Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-108/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 69 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən təmiz çəkisi 2,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və «Azərbaycaıı Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İİ siyahısına daxil edilən təmiz çəkisi 1,915 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən «Golden Falcon» otelində saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 2,175 qram çəkidə narkotik vasitə olan heroin bir ədəd bükümdə və 1,915 qram çəkidə psixotrop maddə olan metafetamin bir ədəd bükümdə olmaqla əynindəki qara rəngli cins şalvarın sol ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 21 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olarkən yerdən bir ədəd sellofan torba tapmış, həmin torbanı götürüb içərisinə baxdıqda bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metafetmin olduğunu görmüş və əvvəllər həmin maddələrdən istifadə etdiyi üçün həmin maddələri tanıyıb maddələri götürərək özü istifadə etmək üçün özündə saxlamışdır. xx xxx 2020-ci il tarixdə saat 22:10 radələrində Nərimanov rayonu ərazisində yerləşən «Golden Falcon» adlı oteldə dostunun doğum günü münasibətilə keçirilən məclisdə olarkən mülki geyimdə olan Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Baş İdarəyə məlumat daxil olduğunu bildirib şübhəli olduğu barədə məlumat verilmiş, bu barədə qərarla onu tanış edib onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəldikdən sonra vəkillə təmin edilmiş və üzərində şəxsi axtarış aparılmalı olduğu bildirilmişdir. Bundan sonra videoçəkilişlə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı edilmiş təklifdən sonra əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən «İphone 6S» markalı bir ədəd mobil telefonunu, qara rəngli cins materiallı şalvarın sağ ön cibindən 55 manat pulu və şalvarın sol ön cibindən isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heorini və və bir ədəd sellofan bükümdə psixotrop maddə metafetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə metafetamini xx xxx 2020-ci il tarixdə saat 20-21 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığından tapdığını və öz istifadəsi üçün üzərində saxladığını, heç bir zaman narkotik vasitə və psixotrop maddələin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metafetamin bir ədəd zərfdə qablaşdırılaraq mobil telefonu ilə birlikdə götürülmüş, 55 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, o, digər iştirakçılarla birlikdə həm qablaşdırılmış zərfin üzərini, həm də tərtib olunmuş protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edildikdən sonra tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilərək Baş İdarənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat-axtarış qrupu yaradılaraq əməliyyat tədbirlərinə başlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən «Golden Falcon» otelində olduğu müəyyən edilmiş, buna görə də dərhal əməliyyat tədbirləri həyata keçirilərək həmin gün saat 22:10-da Təqsirləndirilən şəxs «Golden Falcon» otelində saxlanılmışdır. Sonuncu saxlanılarkən özlərini ona təqdim edib saxlanılmasının əsaslarını izah edərək qəbul edilmiş qərarla onu tanış etmiş, daha sonra Təqsirləndirilən şəxs birlikdə Baş İdarəyə getməsi təklif edilmiş, sonuncu da etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Bundan sonra araşdırmanın davam etdirilməsi təhqiqat bölməsinin təhqiqatçısına həvalə edilmiş, təhqiqatçı Hüseyn Mənsimli tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da öz növbəsində ilk olaraq əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd «İphone» markalı mobil telefon aparatı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 55 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol ön cibindən iki ədəd ayrı-ayrı sellofan bükümləri çıxarıb təqdin edərək həmin bükümlərdən birində metafetamin, digərində isə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən sellofan bükümlər açıldıqda bükümlərin birində tünd qəhvəyi rəngli maddə və digərində isə ağ rənli kristal şəkilli maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istidafə etdiyini, üzərindən aşkar olunan maddələri xx xxx 2020-ci ilin, saat 20-21 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığından, yerdən sellofan torbada tapıdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 55 manat pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefon aparatı isə götürülmüşdür. Daha sonra aşkar edilmiş sellofan bükümlərdəki maddələr bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra axtarış nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolla iştirakçılar tanış olduqdan sonra orada qeyd edilənlərin düzgünlüyü imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X7, Azərbaycan Respublikasının CPM-nin 86 və 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Baş X1 İdarəsinin XMİÜ baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində BMCMİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən içərisində ***-***-**-** nömrəli simkart olan “İphone 6S” markalı 01 ədəd mobil telefonu, qara rəngli cins materiallı şalvarının sağ ön cibindən 1 ədəd 50 manatlıq, 1 ədəd isə 5 manatlıq əskinazlardan cəmi 55 manat pul, şalvarının sol ön cibindən isə 1 ədəd şəffav sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni və daha 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər ağ rəngli kristal formalı maddəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs sorğu zamanı bildirdi ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən və psixotrop maddəllərdən istifadə edir, üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə “kakos”, yəni narkotik vasitə olan “heroin”, ağ rəngli kristal halında olan maddə isə “şüşə”, yəni psixotrop maddə metafetamindir, həmin maddələri təxminən xx xxx 2020-ci il tarixdə saat 20-21 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığından bir ədəd sellofan torbanın içərisində tapmış, tanıdığı üçün öz istifadəsi məqsədi ilə özündə saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında olan maddə və daha bir ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər ağ rəngli kristal formalı maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq zərfin ağzı “Daxili İşlər Nazirliyinin Zərflər üçün N°6” möhürü ilə möhürləndi və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü, 55 manat pulu isə özünə qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmadı. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/865 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində...” əl yazıları olan zərfdəki, 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,175 qram olan tünd qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,915 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Cinayət işinin 49-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx xxx 2020ci il tarixli qərarından görünür ki, ilkin təhqiqat araşdırması zamanı aparılan şəxsi axtarış və götürmə hərəkətlərində həyata keçirilən videoçəkilişin qeydə alındığı Baş X1 İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Hüseyn Mənsimli tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx xxx 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkiləri 2,125 qram narkotik vasitə olan heroinin və 1,865 qram psixotrop maddə olan metafetaminin maddi sübut kimi tanınması və maddi sübutların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.9 və 39.1.11-ci maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin 97-ci vərəqində olan Bakı şəhəri Nəsimi RİH-nin MKİB-nin 33 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 100-cü vərəqində olan AZE seriyalı 11473867 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü İskəndərova Könülün atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə İskəndərova İlahə göstərilmişdir. Cinayət işinin 101-ci vərəqində olan AZE seriyalı 11473866 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İskəndərov Vaqifin atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə İskəndərova İlahə göstərilmişdir. Cinayət işinin 102-ci vərəqində olan AZE seriyalı 11473845 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İskəndərov Akifin atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə İskəndərova İlahə göstərilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 xx xxxxxx 2020-ci il tarixli, 2327 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-135-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın yenidən elan olunması, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone 6S” markalı mobil telefon aparatının maddi sübut olmadığından müdafiəçisinin vasitəsi ilə Təqsirləndirilən şəxs qohumlarına qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol ön cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinin və bir ədəd bükümdə psixotrop maddə olan metafetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 2,175 qram və 1,915 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 2,125 qram olan narkotik vasitə heroin və 1,865 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-108/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-108/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver