Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-11/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi “Bro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, “Mili Hematologiya və Transfuziologiya Mərkəzi"nin Talassemiya Profilaktikası şöbəsinin laborantı vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə, xx xxxx 1974-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X33 administrator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Təqsirləndirilən şəxs3 küçəsi, ev 150 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə, xx xxxxxx 1965-ci ildə Xankəndi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, bərbər fəailiyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Sarıhacılı kəndində qeydiyyatda olmaqla Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, tikintisi yarımçıq qalmış binada məskunlaşmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri və blankı tamah niyyəti ilə istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, hüquq verən rəsmi sənədləri tamah niyyəti ilə istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrilərinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrilərinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etməyə cəhd etmişdir. Belə ki, o, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin icraçı direktorunun 01 fevral 2021-ci il tarixli, 412 nömrəli əmri ilə həmin Mərkəzin Klinik diaqnostik laboratoriya şöbəsinin Talassemiyanın profilaktika bölməsinin laborantı vəzifəsinə təyin edilməklə 01 fevral 2022-ci il tarixli 144 nömrəli əmri ilə Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən həmin şöbənin Biokimya bölməsinə vəzifə öhdəliyinin icra edilməsi məqsədi ilə rotasiya edilərək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əlillik dərəcəsinin bərpa edilərək pensiya təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Bakı şəhərində görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək əlillik dərəcəsinin bərpa edilərək pensiya almasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin bərpa edilərək pensiya almasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.600 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin aprel ayında Bakı şəhərində görüşləri zamanı aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin aprel ayından 2022-ci ilin avqust ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs3 Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “X37”də quraşdırılmış “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********9313 nömrəli leobank kartına göndərdiyi hissə-hissə olmaqla ümumilikdə 3.600 manat pul vəsaitini Bakı şəhəri ərazisində bankomatlardan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3.600 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən müxtəlif şəxslərə verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin mart ayında anası X14 vasitəsi ilə özünə müraciət etmiş Şahid5 qeyd olunan cinayəti təşkil etməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talessemiya Mərkəzi”ndə görüşləri zamanı 1.500 manat məbləğində pul vəsaiti istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Təranə Xankişiyevanın 2022-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində Şahid5 vasitəsi ilə hissə-hissə olmaqla Binəqədi rayon Xocahəsən qəsəbəsində yerləşən “Məst” Marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********9313 nömrəli leobank kartına göndərdiyi 1.500 manat pul vəsaitini müxtəlif vaxtlarda bankomatlardan çıxardaraq və onlayn ödənişlər edərək şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən ilkin olaraq Şahid5 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “Bakı-Tehran” özəl tibb mərkəzinə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Şahid5 qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin “Bakı-Tehran” özəl tibb mərkəzi ilə bağlanmış müqavilə əsasında X38 Mərkəzi”ndə tədqiqi zamanı Şahid5 adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 23 may 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, cinayətkar niyyətini davam etdirib 2022-ci ilin iyun ayının sonlarında Şahid5 “Hematologiya Mərkəzi”ndə vermiş olduğu qan nümunələrini işlədiyi “Talassemiya Mərkəzi”nin laboratoriya şöbəsində 01 iyul 2022-ci il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən heç kimin görmədiyi şəraitdə Şahid5 qan nümunələrinin nəticələrinə təsir göstərmək üçün əvvəlcədən götüzdürərək üzərində saxladığı özünə aid qan nümunələri olan qabların üzərinə Şahid5 “Hematalogiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdırıb həmin qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqləndiyi Şahid5 talassemiya daşıyıcısı olmasına dair hüquq verən rəsmi sənəd hesab olunan 01 iyul 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına və həmin qan nümunələrinin nəticələri əsasında həmin yerdə hüquq verən rəsmi sənəd hesab olunan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən 799 nömrəli, 02 avqust 2022-ci il tarixli məzmununda Şahid5 Beta talassemiya gen daşıyıcılığını əks etdirən və üzərində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş tibbi arayışa dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq, həmin tibbi arayışı 2022-ci ilin avqust ayının dəqiq müəyyən olunmayan günündə Şahid5 təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin avqust ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid5 Beta talassemiya gen daşıyıcılığı olmasına dair 01 iyul 2022-ci il tarixli qan nümunələrinin nəticələrini və 02 avqust 2022-ci il tarixli 799 nömrəli tibbi arayışı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 30 nömrəli göndəriş əsasında “Talassemiya Mərkəzi”ndə Şahid5 müayinə edilərək hərbi xidmətə yararsız hesab olunması üçün əsas olan hüquq verən rəsmi sənəd hesab edilən 26 avqust 2022-ci il tarixli məzmununda Beta talassemiya gen daşıyıcılığı əks etdirilmiş həmin Mərkəzin cinayətdən xəbərsiz səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilməklə imzalanmış və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin tibbi sənədlər üçün, eləcə də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri həkk olunmuş üç künc möhürü ilə təsdiq edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın qanunsuz olaraq hazırlanmasına nail olmaqla, həmin saxta sənəd əsasında Şahid5 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 13 sentyabr 2022-ci il tarixli tibbi şəhadətləndirilmə vərəqi tərtib edilməklə həkim-mütəxəssisin rəyi ilə Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafası (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə nail olmaqla, vahid tamah niyyətlə rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb tamah niyyətilə Şahid5 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əlillik dərəcəsinin təyin edilərək pensiya təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin iyul ayında özünə müraciət etmiş X8 Bakı şəhərində görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək əlillik dərəcəsinin təyin edilərək pensiya almasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, Təranə Xankişiyevanın xeyrinə edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilərək pensiya almasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.700 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin iyul ayında telefon danışıqları zamanı Təranə Xankişiyevaya aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Təranə Xankişiyevdan 2022-ci ilin iyul ayında 500 manat, 2022-ci ilin sentyabr ayında 2.200 manat olmaqla ümumilikdə 2.700 manat pul vəsaitini Binəqədi rayon Xocahəsən qəsəbəsində yerləşən “Məst” Marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********9313 nömrəli leobank kartına göndərilməsini təmin edib həmin məbləğdə pul vəsaitini Bakı şəhəri ərazisində bankomatlardan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Təranə Xankişiyevaya məxsus ümumilikdə 2.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, müxtəlif şəxslərə verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin avqust ayında xalası Şahid4 vasitəsi ilə özünə müraciət etmiş X17 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 5.000 manat, daha sonra isə həmin işin həlli üçün əlavə məbləğdə pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid4 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla Binəqədi rayon Xocahəsən qəsəbəsində yerləşən “Məst”, “Yaşar”, “Halal” marketlərdə quraşdırılmış “Emanat” və “Milliön” ödəmə terminallarından və Sadiq Məmmədova aid "xxxx" ASC-yə məxsus kartdan öz adına olan "xxxx" ASC-yə məxsus 5243********6890 nömrəli kartına ümumilikdə 5.550 manat pul vəsaitini köçürmə yolu ilə, 200 manat pul vəsaitini isə nağd qaydada Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektdə yerləşən “Bravo” Hipermarketdə almaqla ümumilikdə 5.750 manat pul vəsaitini müxtəlif vaxtlarda bankomatlardan çıxardaraq və onlayn ödənişlər edərək şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən ilkin olaraq Sadiq Məmmədovun sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin iyun ayının ortalarında ünvan 9 ünvanında yerləşən "xxxx" MMC-yə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Sadiq Məmmədovun qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin qeyd edilən yerdə tədqiqi zamanı Sadiq Məmmədovun adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 22 iyun 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, cinayətkar niyyətini davam etdirib 2023-cü ilin iyul ayının əvvəllərində işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talessemiya Mərkəzi”ndə olarkən özünə məxsus “Samsung S22 Ultra” modelli mobil telefonu vasitəsi ilə hüquq verən rəsmi sənəd olan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin loqosu əks olunmuş blankını tamah niyyətilə qanunsuz olaraq hazırlamaqla məzmununa talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən 06 iyul 2023-cü il tarixli qan nümunələrinin nəticələrinə dair saxta məlumatları tamah niyyətilə daxil edib axımlı rəngli printerdə çap edib “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə təqdim edilməsi nəticəsində həmin saxta sənəd əsasında hüquq verən rəsmi sənəd hesab olunan Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən 798 nömrəli, 10 iyul 2023-cü il tarixli məzmununda X35 talassemiya gen daşıyıcılığını əks etdirən və üzərində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş tibbi arayışa dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq, həmin tibbi arayışı 2023-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə Sadiq Məmmədova təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş X36 talassemiya gen daşıyıcılığı olmasına dair “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən verilmiş 798 nömrəli, 10 iyul 2023-cü il tarixli tibbi arayışı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli göndəriş əsasında həmin Mərkəzdə müayinə olunan zaman həkim tərəfindən analiz nəticələrinin əks olunduğu “Akgün” elektron sisteminə daxil olmaqla baxış zamanı Sadiq Məmmədovun 06 iyul 2023-cü il tarixdə “Talessemiya Mərkəzi”ndə verdiyi qan analizinin nəticələrində qanın hər hansı sistem xəstəliyi aşkar olunmadığını müəyyən etdiyindən sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən vahid tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən vahid tamah niyyətlə rəsmi sənədi və rəsmi blankı istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, tamah niyyətilə Sadiq Məmmədovun qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, özünün isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayının əvvəllərində oğlu Şahid6 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə özlərinə müraciət etmiş Şahid1 Şahid6 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 6.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid6 razılığını alıb, həmin niyyətlə Şahid1 2022-ci ili dekabr ayının əvvəllərində 6.500 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerlən “ASKO” arenanın yanında Təqsirləndirilən şəxs2 nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən Şahid6 gələcəkdə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmağına əsas olacaq talassemiya gen daşıyıcılığının olmasına dair “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktından istifadə etmək məqsədi ilə 2022-ci ilin dekabr ayının sonlarında Şahid6 “Hematologiya Mərkəzi”ndə vermiş olduğu qan nümunələrini işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”nin laboratoriya şöbəsində 29 dekabr 2022-ci il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən heç kimin görmədiyi şəraitdə Şahid6 qan nümunələrinin nəticələrinə təsir göstərmək üçün əvvəlcədən götüzdürərək üzərində saxladığı özünə aid qan nümunələri olan qabların üzərinə Şahid6 “Hematalogiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdırıb həmin qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqləndiyi Şahid6 talassemiya daşıyıcısı olmasına dair həmin yerdə hüquq verən rəsmi sənəd hesab olunan 29 dekabr 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına və həmin qan nümunələrinin nəticələri əsasında hüquq verən rəsmi sənəd hesab olunan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən 02 nömrəli, 05 yanvar 2023-cü il tarixli məzmununda Şahid6 Beta talassemiya gen daşıyıcılığını əks etdirən və üzərində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş tibbi arayışa dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq, həmin tibbi arayışı və qan nümunələrinin nəticələrini 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid6 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin fevral ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid6 Beta talassemiya gen daşıyıcılığı olmasına dair 29 dekabr 2022-ci il tarixli qan nümunələrinin nəticələrini və 05 yanvar 2023-cü il tarixli 02 nömrəli tibbi arayışı ünvan 10 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 2/129 nömrəli göndəriş əsasında həmin yerdə yerləşən “Talassemiya Mərkəzi”ndə Şahid6 müayinə edilərək hərbi xidmətə yararsız hesab olunması üçün əsas olan hüquq verən rəsmi sənəd hesab edilən 01 mart 2023-cü il tarixli məzmununda Beta talassemiya gen daşıyıcılığı əks etdirilmiş həmin Mərkəzin cinayətdən xəbərsiz səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilməklə imzalanmış və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin tibbi sənədlər üçün, eləcə də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri həkk olunmuş üç künc möhürü ilə təsdiq edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın qanunsuz olaraq hazırlanmasına nail olmaqla, həmin saxta sənəd əsasında Şahid6 barəsində Mərkəzi hərbi həkim komissiyasının 13 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafasına (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) əsasən həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə nail olmaqla, təkrarən vahid tamah niyyətlə rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, özünün isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayında oğlu Şahid10 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə özlərinə müraciət etmiş Şahid2 Şahid10 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 7.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid10 razılığını alıb, həmin niyyətlə Şahid2 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən “Yadigar” Marketin qarşısında 5.500 manat, 2022-ci ilin dekabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid14 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialının qarşısında 2.000 manat olmaqla ümumilikdə 7.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən ilkin olaraq Şahid10 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin yanvar ayının əvvələrində işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talessemiya Mərkəzi”ndə olarkən özünə məxsus “Samsung S22 Ultra” modelli mobil telefonu vasitəsi ilə hüquq verən rəsmi sənəd olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 38 A ünvanında yerləşən “X38 Mərkəzi”nin loqosu əks olunmuş blankını tamah niyyətilə qanunsuz olaraq hazırlamaqla məzmununa Şahid10 talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə və 12 yanvar 2023-cü il tarixdə tərtibinə dair saxta məlumatları daxil edib həmin saxta sənədi 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid2 mobil telefonuna göndərib Şahid10 təqdim etməklə, Şahid10 də öz növbəsində 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid10 Beta talassemiya gen daşıyıcılığı olmasına dair “X38 Mərkəzi”nin tərəfindən verilmiş qan nümunələrinin nəticələrini ünvan 13 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli göndəriş əsasında Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”ndə tədqiq olunması üçün həmin Mərkəzdə vermiş olduğu qan nümunələrini işlədiyi laboratoriya şöbəsində 19 yanvar 2023-cü il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən şöbədə əməkdaşların çoxluğu səbəbindən əvvəlcədən götüzdürərək üzərində gəzdirdiyi özünə aid qan nümunələri olan qabların üzərinə Şahid10 “Talassemiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdıra bilməyib qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqlənəcəyi Şahid10 talassemiya daşıyıcısı olmasına dair hüquq verən rəsmi sənəd hesab olunan 19 yanvar 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail ola bilməməklə sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən rəsmi sənədi tamah niyyətlə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən vahid tamah niyyətlə rəsmi sənədi və blankı istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, müxtəlif şəxslərə özünü verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin mart ayında atası Şahid11 vasitəsi ilə özünə müraciət etmiş X15 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 2.500 manat məbləğində pul vəsaiti istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid11 2022-ci ilin dekabr ayı ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Nizami rayonu ərazisindəki müxtəlif marketlərdə quraşdırılmış “Milliön” ödəmə terminallarından öz adına olan "xxxx" ASC-yə məxsus 5243********6890 nömrəli kartına göndərdiyi 2.500 manat pul vəsaitini müxtəlif vaxtlarda bankomatlardan çıxardaraq və onlayn ödənişlər edərək şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən ilkin olaraq Əbülfəz Ağayevin gələcəkdə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmağına əsas olacaq talassemiya gen daşıyıcılığının olmasına dair “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktından istifadə etmək məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvələrində vermiş olduğu qan nümunələrini işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”nin laboratoriya şöbəsində 05 dekabr 2022-ci il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən heç kimin görmədiyi şəraitdə Əbülfəz Ağayevin qan nümunələrinin nəticələrinə təsir göstərmək üçün əvvəlcədən götüzdürərək üzərində saxladığı özünə aid qan nümunələri olan qabların üzərinə Əbülfəz Ağayevdən “Talassemiya Mərkəzi”nə tədqiq olunması üçün təqdim olunmuş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdırıb həmin qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqləndiyi Əbülfəz Ağayevin talassemiya daşıyıcısı olmasına dair hüquq verən rəsmi sənəd hesab olunan 05 dekabr 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq bu barədə telefon danışıqları zamanı Raminə Ağayevə məlumat verib özünün saxtalaşdırmaqla hazıranmasına səbəb olmuş qan nümunələrinin nəticələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə təqdim etməsini və həmin İdarə tərəfindən verilən göndəriş əsasında “Talassemiya Mərkəzi”ndə müayinə olunaraq saxtalaşdırdırmaqla qanunsuz hazırlamasına səbəb oluduğu 05 dekabr 2022-ci il tarixli qan nümunələrinin nəticələri əsasında Əbülfəz Ağayevə talassemiya gen daşıyıcısı olmasına dair “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktının veriləcəyini bildirsə də, Şahid11 oğlu Əbülfəz Ağayevin hərbi xidmətdən talassemiya gen daşıyıcılığı ilə yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını istəmədiyini bildirərək imtina etdiyindən sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən tamah niyyəti ilə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən vahid tamah niyyətlə rəsmi sənədi və rəsmi blankı istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, tamah niyyətilə Əbülfəz Ağayevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə atası Şahid15 əlillik dərəcəsinin bərpa edilərək pensiya təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin noyabr ayında cinayətdən xəbərsiz Şahid12 vasitəsi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Şahid12 vasitəsi ilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək əlillik dərəcəsinin bərpa edilərək pensiya almasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, Şahid15 xeyrinə edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin bərpa edilərək pensiya almasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat, məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid12 vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid12 vasitəsi ilə 2.500 manat pul vəsaitini Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Emin” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 416973******9667 nömrəli kartına hissə-hissə olmaqla ümumilikdə 2.500 manat, eləcədə həkim tərəfindən müayinə olunması üçün əlavə olaraq birbaşa yolla özü vasitəsilə maddi nemət olan 450 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2023-cü ilin fevral ayında cinayətdən xəbərsiz Şahid12 vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2023-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2 tərəfindən eyni ünvandan 200 manat və 2023-cü ilin aprel ayının əvəllərində 250 manat olmaqla ümumilikdə 450 manat pul vəsaitini öz adına olan "xxxx" ASC-yə məxsus 4098********9313 nömrəli leobank kartına göndərilməsini təmin edib ümumilikdə 2.950 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində bankomatlardan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2.950 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, özünün isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2023-cü ilin fevral ayında oğlu X9 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özlərinə müraciət etmiş Şahid3 Hacıəli Şirəliyevin qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 5.500 manat məbləğində pul vəsaiti istəyərək Hacıəli Şirəliyevin razılığını alıb, həmin niyyətlə Şahid3 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “ASKO” arenanın yanında 5.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən ilkin olaraq Hacıəli Şirəliyevin sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “Bakı-Tehran” özəl tibb mərkəzinə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Hacıəli Şirəliyevin qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin “Bakı-Tehran” özəl tibb mərkəzi ilə bağlanmış müqavilə əsasında “X38 Mərkəzi”ndə tədqiqi zamanı Hacıəli Şirəliyevin adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 31 mart 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə Hacıəli Şirəliyevə təqdim etməklə, sonuncu də öz növbəsində 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş X28 talassemiya gen daşıyıcılığı olmasına dair “X38 Mərkəzi”nin tərəfindən verilmiş qan nümunələrinin nəticələrini ünvan 15 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə təqdim etmək istəsə də, Hacıəli Şirəliyevin həmin İdarənin Hərbi həkim komissiyasından 16 fevral 2023-cü il tarixdə keçərkən laborator qan analizlərinin nəticəsində qan sistemi xəstəliyi aşkar olunmadığı bildirilərək “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsindən imtina olunduğundan sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən rəsmi sənədi vahid tamah niyyətlə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Hacıəli Şirəliyevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, müxtəlif şəxslərə verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2023-cü ilin yanvar ayında özünə müraciət etmiş Şahid7 qeyd olunan cinayəti təşkil etməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsində görüşləri zamanı 5.000 manat məbləğində pul vəsaiti istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid7 2023cü ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən “Osmanlı” hamamının qarşısında 5.000 manat pul vəsaitini nağd şəkildə alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən ilkin olaraq Şahid7 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin mart ayının sonlarında ünvan 17 ünvanında yerləşən “Sunlab” özəl laboratoriyasına talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Şahid7 qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin qeyd edilən yerdə tədqiqi zamanı Şahid7 adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 31 mart 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, həmin saxta sənədi 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə Şahid7 təqdim etməklə, sonuncu də öz növbəsində 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid7 “talassemiya gen daşıyıcılığı olmasına dair “Sunlab” özəl laboratoriyası tərəfindən verilmiş qan nümunələrinin nəticələrini Füzuli şəhəri, Horadiz qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə təqdim etsə də, Şahid7 həmin İdarənin Hərbi həkim komissiyasından keçirilən zaman digər xəstəliklə bağlı qanuni əsaslarla hərbi xidmətə müvəqqəti olaraq yararsız hesab ediləcəyi bildirilməsi səbəbi ilə imtina etdiyindən sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən rəsmi sənədi vahid tamah niyyətlə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, tamah niyyətilə Şahid7 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, müxtəlif şəxslərə özünü verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin sentyabr ayında özünə müraciət etmiş Şahid9 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 5.000 manat məbləğində pul vəsaiti istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyun ayına qədər olan müddət ərzində Bakı şəhəri ərazisində 2.000 manat pul vəsaitini nağd şəkildə, 2.250 manat pul vəsaitini Şahid9 anası Nuranə Həsənovanın adına olan "xxxx" ASC-yə məxsus 416973******5880 nömrəli, "xxxx" ASC-yə məxsus 524375******5155 nömrəli bank kartlarından, 400 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 97 a ünvanında yerləşən “Koala park” uşaq əyləncə mərkəzinin yaxınlığındakı marketdə qurraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə özünə aid "xxxx" ASC-yə məxsus 4098********9313 nömrəli leobank və "xxxx" ASC-yə məxsus 416973******9667 nömrəli kartlarına olmaqla, sonuncu dəfə 150 manat pul vəsaitini isə 01 iyun 2023-cü il tarixdə Nuranə Həsənovanın adına olan "xxxx" ASC-yə məxsus 416973******5880 nömrəli bank kartından ünvan 19 ünvanında yerləşən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin yanında olarkən özünə aid "xxxx" ASC-yə məxsus 416973******9667 nömrəli kartına köçürmə yolu ilə göndərmiş olduğu ümumilikdə 2.800 manat olmaqla cəmi 4.800 manat pul vəsaitini müxtəlif vaxtlarda bankomatlardan çıxardaraq, onlayn ödənişlər edərək və nağd qaydada şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən ilkin olaraq Şahid9 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “Bakı-Tehran” özəl tibb mərkəzinə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Şahid9 qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin “Bakı-Tehran” özəl tibb mərkəzi ilə bağlanmış müqavilə əsasında “X38 Mərkəzi”ndə tədqiqi zamanı Şahid9 adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 01 oktyabr 2022-ci il tarixli, eləcədə eyni üsulla və eyni məqsəd ilə ünvan 17 ünvanında yerləşən “Sunlab” özəl laboratoriyanın rəsmi sənəd hesab olunan olan 19 iyun 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədlərin hazırlanmasına nail olub, cinayətkar niyyəti davam etdirərək Şahid9 gələcəkdə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmağına əsas olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktının verilməsində istifadə etmək məqsədi ilə 2023-cü ilin iyun ayında işlədiyi və qan nümunələrini dəyişmək imkanı olduğu Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”ndə Şahid9 verəcəyi qan nümunələrini öz qan nümunələri ilə dəyişərək nəticələrə təsir göstərməklə saxtalaşdırmaq barədə qərara gəlsə də, həmin Mərkəzin analiz nəticələrinin əks olunduğu “Akgün” elektron sisteminə baxış zamanı Şahid9 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 155 A ünvanında yerləşən “Hemolab” özəl laboratoriyada verdiyi qan nümunələrinin tədqiq olması üçün “Talassemiya Mərkəzi”nə göndərilməsi səbəbindən analiz edilərkən sonuncunun qanında hər hansı sistem xəstəliyi aşkar olunmaması barədə artıq qeydlər olunduğunu müəyyən etdiyindən sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən vahid tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən vahid tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, tamah niyyətilə Şahid9 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, müxtəlif şəxslərə verəcəkləri laborator qan nümunələrinin analizi nəticəsində talassemiya gen daşıyıcısı olmalarına dair verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2023-cü ilin mart ayında özünə müraciət etmiş Şahid8 qeyd olunan cinayəti təşkil etməsi üçün Ucar rayonundan Bakı istiqamətində taksi ilə hərəkətdə olan zaman 3.700 manat məbləğində pul vəsaiti istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid8 xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə aid sonuncuya məxsus 416973******0847 nömrəli kartından öz adına olan "xxxx" ASC-yə məxsus 416973******9667 nömrəli kartına 600 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nin yanında nağd şəkildə 950 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “Bakı-Tehran” özəl laboratoriyasının yaxınlığında 100 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə aid 416973******0847 nömrəli kartından öz adına olan "xxxx" ASC-yə məxsus 409858*****9313 nömrəli leo bank kartına 250 manat, 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən “Yasamal parkı”nın yaxınlığındakı marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə öz adına olan "xxxx" ASC-yə məxsus 416973******9667 nömrəli kartına 1700 manat pul vəsaitini köçürmə yolu ilə, 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nin yanında 100 manat pul vəsaitini nağd şəkildə olmaqla ümumilikdə 3.700 manat pul vəsaitini almaqla şəxsi ehtiyaclarına sərf edib, aldığı pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdığı qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsi tərəfindən ilkin olaraq Şahid8 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin may ayının sonlarında ünvan 9 ünvanında yerləşən "xxxx" MMC-yə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü öz qan nümunələrini Şahid8 qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin qeyd edilən yerdə tədqiqi zamanı Şahid8 adına kodlaşdırılmış və nəticələrində özünün qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 01 iyun 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, həmin saxta qan nümunələrinin nəticələrini 2023-cü ilin iyun ayının dəqiq müəyyən olunmayan günündə Şahid8 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyun ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə özünün rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid8 Beta talassemiya gen daşıyıcılığı olmasına dair qan nümunələrinin nəticələrini ünvan 25 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli göndəriş əsasında işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”ndə tədqiq olunması üçün verəcəyi qan nümunələrini işlədiyi laboratoriya şöbəsində müxtəlif şöbələr üçün çeşidlənərkən heç kimin görmədiyi şəraitdə Şahid8 qan nümunələrini özünə aid qan nümunələri ilə dəyişdirirərək nəticələrinə təsir göstərmək üçün anadangəlmə talassemiya gen daşıyıcısı olduğundan əvvəlcədən götüzdürərək üzərində gəzdirdiyi özünə aid qan nümunələri olan qabları saxlayaraq cinayəti törətməsi üçün əlverişli şərait axtararkən 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Talassemiya Mərkəzi”ndə saxlanılaraq üzərinə baxış zamanı özünə aid qan nümunələrinin olduğu qablar aşkar edilərək götürüldüyündən Şahid8 həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrarən rəsmi sənədi vahid tamah niyyəti ilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa cəhd etmiş, təkrarən vahid tamah niyyətlə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, tamah niyyətilə Şahid8 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrisinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrilərinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etməyə cəhd etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin Klinik diaqnostik laboratoriya şöbəsinin Talassemiyanın profilaktika bölməsinin laborantı vəzifəsinə təyin olunmaqla Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən həmin şöbənin Biokimya bölməsinə vəzifə öhdəliyinin icra edilməsi məqsədi ilə rotasiya edilərək həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs3 və onun vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, Təqsirləndirilən şəxs1 isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayının əvvəllərində oğlu Şahid6 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə özü vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 Şahid6 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı özünün vasitəsi ilə 6.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid6 razılığını alıb, həmin niyyətlə Şahid1 2022-ci ili dekabr ayının əvvəllərində 6.500 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerlən “ASKO” arenanın yanında özünə nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən Şahid6 gələcəkdə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmağına əsas olacaq talassemiya gen daşıyıcılığının olmasına dair “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktından istifadə etmək məqsədi ilə 2022-ci ilin dekabr ayının sonlarında Şahid6 “Hematologiya Mərkəzi”ndə vermiş olduğu qan nümunələrini Təqsirləndirilən şəxs1 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”nin laboratoriya şöbəsində 29 dekabr 2022-ci il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən sonuncu tərəfindən heç kimin görmədiyi şəraitdə Şahid6 qan nümunələrinin nəticələrinə təsir göstərmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən əvvəlcədən götüzdürərək üzərində saxladığı sonuncuya aid qan nümunələri olan qabların üzərinə Şahid6 “Hematalogiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdırıb həmin qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqləndiyi Şahid6 talassemiya daşıyıcısı olmasına dair həmin yerdə hüquq verən rəsmi sənəd hesab olunan 29 dekabr 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına və həmin qan nümunələrinin nəticələri əsasında hüquq verən rəsmi sənəd hesab olunan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən 02 nömrəli, 05 yanvar 2023-cü il tarixli məzmununda Şahid6 Beta talassemiya gen daşıyıcılığını əks etdirən və üzərində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş tibbi arayışa dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq, sonuncu tərəfindən həmin tibbi arayışı və qan nümunələrinin nəticələrini 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid6 təqdim etməklə, sonuncu öz növbəsində 2023cü ilin fevral ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Təqsirləndirilən şəxs1 rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid6 Beta talassemiya gen daşıyıcılığı olmasına dair 29 dekabr 2022-ci il tarixli qan nümunələrinin nəticələrini və 05 yanvar 2023-cü il tarixli 02 nömrəli tibbi arayışı ünvan 10 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 2/129 nömrəli göndəriş əsasında həmin yerdə yerləşən “Talassemiya Mərkəzi”ndə Şahid6 müayinə edilərək hərbi xidmətə yararsız hesab olunması üçün əsas olan hüquq verən rəsmi sənəd hesab edilən 01 mart 2023-cü il tarixli məzmununda Beta talassemiya gen daşıyıcılığı əks etdirilmiş həmin Mərkəzin cinayətdən xəbərsiz səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilməklə imzalanmış və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin tibbi sənədlər üçün, eləcə də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri həkk olunmuş üç künc möhürü ilə təsdiq edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq hazırlanmasına nail olmaqla, həmin saxta sənəd əsasında Şahid6 barəsində Mərkəzi hərbi həkim komissiyasının 13 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafasına (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) əsasən həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə nail olmaqla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs3 və həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs3 və onun vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, Təqsirləndirilən şəxs1 isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayında oğlu Şahid10 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə özü vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid2 Şahid10 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı özünün vasitəsi ilə 7.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid10 razılığını alıb, həmin niyyətlə Şahid2 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən “Yadigar” Marketin qarşısında 5.500 manat, 2022-ci ilin dekabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid14 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialının qarşısında 2.000 manat olmaqla ümumilikdə 7.500 manat pul vəsaitini özünə nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən ilkin olaraq Şahid10 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin yanvar ayının əvvələrində Təqsirləndirilən şəxs1 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talessemiya Mərkəzi”ndə olarkən sonuncuya məxsus “Samsung S22 Ultra” modelli mobil telefonu vasitəsi ilə hüquq verən rəsmi sənəd olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 38 A ünvanında yerləşən “X38 Mərkəzi”nin loqosu əks olunmuş blankını tamah niyyətilə qanunsuz olaraq hazırlamaqla məzmununa Şahid10 talassemiya gen daşıyıcılığının göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə və 12 yanvar 2023-cü il tarixdə tərtibinə dair saxta məlumatları daxil edib həmin saxta sənədi 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid2 mobil telefonuna göndərib Şahid10 təqdim etməklə, Şahid10 də öz növbəsində 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Təqsirləndirilən şəxs1 rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid10 Beta talassemiya gen daşıyıcılığı olmasına dair “X38 Mərkəzi”nin tərəfindən verilmiş qan nümunələrinin nəticələrini ünvan 13 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli göndəriş əsasında Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”ndə tədqiq olunması üçün həmin Mərkəzdə vermiş olduğu qan nümunələrini Təqsirləndirilən şəxs1 işlədiyi laboratoriya şöbəsində 19 yanvar 2023-cü il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən şöbədə əməkdaşların çoxluğu səbəbindən sonuncu tərəfindən əvvəlcədən götüzdürərək üzərində gəzdirdiyi qan nümunələri olan qabların üzərinə Şahid10 “Talassemiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdıra bilməyib qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqlənəcəyi Şahid10 talassemiya daşıyıcısı olmasına dair hüquq verən rəsmi sənəd hesab olunan 19 yanvar 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail ola bilməməklə Şahid10 həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə Təqsirləndirilən şəxs1 tərəfindən nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, təkrarən tanışı həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib onun vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, Təqsirləndirilən şəxs1 isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2023-cü ilin fevral ayında oğlu X9 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə özü vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid3 Hacıəli Şirəliyevin qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı özünün vasitəsi ilə 5.500 manat məbləğində pul vəsaiti istəyərək Hacıəli Şirəliyevin razılığını alıb, həmin niyyətlə Şahid3 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “ASKO” arenanın yanında 5.500 manat pul vəsaitini özünə nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən ilkin olaraq Hacıəli Şirəliyevin sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “Bakı-Tehran” özəl tibb mərkəzinə talassemiya gen daşıyıcısı olduğundan Təqsirləndirilən şəxs1 əvvəlcədən istintaqla müəyyən olunmayan yerdə və şəraitdə götüzdürdüyü qan nümunələrini Hacıəli Şirəliyevin qan nümunəsi kimi təqdim edərək, həmin qan nümunələrinin “Bakı-Tehran” özəl tibb mərkəzi ilə bağlanmış müqavilə əsasında “X38 Mərkəzi”ndə tədqiqi zamanı Hacıəli Şirəliyevin adına kodlaşdırılmış və nəticələrində Təqsirləndirilən şəxs1 qan nümunələrinin nəticələrini əks etdirən hüquq verən rəsmi sənəd olan 31 mart 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən saxta sənədin hazırlanmasına nail olub, 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə Hacıəli Şirəliyevə təqdim etməklə, sonuncu da öz növbəsində 2023-cü ilin aprel ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Təqsirləndirilən şəxs1 tərəfindən rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş X28 talassemiya gen daşıyıcılığı olmasına dair “X38 Mərkəzi”nin tərəfindən verilmiş qan nümunələrinin nəticələrini ünvan 15 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə təqdim etmək istəsə də, Hacıəli Şirəliyevin həmin İdarənin Hərbi həkim komissiyasından 16 fevral 2023-cü il tarixdə keçərkən laborator qan analizlərinin nəticəsində qan sistemi xəstəliyi aşkar olunmadığı bildirilərək “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsindən imtina olunduğundan sonuncunun həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə Təqsirləndirilən şəxs1 tərəfindən nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Hacıəli Şirəliyevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrisinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrisini qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etməyə cəhd etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin Klinik diaqnostik laboratoriya şöbəsinin Talassemiyanın profilaktika bölməsinin laborantı vəzifəsinə təyin olunmaqla Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən həmin şöbənin Biokimya bölməsinə vəzifə öhdəliyinin icra edilməsi məqsədi ilə rotasiya edilərək həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs2 və onun vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, Təqsirləndirilən şəxs1 isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayının əvvələrində oğlu Şahid6 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özlərinə müraciət etmiş Şahid1 Şahid6 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 6.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid6 razılığını alıb, həmin niyyətlə Şahid1 2022-ci ili dekabr ayının əvvəllərində 6.500 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerlən “ASKO” arenanın yanında Təqsirləndirilən şəxs2 nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən Şahid6 gələcəkdə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmağına əsas olacaq talassemiya gen daşıyıcılığının olmasına dair “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktından istifadə etmək məqsədi ilə 2022-ci ilin dekabr ayının sonlarında Şahid6 “Hematologiya Mərkəzi”ndə vermiş olduğu qan nümunələrini Təqsirləndirilən şəxs1 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”nin laboratoriya şöbəsində 29 dekabr 2022-ci il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən sonuncu tərəfindən heç kimin görmədiyi şəraitdə Şahid6 qan nümunələrinin nəticələrinə təsir göstərmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən əvvəlcədən götüzdürərək üzərində saxladığı sonuncuya aid qan nümunələri olan qabların üzərinə Şahid6 “Hematalogiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdırıb həmin qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqləndiyi Şahid6 talassemiya daşıyıcısı olmasına dair həmin yerdə hüquq verən rəsmi sənəd hesab olunan 29 dekabr 2022-ci il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına və həmin qan nümunələrinin nəticələri əsasında hüquq verən rəsmi sənəd hesab olunan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən 02 nömrəli, 05 yanvar 2023-cü il tarixli məzmununda Şahid6 Beta talassemiya gen daşıyıcılığını əks etdirən və üzərində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş tibbi arayışa dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail olaraq, sonuncu tərəfindən həmin tibbi arayışı və qan nümunələrinin nəticələrini 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid6 təqdim etməklə, sonuncu öz növbəsində 2023cü ilin fevral ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Təqsirləndirilən şəxs1 rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid6 Beta talassemiya gen daşıyıcılığı olmasına dair 29 dekabr 2022-ci il tarixli qan nümunələrinin nəticələrini və 05 yanvar 2023-cü il tarixli 02 nömrəli tibbi arayışı ünvan 10 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 2/129 nömrəli göndəriş əsasında həmin yerdə yerləşən “Talassemiya Mərkəzi”ndə Şahid6 müayinə edilərək hərbi xidmətə yararsız hesab olunması üçün əsas olan hüquq verən rəsmi sənəd hesab edilən 01 mart 2023-cü il tarixli məzmununda Beta talassemiya gen daşıyıcılığı əks etdirilmiş həmin Mərkəzin cinayətdən xəbərsiz səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilməklə imzalanmış və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin tibbi sənədlər üçün, eləcə də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri həkk olunmuş üç künc möhürü ilə təsdiq edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq hazırlanmasına nail olmaqla, həmin saxta sənəd əsasında Şahid6 barəsində Mərkəzi hərbi həkim komissiyasının 13 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafasına (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) əsasən həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə nail olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Təqsirləndirilən şəxs2 və onun vasitəsilə özlərinə müraciət edən şəxslərdən pul vəsaitləri alaraq aralarında bölmələri, Təqsirləndirilən şəxs1 isə verəcəyi saxta qan nümunələrinin nəticələrini çağırışçı olan şəxslərin çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəklərinə dair aralarında rol bölgüsü aparıb birlikdə həmin cinayəti təşkil etmələri barədə razılığa gələrək 2022-ci ilin dekabr ayında oğlu Şahid10 hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özlərinə müraciət etmiş Şahid2 Şahid10 qeyd olunan cinayəti törətməsinin onlar tərəfindən təşkil edilə biləcəkləri barədə bildirərək, həmin cinayəti təşkil etmələri üçün Bakı şəhəri ərazisində görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 7.500 manat məbləğində pul vəsaiti istəyərək Şahid10 razılığını alıb, həmin niyyətlə Şahid2 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən “Yadigar” Marketin qarşısında 5.500 manat, 2022-ci ilin dekabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid14 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialının qarşısında 2.000 manat olmaqla ümumilikdə 7.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 nağd şəkildə verdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldıqları pulun müqabilində verdikləri vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən ilkin olaraq Şahid10 sağlamlığının müəyyən olunması üçün “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talessemiya Mərkəzi”ndə olarkən sonuncuya məxsus “Samsung S22 Ultra” modelli mobil telefonu vasitəsi ilə hüquq verən rəsmi sənəd olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 38 A ünvanında yerləşən “X38 Mərkəzi”nin loqosu əks olunmuş blankını tamah niyyətilə qanunsuz olaraq hazırlamaqla məzmununa Şahid10 talassemiya gen daşıyıcılığının göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə və 12 yanvar 2023-cü il tarixdə tərtibinə dair saxta məlumatları daxil edib həmin saxta sənədi 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə Şahid2 mobil telefonuna göndərib Şahid10 təqdim etməklə, Şahid10 də öz növbəsində 2023-cü ilin yanvar ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Təqsirləndirilən şəxs1 rəsmi sənəd hesab olunmaqla saxtalaşdırmaqla hazırlanmasına nail olmuş Şahid10 Beta talassemiya gen daşıyıcılığı olmasına dair “X38 Mərkəzi”nin tərəfindən verilmiş qan nümunələrinin nəticələrini ünvan 13 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə təqdim etməsi ilə həmin İdarə tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli göndəriş əsasında Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən “Talassemiya Mərkəzi”ndə tədqiq olunması üçün həmin Mərkəzdə vermiş olduğu qan nümunələrini Təqsirləndirilən şəxs1 işlədiyi laboratoriya şöbəsində 19 yanvar 2023-cü il tarixdə müxtəlif şöbələr üçün çeşidlənərkən şöbədə əməkdaşların çoxluğu səbəbindən sonuncu tərəfindən əvvəlcədən götüzdürərək üzərində gəzdirdiyi qan nümunələri olan qabların üzərinə Şahid10 “Talassemiya Mərkəzi”ndə götürülmüş qan nümunələrinin olduğu qabların üzərinə sonuncunun ad və soyadı qeyd olunmaqla kodlaşdırılmış hüquq verən rəsmi sənəd hesab olunan yapışqanlı kağızı qopardaraq yapışdıra bilməyib qan nümunələrinin tədqiqi nəticəsində cinayətdən xəbərsiz müayinə həkimi tərəfindən diaqnozun təsdiqlənəcəyi Şahid10 talassemiya daşıyıcısı olmasına dair hüquq verən rəsmi sənəd hesab olunan 19 yanvar 2023-cü il tarixli məzmununda talassemiya gen daşıyıcılığını göstəricilərini əks etdirən qan nümunələrinin nəticələrinə dair Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədin qanunsuz olaraq hazırlanmasına nail ola bilməməklə Şahid10 həm dinc dördə həm müharibə dövründə xidmətə yararsız hesab edilməsinə səbəb olacaq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktın verilməsinə Təqsirləndirilən şəxs1 tərəfindən nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, anadəngəlmə Talassemiya gen daşıyıcısıdır. Bu xəstəlik sonradan yaranmır. 2015-ci il tarixdə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 profilaktikası şöbəsində laborant vəzifəsinə qəbul olunmuşdur. 2022-ci il tarixdə Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə Talasemiya Mərkəzi birləşərək Milli Hematologiya və Transfuziologiya Mərkəzi adlandırılmışdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzi özü özlüyündə Hematalogiya və Talassemiya Mərkəzlərinə bölünmüşdür ki, o, Talassemiya Mərkəzinin inzibati binasının ikinci mərtəbəsində yerləşən laboratoriya şöbəsində talassemiyanın profilaktikası bölməsində laborant vəzifəsində işləməyə davam etmişdir. Laborant kimi vəzifəsi Talasemiya Mərkəzinin ümumi Labarotoriya şöbəsinə (biokimya) daxil olmuş yoxlanılması üçün götürülmüş qan nümunələrinin analiz aparatına qoyulmasından ibarət olmuşdur. Sonradan həmin aparatdan analizin cavabları kağız üzərində çıxmışdır. 2022-ci ilin yay aylarında əlavə işlər görüb pul qazanmaq üçün fikirlər axtaranda, Talassemiya daşıyıcıların hərbi xidmətə yararsız hesab olunduğunu bildiyindən, hərbi xidmətdən yayınmaq istəyən şəxslər tapıb müəyyən pulun müqabilində onların Talasemiya Mərkəzində verdirəcəyi qan nümunələrini öz qan nümunələri ilə dəyişərək qan analizlərinin yoxlanılması nəticəsində alınmış nəticələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif şöbələrinə təqdim edərək istəklərinə nail olmaqlarını təmin edəcəyini fikirləşmiş və bu barədə müxtəlif tanışlarına məlumat verərək adam axtarmağa başlamışdır. Talasemiya Mərkəzinə talassemiya xəstəliyindən əziyyət çəkdiyindən mütəmadi həmin Mərkəzə gələn Sabir adlı şəxslə tanış olduğundan Sabirə hərbi xidmətə getmək istəməyən şəxs olanda qan talassemiya xəstəliyi ilə həmin şəxsin hərbi xidmətə yararsız hesab olunmasına kömək edə biləcəyini dediyindən sonuncu ilə qonşuluqda yaşayan Balakişi adı ilə tanıdığı Hüseyn adlı şəxsin anası Təranə xanım 2022-ci ilin təxminən mart ayında yadında olmayan telefon vasitəsi ilə onun istifadəsində olan mobil telefonuna zəng edərək oğlu Hüseynin hərbi xidmətə yararsız olması üçün kömək etməsini demişdir. O, da Təranəyə Hüseynin talassemiya daşıyıcısı olmasına dair analizin cavabına görə 1.500 manat pul istəmiş, Təranə də onunla razılaşmış və 2022-ci ilin may-iyun aylarında özünə aid Leo Bank kartına həmin pul vəsaitini göndərmişdir. Onun hərbi xidmətdən yayındırmaq üçün müxtəlif şəxslərdən tələb etdiyi pul vəsaitlərini Kapital banka məxsus Umico, birbank, Unibanka məxsus Albalı, Leo Bank kartlarına göndərmələrini söyləmişdir. O, da həmin pul vəsaitlərini bankomatlardan çıxararaq, həmdə ki onlayn ödənişlər edərək şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan pulun müqabilində ilkin olaraq Hüseynin qan analizini Hemolab özəl laboratoriyada verməsini və cavabını ona göndərməsini demişdir. Buna səbəb isə bəzi insanların talassemiya daşıyıcısı olduğu halda bunu bilmədiyi üçün ilkin qan analizləri elətdirmiş, belə bir hal aşkarlanacağı təqdirdə əziyyət çəkib öz qanını hərbi xidmətdən yayınmaq üçün müraciət etmiş şəxsin qanı ilə dəyişməyinə ehtiyac qalmaması olmuşdur. Hemolab laboratoriyasının cavablarında Hüseynin qan nümunələri normasında olduğundan, ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Mili Hematalogiya və Transfuziologiya Mərkəzinə göndəriş verilməsi üçün 2022-ci ilin may ayında Bakı Tehran özəl labarotariyasına öz qan nümunələrini Hüseynin qan nümunəsi kimi təqdim etdirərək öz qanına aid lakin Hüseynin adına rəsmiləşdirlmiş talassemiya daşıyıcısı olmasına dair qan analizlərinin nəticələrini almışdır. Sonra işlədiyi Milli Hematalogiya Mərkəzinin laboratoriya şöbəsində Hüseynin qan nümunələrini dəyişmək məqsədi ilə 2022-ci ilin iyul ayının əvvələrində X3 verməsini və analiz verməyə gələndə ona bildirməsini demiş, Hüseyn 2022-ci ilin iyul ayının əvvəllərində Hematalogiya Mərkəzində qan analizi verərək bu barədə ona məlumat vermişdir. O, da işdə həmin günü qan analizilərin həmişəki qaydada ümumi şöbəyə gəlməsini gözləmiş, qan analizləri ümumi şöbəyə gəldikdə əvvəlcədən yadında olmayan özəl labaratoriyada götüzdürdüyü özünə aid 2 sayda qabda saxladığı qan nümunələrini Hüseynin adını taparaq həmin qabların üzərinə yapışdırılmış yapışqanlı kağızları öz qan nümunələrinin üzərinə yapışdıraraq digər şəxslərin qan analizlərinin arasına qoymuşdur. Onun bu cür hərəkət etməsindən heç kimin xəbəri olmamışdır. Qan nümunələrində həmin halı hər zaman etmək mümkün olmamış, çünki bu hal həkimlər və kameralar tərəfindən görülə bilərdi. Qan nümunələrini dəyişmək üçün düzgün zaman axtararaq etmişdir. Bundan sonra Hüseynin qan nümunələrinin analizində onun qan nümunələrinin analizinin nəticələri çıxmış, onun qanına aid lakin Hüseynin adına kodlaşdırılmış qan nümələrinin nəticələrini Bakı şəhərində olarkən Hüseynə təqdim edərək həmin sənədlər əsasında Milli Hematologiya və Transfiziologiya Mərkəzində talassemiya gen daşıyıcılığı olmasına dair tibbi arayış almasını və həmin sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bilmədiyi şöbəsinə təqdim etməsini və həmin şöbədən verilən göndəriş əsasında Talassemiya mərkəzində müayinə keçərək 2022-ci ilin iyul ayının əvvəllərində saxtalaşdırdığı qan nümunələri əsasında Xidmətə onun talasemiya gen daşıyıcısı olmasına dair akt veriləcəyini və nəticədə onun hərbi xidmətə yararsız olacağını bildirmişdir. Sonradan Hüseynin hərbi xidmətə yararsız olmasına dair hərbi bilet verildiyini bilmişdir. Bundan başqa Sabirin qohumu Zərərçəkmiş şəxs3 2022-ci ilin aprel ayında ona müraciət edərək pensiya hüququndan mərhum olunduğunu, tibb sahəsində işlədiyindən yenidən bərpa olunmasına köməklik etməsini xahiş etmiş, o, da pula ehtiyacı olduğundan heç bir kömək edə bilməyəcəyi halda yalandan kömək edəcəyini deyərək 2022-ci ilin aprel-avqust aylarında Zərərçəkmiş şəxs3 tərəfindən onun **********469313 nömrəli Leo Bank kartına ümumilikdə 3.600 manat pul vəsaitinin hissə-hissə köçürülməsinə nail olaraq həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmiş, sonradan ona verdiyi vədi yerinə yetirmədiyi üçün pulunu geri qaytarmasını tələb etsə də, şəxsi ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. Lakin hazırda həmin şəxsdən ələ keçirdiyi pulunu tamamilə qaytarmışdır. Bundan başqa, Hüseynin anası Təranə Xankişiyeva yenidən 2022-ci ilin iyul ayında ona müraciət edərək tibb sahəsində işlədiyindən ona əlillik dərəcəsi alaraq pensiya hüququnun yaranmasına kömək etməsini demiş, ona pul lazım olduğundan Təranəni aldadaraq ona bu işdə koməklik edə biləcəyini deyərək bu köməkliyə görə ümumilikdə 2.700 manat pul verməli olduğunu söyləmiş, sonuncu da həmin pulu 2022-ci ilin iyul-sentyabr aylarında ödəmə terminallarından Leo Bank kartına köçürmüşdür. Lakin bunun müqabilində hər hansı bir iş görməmiş, pulu isə şəxsi ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. Bundan başqa, Təranə xanım Şahid4 adlı qonşusu olduğunu, sonuncunun bacısı oğlu Sadiq Məmmədovu hərbi xidmətdən yayınması üçün kömək etməyini xahiş etmiş, o, 2022-ci ilin avqust ayında Mətanətlə telefon danışığı zamanı Sadiqin talessemiya xəstəsi olmağına dair analiz nəticələrini verəcəyinə görə 5.000 manat pul verməli olduğunu demişdir. Mətanət də razılaşmış və 2022-ci ilin sentyabr-dekabr ayları ərzində Unibanka məxsus karta 5.550 manat və 200 manat nağd qaydada əlbəəl pul vermişdir. İlkin olaraq Sadiqi Nəsimi Bazarının yaxınlığında Hemolab özəl laboratoriyasında analiz vermək üçün göndərmiş, məqsədi həmişəki kimi onun talassemiya xəstəsi olub-olmamasını yoxlamaq olmuşdur. Analiz nəticələrində Sadiqin talassemiya gen daşıyıcısı olmadığını görmüş, sonra 2023-cü ilin iyun ayında Sadiqi APPRO labarotoriyasına aparıb çöldə gözlətdirmişdir. Həmin xəstəxananın labarotoriaya şöbəsinə daxil olub labaratoriyanın müdiri Əli müəllimə, Milli Hematalogiya və Transfuziologiya Mərkəzində işlədiyini, Sadiqin qohumu olduğunu, onun qanını bir dəfə götürdüyünü və onun qanı olduğu dediyi qabdakı əslində isə əvvəldən başqa labarotoriyada götüzdürdüyü özünə aid qan nümunəsi olan qabları Əli müəllimə təqdim etmişdir. Əli də həmkar olduğundan razılaşıb həmin qanı analiz etmək üçün götürmüş, lakin həmin qan nümunəsinin ona aid olduğunu bilməmiş, buna görə hər hansı məbləğdə pul verməmişdir. Bundan sonra Sadiqin adına ona aid qan nümunələrinin nəticələrini götürüb Sadiqə təqdim etmişdir. Sonra Səfərbərlik və Hərbi Xidmətinə göndəriş verilməsində istifadə etmək üçün 2023-cü ilin iyul ayında işdə olarkən Samsung S22 Ultra mobil telefonunda APPRO laboratoriyasının Sadiqin adına verilmiş qan analizinin nəticələrinin Milli Hematalogiya və Transfuziologiya loqosu olan blankına köçürməklə dəqiq yeri yadında olmayan yerdə çap etdirib Sadiqə tibbi arayış almaq üçün təqdim etmişdir. Səhv etmirsə Mətanət xanım həmin saxta qan nümunələrinin nəticələrini təqdim etməklə Sadiqin talassemiya gen daşıyıcısı olmasına dair tibbi arayışı alaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış xidmətinə təqdim etmiş, bunun əsasında Sadiqə göndəriş verilmişdir. Lakin göndəriş əsasında Sadiq müayinə olunan zamanı onu müayinə həkimi qan analizlərinin nəticələri olan Akgün elektron sisteminə daxil olan zaman Sadiqin Hematologiya mərkəzində verdiyi qan nümələrinin nəticələrində qanında hər hansı xəstəlik olmadığını aşkar etdiyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinə sağlam olmasına dair akt göndərdiyindən Sadiq Məmmədovu hərbi xidmətdən yayındıra bilməmişdir. Bundan başqa, yadında olmayan bir nəfər şəxsin vasitəsi ilə tanıdığı Şahid9 2022-ci ilin sentyabr ayında hərbi xidmətdən yayınmaq istədiyini deyib ona kömək etməsini xahiş etmiş, həmin şəxsə də ondan götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək hərbi xidmətə yararsız ola biləcəyini demişdir. Bunun müqabilində 4.800 manat pul tələb etmiş, Cəlil də razılaşıb həmin pulu 2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyun ayına qədər olan müddət ərzində özünə aid "xxxx" ASC-yə məxsus Leobank və "xxxx" ASC-yə məxsus kartlarına və nağd qaydada ona vermişdir. İlkin olaraq Cəlilə Hemolab özəl xəstəxanasının laboratoriya şöbəsində qan analizi verməyini demiş, sonuncu orada analiz vermiş, ilkin yoxlamada qan analizlərində problem olmadığını görmüşdür. Daha sonra Milli Hematalogiya və X2 və Hərbi Xidmətə Çağırış Xidməti tərəfindən göndəriş verilməsində istifadə etmək üçün həm Bakı-Tehran və həm də ki Sunlab özəl labaratoriyalarına həmin tarixdən bir neçə gün əvvəl yadında olmayan laboratoriyalarda götüzdürdüyü öz qan nümunələrini Şahid9 qan nümunələri kimi təqdim edərək sonuncunun adına kodlaşdırılmış qan nümunələrinin nəticələrini əldə edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməsi üçün Cəlilə təqdim etmişdir. Lakin sonradan Akgün sisteminə baxan zaman Şahid9 Hemolab özəl laboratoriyasında verdiyi qan nümunələrinin tədqiq edilməsi üçün Mili Hematalogiya və Transfuziologiya Mərkəzinə göndərildiyini və qanının tədqiqi nəticəsində qanında hər hansı xəstəlik aşkar olunmadığı barədə həmin sistemdə qeydlərin olduğunu görüb Şahid9 talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməyəcəyini başa düşmüş və nəticədə Şahid9 hərbi xidmətdən yayındıra bilməmişdir. Bundan başqa hərbi xidmətdən yayınmaq istəyən şəxslər olduqda ona məlumat verilməsi və bunun müqabilində pul qazanacaqlarını bildirdiyi qonşusu Təqsirləndirilən şəxs3 və sonuncunun tanışı Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında ona müraciət edərək tanışları Şahid6 hərbi xidmətdən saxlatdırmağa kömək etməsini xahiş etmiş, onlara Əlidən götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək yararsız ola biləcəyini söyləmişdir. Bunun müqabilində Araz və Pərvizdən 4.500 manat pul alacağını desə də, onlar hərbi xidmətdən yayınmaq istəyən şəxs tapdıqları üçün həmin pulun üzərinə əlavə pul qoyaraq onun dediyi məbləğdən əlavə pul ələ keçirəcəklərini söyləmişlər. O, da razılaşmış, Pərviz Arazla birlikdə həmin 4.500 manat pulu nağd qaydada ona vermişlər. Bundan onra Pərviz və Araza Əlinin Milli Hematalogiya İnstitutunda qan nümunələri verməsini və verən zaman ona bildirməsini demişdir. 2022-ci ilin dekabr ayının sonlarında Araz ona zəng edərək X4 analizi verdiyini demiş, o, da işdə həmin günü qan analizlərinin həmişəki qaydada ümumi şöbəyə gəlməsini gözləmiş, qan analizləri ümumi şöbəyə gəldikdə əvvəlcədən yadında olmayan özəl labaratoriyada götüzdürdüyü özünə aid 2 sayda qabda saxladığı qan nümunələrini, Əlinin adını taparaq həmin qabların üzərinə yapışdırılmış yapışqanlı kağızları öz qan nümunələrinin üzərinə yapışdıraraq digər şəxslərin qan analizlərinin arasına qoymuşdur. Onun bu cür hərəkət etməyindən heç kimin xəbəri olmamışdır. Əlinin qan nümunələrinin analizində onun qan nümunələrinin analizinin nəticələri çıxmış və onun qanına aid lakin Əlinin adına kodlaşdırılmış qan nümələrinin nəticələrini Bakı şəhərində olarkən sonuncuya təqdim edərək həmin sənədlər əsasında Milli Hematologiya və Transfiziologiya Mərkəzində talassemiya gen daşıyıcılığı olmasına dair tibbi arayış almasını və həmin sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bilmədiyi şöbəsinə təqdim etməsini və həmin şöbədən verilən göndəriş əsasında Talalesmiya mərkəzində müayinə keçərək 2022-ci ilin dekabr ayının sonlarında saxtalaşdırdığı qan nümunələri əsasında Xidmətə onun talassemiya gen daşıyıcısı olmasına dair akt veriləcəyini və nəticədə onun hərbi xidmətə yararsız olacağını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə bildirmişdir. Sonradan Əlinin hərbi xidmətə yararsız olmasına dair hərbi biletin verildiyini bilmişdir. Bundan başqa yenə də 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən razılaşdıqları kimi hərbi xidmətdən yayınmaq üçün müraciət edən Şahid10 adlı şəxsi tapdıqlarını, sonuncunu da hərbi xidmətdən saxlatdırmağa kömək etməyini xahiş etmiş, onlara eyni qaydada Orucdan götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək yararsız ola biləcəyini demişdir. Bunun müqabilində Pərviz Arazla birlikdə ona 4.500 manat pulu nağd qaydada vermiş və Şahid10 tapdıqlarına görə həmin puldan əlavə pul da ələ keçirəcəklərini söyləmişlər. O, da razılaşmış və ilkin olaraq həmişəki kimi Şahid10 Bakı- Tehran özəl laboratoriyasına göndərmişdir. Sonuncunun qan analizləri təmiz çıxdıqdan sonra Bakı-Tehran kilinikasından təqdim olunmuş Memoral Klinik tibb Mərkəzinin analiz nəticələrini həmin nəticələrdə göstərilən tarixdən bir neçə gün öncə işdə olarkən Samsung markalı S22 Ultra modelli mobil telefonunda Şahid10 talassemiya gen daşıyıcısı olmasına dair göstəricələri daxil etməklə X38 mərkəzindin blankını saxtalaşdırmaqla hazırlayaraq həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tədim etməsi üçün Araz və Pərviz vasitəsi ilə Oruca vermişdir. Bundan sonra Xidmət tərəfindən Oruca göndəriş verilmiş, səhv etmirsə 2023-cü ilin yanvar ayında onun göstərişi əsasında Orucun verdiyi qan nümunələri Talassemiya Mərkəzində tədqiq olunması üçün gəldikdə laboratoriya şöbəsində olan əməkdaşların çoxluğundan onun qan nümunələrini əvvəlcədən götüzdürərək üzərində gəzdirdiyi özünə aid qan nümunələri ilə dəyişə bilməmişdir. Bu səbəbdən Şahid10 talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməmiş və nəticədə Şahid10 hərbi xidmətdən yayındıra bilməmişdir. Bundan başqa tanışı Sabirin qohumu Şahid11 2022-ci ilin dekabr ayında ona müraciət edərək oğlu Əbülfəzin hərbi xidmətdən möhlət hüququ almaq istədiyini deyərək kömək etməsini xahiş etmişdir. O, da eyni qaydada Şahid11 oğlundan götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək yararsız ola biləcəyini söyləmiş, bunun müqabilində 2.500 manat pul tələb etmiş, Ramin də razılaşaraq 2022-ci ilin dekabr ayı ərzində ona aid Unibanka məxsus karta pulu köçürtmüşdür. İlkin olaraq Bakı Tehran özəl xəstəxanasının laboratoriya şöbəsində qan analizi verməyini demiş, orada analiz vermiş, ilkin yoxlamada qan analizlərində problem olmadığını görmüşdür. Sonra 2022-ci ilin dekabr ayının əvvəllərində Əbülfəz Ağayevdən yadında qalmayan yerdə götürülmüş qan nümunələri həmişəki qaydada ümumi şöbəyə gəlməsini gözləmiş, qan analizləri ümumi şöbəyə gəldikdə əvvəlcədən yadında olmayan özəl labaratoriyada götüzdürdüyü özünə aid 2 ədəd qabda saxladığı qan nümunələrini, Əbülfəz Ağayevin adını taparaq həmin qabların üzərinə yapışdırılmış yapışqanlı kağızları öz qan nümunələrinin üzərinə yapışdıraraq digər şəxslərin qan analizlərinin arasına qoymuşdur. Onun bu cür hərəkət etməyindən heç kimin xəbəri olmamışdır. Bundan sonra Əbülfəzin qan nümunələrinin analizində onun qan nümunələrinin analizinin nəticələri çıxmış və onun qanına aid lakin Əbülfəzin adına kodlaşdırılmış qan nümələrinin nəticələrini Şahid11 təqdim etmək istəsə də sonuncu oğlunun gələcəkdə ailə həyatı quracağını, onun talassemiya gen daşıyıcılığı xəstəliyinin olmasına razı olmadığını deyərək imtina etmişdir. Bu səbəbdən Əbülfəz Ağayevin talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməmiş və nəticədə Əbülfəz Ağayevi hərbi xidmətdən yayındıra bilməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında Şahid12 vasitəsi ilə tanış olduğu Surxay adlı şəxsin oğlu Zərərçəkmiş şəxs2 ona müraciət edərək atası Surxayın pensiya hüququndan mərhum olunduğunu, yenidən bərpa olunmasına köməklik etməyini xahiş etmiş, o, da pula ehtiyacı olduğundan heç bir kömək edə bilməyəcəyi halda yalandan 2.500 manat müqabilində qeyd olunan məsələ ilə bağlı kömək edəcəyini Şahid12 vasitəsi ilə Zərərçəkmiş şəxs2 bildirmiş və Şahid12 vasitəsi ilə birbank kartına 2.500 manat pul göndərtmişdir. Bundan sonra səhv etmirsə Zərərçəkmiş şəxs2 ilə danışaraq 2023-cü ilin fevral ayında Şahid15 Bakı şəhərinə müayinə adı ilə çağıraraq əlavə olaraq müayinə üçün 450 manat sonuncudan pul almış, sonradan ona verdiyi vədi yerinə yetirmədiyi üçün Zərərçəkmiş şəxs2 Rüfət vasitəsi ilə aldığı 2.500 manat və şəxsən aldığı 450 manat olmaqla ümumilikdə 2.950 manat pulunu geri qaytarmasını tələb etdiyindən həmin məbləğdə pulu geri qaytarmışdır. Qeyd olunan puldan Şahid12 hər hansı məbləğdə pul verməmiş, sonuncunun bu işdə vasitəçilik etməkdə hər hansı marağı olmamışdır. Bundan başqa, Pərviz 2023-cü ilin fevral ayında yenə də ona müraciət edərək özünün şəxsən tapdığı və hərbi xidmətdən yayınmaq istəyən Hacıəli Şirəliyevin hərbi xidmətdən saxlatdırmağa kömək etməyini xahiş etmiş, Pərvizə eyni qaydada Hacıəlidən götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək hərbi xidmətə təqdim edərək yararsız ola biləcəyini demiş, bunun müqabilində Pərviz ona 5.000 manat pul vermişdir. Əlavədə səhv etmirsə 500 manat pulu özünə götürmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətindən göndəriş verilməsində istifadə etmək üçün ilkin olaraq özünə aid qan nümunələrini 2023-cü ilin mart ayında Bakı-Tehran kilinikasına Hacıəli Şirəliyevin qan nümunəsi kimi təqdim edərək sonuncunun adına kodlaşdırılmaqla özünə aid qan nümunələrinin və məzmununda talassemiya gen daşıyıcılığının göstəriciləri olan nəticələri alaraq Hacıəli Şirəliyevə təqdim etməklə sonuncuya Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinə təqdim etməsini bildirmiş, lakin Hacıəli Şirəliyev həmin sənədi Xidmətin Suraxanı rayon şöbəsinə təqdim etmək istəsə də, həmin şöbədən onun artıq verdiyi qan analiz nəticələri əsasında hərbi xidmətə yararlı hesab edildiyi və hərbi xidmətə yollanacağı bildirildiyindən Hacıəli Şirəliyevin talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməmiş və nəticədə Hacıəli Şirəliyevi hərbi xidmətdən yayındıra bilməmişdir. Buna görə də aldığı 5.000 manat, Pərvizin aldığı 500 manat olmaqla ümumilikdə 5.500 manat pul vəsaitini Hacıəlinin atası Elmana qaytarmışlar. Bundan başqa, Qobu qəsəbəsində tanış olduğu Şahid7 2023-cü ilin yanvar ayında hərbi xidmətdən yayınmaq istədiyini deyib ona kömək etməsini xahiş etmiş, sonuncuya da eyni qaydada ondan götürüləcək qan nümunələrində Talassemiya xəstəsi olacağına dair nəticələr verəcəyini, həmin nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edərək hərbi xidmətə yararsız ola biləcəyini demiş və bunun müqabilində Kamrandan 2023-cü ilin mart ayında Bakı şəhəri, Yeni Yasamal ərazisində olan Osmanlı Hamamının yanında 5.000 manat pulu nağd şəkildə almışdır. Bundan sonra 2023-cü ilin mart ayında Sunlab özəl labaratoriyasına öz qan nümunələri olduğu qabların içərisindəki qan nümunələrini Şahid7 qan nümunələri kimi təqdim edib, nəticələrdə onun qan nümunələrinin nəticələri olan lakin Şahid7 adına rəsmiləşdirilmiş məzmununda talassemiya gen daşıyıcısı olmasına dair qan nümunələrinin nəticələrini əldə edərək Kamrana təqdim etmişdir. Lakin sonradan Kamran Respublika Psixiatrik xəstəxanasında müayinə olunduğu, heç bir təmanna olmadan psixi xəstəliyinə görə hərbi xidmətə yararsız olacağına dair rəy veriləcəyini deyərək verdiyi 5.000 manat pulu geri tələb etmişdir. Bu səbəbdən Şahid7 talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməmiş və nəticədə Şahid7 hərbi xidmətdən yayındıra bilməmişdir. Bundan başqa, Zərdab rayonundan 2023-cü ilin mart ayında Bakı şəhərinə taksidə qayıdan zaman Ucar rayon sakini Şahid8la tanış olmuş, yolda söhbət əsnasında Məhəmməd hərbi xidmətdən yayınmaq istədiyini dedikdə bu işdə kömək edə biləcəyini, lakin bu köməklik üçün 3.700 manat pul verməli olduğunu söyləmişdir. Məhəmməd də atası ilə danışıb deyəcəyini bildirmişdir. Sonuncu atası ilə danışıb, Bakıda görüşmələrini demiş və Bakı şəhərində Məhəmməd və atası ilə görüşmüş, həmin vaxt onlara da Məhəmmədin qan analizinin cavabında talessemiya xəstəsi olmağına dair nəticələr verəcəyini, həmin nəticə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə müraciət edərək hərbi xidmətə yararsız hesab oluna biləcəyini demişdir. Bundan sonra 2023-cü ilin aprel ayı ərzində Şahid8 nağd qaydada eləcə də özünə aid "xxxx" ASC-yə məxsus və "xxxx" ASC-yə məxsus nömrəli Leo bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 3.700 manat pul göndərmişdir. İlkin olaraq qan nümunələrinin yoxlanılması üçün Məhəmmədə Bakı sağlamlıq Mərkəzin yaxınlığında yerləşən Bakı Tehran Klinikasında qan analizi verməsini demiş, qan nümunələri təmiz çıxmışdır. X16 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə təqdim etmək üçün APPRO özəl klinikasının labarotoriya şöbəsinin müdiri Əli müəllimə yenidən müraciət edərək Məhəmməd adlı xəstənin ikinci dəfə qol nahiyəsinin deşilməməsi üçün, ondan ilkin qan nümunəsini götürdüyünü, ona təqdim edərək qan nümunələrinin analiz etməsini demişdir. O, əvvəlcədən özünə aid götüzdürdüyü qan numunələrini Əli müəllimə təqdim etmiş, sonuncu da heçnədən xəbəri olmadan həmin nümunələrin Məhəmmədə aid olduğunu bilib həmin qan nümunələrinin analiz etmiş və məzmununda talassemiya gen daşıyıcılığı göstəriciləri olan və Məhhəmməd Həsənovun adına rəsmiləşdirlmiş qan nümunələrinin nəticələrini təqdim etmişdir. Onun etdiklərindən Əli həkimin məlumatı olmamışdır. Bundan sonra Məhəmmədə göndərdiyi sonuncunun adına rəsmiləşdirilmiş qan analizlərinin nəticələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə təqdim etsə də, yenidən müayinə olunması üçün Talassemiya Mərkəzinə göndəriş verilmişdir. Məhəmməd ona göndərişi göndərmiş, o, da X12 analizi vermək üçün dəvət edəcəyini demiş və hazırlıq üçün xx.xx.2023-cü il tarixdə 6 sayda qabda qan nümunələrini götüzdürərək özündə saxlamışdır. Həmin qabın ikisini Məhəmməd qan institutunda qan verərkən digər üç şəxsdə olduğu kimi dəyişəcəkdi, lakin 20 iyul 2023-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və qan numunələri olan həmin 6 sayda qab üzərində aşkar olunmuşdur. Buna görə də Şahid8 talassemiya gen daşıyıcısı olmasına dair aktın verilməsini təmin edə bilməmiş və nəticədə Şahid8 hərbi xidmətdən yayındıra bilməmişdir. Bakı-Tehran, Sunlab və Appro Labarotiries özəl laboratoriyalara verdiyi qan numunələrinin özünə aid olması barədə həmin labaratoiyalarda qan nümunələrini qəbul etmiş şəxslərin məlumatı olmadığından onlara hər hansı məbləğdə pul verməmişdir. O, ələ keçirdiyi pulları müxtəlif Rentacarlardan müxtəlif bahalı maşınlara və səxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin bildirmişdir ki, üzərində aşkar olumuş 6 sayda qabdakı maye onun qan nümunələri olmuş, 2 sayda qabdakı qan nümunələrini analiz etdirmək üçün, 2 sayda qabda nümunələri Məhəmmədin nümunələrini dəyişmək üçün, 2 sayda qabda isə qan nümunələri analiz üçün kifayət etmədiyindən atacaqdı. Şahid8 göndərişini özündə saxlamasına səbəb sonuncunun qanını dəyişməyə imkanı olan kimi göndərişini xəstəxanaya təqdim edib qan nümunələrini işlədiyi laboratoriyada dəyişdirmək olmuş, lakin 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində qan nümunələri aşkar edilərək götürdüyündən Şahid8 hərbi xidmətdən yayındıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayının sonlarında, 2023-cü ilin yanvar ayının əvvəllərində ünvan 30 ünvanın yaxınlığında fəaliyyət göstərən bərbər Arazın yanında olan zaman qonşuluqda yaşayan Vidadi ona yaxınlaşaraq oğlu Orucu əsgərlikdən saxlatmaq istədiyini deyərək, ona nə kimi köməklik göstərə biləcəyini soruşmuş, o, da cavabında kömək etmək üçün tanıdığı biri olmadığını söyləmişdir. Vidadi getdikdən sonra söhbətin şahidi olan Araz ona hərbi xidmətdən adam saxlatmaq imkanına malik bir nəfəri tanıdığını demiş, o, işi neçəyə həll edə biləcəyini soruşduqda Araz Süleyman adlı tanışının bu məsələni 7.500 manata həll edə biləcəyini demişdir. O, Vidadiyə zəng edib bu məsələni 7.500 manata həll edən adam olduğunu bildirmiş, Vidadi bərbərxanaya gəlmiş, Araz və Vidadi ilə birlikdə söhbət edərkən Vidadiyə demişdir ki, “adam var bu məsələni 7.500 manata həll edir”. Vidadi də razılaşıb yaxınlıqdakı evinə gedib 5.500 manat pul gətirmiş və həmin pulu bərbərxanada Arazın yanında sayıb ona vermiş, qalan 2.000 manat pulu isə bir neçə günə verəcəyini söyləmişdir. Vidadi getdikdən sonra Araz Süleymanla danışıb bu işi neçəyə həll edəcəyini soruşmuş, Süleyman əvvəlcə 5.000 manat desə də, sonradan Arazla 4.500 manata razılaşmışdır. Süleymana adam tapıb gətirdiklərinə görə özlərinə də pul götürəcəklərini demişlər. Araz ona qalan 3.000 manatı öz aralarında bölüşdürməyi təklif etmişdir. Pulu Vidadidən aldıqları günün ertəsi günü Arazla birlikdə Süleymanın işlədiyi Talassemiya mərkəzinə getmiş, ilk dəfə Süleymanı orada görmüşdür. Süleyman 4.500 manat pulu və Vidadinin oğlu Orucun telefon nömrəsini götürüb işi həll edəcəyini demişdir. Təxminən 10-15 gün sonra Vidadi qalan 2.000 manat pulu işlədiyi futbol klubunun məşqçisi Şahid14 vasitəsi ilə Unibankın Yasamal filialının qarşısında ona vermiş, bundan sonra 3.000 manat pulu Arazla aralarında yarıbayarı bölmüşlər. Lakin aldığı pulun müqabilində Süleyman Orucu hərbi xidmətdən saxlatdıra bilməmişdir. Bundan başqa Sabah futbol klubunun oyunçusu Əlinin atası Sahil təxminən 2022-ci ilin dekabr ayının əvvələrində ona telefonla zəng edərək oğlu Əlini hərbi xidmətdən saxlatdırmaq istədiyini deyərək, ona köməklik göstərməsini xahiş etmişdir. O, da cavabında Sahilə adam var, bu işi 6.500 manat düzəldə biləcəyini söyləmişdir. Sahil Səbail rayonu, 20-ci sahədə yerləşən Səbail futbol klubunun həyətinə gəlmiş və 6.500 manat pulu ona vermişdir. O, Süleymanla danışıb başqa bir nəfəri də hərbi xidmətdən saxlatmaq üçün köməklik göstərməsini xahiş etmiş, sonuncu da 5.000 manata həll edəcəyini demişdir. O, Sahildən pulu aldıqdan sonra gedib Arazla danışmış və Süleymanla danışdığını, onun tanışı olduğunu, 5.000 manata məsələni həll edəcəyini demişdir. Araza Sahildən 6.500 manat aldığını demiş və 5.000 manatını Süleymana verməsi üçün Araza vermişdir. Qalan 1.500 manatını isə Arazla 750 manat olmaqla aralarında bölüşdürmüşlər. Araz 5.000 manatı özü aparıb Süleymana vermişdir. Bir müddət sonra Araz ona Süleymanın Əlini hərbi xidmətdən yayındıraraq hərbi xidmətdən saxlatdırdığını demişdir. Bundan başqa X33 oyunçu olan Hacıəlinin atası Elman təxminən 2023-cü ilin fevral ayında ona zəng edərək oğlu Hacıəlini əsgərlikdən saxlatmaq yox, növbəti bir neçə çağırış gec əsgərliyə getmək üçün möhlət verilməsində köməklik göstərməsini xahiş etmiş, o, da Süleymanla danışmış, Süleyman ona bu məsələni 5.500 manata həll edəcəyini demişdir. O, da Elmana bu məsələni həll edə biləcəyini demiş, sonuncu 5.500 manat pulu gətirib dəqiq xatırlamadığı ünvanda, səhv etmirsə Səbail rayonu, 20-ci sahədə yerləşən Səbail futbol klubunun həyətində ona vermişdir. O, pulu aldığı günün ertəsi günü Süleymanla 20 yanvar metrosunun yaxınlığında görüşüb pulun hamısını ona vermişdir. Hacıəli futbol klubun oyunçusu olduğundan özünə pul götürməmişdir. Hacıəlinin hərbi xidmətdən saxlatdırılması ilə bağlı Arazın xəbəri olmadığını, Süleyman aldığı pulun müqabilində Hacıəliyə hərbi xidmətdən möhlət ala bilmədiyini, hər üç şəxsdən aldıqları pulu bütövlükdə özlərinə qaytardıqlarını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayında əvvəllərində yaşadığı ünvanın yaxınlığında bərbər kimi göstərdiyi fəaliyyət əsasında tanımışdır. Bu ərəfələrdə göstərdiyi fəaliyyət ilə əlaqədar tanıdığı Təqsirləndirilən şəxs2 ona Vidadi adlı tanışı olduğunu və Vidadinin oğlunu hərbi xidmətdən saxlatdırmaq istədiyini dedikdə, Pərvizə Süleyman adlı tanışının olduğunu bu işdə onun kömək edə biləcəyini söyləmişdir. Pərviz də bununla bağlı Süleymanla danışmasını demiş, o, Süleymanla danışaraq Vidadinin oğlu Orucu hərbi xidmətdən hansı məbləğə saxlatdıra biləcəyini soruşmuş, Süleyman bu işə görə 4.500 manat pul istəmişdir. O, bu barədə Pərvizə məlumat vermiş, Pərviz ilə aralarında razılaşaraq həmin görülən işdən özlərinə də xeyir götürmək istəmiş və hərəsi 1.500 manat olmaqla Süleymanın onlara dediyi puldan ümumilikdə 3.000 manat artıq pul deməyi qərara almışlar. Bu barədə Pərviz onun yanında Vidadiyə zəng edərək oğlunun məsələsini 7.500 manat həll edəcəyini demiş, sonuncu da razılaşıb ilkin olaraq 5.500 manat pulu gətirib Pərvizə vermiş, sonuncu da həmin pulu onun saxlamasını dediyindən pulu özündə saxlamışdır. Pulu Vidadidən aldıqları günün ertəsi günü Pərvizlə birlikdə Süleymanın işlədiyi Talassemiya mərkəzinə getmiş və Süleymana 4.500 manat pulu vermişdir. Süleymanın bu məsələni hansı yolla həll edəcəyini bilməmiş, ona bu barədə heç bir məlumat verməmişdir. Təxminən 10-15 gün sonra Vidadi qalan 2.000 manat pulu Pərvizə vermiş, sonuncu həmin pulu gətirərək əvvəlki 1.000 manatı da nəzərə alaraq ümumilikdə 3.000 manatı yarı-yarıya bölmüşlər. Lakin sonradan Süleyman Vidadinin oğlunu hərbi xidmətdən saxlatdıra bilməmişdir. Bundan başqa təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində Pərviz ona müraciət edərək tanışı Sahil adlı şəxsin oğlu Əlini Süleymanın vasitəsi ilə hərbidən saxlatdırmağa kömək etməyini xahiş etmiş və buna görə 6.500 manat pul aldığını, onun tanışı olduğu üçün Süleymanla danışaraq bu məsələni 5.000 manata həll etməsini söyləmişdir. O, da bu barədə Süleymanla danışmış, Süleyman Əlini hərbi xidmətdən xəstəliklə 5.000 manat müqabilində saxlatdıracağını söyləmişdir. Pərvizin verdiyi 5.000 manatı Yeni Yasamal, Əsəd Əhmədov küçəsində Süleymana vermiş, qalan 1.500 manatını isə Pərvizlə 750 manat olmaqla aralarında bölmüşlər. X24 hərbi xidmətdən saxlatdırdığını öyrənmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayında qohumu Sabir Manafov vasitəsilə Talassemiya Mərkəzinin laborantı Təqsirləndirilən şəxs1 tanımışdır. Sabirin özü talassemiya xəstəsi olmuş və Süleymanı da həmin xəstəliyi ilə əlaqədar tanımışdır. İlk dəfə Süleymanı Bakı şəhərində Sabir Manafovla görüşən zaman görüb tanımış, Süleymanla tanış olduqdan sonra təsadüfi aralarında söhbət zamanı əvvəllər böyrəyində olan xəstəliklə əlaqədar pensiya aldığını, lakin sonradan kəsildiyini bildirmiş, Süleyman da ona talassemiya xəstəliyinin daşıyıcısı kimi rahat pensiya düzəltdirə biləcəyini demişdir. O, da razı olmadığını, özünün böyrəyində narahatçılıq olduğunu, elə həmin xəstəliklə bağlı ona pensiya düzəldə bilərsə onu etməsini bildirmişdir. Süleyman da bunu edə biləcəyini, bu sahədə adamlarının olduğunu edəcəyi köməkliyi müqabilində 3.600 manat pul verməli olduğunu demiş, o, da razılaşmışdır. 2022-ci ilin aprel ayından 2022-ci ilin avqust ayına kimi Süleymanın Leo bank kartına Ağdaş şəhəri, H.Əliyev Prospektində yerləşən “X34” quraşdırılmış milliön ödəmə terminalı vasitəsi ilə bir neçə dəfəyə olmaqla ümumilikdə 3.600 manat məbləğində pul göndərmişdir. Pensiyasının bərpasına görə Süleymana heç bir sənəd verməmiş, hansısa tibb müəssisəsinə getməmişdir. Süleyman ona arxivdən onun sənədlərini çıxartdıracağını, məsələni onun heç bir yerə getmədən həll edəcəyini bildirmişdir. O, da Süleymana inanıb gözləmiş, arabir telefon vasitəsi ilə əlaqə saxlayıb danışmışlar. Süleyman səbirli olub gözləməsini, qısa müddətdə məsələnin həll olunacağını bildirmişdir. O xeyli vaxt gözləsə də, artıq hər hansı bir nəticə olmadığını görüb Süleymandan pulunu geri tələb etməyə başlamış, hazırda ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası Şahid15 ikinci qrup əlil olması ilə əlaqədar olaraq 2020-ci ilin noyabr ayına kimi pensiya almış, 2020-ci ilin dekabr ayından pensiyanın verilməsi dayandırılmışdır. Atasına pensiyanın verilməsinin bərpa olunması üçün Sabirabad rayonunda tanıdığı Rüfət adlı şəxsə müraciət etmiş, Rüfət 2022-ci noyabr ayında ona zəng edərək 2.500 manat tələb edərək 1 ayın içində atasının pensiyasının bərpa olacağını demişdir. O, Rüfətlə razılaşmış və 2022-ci ilin dekabr ayında 2.500 pulu Sabirabad rayonunda, Sabirabad RİH binasının yaxınlığında təklikdə Rüfətə vermişdir. Bir ay keçdikdən sonra Rüfətlə danışdıqda ona yaxın vaxtda atasının pensiya məsələsinin bərpa olunacağını demişdir. Onun davamlı zəngindən sonra Rüfət onu Süleyman adlı şəxslə tanış edərək atasının pensiyasının bərpa olunması işini Süleymanın həll etdiyini demişdir. O, Süleymanla danışmış, Süleyman bildirmişdir ki, 2.500 manat pul ondadır və 2023-cü ilin aprel ayına kimi atasının pensiya məsələsi həll olunacaqdır. 2023-cü ilin fevral ayında Süleyman atasını Bakı şəhərinə çağırmış, Bakı şəhərində atası ilə birlikdə ona məlum olmayan xəstəxanaların birində tibbi müayinədən keçirmiş və atasına müayinənin nəticəsinə dair həkim tərəfindən müayinə kağızı verilmişdir. Atası müayinədən keçdiyi gün Süleyman ona zəng edərək həmin tibbi müayinədən keçməsinə görə 450 manat pul tələb etmiş, o, da 2023-cü ilin fevral ayının sonlarında 250 manat, 2023-cü ilin aprel ayının əvvəllərində 200 manat olmaqla ümumilikdə 450 manat pulu Sabirabad şəhəri, H.Əliyev prospektində olan “Emin” marketdə quraşdırılmış MilliÖn ödəmə terminalından Süleymanın adına olan Leo bank kartına göndərmişdir. 2023-cü ilin iyun ayında atasının pensiya məsələsi öz həllini tapmadığına görə Süleymandan və Rüfətdən pulunu geri istəmiş, bundan sonra Süleyman ona 450 manat pulu onun "xxxx" ASCyə aid olan kart hesabına qaytarmışdır. Qalan 2.500 manat pulu Rüfətdən tələb etdikdə ona həmin pulu Süleymana verdiyini, pulu ondan almasını söyləmişdir. O, da Süleymana zəng edib pulu tələb etdiyini, əks halda şikayət edəcəyini demiş, hazırda ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, qonşusu İlahə qan xəstəliyindən əziyyət çəkdiyindən mütəmadi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin qan alaraq sonuncuya köçürmüşlər. Təxminən 2022-ci ilin mart ayında “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”ndən İlahəyə qan alarkən orada lobarant işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, söhbət zamanı Süleyman hərbi xidmət yaşına çatmış şəxsləri hərbi xidmətdən qanunsuz olaraq yayındırmaq imkanı olduğunu bildirmiş, o, da oğlu Şahid5 tək uşaq olduğu üçün hərbi xidmətdən saxlatdırmaqda kömək etməyini Süleymandan xahiş etmişdir. Süleyman da ona bu işdə köməklik edə biləcəyini, xəstəliklə Hüseyni hərbi xidmətdən yayındıracağını söyləmiş, bu işi 1.500 manat qarşılığında edəcəyini demişdir. O, da razılaşıb 2022-ci ilin may ayında 800 manat pulu Süleymanın kartına göndərmişdir. Süleyman 2022-ci ilin may-iyul aylarında Hüseyni bir neçə dəfə, Hematologiya Mərkəzinə müayinəyə çağırmış, Hüseyn ora gedərək qan analizi vermişdir. Təxminən 2022-ci ilin may-iyun aylarında əlavə olaraq hissə-hissə olmaqla ümumilikdə 700 manat pulu Hüseynin vasitəsi ilə Süleymanın kartına göndərmişdir. Bundan sonra Süleyman ona Hüseynin işini həll etdiyini, sonuncunun qan xəstəliyindən əziyyət çəkməsi barədə analiz nəticəsi tərtib etdirdiyini, həmin analiz nəticələrini Hüseynə təqdim edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə verməyini və talassemiya xəstəsi olmasını deməsini, bundan sonra komissarlıqdan ona veriləcək göndəriş əsasında Talassemiya Mərkəzində müayinədən keçirilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə akt göndəriləcəyi və onun əsasında Hüseynin hərbi xidmətdən saxlatdırılacağını bildirmişdir. Nəticədə Hüseyn 2022-ci ilin iyul ayında hərbi xidmətə aparılmayıb hərbi xidmətə yararsız hesab olunmuşdur. Süleyman Hüseyni hərbi xidmətdən xəstəliklə saxlatdırması üçün işlər etdiyini gördüyündən Süleymana inamı artmışdır. 2022-ci ilin iyul ayında telefon danışıqların birində Süleyman ona fibroz kistos mastapatiya xəstəliyi, yəni bədəninin müxtəlif nahiyyələrində şişlərlə əlaqədar ona əlillik dərəcəsi düzəldə biləcəyini demiş, o, da razılaşmışdır. O, həmin xəstəliklə əlaqədar Onkologiya institutunda dəfələrlə ambulator müalicələr almışdır. Süleyman onu həmin xəstəliklə əlillik dərəcəsi verilməsində köməklik edəcəyini, bu işi 2.700 manata edəcəyini və Onkologiya institutundan xəstəlik sənədlərini götürüb ona təqdim etməsini bildirmişdir. O, xəstə olduğu üçün gəzə bilmədiyini dedikdən sonra Süleyman həmin xəstəxanadan sənədləri özü götürəcəyini və ona qısa müddət ərzində əlillik dərəcəsi təyin etdirəcəyini demiş, lakin neçənci qrup əlillik təyin etdirəcəyini söyləməmişdir. Süleymanla əvvəlcədən razılaşdığı qaydada 2022-ci ilin iyul ayında Süleymanın adına olan Leobank kartına 500 manat pulu, 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-dən öz adına 2.200 manat kredit götürərək Süleymanın adına olan Leobank plastik bank kartına göndərmiş, sonra ödəniş qəbzini Süleymana gödərmişdir. Pulu göndərdikdən sonra Süleyman ona 2022-ci ilin oktyabr ayında 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyini və hər ay 280 manat təqaüd alacağını bildirmiş, lakin oktyabr ayında ona əlillik dərəcəsi təyin edilməmişdir. Süleymana dəfələrlə əlillik dərəcəsinin düzəltməsi ilə bağlı zəng etmiş, Süleyman əlillik dərəcəsinin təyin ediləcəyini bildirsə də, əlillik dərəcəsi təyin edilməmişdir. Hazırda ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Şahid6 xx xxxxxx 2004-cü il təvəllüdlü olmaqla onlarla birlikdə yaşayır. Əli futbolla məşğul olmuş, əvvəl X33, indi isə Sabah futbol klubunda məşqlərə getmişdir. 2022-ci ilin dekabr ayının sonları Əli müddətli həqiqi hərbi xidmət yaşına çatdığı üçün yanvar çağırışı üzrə hərbi xidmətə çağırılmışdır. Oğlunun futbol oynamaq üçün karyerasının inkişaf vaxtının olması və onun həmin idman növünə həvəsini nəzərə alaraq oğlunu hərbi xidmətdən yayındırmaq istəmişdir. Buna səbəb isə oğlu hərbi xidmətə gedərsə futboldan uzaqlaşacağını düşünməsi olmuşdur. Lakin bunun üçün hər hansı qanuni səbəb olmadığından oğlunun əvvəl oynadığı X33 işləyən Təqsirləndirilən şəxs2la 2022-ci ilin dekabr ayında, dəqiq xatırlamadığı tarixdə görüşüb ona bu məsələni bildirmişdir. Pərvizi oğlu Əli Səbail klubunda oynayan zaman tanımış və münasibəti yaranmışdı. Pərvizlə aralarında olan danışıq zamanı Əlinin hərbi xidmətdən yayındırılması barədə istəyini həll edə biləcəyini, bununla bağlı tanışlarının olduğunu demişdir. Pərviz talassemiya xəstəliyinin daşıyıcısı kimi Əlini qeydiyyata aldıracağını və bundan sonra qan analizi verilən zaman həmin xəstəliyin daşıyıcısı kimi müsbət cavab veriləcəyini, həmin cavaba əsasən də oğlunun hərbi xidmətə aparılmayacağını bildirmişdir. O, da razılaşmış və bunun müqabilində nə qədər pul lazım olduğunu soruşduqda Pərviz bu işin xərcinin 6.500 manat olduğunu söyləmişdir. O, həmin pul vəsaitini verə biləcəyini demiş və 2022-ci ilin dekabr ayının dəqiq xatırlamadığı tarixində Bayıl qəsəbəsi ərazisində yerləşən Səbail futbol klubunun yerləşdiyi yerdə Pərvizlə görüşüb həmin 6.500 manat məbləğində pul vəsaitini sonuncuya ələbəəl vermişdir. Bundan bir neçə gün sonra Pərviz ona zəng edərək Təqsirləndirilən şəxs1 adlı şəxsin həmin məsələni həll edəcəyini, onunla görüşməyini bildirmişdir. O, həmin ayın dəqiq xatırlamadığı tarixində Pərvizin verdiyi nömrəyə zəng edərək Təqsirləndirilən şəxs1 ilə danışmış və onlar Yasamal rayonu ərazisində, dəqiq xatırlamadığı yerdə görüşmüşlər. Söhbət zamanı Süleymana oğlu Şahid6 hərbi xidmətdə yayındırmaq istədiyini, buna görə Pərvizə müraciət etdiyini demiş, Süleyman da məsələdən xəbərdar olduğunu, özü nə lazımdırsa edəcəyini, yalnız oğlu Şahid6 Talassemiya Mərkəzinə aparıb qan analizi verməsini, qalan məsələləri özünün yoluna qoyacağını və onlardan xəbər gözləməyini bildirmişdir. Təxminən bir neçə gün sonra Pərviz ona zəng edərək analiz verməsi üçün Talassemiya Mərkəzinə getmələrini, orada heç kimə heç nə demədən adi xəstə kimi kassada pul ödəyib analiz verməsini demişdir. Həmin ay oğlu Əli ilə birlikdə həmin Mərkəzə getmiş və Pərvizin dediyi kimi müvafiq ödənişi edib qan analizini verdikdən sonra çıxıb getmişlər. Mərkəzdə onlara analizin cavabının 3-4 gün çəkəcəyi bildirilmişdir. Analiz verib çıxdıqdan sonra Pərvizə zəng edərək analizi verdiklərini söyləmişdir. Pərviz də qalan məsələləri özləri həll edəcəyini, onların gedib gözləmələrini demişdir. 2023-cü ilin yanvar ayının əvvəlində onlar gedib analizin cavabını götürmüş və analizin cavabında oğlu Şahid6 talassemiya xəstəliyinin daşıyıcısı olması göstərilmişdi. O, həmin cavabı yuxarıda qeyd etdiyi şəxslərin hansısa yolla yazdırdıqlarını başa düşüb, bu barədə Pərvizə zəng edib məlumat vermiş, sonuncu da bundan məlumatlı olduğunu, həmin nəticəni aparıb komissarlığa təqdim etməyini söyləmişdir. O, həmin nəticəni oğlu Əliyə vermiş, oğlu da Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Sumqayıt rayon İdarəsinə təqdim edərək Pərvizin onlara izah etdiyi kimi talassemiya daşıyıcısı olduğunu demişdir. Bununla bağlı səhv etmirsə oradan Talassemiya Mərkəzinə sorğu verilmiş və onun təqdim etdiyi sənədin həmin qurum tərəfindən verilməsi təsdiq olunduğundan oğlu Şahid6 hərbi xidmətə yararsız hesab olunmuş və hərbi xidmətə göndərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 aprel 2005-ci təvəllüdlü oğlu X18 tam orta məktəbi bitirib ali məktəbə qəbul olmaq üçün test imtahanı vermiş, lakin Hacıəli imtahandan məqbul nəticə əldə bilmədiyi üçün ali məktəbə qəbul olmamışdır. Onlar qərara almışlar ki, Hacıəliyə hərbi xidmətdən möhlət alsın və o, növbəti il imtahan versin. Hacıəlinin hərbi xidmətə çağrış vaxtı çatdığı zaman ona hərbi xidmətə möhlət götürmək üçün adam axtaranda Hacıəlini futbol oynamağa apardığı X33n tanıdığı Təqsirləndirilən şəxs2la 2023-cü ilin fevral ayında bu barədə söhbət edərkən X13 Süleyman adlı tanışı olduğunu və Süleymanın Hacıəliyə hərbi xidmətdən möhlət məsələsində köməklik edə biləcəyini deyərək, Süleymanla danışıb ona xəbər edəcəyini söyləmişdir. O, da Pərvizə Hacıəlinin 2023-cü ilin aprel ayında 18 yaşının tamam olacağını və həmin vaxtı hərbi xidmətə aparacaqlarını, ali məktəbə qəbul olunmaqdan ötrü imtahan verməsi üçün hərbi xidmətdən 6 aylıq möhlət almaq istədiyini bildirmişdir. Bir az sonra Pərviz onunla əlaqə saxlayaraq oğlu Hacıəliyə 6 ay möhlət almaq üçün 5.500 manat pul istəmiş, o, da 17 fevral 2023-cü il tarixdə Bayıl qəsəbəsində yerləşən futbol klubunun yanında həmin pulu əlbəəl Pərvizə vermişdir. Bundan sonra Pərviz ona Süleymanın yadında olmayan telefon nömrəsini verdiyindən onunla əlaqə saxlamağa başlamışdır. Səhv etmirsə bir dəfə Süleyman Elmanın qan analizi vermək adı ilə hansısa xəstəxanaya aparmışdır. Süleyman ona Hacıəliyə hərbi xidmətdən möhlət veriləcəyini bildirsə də, bu işi hansı yolla və necə həll edəcəyini deməmiş, ona da maraqlı olmadığı üçün bu barədə ondan heç nə soruşmamışdır. 15 mart 2023-cü il tarixdə Hacıəli qəbul imtahanı vermək üçün sənədlərini kompüterə yükləmək istədikdə Hacıəliyə imtina gəlmiş, imtinaya əsas kimi Hacıəlinin 2023-cü ilin aprel ayında hərbi xidmət keçməyə getməli olduğu göstərilmişdir. Bundan məlumatı olduqdan sonra Süleymanla telefon əlaqəsi saxlamış, Süleyman tezliklə məsələni həll edəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Hacıəli 2023-cü ilin aprel ayında hərbi xidmətdə getdiyindən imtahan verə bilməmişdir. Bundan sonra Süleymana və Pərvizə zəng edərək Hacıəliyə hərbi möhlət alması üçün verdiyi 5.500 manat pulu geri istəmiş, Pərviz də verdiyi pulu ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun 18 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. 2023-cü ilin əvvəllərində bərbərxanada olan zaman sonradan adının Süleyman olduğunu bildiyi həkim bərbərxanaya gəlmiş, saçını kəsdirən zaman bərbərxanada olan işçilərlə söhbət əsnasında onun yaşının çatdığına görə hərbi xidmətə gedəcəyinə dair söhbət edirmişlər. Süleyman da bunu eşitmiş, söhbət əsnasında o, Süleymana əslində səhhətində problem olduğunu demişdir. Süleyman ona əsgərliyə getməməyində köməklik göstərə biləcəyini demişdir. O, Süleymanın mobil telefon nömrəsini götürmüş və onunla vədələşib Bakı şəhəri, 28 May metrosunun yaxınlığında görüşmüş və avtomobildə söhbət etmişlər. Süleyman ona qan analizi verəcəyini ondan sonra ona analiz cavabı hazırlayıb həmin analiz cavabına görə də köməklik göstərəcək. Bundan sonra Süleyman onu “Sunlab” klinikasına qan analiz vermək üçün göndərmişdir. O, analiz vermiş və cavabını Süleymana göstərmiş, bundan sonra Süleyman analizin cavablarına baxmış və əsgərlikdən saxlatmaq üçün onun adını Talassemiya xəstələrinin siyahısına salacağını və buna görə əsgərlikdən qala biləcəyini bildirmişdir. Bunun müqabilində ondan 5.000 manat pul tələb etmişdir. O, Süleymanla razılaşmış və 2023-cü ilin fevral-mart aylarında Süleymanla Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, “Osmanlı” hamamının yanında Süleymanın avtomobilində görüşmüş və 5.000 manat pulu Süleymana vermişdir. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmək üçün çağırılmışdır. Onu müayinə olunmağından ötrü bir neçə xəstəxanaya, eləcə də Maştağa qəsəbəsindəki Psixiatrik xəstəxanaya göndəriş verilmişdir. O, Psixiatrik xəstəxanada müayinə olunan zaman hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, o, qanuni olaraq hərbi xidmətə yararsızdır. Buna görə o, Süleymanla əlaqə saxlamış və ona psixiatrik xəstəxanada müayinə olunması və hərbi xidmətə yararsız olmağını demişdir. Bunu Süleymana deyib ona verdiyi pulu geri qaytarmasını xahiş etmişdir. Süleyman ondan almış olduğu pulu geri qaytaracağını desə də geri qaytarmamışdır. Süleymanın onun pulunu geri qaytarmadığını görüb Süleymanın atası ilə əlaqə saxlamış və Süleymanın geri qaytarmadığı pulu deyib ondan istəmişdir. Atası iki dəfəyə ona 250 manat pul göndərmiş və qalan pulu da qaytaracağını desə də qaytarmamışdır. Süleyman ona talassemiya xəstəsi olmasına dair heç bir analiz cavabı verməmişdir. O, Sunlab klinikasındakı analiz cavabını aldıqdan sonra Süleyman həmin analiz cavabına baxıb onu əsgərlikdən saxlatmaq üçün adının Talassemiya xəstələrinin siyahına salacağını demiş, lakin adını bildiyinə görə talassemiya xəstələrinin siyahısına salmamışdır. O, heç vaxt hər-hansı xəstəxanada Talassemiya xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə olmamışdır. O, Süleymanın göndərdiyi “Sunlab” klinikasında verdiyi qan analizinin cavabını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Füzuli rayon İdarəsinə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onun oğlu Əbülfəz Ağayev 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Universitetində Magistraturaya daxil olmuşdur. Oğlu həm işləyib, həm də oxumaqda bir az çətinlik çəkdiyi üçün Magistraturanın son kursundan sonra diplom işini müdafiə edə bilməmiş və buna görə Magistratura təhsilini tam başa vurub daha sonra hərbi xidmətə getməsini istəmişdir. Buna görə də oğlunun Magistraturada diplomu müdafiə etmək üçün əlavə olaraq Universitetdə təhsil alması zərurəti yaranması və təhsilini davam etdirməsi üçün hərbi xidmətdən Magistraturanı tam bitirənə qədər saxlatmaq istəyi ilə əlaqədar uzaq qohumları vasitəsi ilə tanış olduğu Süleyman adlı şəxslə tanış olmuşdur. Süleymanı o, əvvəl görməmiş və tanımamış, mobil telefon vasitəsi ilə danışaraq oğlu Əbülfəzin müvəqqəti olaraq Magistraturanı bitirənə qədər hərbi xidmətdən saxlatmaq istəyini ona demiş və bununla bağlı ona köməklik göstərməsini xahiş etmişdir. Telefon danışığı zamanı Süleyman onun oğlunun müvəqqəti olaraq hansısa xəstəliklə əlaqədar saxlatmaqda köməklik göstərəcəyini demişdir. Süleyman ona məhz hansı xəstəliklə əlaqədar saxladacağını deməmişdir. Bunun müqabilində Süleyman 2022-ci ilin dekabr ayında telefon danışığı zamanı ondan oğlu Əbülfəzin əsgərlikdən müvəqqəti saxlatmaq üçün edəcəyi köməkliyə görə 2.500 manat pul tələb etmişdir. Danışığa görə o, ilkin olaraq 2022-ci ilin dekabr ayının əvvəlində Süleymana 1000 manat pul göndərmişdir. Pulu ödədikdən bir neçə gün sonra 500 manat, ondan bir neçə gün sonra 400 manat və sonuncu dəfə 2022-ci ilin təxminən dekabr ayının sonlarında 600 manat pul göndərmişdir. Birinci dəfə pulu verdikdən sonra oğlu Süleymanla görüşmüşdür. Süleymanla oğlu görüşəndən sonra hansısa özəl klinikaya getmişlər, orada oğlu qan analizi vermişdir. Bir neçə gün sonra Süleyman ona zəng edərək oğlunun gen daşıyıcısı olduğunu, yəni talassemiya xəstəsi olduğunu demişdir. Bunu eşidəndə o, narahat olmuş və oğlunun Talassemiya xəstəsi və ya daşıyıcısı olmadığını demişdir. Bundan sonra o, oğluna başqa yerdə analiz verdirmiş və analizin cavabında oğlunun talassemiya xəstəsi olmadığı müəyyən olunmuşdur. Bundan sonra o, Süleymandan pulunu geri istəmiş və köməklik göstərməməsini demişdir. Sonradan özü maraqlanıb oğlunun Universitetin verdiyi sənəd əsasında müvəqqəti saxlatmağın mümkün olduğunu öyrənmiş və buna görə oğlunu rəsmi qaydada Magistraturanı bitirənə qədər möhlət hüququ almışdır. O, Süleymandan pulunu tələb etməyə başlamış, Süleyman hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Süleyman 2023-cti ilin mart ayında ona 1000 manatı Nəsimi rayonu, “Millenium” şadlıq sarayının yaxınlığına vermiş və o, ilk dəfə Süleymanı orada görmüşdür. Həmin vaxta kimi o, Süleyman ilə yalnız telefonla danışmışdır. Bundan sonra 2023-cü ilin aprel ayında onun hissə-hissə kart hesabına 1300 manat da göndərmiş və ümumilikdə Süleyman onun ona verdiyi 2500 manat puldan 2300 manatını geri qaytarsa da 200 manat pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və İlqarın atası Şahid15 həmyerli kimi tanımışdır. Zərərçəkmiş şəxs2 2020-ci ilin qış aylarında əlillik dərəcəsinin verilməsi üçün çalışdığını bildiyindən ona yaxınlaşaraq atası Şahid15 pensiyasının dayandırıldığından özünə kömək edə biləcəyi halda ona da kömək etməyini xahiş etmiş, o da öz işi ilə əlaqədar maraqlanan zaman bir nəfər adı yadında qalmayan şəxs ona yox, Şahid15 əvvəllər pensiya aldığından sonuncuya 3.200 manat müqabilində əlillik dərəcəsinin bərpa edəcəyinə kömək edə biləcəyini, ilkin olaraq 1.500 manat daha sonra isə qalan məbləği verəcəyini demişdir. O da bu barədə Zərərçəkmiş şəxs2 demiş, İlqar da razılaşaraq ilkin olaraq 2021-ci yanvar ayında 1.500 manat pulu ona, o da öz növbəsində həmin pulu bütövlükdə yadında qalmayan şəxsə vermişdir. Üstündən uzun müddət keçdiyindən həmin şəxs Şahid15 əllik dərəcəsinin bərpa məsələsini həll edə bilmədiyindən aldığı pulu ona geri qaytarmış, o da həmin pulu Zərərçəkmiş şəxs2 geri vermişdir. Bundan bir neçə vaxt sonra Sabirabad rayonunda olan adını bilmədiyi şəxs Süleyman adlı şəxsin telefonunu verərək bu şəxsin laborant olduğunu, onun əllilik dərəcəsinin düzəldilməsi ilə bağlı kömək edə biləcəyini demişdir. O da ilkin olaraq Surxay Qəhrəmanlının əllilik dərəcəsinin bərpa məsələsinin həll edə bilib-bilməyəcəyini bilmək üçün zəng edərək Süleymanla danışmışdır. Süleyman isə həll edə biləcəyini demişdir. Əsas məqsədi Süleymanın Şahid15 işini gördüyü halda özünün də əllilik dərəcəsinin həll olunmasını ondan xahiş etmək istəməyi olmuşdur. Süleyman Şahid15 əllilik dərəcəsinin bərpa məsələsinin həllinə görə 2500 manat istəmiş, o da həmin pulu 2022-ci ilin qış aylarında Süleymanın nömrəsi yadında olmayan səhv etmirsə Kapital banka məxsus kartına göndərmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 Süleymanın mobil telefon nömrəsini verərək bütün pulu Süleymana verdiyini, atası Surxayın əlilliyinin bərpasının onun tərəfindən həll ediləcəyini demişdir. Bir müddət sonra səhv etmirsə 2023-cü ilin fevral ayında Süleymanın Şahid15 Bakı şəhərinə çağırdığını və həkim müayinəsi adı ilə Zərərçəkmiş şəxs2 əlavə olaraq 450 manat pul aldığını bilmişdir. Süleyman söz verdiyi kimi Şahid15 əlilliyinin bərpa məsələsini 2023-cü ilin aprel ayınadək həll etmədiyindən ümumilikdə 2950 manat pulu İlqara geri qaytarmışdır. Süleyman və adı yadında qalmayan şəxsin Surxay Qəhrəmanlının əlillik dərəcəsinin bərpa olunması adı ilə Zərərçəkmiş şəxs2 aldıqları puldan ona hər hansı məbləğdə pul vəsaiti çatmamışdır. Bu işdə vasitəçilik etməyində məqsədi alındığı təqdirdə onun da əlillik dərəcəsinin verilməsi üçün köməklik etmələrini həmin şəxslərdən xahiş etmək istəyi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2002ci ildə Azərbaycan Tibbi Universitetinin tibbi profilaktika fakultəsini bitirmiş, 2005-2006-cı illərdə Beyləqan rayon ərazisində yerləşən X7, 2006-2010-cu illərdə Beyləqan şəhər poliklinikasında həkim-labarant, 2010-2013-cü illərdə müxtəlif özəl şirkətlərdə tibbi nümayəndə, 2013-2022-ci illərdə X23 Mərkəzində həkim-laborant vəzifəsində işləmişdir. 2022-ci ilin sentyabr ayından hazıradək "xxxx" MMC-də laboratoriya müdiri vəzifəsində işləyir. Onun vəzifəsi laboratoriya işinin təşkili, işçilərə nəzarət etmək, təhlükəsizliyin təmin olunması, götürülmüş analizlərin işçilər arasında bölüşdürülməsi və sairdən ibarət olmuşdur. 2023-cü ilin iyun ayında Süleyman adlı şəxs onun iş yerinə gələrək Hemotologiya və Transfuziologiya institutunda həkim işlədiyini deyərək qan analizlərinin qiyməti ilə maraqlanmış, o, qiymətləri Süleymana demiş, söhbət zamanı sonuncu işlədiyi institutda ona tanıdığı müxtəlif həkim adlarını dediyindən Süleymanın həqiqətəndə Hemotologiya və Transfuziologiya institutunda işlədiyinə əmin olmuşdur. Daha sonra Süleyman ona qohumunun olduğunu, onun qan analizini endirimli qiymətə edə bilib-bilməyəcəyini soruşmuş, o, da Süleymanın həkim olduğunu bilib, bir həmkar kimi endirimli qiymətə analizləri edə biləcəklərini söyləmişdir. Süleyman da 1-2 günə qohumunu gətirəcəyini demişdir. 22 iyun 2023-cü il tarixdə Süleyman onun iş yerinə gələrək 2 ədəd içində qan olan və hər ikisinin üzərində qələmlə Sadiq Məmmədov yazılan tüp təqdim edərək qohumunun qanı olduğunu söyləmişdir. O, şəxsin özünün gəlməli olduğunu bildirmiş, Süleyman qan nümunəsini Hemotologiya və Transfuziologiya institutunda götürdüyünü, lakin hazırda orada həmin qanın analizi aparılmadığını, yaxın qohumunun qanı olduğunu, həmçinin qan nümunəsinin onun iştirakı ilə götürüldüyünü bildirib onu inandırmışdır. X31 da həmin vaxtı Süleymanın yanında olmuş və Süleyman Sadiqin qolunu bir daha deşilməməsini xahiş etmişdir. O, da Süleymana inanıb həmin 2 ədəd tüpü qeydiyyata aldırıb qan almaya təqdim etmişdir. Orada işçilər prosesə başlamış, o, analizin cavablarını götürüb səhərisi günü iş yerində Süleymana təqdim etmişdir. O, həmçinin Whatsapp proqramı vasitəsi ilə də həmin analizin cavabını Süleymana göndərmişdir. Həmin cavablarda Sadiq Məmmədovun talassemiya xəstəsi olmağına şübhələrin olması görünmüşdür. Süleyman həmin analizin cavabına görə qanuni şəkildə kassaya 50 manat ödəniş etmişdir. Bundan sonra Süleyman ona davamlı olaraq zəng edib başqa qohumunu da gətirəcəyini və buna görə ona endirimli qiymətlə kömək etməyini xahiş etmişdir. O, da Süleymanın həmkarı olması səbəbindən sonuncuya endirimli qiymətlə işi həll edəcəyini bildirmişdir. Süleyman hər dəfəsində ona zəng edərək qısa müddət ərzində gələcəyini söyləmişdir. Həmçinin bir dəfə də ondan 20 manat borc istədiyindən ona göndərdiyi kart hesabına 20 manat göndərmiş, lakin Süleyman zəng edərək 20 manat deyil 1000 manat borc istədiyini demiş, o, da həmin pulu verməyə imkanının olmadığını söyləmişdir. Bundan sonra təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Süleyman bir daha hazırda adını xatırlamadığı şəxslə onun yanına gələrək 2 ədəd tüp təqdim edərək qohumu olduğunu demiş, o, da həmin tübləri qəbul edib analizə təqdim etmişdir. Lakin artıq Süleymanın hərəkətlərindən şübhələndiyinə görə sonuncuya şəxsin yalnız özündən qan götürdükdən sonra analiz edə biləcəyini bildirmişdir. Süleyman da onunla razılaşmış, həmin şəxsdən işlədiyi laboratoriyada qan nümunəsi götürülüb analiz aparılmış və cavabını da Süleymana təqdim etmişdir. Həmin qan analizinə görə Süleymanın kassaya nə qədər ödəməsini hazırda xatırlamır. Bundan sonra Süleyman ona hal-əhval tutmaq üçün zəng etmiş, lakin görüşməmişlər.Həmçinin bildirmişdir ki, həmin vaxt Süleymandan təkidlə qanın Sadiq Məmmədova aid olub-olmadığını soruşmuş, Süleyman həqiqətən də qan nümunəsinin Sadiq Məmmədova məxsus olmasını bildirmiş, o, da Süleymana bir həmkar kimi inanmış, məqsədi sadəcə həmkar yoldaşı kimi kömək etmək olmuş, yəni sonuncunun hər hansı qanunsuz əməllərindən heç bir məlumatı olmamışdır. Süleymanın ona təqdim etdiyi Sadiq Məmmədovun qan analizlərinə görə sonuncunun kassaya ödədiyi 50 manat pul vəsaitindən başqa hər hansı məbləğdə pul almamışdır. Süleyman ona qohumunun maddi imkanının olmadığını, pulu öz vəsaiti hesabına ödədiyini də demişdir. Süleymanın Talassemiya xəstəliyindən əziyyət çəkməsi barədə məlumatı olmamışdır. Süleyman ona Sadiq Məmmədovun və gətirdiyi digər ikinci şəxsin analiz cavablarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbələrinə təqdim edib-etməyəcəyi barədə heç bir məlumat verməmişdir. Sadiq Məmmədovun qan nümunəsinin Süleymandan götürüb laboratoriyaya təqdim etməsi səhv bir hərəkət olsa da, bunun hər hansı qanun pozuntusu olması barədə məlumatı olmamış, Sadiq Məmmədovun adının qeyd edildiyi tüplərdə olan qan nümunələri Süleymanın və Sadiq Məmmədovun deməsinə görə sonuncuya məxsus olmuşdur. İşlədiyi "xxxx" MMC-də əldən heç cürə qan nümunəsi qəbul edilməmiş, şəxsin qan nümunəsini yalnız laboratoriya əməkdaşları götürüb analiz edə bilmişlər. O, Şahid8 qan nümunələrinin "xxxx" MMC-də analiz edilib-edilməməsi yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, ürəyinə görə ikinci qrup əlil olması ilə əlaqədar olaraq 2020-ci ilin noyabr ayına kimi pensiya almış, 2020-ci ilin dekabr ayından pensiyanın verilməsi ona məlum olmayan səbəbdən dayandırılmışdır. Həmin ərəfələrdə oğlu Zərərçəkmiş şəxs2 pensiyanın verilməsinin bərpa olunması üçün Sabirabad rayonunda tanıdığı Rüfət adlı şəxsə müraciət etdiyini və bu iş üçün sonuncunun 3.200 manat pul tələb etdiyini bildirmişdir. Daha sonra dəqiq bilmədiyi məbləğdə pulu oğlu İlqar Rüfətə vermiş, amma nədənsə iş uzanmışdır. Sonradan oğlu İlqar ona Rüfətin onu Süleyman adlı şəxslə tanış etdiyi və sonuncun pensiyanın bərpa olunması işini həll edəcəyini demişdir. 2023-cü ilin fevral ayında oğlu İlqar Süleymanın onu Bakı şəhərinə çağırdığını dediyindən Bakı şəhərinə gəlib sonuncu ilə Abdullayev adına Kardiologiya institunun həyətində görüşmüş və ona orada ürəyini kardioqrama etdirməsini söyləmişdir. O, da bütün vətəndaşları kimi qeydiyyata müraciət etmiş və adını bilmədiyi tibb bacısı ürəyini kardioqrama edərək vermişdir. O, da həmin kardioqramanı Süleymana verdikdən sonra sonuncu ona rayona qayıtmağını, özünün İlqarla əlaqə saxlayacağını demişdir. Səhv etmirsə həmin gün oğlu İlqar özünə məxsus bilmədiyi məbləğdə pulu Süleymanın kartına göndərmişdir. Bundan bir neçə müddət sonra İlqar onun pensiyasının bərpa məsələsinin alınmadığını deyərək pulu geri qaytardığını söyləmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid9, Şahid10, Şahid14 və Şahid16 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə aparılması” haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən Talassemiya Mərkəzinin laboratoriya şöbəsinə baxış zamanı çəkməcədə olan İsmayılov Rəşad Cəmiyyət oğluna məxsus tibbi sənədlər, Şahid8 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli göndəriş və Təqsirləndirilən şəxs1 üzərində 06 sayda içərisində sonuncuya məxsus qan nümunələri aşkar edilərək götürülmüşdür. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin 1093 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “Beta talassemiya gen daşıyıcılığı” vardır. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 3-28-5/2- 1181/23 nömrəli məktubuna əlavə edilmiş cədvəldən və qan nümunələrinin nəticələrindən görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixdə, Şahid6 xx.xx.2022-ci il tarixdə Hematologiya bölməsində, X19 xx.xx.2022-ci il tarixdə Talassemiya bölməsində vermiş olduğu qan nümunələrinin elektrofarez analizi nəticəsində sonuncularda “beta talassemiya gen daşıyıcılığı” aşkar olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-83/2-1129/2023-cü il nömrəli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, Şahid5 həkim-mütəxəssisin rəyi ilə Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafası (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm müharibə dövründə xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-83/2-1129/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Xidmətinin Binəqədi rayon İdarəsinə Şahid5 “beta talassemiya gen daşıyıcılığı”na dair göstəricilər əks olunmuş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2022-ci il tarixli qan nümunələrinin nəticələri, Şahid5 “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən verilmiş 799 nömrəli, 02 avqust 2022-ci il tarixli tibbi arayış və 26 avqust 2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-50/2- 1604/2023-cü il nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli Mərkəzi hərbi həkim komissiyasının qərarından görünür ki, Şahid6 Azərbaycan Respublikası Nazirlər kabinetinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin Xəstəliklər cədvəlinin 11 a maddəsinin İ qrafasına (ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş talassemiyalar) əsasən həm dinc dövrdə, həm müharibə dövründə xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-50/2- 1604/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Xidmətinin Sumqayıt Baş İdarəsinə Şahid6 “beta talassemiya gen daşıyıcılığı”na dair göstəricilər əks olunmuş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2022-ci il tarixli qan nümunələrinin nəticələri, Şahid6 “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən verilmiş 02 nömrəli, 05 yanvar 2023-cü il tarixli tibbi arayış və 01 mart 2023-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-83/2-1250/2023-cü il nömrəli məktubda göstərilmişdir ki, X29 tərəfindən Xidmətin Binəqədi rayon İdarəsinə sonuncuda “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” tərəfindən verilmiş 798 nömrəli, 10 iyul 2023-cü il tarixli tibbi arayış təqdim edilmiş, həmin tibbi arayış əsasında həmin Mərkəzə verilmiş göndəriş əsasında müayinə olunaraq Sadiq Məmmədovda hər hansı qan xəstəliyinin aşkar olunmaması ilə bağlı Xidmətin Binəqədi rayon idarəsinə “Sağlamlığın müayinə aktı” təqdim edildiyindən sonuncu hərbi xidmətə yararlı hesab olunmaqla xx.xx.2023-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-70/2-1593/2023-cü il nömrəli məktubdan görünür ki, X20 magistr təhsili aldığı Azərbaycan Dövlət İqtisad Universitetindən təqdim etdiyi arayışa əsasən möhlət hüququ verilmiş, sonuncu tərəfindən xəstəliyinə dair idarəyə hər hansı tibbi sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-76/2-1454/2023cü il nömrəli məktubdan görünür ki, X18 16.02.203-cü il tarixdə Suraxanı rayon İdarəsində hərbi həkim komissiyasından keçirilərək hərbi xidmətə yararlı hesab edilməklə xx.xx.2023cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Hacıəli Şirəliyev hərbi həkim komissiyasından keçərkən səhhəti ilə bağlı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-61/2-645/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid8 tərəfindən Xidmətin Ucar rayon şöbəsinə sonuncuda “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən "xxxx" özəl laboratoriyasının xx.xx.2023-cü il tarixli qan nümunələri cavablarını təqdim etdiyindən Şahid8 “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”ndə müayinə olunması üçün göndəriş verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-33/2-843/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid10 tərəfindən Xidmətin Kürdəmir rayon şöbəsinə sonuncuda “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən “Memorial Klinik” özəl laboratoriyasının xx.xx.2023-cü il tarixli qan nümunələri cavablarını təqdim etməsi səbəbindən göndəriş əsasında “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”ndə müayinə olunaraq qanında hər hansı sistem xəstəliyinin aşkar olunmaması barədə akt daxil olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-19/2-968/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid7 tərəfindən Xidmətin Füzuli rayon şöbəsinə sonuncuda “Beta talassemiya gen daşıyıcılığı”nı əks etdirən “Sunlab” özəl laboratoriyasının xx.xx.2023-cü il tarixli qan nümunələrinin cavabları təqdim edilmişdir. Həmçinin Şahid7 verilmiş göndəriş əsasında 1 saylı Respublika Psixiatriya xəstəxanasından daxil olmuş 1013/2023 nömrəli sağlamlıq vəziyyətinin müayinə aktında sonuncuda “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissossiativ pozuntu” diaqnozu aşkar olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-50/2- 1958/2023-cü il nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid9 Xidmətinin Sumqayıt Baş İdarəsinə qan nümunələrinin nəticələri və ya digər qan xəstliyi ilə bağlı sənəd təqdim etməmişdir. “Sunlab” özəl laboratoriyadan daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş qan nümunələrinin nəticələrindən görünür ki, “Sunlab” özəl laboratoriyasında xx.xx.2023-cü il tarixə Şahid9 və xx.xx.2023-cü il tarixdə Şahid7 qan nümunələrinin analizi nəticəsində sonunculara dair tərtib edilmiş nəticələrdə talassemiya gen daşıcılığına dair göstəricələr əks olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş qan nümunələrinin nəticələrindən görünür ki, "xxxx" özəl laboratoriyasında xx.xx.2023-cü il tarixə Şahid8 və xx.xx.2023-cü il tarixdə X21 qan nümunələrinin analizi nəticəsində sonunculara dair tərtib edilmiş nəticələrdə talassemiya gen daşıcılığına dair göstəricələr əks olunmuşdur. “Hemolab” özəl laboratoriyasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid9 xx.xx.2023-cü il tarixdə “Hemolab” özəl laboratoriyasında verdiyi qan nümunələri analiz edilməsi üçün “Talassemiya Mərkəzi”nə göndərilmişdir. “Bakı-Tehran” özəl laboratoriyasından daxil olmuş 02 avqust 2023-cü il tarixli məktubundan görünür ki, labarotoriyalarına daxil olmuş qan nümunələri aralarında bağlanmış 18 aprel 2022-ci il tarixli “səhiyyə sahəsində korparativ xidmət müqaviləsi” əsasında tədqiq edilməsi üçün “Memorial Klinika”ya gödərilmişdir. “Bakı-Tehran” özəl laboratoriyasından daxil olmuş 02 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş qan nümunələrinin nəticələrindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə, Şahid9 xx.xx.2022-ci il tarixdə, Şahid5 xx.xx.2022-ci il tarixdə qan nümunələrinin analizi nəticəsində “Memorial Klinika” tərəfindən sonunculara dair tərtib edilmiş nəticələrdə talassemiya gen daşıcılığına dair göstəricələr əks olunmuşdur. “Bakı-Tehran” özəl laboratoriyasından daxil olmuş 02 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş Şahid10 dair qan nümunəsinin nəticəsindən görünür ki, Şahid10 “Bakı-Tehran” özəl laboratoriyasında verdiyi qan nümunələrinin tədqiqi əsasında “Memorial Klinika” tərəfindən sonuncuya dair tərtib edilmiş nəticədə talassemiya gen daşıcılığına dair göstəricələr əks olunmamışdır. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 3-28-5/2- 1194/23 nömrəli məktubuna əlavə edilmiş aktlardan görünür ki, Şahid6 və Şahid5 qan nümunələrinin xx.xx.2023-cü il tarixdə təkrar analizi zamanı sonuncularda “Beta talassemiya gen daşıyıcılığı” aşkar olunmamışdır. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 3-28-5/2- 1243/23 nömrəli məktubuna əlavə edilmiş aktdan görünür ki, X19 qan nümunələrinin xx.xx.2023-cü il tarixdə təkrar analizi zamanı sonuncuda “Beta talassemiya gen daşıyıcılığı” aşkar olunmamışdır. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 3-28-5/2- 1256/23 nömrəli məktubuna əlavə edilmiş aktlardan görünür ki, Şahid8 və Şahid7 qan nümunələrinin xx.xx.2023-cü il tarixdə təkrar analizi zamanı sonuncularda “Beta talassemiya gen daşıyıcılığı” aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-83/2-1401/2023-cü il nömrəli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2023-ci il tarixli Mərkəzi Həkim komissiyasının 14a/47 nömrəli arayışından görünür ki, Şahid5 təkrar müayinə olunaraq hərbi xidmətə yararlı hesab edilərək çağırışçıların qeydiyyatına keçirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayt şəhər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-50/2- 2178/2023-cü il nömrəli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2023-ci il tarixli Mərkəzi Həkim komissiyasının 24a/28 nömrəli arayışından görünür ki, Şahid6 təkrar müayinə olunaraq hərbi xidmətə yararlı hesab edilərək çağırışçıların qeydiyyatına keçirilmişdir. 27 ədəd ödəniş qəbzlərindən görünür ki, 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla Binəqədi rayon Xocahəsən qəsəbəsində yerləşən “Məst”, “Yaşar”, “Halal” marketlərdə quraşdırılmış “Emanat” və “Milliön” ödəmə terminallarından və bank kartından Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-yə məxsus 5243********6890 nömrəli karta ümumilikdə 5.550 manat pul vəsaiti köçürülmüşdür. Təqsirləndirilən şəxs1 aid "xxxx" ASC-yə məxsus **********850085 və **********039667 nömrəli "xxxx" ASC-yə məxsus **********516890 nömrəli və **********469313 bank kartlarının çıxarışlarından görünür ki, qeyd olunan kartların hesabına 2022-ci ilin aprel ayından 2023cü ilin iyul ayınadək olan müddət ərzində ödəniş terminalarından və onlayn qaydada müxtəlif məbləğlərdə çoxsaylı köçürmələr olmuşdur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X25” X40 məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 490/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta/İ/-dir. Ekspertizaya təqdim olunmuş 06 ədəd flakonda olan nümunələr insan qanıdır və bu qan 0 alfa, beta/İ/ qruplu şəxsə, o cümədən AB0 sistemi üzrə Təqsirləndirilən şəxs1 məxsus ola bilər. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X40 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idalə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 3-28-5/2- 1182/23 nömrəli məktubuna əlavə edilmiş əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs1 “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin icraçı direktorunun 01 fevral 2021-ci il tarixli, 412 nömrəli əmri ilə həmin Mərkəzin Klinik diaqnostik laboratoriya şöbəsinin Talassemiyanın profilaktika bölməsinin laborantı vəzifəsinə təyin edilməklə 01 fevral 2022-ci il tarixli 144 nömrəli əmri ilə Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi 128 ünvanında yerləşən həmin şöbənin Biokimya bölməsinə vəzifə öhdəliyinin icra edilməsi məqsədi ilə rotasiya edilmişdir. "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskə baxış keçirilməsinə dair 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, diskdə “14458 xx.xx.2023” adlı 01 ədəd qovluq var. Həmin qovluqda 8 sayda fayl vardır. 515439090_SMS.txt faylına baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 13:28:35-də “Eli ve orucun iwine atqaz verdirirem danisim elinin atasinada zeng olunacag gelsin pulun aparsin orucunda her 2 vayenkomatada melumat verilir. Senen adam zad hecne istemirem day basgasi ile.iwivi gorersen” məzmunlu smsin göndərildiyi, həmçinin Şahid11 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə 00:16:58-də “Süleyman 3 gündə bitdi pulum nə oldu” xx.xx.2023-cü il tarixdə 14:46:14-də “Məni ələ salmısan sən”, xx.xx.2023-cü il tarixdə saat 20:41:55-də “Sən mənim əsəblərimnən oynama gətir bu gün pulumu ver” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid11 istifadəsində olan ***-***- **-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 23:44:46-da “kiminse 1 manatina ehtiyacim yoxdu sabah gorusub verecem pulunuzu” məzmunlu smslərin göndərildiyi müəyyən olunmuşdur. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”ndən daxil olmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 iş yeri üzrə mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X26 şəxsdən daxil olmuş 31 iyul 2023-cü il tarixli 9925 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Respublika Psixiatriya xəstəxanasında müalicədə olmamışdırlar. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 42 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 28 iyul 2023-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 şəxsiyyəti müsbət xarakterizə edilmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 19 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 28 iyul 2023-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs3 şəxsiyyəti müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdırlar. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Zərərçəkmiş şəxs X10 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Zərərçəkmiş şəxs X6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 2313 manat dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs2 31 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, CM-nin 321-ci maddəsi ilə təqsirli bilir və CM-nin 75-ci maddəsinə əsasən cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 31 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, CM-nin 321-ci maddəsi ilə təqsirli bilir və CM-nin 75-ci maddəsinə əsasən cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 14 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, o, ona qarşı verilmiş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı və dövlət büdcəsinə 25% ödəniş etmişdir. Həmçinin bir çox epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən CM-nin 72, 73-1 və 75-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad ediməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 tərəfindən Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma-iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi birinci (2022-ci ilin aprel ayından 2022-ci ilin avqust ayınadək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3.600 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etməsi), üçüncü (2022-ci ilin iyul ayından 2022-ci ilin sentyabr ayınadək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Təranə Xankişiyevaya məxsus ümumilikdə 2.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etməsi) və səkkizinci (2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayınadək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardаn sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2.950 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etməsi) epizodlar üzrə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi ikinci (13 sentyabr 2022-ci il tarixdə tamah niyyətilə Şahid5 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməsi əməlini törətmişdir), altıncı (19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi əməlini törətmişdir) və yeddinci (05 dekabr 2022-ci il tarixdə tamah niyyətilə Əbülfəz Ağayevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi əməlini törətmişdir) epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2-ci bəndinə görə ikinci, altıncı və yeddinci epizodlarında qeyd olunan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Lakin Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi dördüncü (tamah niyyətilə Sadiq Məmmədovun qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi), beşinci (Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməsi), doqquzuncu (Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Hacıəli Şirəliyevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etməsi), onuncu (tamah niyyətilə Şahid7 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etm), on birinci (tamah niyyətilə Şahid9 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etm) və on ikinci (tamah niyyətilə Şahid8 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi) epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirlidir və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri üzrə ittiham hökm çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının (portal çıxarışa əsasən) olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs1 cinayət əməlini tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar törətməsi (CM-nin 61.1.1, 61.1.3 və 61.1.6) onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli – 02 aprel 2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi ikinci (19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi əməlini törətmişdir) epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2-ci bəndinə görə ikinci epizodda qeyd olunan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Lakin Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi birinci (Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməsi) və üçüncü (Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Hacıəli Şirəliyevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etməsi) epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirlidir və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri üzrə ittiham hökm çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cinayət əməlini tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar törətməsi (CM-nin 61.1.1, 61.1.3 və 61.1.6) onun cəzasını ağırlaşdıran hallardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli tam etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlləri Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi ikinci (19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid10 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsi əməlini törətmişdir) epizod üzrə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 29, 32.3, 321.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2-ci bəndinə görə ikinci epizodda qeyd olunan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Lakin Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi birinci (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid6 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməsi) epizod üzrə cinayət əməlini törətməkdə təqsirlidir və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 32.3, 321.1-ci maddəsi üzrə ittiham hökm çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cinayət əməlini tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar törətməsi (CM-nin 61.1.1, 61.1.3 və 61.1.6) onun cəzasını ağırlaşdıran hallardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli tam etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs3 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əfsəl oğluna məhkəmədə iştirak etdiyi 96 saata görə 576 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 96 saata görə 576 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 320.1, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 29, 320.1, 320.1-ci maddələri ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qrumuna tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 321.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qrumuna tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əfsəl oğluna məhkəmədə iştirak etdiyi 96 saata görə 576 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 96 saata görə 576 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-11/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-11/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver