Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-111/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X5 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi –Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Nümayəndə1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Nümayəndə2 iştirakları ilə xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 övladı olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3- 1, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 övladı olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 1/29D ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, korpus A3, ev-mənzil 33 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3- 1, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizlin olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs3, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə guya ona məxsus kartın hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncuya məxsus 4169-7388-1976-2943 nömrəli "xxxx" ASC-nə aid karta dair məlumatları əldə etdikdən sonra həmin tarixdə Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-1976-2943 nömrəli plastik kart hesabından Təqsirləndirilən şəxs3 adma olan "xxxx" ASC-yə məxsus 4098- 5844- 6096-4867 nömrəli plastik kart hesabına 3370 manat pul vəsaiti köçürüldükdən sonra. Təqsirləndirilən şəxs3 həmin günü saat 15:34 radələrində ünvan 4 ünvanında yerləşən “Unibank” ASY-ə məxsus 10 saylı filialının birinci mərtəbəsində quraşdırılan elektron ödəmə terminalından və ünvan 5 ünvanında yerləşən “Bravo” Supermarketin daxilində quraşdırılan “Unibank” elektron ödəmə terminalından ümumilikdə iki dəfə olmaqla cəmi 3370 manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3370 (üç min üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2, tanışları X21 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adıııa "xxxx" ASC-yə məxsus 4169-7377-0225-7904 nömrəl plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra həmin kartın hesabından qeyd olunan tarixdə 8 dəfə yəni, 990 manat, 990 manat,990 manat, 990 manat, 990 manat, 990 manat, 990 manat və 900 manat olmaqla ümumilikdə 7830 manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq z.ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 7830 (yeddi min səkkiz yüz otuz) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169-73**- ****-7376 nömrəli və 5239- 15**-****6770 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169-73**-****-7376 nömrəli plastik kart hesabından 13 dəfə yəni, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat olmaqla ümumilikdə 12870 manat və "xxxx" ASC-yə məxsus 5239-l5**-****-6770 saylı "xxxx" tərəfindən emissiya edilmiş plastik kartı hesabından 4 dəfə yəni, 900 manat, 900 manat, 900 manat, 900 manat olmaqla ümumilikdə 3960 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq zərərçəkjniş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 16.830 (on altı min səkkiz yüz otuz) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına "xxxx" ASC-yə məxsus 5505-7850-2855-3027 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 15:37-da 990 manat, saat 15:38-də 990 manat, saat 15:38-də 990 manat, saat 15:40-da 990 manat, saat 15:41-də 990 manat, saat 15:41-də 990 manat, saat 15:42-də 990 manat, saat 15:42- do 990 manat, saat 15:43-də 990 manat, saat 15:43-də 990 manat, saat 15:44-də 990 manat, saat 15:45-də 990 manat, saat 15:46-da 990 manat olmaqla ümumilikdə 13 dəfəyə ümumilikdə 12.875 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq z.ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 12875 (on iki min səkkiz yüz yetmiş beş) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına "xxxx" ASC-yə məxsus 4169-7388- 4432-8538 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonar xx.xx.2023-cü il tarixdə saat l6:00-da 900 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olun Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə X16 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına "xxxx" ASCyə məxsus 4)169-7385- 7877-6399nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikcən sonar xx.xx.2023- cü il tarixdə saat 18:30-da 990 manat, 990 manat, saat 18:31-də 250 manat və 990 manat olmaqla ümumilikdə 4 dəfəyə ümumilikdə 3220 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq zərərçəkmiş şəxs X8 ümumilikdə 3220 (üç min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdikdən sonra, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “Unibank” ödəmə terminalından kart hesabına köçürülmüş pulları hesabdan çıxardıqdan sonra həmin gün saat 23:00 radələrində Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsində yerləşən “AZlNKO”nun binalarının qarşısında X12 göndərdiyi istintaqa məlum olmayan şəxsə vermişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizlin olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə atası Təqsirləndirilən şəxs1, tanışları X21 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə X17 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adma "xxxx" ASC-yə məxsus 4169-7377-0225-7904 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra həmin karlın hesabından qeyd olunan tarixdə 8 dəfə yəni, 990 manat, 990 manat,990 manat, 990 manat, 990 manat, 990 manat, 990 manat və 900 manat olmaqla ümumilikdə 7830 manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq zərərçəkmiş şəxs X9 ümumilikdə 7830 (yeddi min səkkiz yüz otuz) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizlin olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə guya ona məxsus kartın hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncuya məxsus 4169-7388-1976-2943 nömroli “Kapital Bank’' ASC-nə aid karta dair məlumatları əldə etdikdən sonra həmin tarixdə Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-1976-2943 nömrəli plastik kart hesabından Təqsirləndirilən şəxs3 adına olan "xxxx" ASC-yə məxsus 4098-5844-6096-4867 nömrəli plastik kart hesabına 3370 manat pul vəsaiti köçürüldükdən sonra. Təqsirləndirilən şəxs3 həmin günü saat 15:34 radələrində ünvan 4 ünvanında yerləşən “Unibank” ASY-ə məxsus 10 saylı filialının birinci mərtəbəsində quraşdırılan elektron ödəmə terminalından və ünvan 5 ünvanında yerləşən “Bravo” Supermarketin daxilində quraşdırılan “Unibank” elektron ödəmə terminalından ümumilikdə iki dəfə olmaqla cəmi 3370 manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3370 (üç min üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib .sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-7376 nömrəli və 5239- 15**-****6770 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169- 73**-****_7376 nömrəli plastik kart hesabından 13 dəfə yəni, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat, 900 manat olmaqla ümumilikdə 12870 manat və "xxxx" ASC-yə məxsus 5239-15**-****-6770 saylı "xxxx" tərəfindən emissiya edilmiş plastik kartı hesabından 4 dəfə yəni, 900 manat, 900 manat, 900 manat, 900 manat olmaqla ümumilikdə 3960 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 16.830 (on altı m.n səkkiz yüz otuz) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizlin olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 Sirae oğlu, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına "xxxx" ASC-yə məxsus 4169-7388-4432- 8538 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonar xx.xx.2023-cü il tarixdə saat 16:00-da 900 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X21 və istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət əlaqəsinə girərək elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaq barədə razılığa gəldiksən sonra qrup üzvü olan Rəşad Fətullayev tərəfindən xx.xx.2023-cü il tarixdə X16 ilə telefon əlaqəsi yaradaraq özünü bank əməkdaşı kimi təqdim etməklə kart hesabına müdaxilə olunması barədə yalan məlumat verib sonuncunun adına "xxxx" ASCyə məxsus 4169-7385-7877-6399 nömrəli plastik kart hesabına dair məlumatları əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 18:30-da 990 manat, 990 manat, saat 18:31də 250 manat və 990 manat olmaqla ümumilikdə 4 dəfəyə ümumilikdə 3220 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq zərərçəkmiş şəxş X8 ümumilikdə 3220 (üç min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdikdən sonra, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “Unibank” ödəmə terminalından kart hesabına köçürülmüş pulları hesabdan çıxardıqdan sonra həmin gün saat 23:00 radələrində Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsində yerləşən “AZİNKO”nun binalarının qarşısında X12 göndərdiyi istintaqa məlum olmayan şəxsə vermişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində tanışı X26 vasitəsilə X21 ilə tanış olmuş və sonuncu ilə “whatsapp” ani mesajlaşma sistemi üzərindən danışmışdır. Danışıq zamanı Rəşad Fətullayev ona Ukrayna Respublikasında olduğunu bildirmiş və mobil telefon nömrəsi də həmin respublikaya aid nömrə olmuşdur. Rəşad Fətullayev ona birlikdə işləməyi təklif etmişdir və ona bank kartlarının lazım olduğunu demişdir. Onun hesablarında olan pul vəsaitlərini oğurlamasını bilməmişdir. Rəşad Fətullayev ona bildirmişdir ki, kartlara köçürülən məbləğlər onun tərəfindən nağdlaşdırılmalı və Rəşad Fətullayevin onun yanına göndərdiyi şəxsə verilməsini təmin etməli olmuşdur. Hər köçürmədən ona da pul veriləcəkdir. O da razılaşmışdır. Bu barədə tanışı Təqsirləndirilən şəxs4 da danışmış və sonuncunu da bu işə cəlb etmişdir ki, vəsaitlərin nağdlaşdırılması üçün bank kartı təşkil etsin. Bunun əvəzində o, Namiqə öz payının yarısını vəd etmiş və Namiq də onunla razılaşaraq bu məqsədlə ona bank kartı tapmışdır. Həmin bank kartının nömrəsini hazırda xatırlamamışdır. Onlara bank kartı təqdim edən şəxslər onların tanışları və yaxud tanışlarının tanışları olmuşdur. Həmin şəxslərə də onlar qazanc kimi nağdlaşdıracaqları məbləğin 5 faizini ödəmişlər. Buna görə də həmin şəxslər onlarla razılaşmış və köməklik göstərmişlər. Həmin şəxslər onlar üçün öz kartlarını verməyə başqa tanışlarını da cəlb etmişlər. Pul vəsaitləri nağdlaşdırıldıqdan sonra o, Rəşad Fətullayev ilə əlaqə saxlamış və olduğu yeri ona bildirmişdir. Rəşad Fətullyev isə onun olduğu yeri anket məlumatlarını bilmədiyi tanışını göndərmişdir. Həmin naməlum şəxs ondan pul vəsaitlərini götürərək getmişdir. Sonrakı mərhələdə Rəşad Fətullayevin payının sonuncuya hansı formada göndərilməsi barədə məlumatı olmamışdır. Pul vəsaitini Rəşad Fətullayevə göndərməzdən öncə o, özünə aid olan ümumi məbləğin 10 faizini qazanc kimi özündə saxlamışdır. Bundan sonra o, yaxın tanışı olan Təqsirləndirilən şəxs3 bu barədə məlumat verərək bildirmişdir ki, əgər istəyirsə istifadəsində olan bank kartlarına xarici ölkələrdən əlavə dəyər vergisi barədə müxtəlif məbləğlərdə pullar köçürüləcək və həmin pulu Bakı şəhərində olan terminallardan çıxararaq ona təqdim edirsən və pulun məbləğindən asılı olaraq 5 faizini özün götürürsən, həmin zaman əlavə dəyər vergisi barədə olan əməliyyatlar ilə bağlı olaraq Təqsirləndirilən şəxs3 onunla görüşərək razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs3 istifadəsində olan "xxxx"a bank kartının şəklini çəkərək ona göndərmişdir. O da həmin kartın şəklini X12 istifadəsində olan Ukrayna nömrəsinə göndərmişdir. X21 onun göndərdiyi Təqsirləndirilən şəxs3 məxsus bank kartına 3370 manat pul göndərmiş və o da barədə kart sahiblərinə məlumat verib bildirmişdir ki, istifadələrində olan kartlara pullar köçmüş və nəmin pulları kartlardan çıxararaq ona versin. Həmin pulun üzərindən 170 manat pul götürməklə qalıq qalan 3200 manat pulu ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 plastik kart hesabına göndərilmiş 3370 manat pul Zərərçəkmiş şəxs2 məxsus kart hesabından oğurluq yolu ilə əldə edilmiş pul olmuşdur. O, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamışdır. 2023-cü ilin may ayının ortalarında oğlu Təqsirləndirilən şəxs2 xaricdə olan tanışlarından ona pulların gəldiyini, həmin pulları nağdlaşdırmaq üçün ona bank kartları lazım olduğunu bildirmişdir. Əvəzində kart sahiblərinə isə karta köçürülən pulun 5%-ni verəcəyini bildirmişdir. Bir neçə gün sonra oğlu Təqsirləndirilən şəxs2 tanışı olan Şahid7 məxsus olan "xxxx" ASC-yə məxsus bank kartının şəklini ona göndərib Fuadın pula ehtiyacı olduğunu, bu səbəbdən bank kartını onlara verəcəyini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs2 Şahid7 kart müqabilində 300 manat pul verəcəyini bildirmişdir. İlkin Şahid7 olan "xxxx" ASC-yə məxsus bank kartının şəklini “Whatsapp” proqramı üzərindən ona göndərmiş və o da öz növbəsində həmin kartın şəklini Rəşad Fətullayevə göndərmişdir. Bundan sonra 7630 manat pulu ona məlum olmayan M10 hesabına köçürmüş və nağdlaşdırmaq üçün onun göndərdiyi Şahid7 adına olan "xxxx" ASC-yə məxsus bank kartına göndərmişdir. Sonra oğlu Təqsirləndirilən şəxs2 kartdan həmin məbləği Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ATM vasitəsi ilə nağdlaşdırıb yaşadığı evdə ona vermişdir. Həmin puldan 300 manat pulu İlkin Fuadın göndərdiyi kart hesabına göndərmişdir. O, həmin pulu əvvəllər olduğu qaydada Rəşad Fətullayevin pul götürmək üçün göndərdiyi şəxslə Bakı şəhəri, Nərimanov rayonu, “Azenko”nun binalarının yanında görüşmüşdür. Pulu ondan götürməyə gələn əvvəllər pulu götürən rusdilli oğlan olmuş və pulu verib uzaqlaşmışdır. Oğlu İlkin indiyədək cəmi bir dəfə ona bank kartı göndərmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 ilə Rəşad Fətullayev əlaqə saxlayaraq özünü bank əməkdaşı kimi təqdim edərək bank kartı məlumatlarını ələ keçirmişdir. Daha sonra Rəşad Fətullayev kart məlumatlarından istifadə edərək hesabda olan vəsaitləri ona məlum olmayan M10 hesablara köçürmüşdür. Rəşad Fətullayev həmin M 10 hesabları da vətəndaşları aldadaraq başqa şəxslərin adlarını qeydiyyatdan keçirmişdir. Zərərçəkmiş şəxs1 bank kartından oğurlanan vəsait nağdlaşdırılması üçün Rəşad Fətullayev tərəfindən təqdim edilən bank kartlarına köçürülmüşdür. Həmin bank kartlarını Təqsirləndirilən şəxs3 ona göndərmişdir. Rəşad Fətullayev tərəfindən oğurlanmış pullardan kart hesabına 4000 manat köçürülmüş və pul vəsaiti köçürüldükdən sonra onun tələbi ilə nağdlaşdınlmış və ona təqdim edilmişdir. O isə həmin məbləğdən öz payına düşən ümumi məbləğin 10 faizini özündə saxlayaraq qalıq məbləği həmin gün Rəşad Fətullayevin göndərdiyi tanımadığı şəxsə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nargilə” kafesinin yaxınlığında vermişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır. 2023-cü ilin may ayında tanışı Şahid6 zəng edərək ona borcu olan şəxsin borcunu qaytarması üçün bank kartı lazım olduğunu və bunun əvəzində ona gələn 10% pulun 5% verəcəyini bildirmişdir. 17 may 2023cü il tarixdə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafelərin birində İlqar ilə əyləşərkən Rəşad Fətullayev xatırlamadığı mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayaraq 02 ədəd bank lazım olduğunu, həmin kartlara pul köçürüləcəyini, razılaşdıqlarıl kimi pulun 10% özündə saxlamaqla yerdə qalan pulları çıxardıb onlara verməyini istəmişdir. O da Rəşadla razılaşmış və bu barədə İlqara bildirib 02 ədəd bank kartı verməsini istəmişdir. İlqar da özünə məxsus və arvadının adına olan kartları ona demişdir. O da həmin kartların nömrələrini «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə Rəşad Fətullayevin mobil nömrəsinə göndərmişdir. Təxminən 1-2 saatdan sonra Rəşad Fətullayevin onunla əlaqə saxlayaraq hər iki karta ümumilikdə 12875 manat məbləğində pul köçürüldüyünü bildirmişdir. Bankomatdan ümumilikdə 12875 manat pulu çıxarmışlar. Həmin pulun 700 manatını İlqara vermiş, 600 manatını isə özündə saxlamışdır. Bundan sonra Xətai rayonu Nargilə dairəsinin yaxınlığında Rəşad Fətullayevin adlı şəxsin göndərdiyi tanımadığı şəxslə görüşərək 11575 manat məbləğində pulu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs5 və X10 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs4 ortaq tanışları olan Şahid5 vasitəsi ilə tanımışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən çay evlərinin birində Namiqlə görüşmüşdür. Görüş zamanı Ziyad və Rəşad Fətullayevin ona təklif etdiyi işi Namiqə təklif etmişdir. İlqarla razılaşdığı kimi Namiqlə də razılaşmışdır. Namiq də ona tanışı Şahid4 və X22 məxsus plastik kartları alıb ona vermişdir. O da həmin kartların nömrələrini «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə Rəşad Fətullayevin mobil nömrəsinə göndərmişdir. Bundan sonra Rəşad Fətullayev tərəfindən həmin kart hesablarına pullar göndərilmişdir. O da pulları həmin kart hesablardan çıxarmış və Namiqlə hər birlərinə ayrılıqda 1500 manat civarında pul qalmışdır. Sonradan isə bank kartlarını Namiqin özünə geri qaytarmışdır. Həmin kart hesablarında pulları çıxarıb öz payını götürdükdən sonra qalan pulu Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Azinko”nun binalarının qarşısına Rəşad Fətullayevin göndərdiyi şəxslə görüşərək vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, iş üzrə dövriyyədə olan pul vəsaitlərinin oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Həmçinin zərərçəkmiş şəxsləri tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin kartlara göndərilən pullar oğurluq pullardır. Hazırda zərərçəkmiş şəxslərə vuruımuş ziyanların böyük hissəsi özü tərəfindən ödənmişdir. Hər biri ilə barışıq əldə edilmişdir. Bu halların nəzərə alınmaqla barəsində daha yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma atasıdır. Təxminən 2023-cü ilin may aynın əvvəllərində atası Təqsirləndirilən şəxs1 ona xaricdə yaşayan tanımadığı dostlarının olduğunu, dostlarının Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif mobil nömrələrlə zəng edərək, özlərini müxtəlif bank müəssisələrinin əməkdaşı kimi təqdim edərək, bank kartlarına köçürülən pulların nağdlaşdırılmasını və bunun müqabilində özlərinə də pul qlacağını bildirmişdir. Razılığa əsasən kartlara köçən pulların 10% atasına, 5 % isə kart sahiblərinə çatacaqmış. Qalan məbləğ isə xaricdə olan şəxslərin Bakıdakı tanışlarına verilməli olmuşdur. Atası ona həmin pulları nağdlaşdırmaq üçün kart lazım olduğunu bildirmişdir. O, həmin vaxt Bakı şəhəri, Babək prospektində yerləşən “Avto ehtiyat” hissələri mağazasında satıcı işləmiş və qonşuluqda olan dönərçi Şahid7 yaxınlaşaraq sonuncudan bank kartı olub-olmamasını soruşmuşdur. Fuad da ona bank kartının olduğunu bildirmişdir. O, Fuada kartı ona verməsini, mənim həmin kartdan istifadə etməyini və əvəzində sonuncuya 300 manat pul verecəyini bildirmişdir. Fuad maddi durumu yaxşı olmadığı üçün onunla razılaşmış və özünə məxsus olan "xxxx" ASC- yə məxsus bank kartını və pin kodunu deyərək ona vermişdir. O da kartın şəklini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə atası Vüqara göndərmişdir. Sonra Fuad ona zəng edərək kartına 3870 manat və 3960 manat pul vəsaitinin daxil olduğunu bildirmişdir. O, Fuadın ona verdiyi "xxxx" ASC-yə məxsus bank kartının şəklini atasına göndərsə də, kartı özündə saxlamışdır. Fuad kart hesabına pulların köçürülməsi barədə ona bildirdiyi üçün o, həmin gün Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmış və plastik kartı bankomata daxil edərək hesaba köçürülmüş 7800 manat pul vəsaitini nağdlaşdırıb hesabdan çıxarmışdır. Bundan sonra həmin puldan 300 manat pulu Fuadın ona göndərdiyi "xxxx" karta göndərmişdir. Qalan pulu isə evə gələrək atası Vüqara vermişdir. Vüqar da həmin pulun 10%-ni götürərək qalan pulu xaricdə olan tanımadığı dostlarına vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, iş üzrə dövriyyədə olan pul vəsaitlərinin oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini qeyd edərək, bu halların nəzərə alınmaqla barəsində daha yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2013cü ildən tanımışdır. O, 2013-cü il tarixdən etibarən ümumilikdə nəqliyyat vasitələri üçün ehtiyat hissələrini Təqsirləndirilən şəxs1 alaraq bir az pul qoymaqla Bakı şəhərində satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, X21 adında tanışı var və əmtəəsiz pulların nağdlaşdırılması əməliyyatlarını birlikdə həyata keçirərək pul qazanmağı təklif etmişdir. X6, Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, istənilən şəxsə məxsus bank kartlarını “Whatsapp” proqramı vasitəsi ilə göndərməyini və sonda göndərilən kartlara müxtəlif məbləğlərdə tərəfindən pulların köçürüləcəyini, həmin pulları kart sahibinin vasitəsi ilə Bakı şəhərində nağdlaşdırıb 5 faizini kart sahibi, 5 faizini isə Təqsirləndirilən şəxs1 əldə etməklə həmin əməliyyatları sonlandırılır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona bu barədə geniş məlumat verərək bildirmişdir ki, əgər istəsə istifadəsində olan bank kartına xarici ölkələrdən əmtəəsiz pulların nağdlaşdırılması məbləğlərində pulların köçürüləcəyini və həmin pulu Bakı şəhərində olan terminallardan çıxardaraq ona təqdim etməyi və bu işin müqabilində pulun məbləğindən asılı olaraq 5 faizi ona çalacağı barədə vəd vermişdir. Həmin vaxt əmtəəsiz pulların nağdlaşdırılması əməliyyatların həyata keçirilməsi ilə bağlı o, Təqsirləndirilən şəxs1 ilə görüşərək razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 özünə məxsus “Unibank” nəzdində olan "xxxx" bank kartının sürətini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Vüqarın istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Bundan sonra X21 ona məxsus bank kartına 3370 manat pul göndərmiş və Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, istifadəsində olan karta 3370 manat pul köçürülüb və həmin pulu kartdan çıxararaq verməyini bildirmişdir. Daha sonra bankdan pulu çıxardıb, ünvan 7 ünvanında 3200 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Həmin pulun 5 faiz olmaqla ümumilikdə 3370 manat puldan 170 manat pulu isə özü götürmüşdür. Onun istifadəsində olan “Unibank” nəzdində olan "xxxx" kartına xx.xx.2023-cü il tarixdə 2380 və 990 manat olmaqla 3370 manat pul göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pul vəsaiti Zərərçəkmiş şəxs2 kart heabından oğurlanmış pul olmuşdur. Bundan əlavə olan "xxxx" kartına 1900 manat, 1940 manat, 990 manat, "xxxx"a məxsus plastik kart hesabına 4000 manat pul vəsaiti köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin pul vəsaiti də Zərərçəkmiş şəxs1 kart hesabından oğurlanmış pulun bir hissəsi olmuşdur. O, kart hesablarına göndərilmiş pulları çıxarıb Təqsirləndirilən şəxs1 vermiş və həmin pulllar görə onun payına düşən 370 manat pul götürmüşdür. O, əvvəlcədən elektron məlumat daşıyıcılarından istifadə etməklə cinayət törətməyi barədə ilk əvvəl məlumatı olmasa da sonra ki, əməliyyatlarda artıq məlumatı olmuş və bu barədə əmtəəsiz pulların nağdlaşdırılması əməliyyatlarını qabaqcadan Təqsirləndirilən şəxs1 ilə vədələşməklə birlikdə etmişlər. Son olaraq etdiyi cinayətdən ona ümumilikdə 370 manat pul çatmışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, iş üzrə dövriyyədə olan pul vəsaitlərinin oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini qeyd edərək, bu halların nəzərə alınmaqla barəsində daha yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ortaq tanışları olan Şahid5 vasitəsi ilə tanımış və 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən çay evlərinin birində Vüqarla görüşmüşdür. Söhbət əsnasında Vüqar ona əlində sərfəli iş olduğunu demişdir. O da maraq doğurduğu üçün iş barədə Vüqardan məlumat almışdır. Vüqar ona bildirmişdir ki, Rusiya və ya Ukraynadan onun dost-tanışlarına pul vəsaitləri gəlir. Öz kartları ilə çox əməliyyat etdiyi üçün əlavə bank kartları lazımdır. Ona müxtəlif şəxslərin bank kartlarını verməyi qarşılığında müəyyən məbləğdə “şirinlik” kimi pul verəcəyini bildirmişdir. O, ilk əvvəllər Vüqarın iş təklifini əhəmiyyətli qəbul etməmişdir. 2 həftə sonra həmin çay evində yenidən Vüqarla görüşmüşdür. Onun maddi durumu həmin vaxt yaxşı olmadığı üçün sabaha kart tapa biləcəyini demişdir. Səhəri gün dostu Şahid4 ilə əlaqə saxlayıb, öz bank kartının limitdə olduğunu bildirib, bir neçə günlük maşın alqı-satqısı ilə bağlı, kartını istəmişdir. Ramil də ona inandığı üçün etiraz etməmiş, təqribən axşam saatlarında “555” Avtoservisdə Ramil ilə görüşmüşdür. Həmin görüş zamanı Ramil "xxxx"a məxsus bank kartını ona vermişdir. Bundan sonra Vüqarla əlaqə saxlayıb Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında görüşüb Ramildən almış olduğu "xxxx"a məxsus bank kartını Vüqara vermişdir. Bundan sonra karta pul gələndə Ramil zəng vurub kartına 3520 manat pul gəldiyini bildirilmişdir. O da öz növbəsində bu barədə məlumatı olduğunu Ramilə bildirmişdir. Səhəri gün Vüqar ona 300 manat pul vermişdir. Vüqar kartı geri qaytaran zaman əlavə kart tapıb verəcəyi təqdirdə yenə işə davam edə biləcəyimi bildirmişdir. Pula ehtiyacı olduğu üçün bir neçə gün sonra X27 ilə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncudan avtomobil alqısatqısı adı ilə bir neçə günlük kart istəmişdir. Rahibdən kartı alıb Vüqara vermişdir. Həmin vaxt Vüqar ona 200 manat pul vermişdir. Bundan sonra o, Vüqara heç kəsin kartını göndərməmiş və sonuncu ilə iş görməmişdir. Rahib və Ramilin heç birinin bu işlərdən məlumatı olmamış, sonuncular onu yalnız avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilmişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, iş üzrə dövriyyədə olan pul vəsaitlərinin oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini qeyd edərək, bu hallar nəzərə alınmaqla barəsində daha yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə bank kartında yaranan problemlə bağlı "xxxx"a müraciət etmişdir. Növbəti gün ona xarici mobil operatora məxsus sonu 196 ilə bitən nömrədən zəng gəlmişdir. Həmin vaxt evində olmuşdur, danışan şəxs ona özünü "Kapital Bank” əməkdaşı kimi təqdim etmişdir. Əslində zəng gələn nömrə xarici nömrə olsa da, bir gün öncə banka müraciət etdiyi üçün zəng edən şəxsə inanmışdır. Həmin şəxs kartına kiber müdaxilə olunduğunu və hesabının təhlükədə olmasını bildirmişdir. Bundan sonra həmin şəxs ondan bank kartının nömrəsini istəmişdir. Danışan şəxsin bank əməkdaşı olmasına inanaraq sonuncunun ondan tələb etdiyi məlumatları vermişdir. "xxxx" kartlarından ümumilikdə 16.830 manat vəsait oğurlanmışdır. Hadisə nəticəsində olan ümumilikdə 16.830 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda tərəflər arasında barışıq əldə olunmuş, vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya mülki iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Çülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə yaşadığı İsmayıllı rayonu Qaraqaya kəndində yerləşən evdə olarkən tanımadığı şəxs xatırlamadığı mobil nömrələrdən Azərbaycan dilində səlis danışan 25-30 yaşlarında kişi cinsinin nümayəndəsi onun istifadəsindı olan mobil telefon nömrəsinə zəng vuraraq özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etmiş və bank kartına müdaxilə olunduğunu bildirmişdir. Həmin şəxs özünü müdir kmi təqdim etmişdir. Narahat olduğu üçün həmin şəxsə öz adına olan "xxxx" ASC-yə məxsus bank kartının məlumatlarını və mobil telefon nömrəsinə gələn təhlükəsizlik kodunu bildirdikdən sonra kartından 7 dəfə ardıcıl olaraq 990 manat və 1 dəfə 900 manat çıxarılmışdır. Ümumilikdə ona 7830 manat ziyan dəymişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda ittiham aktında göstərilən məbləğ tam şəkildə ödənilmişdir. Lakin mülki iddia ilə məhkəməyə müraciət etdiyini, bankdan əlavə kredit götürdüyünü bildirərək, kredit məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən X23 Aeroportunda xüsusi avtonəqliyyat xidmətində sürücü işləyir. İşdə olarkən tanımadığı mobil nömrədən zəng gəlmişdir. Həmin şəxs özünü "xxxx"ın əməkdaşı kimi təqdim edib, ona məxsus "xxxx" kartından İran İslam Respublikasına təxribat xarakterli pul köçürüldüyünü və bu barədə məlumatı olub-olmamasını soruşmuşdur. O, bu barədə məlumatı olmadığını bildirmişdir. Həmin şəxs onun kartının təhlükədə olduğunu və kartından yenidən pul vəsaitlərinin digər hesablara köçürüləcəyini demişdir. Bir anlıq həmin şəxsin onu aldatdığını düşünmüş və nə üçün o, "xxxx"ın “196” müştəri xətti ilə deyil, sadə nömrə ilə zəng vurduğunu soruşdmuşdur. O dərhal bu barədə narahat olmamağımı bildirib, zəngi dayandıraraq, +**********96 mobil nömrəsi ilə təkrarən mənə zəng etmişdir. Həmin vaxt o, həmin şəxsin həqiqətəndə Kapital Bank işçisi olduğuna əmin olmuşdur. O, bir anlıq həmin şəxsə inanmışdır. Həmin şəxs ona 16 rəqəmli kartının ilk 12 rəqəmini söyləmiş və qalan 4 rəqəmi, kartın istifadə tarixini və arxa hissəsində olan 3 rəqmli kodu soruşmuşdur. O, həmin şəxsə lazım olan bütün məlumatları vermişdir. O, mobil tətbiq vasitəsilə karta daxil olub görmüşdür ki, kartında olan son 3340 manat məbləğdən cəmi 121 manat qalmışdır. Dərhal DİN-nin 102 Məlumat Mərkəzinə zəng vuraraq kartından tanımdığı şəxsin pul vəsaiti oğurlaması barədə məlumat vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda tərəflər arasında barışıq əldə olunmuş, vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya mülki iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 16:00 radələrində X1 zaman tanımadığı şəxs mobil nömrəsinə zəng edərək özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edib ona məxsus olan kartının təhlükədə olmasını bildirmişdir. Təhlükəni aradan qaldırmaq üçün ondan kart məlumatlarını istəmişdir. Həmin şəxsin danışığına aldanıb "xxxx" ASC-nin əməkdaşı olduğuna inanmış və sözügedən kartı ilə bağlı olan bütün zəruri məlumatları həmin şəxsə vermişdir. Sonda istifadəsində olan mobil nömrəsinə 4 rəqəmli kod gəlmiş və həmin kodu da həmin şəxsə demişdir. Bir az sonra kartından 900 manat pulun çəkilməsi ilə bağlı bildiriş gəlmiş və kartından 900 manat pulun oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin mobil nömrəyə dəfələrlə zəng etsə də əlaqə saxlamaq mümkün olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 Xidmət Mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda tərəflər arasında barışıq əldə olunmuş, vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya mülki iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və onların ibtidai istintaq orqanında vermiş olduğu ifadələrini elan etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" kartı qohumu Şahid3 məxsus olmuşdur. 18 may 2023-cü il tarixdə digər qohumu Şahid6 ona zəng edərək bildirmişdir ki, sürücü işlədiyi avtomobillərə yanacaq vurması üçün vəsait göndərilməlidir, lakin bunun üçün aktiv bank kartı yoxdur. Şahid6 xahişi ilə o, bu barədə qohumu Şahid3 məlumat vermiş və Şirxan da özünə məxsus Kapital Bank kartının məlumatlarını vermişdir. Bundan sonra Şahid3 məxsus bank kartına 4.000 manat vəsait mədaxil olmuş və Şirxan həmin məbləği nağdlaşdıraraq ona vermişdir. Pulu göndərdikdən sonra o, Şahid6 göstərişi ilə Şahid3 yol pulu kimi 20 manat vermişdir. Şixan Osmanovdan pul vəsaitini götürdükdən sonra o, Şahid6lə görüşərək pulu sonuncuya vermişdir, Şahid6 yol pulu kimi ona 10 manat vermişdir. Hadisədən bir neçə gün sonra Şahid3 ona və Şahid6 bildirmişdir ki, bank tərəfindən kartına həmin 4.000 manat köçürmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Məhdudiyyət qoyulan zaman Şahid3 kartında özünə məxsus 300 manat vəsait olmuşdur. Buna görə də, Şahid6 Şirxana həmin 300 manat vəsaiti ödəmişdir ki, Şixan Osmanov narazılıq etməsin. Sonrakı müddətdə ona məlum olmuşdur ki, Şahid6 də həmin vəsaiti götürdükdən sonra ortaq tanışları Təqsirləndirilən şəxs1 vermişdir və pulu göndərən şəxsin şəxsiyyəti barədə məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" kartı ona məxsusdur. 18 may 2023-cü il tarxdə digər qohumu Əliyev X24 zəng edərək bildirmişdir ki, ona sürücü işlədiyi avtomobillərə yanacaq almaq üçün pul vəsaiti göndəriləcək, lakin pulun göndərilməsi üçün onların bank kartı yoxdur. Şahid2 ondan xahiş etmişdir ki, özünə məxsus bank kartının nömrəsini onlara versin və mədaxil ediləcək vəsaiti nağdlaşdıraraq onlara təqdim etsin. O da Elvinə etiraz etməyib razılaşmışdır. Bundan sonra ona məxsus bank kartına həmin gün 4.000 manat vəsait mədaxil olunmuşdur. O, həmin vəsaiti 18 may 2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan bankomat vasitəsi ilə nağdlaşdırmışdır. Bundan sonra həmin vəsaiti Şahid2lə görüşərək sonuncuya vermişdir. Şahid2 ona yol haqqı olaraq 20 manat pul vermişdir. Bu hadisədən bir neçə gün sonra kartından istifadə etmək istəyən zaman kartının bank tərəfindən bloklandığını görmüşdür. Bank kartında özünə məxsus 300 manat pul vəsaiti olmuşdur. Banka zəng edib kartının işləməməsinin səbəbini soruşan zaman ona məlum olmuşdur ki, Şahid2 verdiyi 4.000 manat vasitəsilə bağlı bank müştərisi şikayət etmiş və buna görə də kartına bank tərəfindən məhdudiyyət qoyulmuşdur. Bu hadisəni zəng edərək Şahid2 və Şahid6 bildirmişdir. Bundan sonra Şahid6 onun kartında bloklanmış 300 manat vəsaitini ona ödədi, lakin hadisə barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 uşaqlıq illərindən yəni, təxminən 30 il müddətdir ki, tanımışdır. Namiq avtomobilini təmir etdirmək üçün onların avtoservisə gəlmişdir. Söhbət əsanasında Namiq rayona gedəcəyini, istifadəsindəki kart bloklandığı üçün bank kartı lazım olduğunu bildirərək, ondan bir-neçə günlük istfadə üçün kart istəmişdir. O, aralarında olan uzun müddətli münasibət səbəbilə istifadəsində olan "xxxx"a məxsus bank kartını Namiqə vermişdir. Bir gün sonra axşam saatlaımda "xxxx" mobil tətbiqindən telefonuna bildiriş gələrək kartına 3520 manat pul köçürülmüşdür. Dərhal Namiqə zəng edərək kartına pul köçüdüyünü bildirmişdir. Namiq bundan məlumatı olduğunu demişdir. Bu pulların haradan gələn pullar olduğunu soruşduqda bildirmişdir ki, maşın satmış, bu səbəbdən onun kartına belə yüksək məbləğdə pul köçmüşdür. Həmin günün sonunadək kartına 9940 manat pul köçürülmüş və dərhal da həmin pullar kartından çıxarılmışdır. 2 gün sonra Namiq onların avtoservisə gələrək kartını ona qaytarmışdır. Kartına ümumilikdə 9940 manat pul köçmüşdür. Kartını qaytararkən Namiq ona pul verməmişdir. Bundan sonra Namiq heç vaxt ondan kart istəməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Vüqarı təxminən 20 ildir ki, tanımışdır. Birlikdə bir neçə dəfə avtomobil alqı-satqısı edərək gəlir əldə etmişlər. Vüqar ona pul gələcəyini və plastik kart lazım olduğunu bildirmişdir. Ona avtomobilini satdığını və onlayn pul gələcəyini bildirmişdir. O da Vüqara etiraz etməyərək istifadəsində olan adına rəsmiləşdirilmiş "xxxx" kartını Vüqara vermişdir. Həmin kartın şəklini çəkmişdir. Kiməsə göndərəcəyini bildirmişdir. Həmin hesaba ilkin olaraq 4000 manat pul gəlmişdir. Vüqar həmin vaxt ona "xxxx" a məxsus kartının olub olmadığını soruşduqda o, sonuncuya həyat yoldaşı X13 adına rəsmiləşdirilmiş kartı hesabını Vüqara vermişdir. Həmin hesaba da 5620 manat pul göndərmişdir. O, həmin pulları sövdələşmələrinə görə həmin gün Həzi Aslanov metrostansiyasmm yaxınlığında "xxxx" ASC-yə məxsus olan bankornatdan 4000 manat pulu hissə çıxararaq sayaraq orada Vüqara vermişdir. Daha sonra həyat yoldaşı X13 adına rəsmiləşdirilmiş, plastik kartı hesabına köçürülən 5620 manat pulu da "xxxx" ASC-yə məxsus olan bankornatdan nağdlaşdıraraq Vüqara vermişdir. Vüqar da həmin pulları sayaraq təhvil almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs1 onun istifadəsində olan plastik kart hesablarına 12875 manat pul köçürmüşdür. O da həmin pulları nağdlaşdıraraq Vüqara təhvil vermişdir. Həmin nağdlaşdırma əməliyyatlarından ona heç bir miqdarda vəsait çatmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şahidlər Şahid1, Şahid5 və Şahid7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və onların ibtidai istintaq orqanında vermiş olduğu ifadələrini elan etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikaının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 dövlət qurumlarına ünvanlanmış "xxxx" ASC-yə məxsus bank kartından təxminən 8000 ABŞ dolları vəsaitinin oğurlanmasına dair şikayəti daxil olmuşdur. xx.xx.2023-cü il tarixli tapşırıqdan aydın olur ki, Zərərçəkmiş şəxs2 tərəfindən DİN-in 102 xidmətinə zəng edərək "xxxx" ASC-yə məxsus bank kartından 3400 manat pulunun oğurlanmasına dair şikayəti daxil olmuşdur. Azərbaycan Respublikaının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus bank kartından 7630 manat pulunun oğurlanmasına dair şikayəti daxil olmuşdur. Azərbaycan Respublikasının Baş X2 tərəfinən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən aydın olur ki, özünə məxsus "xxxx" hesabından 3218 manat pulun ələ keçirilməsi ilə bağlı Ələkbər Cəlilovun müraciəti daxil olmuşdur. X34 İdarəsinin təhqiqatçısının xx.xx.2023-cü il tarixli raportundan aydın olur ki, Zərərçəkmiş şəxs5 tərəfindən özünə məxsus "xxxx" hesabından 900 manat pulun ələ keçirilməsi ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli Raportundan aydın olur ki, Zərərçəkmiş şəxs6 tərəfindən özünə məxsus "xxxx" hesabından 13000 manat pulun ələ keçirilməsi ilə bağlı müraciəti daxil olmuşdur. 230116074 saylı cinayət işi üzrə 22 iyul 2023-cü il tarixdə “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunması qərara alınmışdır. 231230003 saylı cinayət işi üzrə 08 avqust 2023-cü il tarixdə “Cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-388/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay 17 gün müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə 4(003)-422/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti ibtidai istintaq müddəti həddində müəyyən edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-543/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri müddəti 23 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-593/2023 saylı Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri müddəti 20 gün müddətinə, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəxsin cinayət törətməkdə şübhəli olduğuna görə tutulması haqqında” xx.xx.2023cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nın 177.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əmləini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-364/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 04 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-423/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustqalığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 26 noyabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-543/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində ev dustaqlığı qətimkan tədbiri müddəti 23 gün yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli “Qətimkan tədbiqinin dəyişdiirlməsi barədə” Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamələrdən aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. 230020305 saylı cinayət işi üzrə 08 dekabr 2023-cü il tarixdə “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. Həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. 231920060 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərrdan aydın olur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2023-cü il tarixli tələbnaməsindən aydın olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cüil tarixli qərara əsasən "xxxx"dan əldə edilmiş A4 formatında kağız üzərində olan bank hesablarından çıxarışlar və bank məlumatlarının əks olunduğu 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilmişdir. X34 İdarəsinə Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən aydın olur ki, "xxxx" hesabından oğurlanmış 900 manat pul vəsaiti ona təqsirləndirilən şəxsin yaxınları tərəfindən qaytarılmışdır. Heç bir şikayəti və tələbi yoxdur. X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə elektron qaydada təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş 3400 manatın və 54 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə məhkəmədən qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayəti, iddiası və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Mülki iddiadan imtina etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət nəticəsində ona vurulmuş 7830 manatın və həmin zərərin nəticəsində mənə dəymiş 2920 bank faizi pulu olmaqla cəmi 10750 manat məbləğində maddi zərərin, eləcə də 123 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində ona vurulmuş 7830 manat ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş teleqramlardan aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən mülki iddiası üzrə 3043 manat məbləğində pulun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq - yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilə şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, bank hesablarından əldə edilmiş məlumatlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 verdikləri ifadələrdə bildirmişlər ki, onların bank kartlarına köçürülən pul vəsaitlərinin oğurluq yolu ilə əldə edildiyini bilməmiş, həmin vəsaitləri yalnız kartlarından istifadə edildiyi üçün müəyyən xidmət və ya köçürmə əməliyyatlarına görə qazanc kimi qəbul etmişlər. Lakin məhkəmə iş üzrə toplanmış sübutların məcmusunu, o cümlədən bank əməliyyatlarına dair məlumatları, pul vəsaitlərinin qısa müddət ərzində müxtəlif şəxslərin hesablarından köçürülməsi faktını, həmin vəsaitlərin dərhal nağdlaşdırılması və ya digər hesablara yönəldilməsi hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin bu barədə verdikləri ifadələr həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, normal həyat təcrübəsinə və məntiqi mülahizələrə əsasən şəxsin öz bank kartına, eləcə də müxtəlif şəxslərdən müvəqqəti olaraq götürdükləri kartlara mütəmadi olaraq pul vəsaitlərinin köçürülməsi və bu vəsaitlərin müəyyən hissəsinin qazanc kimi saxlanılması hallarının qanuni xarakter daşıdığına inanması inandırıcı hesab edilə bilməz. İş materialları göstərir ki, təqsirləndirilən şəxslər öz bank kartlarından və yaxınlarından aldıqları bank kartlarına köçürülən vəsaitləri nağdlaşdırmış və ya başqa hesablara yönəltmişlər ki, bu da onların törədilmiş cinayət əməlində iştirakını və baş verən hadisənin mahiyyətini dərk etdiklərini göstərir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin “köçürülən vəsaitlərin oğurluq yolu ilə əldə edildiyini bilməmələri” barədə verdikləri ifadələri iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil edən, məsuliyyətdən yayınmaq və özlərini müdafiə etmək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir və həmin ifadələri inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllər vətəndaşların mülkiyyət hüquqlarına zərər vurmaqla yanaşı elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə bank hesablarından pul vəsaitlərinin talanması bank və maliyyə münasibətlərinin normal fəaliyyətinə zərər vurur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlinin işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə tədqiqatının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsifi məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuş, X20 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuş, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuş, Təqsirləndirilən şəxs4 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq məhkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ziyanın böyük hissəsinin Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsini, ona qarşı heç bir şikayət və tələbininin olmamasını, ilk dəfə cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbininin olmamasını, il dəfə cinayət əmli törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır . Bundan başqa məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbininin olmaması, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbininin olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 ziyanın böyük hissəsinin onun tərəfindən ödənilməsi, ilk dəfə cinayət əməli törətməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay, 23 (iyirmi üç) gün (26 iyul - 19 dekabr 2023-cü il tarixləri) azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 02 (iki) gün (24- 25 noyabr 2024-cü il) müddət azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın və mülki iddiaya əlavənin dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 tərəfindən törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 tərəfindən zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ümumilikdə 7830 manat ziyan dəyməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır və həmin məbləğ təqsirləndirilən şəxslər (mülki cavabdehlər) tərəfindən zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ödənilmişdir. Zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 həmin cinayət əməli nəticəsində bankdan əlavə vəsait götürməsi və bunun müqabilində 2920 manat bank faizinin tələb edilməsi ilə bağlı mülki iddia ərizəsinə münasibətdə bildirir ki, mülki iddiaya əlavə edilmiş bank çıxarışlarından məbləğin hansı məqsədlə bankdan götürülməsi və nəyə sərf olunması, eləcə də iddia ərizəsində həmin tələb edilən məbləğin cinayət nəticəsində vurulmuş ziyan olması əsaslandırılmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən hal-hazırkı halda verilmiş mülki iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayəti, iddiası və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Mülki iddiadan imtina etmişdir. Qanunvericiliyin müddəaları, eləcə də mülki iddianın ərizəsi nəzərə alınmaqla zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – "xxxx"dan əldə edilmiş A4 formatında kağız üzərində olan bank hesablarından çıxarışlar və bank məlumatlarının əks olunduğu 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün cəmi 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün cəmi 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili X14 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. 15 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün cəmi 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay, 23 (iyirmi üç) gün (26 iyul - 19 dekabr 2023-cü il tarixləri) azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (24-25 noyabr 2024-cü il) azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə maddi sübutlar – "xxxx"dan əldə edilmiş A4 formatında kağız üzərində olan bank hesablarından çıxarışlar və bank məlumatlarının əks olunduğu 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək olan müddətdə 29 (iyirmi doqquz) iş saatı üçün cəmi 174 (yüz yetmiş dörd) manat məbləğində, xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə isə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-111/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-111/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver