Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-108/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Beyləqan şəhəri, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 3, 2/13-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsi, yeni tikili nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə, saat 16 radələrində müştəri kimi gəldiyi fahişəliklə məşğul olan cinsi oriyentasiyasını dəyişmiş X1 yaşadığı ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildə aralarında yaranmış mübahisə zamanı ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zaur Səmədovun üz nahiyəsindən əl ilə çoxsaylı zərbələr vuraraq ona burun sümüklərinin qəlpəli yerdəyişən sınığı, sol almacıq sümüyünün yerdəyişməyən sınığı, alın nahiyəsinin şişkinli hematoması, sağ və sol göz qapaqlarının şişkinli qançırları, burun belinin şişkinliyi və sıyrığı, sol almacıq nahiyəsinin sıyrığı kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid təxminən 10 ildən artıqdır ki, tanıyır. Belə ki, o, Elvinin atası Hidayətin şəxsi sürücüsü olmuş və həmin vaxtdan onun Elvinlə yoldaşlıq münasibəti olmuşdur. Lakin onlar uzun müddətdir ki, görüşmürmüş. 12 may 2022-ci il tarixdə saat 13 radələrində “Bakı Metropoliteninin 28 may stansiyası yaxınlığında piyada gəzərkən təsadüfən Elvinlə rastlaşmış və onlar görüşmüşdürlər. Onlar söhbət etmək məqsədilə çayxanada oturmaq qərarına gəlmişdirlər. Bundan sonra onlar 28 may stansiyası yaxınlığında yerləşən çayxanaya getmiş və orada oturmuşlar. Söhbət əsnasında Elvin ondan pul ilə görüşən qadın tanıyıb-tanımadığını soruşmuşdur. O, Elvinə belə bir tanışının olmadığını bildirmişdir. Bundan sonra Elvin ona demişdir ki, “İnstagram" sosial şəbəkəsində axtar gör, belə bir qadın tapa bilirsən. Bundan sonra o, “İnstagram” sosial şəbəkəsində axtarışa başlamış və hazırda istifadəçi adı yadında qalmayan bir səhifə tapmışdır. Həmin səhifədə qadın şəkilləri olmuş və şəkillərin üzərində pul müqabilində görüşməsi barədə elan yazılmışdır. O, bundan sonra həmin səhifədə qeyd olunan mobil nömrəyə Elvinin mobil nömrəsi ilə zəng vurmuşdur. Telefona qadın cavab vermişdir. O, həmin qadına görüşmək istidiyini bildirmiş və 2 nəfər qız olub-olmadığını soruşmuşdur. Telefona cavab verən qadın tək görüşdüyünü və eyni zamanda 2 nəfərlə görüşə biləcəyini bildirmişdir. O, bu barədə Elvinə demiş və Elvin razı olmuşdur. Telefona cavab verən qadın 2 nəfərlə görüşmək müqabilində 100 manat alacağını bildirmişdir. Bundan sonra həmin qadın ona gedəcəkləri ünvanı izah etmişdir. Belə ki, həmin ünvan Nərimanov rayonu ərazisində yerləşən “ünvan 2irmiş. Onlar bundan sonra taksi ilə qeyd etdiyi ünvana getmişdirlər. Həmin binanını, daha sonra mənzili tapmışdır. O, Elvinlə birlikdə qeyd olunan mənzilə qalxmış və qapını döymüşdürlər. Qapını qara rəngli uzun saçlı, bədən quruluşuna görə qadına oxşar bir nəfər açmışdır. Lakin evin girişi qaranlıq olduğu üçün həmin şəxsi görə bilməmişdir. Həmin şəxs xarici görünüşündən demək olar ki, qadından seçilmirmiş. O, Elvinlə birlikdə mənzilə daxil olmuşdur. Bundan sonra həmin şəxs qapını içəridən açarla bağlamış və açarı əl barmağına keçirtmişdir. Qadına oxşar həmin şəxs Elvinlə birlikdə evin girişindən qonaq otağına daxil olmuşdur. O, da ayaqqabını çıxarıb onların arxası ilə qonaq otağına daxil olmuşdur. O, qonaq otağına daxil olan zaman görmüşdür ki, artıq Elvin qadına oxşar şəxsə 100 manat verib və həmin pul onun əlindədir. Qadına oxşar şəxs bundan əlavə otaq pulu kimi Elvindən 20 manat istəyirmiş. Həmin şəxs danışığından qadına yox, kişiyə oxşadığı üçün onun transgender olmağından şübhələnmişdir. O, Elvinə demişdir ki, bu qadın yox, transdır və dərhal onun əlində olan, Elvinin ona verdiyi 100 manat pulu götürmüşdür. O, bundan sonra qonaq otağından çıxaraq evin girişinə getmiş və ayaqqabılarını geyinmişdir. Bu zaman həmin şəxs onu ayağından təpiklə vurmuşdur. O geriyə dönmüş, qadın görünüşlü şəxs barmağında açarı fırladaraq ona demişdir ki, “siz burdan çıxa bilmərsiniz, pulu geri qaytar.”. O, qadına oxşar şəxsin bu sözlərindən sonra sağ və sol əli ilə onun üz nahiyəsindən zərbə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yerə yıxılmış və o, ondan açarı istəmişdir. Lakin qadına oxşar şəxs açarı vermədiyi üçün o, yenidən ona yerdə yumruq zərbələri vurmuş və bundan sonra qadına oxşar həmin şəxs açarı ona vermişdir. O, mənzilin giriş qapısını açmış və Elvinlə birlikdə mənzili tərk etmişdir. O, götürdüyü pulu Elvinə qaytarmışdır. Bir neçə gün sonra artıq polislərin onu axtardığını bilmişdir. O, tutulmaqdan qorxduğu üçün polisdən yayınmağa başlamış və polisin çağırışlarına gəlməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (X8) ifadəsində göstərmişdir ki, təxminən 6-7 il əvvəl özündə qadınlara qarşı nifrət hissi yarandığını hiss etmişdir. Buna görə bədəninin müəyyən əzalarında dəyişiklik etdirib qadın kimi yaşamaq qərarına gəlmişdir. Üzündə və bədəninin bir çox yerlərində dəyişiklik etdirmiş və qadın paltarları geyinmişdir. Cinsiyyət orqanını da dəyişdirmişdir. Təxminən 3-4 il əvvəldən pul müqabilində kişilərlə anal və oral yolla cinsi əlaqədə olmağa başlamışdır. Müştəriləri özünün instagram səhifəsi vasitəsi ilə tapır və həmin səhifədə olan mobil nömrəsinə zəng vurub onunla görüşürlər. Adətən müxtəlif otellərdə müştərilərlə görüşməklə yanaşı Bakı şəhərinin müxtəlif yerlərində kirayə mənzillər tutub həmin mənzillərdə görüşmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə hazırda xatırlamadığı makler vasitəsi ilə ünvan 3 ünvanda yerləşən 2 otaqlı evi kirayəyə götürmüşdür. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində əvvəllər tanımadığı şəxs onun mobil nömrəsinə zəng vurub iki nəfərin onunla görüşmək istədiyini demişdir. O, isə onlara ünvanı başa salıb evə gəlmələrini demişdir. Şəhərdə olduğu üçün təxminən 5-10 dəqiqə sonra evə çatıb əl çantasını və cibində olan pulları çıxarıb stolun üstünə qoymuşdur. Pulu sayıb 385 manat olduğunu bilmişdir. Saat 15:30 radələrində evə 2 nəfər, biri arıq bədənli, təxminən 45 yaşlı, qarabəniz, digəri isə təxminən 35 yaşında, orta bədən quruluşlu, keçəl bir şəxs olmuşdur. Həmin şəxslərin adını bilməmişdir. Evdə onların ikisi ilə də cinsi əlaqədə olmaq üçün adambaşına 50 manata razılaşmışdır. Həmin şəxslərdən biri, arıq bədən quruluşlu olan onunla yataq otağında anal yolla cinsi əlaqədə olduqdan sonra digəri, nisbətən dolu bədən quruluşlu olanı da onunla cinsi əlaqədə olmaq istəyərkən onun cinsiyyət orqanına əl atmış və o, buna etiraz etmişdir. Həmin şəxsin cinsi tələbatını ödədikdən sonra arıq bədən quruluşlu olan şəxs ona 100 manat pul vermişdir. O, həmin pulu da stolun üstündə olan 385 manatın üstünə qoymuşdur. Hər iki şəxs qapıdan çıxmaq istəyərkən nisbətən dolu bədənli, adının Elvin olduğunu sonradan öyrəndiyi şəxs qapıda olarkən ona verdikləri 100 manatı geri istəməyə başlamışdır. O, isə onların istədiyini etdiyini, nə üçün pulu qaytarmalı olduğunu soruşanda həmin, nisbətən dolu bədənli şəxs üstünə hücum edib dəhlizdə sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbədən özünü itirmiş və yerə yıxılmışdır. Birtəhər özünə gəlib eyvana tərəf qaçmaq istəmişdir ki, köməyə adam çağırsın. Lakin həmin şəxs saçından tutub onu yerə yıxaraq sürüyüb geri qonaq otağına gətirmişdir. Qonaq otağında onun sifət nahiyəsinə dalbadal yumruq zərbələri vurub ağız və burun nahiyəsinin qanamasına səbəb olmuşdur. Ağzından və burnundan gələn qan döşəməyə tökülmüşdür. Həmin şəxsdən onu vurmamasını xahiş etsə də, o, dalbadal yumruq zərbələri vururmuşdur. Yanındakı digər şəxs isə heç nə etmir, sadəcə baxırmış. O, qonaq otağında döşəmədə uzanıqlı vəziyyətdə olanda həmin şəxslər çıxıb getmişdir. Vəziyyətinin pis olduğunu görüb dostlarından Hümbətə zəng edərək evə köməyə çağırmışdır. Həmçinin 103-ə zəng edib təcili tibbi yardım çağırmış və 102-yə zəng edib polisə hadisə barədə məlumat vermişdir. Bundan sonra ayağa qalxıb stolun üstündə olan 485 manat pulun orada olmadığını görüb pulu həmin Asif adı ilə bildiyi şəxsin götürdüyünü başa düşmüşdür. Hümbət və digər dostları evə gəlmişdirlər. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Xəstəxanada məlum olmuşdur ki, burun və baş hissəndən ciddi xəsarət almışdır. Tibbi yardım aldıqdan sonra çıxıb anası yaşadığı evə getmişdir. Nərimanovda kirayə yaşadığı evi isə səhərisi gün təhvil vermişdir. Sonda Zərərçəkmiş şəxs (X8) Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində 28 may metrostansiyasının yaxınlığında gəzərkən 10 il əvvəl atasına məxsus olmuş mühafizə şirkətində işləmiş Asif adlı şəxsi görmüşdür. Həmin şəxslə atası ilə birlikdə işlədiyi vaxtlarda münasibətləri, yoldaşlıqları olmuşdur. Asiflə görüşüb onunla 28 may metrostansiyası yaxınlığında çay içmişlər. Söhbət əsnasında Asifə cinsi ehtirası təmin etmək məqsədi ilə fəaliyyət göstərən qadın tanıyıbtanımadığını soruşmuşdur. Asif isə belə bir adam tanımadığını, lakin tapmağın mümkün olduğunu bildirmişdir. Bundan sonra Asif ondan mobil telefonunu istəmişdir, o, Asifə mobil telefonunu vermişdir. Asif “İnstaqram” sosial şəbəkəsində axtarışa başlamış və hazırda istifadəçi adı yadında qalmayan bir səhifə tapmışdır. Həmin səhifədə qadın şəkilləri olmuşdur və şəkillərin üzərində pul müqabilində görüşməsi barədə elan yazılmışdır. Asif bundan sonra həmin səhifədə qeyd olunan mobil nömrəyə onun mobil nömrəsilə zəng vurmuşdur. Asif danışdığı şəxslə görüşmək istədiyini bildirmiş və 2 nələr qız olubolmadığını soruşmuşdur. Bundan sonra Asif ona demişdir ki, həmin şəxs ikisi ilə də görüşə bilər və 100 manat alacaqdır. O, Asifə problemin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs Asifə gedəcəkləri ünvanı izah etmişdir. Belə ki, həmin ünvan Nərimanov rayonu ərazisində yerləşən “ünvan 2irmiş. Onlar bundan sonra saat 16 radələrində Asiflə birlikdə Nərimanov rayonu A.Heydərov küçəsində yerləşən binalardan birinə getmişdirlər. 4-cü mərtəbədəki 2 otaqlı evlərdən birinə qalxmışdırlar. Qapını bir nəfər qadın açmışdır. Həmin şəxs xarici görünüşündən qadına oxşayırmış. İlk öncə o, mənizilə daxil olaraq qonaq otağına keçmiş və qabaqcadan danışılan kimi 100 manat pulu qadına oxşar şəxsə vermişdir. Asifdə onun arxasıyca qonaq otağına keçmişdir. Bundan sonra Asif həmin şəxsdən transgender yəni cinsiyyətini dəyişmiş şəxs olub-olmadığını soruşmuşdur. Həmin şəxs isə qadın olduğunu bildirmişdir. Lakin həmin şəxs səsindən kişiyə oxşadığı üçün Asif ona demişdir ki, bu transdır. Qadına oxşar həmin şəxs ona verdiyi 100 manatı barmaqları arasında saxlayaraq oynatdığı üçün Asif onun əlində həmin 100 manatı alaraq dəhlizə keçmişdir. Bundan sonra dəhlizdə qışqırıq səsləri gəlmişdir. O, dəhlizə çıxan zaman həmin qadına oxşar şəxsin üzü qan içərisində olmuşdur. Bundan sonra o və Asif həmin mənzili tərk edib çıxıb getmişdirlər. Cinayət işinin 10-12-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X8 DİN-in 102 Xidmətinə zəng edərək “Saatlı” bina ilə üzbəüz mənzildə döyülrək xəsarət alması barədə məlumat vermişdir. Həmin məlumat əsasında əməliyyat qrupu ilə birlikdə hadisə yerində olunmuşdur. Hadisə yeri Nərimanov rayonu, A.Heydərov küçəsi 26 saylı binadır. Həmin bina A.Nemətulla küçəsi ilə A.Heydərov küçələrinin kəsişməsində yerləşən beş mərtəbəli yaşayış binasıdır. Daxil olarkən sağ tərəfdə yerləşən birinci girişdən daxil olub beşinci mərtəbəyə qalxılmışıdır. Sol tərəfdə 65 saylı mənzil yerləşir. Həmin mənzil 3 otadan, bir sanitar qovşaqdan və bir mətbəxdən ibarətdir. Mənzilə daxil olub düz istiqamətdə yerləşən otağa daxil olunmuşdur. Sol tərəfdə yerdə qan izləri aşkar olunmuşdur. Şikayətçi Z.Səmədov bildirmişdir ki, qeyd olunan otaqda müştəri qismində gələn şəxs onu döymüşdür. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 25-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2022-ci il tarixli 477 nömrəli rəyindən görünür ki, Z.A.Səmədovun bədən səthində aşkar edilmiş xəsarətlərin lokalızasiyası, sağlamlığa zərərvurma dərəcəsi və əmələ gəlmə mexanizmi şəxsin adına tərtib edilmiş tibbi sənədlər (xəstəlik tarixi, arayış, rentgen və s.) müraciət etdiyi tibb müəssisəsindən alınaraq ekspertizaya təqdim edildikdən sonra təyin ediləcəkdir. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2022-ci il tarixli 477 nömrəli rəyinə xx.xx.2022-ci il tarixli əlavə rəyindən görünür ki, Z.A.Səmədovun bədən səthində aşkar edilmiş xəsarətlər - burun sümüklərinin qəlpəli yerdəyişən sınığı, sol almacıq sümüyünün yerdəyişməyən sınığı, alın nahiyəsinin şişkinli hematoması, sağ və sol alt göz qapaqlarını şişkinli qançırları, burun belinin şişkinliyi və sıyrığı, sol almacıq nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 49-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-6866/14 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə X2 ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin qydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu nikahdan doğulmuş övladı xx.xx.2015-ci il təvəllüdlü Amin Əliyevin doğumu da həmin qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Cinayət işinin 109-cu vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 130-131-ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 186-191-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1085/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 06 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2001-ci il tarixdə anadan olmuşdur və həmin şəxsiyyət vəsiqəsi xx.xx.2032-ci il tarixədək etibarlıdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir və bu səbəbdən də onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ərizəsinin nəzərə alımasını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ İİİ seriyalı 658416 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 7227 nömrə ilə qeyd edilmişdir. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X2 qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Çelyabinsk vilayəti, Kopeyski şəhər dairəsinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli İİİ ИВ seriyalı 674094 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Kopeyski şəhərində anadan olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (08 ay 18 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-108/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-108/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver