Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-11/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X28 Bəhram oğlunun sədrliyi məhkəmə iclas katibi Məmmədova Aygün Fəhrad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X8 xüsusi ittihamçısının nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqsirləndirilən şəxslərin müdafiəçiləri Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, təqsirləndirilən şəxslər – X13, X5, X15 iştirakları ilə, 26 oktyabr 1969-cu il tarixdə Naxçıvan MR, Naxçıvan şəhəri, Babək rayonun, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, “Hüriyyət” qəzetinin baş redaktoru vəzifəsində işləyən X15 07 avqust 1952-ci il tarixdə Tovuz rayonu, Qovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, hazırda heç bir yerdə işləməyən X13 12 iyun 1979-cu il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Gödəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, fərdi əməklə məşğul olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər X23, X21 və X9 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, İsmayıl Hüseynov, Yaşar Daşdəmirov və Vüqar Məmmədov onun barəsində yalnış, böhtan xarakterli fikirlər ifadə etmişlər. “Hüriyyət” qəzetində “Hüriyyət” internet səhifəsində həmin yazını dərc etməklə onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən, böhtan xarakterli məlumatları yaymışlar. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 27 avqust 2022-ci il tarixdə Hüriyyət qəzetində “İş adamının külli miqdarda pulunu mənimsəyən vəkil niyə həbs edilmir, Baş prokurorluq nədən çəkinir” başlıqlı məqalə dərc edərək Tovuzun iş adamı sayılan və sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, iki oğlu həbsdədir. Oğlanlarına vəkillik edən X19 ailəsinə yalan vədlər verərək, ailənin ümumilikdə 470 min manat pulunu və əmlaklarını mənimsəyib. Bütün bunlara rəğmən İsmayıl Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib. İsmayıl Hüseynov uzun illərdir fermer təsərrüfatı ilə məşğuldur. Deyir ki, illərlə çalışıb qazandığı ailəsinin əmlakları dələduzluq yolu ilə itirib. Şikayətçilərin sözlərinə görə özü də oğlu da vəkilə inanıb. Rahib Hüseynov müdafiəçisi ilə rəsmi nikaha girib. Gəncədəki Asan xidmətdə əmlaklar Sevil Hacıyevanın adına keçirib. Müflis olmuş iş adamı iddia edir ki, təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi şəkildə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilmədiyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən on yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik surətdə varlanan Sevil Hacıyeva bahalı mobil telefondan zerkalnı nömrələrdən tutmuş RANC ROVER markalı avtomobilə sahiblənməklə kifayətlənməyib Tovuz rayornu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə o bütün sadalanlardan əlavə ailənin digər əmlaklarını da mənimsəyib. İsmayıl Hüseynov bildirir ki, hüquq mühafizə orqanlarına müraciət etsə də Sevil Hacıyeva dələduzduq yolu ilə ələ keçirdiyi pulları rüşvət qismində hüquq mühafizə orqanlarına verərək cinayət işini ört basdır edir. Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunmasını, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqsədlə prokrorluğa da şikayət edib. Lakin bir il müddət keçməsinə baxmayaraq prokurorluqda baxılan işin heç bir nəticəsi yoxdur. Görəsən Baş prokurorluq niyə bu qədər faktları görməzlikdən gəlir. Onu da qeyd edir ki, Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasından da kənarlaşdırılıb. Lakin aldıqları məlumata görə Vəkillər Kollegiyasından kənarlaşdırılmağına baxmayaraq hələ də vəkil kimi fəaliyyətini davam edir. Baş prokurorluq işi niyə araşdırmır. İsmayıl Hüseynov redaksiyalarına yeni faktlar da təqdim edib. Təqdim edilən səs qeydlərində X19 ailəsinin Tovuzdakı mənzilini ələ keçirmək istəyir. Təəssüf ki, faktlar və sübutların olmasına baxmayaraq, Baş Prokurorluq işi araşdırmaqda maraqlı deyil. İşin bu qədər uzadılması üstündən bir ildən çox vaxt keçməsi ya Prokurorluq əməkdaşlarının təcrübəsiz olduğunu göstərir, yaxud da burda tamamilə başqa məqsədlər var. Sevil Hacıyeva və qızları qardaşı arvadına xəsarət yetirmişdir. Sevil Hacıyevadan təkcə Hüseynovlar ailəsi zərər çəkməyib. Redaksiyalarına müraciət edən onun qardaşı Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar Daşdəmirov da bacısı Sevil Hacıyeva tərəfindən təhdidlərlə üzləşdiyini bildirir. Yaşar Daşdəmirov bildirir ki, evinə gələrək fındıq kisələrini götürən Sevil Hacıyeva və qızları onun yoldaşına bədən xəsarətləri yetiriblər. O sahədə olanda həyətinə gəliblər. Hazır kisədə fındıqları olub. Sevilin qızları kisələri götürüb maşına yığıblar. Yoldaşı da bunu görüb, onlardan niyə kisələri apardıqlarını soruşub. Daha sonra özü və qızları yoldaşının üzərinə hücum çəkərək, döyüblər. Bunu eşidən kimi tez sahədən evə gəlmiş, dərhal polislə əlaqə saxlamış, Yoldaşının vəziyyəti ağır olduğu üçün və özündən getdiyi üçün təcili yardım çağırmışlar. Polis onlardan izahatlar almış, lakin polis Sevil Hacıyevanın maşınına girə bilməyəcəyini demişdir. Bildirmişdir ki, onlardan oğlurlanan fındıq kisələri onun maşınındadır. Polis ərizə yazmağını bildirmiş, ərizə yazmiş, amma ondan mənimsənilən fındıq kisələri geri qayıtmamışdır. Ona təxminən 100 manat ziyan dəyib. Yoldaş tibbi ekspertdən də keçib və polisə təqdim edilib. Baş verənlərdən sonra Sevil Hacıyeva yenidən evə daxil olmağa çalışmışdır. Keçən ildə bu hadisələr baş vermişdir. Bu adam onu və ailəsini daim təhlükə altında saxlayır. Məqsədi odur ki, olan əmlaklarımı əlindən alsın. İstəyinə çatmayanda ona və ailəsinə qarşı hüsuma keçir. Hüquq-mühafizə orqanlarından ailəsinin təhlükəsizliyini təmin edilməsini xahiş etmişdir. Hüseynovlar ailəsinə vəkilik etmiş etmiş Sevil Hacıyeva onlara yalan verərək, ailənin ümumilikdə 470 min manat pulunu və əmlaklarını mənimsəyib. Hər halda burda külli miqdarda mənimsəmədən söhbət gedir. Bu azmış kimi Sevil Hacıyeva qardaşını və onun ailəsini də təhdid edərək, ona məxsus əmlakı ələ keçirməyə çalışır. Hüquqi yollarla bunu edə bilməmiş, indi isə fiziki yolla bunu etməyə çalışır. Hər halda baş vermiş hadisə də zərərçəkmiş şəxslər var. İşlin araşdırılması polisin əlindədir. Təəssüf ki, bu cür əməllər törədən və faktların olmasına rəğmən hansısa fövqəladə güc Sevil Hacıyevaya gücü çatmır. Qeyd edir ki, həmin şəxslər yəni İsmayıl Hüseynov yazdığı ərizə və qəzetə etdiyi müraciətdə onu, hüquq-mühafizə orqanlarına rüşvət vermədə, həm külli miqdarda mənimsəmə həm də külli miqdarda dələduzluq cinayətində ittiham edən böhtan atmışdır. Qeyd edir ki, barəsində şikayət etdiyi şəxs X9 qəzetə etdiyi müraciətdə onu həm oğurluqda, döymədə, əmlak mənimsəmədə və həmdə hədə-qorxu ilə əmlak tələb etmədə ittiham edən böhtan atmışdır. Qeyd edir ki, barəsində şikayət etdiyi şəxs Vüqar Məmmədov qəzetdə məlumatları dəqiqləşdirmədən, qarşı tərəfin mövqeyin dinləmədən onu Baş Prokurorluğu, hüquq mühafizə orqanlarını düzgün araşdırma aparmamaqda maraqla olmadıqlarını qeyd etmiş, həmçinin dələduzluqda əmlak mənimsəmədə, döymədə, əmlak mənimsəmədə və həm də hədə-qorxu ilə əmlak tələb etmədə ittiham edən böhtan atmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X15, X13 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 nümayəndəsi Müdafiəçi4 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək təqsirləndirilən şəxslər X15, X13 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X23 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq ifadəsində göstərmişdir ki, o, “Hüriyyət” qəzetinin baş redaktoru işləyir. İsmayıl Hüseynovu redaksiyaya müraciət etdiyi üçün tanıyır. Hadisə ilə bağlı onu qeyd edir ki, İsmayıl Hüseynovun böyük bir biznes şəbəkəsi olmuşdur. Biznesində 21 milyon mənimsəmə olmuşdur. Bunun nəticəsində İsmayıl Hüseynovun oğlanları həbs olunmuşdir. Həmin dövrdə X1 vəkili olmuşdur. Həmin məsələ ilə bağlı ortada ödənilməli olan 600.000 manat pul olmuşdur. Sevil Hacıyeva həmin vaxt İsmayıl Hüseynova bildirmişdir ki, mənimsənilən pul qaytarılmalıdır. İsmayıl Hüseynov isə o qədər pulunun olmadığını bildirir. Sevil Hacıyeva isə İsmayıl Hüseynova bildirir ki, evini, fermasını banka qoysun, lakin onun yaşına görə banklar pul vermir. Bundan sonra X2 ilə ailə qurur, İsmayıl Hüseynovun bütün əmlakını oğlunun adına keçirir, oğlu isə əmlakları Sevil Hacıyevanın adına keçirdir. Daha sonra isə İsmayıl Hüseynov həmin əmlakları banka girov qoyub pul götürmək istəyəndə görürlər ki, hər şey əldən gedib, bundan sonra Sevil Hacıyeva ilə İsmayıl Hüseynovun arasında mübahisə başlayır. Özü isə həmin dövrdə korona xəstəliyindən əziyyət çəkdiyini, uzun müddət xəstəxanada yatdığını, xəstəxanadan çıxandan sonra isə bu xəstəliyə görə əziyyət çəkdiyini, buna görə bir müddət işə də çıxmadığını bildirmişdir. Onun qəzetinin Elşən Yəhyazadə adlı bir jurnalisti İsmayıl Hüseynovu redaksiyaya dəvət edir və ondan müsahibə alır. O, isə həmin müsahibəni qəzetdə görərkən Elşən Yəyhazadədən qarşı tərəfin müsahibəsini götürməsini bildirmişdir. Bundan sonra həmin qəzetdə Sevil Hacıyevanın da müsahibəsi yayınlanmışdır. Bir müddət sonra isə ona məhkəməyə çağırılması barədə məhkəmə bildirişi gəlmişdir. Məhkəmə prosesləri başlamış və məhkəmə proseslərində qalib olsa da, Sevil Hacıyeva yenə onu məhkəməyə verdiyini bildirmişdir. Bir müddət keçəndən sonra Sevil Hacıyeva onu Sabunçu Rayon Məhkəməsinə vermiş, yenidən Sabunçu Rayon Məhkəməsində olanları qeyd etdikdə Sevil Hacıyeva ona həmin məqaləni çıxarıb göstərmişdir. Sevil Hacıyeva tərəfindən göstərilən yazı, yəni məqalə qəzetdə yox, saytda yazılıb. Həmin vaxt Sevil Hacıyevaya və məhkəməyə həmin məqaləni özü üçün də araşdırılması üçün vaxt verilməsini xahiş etmişdir. O işə qayıdaraq baş redaktor Anarı çağırmış, Anarda həmin məqalədən xəbəri olmadığını bildirmişdir. Həmin dövrdə onun bir Şahid1 adlı işçi Daxili İşlər orqanlarına işə getmişdir. Elşən Yəyhazadə işə gedəndən sonra ona zəng vurmuş, ona bir işçi göndərəcəyini bildirdikdə o, onunla razılaşmış, Jalə Cəfərova adlı bir xanımı işə götürmüşdür. Daha sonra o, saytda məqaləni paylaşan qızı çağırmış, məqaləni ondan soruşduqda sonuncu bildirmişdir ki, altıncı gün işdə olanda Elşən Yəyhayev ona zəng etmiş, məqaləni ona göndərmiş, həmçinin məqalədən onun da xəbəri olmağını bildirmiş və həmin məqalənin saytda yayımlamışlar. Həmin məqaləni də şənbə günü saytda verdikləri üçün o şənbə günü işləmədikləri üçün məlumatı olmamışdır. Həmin məqalədən yalnız məhkəmədə məlumatı olmuşdur. Daha sonra həmin məqalə onun saytında yayımlandığı üçün o həm qəzetdə, həm də saytda Sevil Hacıyevadan üzr istəmiş, həmin üzr yazılarını həm qəzetdə, həm də saytda yayımlamışlar. Sonda təqsirləndirilən şəxs X23 ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X21 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq ifadəsində bildirdi ki, onun Tovuz rayonun Qovlar kəndində ferması olmuşdur. Həmin fermanı oğlunun adına keçirmişdir. Sevil Hacıyeva onun oğlu ilə ailə həyatı qurmuş, sonra isə boşanmışdır. Oğlu ilə Sevil Hacıyeva evlənən zaman həmin fermanı Sevil Hacıyevanın adına keçirmişdir. Daha sonra oğlu həbs olunarkən Sevil Hacıyevanın təklifi ilə həmin fermanı banka qoyub pul götürmüşdür. Sonradan ona borc müqaviləsi imzalatdırmışlar və o, daha sonra müflis olmuşdur. Sonda təqsirləndirilən şəxs X21 ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq ifadəsində X8 qardaşı olduğunu, Vüqar Məmmədovu tanımadığını, onu yalnız məhkəmədə gördüyünü, qəzetdə gedən məqalədən xəbəri olmadığını, heç bir yazı yazırdırmadığını bildirmişdir. Yalnız bir dəfə həyat yoldaşının döyülmə faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini göstərdi. Sonda təqsirləndirilən şəxs X9 ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, o, 25 avqust 2022-ci ildən “Hüriyyət” qəzetində müxbir vəzifəsində işləyir. İşi yeni olduğu üçün ona yazılar, materiallar paylaşmaq vacib imiş. 27 avqust 2022-ci il tarixdə Elşən Yəyhazadə ona material göndərmiş və paylaşmağını bildirmişdir. O da həmin yazını nə Vüqar Məmmədovun, nə də baş redaktor Anar müəllimin məlumatı olmadan admin nömrəsi ilə əlaqə saxlamış və həmin materialı saytda yerləşdirmişdir. Həmin materialın məhkəmə predmeti olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, «Hüriyyət» qəzetində işləmişdir. O, oradan çıxdıqdan sonra onunla Lətifə xanım əlaqə saxlamış və ona bildirmişdir ki, saytda paylaşmaq üçün material göndərəcək. Həmin vaxt o, orada işləmədiyini bildirmiş, hətta onlara yeni əməkdaşın, yəni Jalə xanımın nömrəsini verərək onunla əlaqə saxlanılmasını bildirmişdir. Həmçinin o, Yaşar Daşdəmirovu tanımadığını və görmədiyini bildirdi. Vüqar Məmmədov tərəfindən isə ona yazı ilə əlaqədar hər hansı bir göstəriş verilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzində ekspert vəzifəsində işləyir. Göstərilən cinayət işi ilə əlaqədar o ekspertiza keçirmiş, ekspertiza qərarında göstərilən hallarla bağlı, yəni işlədilən ifadələrin hüquqi cəhətdən təsdiqini tapmadığı hallarda böhtan faktı kimi dəyərləndirilməlidir. Eyni zamanda bu tipli məlumatlar şəxsin işgüzar nüfuzuna xələl gətirə bilən məlumatlardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-577/2022 saylı qərarından görünür ki, X8 X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 459/2023 saylı qərarından görünür ki, xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində olan 06 dekabr 2022-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin mümkünlüyü məsələsinə baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 186/2023 saylı qərarından görünür ki, X8 X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 1026/2023 saylı qərarından görünür ki, xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində olan 03 mart 2023-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 186/2023 saylı qərarından görünür ki, X8 X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 1518/2023 saylı qərarından görünür ki, xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində olan 07 iyun 2023-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin mümkünlüyü məsələsinə baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 186/2023 saylı qərarından görünür ki, X8 X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 2017/2023 saylı qərarından görünür ki, xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X13, X5, “Hüriyyət” qəzetinin redaktoru X15 barələrində olan 21 sentyabr 2023-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmə, öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən böhtan, yəni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. CM-nin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi ittihamçı Sevil X3, X9, “Hüriyyət” qəzetinin redaktoru X23 tərəfindən törədilməsi iddia olunan CM-in 147.2-ci maddəsi böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirilməsi, habelə internet informasiya ehtiyatında yayılması əməllərini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. CM-in 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Qanunvericiliyin bu normalarının eyni cür tətbiq edilməsinin və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 21 fevral 2014-cü il tarixdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında 03 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarının 6-cı bəndində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında əksini tapmış tövsiyələrə və izahlara əsaslanıb xüsusi ittiham qaydasında şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, məhkəmədə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək X21, X9, “Hüriyyət” qəzetinin redaktoru X23 tərəfindən CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticənin əsassız olması, barəsində şikayət verilmiş şəxsin hərəkətlərində isə CMin 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması haqda qənaətə gəlmişlər. Xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edən Sevil Hacıyevanın mövqeyinə görə isə, X21, X9, “Hüriyyət” qəzetinin redaktoru X23 dəfələrlə ona böhtan atmış, onu cəmiyyət içində nüfuzdan salmağa çalışmış, barəsində əsassız olaraq şikayətlər etmiş, onların bu hərəkətlərinə görə ona bir çox problemlər yaranmışdır. Xüsusi ittihamçının mövqeyinə görə, belə olan halda onun şikayətində təsvir edilmiş əməllərinə görə İsmayıl Hüseynov, Yaşar Daşdəmirov və Vüqar Məmmədov CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və bu maddələrə əsasən cəzalandırılmalıdır. Lakin, Sevil Hacıyeva xüsusi ittiham qaydasında verdiyi şikayətində İsmayıl Hüseynov, Yaşar Daşdəmirov və Vüqar Məmmədovun onun barəsindəki böhtan xarakterli məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında yaymasını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmiş və buna görə də məhkəmələr belə sübutları araşdırmamışlar. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsə qarşı CM-in 147 və ya 148-ci maddələri ilə ittiham irəli sürən xüsusi ittihamçı onun iddialarını təsdiq edən müvafiq sübutları özü məhkəməyə təqdim etməli, məhkəmə isə - belə sübutları araşdırıb onlara qiymət verərək müvafiq nəticəyə gəlməli və ehtimal xarakterli, mülahizələrə söykənmiş yekun məhkəmə aktının qəbul edilməsindən imtina etməlidir. Xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materialların təhlili göstərir ki, İsmayıl Hüseynov, Yaşar Daşdəmirov və Vüqar Məmmədovun əməllərində Sevil Hacıyevanın şərəf və ləyaqətini ləkələyən və ona böhtan atılmasına dəlalət edən cinayət tərkibi yoxdur. Məhkəmə cinayət qanunu normalarının tələbləri baxımından hesab edir ki, şikayətində İsmayıl Hüseynov, Yaşar Daşdəmirov və Vüqar Məmmədov xüsusi ittihamçı Sevil Hacıyevaya böhtan atmadığına, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadığına, habelə sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmadığından barəsində şikayət verilmiş şəxsin əməllərində CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması istisna edilir. Buna görə, məhkəmə şikayətində İsmayıl Hüseynova, Yaşar Daşdəmirova və Vüqar Məmmədova həmin maddə ilə bəraət verilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/155 saylı 30 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materiallarda X11 ilə bağlı neqaniv məzmunlu informasiyalar öz təsdiqini tapmadığı halda mənfi dəyərləndirmə təəssüratı yaratmaqla onun şərəf və ləyaqətin alçaldılmasına xidmət edən məlumat hesab olunur. Bu məlumatların araşdırılması ekspert-linqvistin kompetensiyasına daxil deyil. Ekspertizaya təqdim olunmuş məlumatlar faktoloji səciyyə daşımaqla birbaşa X8 əməlləri kimi ifadə edilmişdir. X8 barəsindəki məlumatlar və işlədilmiş “aldadılma, oğurluq, mənimsəmə, talama, əmlak ələ keçirmə, hədə qorxu gəlmə, döymə təhdid, dələduzluq” kimi söz və ifadələr faktoloji səciyyə daşıdıdığından sübuta yetirilmədiyi təqdirdə (qeyd edək ki, bu faktların sübutu ekspert-linqvistin kompetensiyasına daxil deyil) böhtan farktı kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu tipli məlumatlar şəxsin işgüzar nüfuzuna xələl gətirə bilə məlumatlardır. Ekspertizaya təqdim olunmuş məlumatlarda X8 hüquqi və mənəvi prinsipləri pozması ilə bağlı iddialar öz əksini tapmışdır. Linqvoüslubi təhlilə əsasən Sevil Hacıyevanın mövcud qanunun norma və prinsiplərə zidd hərəkət etməsinə işarə edən fikirlər mövcuddur. Ümumilikdə məlumatlar faktoloji şəkildə, təsdiq formasında ifadə olunmuşdurbu, araşdırılması mümkün olan məlumatlar olduğundan təsdiqini tapmadığı təqdirdə şərəf və ləyaqəti alçaldan, ətrafdakıların yanında onu nüfuzdan salan məlumatlar kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün hallar ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir:
1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. Həmin məlumatın doğru olmaması; 3. Belə məlumatların yayılması; 4. Barəsində belə məlumatlar yayılmış şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata kecirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində hec bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nətiçəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən əməldə cinayət tərkibi olmadıqda cıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü cıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X21, X9 və X23 barələrində Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilmir. Beləliklə, məhkəmə, məhkəmədə tədqiq edilən sübutlarları qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X21, X9 və X23 barələrində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X21, X9 və X15 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə onlara bəraət verilməlidir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xüsusi ittihamçı X11 mülki iddia qaldıraraq 4120 (dörd min yüz iyirmi) manat və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu, cəmi 4182 (dörd min yüz səksən iki) manat X12, X4 və X14 onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia kifayət qədər əsaslandırılmadığından, müvafiq sənədlər təqdim edilmədiyindən baxılmamış saxlanılmalı, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X15 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat, təqsirləndirilən şəxs X13 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat, təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə bəraət verilsin. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə bəraət verilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə bəraət verilsin. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi hüququ izah edilsin. Bakı şəhəri 25 saylı vəkil Bürovunun vəkilləri Müdafiəçi3 tərəfindən təqsirləndirilən şəxs X15 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat, Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X13 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat, Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 53 (əlli üç) iş saatı üçün cəmi 318 (üç yüz on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti verilməzsə hökm qanuni qüvvəyə minir.
X30