Məhkəmə qərarları › İş №1(005)-109/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-109/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-109/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ona təhsilli, məhkumluğu olmayan, “Azza” şirkətində sürücü işləyən, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 34-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 17:35 radələrində ünvan 2 ünvanında yerləşən X1nın yaxınlığında ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ilə, idarə etdikləri avtomobillərin hərəkətinə maneçilik yaranması səbəbindən aralarında yaranmış mübahisə zamanı başı və əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən vurub, baş beyin silkələnməsi, burun tənəffüsünün pozulması ilə müşayiət edilən, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi - burun sümüyünün yerini dəyişən sınığı, qançır və sıyrığı, sağ və sol gözaltı nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin iç səthinin əzilmiş yarası ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 24 may 2024-cti il tarixdə saat 17 radələrində işlədiyi Bakı şəhərində fəaliyyət göstərən “Azza” şirkətinə məxsus “Ford Transit” markalı yük daşıyan avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “X1”nın qarşısında, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi “Honda Civic” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkətinə maneçilik yaratdığına, yəni idarə etdiyi avtmobillə onun idarə etdiyi avtomobili sıxışdırdığına görə avtomobilin səs siqnalından istifadə etməklə ona öz iradını bildirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs əl hərəkətləri ilə nəsə deyib yoluna davam etmiş və sonuncunun bu hərəkətindən əsəbləşdiyinə görə idarə etdiyi avtomobillə onun avtomobilinin qarşısını kəsmişdir. Daha sonra avtomobildən düşərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşmış, bu zaman Rahim də avtomobildən düşmüş, yaxınlaşıb əlləri ilə sonuncunun yaxasından tutmuşdur. Həmin vaxt Rahim ona qarşı nalayiq ifadələr işlətdiyinə görə özündən asılı olmayaraq başı ilə onun sifət nahiyyəsindən zərbə ilə vurmuş, zərbədən sonra Rahim yenə də ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə əli ilə onun çənə nahiyyəsindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bunu görən tanımadığı şəxslər yaxınlaşaraq dava-dalaşı sakitləşdirmişr və idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə həmin əməli törətmişdir. Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəmişdir, onunla barışıq əldə etmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət əməli törətməsini və ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Honda Civic” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 24 may 2024-cü il tarixdə saat 17 radələrində avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “X1”nın qarşısında hərəkətdə olan zaman, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı yük daşıyan avtomobillə onun idarə etdiyi avtomobilin arxası ilə hərəkət etmişdir. Yolda yaranmış tıxac səbəbindən Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı yük daşıyan avtomobilə dayanmadan siqnal verməyə başlamış və daha sonra idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobilə yaxınlaşaraq nə dediyini soruşduqda o Mirsahibə məhəl qoymayaraq həmin yerdən uzaqlaşmaq istəsə də Mirsahib idarə etdiyi avtomobillə onun hərəkət yoluna çıxıb avtomobilinin hərəkətinə maneə yaratmış və avtomobildən düşərək ona tərəf gəlməyə başlamışdır. Həmin vaxt Mirsahib onun idarə etdiyi avtomobilin yanına gəlmiş və onun çiyin nahiyəsindən tutaraq dartmaqla avtomobildən düşürmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ona “nə deyirdin” demiş və anidən əlləri ilə yaxasından tutmuş və başı ilə burun nahiyyəsindən vurmuşdur. Daha sonra isə Mirsahib əli ilə onun baş nahiyəsindən bir zərbə endirmişdir. O zərbənin təsirindən müvazinətimi itirib yerə yıxılmışdır. Əlavə olaraq bildirir ki, Mirsahibin onu vurması nəticəsində baş, burun və göz nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı yaxınlıqdan keçən şəxslər hadisənin şahidi olmuşlar. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onunla barışmışdır, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən binanın qarşısında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 631 nömrəli rəydən ayın olur ki, Zərərçəkmiş şəxs baş beyinin silkələnməsi, burun tənəffüsünün pozulması ilə müşayiət edilən, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-burun sümüyünün yerini dəyişən sınığı, qançır və sıyrığı, sağ və sol gözaltı nahiyələrinin qançırları, sağ yanaq nahiyəsininiç səthinin əzilmiş yarası - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş “Təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs tərəfindən 01 ədəd CD formatlı disk təqdim edilmişdir və həmin CD disk görüntüsündən aydın olur ki, avtomobil yolunda dayanmış markası və dövlət qeydiyyat nişanı dəqiq bilinməyən avtomobilin arxa hissəsində iki nəfər kişi cinsindən olan şəxs mübahisə edir, mübahisə zamanı həmin şəxslərdən biri digərinin sifət nahiyyəsinə bir dəfə başı ilə zərbə vurduqdan sonra bir neçə dəfə yumruqla vurur və sonuncu zərbələrdən müvazinətini itirərək yerə yıxılır, sonra yenidən ayağa qalxır. Ətrafda olan şəxslər yaxınlaşaraq dava-dalaşı sakitləşdirir. CD diskə baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, yerə yıxılan şəxs onun özüdür, onu vurub xəsarət yetirən şəxs isə sonradan tanıdığı Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır, şikayət və tələbi yoxdur, gələcəkdə də bu iş ilə bağlı heç bir şikayəti, iddiası və tələbi olmayacaqdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bundan başqa həmin qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, yəni Nərimanov rayonu, Təbriz küçəsi 172 ünvanında Zərərçəkmiş şəxs başı və əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq ona sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydaya qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsaəsn cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törədərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, ifadə olunan hərəkətlər etmiş və bununla da o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət əməli törətməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı məhkum nəzarət altında saxlanılmalıdır. Buna görə də onun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərində qeydiyyatda olmaqla Abşeron rayonu ərazisində yaşaması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi nəzərə alınmaqla onun üzərinə, həmçinin Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəuyğun hesab olunur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Maddi sübut hesab olunan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Nümayəndə məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron Rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar