Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-109/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 və onun vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə İmişli rayonu, Əliqulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərpic zavodun yanı, ünvansız evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində “Bakı 4 nömrəli Yol İstismarı MMC” tərəfindən 01 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarxinədək olan müddətə verilmiş yük avtonəqliyyatı üçün yol vərəqi əsasında idarə etdiyi “HOWO” markalı AZ **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində, yolların kəsişməsi olduğu üçün idarə etdiyi yük avtomobilini tam hərəkətsiz vəziyyətdə saxlayaraq sağa və sola baxıb yolun boşalmasını gözləməyə başlamış, bir müddət gözlədikdən sonra yol boşaldığı üçün dayandığı yerdən kəsişməni keçib, həmin kəsişmədə hərəkət etməyə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hadisənin qarşısını almamış, nəticədə avtomobilin qarşısından sağ tərəfdən yolu keçən piyada X3 vurub ehtiyatsızlıqdan - qapalı kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin və qişalarına qansızma, ağciyərlərin cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol baldırın qapalı, qəlpəli sınığı, sol aşıq-baldır oynağında ayaqüstü nahiyəyə qədər davam edən geniş ölçülü əzilmiş-cırılmış yara, sifət nahiyəsinin sağ yarısının, alt çənənin, burun tağının, sol almacıq nahiyəsinin, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sol yarısının, sol epiqastral nahiyənin, sağ diz oynağının ön səthinin çoxsaylı sıyrılmış yaraları kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə nəticədə X2 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər "xxxx" MMC-də sürücü işləmişdir. Həmin MMC tərəfindən verilmiş yol vərəqi əsasında “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə etmişdir. 27 avqust 2022-ci il tarixdə saat 09:00 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi həmin yük avtomaşını ilə Nərimanov rayonu, Ağaoğlu küçəsinə gəlmişdir. Ağaoğlu küçəsində yol-təmir işləri aparılmışdır. İş yerinə gəlib çatan zaman həmin gün işin olmadığını görmüşdür. Yenidən idarə etdiyi yük avtomaşına minib evə qayıtmışdır. İdarə etdiyi avtomaşınla Ağaoğlu küçəsi ilə üzü ana yol istiqamətində hərəkət etməyə başlamışdır. İdarə etdiyi yük avtomobillə Ağaoğlu küçəsi ilə hərəkət edib həmin küçənin Əlizadə küçəsi ilə kəsişməsinə gəlib çıxmışdır. Saat təxminən 10:00 radələrində idarə etdiyi yük avtomobili ilə Ağaoğlu küçəsi ilə Əlizadə küçəsinin kəsişməsində yolun boşalmasını gözləməyə başlamışdır. Yolların kəsişməsi olduğu üçün sağa və sola baxaraq idarə etdiyi yük avtomobilini tam hərəkətsiz vəziyyətdə saxlamışdır. Sağdan və soldan avtomaşınlar hərəkət etmişdir. Bir müddət gözlədikdən sonra yollar boşaldığı üçün dayandığı Ağaoğlu küçəsi ilə Əlizadə küçəsinin kəsişməsini keçib Ağaoğlu küçəsi ilə hərəkət etməyə başlamışdır. İdarə etdiyi yük avtomaşınını hərəkətə gətirməyə başlayandan təxminən 2 saniyə sonra 2 metr yol getməmiş ətrafdakı insanların qışqırdıqlarını eşitmişdir. Bu səslərdən sonra dərhal idarə etdiyi yük avtomaşınını saxlamışdır. İdarə etdiyi yük maşınından düşən kimi arxa hissəyə qaçmışdır. Bu zaman arxada bir nəfər kişini yerdə uzanmış vəziyyətdə hərəkətsiz halda görmüşdür. Bundan sonra ətrafdakılara təcili-tibbi yardım maşını çağırmalarını demişdir. Təxminən 2-3 dəqiqə keçməmiş təcili-tibbi yardım avtomaşını gəlmişdir. Həkimlər yaxınlaşıb yoxlanış etdikdən sonra kişinin öldüyünü bildirmişlər. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onu bölməyə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X8 ifadəsində göstərdi ki, X7 onun atasıdır. 27 avqust 2022-ci il tarixdə saat 10:35 radələrində ona məlum olmuşdur ki, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində piyada hərəkətdə olan atasını avtomobil vurmuş və nəticədə atası Zahir Süleymanov hadisə yerində vəfat etmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-10-cu vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin NH-dən alınmış məlumata əsasən Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsinə gedildi. Orada ayağı və başı Əlizadə küçəsi istiqamətdə olan kişi meyidi aşkar olundu. Hadisə yerində “HOWO” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük maşını ilə X13 üzü əks istiqamətdə hərəkət edib yol kəsişməsini keçərkən yol kəsişməsində qeyd olunan piyadanı yük maşını ilə vurmuşdur. Bundan sonra hadisə yerində meyidə baxış keçirilmişdir. Kişi cinsində, orta boylarda, təxminən 65-70 yaşlarında, əynində qara rəngli idman şalvarı və ağ rəngli, mavi və göy zolaqları olan köynək olduğu müəyyən olundu. Yol örtüyünün növü asvalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 9.0 metr təşkil edir, piyada keçidi yoxdur. Cinayət işinin 16-cı vərəqində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tairxli protokoldan görünür ki, yük maşınının kabina və yük hissəsi ağ rəngdədir. Kabinənin sağ və sol qapılarının aşağı hissəsində “AAY” hərfləri yazılmışdır. Dövlət qeydiyyat nişanı **-JN-***-dir. Avtomobilə baxış zamanı kabina və yük hissəsinin hər hansısıa bir hissəsində zədə, əzik, lak boyanın cızılması, qan və digər ləkələr aşkar olunmadı. Cinayət işinin 27-ci vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, 01-31 avqust 2022-ci il tarixləri üçün “HOWO” **-JN-*** dövlət qeydiyyat nişanlı yük markalı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs tərəfindən idarə ediləcəkdir. Cinayət işinin 36-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan “Videogörüntü olan diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişmə hissəsində baş vermişdir. xx.xx.2022-ci il tarixdə 09:53:55-ci saniyədə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Howo" markalı Az **-JN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili Ə.Əlizadə küçəsi ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsinə doğru hərəkət etdiyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə astaca küçələrin kəsişməsinə doğru hərəkət etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə kəsişməyə çatan zaman soldan üzü “Gənclik" metro stansiyasına doğru və sağdan üzü Təhsil Nazirliyinə doğru hərəkət edən avtomobilləri gözləyərək idarə etdiyi yük avtomobilinin hərəkətini dayandırması müşahidə edilmişdir. Videogörüntünün 09:54:04-cü saniyəsində piyada X2 asta addımlarla Təqsirləndirilən şəxs idarə etdiyi dayanmış vəziyyətdə olan yük avtomobilinə sağdan yaxınlaşması müşahidə edilmişdir. Süleymanov Zahir həmin yük avtomobilinə yaxınlaşan zaman həmin yük avtomobilinin qısa məsafə irəli hərəkət etməsi müşahidə edilmişdir. X15 əlində sellofan torba ilə asta addımlarla Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə yaxınlaşaraq yük avtomobilinin ön hissəsindən keçmək istəməsi müşahidə edilmişdir. Videogörüntünün 09:54:23-cü saniyəsində Təqsirləndirilən şəxs sağdan və soldan gələn avtomobillərin dayandığını görüb idarə etdiyi yük avtomobilini hərəkətə gətirməsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini hərəkətə gətirən zaman X15in həmin yük avtomobilinin sağ ön hissəsində olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini hərəkətə gətirən zaman həmin yük avtomobilinin ön hissəsində piyada X2 geri addımlar ataraq qaçmağa çalışması, lakin buna nail ola bilməməsi müşahidə edilmişdir. Videogörüntünün 09:54:27-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Howo" markalı, Az **-JN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişmə hissəsində piyada X2 vurulması müşahidə edilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan “Maddi sübut qismində tanıma haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə 01 ədəd DVD disk baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirdiyidən maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 81-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli rəydən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin və qişalarına qansızma, ağciyərlərin cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol baldırın qapalı, qəlpəli sınığı, sol aşıq-baldır oynağında ayaqüstü nahiyəyə qədər davam edən geniş ölçülü əzilmiş-cırılmış yara, sifət nahiyəsinin sağ yarısının, alt çənənin, burun tağının, sol almacıq nahiyəsinin, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sol yarısının, sol epiqastral nahiyənin, sağ diz oynağının ön səthinin çoxsaylı sıyrılmış yaraları, həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 8/2813 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “HOWO” markalı AZ **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü Təqsirləndirilən şəxs Cahandir oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 132-133-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qatimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 137-ci vərəqində olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Yeni Mil qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 138-139-cu vərəqələrində olan X8 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi zərər və 5.000 (beş min) manat mənəvi zərərə görə həmin vəsaitin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X8 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manat və mənəvi ziyana görə 5.000 manatın alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri bilir ki, iddiaçının maddi və mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq hesab edir ki, mülki iddiaçı dəfn və digər xərclər üçün öz hesabına vəsait xərcləmiş, cinayətin nəticələrindən mənəvi sarsıntı keçirmiş və buna görə də, maddi və mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, maddi zərərin əvəzi kimi 8.000 (səkkiz min) manat, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat maddi ziyanın və 2000 (iki min) manat mənəvi ziyanın əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X5 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat maddi ziyanın və 2000 (iki min) manat mənəvi ziyanın əvəzi kimi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X5 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-109/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-109/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver