Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-111/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oglunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin vəkili 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 16.11 1963-cü i! tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 836/824 yarımçıq binanın ətrafında inşa olunmuş həyət evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-nin direktoru olduğu vaxtlarda qaz xətlərinin çəkilişi ilə əlaqədar aldığı 46000,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəşəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-9433/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-ci il tarixədək qeyd edilən məbləqdə pulun tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt (81)1965/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx"MMC-nin xeyrinə 46.000 manat məbləğində pulun alınıb verilməsi qət edilmişdir. "xxxx" MMC-nin rəhbəri və təsisçisi özü olmuşdur. Həmin "xxxx" MMC xx.xx.2010-cu ildə alqı-satqı yolu ilə Zərərçəkmiş şəxs Səfəralı oğluna satılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsi ilə 3 il sınaq müddəti ilə 6 il 9 ay 1 gün müddətinə məhkum olunmuşdur. Həmin ittiham üzrə Zərərçəkmiş şəxs verilən ittiham üzrə "xxxx" MMC-yə ödənilməli olan 46000,00 manat pul ümumi ittihamdan çıxarılmışdır. Həmin hökm apellyasiya və kassasiya instansiyalarında qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, həmin 46000,00 manat pulu Zərərçəkmiş şəxs deyil, "xxxx" MMC-nin əvvəlki müdiri olduğu üçün özü ödəməlidir. Bununla əlaqədar Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və 46000,00 manat pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, bu qətnaməni ədalətsiz hesab edir və ona görə qətnaməni icra etmək istəməmiş, ödəniş etmək istəməmişdir. Bu işlə bağlı Nərimanov rayon icra şöbəsində icra işi aparılıb və xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, bu qətnamə üzrə apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərarı qüvvəsində saxlanılmışdır. İcra məmuru onu cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdarlıq etmişdir. İcra zamanı xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, hər ay 1000,00 manat ödəniş edə bilər və hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmiş, çünki həmin ərəfədə o, böyük bir tikintidə işləmiş və ümid etmişdir ki, ödəniş edəcəkdir, lakin sonra bu iş dayandırılmışdır. Hazırda taksi fəaliyyəti ilə də məşğul olmasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt (81)1965/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx"MMC-nin xeyrinə 46000,00 manat məbləğində pulun alınıb verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün icra qurumuna göndərilmişdir. Əslində "xxxx" MMC-nin tələbi üzrə cavabdeh "xxxx" MMC-nin əvvəlki rəhbəri Yunis Sadiqov olmalı idi. Çünki müqavilə sonuncu ilə bağlanmış, 46000,00 manat məbləğində borcun olmasına dair aktı da Təqsirləndirilən şəxs imzalamışdır. O, "xxxx" MMC-ni xx.xx.2010-cu ildə alqısatqı yolu ilə aldıqda həmin müəssisənin öhdəlikləri barədə müfəssəl məlumatı olmamışdır. Təqsirləndirilən şəxs imzaladığı xx.xx.2010-cu il tarixli borcun etirafı adlı aktdan da sonradan məlumatı olmuşdur. O, xx.xx.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsi ilə 3 il sınaq müddəti ilə 6 il 9 ay 1 gün müddətinə məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır. Həmin ittiham üzrə "xxxx" MMC-yə ödənilməli olan 46000,00 manat pul ümumi ittihamdan çıxarılmışdır. Həmin hökm apellyasiya və kassasiya instansiyalarında qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, ki, həmin 46000,00 manat pulu o deyil, "xxxx" MMC-nin əvvəlki direktoru olan Təqsirləndirilən şəxs ödəməlidir. 46000,00 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsinə dair tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ona həmin pulu ödəməlidr. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi Bakı Apellyasiya və Ali Məhkəmədəsində təsdiqlənmiş və 46000,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsinə dair məhkəmə qətnaməsi qüvvəsini almış və hazırda Nərimanov rayon icra şöbəsinin icraatındadır. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-9433/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 46000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şöbədə olmuş və ondan izahat alınmış, icra sənədinin tələb və mahiyyəti icra məmuru Şahid1 tərəfindən sonuncuya izah edilmiş, icra sənədinin icra olunması sonuncudan tələb olunmuş tələbi təmin etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət dərəcələri borcluya elan edilmişdir. İcra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar və bildirişin surəti xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs rəsmi şəkildə təqdim edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-9433/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Təqsirləndirilən şəxs ərizəsi təmin edilmş Nərimanov Rayon Məhkəməsinin 8(005)-191/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 9433/2016 nömrəli qətnaməsinin icrasına 01 (bir) il müddətinə möhlət verilmişdir. X1 qətnaməni icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi səbəbindən barəsində protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Borclu Təqsirləndirilən şəxs borcundan cəmi 100 manat məbləğində pulu şöbənin depozit hesabına ödəniş etmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC X3 tərəfindən xx.xx.2008-ci il tarixdə təsis edilmiş, xx.xx.2011-ci ildə o, hal-hazırda həmin MMC-nin direktorudur. "xxxx" MMC ilə "xxxx" MMC arasında 12 may 2010-cu il tarixdə 14 sayı podrat (subpodrat) muqaviləsi baglanmışdır. Sözügedən muqavilənin şərtlərinə görə muqavilə üzrə sifarişçi olan "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə çəkiləcək 10 km qaz kəmərinin çəkilməsini müqavilə üzrə podratçı olan "xxxx" MMC-yə sifariş verməyi və sifarişçi bu işlərin dəyərini həmin müqavilədə nəzərdə tutulmuş qaydada podratçıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sifarişi ilə görülmüş işlərin dəyəri kimi müəyyən edilmiş pul vəsaitindən 46.000 manat məbləgində hissəsi "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək "xxxx" MMC-dən 46000,00 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi özünün 2-1(103)-101/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1965/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsininin dəyişdirilmədən qüvvəsində saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilmiş və məhkəmənin qəbul etdiyi 2-1(102)- 296/13 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-101/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə xx.xx.2013-cü il tarixində icra vərəqəsi verilmiş və qətnamə icraya yönəldilmişdir. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs qeyd edilən qətnamənin icrasını təmin etməmişdir. Zərərçəkmiş şəxs həmin pulun "xxxx" MMC-nin əvvəlki direktoru olmuş Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsini məhkəmə proseslərində bildirməklə bu barədə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən həmin iddia tələbi qəbul edilərək xx.xx.2016-cı il tarixli 2(005)-9433/2016 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs 46000,00 manat pulun iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Üç il sürən məhkəmə çəkişmələrindən sonra istintaqa təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6094/2019 №-li qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)- 9433/2016/2016 nömrəli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs 46000 manat pulun iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda Nərimanov rayon icra şöbəsində "xxxx" MMC-nin əvvəlki direktoru Təqsirləndirilən şəxs qarşı icra işi aparılır, belə razılığa gəlinmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən pulu Zərərçəkmiş şəxs ödəyir, sonuncu isə həmin pulu ona, yəni təmsil etdiyi "xxxx" MMC-yə ödəyir. Yəni, belə olan halda Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs ödəməlidir, sonuncu isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1965/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə həmin pulu öz növbəsində ona ödəməlidir. O, bir neçə dəfə Təqsirləndirilən şəxsla telefonla və əyani də görüşmüş, sonuncu cəmi 20000,00 manat pulun ödənilməsinə əvvəl razılıq versə də sonradan bundan imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-9433/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 46000,00 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6094/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi xx.xx.2020-cı il tarixdə Ağdam rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, xx.xx.2020-ci il tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı üçün icra işi davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. İcra tələbi icra edilmədiyi səbəbindən Yunis Sadııqov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(105)- 1783/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. İşdə olan Təqsirləndirilən şəxs Nərimanov rayon icra şöbəsində özünün yazdığı xx.xx.2020-ci il tarixli izahatında görünür ki, tələblə bağlı ödəməkdən boyun qaçırmır, hər ay 1000 manat ödəyəcəkdir və bununla bağlı hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edəcəkdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-191/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən qətnamənin icrasına 01 il müddətinə möhlət verilmişdir. İşdə olan Təqsirləndirilən şəxs Nərimanov rayon icra şöbəsində özünün yazdığı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, sonuncu borcu hissə-hissə ödəmək qabiliyyətində olduğunu bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs tərəfindən cəmi 100(yüz) manat məbləbində pul şöbənin depozit hesabına ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair xx.xx.2020-ci il tarixli bildirişdən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, habelə Bakı Apellyasiya Məhkəməsinin 3(105)-1783/2023 nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarlarından, xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Nərimanov Rayon Məhkəməsinin 2(034)-102/2021 saylı, xx.xx.2016-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbiri seçmək haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etiraf edici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-nin direktoru olduğu vaxtlarda qaz xətlərinin çəkilişi ilə əlaqədar aldığı 46000,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəşəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(005)-9433/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-ci il tarixədək qeyd edilən məbləqdə pulun tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olması; yaşının 60-dan çox olması; Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:40-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-111/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-111/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver