Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-112/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X2, Müdafiəçi – “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (tikintidə usta), məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 193,00 manat olmaqla cəmi 579,00 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(005)-70/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-722/2023 saylı qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 8492.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X3 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərimişdir ki, X4 ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy eləmişlər. Münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X9 adında dörd övladları anadan olmuşdur. 21 il birlikdə yaşadıqdan sonra Gülər Quliyeva ilə ayrılmaq qərarına gəlmişlər. Ayrılandan sonra Gülər Quliyeva uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərilmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Amin, Qulu və Bahar adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 193,00 manat olmala üç uşağa 579,00 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. xx.xx.2003-cü il təvəllüdlü X6 18 yaşı tamam olduğundan ona aliment hesablanmamışdır. Hazırda aliment borcundan ümumilikdə 3500,00 manatını X1 hesabına ödəmişdir. Maddi imkanı olmadığından aliment borcunu tam olaraq ödəyə bilmir. Hazırda müəyyən qədər ödənişlər həyata keçirdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy eləmişlər. Münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X9 adında dörd övladları anadan olmuşdur. 21 il birlikdə yaşadıqdan sonra yola münasibətləri korlanmış və ayrılmaq qərarına gəlmişlər. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, uşaqları tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Amin, Qulu və Bahar adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 193,00 manat olmala üç uşağa 579,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2003-cü il təvəllüdlü X6 18 yaşı tamam olduğundan ona aliment hesablanmamışdır. Hazırda Təqsirləndirilən şəxs aliment borcundan 3500 manat pul ödəmişdir. Alimentin tam olaraq ödənilməsini tələb edir. Məbləğ tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Yaşar X4 ilə rəsmi ailə qurmuş, münasibətlərindən dörd övladları anadan olmuşdur. 21 il birlikdə yaşadıqdan sonra Gülər Quliyeva ilə ayrılmışlar. Daha sonra Aygün Vəliyeva uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərilmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək oğlu Yaşara qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən oğlu Təqsirləndirilən şəxs uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Oğlu Yaşarın maddi imkanı kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 8492.00 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcundan 3500,00 manatını X1 hesabına ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid6 ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 70/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 193,00 manat olmaqla, cəmi 579,00 manat sabit pul məbləğində aliment pulunun Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızının xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduğu tarixdə icraata qəbul edilmiş, tələbin icra olunması üçün borcluya qərarın surəti göndərilmiş və bildiriş təqdim edilmişdir. Bu barədə tələbkar tərəfə və aidiyyəti məhkəməyə məlumat verilmişdir.İcra sənədlərinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs adına elektron icra sistemindən əldə edilmiş məlumat əsasında tələbin yönəldilə biləcəyi əmlak olmadığına və aliment borcunu ödəmədiyinə görə, onun barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 3(005)-722/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs səkkiz gün müddətinə həbs edilmişdir. İcra sənədinin icrası istiqamətində Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Nərimanov Rayon Məhkəməsinin 8(005)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X3 hər hansı bir məbləğdə aliment ödənişi edilməmiş, aparılmış bütün icra tədbirlərinə baxmayaraq təqdim verilən xx.xx.2023-cü il tarixədək 8492,00 manat aliment borcu yaranmışdır. Bundan başqa Elektron icra sistemindən əldə edilmiş məlumat əsasında Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən 345,00 manat olan bənna işlədiyi müəyyən edilmiş və dərhal tələb onun əmək haqqına yönəldilmişdir. Lakin alınmış cavabdan aydın olmuşdur ki, elektron sistemdə onun adına əmək müqaviləsi görünsə də, işə getmədiyindən Təqsirləndirilən şəxs işdən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Orada işlədiyi müddətlərdə də aylıq alimentindən və ya aliment borcundan heç bir ödəniş etməmişdir. Halbuki, istəsə bu müddət ərzində aliment ödəyərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid7 şahid qismində dindirilmiş Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə AR ƏN İstintaq İdarəsinin rəisinə ünvanlanmış təqdimatdan görünür ki, “İcra haqqında” AR Qanununun 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədlərinin icrasından qərəzli olaraq yayınan borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələyə baxılması üçün təqdimat verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh Təqsirləndirilən şəxs qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızı arasında xx.xx.2009-cu ildə qeydə alınmış və 16 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızının yanında saxlanılmaları, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 manat olmaqla, ümumilikdə cəmi 579 manat sabit pul məbləğində aliment Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızının xeyrinə tutulması və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızının yanında saxlanılmalı, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2004cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 manat olmaqla, ümumilikdə cəmi 579 manat sabit pul məbləğində aliment Quliyeva (Əhmədova) Gülər Ağaməmməd qızının xeyrinə tutulmalı və qətnamənin aliment hissəsində dərhal icra edilməlidir. “İcraata başlamaq haqqında” Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 23 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra olunması Təqsirləndirilən şəxs xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-722/2023 nömrəli, 06 mart 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 06 mart 2023-cü il tarixdən, saat 18:15-dən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-136/2023 nömrəli, 07 aprel 2023cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 19 aprel 2023-cü il tarixli, 9321-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 22 may 2023-cü il tarixli, 20174-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 06 iyun 2023-cü il tarixli, 10293-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 06 iyul 2023-cü il tarixli, 10561-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 10 avqust 2023-cü il tarixli, 10729-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli, 10795-18136/2023-15-18 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir və əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, 14668 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1500 manat məbləğində aliment ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, 5053 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 manat məbləğində aliment ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, 29805 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500 manat məbləğində aliment ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli, 4851 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500 manat məbləğində aliment ödənişi edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə hökmü ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən icra sənədi üzrə 23 yanvar 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, keçən müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, yalnız istintaq dövründə tələbkara ümumilikdə 3500 manat məbləğində ödəniş etmişdir. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, borcun ödənilməsinə laqeyd münasibət göstərilməklə icra sənədinin icrasını tam təmin etməkdə hərəkətsizlik nümayiş etdirmiş, dəfələrlə rəsmi xəbərdarlıq edilmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, icra sənədi üzrə müəyyən məbləğdə ödəniş etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən icra sənədi üzrə müəyyən məbləğdə ödəniş etməsini, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-112/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-112/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver