Məhkəmə qərarları › İş №1(005)-108/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-108/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-108/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - X2 və müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X3 iştirakları ilə, xx.xx.1975-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olan hazırda barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1979-cu il, Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan, hazırda barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 1 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 200 manat dəyərində “Samsung A21” markalı mobil telefonu və şalvarının yan cibindən 170 (yüz yetmiş) manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2023-cü il tarixdə saat 01.30 radələrində Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 kirayə yaşadıqları ünvan 2 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs6 məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 300 manat dəyərində “Samsung A50” markalı mobil telefonu şalvarının cibindən 300 manat pulu, həmçinin Zərərçəkmiş şəxs7 məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 220 manat dəyərində “Samsung J6” markalı mobil telefonu, şalvarının cibindən 116 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 610 manat və Zərərçəkmiş şəxs7 isə ümumilikdə 346 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**- ** və 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 1200 manat dəyərində “Samsung A54” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1213 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyul 2023-cü saat 04.30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 500 manat dəyərində “İphone X max” markalı və 01 ədəd 50 manat dəyərində “Redmi” markalı mobil telefonları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 5 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub qonaq otağında olan masanın üzərindən sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 400 manat dəyərində “Xiaomi Redmi 9” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub qonaq otağında elektrik cərəyanına qoşulu olan sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 13 manat dəyərində ***-***-**-** və balansında 5 manat dəyərində konturu olan, 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 1250 manat dəyərində “Xiaomi Mİ 12T Black” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1288 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2023-cü il saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 1 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 200 manat dəyərində “Samsung A21” markalı mobil telefonu və şalvarının yan cibindən 170 (yüz yetmiş) manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2023-cü il tarixdə saat 01.30 radələrində Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 kirayə yaşadıqları ünvan 2 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs6 məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 300 manat dəyərində “Samsung A50” markalı mobil telefonu şalvarının cibindən 300 manat pulu, həmçinin Zərərçəkmiş şəxs7 məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 220 manat dəyərində “Samsung J6” markalı mobil telefonu, şalvarının cibindən 116 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 610 manat və Zərərçəkmiş şəxs7 isə ümumilikdə 346 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 1200 manat dəyərində “Samsung A54” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1213 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyul 2023-cü saat 04.30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağından sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 500 manat dəyərində “İphone X max” markalı və 01 ədəd 50 manat dəyərində “Redmi” markalı mobil telefonları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 5 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub qonaq otağında olan masanın üzərindən sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 400 manat dəyərində “Xiaomi Redmi 9” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub qonaq otağında elektrik cərəyanına qoşulu olan sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan, 13 manat dəyərində ***-***- **-** və balansında 5 manat dəyərində konturu olan, 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 1250 manat dəyərində “Xiaomi Mİ 12T Black” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1288 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir və Vüqarla birlikdə Nərimanov rayonu, X.R.Ulutürk küçəsində fərdi tikilən yaşayış evinin qarşısına yaxınlaşıb giriş qapısının açıq olmasını gördükdə sakitcə evə daxil olmuşdur. Otaqda 01 ədəd “Samsung A21” markalı mobil telefonunu və kişi şalvarını görüb cibinə baxıb pul olduğunu görüb götürərək dərhal evdən çıxıb getmişdir. Oğurladığı mobil telefonu 60 manat müqabilində satmışdır. Bundan başqa 25 iyul 2023-cü il tarixdə saatını xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs2la birlikdə ünvan 7 ünvanında giriş qapısının açıq olduğunu görmüşlər və ətrafa göz gəzdirib heç kəsin görmədiyinə tam əmin olduqdan sonra sakitcə evə daxil olmuşdur. Həmin vaxt, otaqda iki kişi cinsindən şəxs yatmışdır ki, onlar görmədiyindən masa üzərində olan 01 ədəd “Samsung A50” və “Samsung J6” markalı mobil telefonları görüb tez götürüb cibinə qoymuşdur. Evi tərk edib bir qədər aralaşdıqdan sonra pulu sayıb birlikdə 416 manat olduğunu görmüşdür. Həmin günün səhərisi birlikdə Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisinə gedərək, orada oğurladığı mobil telefonları dəqiq xatırlamadığı qiymətə satmışdır. Bundan başqa, 27 iyul 2023-cü il tarixdə təxminən saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, PYUA küçəsi ilə Təqsirləndirilən şəxs2la gəzişərkən fərdi tikilən yaşayış evinin qarşısına yaxınlaşıb giriş qapısının açıq olmasını gördükdə oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt, otaqda 01 ədəd “Samsung A54” markalı mobil telefonu görüb tez götürüb dərhal evdən çıxıb getmişdir. Həmin günün səhərisi birlikdə Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisinə gedərək, orada Samirin işlədiyi mobil telefonların alqı-satqısı mağazasına daxil olub “Samsung A54” markalı mobil telefonu 40 manata Samirə satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2la birlikdə 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsində oğurluq etməyə müvafiq ev axtararkən fərdi tikilən yaşayış evinin qarşısına yaxınlaşıb giriş qapısının açıq olmasını gördükdə birlikdə ətrafa göz gəzdirib heç kəsin görmədiyinə tam əmin olduqdan sonra sakitcə evə daxil olmuşdur. Həmin vaxt, otaqda 01 ədəd “İphone X max” markalı və 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonların olduğunu görüb tez götürüb dərhal evdən çıxıb getmişdirlər. Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisinə gedərək orada oğurladığı mobil telefonları mağazada işləyən Samir adlı şəxsə satmışlar. Bundan başqa, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə qapısı açıq olan fərdi tikilən yaşayış evinə daxil olmuşlar, otaqda 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonun olduğunu görüb tez götürüb dərhal evdən çıxıb getmişdir. Həmin günün səhərisi birlikdə Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisinə gedərək, orada oğurladığı mobil telefonu Samir adlı şəxsə mobil telefonu 40 manata satmışdır. Bundan başqa, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi ilə piyada gəzişərək oğurluq etməyə müvafiq ev axtararkən fərdi tikilən yaşayış evinin qarşısına yaxınlaşıb giriş qapısının açıq olmasını gördükdə oradan oğurluq etməyə qərara almışdır. Bundan sonra, birlikdə ətrafa göz gəzdirib heç kəsin görmədiyinə tam əmin olduqdan sonra sakitcə evə daxil olmuşdur. Həmin vaxt, otaqda 01 ədəd “Xiaomi Mİ 12T Black” markalı mobil telefonun olduğunu görüb tez götürüb dərhal evdən çıxıb getmişdir. Oğurladığı mobil telefonu Samir adlı şəxsə satmışdır. Satdıqdan sonra əldə etdikləri 60 manat pulu aralarında bölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o qeyd edilən cinayət əməllərinin törədilməsində Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirak etməmiş, heç bir şəkidlə oğurluq etməmişdir. Yalnız o Quluya oğurlamış olduğu mobil telefonların satılmasında kömək etmiş, Qulu da əldə etdiyi pulun bir hissəsini ona vermişdir. Özünü yalnız oğurluq telefonlarının satılmasında Quluya köməklik etdiyi üçün təqsirli bilir. Həmin telefonların oğurluq olduğunu isə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını, habelə rus dillində təhsil aldığı üçün azərbaycan dilini yaxşı başa düşmədiyini və ibtidai istintaq zamanı tərcüməçi və müdafiəçi ilə təmin olumadığını qeyd etmiş və barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə kirayə yaşayır. 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə yatmış və havanın isti olduğundan qapını açıq qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında oyandıqda görmüşdür ki, Samsung A 21 markalı mobil telefonu masa üzərində yoxdur. Həmçinin şalvarının cibinə baxdıqda 170 manat pulununda oğurlandığını bilmişdir. Daha sonra isə polisə müraciət etmişdir. Hadisə nəticəsində üzərində 5 manat dəyərində konturla birlikdə hər biri 5 manat olmaqla ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmaqla 200 manat dəyərində Samsung A 21 markalı mobil telefonu oğurlanmış və ona 385 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Bu səbəblə onlara qarşı şikayət və tələbi yoxdur. Bununla bağlı məhkəmə iclasına barışıq ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 28 iyul 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvan 3 ünvanında oyanarkən ona məxsus olan 01 ədəd 1200 manat dəyərində “Samsung A54” markalı mobil telefon, daxilində ümumi dəyəri 5 manat olan ***-***-**-** və ümumi dəyəri 3 manat olan ***-***-**-** saylı GSM nömrələr olan üzərində 5 manat dəyərində kontur olan telefonun yerində olmadığını aşkarlamışdır. Evin giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğlurlandığını aşkar etmişdir. Nəticədə ona 1213 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilməmişdir. Şikayətçidir və təqsirləndirilən şəxlər barəsində müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə saat 01 radələrində kirayə yaşadığı evdə yatmış və isti olduğundan qapını açıq qoymuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində oyandıqda görmüşdür ki, yataq otağında masa üzərinə qoymuş olduğu 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 400 manat dəyərində Redmi 9 markalı mobil telefonu yoxdur. Ona məlum olmuşdur ki, evdən oğurluq hadisəsi baş veribdir. Daha sonra kameraya baxdıqda iki nəfər kişi cinsindən olan şəxslərin daxil olması məlum olmuşdur. Nəticədə ona 410 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilməmişdir. Şikayətçidir və təqsirləndirilən şəxlər barəsində müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə saat 02:00 radələrindən 08:00 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 6 ünvanında yatmışdır. Yuxudan oyandıqda otaqda yanında yastığın yanında elektrik cərəyanına qoşulu olan 01 ədəd 1250 manat dəyərində, daxilində ümumi dəyəri 13 manat olan ***-***-**-** və ümumi dəyəri 15 manat olan ***-***-**-** saylı GSM nömrələr olan, **********41683 və **********41691 İMEİ kodlu “Xiaomi Mİ 12T Black” markalı mobil telefonun yerində olmadığını və evin giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğlurlandığını aşkar etmişdir. Nəticədə ona 1288 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilməmişdir. Şikayətçidir və təqsirləndirilən şəxlər barəsində müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə gələrək iş tapdıqda işləyir. Belə ki, 2023-cü ilin əvvəllərində Nur çörək zavodunda işləyərkən yaxınlıqda İ.Abışov küçəsi 16-da kirayə qalmışdır. Həmçinin onunla eyni ünvanda və eyni otaqda fəhlə işləyən yeni tanıdığı Rəşid adlı şəxslə birgə qalmışdırlar. Belə ki, 24 iyul 2023-cü il tarixdə axşam vaxtı yatmış və 25 iyul 2023-cü il tarixdə gecə işə getmək istəyərkən saat 04 radələrində oyanarkən görmüşdür ki, masa üzərinə qoymuş olduğu üzərində 5 manat dəyərində konturu olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində Samsung A50 markalı mobil telefonu və 300 manat nəğd pulu şalvarının cibindən oğurlanmışdır. Daha sonra isə yaxınlıqda olan kameraya baxış keçirtdikdə məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 01.30 radələrində iki nəfər şəxs qapıdan çıxıb gedirlər. Bununlada ona 610 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilməmişdir. Şikayətçidir və təqsirləndirilən şəxlər barəsində müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 ibtidadi istintaqda verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Zərərçəkmiş şəxs8 qeyd etmişdir ki, bir neçə ildir Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində mobil telefonların alqı-satqısı mağazasında satıcı işləyir. 2023-cü ilin iyul ayının sonlarından avqust ayının əvvəllərinədək olan müddət ərzində, dəqiq tarix yadında olmasa da, bir nəfər əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 işlədiyi mağazaya gələrək özünə məxsus təxminən 5-6 mobil telefonu ona satmışdır. Vüqar həmin mobil telefonların özünə məxsus olduğunu, oğurluq olmadığını ona dediyindən inanıb mobil telefonları almışdır. Eləcə də, Vüqardan şəxsiyyət vəsiqəsinin surətinidə götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 digər tanımadığı bir nəfər şəxslə əlbir olaraq cinayət əlaqəsinə girib ayrı-ayrı şəxslərə məxsus müxtəlif markada mobil telefonları oğurlamaqda şübhəli bilindiklərindən polis əməkdaşları tərəfindən saxlanılıblar. Məhkəmə iclasında dindirilmiş şahid Zərərçəkmiş şəxs9 Daşqın oğlu qeyd etmişdir ki, 2022-ci ilin avqust ayından idarə etdiyi “Renault Megane” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə bağlı “Bolt” taksi şirkətinə qoşulmuş və həmin şirkət tərəfindən yönləndirilən müştəriləri müəyyən məbləğdə pul müqabilində lazımi ünvanlara aparıb-gətirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, düşmənçilik və ya ədavəti olmayıb. Belə ki, 01 avqust 2023-cü il tarixdə saat 02:16 radələrində “Bolt” taksi şirkətinin yönləndirdiyi sifarişə əsasən, sonradan şəxsiyyətləri ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanın qarşısından idarə etdiyi avtomobillə götürüb Ağa Nemətulla küçəsi, məhəllə 19/36 saylı ünvana aparmışdır. Həmin ünvan bildiyi qədər Montin adlanan ərazidir. Müştəriləri idarə etdiyi avtomobillə ünvana gətirdikdən sonra onlar ödəniş haqqı olaraq 3 manat ödəyib düşüb getmişdirlər. Belə ki, onlar avtomobildə olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə hər hansı mövzuda söhbət aparmamış, eləcə də onlar səfər zamanı oğurluq etmələri barədə ona heçnə deməyiblər. Daha sonra polis əməkdaşları ona bildirmişdirlər ki, ad, soyad və ata adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu şəxslər ayrı-ayrı şəxslərə məxsus müxtəlif markada mobil telefonları oğurlamaqda şübhəli bilindiklərindən polis əməkdaşları tərəfindən saxlanılıblar. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs4 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Samsung A20” markalı telefonun və oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs7 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Samsung J6” markalı telefonun və cibindən 116 manat pulun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs6 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Samsung A50” markalı telefonun və cibindən 300 manat pulun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs3 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Redmi” markalı və “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Samsung Galaxy 5G” markalı telefonun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Redmi 9” markalı telefonun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Zərərçəkmiş şəxs1 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Xiomi Mi 12 T” markalı telefonun oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 qarşı oğurluq hadisəsi ünvan 16 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 avqust 2023cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs4 qarşı oğurluq hadisəsi ünvan 17 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs3 qarşı oğurluq hadisəsi ünvan 18 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 qarşı oğurluq hadisəsi ünvan 19 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 avqust 2023cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs5 qarşı oğurluq hadisəsi ünvan 20 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 avqust 2023cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı oğurluq hadisəsi ünvan 21 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “İfadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ünvan 22 ünvanda yerləşən mənzilə daxil olaraq hadisə yerini göstərmiş və burada oğurluq etməsini faktını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 07 avqust 2023-cü il tarixli qərar və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs4 oğurlanmış “Samsung A21” markalı mobil telefon ona geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X4” X14 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X4” X14 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6867 saylı ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı, “Samsung” markalı, SM-A217F/DSN modelli mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 130,00 manat qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1772,0 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən Zərərçəkmiş şəxs3 məxsus yararsız vəziyyətdə olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonun (ehtiyyat hissəsi kimi modeli, istehsal yeri və s. barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Zəngilan Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli höhkmu ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215-ci, 143-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin Amnistiya qərarının 1.4-cü maddəsinə əsasən məsuliyyətdən azad edilmişdir. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci, 93-3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olmuşdur. Moskva şəhəri Perovski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə RF-nin 105ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarxidə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(002)-133/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(002)-133/2019 saylı hökmü ilə təyin edilmiş cəzadan 06 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdıqdan sonra qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 (SSR) CM-nin 83-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhruməetmə cəzası təyin edilimş və 01 il müddətinə sinaq müddəti tətbiq edilmişdir. Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2, 180.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərəl 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarxidə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(101)-621/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmiş və ona 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilən 16 noyabr 2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə protokola əsasən, eləcə də məhkəmə iclasında diskə baxış keçirilərkən iki kişi cinsindən olan şəxslərin oğurluq hadisələrinin baş verdiyi ünvanların yaxınlığında olmaları və mənzillərə daxil olmaları əks olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən görüntüdə əks olunan şəxslərin özü və Təqsirləndirilən şəxs2 olması təsdiq olunur, lakin Təqsirləndirilən şəxs2 həmin görüntüdəki şəxsin özü olmadığını bildirir. Məhkəmə iclasında tədqiq edilən “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 məxsus Samsung A 21 markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınsın və təqsirləndirilən, zərərçəkmiş şəxslər iş materialları ilə tanış olduqdan sonra sahibinə qayatrılması nəzərə alınmışdır. Oğurluq hadisələrinin videogörüntülərini əks etdirən 03 ədəd CD disk iş üzrə sübut kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında təqiq edilən Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərfindən ona vurulmuş maddi ziyan ödənilmişdir. Onalara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən “Doğum haqqında şəhadətnamə”dən aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü Zəhra İslamlı adlı bir azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə aparılmış araşdırma nəticəsində toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etdiyindən onlar, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir oğurluq etmədiyini, yalnız Təqsirləndirilən şəxs1 oğurlamış olduğu mobil telefonların satılmasında ona kömək etdiyi, görüntülərdə əks olunmuş şəxsin özünün olmadığını və özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilən zaman etirafedici ifadə vermiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsində maddi çətinlik çəkdiyi üçün oğurluq əməli törətdiyini və əldə etdiyi məbləği də şəxsi ehtiyaclarına xərclədiyini qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında dvd diskə baxış keçirilərək zərərçəkmiş şəxslərin ünvanlarının yerləşdiyi ərazilərdə iki kişi cinsindən olan şəxsin gecə saatlarında ünvanlara daxil olmaları görsənir və həmin şəxslərin xarici görünüşləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə aparılmış araşdırma nəticəsində toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı üzərində xəsarət olub-olmaması ilə bağlı suallar verilsə də hər hansı xəsarətinin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı tərcüməçi və müdafiəçi ilə təmin olunmaması barədə ifadəsinə münasibtədə məhkəmə qeyd edir ki, cinayət işində olan protokollardan və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan aydın olur ki, bütün istintaq hərəkətlərində, eləcə də məhkəmə iclasında tərcüməçi və müdafiəçi iştirak etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsləri və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib oğurluq əməlini törətmələri Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, dvd disk görüntüləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib dəfələrlə zərərçəkmiş şəxsələrə məxsus əşyaları talamaqla oğurluq cinayətini törətmişdirlər. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs4 ilə barışmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs4 məxsus “Samsung A 21” markalı mobil telefonunu sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - oğurluq hadisələrinin videogörüntülərini əks etdirən 03 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət materiallarında saxlanılsın. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Arbitrum» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə «Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrum» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər «Arbitrum» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs4 məxsus “Samsung A 21” markalı mobil telefonunu sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - oğurluq hadisələrinin videogörüntülərini əks etdirən 03 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə «Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrum» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər «Arbitrum» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar