Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-106/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi (vəkili) “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X7, “X21” MMC-yə və "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xüsusi ittihamçı qismində tanımaqla, onun şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən, barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X7, “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X9 xx.xx.1941-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, şərəf ordeni ilə təltif olunmuşdur. Bildirilir ki, X11 2022-ci ilin sentyabr aylarından başlayaraq yenidən mütəmadi olaraq, sosial şəbəkələrdə yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Kərimova Floranın şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları mediada, kütləvi informasiya vasitələrində yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməli törətmişdir. 20 dekabr 2022-ci il tarixində X11 “afetfermanqizi_002” adlı öz rəsmi instaqram hesabında canlı yayım açaraq: “Dloranın tənəh itləri dolub deyəsən bura. Dostlar, Dlora deyib ki, mənə açıq məktub yazanda orda bir cümlə var birazdan paylaşaram. Deyir ki, mən sonsuz deyiləm, yəni insan sonsuz olanda nə olur ki? Sonsuz qadınlara ironya ilə yazır ki, yəni qızım var, övladım var və s. Adam sonsuz olanda nə olur ki, Dlora? Vallah o cümləyə görə ayıb olsun Dlora. Məhkəməyə niyə getmədim. Mən bir az özümdən asılı deyil, cumardım məhkəmədə onu yolardım. Üzr istəyirəm ifadəmə görə. Onu cumardım məhkəmədə belə yolardım, parikini çıxarardım. " ifadələrindən istifadə edərək xüsusi ittihamçını təhqir etmişdir. “lamiyəxankişiyeva”nın “Evdə qalan qızlardandır, yüz faiz, ərə getməyinə paxıllığı tutur, heyif ki, özünü gözdən saldın” kommentinə” “Bir milyon izləyicim var ay bədbəxt, sənin o xalq artisti dediyin yüz min deyil heç, gör indi gözdən düşən kimdi. Meydanlarda mən döyülməmişəm, başımdan aşağı parikimi mənim dartıb çıxartmayıblar ki. Məhkəmələrdə sülənən mən deyiləm ki. İşverən mən deyiləm ki, 8-9 nəfərə cinayət işi açdıran mən deyiləm ki,” ifadələrindən istifadə edərək Flora Kərimovanı təhqir etmiş və ona böhtan atmışdır. xx.xx.2023-cü il tarixində “Yeni Sabah” Xəbər X1 paylaşımları əsasında “Floradan qorxdum uşaq düşdü” başlıqlı xəbər paylaşmışdır. Xəbər saytında paylaşılmış xəbəri əlavə edirik: “Mamed Nanacanov adlı iş adamı ilə ailə quraraq Moskvaya köçən müğənni Afət Fərman qızı qeyri-adi açıqlaması ilə gündəmə gəlib. (Link: https://yenisabah.az/floradan-qorxdum-usaq-dusduafetden- sok-aciqlama) Yenisabah.az xəbər verir ki, bir müddət əvvəl hamilə olduğunu deyən ifaçı daha sonra bətnindəki övladını itirdiyini açıqlamışdı. Bu barədə “İnstaqram” sosial şəbəkə hesabında ’’vikaqamidova” adlı ona “Bəs uşaq necə oldu ay Afət xanım, siz hamilə deyildiz?” sualı ünvanlayan izləyicisinə Həsənova Afət “Floradan qorxdum, uşaq düşdü” cavab verərək Flora Kərimovaya böhtan atmışdır. Qeyd edilən xəbərə 9057 sayda baxış olmuşdur. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində Flora Kərimovanın şəklini paylaşaraq “Bu da bunun iç üzü. Mənim qəzəl oxumamı, Nəsimiyə təhqir bilən bu oxuyan, o boyda türk qardaşlarımıza oğraş deyir. 44 günlük Vətən müharibəsində Türklər bizə dayaq oldu. Nuru Paşa olmasaydı, Bakı əldən getmişdi. Bunu 2-ci sinifdə oxuyan uşaq da bilir. Hələ çox şeylər var. O gün də məhkəmədə @alovlu_ulviyya-yə uduzan flora, məhkəmə zamanı rusca danışıb, Ülviyyə xanım etiraz etdikdə isə, Azərbaycan dilinin söyüş dili olduğunu məhkəmə zalında söyləyib. Mənbə (Ülviyyə xanımın səhifəsində bu barədə geniş məlumat var. Yeri gəlmişkən ay flora haqqımda çox yalan iftiralar yazırdın. İndi bildim ki, mənə niyə nifrətin varmış, çünki, mən Türkəm. Kommenti bağladım. Trolların və florların içində qalsın’’ xüsusi ittihamçını təhqir edərək ona böhtan atmışdır. xx.xx.2023-cü il tarixində X11 @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində özünün videosunu paylaşaraq xüsusi ittihamçı Kərimova Flora haqqında “(ffflora kerimova official başın gedib içdiyin mundar sidiyə görə, mənim ərə getmə sayım qızınınkı qədərdi. Sənə çata bilmərəm, sən 3 dəfə getmisən. @alovlu ulviyya bu arvadı məhkəmədə udmağını həzm edə bilmir, indi də mənə saldırır” kimi təhqiredici ifadələr işlətmişdir. Həmin paylaşımın şərh hissəsində @2521_bahar adlı istifadəçinin şərhinə cavab olaraq “60 yaşlı ağzı-gözü əyilmiş kaftar (kimdirsə, faktlarla kimliyini məhkəməyə təqdim etsin) bunu öyrətmişdi. Dövlət rüsumunu da ödəmişdi. Amma planları baş tutmadı” ifadələrini işlədərək xüsusi ittihamçını təhqir etmişdir. @fereh_memmedova adlı istifadəçinin şərhinə isə “ona görə dəli olub. Azərbaycanda idim. Heç bir iş görə bilmədi deyə yana-yana qaldı” və “Floranın bir şəkli var, gecə onu gördüm qorxdum, uşaq düşdü” rəyini yazaraq xüsusi ittihamçı barəsində təhqiredici ifadələri işlətmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində məhkəmənin qərarını paylaşaraq “flora buyur, deyirdin belə sənəd yoxdur. Bu da sübutum. Təbriklərinizi qəbul etmək istəyirəm dostlar. Hərçənd deyəcək, gözümü həkim pis günə qoyub deyə görə bilmədim, eynəkdəyəm, amma siz ona göndərin. Yanındakılar qulağına deyəcək. Sənədə şübhəsi olanlar, kiminsə başı üçün deyil ki, saxta sənəd paylaşa. Jurnalistlərin də ixtiyarı var ki, məhkəmədən araşdırıb, özləri paylaşsınlar. Yandığınızdan bu sənədə mız qoyursunuz. Elektron sənəddə imza olmur, ay flora kimi “savadlılar”. Ərə getdiyimə də mız qoyduz. Bakıya gəldiyimə də mız qoyduz. İt hürər, Afət Qalik sürər.” xüsusi ittihamçını təhqir etmişdir. Həmin paylaşımın şərh hissəsində @ceso83000 adlı istifadəçinin şərhinə cavab olaraq “sidik içməklə, Nuru Paşaya oğraş deməklə 100 faiz tarixdə qalacaq" rəyini yazaraq xüsusi ittihamçı barəsində təhqiredici ifadələri işlətmişdir. @vekil bagirov kerim adlı istifadəçinin şərhinə isə “floranın izləyiciləri də özü kimi savadsızdır, rəyini yazaraq xüsusi ittihamçı barəsində təhqiredici ifadələri işlətmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində Flora Kərimovanın şəklini paylaşaraq şərh hissəsində “Flora Kərimovanın qızma səslənirəm. Zümrüd xanım, sizin ananızın ətrafında onu həqiqi sevən insan yoxdu. Onu aldadıb deyirlər ki, Afəti az qalıb, udacaqsan məhkəmədə. 3 qərarın üçü də mənim xeyrimədi. O qərarları sizə göstərmək istərdim, siz də ananıza göstərin. Flora Kərimovanın bunlardan xəbəri yoxdur. Jurnalistə deyib ki, xəbərim yoxdur. Necə ki, Ülviyyə Alovlu ilə məhkəməsini uduzdu, bu da o tərkibli işdir (xüsusi ittiham). Flora Kərimovanın yanındakı adam mənimlə düşmənçiliyi olan iki nəfər qadın tərəfindən pul və hədiyyələr qarşılığında ələ alınıb (К i m d i rsə m əhkə m əy ə təqdim etsin) və ona bildiriblər ki, Flora Kərimovam başa sal, Afəti məhkəməyə versin. Nəticəni də izah ediblər ki, Afəti cəzalandıracıq. Zümrüd xanım bu dediklərimlə bağlı əlimdə işimi sifariş verən qadınla məhkəmə sədrinin görüntüləri var. Ananıza başa salın, mən odda yanmaz, suda da batmazam. Çünki, haqqam. İddia müddəti keçmiş bir məsələni məhkəmə hansı maraqla icraata götürüb? Onun da sübutu əlimdə var, mən heç vaxt, heç kimdən etmədiyim işə görə üzr istəməyəcəm. Üzrü onun-bunun toxumunu oğurlayıb, pul dərdindən özünə uşaq düzəldən Flora Kərimovam bu işə alət edən məxluqlar istəsin. Flora Kərimova da bilsin ki, mən istədiyim vaxt Vətənimə gəlirəm və istədiyim vaxt Vətənimdən ikinci Vətənimə gedirəm. Hər gün təyyarələrdə sərhədlər keçirəm. Axtarışı olan adamı sərhəddə tutub, ölkəsinə təhvil verirlər. Mən Belarusiya, Türkiyə, Azərbaycan, Rusiya sərhədlərini son 1 ayda keçmişəm. Bəs niyə tutub, təhvil vermədilər? Çünki, qanun icazə vermir. Sayqılarla: Afər Fərmanqızı” xüsusi ittihamçıya böhtan atmışdır. Həmin paylaşımın şərh bölməsinə @toxucu_anam adlı istifadəçinin şərhinə cavab o 1 araq "qəlibə ananla səhv salma. Zatən unitaza axan şeyi içməyi məsləhət görən floradı" rəyini yazaraq xüsusi ittihamçıya böhtan atmış və onun barəsində təhqiredici ifadələri işlətmişdir. xx.xx.2023-cü il tarixində “Bakı Vaxtı” Xəbər saytı Afət Fərmanqızının @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində böhtan və təhqir dolu canlı yayımdan kadrları paylaşmışdır: “Mən köçəndən sonra sən məni məhkəməyə vermisən, özün də bilirsən sənin məhkəməni kim tapşırmışdır. Onların hamısını ifşa elədim, kimlər saxta yollarla nələr danışılıb, hamısını ifşa eləmişəm. Faktlar var e mənim əlimdə.” (məhkəmyə təqdim etsin.) Canlıda bir izləyicinin kommentini oxuyaraq “Ay xanım, Flora gedib məni məhkəməyə veribsə, deməli elə o səviyyənin adamıdır. Kimi udmusan bir dənə çıx de ki bunu udmuşam... sən Nəsimi qədri bilənsən? İşin gücün yoxdur sənin? Baxın görürsüz gözünüz nə günə düşdü? 82 yaşında getdiz əməliyyat elədiz, gözünüz nə vəziyyətə düşdü. Onu həkim eləmədi, onu mənim Allahım elədi. Sizin o arxanızda duran qadının ağzı gözü necə əyildi. (Kimdirsə, məhkəməyə təqdim etsin) Noldu Azərbaycanda bütün millət iynənin altına yatır, birinin ağzı gözü əyilmir, bir dənə sənin gözün əyildi, bir də o arvadın ağzı gözü 60 yaşında əyri-qılçanın.” Həmin videoya 12,110 baxış sayı olmuşdur. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində mənim videomu paylaşaraq şərh hissəsində “X20, Nuri Paşanı təhqir edəndə həmin şəhidlərin qanından utanmadınmı? Bu illər ərzində publikaya “vətənpərvər” görünmək üçün hər yola əl atmısam Bütün hunlara baxmayaraq, ALLAH iç üzünü ortaya çıxardı! Sənin “vətənpərvərlik” anlayışın Azərbaycan dilində danışmaq istəmədiyindən bəllidir. Dəyərli jurnalist Ülviyyə Alovlu ilə məhkəmə prosesi zamanı çıxış edərkən, Azərbaycan dilini söyüş dili adlandırnusan! Sən nə dediyinin fərqindəsən? Təcili olaraq, heyin cərrahına müayinə olmağını məsləhət görürəm. Əks təqdirdə, ömrünün son illərində özünü rüsvay edəcəksən. Mən Rusiyada yaşasam da, sənin kimi hər yerdə rus dilində danışaraq onların dilini təbliğ etmirəm. Çünki öz dilimi, vətənimi, xalqımı, dövlətimi sevirəm! (kommenti bağlayıram ki, gizli profillərlə yazdırdığın kommentlərin ürəyində qalsın) xüsusi ittihamçını təhqir etmiş və ona böhtan atmışdır. @zofonl 11 adlı istifadəçinin şərhinə cavab olaraq “sidik içməyi təbliğ etdiyinə görə?” rəyini yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @inci.music adlı istifadəçinin şərhinə cavab olaraq “flora maşınıma həbs qoydurmaq istəyirdi, onu başa salırdım ki, alınmadı” təhqiredici ifadələri, @olimpik_futbol_klubu adlı istifadəçinin isə şərhinə cavab olaraq “eşşəkdə də var o səsdən ” təhqiredici ifadələri işlətmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində mənim şəklimi paylaşaraq, “Flora Kərimova, sənin əlində tutduğun bu ekspertiza sənədi (yeni tarixlə), hansı ki, deyirsən sirr qalsın, sirri mən açıram. Bu sənəddə də mən udmuşam. Gecə sənin səhifəndən screen edib, yaxınlaşdırıb, çətinliklə də olsa, nə yazıldığını oxudum. Yaşıl xəttlə haşiyələdiyim yeri yaxşı oxu: orada belə yazılıb: “lakin təhqiqatın aparılması üçün ekspert mütəxəssis rəyini ümumi və qısa məzmunlu hesab etmiş, iş üzrə rəy verməkdən imtina etməklə icrasız geri qaytarılmışdır”. Flora, bu isə o deməkdir ki, 2:0 Baloğlanın xeyrinə. Sənədi yaxından çəkib göstərə bilmirsən. Sənədi vəkilim götürsün 1-2 günə, mən yaxından çəkib paylaşacağam, səndən fərqli olaraq, (sənə düz edirsən deyənlər instaqram və tik-tok publikasıdı, qazilərə 1 manat qıymayan, petilerə jeton atanlar, amma, əsasən ziyalıların toplaşdığı facebook platforması və instaqramın savadlı, ziyalılardan ibarət çoxluğu mənim tərəfımdədi). Hə, bir də əmlakımın siyahısını çıxardanda sayını az deyiblər. Xətai prospektindəki evi və Seabreezedəki evi göstərməmisən. Onları da yaz. P.s.: HƏ BU ARADA DİRNAQLARİNİ KİM DÜZƏLDİBSƏ, ÇOX BƏYƏNDİM. QİRMİZİ LAK DA BİR BAŞQA ALƏMDİ)) MANİKÜRCÜNÜN SƏHİFƏSİNİ TAQ EDİN BİR ZƏHMƏT” xüsusi ittihamçıya böhtan atmışdır. Həmin paylaşımın şərh bölməsinə @elxan_zeynalov.sculptor adlı istifadəçinin şərhinə cavab olaraq “flora toy oxuya bilməz» Гоу ən ali səhnədi, çiinki, toya zorla gedib, özünü sırıya bilmirsən. Xalq səni sevirsə, aparıb sənə min bir əziyyətlə qazandığı pulu verir və ailəsinin, evinin içinə aparmağı rəva görür. Siz belə şeyləri bilməzsiniz. Əbülfəz Elçibəylə mən də dost olsaydım, mənə də Xalq artisti adı verərdi. Allah ruhunu şad etsin” və “o ordendən möhtərəm X18 1- ci hakimiyyət dövründə döşünə sancıb “XALQLAR DOSTLUĞU ORDENİ” (məhkəməyə təqdim etsin). Mən uşaqlıqdan elə orden, medalların içində böyümüşəm. Və bizim məsələmizə floranın titulu köməyi olmadı. Qanun icazə vermədi. Kaş ki, hərəkətləri də sənəti ilə uyğun olardı” və “əlbətdə, nənəm yaşında biri ilə məni müqayisəniz düz deyil. Elçibəylə mən də dost olsaydım adlardan mən də alardım” yazaraq xüsusi ittihamçını təhqir etmişdir. @banusara2020 adlı istifadəçinin şərhinə “flora demişdi ki, oğlun səndən utanmır?” rəy yazaraq xüsusi ittihaçmıya böhtan atmışdır, (nə vaxt və harda deyilibsə təqdim etsin) @xalidayusubova adlı istifadəçinin şərhinə “o öyrəşib dövlətə şər atmağa” rəy yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @firuze_recebova adlı istifadəçinin şərhinə “Allaha dua etməyən, Allaha əmr edirəm deyən birindən nə desən gözləmək olar” rəy yazaraq xüsusi ittihamçıya böhtan atmış və onu təhqir etmişdir. @irada_056 adlı istifadəçinin şərhinə “canım, mən başlamadım. O, oğlumun adım çəkib, məni təhqir etdi. Sonra onu himayədarları qabağa verdilər, (nə vaxt və harada deyilibsə, təqdim etsin) Pullarına arxayın oldular. Amma pul keçmədi. Bu qadın da bu vəziyyətə düşdü bu yaşında” (nə vaxt və harada deyilibsə, təqdim etsin) rəy yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @sevane_1990 adlı istifadəçinin şərhinə “pu! qazanmaqçün hu yollarla əvvəl özü sataşır. Özü də harda emosianal adamlar varsa, onlara sataşır və təhqir edir. Qarşı tərəf bıınun toruna düşən kimi yəni cavab verən kimi qaçır iş verdirir məhkəmədə. Pul qazanmağın asan yolu. Amma, bu vaxta qədər Faiq Ağayevə, İlhamə xanıma, Röyaya, Ülviyyə Alovluya uduzub. Mənə də hələ ki, prosesləri uduzub. Yekun qərarı gözləyək” rəy yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @subhan201118 adlı istifadəçinin şərhinə “kor atın da, kor nalbendı olar. Flora kimi iddiaçının mənim kimi hamiləsi olar” və “səs diapazon yarışı deyilee. Söyüb, təhqir edib, axırda da məhkəməyə verib pul istəyir. Rahat pul qazanma yolu. Gəlsin xoşluqla istəsin verim. Belə mümkün deyil. Səsə qalsa, eşşək kimi yüksək diapazonu olan yoxdu” rəy yazaraq xüsusi ittihamçını təhqir etmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində xüsusi ittihamçı X4 şəklini paylaşaraq üzərinə “oruc tuta bilməz, axı, nə də namaz qıla bilməz, çünki sidik içməyi təbliğ edən biri necə etsin? Arada içinə qənd at. Bunun dediyindən belə çıxır ki, qızı Allaha rüşvət verir və Allahla barter oyunu oynayır” sözlərini yazaraq ona böhtan atmış və təhqir etmişdir. Həmçinin, paylaşımın şərh hissəsində isə “(ä)haci ramil bedelov Bu nə danışır voobşe? Gözün ona görə əyildi Allaha dua etmədiyinçün. Sidik sürt düzələcək” sözlərini yazaraq xüsusi ittihamçıya böhtan ataraq, onu təhqir etməyə davam etmişdir. Həmin paylaşımın şərh bölməsində @nigar_life_coach adlı istifadəçinin şərhinə “o sidik içir dərindi, sən də sıçye” yazaraq xüsusi ittihamçını təhqir etmişdir. @samadovatahira adlı istifadəçinin şərhinə “İlhamə xanıma şər atdı ömür boyu, Bunun iç üzünü tanıyın” “Bunu yaxşı tanımırsız, bunun kimi şər atan insan tanımıram” yazaraq ona böhtan atmışdır. Başqa bir paylaşımda @meherremova_gulum2 adlı istifadəçinin şərhinə “Allahsız müğənni” ifadəsini yazaraq ona böhtan atmış və onu təhqir etmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində video paylaşaraq üzərinə “Floranın tərəfini bu məsələdə tutanları da aiddiyatı qurumlar araşdırmalıdır məncə, X15 Floranı ifşa etdi” sözlərini, şərh hissəsinə isə ‘71 r olsun türkə dil uzadan satqınlara. Dostlar, youtubede bu verilişi tapıb baxın. Floraya da göndərin. Bəlkə utanıb ölə. Ar olsun floraya. Vətənini sevirdisə flora, niyə vətəninə iftira atırdı? yazaraq xüsusi itttihamçıya böhtan atmış və onu təhqir ermişdir. Həmin paylaşımın şərh bölməsində @ehti_raminl982erd adlı istifadəçinin şərhinə cavab olaraq “floranın nə sənəti vare? Ömür boyu falset oxuyub, ilhamə xanım sənətkardır ” və “flora bir ana muğamı oxuya hilər mi? Yox! Çünki, oxuyan deyil! yazaraq ona böhtan atmış və təhqir etmişdir. @pervane3577 adlı istifadəçinin şərhinə “pandemiyada 100 ailəyə öz pulumla yardım etdim. O, kimə nə yardım edib?" yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @hortenziya adlı istifadəçinin şərhinə “şou idi hamısı. Bayrağı tapdalamaq o deməkdir ki, fransa da orada yaşayan bizimkilərin basına oyun açsın. Tankın qabağına çıxmışdırsa, niyə ölmədi? Qırçın qurtarandan sonra nənəm də çıxar))” və “mən ərə gəldim bura. Vətəni satmaq deyil ərə getmək. Başın floranın başı kinıi işləyir. Sidik içən bir məxluq mundar adamdır! " ve “tibb deyil o, cadugərlərin fikridi. İstəyirsiz. pox da yeyin. Nəyimə lazım ” yazaraq xüsusi ittihamçıya böhtan atmış və onu təhqir etmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində video paylaşaraq üzərinə “Məhkəmələrə iş verməkdən vaxtı yoxdur ki, tarixini öyrənsin. Flora bunlara qulaq as. Tarixini bilməyən flora, diqqətlə qulaq as" sözlərini yazaraq xüsusi ittihamçını həm ələ salmış, həmdə aşağı lamışdır. xx.xx.2023-cü il tarixində @alovlu ulviyya tərəfindən paylaşılan postun şərh hissəsinə X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsi vasitəsilə “hu kimdi, gah siyasətə qarışır, gah tibbə sataşır, sidik içməyi təbliğ edir, gah mahnı oxuyur, gah qoca yaşında vannaya girir, gah Allaha dinə dil uzadır, gah nəvəsi yaşında uşaqları məhkəməyə verib, pul qazanmaq istəyir. Bunun yiyəsi tapılacaqmı?” sözlərini yazaraq, mənə böhtan atmışdır. xx.xx.2023-cü il tarixində @alovlu ulviyya tərəfindən paylaşılan postun şərh hissəsinə X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsi vasitəsilə “bəs deyirdi Topcubaşovların gəliniyəm” sözlərini yazaraq, xüsusi ittihamçıya böhtan atmışdır. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində xüsusi ittihamçının şəklimi paylaşaraq, şəklinin üzərinə “Flora batdıqca batırsan. Buna bir sus deyən olacaq? Siyasətdən zərrə qədər xəbəri olmayan, ana dilində danışa bilməyən flora, helikopter məsələsi ilə daha da batdın" sözlərini yazaraq, paylaşımın şərh bölməsində isə ‘Jurnalistlərdən xahiş edirəm, bu danışığım bilməyən adamı danışdırmayın. Ziyanı ölkəmizə dəyir. Ay flora 83 yaşında insan sanatoriyalara gedər, məhkəmələrə yox! Nəvə-nəticə oynadar, siyasət hara, sən hara9 ifadələrini yazaraq xüsusi ittihamçını təhqir etmiş və ona böhtan artmışdır. İnstaqram üzərindən həmin paylaşımın şərh bölməsində @ziyafet_nur adlı istifadəçinin şərhinə “prezidentin atasını söyürdü bir vaxt” sözlərini yazaraq (məhkəməyə təqdim etsin) xüsusi ittihamçıya böhtan atmışdır. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində “FORAN İN İFŞASİ” başlığı altında “Flora yenə efirə çıxıb məndən danışıb. 85 yaşında arvad evimin neçə kvadrat olmağını irad bildirir. Flora, Rublevkada evin kvadratı 5000 dollardı. Mənim evimin kvadratını 5 minə vuranda sənin evinin qiymətindən çox edir. Moskvada ikinci evimə isə yaxında köçəcəm. Evin böyük və ya balca olmağı ayıb deyil, ayıb sidik içməkdı, ayıb X14raş deməkdir, ayıb Ali ah a dua etməməkdir, ayıb 85 yaşda ora-burasım dartdırıb, həkimi məhkəməyə verməkdir, ayıb məhkəmələrdə bu yaşda Nə isə. Məhkəmədə uduzduqlarını xatırladıram. İlhama xanım Quliyevaya, Faiq Ağayevə, Ülviyyə Alovluya " xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində məhkəmə qərardadının şəklini paylaşaraq xüsusi ittihamçı X4 rəsmi instaqram səhifəsni etiketləyərək “(a)flora kerinıova official eynəyi çıxart, yaxşı oxu. O videoda əlindən tutub, göstərdiyin hu sənəddir. Кипи da mən uddum. Havadarına söz, verəni, iddia müddəti bitmiş məsələni icraata götürənin yekəsini işdən çıxartdılar. Sabah xəbərlər yazacaq” ifadələrini işlədərək, onun hakimlə əlbir olduğıumu bildirmiş və ona böhtan atmışdır. Həmin paylaşımın şərh bölməsində @samedova_2012 adlı istifadəçinin şərhinə “sidik içməkdən başları da dalları kimi işləyir"' sözlərini yazaraq xüsusi ittihamçını təhqir etmişdir. xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində jurnalistə məxsus video paylaşaraq şərh hissəsinə “@nigarogedayyedek Nigar xanım, mən Nəsiminin qəzəlinə mahnı oxudum və mahnı çox populyar oldu. Həm mənə popilyarlıq qazandırdı, həm də pul qazandırdı. Bu qoca qarı bundan narahat oldu, çıxdığı efirlərdə məni təhqir etməyə başladı, xalqı üstümə qaldırmaq istədi, çörəyimlə oynamaq istədi, amma bizim xalq sağolsun bu qoca qarının fitvasına getmədi. Hə, 5-10 trolu vardı ki, (kimdirsə məhkəməyə təqdim etsin) yenə də əleyhimə bir şeylər etmək istəyirlər, öz qazdıqları quyuya isə özləri düşdülər. Sidik içməyi xalqa təbliğ edən bu qoca qarı, mundar düşüncəli beyniylə və mundar ağzıyla Nuru Paşanı təhqir etməklə isə həyatının böyük səhvini etdi. (baxmayaraq ki, illər öncə 12 imama da 12 oğraş demişdi). (Nə zaman deyilibsə məhkəməyə təqdim etsin) Deməli, bu işverənin taktikası beləymiş: əvvəl şər atır və təhqir edir, qarşıdakı buna reaksiya verib cavab qaytaran kimi, amndaca məhkəməyə qaçır. Məndən 100 000 manat təzminat istəyir. İşverənin tamahı düşüb qazandığım pullara. Amma, bu vaxta qədər nə qədər məhkəmə çəkişmələri oldu digər sənətçilərlə, o cümlədən mənimlə də, hamımıza uduzdu. Zeynəb xanım Xanlarova kimi dünya şöhrətli birini də iftira atmaqdan yan keçinədi. Guya Zeynəb xanım uşaq pulunu kəsib. Şər atmaq bunun peşəsidi. Özü kimi sidik içənləri də buna inandırmışdı və Zeynəb xanım haqqında yalan şaiyələr yaymışdı. Siz bunun maskasını cırdınız. Heydər Əliyevə etdiyi söyüşləri isə indi danır, çünki sidik içmək beynini pozub. Tr ol lari yenə hərəkətə keçəcək, bu videonun altına məntiqsiz, və cahil fikirlərini yazacaqlar. Yazsınlar, onsuzda ziyalıların fikirləri önəmlidir bizim üçün, nəinki, sidil içməyi şəfa sayanların) ” yazaraq xüsusi ittihamçını təhqir etmiş və ona böhtan atmışdır, (şaiyələri məhkəməyə təqdim etsin) xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində “Mən sadiq insanam. Dostlarımı heç vaxt unutmaram. Boka erməni olsa da, Azərbaycanda yediyi çörəyi tapdalamadı, yaşadığı ölkəni pisləmədi. Böyüdüyü mühiti, dostları çirkaba batırmadı. Bu baxımdan ona çox böyük hörmətim var”. Bu sözləri Azərbaycanın xalq artisti Flora Kərimova Bakı ermənisi Boka (əsl adı X2-red) haqda fikirlərini azvision.az-a bölüşərkən Gözündəki eynəklə qal ömür boyu! Görün bu dlora nə deyib! deyib. Həmin paylaşımın şərh hissəsində @ekberov_yalcin447 adlı istifadəçinin şərhinə “o vaxt müğənni az idi. O da dost-tanış yolu ilə kinolara səsini yazdırıb. Müğənni qıtlığı idi. Kinoları bərbad günə qoyub səsi ilə. Şövkət xanımın səsi bal olub, Zeynəb xanımın səsi bal olub. Onları de, deyim hə. Yazaraq xüsusi ittihamçıya böhtan atmış və onu təhqir etmişdir. @qedirli.namiq adlı istifadəçinin şərhinə "flora hələ bir dəfə canlı oxumayıb. Amma, İlhamə xanım primadonnamız, həmişə canlı oxuyurdu, yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @_ulker_999_ adlı istifadəçinin şərhinə "vətəni sevsəydi, petuxlara dəstək olmazdı. Bircə qazi ailəsinə dəstək olardı, yazaraq xüsusi ittihamçıya böhtan atmışdır, (kimdirsə məhkəməyə təqdim etsin) @azade_efendiyeva adlı istifadəçinin şərhinə "sidiyin dozası çox olub yazaraq xüsusi ittihamçını təhqir etmişdir. @04.ova.01 adlı istifadəçinin şərhinə "eşşəyin səsi güclüdü, yoxsa floranın? yazaraq xüsusi ittihamçını təhqir etmişdir. @ lale aliyeva adlı istifadəçinin şərhinə "flora məndən qazanmaq istədi yüz min manat. İşverənliklə. O da alınmadı yazaraq xüsusi ittihamçıya böhtan atmış və onu təhqir etmişdir. @04.ova.01 adlı istifadəçinin şərhinə “xalqı aldadırdı erməni saytları. İlhamənin yanından yel olub ötə bilmədi flora. Məhkəməni də uddu İlhamə xanım yazaraq xüsusi ittihamçıya böhtan atmışdır. @emil 990 adlı istifadəçinin şərhinə “özü deyib ki, Dostum Elçibəy olmasaydı ad ala bilməyəcəkdim. Azərbaycanı flora harada təbliğ edib. Qaynana filmində də filmi bərbad edin qışqırmağı ilə. Maral Tahirqızının səsi onunkundan da zildi. Üstəlik Maral xanımın səsində zəngulə də yar, florada yoxdu, yazaraq xüsusi ittihamçıya böhtan atmış və onu təhqir etmişdir. @qizil_ley!a adlı istifadəçinin şərhinə “yaxşı qaçan at özünə дата vurdurmaz. Söyüb məni, cavabını vermişəm. Bu isə bunu qazanc yeri kimi görürmüş.-' yazaraq xüsusi ittihamçını təhqir etmiş və ona böhtan atmışdır, (söyüşləri məhkəməyə təqdim etsin) xx.xx.2023-cü il tarixində X11 özünün @afetfermanqizi_002 rəsmi instaqram səhifəsində şəkil paylaşaraq üzərinə “flora kərinıova yana-yana qaldı. Cızzz- Xankəndində bir küçəyə Ənvər Paşanın adı verildi. Paşama dediklərin əzizlərinə getsin " ifadəsini yazaraq, şərh hissəsində isə “sən hələ çox havalanacaqsan qoca qarı flora” sözlərini yazaraq xüsusi ittihamçını təhqir etmişdir. xx.xx.2023-cü il tarixində “Yeni Sabah” Xəbər X1 paylaşımları əsasında “Flora xanımın yolu düşsə gəlsin qulluğunda duraq” başlıqlı xəbər paylaşmışdır. Xəbər saytında paylaşılmış xəbəri əlavə edirik: (Link: https://www.google.com/search?client=safari&rls=en&q=Flora+xan%C4%Blm%C4%Bln+y Olu+d%C3%BC%C5%9Fs%C9%99+g%C9%991sin+qullu%C4%9Funda +duraq&ie=UTF- 8&oe=UTF-8) “X17 artistinin ona həsəd apardığını, məhz buna görə sözügedən qalmaqalı davamlı olaraq gündəmə gətirdiyini deyib: “Afət ailə qurub, ərə gedib və gəlib Rusiyaya. Flora Kərimova da mən gedəndən sonra məni məhkəməyə verib ki, camaata desin ki, Afət mənə görə çıxıb getdi. Onun məhkəməyə vermədiyi adam qalmayıb. Onda belə çıxır ki, məhkəməyə verdiyi hər adam ölkədən çıxıb gedir?! Burada ölüm-itim yoxdur, sadəcə iki arvadın davasıdır. Özünü deyəsən, böyük adanı zənn edir... Məhkəməyə verdiyi hamı ona qalib gəlib, inşallah, mən də gələrəm. Mənim üçün hava xoşdur, orada nə olur-olsun, ailəmlə xoşbəxtəm. Şəxsi həyatımda da, iş həyatımda da hər şey istədiyim kimidir, dövran mənimdir! Flora mənə baxıb köks ötürür, qazandığım pullar onu “yandırır". Bundan sonra da çox yanacaq”. Qeyd edilən xəbərə 862 sayda baxış olmuşdur. Bununla da, Afət Həsənova, “X21” Xəbər Portalı və “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətlərini əks etdirən cinayət əməllərini törətmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə X4 məhkəməyə müraciət etdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Məhkəmə iclasında sənədlərin araşdırması zamanı müəyyən edilir ki, X4 xüsusi ittiham qaydasında şikayəti əsasında X7, “X21” MMC və "xxxx" MMC-nin hər birinin ayrıayrılıqda onun barəsində həqiqətə uyğun olmayan məlumatları yaymasına görə onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edir. Lakin onların bu əməli birgə törətməsinə istinad etmir. Belə ki, şikayət ərizəsində həmin şəxslərin hər birinin ayrı-ayrılıqda ona böhtan atmasını və ona qarşı cinayət törətmələrini bildirir. Qanunvericiliyin tələbindən də görünür ki, müxtəlif cinayətləri törətmiş şəxslərin həmin cinayətləri birgə və ya mütəşəkkil dəstənin tərtkibində törətməsi halları istinta olmaqla həmin şəxslərə qarşı ittihamın bir cinayət işinin icraatında birləşdirilməsi yolverilməzdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı halda X7, “X21” MMC və "xxxx" MMC-nin hər birinin ayrı-ayrılıqda X3rşı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinə dair irəli sürülmüş ittihamların bir cinayət işində birləşdirilməsi mümkünsüzdür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “X21” MMC və "xxxx" MMC göründüyü kimi, hüquqi şəxslərdir. Məhkəmə hesab edir ki, hüquqi şəxslərə qarşı xüsusi ittiham qaydasında şikayət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Göründüyü kimi şəxsin əməlində böhtan cinayətinin tərkibinin yaranması üçün şəxsin hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılması faktı olmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən deyil, onun nümayəndəsi - Nümayəndə tərəfindən imzalanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.2-ci maddəsin əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlana bilər. Hazırkı halda isə qanunvericiliyin tələblərinə zidd olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət cinayət təqibinə ümumiyyətlə hüququ olmayan şəxs tərəfindən, yəni həmin şəxsin nümayəndəsi (vəkil) tərəfindən verilmişdir. Həmçinin «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmə eyni zamanda xüsusi ittiham qaydasında verilmiş şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.2 və 302.1.3-cü maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7, “X21” MMC və "xxxx" MMC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-106/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-106/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver