Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-109/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs tamahı niyyəti ilə yaşadığı ünvan 2 ünvanında olan tanışı X1 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2016-cı ilin əvvəllərindən iki ay müddətində Gəncə şəhərində ünvanı istintaqa tam bəlli olmayan ayrıayrı yerlərdə Zərərçəkmiş şəxs4 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 30 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 3 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin fevral ayı ərzində ünvan 2 ünvanında iki dəfə Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 4 mənzil 32 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin yanvar ayı ərzində Gəncə şəhərində ünvanı istintaqa tam bəlli olmayan ayrı-ayrı yerlərdə Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 5 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2018-ci ilin avqust ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonlarınadək Gəncə şəhərində ünvanı istintaqa tam bəlli olmayan ayrı-ayrı yerlərdə, eləcə də 2020-ci ilin mart ayının ortalarında ünvan 6 mənzil 4 ünvanında Zərərçəkmiş şəxs5 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 7 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 mənzil 4 ünvanında və Gəncə şəhərində ünvanı istintaqa tam bəlli olmayan digər yerlərdə Zərərçəkmiş şəxs3 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs3 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayı ərzində qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışı Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onun həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərməsinə iki dəfə ayrı-ayrı vaxtlarda şərait yaradıb bunun müqabilində sonuncudan hər dəfə 20 manat pul alıb əxlaqsız yuvalar təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri vermə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində kirayə yaşadığı ünvan 6 mənzil 4 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onların həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaradıb bunun müqabilində hər qadından hər dəfə 20 manat pul alıb təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri vermə cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı çıxış edərək bildirdi ki, ittihamda qeyd olunan cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən Gəncə şəhərinin Kəpəz rayonu ərazisində törədilsə də, ittiham tərəfi olaraq hesab edirlər ki, hazırki cinayət işi məhkəmə baxışına təyin olunmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda çıxış edərək cinayət işinin məhkəmə baxışına təyin olunmasına etiraz etmədilər. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda çıxış edərək cinayət işinin məhkəmə baxışına təyin olunmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gəncə şəhərinin Kəpəz rayonu ərazisində müxtəlif şəxsləri gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmiş, elə həmin ərazidə də təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş, həmçinin bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Buna görə də, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətlərin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənləri və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(005)-109/2021 nömrəli qərarına əsasən, 1(005)-109/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs – xx xxxxxx 1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə saxlanması müddəti xx xxxxxx 2021ci il tarixdə bitəcək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanıldığından, məhkəmə hesab edir ki, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(005)-109/2021 nömrəli qərarı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 74.1, 75.1, 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(005)-109/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılması nəzərə alınsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-109/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-109/2021
25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver