Məhkəmə qərarları › İş №1(005)-11/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-11/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-11/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı yetkinlik yaşına çatmayan X4 ilə bir qrup şəxs halında 18.03.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən binanın qaışısında dayanmış X5 məxsus “VAZ 21214 Niva” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməsinə və 29 aprel 2019-cu il tarixdə həmin faktla bağlı Binəqədi RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq təkrarən, tamah niyyəti ilə 10 may 2019-cu il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Niva” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısını üzərində olan bıçaq ilə açaraq avtomobilin içərisindən 1 ədəd 250 manat dəyərində “Pioner 60/50” markalı maqnitafon, 1 ədəd 150 manat dəyərində “9-10.1 inch Full HD MEDİA player” markalı manitor və 1 ədəd 50 manat dəyərində “İphone 5” markalı mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş şəxs Eldar Hiimbətova ümumilikdə 450 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 18 avqust 2019-cu il tarixdə, saat 03:00 radələrində ünvan 3 ünvanında yerləşən binanın qarşısında dayanmış X7 məxsus “QAZ 3110” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq qapısını üzərində olan cib bıçağı ilə açaraq avtomobilin salonuna daxil olmuş və sol qabaq qapısının saxlanc yerindən 448 manat nəğd pulu, bir ədəd 120 manat dəyərində “Gucci” markalı gün eynəyini və iki ədəd 100 manat dəyərində “Shanel Blue” markalı kişi ətrini gizli yolla talayıb zərərçəkmiş şəxs Amil Salamova ümumilikdə 668 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 10.05.2019-cu il tarixdə saat 02 radələrində o, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanının qarşısından keçərkən pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. O, yaxınlıqda olan binanın həyətinə baxan zaman həyətədə ağ rəngli “Niva” markalı avtomobil görmüşdür. Avtomobilə yaxınlaşıb üzərində olan bıçaqla avtomobilin sol qabaq qapısını açıb avtomobilin içərisində olan 01 ədəd “Pioner” markalı maqnitafon, 1 ədəd manitor və 1 ədəd “İphone 5” markalı mobil telefonu götürüb hadisə yerindən uzaqlaşmışdır. Səhəri gün, saat təxminən 11 radələrində o, manitor ilə “İphone 5” markalı mobil telefonu 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Maqnitafonu isə evdə saxlamışdır. Lakin onu da salmaq fikri olmuşdur. Bundan başqa 18.08.2019-cu il tarixdə gecə saat təxminən 03 radələrində Nərimanov rayonu, F.Yusifov küçəsi ilə gedərkən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. F.Yusifov küçəsi 47 ünvanında yerləşən binanın qarşına getmişdir. Həmin vaxt görmüşdür ki, binanın qarşısında “QAZ 3110” markalı avtomobil vardır. O, həmin avtomobilə yaxınlaşıb üzərində olan cib bıçağı ilə avtomobilin sol qabaq qapısını açmış və avtomobilin salonuna daxil olmuşdur. Daha sonra avtomobilin içərisini axtarmağa başlamışdır. Həmin vaxt avtomobilin sol qabaq qapısının saxlanc yerində pul olduğunu görmüşdür və pulu götürüb cibinə qoymuşdur. Daha sonra avtomobilin digər saxlanc yerinə baxan zaman isə saxlanc yerindən bir ədəd “Gucci” markalı gün eynəyi və iki ədəd kişi ətrinin olduğunu görmüşdür. O, ətirləri də götürüb avtomobildən düşmüş, avtomobilin qapısını bağlayıb hadisə yerindən uzaqlaşmışdır. Yolda pulu sayan zaman ona məlum olmuşdur ki, götürdüyü pulun miqdarı 448 manatdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X7 dəymiş maddi ziyanların ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 09.05.2019-cu il tarixdə saat 19 radələrində o, özünə məxsus ağ rəngli “Niva” markalı 90-CE- 303 dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 2 ünvanında yerləşən bina ilə üzbə-üz yerləşən Ə.Əliyev 36 saylı binanın qarşısında saxlayıb yaşadığı evə getmişdir. Səhəri gün yəni, 10.05.2019-cu il tarixdə saat 07 radələrində o, işə getmək üçün evdən çıxıb avtomobilin yanına getmişdir. O, avtomobilə yaxınlaşıb qapısını açmaq istədikdə qapının açıq olduğunu görmüşdür. O, dərhal avtomobilin içərisinə baxmış və həmin vaxt maşınında olan 1 ədəd 250 manat dəyərində “Pioner 60/50” markalı maqnitafon, 1 ədəd 150 manat dəyərində manitor və avtomobilin saxlanc yerində olan ona məxsus 1 ədəd 50 manat dəyərində “İphone 5” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Mobil telefonu oğurlandığından o, qonşuluqda yaşayan sonradan adının Rahib olduğunu bildiyi şəxsə yaxınlaşıb zəng etmək üçün mobil telefonunu istəmiş və həmin şəxsin mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Qeyd etmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ifadəsində bildirmişdir ki, 18.08.2019-cu il tarixdə saat 01 radələrində o, avtomobili yaşadığı ünvan 4 ünvanının qarşısında saxlayıb qapılarını bağlamış və evə getmişdir. Həmin gün saat 15:30 radələrində o, evdən çıxıb avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt avtomobilin qabaq sol qapısının açıq olduğunu görmüşdür. O, avtomobilinə baxan zaman avtomobilin sol qabaq qapısının saxlanc yerində ona məxsus olan 448 manat pulun, avtomobilin saxlanc yerində olan ona məxsus “Gucci” maraklı 120 manat dəyərində bir ədəd gün eynəyinin və iki ədəd, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat məbləğində “Shanel Blue” markalı kişi ətirlərinin oğurlandığını aşkar elmişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Qeyd etmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 668 manat məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs X10 Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan Şahid istintaqa verdiyi ifadəsindən görünür ki, Vasif onun doğma qardaşıdır. Vasif əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məsuliyyətə cəlb edilmişdir. 2019-cu ilin may ayının ortalarında pula ehtiyyacı olduğu üçün Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanında “Niva” markalı avtomobildən 1 ədəd “Pioner” markalı maqnitafon, 1 ədəd manitor və 1 ədəd ‘İphone 5” markalı mobil telefon oğurladığını o, sonradan bilmişdir, belə ki bu barədə Vasif özü 2019-cu ilin oktyabr ayında ona demişdir. O, Vasifə öz iradını bildirib, Vasifi danlamışdır. Vasif ona bildirmişdir ki, 1 ədəd manitoru və 1 ədəd “İphone 5” markalı mobil telefonu tanımadığı şəxsə 100 manata satmışdır. Maqnitafonu isə öz yaşadığı evə gətirib qoymuşdur. O, da həmin maqintafonu götürüb polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısı Orxan Əliyev həmin protokolu Amil Salamovun, ekspert krimanalistlərin və iki hal şahidinin iştirakı ilə tərtib etmişdir və baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən binanın qarşısıdır. Amil Salamov həmin binanın qarşısında saxlanılan “QAZ 3110” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobili göstərib bildirdi ki, avtomobilindən 448 manat nağd pul, ətir və eynək oğurlanmışdır. Baxış zamanı avtomobilin üzərində hər hansı zədə və izlər aşkar edilməmişdir. Baxış keçirilən yerin yaxınlığında hər hansı TŞ və ya müşahidə kamerası aşkar edilməmişdir. Cinayət işinin 35-ci vərəqində olan “Əşyanı könüllü təqdim etmə haqqında” 08 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsi ilə əlaqədar olaraq, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün zərərçəkmiş şəxs X7 məxsus “Gucci” markalı gün eynəyini könüllü olaraq istintaq orqanına təqdim etdi. İstintaq üçün əhəmiyyət təşkil etdiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi “Gucci” markalı gün eynəyi götürülmüşdür. Cinayət işinin 45-ci vərəqində olan “Tutma haqqında” 08 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-70-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 10 oktyabr 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiq Kənan Məmmədzadənin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbrinin seçilməsi, onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 10 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 25 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi “Gucci” markalı eynəyi iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X7 təqdim edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş X1 RPİ-nin İstintaq Şöbəsində xidməti otağa daxil olmuş və tanınmaya təqdim edilmiş 4 ədəd eynəyi nəzərdən keçirib sıra sayı ilə ikinici sırada qoyulan “Gucci” markalı eynəyi göstərib bildirmişdir ki, həmin eynək ona məxsusdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 10.05.2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X8 tərəfindən Zərərçəkmiş şəxs2 və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, X9 Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng vuraraq, ünvan 5 ünvanında yaşadığı evin qarşısında saxladığı özünə məxsus avtomobilin qapısını açaraq daxil olaraq “Pioner” markalı maqnitafanonun, 1 ədəd monitorun, “İphone” markalı mobil telefonun və şəxsi əşyalarının oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat ilə əlaqədar olaraq, hadisə yerinə gedərkən müəyyən olunmuşdur ki, ağ rəngli “Niva” markalı avtomobilin sürücü tərəfdən sol qabaq qapısını üzərində olan bıçaq ilə açaraq avtomobilin içərisindən 1 ədəd “Pioner” markalı maqnitafon, 1 ədəd monitor və 1 ədəd “İphone 5” markalı mobil telefonu oğurlanmışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Maddi sübutun təqdim edilməsi və götürülməsi haqqında” 07.10.2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Elnur Məcidov iki hal şahidinin iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də xidməti otaqda Şahid 09.05.2019-cu il tarixdən 10.05.2019-cu il tarixə keçən gecə Nərimanov rayonu, Ə.Əliyev küçəsində 36 saylı evin qarşısında qayanmış ağ rəngli “Niva” markalı avtomaşından qardaşı Təqsirləndirilən şəxs oğurladığı “Pioner” markalı maqnitafon təqdim edildiyi üçün götürülmüşdür. Qeyd olunan audio maqnitafonun fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Maqnitafon ümumi olaraq, qara rənglidir. Cinayət işinin 114-cü vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 06 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd “Pioner 60/50” markalı maqnitafon cinayət iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. Cinayət iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Hümbətov X3 RPİ-nin İŞ-də xidməti otağa daxil olmuş və tanınmaya təqdim olunmuş 4 ədəd maqnitafonu nəzərdən keçirib sıra sayı ilə 4-cü sırada qoyulan “Pioner 60/50” markalı maqnitafonu göstərib bildirmişdir ki, həmin maqnitafon ona məxsusdur. Cinayət işinin 142-144-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 16.11.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 168-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.12.2020-ci il tarixli, 29521 saylı rəyindən görünür ki, 1 ədəd üzərində “Gucci” yazıları olan, qulaqlığı plasmas-metal gövdəli gün eynəyinin 18.08.2019-cu il tarixə olan orla bazar qiyməti 20 manat; -1 ədəd “Pioner” markalı DEH-P6050UB model maqnitafonun (avto) 10.05.2019-cu il tarixə olan orta bazar qiyməti 60 manat müəyyən edilmişdir. 1 ədəd “9-10.1 inch Full HD Media player” markalı manitor-aydın deyil. 1 ədəd “İphone 5” markalı mobil telefonun (aksesuarsız) 10.05.2019cu il tarixə orta bazar qiyməti 120 manat; 2 ədəd 50 ml “Shanel Blue” markalı kişi ətriaydın deyil. Cinayət işinin 177-181-ci vərəqələrində olan “Maddi sübutların qiymətləndirilməsi barədə” 26.12.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 ədəd “Pioner 60/50” markalı maqnitafonun və 1 ədəd “Gucci” markalı gün eynəyinin sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır. Cinayət işinin 191-ci vərəqində olan qəbzdən görünür ki, X10 ona məxsus olan “Gucci” markalı gün eynəyini qəbul etmişdir. Cinayət işinin 193-cü vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan 1 ədəd “Pioner 60/50” markalı maqnitafonu təhvil almışdır. Cinayət işinin 239-241-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 4(005)-90/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci madəsi ilə məhkəməyə verilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 257-268-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 1(001)-13/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2019-cu il tarixdən tutulmaqla həbsdə saxlandığı 01 (bir) gün müddət hazırki cəzanın müddətindən bir günə bir gün hesabı ilə hesablanaraq çıxılmaqla ona qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(009)-40/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi olan - 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla (10 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə) hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 14 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 02.09.2020-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs barəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(005)-27/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(001)-13/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 14 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər X10 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs barəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmündən də göründüyü kimi, Təqsirləndirilən şəxs 22.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri 10 may 2019-cu il və 18 avqust 2019-cu il tarixlərdə törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(005)-27/2021 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməllərini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(005)-27/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(005)-27/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilərək, onun təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut olan 1 ədəd “Gucci” markalı gün eynəyinin sahibi X7, 1 ədəd “Pioner 60/50” markalı maqnitafonun isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(005)- 27/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “Gucci” markalı gün eynəyinin sahibi X7, 1 ədəd “Pioner 60/50” markalı maqnitafonun isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar