Məhkəmə qərarları › İş №1(005)-110/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-110/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-110/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26000,00 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 3(005)-1812/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 24 noyabr 2022-ci və 10 yanvar 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2013-cü ilin əvvəllərindən tanıyır və onunla tanışlığına səbəb sonuncunun həmin ərəfələrdə yüksək məbləğlərdə faizə pul verməsi olmuşdur. Həmin ərəfələrdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Topaz” çay evini işlətdiyi üçün gördüyü kiçik biznes fəaliyyətini genişləndirmək məqsədi ilə pul lazım olduğu üçün Zərərçəkmiş şəxs 60000 manat məbləğində pulu bir ay müddətinə əlavə faizi ilə qaytarmaq şərti ilə borca istəmiş və aralarında olan şifahi razılaşmaya əsasən həmin borcu qaytarmayacağı təqdirdə pulun əvəzində özünə məxsus ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzili Zərərçəkmiş şəxs verməli idi. Bundan sonra Zərərçəkmiş şəxsla aralarında razılığa gələrək 2013-cü ilin oktyabr ayında ümumilikdə 60000 manat məbləğində pulu bir ay müddətinə qaytarmaq şərti ilə sonuncu ona borca vermiş və bunanla əlaqədar olaraq notariat kontorunda aralarında borcun etirafı barədə müqavilə bağlamışlar. Eyni zamanda borca aldığı məbləğdən başqa aralarında olan şifahi razılaşmaya əsasən həmin məbləğin faizi kimi 12000 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməli idi. Bundan sonra gördüyü kiçik biznes fəailiyyətində iflasa uğradığı üçün borca aldığı məbləğdən 34000 manatını Zərərçəkmiş şəxs qaytarmış və yerdə qalan məbləği qaytarmaqdan ötrü sonuncudan əlavə olaraq möhlət istəmişdir. Zərərçəkmiş şəxs ona möhlət verməyərək borclu qaldığı məbləği tam olaraq tələb etməyə başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra özünə məxsus idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə Bakı şəhərində yol nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin kimi əyləşən Polad adlı dostu dünyasını dəyişdiyi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 (dörd) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddət ərzində “Nərimanov” metrostansiyasının qarşısında ölmüş dostu Poladın qardaşı Toğrul ilə aralarında yaranmış mübahisə dava-dalaşa çevrilmiş və yenidən etdiyi cinayətə görə 2014-cü ilin yay aylarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə hər iki məhkəmənin hökmü birləşdirilərək ümumilikdə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddət ərzində Zərərçəkmiş şəxs borclu olduğu məbləği qaytara bilmədiyi üçün sonuncu 2014-cü ilin payız aylarında onun barəsində aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən ondan 26000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair 11 dekabr 2014-cü il tarixli qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi icra edilməsindən ötrü cəza çəkdiyi müəssisəyə göndərilmiş və cəza çəkdiyi müddət ərzində Zərərçəkmiş şəxs olan borcundan müxtəlif vaxtlarda hissə-hissə 500 manat məbləğində ödəniş etmişdir. 2018-ci ilin yanvar ayının 18-də cəzasının sonu ilə azadlığa buraxılmış və həmin qətnamənin icrasının təşkili üçün icra vərəqəsi Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra dövründə məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği Zərərçəkmiş şəxs ödəyə bilmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilən məbləğdən Zərərçəkmiş şəxs olan borcundan icra dövründə 10330 manat məbləğində ödəniş etmiş və 15670 manat borcu qalmışdır. Bundan əlavə o, 2011-ci ilin iyul ayının 29-da Həşimi (Muradova) Samirə Mürsəl qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 12 aprel 2012-ci il tarixdə Saraxatun adlı bir qız övladı dünyaya gəlmişdir. O, cəza çəkdiyi müddət ərzində 2014-cü ilin əvvəllərində keçmiş həyat yoldaşı Samirə ona və ailə üzvlərinə heç bir söz demədən bir azyaşlı uşağını götürərək valideynlərinin yaşadığı ünvana qayıdaraq ailəsinin himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Samirə ondan boşanmağa görə və azyaşlı uşağının saxlanılmasından ötrü aliment pulunun alınması üçün Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikah ləğv olunaraq 10 sentyabr 2019cu il tarixdən başlayaraq qızı Saraxatun Həşiminin yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 160 manat məbləğində pulun alınaraq keçmiş həyat yoldaşı Samirə Həşimiyə ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləği tam olaraq keçmiş həyat yoldaşı Samirə Həşimiyə ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avaust 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Samirə Həşimiyə alimentə görə heç bir ödəniş etməmiş, 27 yanvar 2023-cü il tarixədək 6560 manat məbləğində qalıq borcu qalmışdır. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Samirə Həşiminin bir az yaşlı uşağı ilə ona görüşə icazə verməməsi olmuşdur. O, barəsində Nərimanov Rayon İcra Şöbəsi tərəfindən toplanmış materiallar cinayət məsuliyyətinə cəlb olunmağından ötrü Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləndən sonra, məsuliyyətini dərk edərək 27 yanvar 2023-cü il tarixədək olan 6560 manat məbləğində aliment borcunu tam olaraq keçmiş həyat yoldaşına nəğd şəkildə ödəniş etmişdir. Bundan əlavə, o, Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs borclu qaldığı 15670 manat məbləğində pulu tam olaraq ödəniş etməməyini sonuncunun qeyd edilən məbləğin hissə-hissə ödənilməsindən ötrü onunla razılığa gəlməməsi səbəbindən ödəmək fikrindən yayınmışdır. Sonda Təqsirləndirilən şəxs azadlığa buraxılacağı təqdirdə borclu olduğu məbləği imkanı daxilində hissə-hissə ödəyəcəyini bildirərək, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə Bakı şəhərində ev almaqdan ötrü Nərimanov rayonunun ərazisində yerləşən ev-alqı satqı məntəqəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla tanışlığına səbəb Əhməd Rəcəbli küçəsində yerləşən sonuncunun dediyinə görə özünə məxsus iki otaqlı mənzilini satması olmuşdur. Həmin ərəfədə o, Təqsirləndirilən şəxs ilə görüşərək qeyd edilən ünvana gedərək sözü gedən mənzilə baxmış, qeyd edilən iki otaqlı mənzil xoşuna gəldiyi üçün Nahidlə razılaşmaq qərarına gəlmiş və sonuncu mənzilin son qiymətini ona 60000 manat olduğunu bildirmişdir. Həmin vaxtı Nahid 2000 manat məbləğində pul vəsaitini evin sənədləşdirilməsi üçün ondan istəmiş və 05 oktyabr 2013-cü il tarixdə notariat kontorunda qeyd edilən məbləği Təqsirləndirilən şəxs borc kimi verərək aralarında borc müqaviləsi bağlamışlar. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən həmin məbləği Təqsirləndirilən şəxs ona bir ay müddətinə qaytarmalı idi. Həmin vaxtdan bir neçə gün keçəndən sonra Nahid ona bildirmişdir ki, aralarında alqı-satqı edən zaman sonuncudan əlavə olaraq 2000 manat dövlət rüsumu tutulacağı üçün ona təklif etmişdir ki, aralarında alqı-satqı müqaviləsi yox, bir ay müddətinə borc müqaviləsi bağlasınlar. Bundan əlavə Nahidin ona dediyinə görə əgər bir ay müddətində aralarında sənədləşmə alınmasa ondan aldığı məbləği tam olaraq ona geri qaytaracaqdır. O, isə Nahidə inandığına görə sonuncu ilə razılaşaraq aralarında borc müqaviləsi bağlamaqdan ötrü 14 oktyabr 2013-cü il tarixdə notariat kontoruna gedərək orada 58000 manat məbləğində pulu Təqsirləndirilən şəxs borca verməyi barədə araralarında borc müqaviləsi bağlanandan sonra həmin məbləği sonuncuya vermişdir. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən Təqsirləndirilən şəxs borc kimi verdiyi məbləğləri bir ay müddətinə ona qaytarmalı idi. Hətta həmin ərəfədə Nahid ona bildirmişdir ki, 2013-cü ilin noyabr ayına kimi həmin mənzil ona tam olaraq təhvil veriləcəkdir. Aralarında razılaşdıqları müddət başa çatandan sonra, o, Təqsirləndirilən şəxs evin sənədləşməsini tələb etmiş, sonuncu isə evin sənədlərində problemlər olduğundan sənədləşdirmənin mümkün olmadığını ona bildirmişdir. Belə olan halda o, Nahidə notarial qaydada borc kimi verdiyi 60000 manat məbləğində pulu tələb etməyə başlamış və sonuncu isə həmin məbləğdən 34000 manatını ona qaytararaq yerdə qalan məbləği qaytarmaqdan ötrü ondan möhlət istədiyi üçün bir neçə ay möhlət vermişdir. Aralarında razılaşdıqları müddət başa çatandan sonra Nahidin onu aldatdığını hiss etdiyi üçün 2014cü ilin sonlarında sonuncunun barəsində aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən məhkəmə tərəfindən işə baxılan zaman 26000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 11 dekabr 2014-cü il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyəti üzrə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ona ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə icra dövründə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs icra dövründə məhkəmə qətnaməsi üzrə qeyd edilən məbləğdən 10330 manat məbləğində ödəniş etmiş və 15670 manat məbləğində borcu qalmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 26000 manat məbləğində pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə və Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Həşimi (Muradova) Samirə Mürsəl qızının xeyrinə ödənilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli icra sənədi 08 may 2018-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə borclu Nahid Haşiminin icra sənədində qeydiyyatda olduğu ünvanı kimi qeyd edilən ünvan 3 ünvanına göndərilmiş, lakin tələb təmin edilməmişdir. Borclu Təqsirləndirilən şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlakların olub-olmaması barədə aidiyyəti orqanlara sorğular edilmiş və nəticə olaraq tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcraat zamanı Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərardadı ilə icra sənədi tam icra olunanadək borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı tələblərinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra 14 dekabr 2018-ci il tarixdə borcluya icra sənədinin icra olunması üçün təkrarən 10 (on) gün yeni müddət verilməsi barədə xəbərdarlıq təqdim edilmiş və borcu həmin müddət ərzində ödənilmədiyi təqdirdə onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq təqdimatın Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs müvafiq məhkəmə aktının icrası ilə əlaqədar iş axtaran və ya işsizliyə görə sığorta haqqı alması üçün 10 (on) gün müddətində Dövlət Məşğulluq Xidmətinin Nərimanov Rayon Mərkəzinə müraciət etməsi tərəfindən təmin olunmasına baxmayaraq, həmin mərkəzin 09 yanvar 2019-cu il tarixli məktubunda Təqsirləndirilən şəxs sözügedən məsələ ilə bağlı mərkəzə müraciət etmədiyi müəyyən olunmuşdur. Borclu Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirləri nəticə verməmiş və Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 26000 manat borcundan 13 iyun 2019-cu il tarixdə 10000 manat, 09 sentyabr 2019-cu il tarixdə 200 manat, 09 oktyabr 2019-cu il tarixdə 40 manat, 16 oktyabr 2019-cu il tarixdə 40 manat, 21 oktyabr 2019-cu il tarixdə 50 manat ödəniş etmiş və 15670 manat borcu qalmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin İ cildinin 12-14-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 nömrəli qətnaməsinin surətindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 26.000 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin İ cildinin 15-ci vərəqində olan 11 may 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 nömrəli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 16-cı vərəqində olan 11 may 2018-ci il tarixli, 94990/2018-15- 1 nömrəli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 nömrəli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Cinayət işinin İ cildinin 26-cı vərəqində olan “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov rayon İcrə və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 40-41-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2194/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 57-58-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1327/2018 nömrəli, 05 noyabr 2018-ci il tarixli qərardadın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5240/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 137-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, TT**********221200 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5240/2014 nömrəli, 11 dekabr 2014-cü il tarixli icra vərəqəsi ilə bağlı Zərərçəkmiş şəxs xeyrinə 200 manat ödəmişdir. Cinayət işinin İ cildinin 211-213-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 17-ci vərəqində olan Nərimanov MKTB-nin 30 saylı MKİS-nin rəisi T.İsmayılov tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 23-cü vərəqində olan Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 may 2012-ci il tarixli, AZ-İİ seriyalı 891901 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1045 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X5 qeyd olunmuşdur. Cinayət işinin İİ cildinin 83-cü vərəqində olan 14 oktyabr 2013-cü il tarixli borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 1 ay müddətinə Təqsirləndirilən şəxs 58000 (əlli səkkiz min) manat pulu borc vermiş, Təqsirləndirilən şəxs 58000 (əlli səkkiz min) manat pulu 1 ay müddətinə Zərərçəkmiş şəxs borc almışdır. Cinayət işinin İİ cildinin 85-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 02 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 02 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzalarına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin İİ cildinin 86-91-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 1(004)-306/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müdddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Cinayət işinin İİ cildinin 92-97-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin 1(005)-269/2015 saylı, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməsi və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş 3 (üç) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.4 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Yasamal Rayon Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 iyun 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 188-190-cı vərəqələrində olan “Məcburi gətirilmə haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 22 noyabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə şəxsiyyətini təsdiq edən sənədlə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 194-195-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin axtarışı barədə” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və tutularaq Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X7 təhvil verilməsi və bu barədə dərhal müstəntiqə məlumat verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 204-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 07 dekabr 2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq saat 12:00-da Nərimanov RPİ-nə gətirilmiş və Yasamal rayon RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin İİ cildinin 231-232-ci vərəqələrində olan 08 dekabr 2023-cü il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 234-cü vərəqində olan “X3 azad edilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin X3 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-110/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)-269/2014 nömrəli hökmü ilə tətbiq olunmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası barədə hökm Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər X12 İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 (altı) ay sürücülük vəsiqəsinin məhdudlaşdırma müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və xx.xx.2020-ci il tarixdə sahibinə DİN-in Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən qaytarılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 5 saylı ASAN xidmət mərkəzinə sürücülük vəsiqəsinin itməsi ilə əlaqədar müraciət edərək “BB 406766” nömrəli sürücülük vəsiqəsinə dəyişdirmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Həşimi X6 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş və cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilərək üzərində qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun müstəqil icrası hökm edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-319/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsinə dair əlavə cəzasına aid hissədə hökm Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmadığından, icra edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 3(005)-1812/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qərəzli olaraq icra etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” 01 sentyabr 2023-cü tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Cinayət Məcəlləsinin 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən ona Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 1(005)- 269/2014 nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını icra etməmiş və hazırki cinayət işi üzrə əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 1(005)-269/2014 nömrəli hökmü təyin olunmuş və çəkilməmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya tam birləşdirilərək ona cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 11 iyun 2024cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 saylı qətnaməsinin icrası üzrə müəyyən olunmuş və ödənilməmiş qalan pul məbləğinin tələbkar şəxsin xeyrinə ödəməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 1(005)- 269/2014 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilərək, Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası və 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 2(005)-5240/2014 saylı qətnaməsinin icrası üzrə müəyyən olunmuş və ödənilməmiş qalan pul məbləğinin tələbkar şəxsin xeyrinə ödəməsi vəzifəsi qoyulsun. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi, (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar