qara rəngli Redmi markalı mobil telefonu və 1 ədəd adi kağıza bükülmüş ağ rəngli kristal formalı bükümü təqdim etmişdir və təqdim etdiyi həmin bükümü psixatrop maddə olan metanfetamin olmasını və həmin həmin psixatrop maddənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd adi kağıza bükülmüş ağ rəngli kristal formalı bükümü xx.xx.2022-ci il tarixdə 19:50 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsində əvvələr tanımadığı və hər hansı bir anket məlumatlarını bilmədiyi Murad adlı şəxsdən 10 manat pul müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra, təhqiqatçı iştirakları ilə protokol tərtib edib, həmin psixotrop maddəyə bənzər maddə ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmışdır. Üzəri isə möhürlənərək orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında başqa heç kim olmamışdır. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkili X4 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan cinayət işi üzrə faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan və işə elavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən içərisində LEOBANK kartı, Beynəlxalq bank kartı,Bakı kart,sürücülük vəsiqəsi, “Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyinin” vəsiqəsi olan qara rəngli pul kisəsini həmin şalvarın sağ cibindən isə qara rəngli Redmi markalı mobil telefonu və İ ədəd adi kağıza bükülmüş ağ rəngli kristal formalı bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümün psixatrop maddə olan metanfetamin olmasını və həmin psixotrop maddənin ona məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin 1 ədəd adi kağıza bükülmüş ağ rəngli kristal formalı bükümü xx.xx.2022-ci il tarixdə saat 19:50 radələrində Nərimanov rayonu,Böyükşor qəsəbəsində əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi yalnız adının Murad olmasını bildiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi məqsədilə əldə etməsini qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi kağıza bükülmüş ağ rəngli kristal formalı bükümü özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2022-ci il tarixli 6/5814 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 219 nömrəli dairəvi möhür əks olan, Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilöərək götürülən büküm...sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1(ədəd) bükümdə təmiz çəkisi 1,003 qram olan ağ rəngli, kristallşəkilli maddə kütəsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 5995 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1.003 qram çəkidə kustra üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,953 qram psixatrop maddə olan metanfetamin Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. “Cinayət işi üzrə toplanmış sübutlarların qiymətləndirilməsi” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” tərtib edilmiş protokol, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübüt kimi tanınmışdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkmədə tədqiq olunan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ Mübaribəsi iştiakçısı olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı əsasında “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2363 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında narkotik vasitənin onun üzərindən aşkar edilməməsi, yanında başqa şəxsin olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həmçinin Təqsirləndirilən şəxs gənc olması, 2-ci Qarabağ müharibəsində ön cəhbədə cəsarətlə vuruşaraq müxtəlif medallarla təltif olunmasını şəxsiyyətini müsbət xarekteriza edən hal kimi səciyyələndirir və yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-in 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (08-10 oktyabr 2022-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,953 qram psixatrop maddə olan metanfetamin məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55.00 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (08-10 oktyabr 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01(bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış psixatrop maddə olan metanfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55,00 (əlli beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-106/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-106/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver