Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-112/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 yerləşən "xxxx" MMC-nin ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncun yaşadığı evə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 25 sentyabr 2022-ci il tarixdə 6500 manat, 05 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 4000 manat, 25 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 11500 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla, ümumilikdə 22000 manat pulunu alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Bakı şəhəri, Nizami rayonu, 50 saylı natoriat ofisində “Martvvod" MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona sifariş veridiyi mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 10 oktyabr 2022-ci il tarixdə 10000 manat və 28 oktyabr 2022-ci il tarixdə 3000 manat manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13000 manat pulunu ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan 05 noyabr 2022-ci il tarixdə direktoru olduğu ünvan 2 ünvanda yerləşən “Marthvvod MMC-nin ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun yaşadığı evə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla, 9000 manat pulunu və 1000 manat dəyərində vanna paneli və 2 ədəd mebel parçaları alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 10.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan direktor işlədiyi “Marthvvod" MMC-nin yerləşdiyi ünvan 2 ünvanda yerləşən ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib ona yaşadığı evinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 07 mart 2023-cü il tarixdə 5000 manat və 26 mart 2023-cü il tarixdə 6970 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11970 manat pulunu ələ keçirməklə, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürüdüyti öhdəliyi yerinə yetirmək niyyəti olmadan direktor işlədiyi “Marthvvod" MMC-nin yerləşdiyi ünvan 2 ünvanda yerləşən ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edib ona yaşadığı evinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 22 mart 2023-cü il tarixdə 10000 manat və 01 aprel 2023-cü il tarixdə 3000 manat, 21 aprel 2023-cü il tarixdə həmin ünvnda həmin tarixin məzənnəsinə müvafiq 1700 manat olan 1000 ABŞ dolları pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 14700 manat pulunu ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan direktor işlədiyi “Marthvvod" MMC-nin yerləşdiyi ünvan 2 ünvanda yerləşən ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs8 etibarından suiistifadə edib ona yaşadığı evinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 03 aprel 2023-cü il tarixdə ofisində 1245 manat pul almış, bundan sonra, həmin gün ünvan 3 ünvanda işçisi vasitəsi ilə həmin tarixin məzənnəsinə müvafiq 1105 manat olan 650 ABŞ dolları məbləğində pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə 2350 manat pul vəsaitini ələ keçirməklə verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs8 əhəmiyyətli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan direktor işlədiyi Marthvvod, MMC-nin yerləşdiyi ünvan 2 ünvanda yerləşən ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib ona sifariş veridiyi obyektinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 18 aprel 2023-cü il tarixdə 15000 manat və 06 may 2023-cü il tarixdə 15000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 30000 manat pulu alıb ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan direktor işlədiyi "xxxx" MMCnin yerləşdiyi ünvan 2 ünvanda yerləşən ofisində MMC-nin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs7 Alışan oğlunun etibarından sui-istifadə edib ona yaşadığı evinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 06 aprel 2023-cü il tarixdə 3000 manat, 16 may 2023-cü il tarixdə həmin ünvanda 3000 manat olmaqla ümümilikdə 6000 manat pulunu alıb ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2019-cu ildə "xxxx" adlı MMC-ni mebel istehsalı və idxalı üçün təsis etmiş və instaqramda "xxxx" adı ilə qeydiyyatdan keçmişdir. 2022-ci ilin sentaybr ayının əvvəllərində Zərərçəkmiş şəxs5 onun ünvan 4 ünvanda yerləşən həmin ofisinə gələrək mebel sifariş vermək istədiyini bildirmiş və təxminən 20000 manatlıq mebel sifariş vermiş, ilkin olaraq ona 6000 manat, daha sonra 4000 manat pul ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 evində təxminən 12000 manatlıq mebel yığmışdır. Lakin, mənzilində müvafiq yerlərdə əyrilik olduğuna görə qalan mebelləri təhvil verə bilməmişdir. Bundan başqa 05 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun ünvan 4 ünvanda yerləşən ofisinə gələrək mebel sifariş vermək istədiyini bildirmiş, təxminən 18000 manat dəyərində mebel sifariş vermiş və ilkin olaraq ona 6000 manat, daha sonra 3000 manat pul ödəniş, etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 mənzilinə baxmış və müvafiq ölçülər götürmüş, rənglənməsi üçün 2 ədəd Vanna Paneli və 2 ədəd böyük mebel parçalarında götürmüşdür. Lakin sifarişlər çox olduğu üçün Zərərçəkmiş şəxs2 sifarişlərini yeriən yetirə bilməmiş və ondan aldığı pulları digər sifarişlərə sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ilə 07 oktyabr 2022-ci il tarixdə tanış olmuş, və onu işlədiyi Bakı şəhəri Niazmi rayonu 50 saylı notariat ofisinə dəvət etmişdir. Oradan Kənan ilə birlikdə gedib onun ünvan 5 ünvanında yerləşən mənzilinə baxmış, mənzildən ölçülər götürmüşdür. 10 oktyabr 2022-ci il tarixdə müqavilə ilə Zərərçəkmiş şəxs1 işlədiyi notariat ofisinə gələrək orada müqavilə bağlamışlar. Həmin müqvilədə onun görəcəyi işlər və həmin işlərə görə Kənanın ona ödəməli olduğu ümumulikdə 38075 manat məbləq qeyd edilmişdir. Müqavilə bağladıqdan sonra 24 oktyabr 2022-ci il tarixdə danışıb razılaşdıqları 38075 manat puldan işlədiyi Bakı şəhəri Nizami rayonu 50 saylı notariat ofisində Kənan ona 10.000 manat pul ödəmişdir. Daha sonra 28 oktyabr 2022-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri Niazmi rayonu 50 saylı notariat ofisində Kənan ona 3000 manat olmaqla, ümumilikdə ona 13000 manat pul ödəmişdir. Bunun müqabilində isə sifariş edilmiş mebellərin heç birini hazılaya bilməmiş və Zərərçəkmiş şəxs1 aldığı pulları digər sifarişlərə sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 2023-cü ilin mart ayının əvvəllərində ona mənzili üçün gizli qapıların sifarişini vermiş və 07 mart 2023-cü il tarixində 5000 manat ona məxsus plastik bank kaıtına pul köçürmüşdür. Bundan sonra sifarişə başlamışlar. Zərərçəkmiş şəxs4 onlara müraciət edərək ev mebeli də hazırlamasını sifariş vermiş və razılığa gəlib müqavilə imzalamışlar. Ödənişlər 3 mərhələdə, ümumilikdə 15000 manat ödəniş olmalı idi. Lakin, 26 mart 2023-cü il tarixində ünvan 6 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində Anar ona 6970 manat ödəniş etmişdir. Bundan sonra 15 aprel 2023-cü il tarixdə gizli qapılara dair sifarişi təhvil verməli idilər. Sonradan qapı Profilləri Türkiyə Respublikasindan gəldiyi üçün orada zəlzələ olduğundan gecikmə olmuşdu. Aprel ayının 20-də Anar onunla əlaqə saxlamış, evinin dizayn olunan hissələrini Anarın emailinə, həm də vatsapına göndərmişdir. Lakin, 2 gün sonra Anar zəng vurub ümumiyyətlə sifarişləri istəmədiyini, bildirmişdir. Anara qapıların hazır olduğunu və onun ünvanına göndərə biləcəyini demiş, lakin Anar istəməmişdir. Müqavilə üzrə öhdəlikləri 30 iyulda bitəcəkdir. Anar isə verdiyi pulları tələb etməyə başlamışdır. Bundan başqa 2023-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs6 onun ünvan 6 ünvanda yerləşən ofisinə gələrək sifariş verdiyi mebelə görə Zaurdan 22 mart 2023-cü il tarixdə beh kimi 10000 (on min) manat almışdır. Müqavilənin şərtlərinə görə Zaur ayın sonuna qədər evinin təmirini bitirməli və onun evnə mebel yığmağa başalamlı olduğunu, lakin Zaurun evinin təmirini yekunlaşdırmadığına görə ora mebel yəğa bilməmişdir. Zaurdan əlavə olaraq 3000 manat da almışdır. Bundan sonra Zaur evinin təmirini bitirmədiyinə görə çarəsiz qalib işi təhvil verə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 2023-cü ilin aprel avının əvvəllərində onun yanına gələrək 10000 manat dəyərində mebel sifariş vermişdir. Absalamdan, daha doğrusu onun oğlu Ceyhundan xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən ofisində onunla müqavilə bağlayaraq ümumilikdə 6000 manat ondan pul almış, lakin şəxsi çətinliklərinə görə vəd verdiyi mebelləri vaxtında hazırlaya bilməmişdir. Bundan başqa 03 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 onun ünvan 6 ünvanda yerləşən ofisinə gələlər 4700 manat dəyərində mebel ona sifariş vermiş, Zərərçəkmiş şəxs8la aralarında 03 aprel 2023-cü il tarixli 906 saylı müqavilə imzalanmış, müqavilədə qeyd olunan 4700 manat pulun yarı qismini, yəni 2350 manat pulun 1245 manatını ofisdə Şakir ona vermişdir. Bundan sonra həmin gün ustasını Şakirin ünvan 7 ünvanda yerləşən mənzilinə ölçü götürmək üçün göndərmiş və Şakir mebellərə görə ustaya 650 ABŞ dolları pul vermiş, usta da həmin pulu binanın altında olan marketdən milli ön aparatı vasitəsi ilə onun istifadəsində olan plastik kartına köçürtmüşdür. Bundan bir sonra Zərərçəkmiş şəxs8 sifarişinə əsasən mebellərin hissələrini onun mənzilinə göndərmişdir. Zərərçəkmiş şəxs8 ona zəng vurub, mebellərin rənginin verdiyi sifarişə uyğun olmadığını deyərək, onu evinə çağırmışdır. Beləliklə Zərərçəkmiş şəxs8 vermiş olduğu sifarişə uyğun olaraq mebellərin hissələri quraşırmaya hazır vəziyyətdə mənzilinə yerləşdirilsə də Zərərçəkmiş şəxs8la mebelin rəngi ilə bağlı aralarında yaranmüş narazılığa əsasən mebelləri tam quraşdırıb təhvil verə bilməmişdir, mebel hissələri isə Zərərçəkmiş şəxs8 evində qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 2023-cü ilin aprel ayının əvvəllərində onun işlədiyi ünvan 6 ünvanda yerləşən ofisinə gəlmiş və ona Bakı şəhəri, Nərimanov rayonu, metropark deyilən yerdə obyekti olduğunu, obyektdə restoran və təhsil mərkəzinə mebel düzəltməsini sifariş vermişdir. 18 aprel 2023-cü il tarixdə 110000 manat dəyəri olan, 80000 manat tədris mərkəzi üçün, 30000 manat da restoran üçün mebel hazırlaması barədə razılığa gəlmişlər, aralarında müqavilə imzalanmış, işin təhvil verilməsi 30 may 2023-cü il tarixə razılıqları olmuşdur. Birinci restoran üçün mebel hazırlanmalı idi. Müddətin az olduğuna görə Ülviyyə 18 aprel 2023-cü il tarixdə ilkin 15000 manat, 25 aprel 2023-cü il tarixdə 29000 manat, 20 may 2023-cü il tarixdə 33000 manat, 05 iyun 2023-cü il tarixdə isə 33000 manat ödəməli idi. Ülviyyə cədvələ uyğun olaraq ilkin ödəniş kimi 18 aprel 2023-cü il tarixdə 15000 manat ona ödəmişdir. İşə başlamaq istəmiş, Nərimanov rayonu, Dərnəgül bazarı deyilən yerdə Müzəffər adlı şəxsdən 15000 manat laminat almaq üçün ödəmişdir. Ülviyyə 25 aprel 2023cü il tarixdə müqaviləyə əsasən 29000 manat ödənilməli olduğu təqdirdə 06 may 2023-cü il tarixdə 15000 manat ona ödəniş etmişdir, ödənişi etdikdən sonra Ülviyyə ona zəng edərək tədris mebelindən imtina etdiyini, restoranın təmir təmir olunmasını istədiyini bildirmişdir. Ülviyyəyə müqaviləyə görə hesablama apardığını izah etmişdir. Tədris üçün istifadə olan materiallar restoran üçün yararlı deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəmiş, onlarla barışmış, ona qarşı iddia və şikayətləri yoxdur, əməlindən peşmandır, nəzərə alınmasını ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, anası X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən qeyri-yaşayış sahəsində obeykt kimi gələcəkdə fəaliyyət göstərməsi nəzərdə tutulan yerə mebel düzəltdirmək üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və onun direkroru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ünvan 9 ünvanda yerləşən ofisinə getmiş, ona öz ofisi üçün mebel düzəltdirməyə gəldiyini və mebellər ilə bağlı fikirlərini demişdir. Təqsirləndirilən şəxs onu dinlədikdən sonra ofisdə görüləcək işlərin semtasını yazıb çıxartmış, ona ümumi görüləcək işlərin smetası 110000 (yüz on min) manat etsə də ilkin mərhələdə 46700 manat dəyərində görüləcək işin qiymətini endirimlə 30000 (otuz min) manat etdiyini demiş və bu barədə aralarında rəsmi müqavilə imzalanacağını bildirmişdir. Ona görə Təqsirləndirilən şəxs inanmış, 18 aprel 2023-cü il tarixdə, saat 16 radələrində həmin qeyd etdiyi ofisində əlbə-əl ona 15000 (on beş min) min manat pulu sayaraq vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra sayaraq, düz olduğunu demişdir. Teymur ondan pulu aldıqdan sonra onunla rəsmi qaydada müqavilə tərtib etmiş, müqaviləni hər ikisi imzaladıqdan sonrada Teymur direkroru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin möhürünü müqaviləyə vurmaqla təsdiq etdiyini demiş və müqavilənin bir surətini ona vermişdir. Sifariş verdiyi mebelləri Teymur 1 ay müddətinə hazırlayıb, gətirib yerində quracağı barədə aralarında razılaşma olmuşdur. Beləliklə Teymura tam inanmışdır. Teymur qalan pulları nə vaxt verəcəyini ondan soruşduqda, yaxın vaxtlarda gətirib verəcəyini ona demişdir. Bundan sonra xx.xx.2023- cü il tarixində, saat 17 radələrində Teymurun olduğu həmin qeyd etdiyi ofisində onunla görüşüb eyni məqsədlə yəni, ona mebel düzəlməsi üçün əlavə olaraq ona 15000 (on beş min) manat pul vermişdir. Teymur yenə də pulu ondan alıb sayaraq düz olduğunu demişdir. Beləliklə Teymur mebel düzəltməsi üçün ondan ümumilikdə 30000 (otuz min) manat pul almışdır. Lakin Teymur qeyd etdiyi tarixə qədər vəd verdiyi mebelləri hazırlamamış, ona vaxt vermək üçün bir necə gün də gözləmişdir. Həmin vaxt Teymuru görmək üçün onun olduğu ofisə get-gəl etdikdə orada tanımadığı adamlardan Teymurun başqalarına da mebel düzəldəcəyinə söz verib, pullarını aldığını, lakin söz verdiyi adamlarada mebel düzəltməyərək, onları aldatdığını, eşitmişdir. Bundan sonra Teymurun onu da aldatdığını başa düşmüş, Teymura zəng edərək verdiyi pullarını qaytarmasını tələb etməsinə baxmayaraq, Teymur hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. Beləliklə Teymur onun etibarından sui-istifadə edərək, onu aldatmaqla ümumilikdə 30.000 manat pulunu ələ keçirmişdir. Eyni zamanda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral-mart aylarında İnstaqram Sosial Şəbəkəsində yerləşdirilmiş elanlar üzrə mebel təmir tikintisini görən elanlara baxdıqda bunların sırasında "xxxx" MMC elanına baxmış, elanda öz əlaqə vasitələrini qoyan Təqsirləndirilən şəxs zəng etmiş, onun Bakı şəhəri, Nərimanov rayonu, Ayna Sultanova heykəli tərəfdə olan ofisinə getmişdir. Onun Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti Messenat holdingdə yerləşən 140 kv m ölçülü, 3 otaqlı mənzillərinə mebel yığdırmaq istədiyini Teymurla danışmışdır. Mənzilə ümumilikdə 23000 (iyirmi üç min) manat mebellərin qiyməti barədə Teymur ilə aralarında razılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 42 B saylı ünvanda yerləşən ofisində əlbə-əl 10000 (on min) manat pul Teymura ödəmişdir. 2023-cü ilin iyul ayının ortalarında həmin məqsədlə Teymura 1000 ABŞ dolları vermişdir. Teymur may ayında onun mənzilinin mebellərini təhvil verməsinə vəd verməsinə baxmayaraq, verdiyi vədinə əməl etməmişdir. Mənzilindəki təmir işləri qurtarmış, dəfələrlə Teymura xəbərdarlıq etməsinə baxmayaraq nəticəsi olmamışdır. Beləliklə Teymur onun etibarından sui-istifadə edib aldatmaqla ümumilikdə 14700 manat pul vəsaitini almaqla, ələ keçirtmişdir. Eyni zamanda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, instaqram sosial şəbəkəsində “Martvvod"- Azərbaycan elanı üzərində yerləşdirilmiş elanları gördükdə, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər YK-də tikilməkdə olan mənzilinə mebel sifariş etmək qərarına gəlmişdir. Ona görə Təqsirləndirilən şəxs ilə birlikdə mənzilə gəlib baxmış, Teymur onun sifarişini dinləmiş, 2 gün sonra onun mənzilində mebellərin yerləşmək formasını, ölçüsünü və növünü izah etmiş, hansı formada etmək istədiyini dinləmiş, qeydiyyat apararaq, smetanı təqdim etmişdir. Teymurun tərtib etdiyi smetada ümumilikdə evin mebellərinin 30000 ( otuz min ) manat dəyərində olduğu qeyd edilmiş və aralarında 25 sentyabr 2022-ci il tarixdə bu barədə müqavilə imzalanmışdır. Müqavilə imzalandığı tarixdə ilkin ödəniş olaraq 6500 manat Teymura əlbəəl pulu vermişdir. Teymur ilə aralarındakı razılaşmaya əsasən mətbəx, 3 yataq otağı, dəhliz və qonaq otağının dəst mebellərini Teymur hazırlayıb təqdim etməli idi. Müqavilə üzrə ona qalan ödənişləri etməli olduğundan, 10 gün sonra 4000 manat da əlavə ödəniş etmişdir. Müqaviləyə əsasən Teymurgil işə başlamalı olduqları halda, işin getmədiyini gördükdə daha ödəniş etməmişdir, işinin uzandığını gördükdə fevral ayında Teymura şikayət edəcəyini dedikdən sonra, Teymur uşaq otağının mebellərini yığmasına baxmayaraq, qalan işləri görməmişdir. Teymur qalan işlərin görülməsi üçün pul lazım olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 21500 manat pul vermişdir. Teymur verdiyi vədinə əməl etməmişdir. Eyni zamanda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında mənzilini təmir etmək qərarına gəlmiş, ona görə instaqram sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs özünü mebel təmiri şirkətinin sahibi kimi ona təqdim edərək mebel hazırladığını bildirmişdir. Təqsirləndirilən şəxs inanmış onu 07 oktyabr 2022-ci il tarixdə işlədiyi Bakı şəhəri, Nizami rayonu, 50 saylı notariat ofisinə dəvət etmiş, yaşadığı mənzilə Teymurla birlikdə getmiş və mənzilinə mebellər hazırlanması üçün Teymur müəyyən ölçülər götürmüşdür. Mebellərin hazırlanması ilə əlaqədar Teymur 10 oktyabr 2022-ci il tarixdə müqavilə ilə onun işlədiyi notariat ofisinə gələrək orada aralarında bu barədə müqavilə imzalanmışdır. Müqavilədə Teymura görəcəyi işlər üçün ümumilikdə 38075 manat ödəməsi qeyd edilmişdir. 24 oktyabr 2022-ci il tarixdə işlədiyi Nizami rayonu, 50 saylı notariat ofisində Teymura 10.000 manat, 28 oktyabr 2022-ci il tarixdə həmin ünvanda əlavə 3000 manat, beləliklə Teymura ümumilikdə 13000 manat ödəniş etmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş, heç bir mebel hazırlamamışdır. Təqsirləndirilən şəxs pullarını qaytarmasını tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələr ilə aldığı pulları qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Ağasi qızı ifadəsində göstərmişdir ki, 05 noyabr 2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən "xxxx" MMC-nin ofisinə getmiş, orada Təqsirləndirilən şəxs özünü mebel düzəldən şirkətin rəhbəri kimi təqdim etmişdir. Teymura inanmış və ona mebel sifariş vermiş və bu barədə aralarında imzalanmış müqaviləyə əsasən ümumi dəyəri 180000 manat olan sifariş verdiyi mebelləri Teymur 3 ay ərzində ona təhvil verməyi öhdəsinə götürmüşdür. Aralarında müqavilə imzalandıqda ilkin 9000 manat Teymura ödəniş etmişdir. Qalan 9000 manata isə onun şirkətini baş redaktoru olduğu “Passaj” jurnalında reklam edəcəyi barədə aralarında razılıq oğlmuşdur. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməyərək mebelləri hazırlamamış, onu aldatmaqla 9000 manat pulunu, 1000 manat dəyərində vanna paneli və 2 ədəd mebel parçaları ələ keçirmişdir. Hər dəfə Teymurdan mebelləri və pulu tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələr ilə pulunu qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Ağ Şəhər-Ankora binasındakı mənzilinə mebel sifarişi etmək üçün instaqram sosial şəbəkəsi proqramı üzərindən “Marthvvood” şirkətinin Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında yerləşən ofisə getmiş və orada özünü şirkət rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşmüş və mənzilinə mebel sifariş vermək üçün gəldiyini, demişdir. Təqsirləndirilən şəxs onu dinlədikdən sonra 5000 (beş min) manat pulu ilkin ödəniş kimi kart hesabına verməyini istəmişdir. Ona görə 07 mart 2023-cü il tarixdə, saat 09: 40 dəqiqədə Bank Respublikaya məxsus plastik 5417 3548 0372 29174 seriyalı Teymura məxsus karta 5000 manat pul köçürtmüşdür. Pulu ödədikdən sonra Teymur ona qapılara start verdiyini demişdir. Sonra evin mebelləri üçün Teymurun ofisində ona xx.xx.2023-cü il tarixdə əlbə-əl 6970 manat pul vermişdir. Beləliklə Teymur onun etibarından sui-istifadə edərək, aldatmaqla ümumilikdə 11970 manat pulunu alaraq, ələ keçirtmişdir. Hazırki vaxta qədər pullarını qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Şahidov ailə həyatı qurmamışdan əvvəl ona aldığı evə mebellər almaq qərarına gəlmişdir. Ceyhunun toyundan əvvəl 2023cü ilin aprel ayının əvvələrində onunla əlaqə saxlamış və evin içərisini mebellərlə təchiz etmək üçün “İnstagram" sosial şəbəkəsindən X1 adlı mebel ustası tapdığını, evi mebellər ilə təchiz etmək üçün Teymur ilə 10.000 manata razılaşdığını, Teymurla müqavilə bağlayaraq ona 3000 manat pul verdiyini bildirmişdir. Teymurun 2023-cü ilin may ayının sonlarınadək mebelləri tam hazırlayacağını demişdir. Təxminən bi aydan sonra Ceyhun yenidən onunla əlaqə saxlamış və Temura işi sürətləndirmək üçün əlavə olaraq 3000 manat da verdiyini dedikdə oğlu Ceyhuna 3000 manat Teymura verməsinə görə etirazını bildirmiş və Teymurun hazırladığı mebellərlə tanış olub-olmadığını soruşduqda, Ceyhun mebellərə baxmadığını demişdir. May ayının sonunadək gözləmiş, lakin mebellərin hazır olmadığım gördükdə. Bakı şəhərinə gəlib Teymurla görüşmək üçün onunla əlaqə saxlayaraq 2023-cü ilin iyun ayının əvvəllərində görüşmüşdür. Teymur mebelləri bir neçə günə təhvil verəcəyini ona bildirmişdir. Teymura bir neçə gün də gəzlməyə razılıq vermişdir. Bir neçə gndən sonra Teymurla yenə əlaqə saxlamış, Teymur isə yenə əlavə vaxt istəmişdir. Teymura oğlunun toy mərasiminin yaxınlaşdığını, onu gözləyə bilməyəcəyini, ona vermiş olduqlarə 6000 manat pulu geri qaytarmasını bildirmişdir. Teymur pulu qaytarmağa söz verməsinə baxmayaraq, pulu qaytarmamışdır. Bundan sonra baş vermiş hadisəı ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Oğlu Ceyhun tərəfindən verilmiş 60000 manat pul Ceyhuna yox, ona məxsus olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, İnstaqram sosial şəbəkəsində '‘Martvvod-Azərbaycan elanı üzərində yerləşdirilmiş elanları görüb, ünvan 11 ünvana mebel sifariş vermək qərarına gəlmiş və Teymurla telefonda danışaraq, onun Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan ofisinə getmiş, ofisdə danışaraq, ümumilikdə yataq otağı-şkaf, çarpayı, make up stolu və 5 çəkəcəkli şkaf, künc divanı və tv stendi düzəltməsi barədə aralarında razılıq olmuşdur. Teymur işçilərindən dizayner və usta kimi bir adam onun mənzilinə göndərmiş və ölçüləri götürmüşlər. Ofisdə əlbə-əl Teymurə 1245 manat pul vermiş, bundan sonra evində ustası kimi göndərdiyi adama 650 abş dolları məbləğində pulu yaşadığı evində vermişdir. Beləliklə Teymur onun etibarından sui-istifadə edərək, aldatmaqla ümumilikdə 2350 manat pulunu alaraq, ələ keçirtmişdir. 03 aprel 2023-cü il tarixdə instaqram sosial şəbəkəsində “Martvvod"- Azərbaycan elanı üzərində yerləşdirilmiş elanları görüb, özünə məxsus ünvan 11 ünvana mebel sifariş vermək qərarına gəlmiş və Təqsirləndirilən şəxsla telefonda danışaraq, onun Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan ofisinə getmiş, ofisdə danışaraq, ümumilikdə yataq otağı-şkaf, çarpayı, make up stolu və 5 çəkəcəkli şkaf, künc divanı və tv stendi düzəltməsi barədə aralarında razılıq olmuşdur. Mebellərin dəyəri ümumilikdə 4700 manat təşkil etmişdir. Ofisdə Teymurla 4700 manat mebellərə görə onunla aralarında müqavilə imzalanmışdır. Orada Teymur 4700 manatın ilkin ödənişi 2350 manat pulun alınmasına dair qəbz yazıb vermiş, həmin vaxt o qədər üzərində pulu olmadığı üçün, ona 1245 manat ödəmişdir. Həmin günün axşamı Teymur tərəfindən Cavid adlı dizayner və tanımadığı usta mənzilinə gəlib mebellər ilə əlaqədar ölçüləri götürdükdən sonra Cavid adlı şəxsə 650 ABŞ dolları vermişdir. Aralarında olan razılığa əsasən Teymur 25 aprel 2023-cü il tarixdə mebbeləri tam ona təhvil verməsini vəd vermişdir. Bir müddətdən sonra evinə Teymur tərəfindən gətirilmiş mebellərin hissələrinin, hansı mebəllərə aid olduğunu bilməmişdir. Həmin mebellərin sifariş verdiyi rəngə uyğun olmadığından aralarında narazılıq yaranmışdır. Teymura mebellərin rənginin sifariş verdiyi rəngdə olduğunu, ya da verdiyi pulları qaytarmasını demişdir. Lakin Teymur tərəfindən mebellərin hissələri dəyişdirilməmiş, nə də aldığı pulları ona qaytarılmamışdır. Ona götrə Teymurdan polisə şikayət etmək qərarına gəlmişdir. Sonradan Teymur tərəfindən mebellərin hissələri onda qalmaq şərti ilə ona 1500 manat qaytarılmışdır. Hadisə nəticəsində ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında müqavilə xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları qeyd edərək hadisə yerini göstərir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları qeyd edərək hadisə yerini göstərir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 şikayəti əsasında başlanılmış iş üzrə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 12 ünvanının 1-ci mərtəbəsidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqnda iltizam qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 13 ünvandır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 13 ünvandır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-112/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 1045/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2025-ci il tarixində 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Nərimanov rayonu ərazisində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyun 2024-cü il tarixli tələbnaməsindən və iş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 5000 manat cəriməni tam şəkildə ödəmiş və şöbənin qeydiyyatından cıxarılmışdır. “Pulun təqdim edilməsi barədə” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 1000 manat pul təqdim edilmişdir. “Pulun təqdim edilməsi barədə” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 5000 manat pul təqdim edilmişdir. “Pulun təqdim edilməsi barədə” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 9000 manat pul təqdim edilmişdir. “Pulun təqdim edilməsi barədə” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 1500 manat pul təqdim edilmişdir. “Pulun təqdim edilməsi barədə” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 1500 manat pul təqdim edilmişdir. Zərərçəkmiş şəxs8 tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********03 nömrəli, xx.xx.2025-ci il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********400 nömrəli, xx.xx.2025-ci il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********081 nömrəli, xx.xx.2025-ci il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-112/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşin hüquqi məsələləri: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərərlərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 11 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır (CPM-132). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-112/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-112/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver