Məhkəmə qərarları › İş №1(005)-110/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-110/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-110/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Lerik rayonunun Şingədulan kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Şingədulan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana gülçülük sovxozu yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə inspektor vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün bununla bağlı ona müvafiq iltizam yazıb verməklə 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən fərdi əməklə məşğul olaraq sifariş əsasında Bakı şəhərində müxtəlif tikinti işləri görür. Cinayət işi üzrə şahid qismində dindirilmiş Yunis onun qonşusudur. Fətullanı isə Yunis vasitəsi ilə tanımışdır. Belə ki, onun işlədiyi şirkət 15000 manat məbləğində pulu əmək haqqı qismində onun hesabına köçürmə etmişdir. O isə məbləğ böyük olduğundan nağdlaşdıra bilməmişdir və bu səbəblə Fətulla adlı şəxsə müraciət etmişdir. Şirkət pulu Fətullanın hesabına köçürmüşdür, Fətulla isə öz növbəsində pulu nağdlaşdırıb ona vermişdir. Əvəzində isə ondan məbləğin 12% miqdarında pul almışdır. Zərərçəkmiş şəxsla onu Fətulla tanış etmişdir və Həşimi ona öz biznes ortağı kimi təqdim etmişdir. O, Həşimdən işə düzəltmək adı altında pul almamışdır. Həşimdən aldığı 20 min manata dair qəbz isə ona hədə-qorxu ilə yazdırılmışdır. Sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, tikintidə podratçı kimi fəaliyyət göstərir. Fətulla adlı şahid isə zərərçəkmiş şəxsin ortağıdır. Həşimlə onu Fətulla tanış etmişdir. Onun işlədiyi şirkət Fətullaya məxsus bank hesabına pul köçürmüşdür və o da köçürülmüş həmin pulu götürmək üçün ofisə gəlmişdir. Zərərçəkmiş şəxs və onun oğlu ona hədə-qorxu gəlmişlər və o da qorxusundan qəbzə qol çəkərək Zərərçəkmiş şəxs 20.000 manat almasını qeyd etmişdir. Lakin bununla bağlı heç hara şikayət etməmişdir. Cinayət işinin materiallarında olan fotoşəkillərlə sonradan tanış olmuşdur. Onun şirkətə avadanlıqlara görə borcu olmuşdur, həmin pul ilə şirkətə olan borcunu bağlamışdır. O, Zərərçəkmiş şəxs işə düzəltmək adı altında pul almamışdır. Onun işlədiyi şirkətin rəhbəri Şahid3dur. Həmin şəxs köçürülmüş pulların nağdlaşdırılaraq ona verilməsini təsdiq edə bilər. "xxxx" Şirkəti ona məxsus olan pulu Fətullanın hesabına köçürürmüş, o isə Fətullaya məbləğin 12% miqdarında pul ödəməklə pulu götürmüşdür. Şirkətin 70-80 nəfər işçisi var. İş materiallarına əlavə edilmiş fotoşəkillər çəkilərkən ondan gülümsəməsini tələb etmişlər və o da bu səbəbdən gülmüşdür. İşlədiyi şirkət pulu Fətullanın hesabına köçürmüş və Fətulla da pulu nağdlaşdıraraq ona vermişdir. Bu proses aralarında narazılıq olana qədər davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında tanışı X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən ofisinə gəlib ondan dekorativ gül kolları almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin sonunda başlayan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar dekorativ gül kollarının ölkə ərazisinə idxalı ilə bağlı müəyyən çətinliklər yarandığını söyləyib bu məqsədlə bir müddət sonra görüşüb danışmağı təklif etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ali təhsilinin olub-olmadığını və əvvəllər dövlət orqanlarında hər hansı vəzifədə işləyib-işləmədiyini soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs 1991-ci ildə Gəncə X2n aqronom ixtisası üzrə qiyabi şöbəsini bitirdiyini, lakin buna baxmayaraq, əvvəllər dövlət orqanlarında hər hansı vəzifədə işləmədiyimi bildirmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs bir az düşündükdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində məsul vəzifədə işləyən tanışlarının olduğunu bildirib onu qısa müddət ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə ləyin etdirə biləcəyini söyləmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar işləri qaydasında getmədiyi üçün dövlət orqanlarında müntəzəm əmək haqqı verilən iş axtardığı üçün Təqsirləndirilən şəxs təklifi barədə düşünüb ondan qeyd olunan vəzifə üzrə aylıq əmək haqqının neçə manat olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsində işləyən şəxslərin aylıq minimum 2000 manat məbləğində əmək haqqı aldıqlarını söyləyib razılıq verəcəyi təqdirdə İqtisadiyyat Nazirliyində məsul vəzifədə işləyən nüfuzlu tanışlarının vasitəsilə maksimum 1 ay müddətində onu Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə təyin etdirə biləcəyini deyib bu məqsədlə ondan 20000 manat pul istəmişdir. Bu zaman tərəddüd etdiyini görən Təqsirləndirilən şəxs narahat olmamağını söyləyib qeyd olunan vəzifədə işləyən şəxslərin aylıq əmək haqqından əlavə müalicə pulu və sair bu kimi digər ödənişlər aldıqlarını, habelə xidməti avtomobillə təmin olunduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs 20000 manatı konkret olaraq nə məqsədlə istədiyini soruşduqda o, bu vəzifəyə qəbul üçün çoxsaylı müraciətlərin olduğunu bildirib 20000 manatı onu bu vəzifəyə təyin etdirməsi müqabilində zəhməthaqqı kimi istədiyini bildirmişdir. Nəhayət Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb onunla razılaşaraq bir neçə gün sonra ofisə gəlib ondan 20000 manatı götürməsini söyləmişdir. Təqsirləndirilən şəxs razılığını bildirib növbəti görüş zamanı 20000 manatla yanaşı şəxsiyyət vəsiqəsinin, habelə ali təhsil haqqında diplomunun surətini də ona verməsini istəmişdir. Bir neçə gün sonra, 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ümumi tanışları Şahid1 və Şahid2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən ofisinə gəlmişdir. Hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs pulu və sənədləri hazırlayıb-hazırlamadığını soruşmuşdur. Buna cavab claraq ofisdə özünə məxsus şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini 200-lük əskinaslardan ibarət 20000 manat məbləğində pul vəsaiti ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. Pulu verən zaman Təqsirləndirilən şəxs bu barədə ona qəbz yazıb verməsini xahiş edərək gələcəkdə aralarında narazılıq yaranmasın deyə pulu fotoçəkiliş aparılmaqla sayıb qəbul etməsini xahiş etmişdir. Elvin cavabında gülümsəyərək narahatçılığa heç bir əsas olmadığını bildirib onun bu təklifi ilə razılaşmışdır. Bu zaman Fətulladan Elvinin fotoşəkilini çəkməsini xahiş etmiş, Fətulla etiraz elməyərək 20000 manat məbləğində pulu sayıb qəbul edərkən özünə məxsus mobil telefonla Elvinin fotoşəkillərini çəkmişdir. Elvin pulu sayıb qəbul etdikdən sonra öz dəsti xətti ilə bu barədə könüllü olaraq ona qəbz yazıb vermişdir. Həmin vaxt ofisdə olan Fətulla və Yunis də onunla yanaşı həmin qəbzi imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs söz verdiyi kimi. 1 ay müddətində məsələni həll edəcəyini vəd edib çıxıb getmişdir. 2022-ci ilin fevralmart aylarında Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb narahat olaraq bir neçə dəfə onun mobil telefonuna zəng etmişdir. Lakin, Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Narahat olaraq ümumi tanışları Fətulla və Yunisə zəng vuraraq Elvinin barəsində maraqlanmışdır. Fəıulla və Yunis bir müddətdir ki. Elvini görmədiklərini bildirmişlər. Beləcə, bir neçə ay Elvini axtarsa da. tapa bilmədikdən sonra Elvinin onu aldadaraq 20000 manat məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Odur ki, 2022-ci ilin iyun ayında Elvinin barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmişdir. Odur ki, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulu Elvinə verənədək, onunla ümumilikdə üç dəfə görüşmüşdür. Elvin onun yanına Fətulla ilə birlikdə gəlmişdir. Fətulla isə onun 12 illik tanışıdır. Elvinə etibar etməyinin səbəbi Fətulla olmuşdur. O, Elvinlə əlaqə saxlayanda Elvin ona iş düzəlməsə pulunu geri qaytaracağını bildirmişdir. O, "xxxx" adlı şirkət tanımır. Onun şirkətində kosmetik vasitələr satılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs 2012-ci ildən etibarən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs xarici ölkələrdən Azərbaycan Respublikasına dekorativ gül kollarının idxalı və ölkə ərazisində satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə 2020-ci ildə Bakı şəhərində Şahid2 vasitəsilə tanış olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs həmişə özünü "xxxx" MMC-nin məsul işçisi, o cümlədən nüfuzlu və işgüzar şəxs kimi təqdim etmiş, Bakı şəhərində müxtəlif abadlıq layihələri təşkil edib həyata keçirdiyini iddia etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb görüşərək yeni abadlıq layihəsi üzərində işlədiyini bildirib bununla əlaqədar dekorativ gül kollarına ehtiyacı olduğunu demişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs xarici ölkələrdən Azərbaycana dekorativ gül kollarının idxalı və ölkə ərazisində satışı ilə məşğul olduğunu bildirib bu məqsədlə Zərərçəkmiş şəxsla görüşüb söhbət etməsini məsləhət görmüşdür. Elə həmin ərəfələrdə, yəni 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında Təqsirləndirilən şəxs təklifi ilə bu barədə Zərərçəkmiş şəxsla görüşüb söhbət etmək üçün onunla birlikdə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən ofisinə getmişlər. Həmin ofisdə söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışlıq verdikdən sonra dekorativ gül kolları almaq istədiyini bildirmişdir. Həşim cavabında Elvinə 2019-cu ilin sonunda başlayan Koronavirus (COVİD- 19) pandemiyası ilə əlaqədar dekorativ gül kollarının ölkə ərazisinə idxalı ilə bağlı müəyyən çətinliklər yarandığını söyləyib bu məqsədlə bir müddət sonra görüşüb danışmağı təklif etmişdir. Söhbət əsnasında Elvin Həşimdən ali təhsilinin olub-olmadığını və əvvəllər dövlət orqanlarında hər hansı vəzifədə işləyib-işləmədiyini soruşmuşdur. X11 X2 bitirməsinə baxmayaraq, əvvəllər dövlət orqanlarında hər hansı vəzifədə işləmədiyini bildirmişdir. Elvin bunu eşidib Həşimə İqtisadiyyat Nazirliyində məsul vəzifədə işləyən tanışlarının olduğunu bildirib onu qısa müddət ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə ləyin etdirə biləcəyini söyləmişdir. Həşim bir qədər düşünərək Elvindən inspektor vəzifəsində işləyən şəxslərin aylıq əmək haqqı barədə maraqlanmışdır. X10 Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsində işləyən şəxslərin aylıq minimum 1200 manat məbləğində əmək haqqı aldıqlarını söyləyib razılıq verəcəyi təqdirdə İqtisadiyyat Nazirliyində məsul vəzifədə işləyən nüfuzlu tanışlarının vasitəsilə maksimum 1 ay müddətində onu Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə təyin etdirə biləcəyini deyib bu məqsədlə ondan 20000 manat pul istəmişdir. Elvin həmçinin həmin vəzifədə işləyən şəxslərin aylıq əmək haqqından əlavə müalicə pulu və sair bu kimi digər ödənişlər aldıqlarını, həmçinin xidməti avtomobillə təmin olunduqlarını və 20000 manatı ondan gördüyü işin müqabilində zəhmət haqqı kimi istədiyini demişdir. Həşim nəhayət Elvinlə razılaşaraq bir neçə gün sonra ofisə gəlib ondan bu məqsədlə 20000 manatı götürməsini söyləmişdir. Elvin Həşimə növbəti görüş zamanı 20000 manatla yanaşı şəxsiyyət vəsiqəsinin, habelə ali təhsil haqqında diplomunun surətini də ona verməsini istəmişdir. Həşim razılaşaraq Elvinə gələcəkdə narazılıq və sözsöhbət olmasın deyə, pulu şahid kimi onun yanında verəcəyini demişdir. Elvin etiraz etməyib razılaşmışdır. Bir neçə gün sonra, 19 yanvar 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs və ümumi tanışları Şahid2 ilə birlikdə Həşimin ünvan 3 ünvanında yerləşən ofisinə getmişlər. Həmin ofisdə Həşim özünə məxsus şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini 200-lük əskinaslardan ibarət 20000 manat məbləğində pul vəsaiti ilə birlikdə Elvinə vermişdir. Pulu verən zaman Həşim Elvindən bu barədə ona qəbz yazıb verməsini xahiş edərək gələcəkdə aralarında narazılıq yaranmasın deyə, pulu fotoçəkiliş aparılmaqla sayıb qəbul etməsini xahiş etmişdir. Elvin narahatçılığa heç bir əsas olmadığını bildirib Həşimin bu təklifi ilə razılaşmışdır. Bu zaman Həşim ondan Elvinin fotoşəkilini çəkməsini xahiş etmişdir. Etiraz etməyərək özünə məxsus «Samsung A5» markalı smartfon tipli mobil telefonu ilə həmin vaxt Elvinin fotoşəkillərini çəkmişdir. Elvin pulu sayıb qəbul etdikdən sonra öz dəsti xətti ilə bu barədə könüllü olaraq Həşimə qəbz yazıb vermişdir. Həmin vaxt ofisdə olan Yunis ilə birlikdə həmin qəbzi imzalamışdır. Bundan sonra Elvin Həşimə 1 ay müddətində məsələni həll edəcəyini vəd edib çıxıb getmişdir. Bundan sonra uzun müddət Elvini görməmişdir. 2022-ci ilin mart ayında Həşimlə görüşüb hal-əhval tutaraq məsələnin nə yerdə olduğunu soruşduqda Həşim Elvinin onu aldadaraq 20000 manat məbləğində pulunu ələ keçirdiyini və onun telefon zənglərinə cavab vermədiyini demişdir. Məhz bundan sonra Elvinin Həşimi aldatdığını bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elvinlə Yunis qonşu olduqları üçün 2018-ci ildən etibarən bir-birilərini tanıyırlar. Elvin ona abadlıqda baş mütəxəssis işlədiyini bildirmişdir. Elvin ona dekorativ ağac lazım olması barədə müraciət etmişdir. Elvin zərərçəkmiş şəxsi İqtisadiyyat Nazirliyində inspektor vəzifəsinə düzəldəcəyini vəd etmişdir. Elvin zərərçəkmiş şəxsə bildirmişdir ki, həmin vəzifə üzrə yüksək əmək haqqı və xidməti avtomobili də olacaq. Elvin 20 min manat pulu zəhmət haqqı kimi istəmişdir. Eyni zamanda Elvin Həşimi işə kimin vasitəsi ilə düzəldəyəcini də deməmişdir. Həşimin işə düzəlməsi ilə bağlı söhbətə o ümumiyyətlə qarışmamışdır. Qəbz yazılarkən Elvinə heç bir təsir və təzyiq olmamışdır. Elvin bir ay ərzində məsələni həll edəcəyini vəd etmişdir. O, "xxxx" şirkətini və Şahid3 tanımır. Onun nağdlaşdırma ilə bağlı məsələyə aidiyyatı yoxdur. Təqsirləndirilən şəxsin danışdıqları hamısı yalandır. Elvin ona borc lazım olduğunu deməmişdir, o sadəcə olaraq bildirmişdir ki, layihə götürüb, bununla bağlı ona dekorativ ağaclar lazımdır. Elvin Yunisin qonşusudur. Həşim bu məsələdən sonra onu da işdən qovmuşdur. Elvinin indiyə qədər kimisə işə düzəltməsindən məlumatı olmayıb. Elvinlə ümumilikdə 7-8 dəfə görüşmüşdür. Bəzi görüşlərdə Yunis də olmuşdur. Ynuisin nə işlə məşğul olduğunu bilmir. Çox vaxt Yunisin kürəkəninin idarə etdiyi restoranda birlikdə görüşmüşlər. Elvin onlara ona borc lazım olduğunu deməmişdir. Sadəcə bildirmişdir ki, yeni layihə ilə məşğul olur və ona dekorativ ağaclar lazımdır. Ofisdə olan zaman onların şəklini çəkməyi Həşim ondan xahiş etmişdir. Həşimlə Elvin ofisdə söhbət edən zaman o, arxa divanda əyləşmişdir. Söhətlərdən anlamışdır ki, Elvin Həşimə işə düzəltməyi təklif edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü ona "xxxx" MMC-nin məsul işçisi kimi təqdim etmiş və bir neçə dəfə söhbət əsnasında Bakı şəhərində müxtəlif abadlıq layihələri təşkil edib həyata keçirdiyini, müxtəlif nazirliklərdə nüfuzlu tanışlarının olduğunu bildirmişdir. 19 yanvar 2022ci il larixdə günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb onunla hal-əhval tutaraq ümumi tanışlan Şahid1 ilə bir-iki saatlıq işi olduğunu bildirib birlikdə Nərimanov rayonuna gedib Fətulla ilə görüşməyi təklif elmişdir. Bekarçılıq olduğu üçün etiraz etməyib razılaşaraq Elvinlə birlikdə taksi avtomobilinə əyləşib Ramana qəsəbəsindən Nərimanov parkına gəlmişlər. Nərimanov parkında Fətullanın onları gözlədiyini görüb yaxınlaşaraq onunla salamlaşıb hal-əhval tutmuşlar. Bu zaman X5 işə girmək üçün ona söz verdiyi pulu təşkil edib-etmədiyini soruşmuşdur. Həşimi tanıdığı üçün təəccüblənərək Elvindən Həşimin ona nədən ötrü pul verməli olduğunu soruşmuşdur. Elvin ona konkret cavab verməsə də, Fətulla bir neçə gün əvvəl Elvinin Həşimlə görüşüb danışaraq onu 20000 manat müqabilində Dövlət Vergi Xidmətində inspektor vəzifəsinə işə düzəldəcəyini vəd etdiyini demişdir. Daha da təəccüblənərək X8 Xidməti ilə nə kimi əlaqəsinin olduğunu soruşmuşdur. Elvin cavabında Dövlət Vergi Xidmətində məsul vəzifədə işləyən nüfuzlu tanışlarının olduğunu bildirib bu barədə sonra ətraflı danışacağını bildirdiyi üçün daha ondan bir söz soruşmamışdır. Sonra birlikdə Həşimin ünvan 1 ünvanında yerləşən ofisinə getmişlər. Həmin vaxt parkda gözləmək istəsə də, Fətulla birlikdə getməyi xahiş etdiyi üçün etiraz etməyib onlara qoşulub getmişdir. Həşimlə tanışlığı olduğuna görə həmin vaxt çöldə gözləməyib salamlaşıb hal-əhval tutmaq üçün Elvin və Fətulla ilə birlikdə ofisə daxil olmuşdur. Ofisdə Həşim özünə məxsus şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini 200lük əskinaslardan ibarət 20000 manat məbləğində pul vəsaiti ilə birlikdə Elvinə vermişdir. Pulu verən zaman Həşim Elvindən bu barədə ona qəbz yazıb verməsini xahiş edərək gələcəkdə aralarında narazılıq yaranmasın deyə, pulu fotoçəkiliş aparılmaqla sayıb qəbul etməsini xahiş etmişdir. Elvin heç bir problem olmadığını deyib Həşimin bu təklifi ilə razılaşmışdır. Bundan sonra X6 fotoşəkilini çəkməyini xahiş etmişdir. Fətulla etiraz etməyərək özünə məxsus «Samsung» markalı smartfon tipli mobil telefonu ilə həmin vaxt Elvinin fotoşəkillərini çəkmişdir. Elvin pulu sayıb qəbul etdikdən sonra öz dəsti xətti ilə bu barədə könüllü olaraq Həşimə qəbz yazıb vermişdir. Həmin vaxt o da ofisdə olan Fətulla ilə birlikdə həmin qəbzi imzalamışdır. Bundan sonra Elvin Həşimə 1 ay müddətində onu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə işə düzəldəcəyini vəd edib çıxıb getmişdir. Həşimlə sağollaşıb ofisi tərk edərək Fətulla ilə birlikdə çay içmək üçün Nərimanov parkına getmişdir. Təxminən bir- iki ay sonra Nərimanov rayonunda təsadüfən Həşimlə qarşılaşıb işə çıxıb- çıxmadığım soruşduqda Həşim Elvinin onu aldadaraq 20000 manat pulunu ələ keçirdiyini və telefon zənglərinə cavab vermədiyini demişdir. Sonradan bununla əlaqədar Ramana qəsəbəsində qonşusu Elvinlə görüşüb Həşimi niyə aldatdığını soruşduqda Elvin kobud cavab qaytararaq bu məsələnin ona aidiyyəti olmadığını demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ildən etibarən Elvini qonşu kimi tanımışdır. O, "xxxx" şirkətini və Şahid3 tanımır. BMCMİ-də onun barəsində nağdlaşma ilə bağlı hər hansı iş olmayıb. Fətulla ilə Elvini o tanış etmişdir. Fətullanı isə çoxdan tanıyır. Fətulla "xxxx" MMC və digərlərinin mühasibləri olub, rekvizitlərini Fətulla ilə Yunis verib, 15-20-25 min məbləğlərində pulu müxtəlif vaxtlarda Fətulla ilə Yunis ona verib. Onun Elvinin dələduzluq niyyətindən məlumatı olmayıb. Elvinin onun ofisə aparmağında məqsədi Həşimdə etibar yaratmaq olub. O, qəbzi zamin kimi imza etmişdir. O, Elvinlə Nərimanov parkına gedəndə Həşimin ofisinə gedəcəklərindən məlumatı olmamışdır. Elvinin Həşimin ofisinə neçə dəfə getməsindən məlumatı yoxdur. Polis əməkdaşı onu izahat yazmaq üçün çağırdıqdan sonra o, pulu almaq üçün Elvinin qardaşının iş yerinə getmişdir, Elvinin qardaşı bu zaman onu iş yerindən qovmuşdur. Elvinlə onun arasında pul söhbəti olmamışdır. Elvinin adını çəkdiyi şirkətləri ümumiyyətlə tanımır. X9 təsir olmamışdır. Elvin qəbzi yazmış və Fətulla isə fotoşəkil çəkmişdir. O, Elvinin kimisə işə düzəltməsini bilməmişdir və bu barədə məlumatı olmamışdır. Elvinin Həşimi işə düzəltmək adı altında aldatdığını biləndə təəccüblənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 yanvar 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış və Şahid1, Yunus Məmmədov və Zərərçəkmiş şəxs tərəfindən imzalarla təsdiq edilmiş əlyazısından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pul almışdır. Zərərçəkmiş şəxs 10 gün müddətində işə düzəldə bilməsə 20.000 manat pulu geri qaytaracaqdır. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs göstərməsinə əsasən ünvan 1 ünvanında yerləşən ofisinə gəlmişlər. Zərərçəkmiş şəxs ünvan 1 ünvanında ikinci mərtəbədə yerləşən özünə məxsus ofisində Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə inspektor vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə həmin ünvanda 20.000 manat pul vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin yaxalanması barədə” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2022-ci il tarixli, 4(005)- 1242/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında ittiham edildiyi əməllərdə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətmədiyini və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadəsini məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxsin, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməllərinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış və Şahid1, Yunus Məmmədov və Zərərçəkmiş şəxs tərəfindən imzalarla təsdiq edilmiş əlyazısından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pul almışdır. Zərərçəkmiş şəxs 10 gün müddətində işə düzəldə bilməsə 20.000 manat pulu geri qaytaracağını vəd edir. Eyni zamanda məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş bir ədəd yaddaş kartına baxış keçirərkən Təqsirləndirilən şəxs məxsus səs yazılarından aydın olur ki, o, Zərərçəkmiş şəxs 20.000 manat pul almasını etiraf edir. Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs işə düzəltmək adı altında etibardan sui-istifadə edərək və aldatma yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat borc pul alması, qorxduğu üçün 20.000 manatı işə düzəltmək adı ilə almasına dair qəbz yazması barədə dəlillərinin isə özünü müdafiə üçün irəli sürülən əsassız fərziyyələrdən ibarət olması barədə nəticəyə gəlməyə əsas verir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının (əsas: iş materiallarında olan AZ-İİ seriyalı, 356083 nömrəli, AZ-İİİ seriyalı, 424884 nömrəli və AZ-İİ seriyalı, 788104 nömrəli doğum haqqında şəhadətnamərlərin surəti) olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək, 25 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək tutulduğu və 18 noyabr 2022-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 05 ay 05 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək, 25 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək tutulduğu və 18 noyabr 2022-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 05 ay 05 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 01 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar