Məhkəmə qərarları › İş №1(005)-108/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-108/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-108/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Presedent» Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Abşeon rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilmiş, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində 20 iyul 2024-cü il tarixində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu Nərimanov metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan “Rafiq” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Nərimanov rayonu, Təqsirləndirilən şəxs 7 ünvanına daşımış, həmin tarixdə saat 23:00-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, Təqsirləndirilən şəxs 7 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17ci PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, narkotik vasitə heroindən təxminən 03 il olar ki, istifadə edir. 18 iyul 2024-ci il tarixdə axşam saatlarında Nərimanov rayonu N.Nərimanov metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində narkotik vasitə almışdır. Aldığı narkotik vasitəni üzərində saxlamışdır. Həmin gün saat 23:00-da Nərimanov rayonu, Təqsirləndirilən şəxs 7 ünvanının qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşdıqda o, özünü itirmiş, oradan yayınmaq istəyən zaman polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmişlər. Şöbədə vəkilin iştirakı ilə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da şalvarının cibində saxladığı bir ədəd bükümdə narkotik vasitəni təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Son olaraq törətdiyi əməldən peşman olmasını, himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının, ailənin yeganə gəlir gətirən şəxsi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 17ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyul 2024-cü il tarixdə axşam saatlarında Nərimanov rayonu Təqsirləndirilən şəxs küçəsi 7 ünvanında PŞ-nin əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olan zaman özünü şübhəli aparan kişi cinsli bir nəfərə yaxınlaşaraq şəxsi PŞ-nə dəvət etmişlər. İdarədə olarkən videoçəkiliş həyata keçirilməklə Təqsirləndirilən şəxsa üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan şalvarın cibindən 01 ədəd ağ rəngli bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, adını ‘'Rafiq" olduğunu bildiyi şəxsdən 20 manat müqabilində özü qəbul etməsi üçün aldığını söyləmişdir. Daha sonra müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəkmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid1 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, təhqiqatçı Mahmud Mirzəyev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin "kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığım bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamam əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3710 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi və dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza,.üç imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X7 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 4943 nömrəli rəyindən görünür ki, müayinə zamam Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Məhkəmədə tədqiq olunan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(012)-524/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin təqdim etmiş olduğu xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-524/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüşdür. xx.xx.2025-ci il tarixə cəzasının 01 (bir) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 01 (bir) il 06 (altı) ay 01 (bir) gün təşkil edir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan AA seriyalı ******* nörməli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Əliyev Əli və xx.xx.2015-ci il təvəllüdlü Əliyeva Nuray adlı yetkinlik yaşına çatmayan 02 övladı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər eyni məzmunlu cinayət əməli törətməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, həmçinin hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(012)-524/2023 saylı hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş arayışında cəzanın çəkilməmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün hissəsi qaldığı göstərilmiş və həmin müddət CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 09 (doqquz) ay hesab edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 1(012)-524/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay müddəti CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (18-20 iyul 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməklə “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,313 qram narkotik vasitə heroin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə, Abşeron Rayon Məhkəməsinin 1(012)-524/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (18-20 iyul 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,313 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) saata görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar