Məhkəmə qərarları › İş №1(005)-110/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-110/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-110/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mənsum oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(005)-3144/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-cu il tarixli, 2(103)-3403/20l7 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs 66,000 (altmış altı min) ABŞ dolların və 30 (otuz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2, 31,800 (otuz bir min səkkiz yüz) ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə və 30 (otuz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(005)-3144/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-cu il tarixli, 2(103)-3403/2017 saylı qanuni qüvvəyə minmiş qərarlarını icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(005)-703/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxx 2018-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə məhkəmə qərarlarını qərəzli olaraq icra etməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 400 (dörd yüz) manat təşkil edir. Zərərçəkmiş şəxs2 2015-ci il tarixdə qısa müddət ərzində qaytarılması məqsədi ilə 60,000 (altmış min) manat məbləğində pul vəsaiti borc almış və sonradan həmin pulu qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış və məhkəmənin xx xxx 2016-cı il tarixli qərardadı ilə aralarında bağlanılmış barışıq sazişinə əsasən ondan 66,000 ABŞ dolları və 30 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 30,000 ABŞ dolları məbləğində pul vəsaiti üzərinə hər ay ümumi məbləğin 3%-ni ödəmək şərti ilə borc almış, həmin borcun faiz hissəsini ödəsə də əsas borcu sonradan qaytara bilməmişdir. Bundan sonra Yaşar Həşimov ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan 31,800 ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə və 30 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarları üzrə verilmiş icra vərəqələri aidiyyəti üzrə Nərimanov Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və orada icra məmuru tərəfindən icra işi başlanaraq ona məhkəmə qərarlarının icra olunması üçün könüllü müddət verilmişdir. Bundan əlavə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən onun barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş və qeyd olunan Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra da icra məmuru məhkəmə qərarlarının icrası ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də o, qərardad və qətnamənin icrasından boyun qaçırmamış, borcundan hissəvi olaraq hər iki tələbkara ödənişlər etmişdir. Ödənişi tam icra etməməyinin səbəbi işini itirməyi və xəstələnməsi olmuşdur. Hazırda işində yeni yüksək məbləğli müqavilərəri var, vaxt veriləcəyi təqdirdə borcunu yanvar ayınadək tam olaraq ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ifadəsində Təqsirləndirilən şəxs 2014-cü ildə ondan 30,000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almışdır. Bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə məhkəmədə ona qarşı iddia qaldıraraq pulunu tələb etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Əli Məmmədovdan 31,800 ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə və 30 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra qətnamə icraya yönəldilmiş, icra müddətində Əli Məmmədov tərəfindən ona 1700 manat pul ödənilmişdir. X2 şikayətçidir və ona olan borcunu tam olaraq tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Əli Məmmədov 2013-cü ildə ondan 66,000 ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarılması məqsədi ilə borc almışdır. Bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırılaraq pulunu tələb etmiş, həmin məhkəmənin xx xxx 2016-cı il tarixli qərardadı ilə iddia təmin edilərək ondan 66,000 ABŞ dolları və 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan sonra qərardad icraya yönəldilmiş, icra müddətində Əli Məmmədov tərəfindən ona 7000 ABŞ dolları və 1700 manat pul ödənilmişdir. X1 58000 ABŞ dolları borcu qalmışdır. X4 şikayətçi olduğunu bildirərək ona olan borcunun tam olaraq ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 66,000 ABŞ dolları və 30 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, 31,800 ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə və 30 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(005)- 3144/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-cu il tarixli, 2(103)- 3403/2017 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktları icra edilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədləri icraata qəbul edilərək xx xxxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixlərdə icraata başlanma haqqında qərarlar qəbul olunmuş və tələbin 10 (on) gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildirişlər təqdim edilmişdir. Bundan sonra məhkəmə qərarları borclu tərəfindən könüllü olaraq icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə o, Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah olunmuşdur. Borclu izahatında fərdi əməklə məşğul olduğunu, lakin maddi imkanı kifayət qədər yüksək olmadığından məhkəmə aktlarını icra etmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarlarını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(005)-703/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Daha sonra məhkəmə aktlarının icrasının təmin edilməsinə dair ona yenidən müddət təyin edilsə də o, hərəkətlərini davam etdirməklə qərarların icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 verdiyi ifadəyə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 1); xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi – Baş İcra Məmuru tərəfindən təsdiq edilmiş AR ƏN İstintaq İdarəsinin rəisinə ünvanlanmış təqdimatdan görünür ki, “İcra haqqında” AR Qanununun 84.4-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 196-cı maddələrinin tələblərini rəhbər tutaraq icra sənədlərinin icrasından qərəzli olaraq yayınan borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələyə baxılması üçün təqdimat verilmişdir. (i.v. 7-8); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(010)-3144/16 saylı xx xxx 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məzmunundan görünür ki, qeyd olunan qətnamə ilə cavabdeh Təqsirləndirilən şəxs 66000 ABŞ dolları və 30 manat məbləğində pulu hazırki barışıq sazişi təsdiq olunduğu vaxtdan, yəni xx xxx 2016-cı il tarixdən 11 ay müddətində, hər ay 6000 ABŞ dollarından aşağı olmayan məbləğdə iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmiş və qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyindən qanunamüvafiq şəkildə icra olunması üçün müvafiq icra vərəqəsi verilmişdir. (i.v. 10); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3403/2017 saylı xx.xx.2017-ci tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 30000 ABŞ dolları məbləğində əsas borc, borcun qaytarılmasının gecikdirilməsinə görə 1500 ABŞ dolları məbləğində pul, hüquqi xidmətlərə görə 300 ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmiş və qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyindən qanunamüvafiq şəkildə icra olunması üçün müvafiq icra vərəqəsi verilmişdir. (i.v. 13); Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3144/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3403/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri ümumi icraatda 105256/2017 № ilə birləşdirilmişdir. (i.v. 17); İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 105256/17 nömrəli icra işi üzrə xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3144/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnaməsi üzrə verilmiş xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 18- 19); İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 219615 nömrəli icra işi üzrə xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3403/2017 saylı, xx.xx.2017-ci il tarixli Qətnaməsi üzrə verilmiş xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 20-21); Borclunun axtarılması haqqında xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3144/2016 saylı xx xxx 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Təqsirləndirilən şəxs barədə axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 86); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 3(005)- 703/2018 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. (i.v.161-163); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(005)- 1094/2018 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq 1 il müddətinə məhdudlaşdırılmışdır. (i.v.199); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-si tərəfindən CMnin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək azadlığa buraxılmışdır. (i.v.248); Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına xitam verilmiş, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. (i.v. 272-281); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.315-316); “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 324- 326); Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə isə 1200 manat Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə isə 1200 manat Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM 158.2.1., 158.6.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar