Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-113/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Lerik rayonu, Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Andurma kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib təyyarə uçuş bileti alıb müştərilərə satmaqla gəlir əldə edəcəyinə dair yalan vəd verərək 08 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı öz ofisində 4.700 manat, Azərbaycan Respublikasına gətirdikləri düyünü gömrükdə rəsmiləşdirib satdıqdan sonra əldə olunan gəlirdən onda da xeyir verəcəyinə dair yalan vəd verib aldadaraq 10 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMCnin inzibati binasındakı öz ofisində 15.000 manat, Azərbaycan Respublikasına gətirdikləri toyuqları gömrükdə rəsmiləşdirib satdıqdan sonra əldə olunan gəlirdən onda da xeyir verəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən çay evində 10.000 manat, ümumilikdə 29.700 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏ-nin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, xx.xx.2022-ci il tarixdə isə 1.351 manat, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etməklə Zərərçəkmiş şəxs2 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs3 Koroğlu qızının etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏ-nin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, xx.xx.2022-ci il tarixdə isə 1.351 manat, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim etməklə Zərərçəkmiş şəxs3 Koroğlu qızına ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏnin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, xx.xx.2022-ci il tarixdə isə “Beynəlxalq Bank”a məxsus Şahid1 adına olan 4127-2093-0480-5556 saylı plastik kart hesabına 1.351 manat göndərtməklə, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 təqdim etməklə Zərərçəkmiş şəxs4 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qalmaq üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 1.000 manat, xx.xx.2022-ci il tarixdə isə 1.170 manat, ümumilikdə 2.170 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 etibarından sui istifadə edib Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qalmaq üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 2.220 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarından sui istifadə edib BƏƏ-nin Dubay şəhərinə getməsi üçün viza təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 354 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edib vahid niyyətlə Türkiyə Respublikası, Alanya şəhərində yerləşən “Xafira Deluxe” adlı otelə getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 120 manat nağd və 596 manat post terminal vasitəsi ilə, ümumilikdə 716 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi 02 ədəd saxta bileti MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 təqdim etməklə Zərərçəkmiş şəxs6 ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ğlu, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin mart-aprel aylarında iki MMC yəni, "xxxx" MMC və "xxxx" MMC təsis etmişdir. Sənəd üzərində "xxxx" MMC-in təsisçisi o, özü, "xxxx" MMC-in təsisçisi isə qardaşı oğlu Şahid5 olmuşdur. "xxxx" MMC-in direktoru Şahid3, "xxxx" MMC-in direktoru da qardaşı oğlu Şahid5 olmuşdur. Onlar formal olaraq Elçin və Cəmilin adına sənədləşdirilmişdir. Buna baxmayaq hər iki MMC-ni o, idarə etmiş və hər iki şirkət ona məxsusdur. Təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyəti qida və qeyri qida məhsullarının alqı-satqısından ibarət olmuşdur. "xxxx" MMC-nin iş fəaliyyəti isə şirkətlərdən və müxtəlif yerlərdən biletlər və turlar alıb fiziki şəxlərə satmaqdan ibarət olmuşdur. Şahid2 2019-cu ilin sonlarından tanımışdır. Belə ki, Mirəkbərlə onun atası qohum olmuşlar, buna baxmayaraq onu əvvəllər görməmişdir. Mirəkbərlə tanışlığı ət məhsullarının alqı-satqısı ilə bağlı yaranmışdır. Mirəkbər onun ofisinə gəlib-getmişdir. Həmin ofisdə 6 iş otağı olmuşdur. Həmin otaqlardan biri boş olduğundan, Mirəkbərlə də aralarında səmimi münasibət olduğundan o, həmin otağı Mirəkbərə pulsuz olaraq vermişdir ki, o, həmin otaqda oturub işlərini görsün. Buna baxmayaraq Mirəkbərin onun işlərinə, eləcə də onun Mirəkbərin işlərinə heç bir aidiyyəti olmamışdır. 2021-ci ilin noyabr ayında onun pula ehtiyacı olmuşdur. Belə ki, o, biletlerin satışını təşkil etmək üçün 20.000 manata ehtiyacı olmuş və pul axtarmışdır. Onun pula ehtiyacı olduğunu Mirəkbər də görmüşdür. Mirəkbər onun pula ehtiyacı olduğunu görüb ona bildirmişdir ki, bir tanışı var, həmin tanışının əlində müəyyən məbləğdə pul var, həmin pulla ticarətlə məşğul olmaq istəyir. Həmçinin, Mirəkbər bildirmişdir ki, onu həmin tanışı olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1la tanış edəcək. Həmin gün, yəni 08 noyabr 2021-ci il tarixdə Mirəkbərlə birlikdə onun tanışı olan Zərərçəkmiş şəxs1la ofisdə görüşmüşlər. Həmin görüşdə o, Asif və Mirəkbər iştirak etmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, Mirəkbər Asifə onun işləri ilə bağlı məlumat verdikdən sonra onların görüşünü təşkil etmişdir. Asiflə tanış olub söhbət etdikdən sonra razılaşmışlar ki, Asif həmin gün yəni, 08 noyabr 2021-ci il tarixdə 5.000 manat, 10 noyabr 2021-ci il tarixdə isə 15.000 manat olmaqla, ümumilikdə ona 20.000 manat pul verəcək, o, həmin pulla avioşirkətlərdən biletlər alıb 2022-ci ilin yanvar ayınadək satışını həyata keçirəcək, həmin alqı-satqını həyata keçirdikdən sonra ona verdiyi 20.000 manat maya kimi qalacaq, əldə olunan gəlirdən isə Asifə hər 10.000 manata görə 1.500 manat qazanc kimi verəcəkdir. Asiflə qeyd etdiyi şərtlər daxilində razılaşdıqdan sonra həmin gün, yəni, 08 noyabr 2021-ci il tarixdə ofisində Mirəkbərin yanında ona 5.000 manat pul vermişdir. Asifin istəyi ilə o, 5.000 manatı götürməyi ilə bağlı əlyazma yazıb Asifə vermişdir. Bundan sonra Asif həmin 5.000 manatdan toya gedəcəyi üçün 300 manat götürmüş, o da etiraz etməmişdir. Asif ofisdən getdikdən sonra Mirəkbər həmin puldan ona 1.100 manat borca verməyini istəmişdir. Səhv etmirsə 1.000 manatı şəxsi işləri üçün istəmiş, 100 manatı isə yaşadığı evin kommunal xərclərinə ödəyəcəkdir. O, bu barədə Asifə deməmişdir. Çünki Mirəkbər ondan borc istədiyi üçün öz aralarında olan razılaşma olmuşdur. Asifdən aldığı həmin pulla növbəti gün avioşirkətlərdən biletlər almışdır. Asiflə aralarında olan razılaşmaya görə o, 10 noyabr 2021-ci il tarixdə ona 15.000 manat da verməli olduğundan həmin tarixdə yəni, 10 noyabr 2021-ci il tarixdə Mirəkbərlə birlikdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən kafedə Asiflə görüşmüşlər. Asiflə bir qədər söhbət etdikdən sonra o, Asif və Mirəkbər birlikdə onun ofisinə getmişlər. Ofisdə Mirəkbərin yanında Asif ona 15.000 manat pul vermiş və yenə də Asifin istəyinə uyğun olaraq o, ümumilikdə 20.000 manatı almağı ilə bağlı əlyazma yazıb Asifə vermişdir. Asif ofisdən getdikdən sonra Mirəkbər həmin puldan borc olaraq 2500 manat pul istəmişdir. O da həmin pulu ona vermişdir. Mirəkbər bildirmişdir ki, tezliklə pulu qaytaracaq. Asifdən aldığı həmin pulla növbəti gün avioşirkətlərdən biletlər almışdır. 2021-ci ilin noyabr ayının axırlarında ona işləri ilə bağlı əlavə olaraq 10.000 manat pul lazım olduğundan yenidən Asiflə əlaqə saxlayıb ondan əlavə 10.000 manat da pul verməsini istəmişdir. Asif isə 10.000 manat pulu olduğunu, lakin həmin pulla qısa müddətdə özünün başqa iş görəcəyini, buna görə də ondan alacağı həmin 10.000 manatı 15 gün ərzində qaytarmağını istəmişdir. O, Asiflə razılaşdığından 2021-ci ilin noyabr ayının sonlarında Tiblisi prospektində yerləşən çay evində Mirəkbərlə birlikdə Asiflə görüşmüş və Asifdən 10.000 manat pulu almışdır. Asiflə aralarında olan razılaşmaya əsasən ondan aldığı həmin 10.000 manat pula Pakistan Respublikasında düyü alacaqmış və 15 gün ərzində 1.000 manat qazanc olmaqla, ümumilikdə 11.000 manat pulu Asifə qaytarmalı olmuşdur. 2021-ci ilin dekabr ayının sonlarında Asifdən aldığı 10.000 manatı qaytara bilmədiyindən Mirəkbərlə birlikdə Asiflə onun yaşadığı evdə görüşüb üzürxahlıq edərək yanvar ayına kimi vaxt istəmişdir. Çünki həmin 10.000 manatı verdiyi Pakistan Respublikası vətəndaşı Alışah adlı şəxsdə onu aldatmışdır. Asif də onunla razılaşıb yanvar ayına kimi ona vaxt vermişdir. 2021-ci ilin dekabr ayı ərizdə 500 manat pulu aviobiletlərin satışından əldə olunan gəlir kimi ofisində Asifə vermişdir. Asif isə qazancın az olduğunu, bu şərtlərin ona sərf etmədiyini bildirmiş və ondan verdiyi pullara görə əlavə faiz istəməyə başlamışdır. 05 yanvar 2022-ci il tarixdə Asif onun ofisinə gəlib pulunu qışqırıb dava edərək istəməyə başlamışdır. O, isə Asifə izah etmişdir ki, ondan aldığı 20.000 manat pulla aviobiletlər almış, lakin satışını həyata keçirə bilməmişdir. Asif isə bunun ona aidiyyəti olmadığını deyib, on verdiyi ümumilikdə 30.000 manatın qarşılığında hər ay 6.000 manatı qazanc kimi verməli olduğunu bildirmişdir. O, isə buna etiraz edib, razılaşmalarında belə halın olmadığını və hər ay 6.000 manatı qazanc kimi ona verə bilməyəcəyini bildirmişdir. Asif isə başa düşmək istəməmiş və hər ay 6.000 manat qazanc kimi ona veməli olduğunu bildirmişdir. O, isə Asifə bunun mümkünsüz olduğunu bildirmiş və qazanc kimi həmin gün, yəni 05 yanvar 2022-ci il tarixdə ofisində ona 600 ABŞ dolları pul vermişdir. Asif isə pulu ondan aldıqdan sonra dəfələrlə əlaqə saxlayıb ondan qeyd etdiyi formada faiz tələb etməyə başlamışdır. O, isə Asifə hər ay 6.000 manat ödəyə bilməyəcəyini, aviobletlərin satışından əldə etdiyi qazancdan ilkin razılaşmalarına uyğun olaraq hər ay 1.500 manat verə biləcəyini və ondan aldığı ümumi 30.000 manat pulu qısa müddətə qaytara biləcəyini bildirmişdir. Asifin mütəmadi olaraq zəng edib, eləcə də işlədiyi ofisə gəlib işçilərin yanında onu təhqir etməsinin qarşısını almaq üçün 10 yanvar 2022-ci il tarixdə ofisində onunla görüşmüş və ona 2.000 ABŞ dolları pul vermiş, qalan pulu da müəyyən müddətdə qaytaracağına söz vermişdir. Bundan sonra, 23 yanvar 2022-ci il tarixədək Asif mütəmadi olaraq onun ofisinə gəlib narahatçılıq yaratmış, işçilərinin yanında onu təhqir edib pulunu tələb etmişdir. 23 yanvar 2022-ci il tarixdən sonra isə Asifin oğlu Anar telefonla ona zəng edib hədələməyə, təhdid etməyə başlamışdır. O, isə bunlara dözə bilməyib 24 yanvar 2022-ci il tarixdə Bakı şəhər bulvarında özünü dənizə atmaqla intihar etməyə çalışmışdır. Lakin, sonradan onu xilas etmişlər. Onun intihara cəhd etməyi ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, Mirəkbərin Asifin ona verdiyi puldan borc olaraq aldığı ümumilikdə 3.600 manat pulu bu günədək qaytarmamışdır. Bundan başqa bildirmişdir ki, "xxxx" MMC-nin iş fəaliyyəti şirkətlərdən və müxtəlif yerlərdən biletlər və turlar alıb fiziki şəxlərə satmaqdan ibarət olmuşdur. Həmin ərəfədə MMC normal iş rejimində işləmişdir. Lakin pandemiya ilə əlaqədar olaraq, şirkətin işində səngimələr olmuşdur. Buna baxmayaraq o, MMC-nin fəaliyyətini dayandırmamışdır. Hal-hazırda isə problemlər olduğu üçün "xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. 2021ci ilin noyabr ayında onun pula ehtiyacı olmuşdur. Belə ki, o, biletlerin satışını təşkil etmək üçün pul axtarmışdır. O, digər avia şirkətlərdən biletlər almış, lakin pulunu ödəyə bilməmişdir. Buna görə də şirkətə gələn digər müştərilərə yalandan bilet satmaq adı ilə pullarını alıb həmin şəxslərə saxta bilet vermək qərarına gəlmişdir. Bundan başqa, X6 və Şahid7 tanıyır. Zərərçəkmiş şəxs7 Şahid7 həyat yoldaşıdır, Zərərçəkmiş şəxs8 isə X3 həyat yoldaşıdır. xx.xx.2021-ci il tarixdə Natəvan və Güllü onun işlədiyi ofisə gələrək, həyat yoldaşları ilə birlikdə xx.xx.2021-ci il tarixdə gediş, xx.xx.2022-ci il tarixdə isə donuş biletləri alınmaqla, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib, yadında qalmayan oteldə gecələmək istədiklərini bildirmişlər. O da bunları hesablayıb, Zərərçəkmiş şəxs8 2.200 manat, Zərərçəkmiş şəxs7 isə 2.170 manat pul təşkil etdiyini bildirmişdir. Bundan sonra onlar hissə-hissə pulları tam olaraq ona ödəmişlər. Bununla bağlı o, Güllü və Natəvan ilə müqavilə bağlamışdır. xx.xx.2021-ci il tarixdə hər iki xanım onun yanına gələrək, vauçerləri tələb etmişlər. O, isə sistemdə problem olduğunu axşama qədər həll olacağını deyərək, onlar Covid-19 PCR testi verməklərini bildirmişdir. Onlar axşam saat 19 radələrində gəldikdə, sistemin açılmadığını və vauçerləri ala bilmədiyini bildirmişdir. Ondan pullarını tələb etdikdə, o, qısa müddətə pulları tam olaraq ödəyəcəyinə söz versə də həmin şəxslərin pullarını ödəyə bilməmişdir. Şirkətin borcu olduğundan, o, həmin pullarla şirkətin borclarını ödəmişdir. Həmin xanımların biletlərini isə digər müştərilərin pulları ilə almağı düşünmüşdür. Lakin başqa müştəri olmadığından və pul qazana bilmədiyindən o, həmin turları onlara ala bilməmişdir. Lakin o, söz vermişdir ki, həmin şəxslərin pulunu tam olaraq ödəyəcəkdir. Bundan başqa Zərərçəkmiş şəxs5 oğu xx.xx.2022-ci il tarixdə ofisə gələrək, Dubaya uçuş üçün viza lazım olduğunu bildirmişdir. O da hesabladıqdan sonra, vizaya görə 324 manat pul istəmişdir. Oruc da həmin pulu işçisi olan Pərvinə ödəmişdir. Şahid1 MMC-də həm direktor müavini, həmdə ki operator vəzifəsində çalışmışdır. O, işçilərə normalda viza aktivləşdirdikdən sonra sənədi müştərilərə verməklərini bildirmişdir. Lakin həmin ərəfədə MMC-nin borcları olduğundan və şirkətin balansında pul olmadığından, o, vizanı aktivləşdirə bilməmişdir. Oruc da vizanı istədiyi üçün, Pərvin xanım da sənəd aktivləşməmiş, ona atdığı sənədi Oruca vermişdir. Bundan başqa X4, Zərərçəkmiş şəxs3 Koroğlu qızı və Zərərçəkmiş şəxs4 2021-ci ilin noyabr ayında şirkətə gələrək, həyat yoldaşları ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək BƏƏnin Dubai şəhərinə gedib, “X9”də qalmaq istədiklərini bildirmişlər. Pərvin xanım həmin xanımlara turu hesablayaraq, hər biri üçün 2.151 manat təşkil etdiyini bildirmişdir. Həmin xanımlar da hissə-hissə həmin pulu hər biri 2.151 manat olmaqla tam olaraq, yəni 6.453 manat pulu şirkətin kassasına ödəmişlər. Lakin şirkətin borcu olduğundan, o, həmin pullarla şirkətin borclarını ödəmişdir. Həmin xanımların turlarını isə digər müştərilərin pulları ilə almağı düşünmüşdür. Lakin başqa müştəri olmadığından və pul qazana bilmədiyindən o, həmin turları onlara ala bilməmişdir. Lakin o, söz vermişdir ki, həmin şəxslərin pulunu tam olaraq ödəyəcəkdir. Əlavə olaraq qeyd etmişdir ki, tur paketlərin hazır olması barədə biletləri istədikdə o, sosial şəbəkədən tanıdığı Əhməd adlı şəxslə əlaqə saxlamışdır. Əhməd həmin tur paketlərin saxta biletlərini hazırlayıb mail adresinə göndərmiş, o da Pərvinin mail adresinə göndərmişdir. Pərvin həmin saxta biletləri çıxarıb həmin qadınlara təqdim etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 14 yanvar 2022-ci il tarixdə şirkətə gələrək, həyat yoldaşı ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə, yəni 7 gecə 8 gün Türkiyə Respublikası, Alanya şəhərində yerləşən “Xafira Deluxe” adlı otelə getmək istədiyini bildirmişdir. Tur paketinin ümumilikdə qiyməti 2.125 manat təşkil etmişdir. İlkin olaraq turun qiymətinin 30 faizini, qalan pulu isə uçuşa 1 həftə qalmış ödəyə biləcəyini demişdir. İbrahim tur paketin qiymətinin 30 faizi təşkil edən 637 manatı ödəmək istəmişdir. Pərvin xanım isə biletin pulu olan 716 manatı ilkin olaraq ödəməyini bildirmişdir. Qalıq qalan 1.409 manatı isə uçuşa 1 həftə qalmış ödəyə biləcəyini bildirmişlər. İbrahim də razışlaşmış və üzərində nağd pul az olduğu üçün 120 manat nağd, qalan 596 manat pulu isə Pərvin xanım verdiyi şikrətdə olan posterminal vasitəsilə ödədi. Lakin şirkətin borcu olduğundan, o həmin pulu şirkətin borclarına ödəmişdir. İbrahimin tur paketini isə digər müştərilərin pulları ilə almağı düşünürdü. Çünki İbrahimin bileti 6-7 ay sonraya düşürdü. Lakin başqa müştəri olmadığından və pul qazana bilmədiyijnizdən o, həmin tur paketi ala bilməmişdir. 3 gün sonra İbrahimin mail adresinə “Buta Airways” hava yolları şirkətinə məxsus təyyarə ilə Türkiyənin Alanya şəhərinə yoldaşının və özünün adına olan 2 ədəd gediş-dönüş biletləri göndərmişdir. Qeyd edir ki, həmin biletlər saxta idi. Əlavə olaraq bildirmək istəyir ki, pulu alınan müştəriləri inandırmaq üçün onlara biletlər verilməli olduğundan ona biletləri sosial şəbəkədə tanış olduğu Əhməd adlı şəxs hazırlayıb onun mail adresinə göndərirdi, o da Pərvinin mail adresinə göndərirdi. Pərvin də pulu alınan şəxslərin biletlərini ya mail adreslərinə göndərirdi, ya da çap edib əlbə əl verirdi. Onu da qeyd edir ki, Pərvin həmin biletlərin saxta olmasından xəbərsiz olmuşdur, o Pərvinə bu barədə heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid2 1996-cı ildən tanıyır. Belə ki, o, əvvəllər Əmlak Komitəsinin Nərimanov rayon şöbəsində işləmiş, Mirəkbər isə həmin dövrlərdə Komitənin Masallı rayon şöbəsində işləmişdir. Münasibətləri də həmin dövrdən başlamış, lakin aralarında bir o qədər də səmimi münasibət olmamışdır. Bir dəfə Mirəkbərlə yenidən rastlaşmışlar, həmin ərəfələrdə o da Mirəkbər də Əmlak Komitəsindən işdən çıxmışlar. Mirəkbərlə rastlaşdıqdan sonra onunla mütəmadi olaraq əlaqə saxlamağa başlamışdır. Mirəkbərlə söhbət zamanı Mirəkbər onun 30.000 Azn pulu olduğundan məlumat tutmuşdur. Belə ki, söhbət əsnasında Mirəkbərə Beyləqanda torpaq sahəsi almaq üçün 30.000 manat pulunun olduğunu demişdir. 2021-ci ilin noyabr ayında Mirəkbər ona zəng edərək şirkətləri olduğunu, işlər gördüyünü və xeyir əldə etdiklərini demişdir. O da Mirəkbərdən nə işlər gördüyünü soruşan zaman ona telefonda təyyarə uçuş bileti alıbsatdığını və gəlir əldə etdiyini demiş, onu da bu işə qoşulmağını təklif etmişdir. Mirəkbər onu Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" şirkətinə çağırmışdır. O, həmin şirkətə getdikdə Mirəkbər onun qarşısına çıxıb onu şirkətə aparmışdır. Onlar birlikdə ofisə qalxaraq Mirəkbərin otağında əyləşmişlər. Bundan başqa, şirkətdə bir neçə nəfər işçinin olduğunu da görmüşdür. Onlar 10-15 dəqiqə müddətində onun iş otağında ona 5.000 manat miqdarında pulun biletlər alıb gəlir əldə edəcəyini izah etmişdir. Mirəkbər 5.000 manatın qarşılığında 1.000 manat verəcəyini demişdir. Bir müddət sonra Mirəkbər əmisi nəvəsi və işçisi kimi təqdim etdiyi Ruslanın gəldiyini bildirib Ruslanın iş otağına keçmişlər. Orada söhbət zamanı bütün işləri Mirəkbər rəhbərlik etdiyini bildirmişdir. Bundan sonra o, Mirəkbərin həqiqi iş yeri olduğuna inanıb pulu səhərisi günü verəcəyini bildirmişdir. O, ertəsi günü 2021-ci ilin noyabr ayının əvvəllərində ofisdə 5.000 Azn pulu Mirəkbərə vermişdir. Mirəkbər də sayması üçün həmin pulu Ruslana vermişdir. Mirəkbər pulu verdikdən sonra ona heç bir narahatçılığa ehtiyac olmadığını deyib, pulu 1 aya qaytaracağına söz vermişdir. Bundan sonra Ruslana əl yazı yazmasını bildirmişdir. Ruslan da bununla bağlı əl yazı yazıb imzalayıb Mirəkbərə vermişdir. Mirəkbər də imza etdikdən sonra əl yazını ona vermişdir. O da sənədi oxuduqdan sonra əl yazıda ancaq Ruslanın pulu ondan alması yazıldığı üçün o, öz xətti ilə orada pulu Mirəkbərlə birlikdə aldığını qeyd etmişdir. Çünki o, Ruslanı tanımamış və ona pul verməmişdir. Ruslan və Mirəkbər də onun əl yazısı ilə razışlaşıb narazılıqlarının olmadığını bildirmişlər. Bundan təxminən 4 gün sonra Mirəkbər yenidən zəng edərək, Azərbaycan Respublikasına gətirdikləri düyünü gömrükdə rəsmiləşdirmək üçün 15.000 Azn lazım olduğunu və ümumilikdə ona verdiyi 20.000 Azn qarşılığında gəlirdən gələn puldan ona 4.000 Azn, 1 aya isə ümumilikdə bütün pulu verəcəyini demişdir. O da Mirəkbərin bu dediyi ilə razılaşıb, 2021-ci ilin noyabr ayında yadında qalmayan tarixdə həmin ofisdə Mirəkbərə 15.000 Azn vermişdir. Həmin vaxtı Ruslanda onlarla birlikdə olmuşdur. Mirəkbər də yenidən həmin 15.000 Azn pulu sayması üçün Ruslana vermişdir. Ruslan da yenidən əl yazı yazıb ondan ümumilikdə 20.000 Azn pul aldığını və xeyir olaraq 4.000 Azn verəcəyini qeyd etmişdir. O da yenidən Mirəkbərin adının olmadığını görüb, əl yazıda öz xətti ilə Mirəkbərlə birlikdə pul aldıqlarını qeyd etmişdir. Bundan bir müddət sonra yəni noyabr ayının sonlarında Ruslan ona zəng edib, 10.000 manat pulu lazım olduğunu bildirmişdir. O da Ruslanı tanımadığını və böyük bir məbləğdə pulu on verməyinin düzgün olmadığını bildirmişdir. 5-10 dəqiqə sonra Mirəkbər öz mobil telefonu ilə ona zəng edib, özünün sifariş etdiyi toyuqları götürmək üçün gömrük xərclərinə 10.000 manat pul lazım olduğunu bildirmişdir. Əks təqdirdə hər gün üçün 250 ABŞ dolları cərimə yazılacağını qeyd etmişdir. Ertəsi günü, yəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mirəkbər və Ruslan onun yaşadığı evin qarşısına gəlmişlər. Onlar birlikdə yaşadığı binanın birinci mərtəbəsində olan çay evində oturmuşlar. O, söhbət zamanı Mirəkbərdən bu pulu yenidən hansı məqsədlə istədiklərini soruşduqda, Mirəkbər ona Azərbaycan Respublikasına gətirdikləri toyuqları gömrükdə rəsmiləşdirmək üçün istədiyini demişdir. O da Mirəkbərə 10.000 Azn pulu 7 gün müddətinə verə biləcəyini demişdir. Mirəkbər də heç olmasa 15 günə qaytara biləcəklərini deyib, 15 gün sonra qazanc olaraq, ümumi verdiyi 30.000 Azn qarşılığında 5.000 Azn verəcəyini demişdir. O da Mirəkbərlə razılaşıb, həmin çay evində Mirəkbərə 10.000 Azn vermişdir. Mirəkbər də yenidən yanında pulları sayması üçün Ruslana vermişdir. Ruslan da yenidən 10.000 manat alması barədə əl yazı yazmışdır. O da yenidən həmin əl yazıda pulu Mirəkbərlə birlikdə aldıqlarını qeyd etmişdir. 10 gün keçdikdən sonra o, Mirəkbərdən pulunu istəyən zaman Mirəkbər ona bəhanələr gətirməyə başlamışdır. O, Mirəkbərə pulu verdiyini deyəndə isə, o pulu Ruslanın götürdüyünü və ona heç bir aidiyyəti olmadığını demişdir. O da bunun Mirəkbərin işi olduğunu, pulu ona verdiyini demişdir. Bundan sonra o, pulunu zəng edib, həm Mirəkbərdən, həmdə Ruslandan tələb etdikdən sonra, yanvar ayının əvvəllərində Ruslan ona ofisdə 500 Azn pul vermişdir. Bir neçə gün sonra o, yenidən zəng edib Mirəkbərdən tələb etdikdən sonra o, ofisə gedib Ruslandan pul almağını bildirmişdir. O da yenidən ofisə gedib Ruslandan 600 ABŞ dolları pul almışdır. O da Ruslana niyə belə hissə-hissə verdiyini soruşub pulunu tam olaraq istəmişdir. Çünki onlar razılaşmalarında belə az miqdarda pul vermək olmamışdır. Ruslan da ona narahat olmamağını və gəliri qısa müddətə verəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının ortalarında yenidən ofisə gedib pulu tələb etdikdə, Ruslan ofisdə iş otağında ona 2.000 ABŞ dolları pul vermişdir. Daha sonra Ruslandan və Mirəkbərdən pulu tələb etsə də, ondan qaçaraq pulunu verməkdən yayınmışlar. Üstündən uzun müddət keçməsinə baxmayaraq Mirəkbər pulunu verməmiş, hər dəfəsində ona bəhanələr gətirərək onu aldatmışlar. O da bundan sonra məcbur olub, bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Bir daha qeyd edir ki, o pulu Mirəkbərə vermişdir, Ruslana yox. Buna görə də, o Mirəkbərdən şikayətçidir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 ilə onlar yaxın rəfiqədirlər və ailəvi dostluq edirlər. 2021-ci ilin dekabr ayında Güllü ilə razılığa gələrək xx.xx.2021-ci il tarixdə yeni il bayramı ilə əlaqədar həyat yoldaşları ilə xoş gün keçirmək üçün həmin bayramı Rusiya Federasiyasında keçirməyi qərara almışlar. Bu məqsədlə onlar həyat yoldaşlarına bildirmişlər və ödənişi Güllü ilə o, etmək şərti ilə bilet tapmaqlarını xahiş etmişlər. Onun həyat yoldaşı Zəka sosial şəbəkədən "xxxx" MMC-ni taparaq MMC-nin Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1/23C ünvanında yerləşən ofisinə getmişdir. Zəka orada MMC-nin rəhbəri Ruslan adlı şəxslə onun ofisində görüşüb söhbət etmiş, söhbət zamanı Ruslan adlı şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qalmaq, aviabiletlər və bütün xərclər daxil 2.170 manat verməli olduğunu bildirmişdir. O da ilkin olaraq Zəkaya 1.000 manat pul vermişdir. Zəka da xx.xx.2021-ci il tarixdə Ruslan adlı şəxs ilə ofisində görüşüb ona həmin pulu vermişdir. Ruslan həmin vaxt vauçerləri bir neçə günə təqdim edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə qalan 1.170 manatı pulu da Zəkaya vermiş, Zəka da Ruslanın ofisində həmin pulu ona vermişdir. Onlar xx.xx.2021-ci il tarixdə axşam saatlarında təyyarə ilə getməli olmuşlar. xx.xx.2021-ci il tarixdə Zəka Ruslan adlı şəxs ilə əlaqə saxlayaraq vauçerlərin nə vaxt veriləcəyini soruşduqda o, hələ vauçerlərin hazır olmadığını bildirmişdir. Zəka da həmin gün Ruslanın ofisinə gedərək nə baş verdiyini soruşduqda Ruslan biletlərin alınmadığını bildirmişdir. Zəka Ruslandan pulu geri istədikdə Ruslan bir neçə günə geri qaytaracağını bildirsə də, lakin Ruslan heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirmişdir ki, Zəka həmin tur şirkətini tapdıqda o, bu barədə rəfiqəsi Güllüyə demiş, Güllü də öz həyat yoldaşı Seyrana bu barədə bildirmiş, Seyran Ruslan ilə görüşdükdən sonra Ruslan bütün xərclər daxil 2.200 manat ödənilməli olduğunu demişdir. Güllü də həmin pulu Ruslana verməsi üçün Seyrana vermişdir. Seyran da xx.xx.2021-ci il tarixdə aparıb Ruslanın ofisində ona vermişdir. X10 da eyni sözləri deyərək vauçerlərin hazır olmadığını, daha sonra isə biletlərin alınmadığını bildirmişdir. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş zərərin tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə onlar yaxın rəfıqədirlər və ailəvi dostluq edirlər. 2021-ci ilin dekabr ayında Natəvan ilə razılığa gələrək xx.xx.2021-ci il tarixdə yeni il bayramı ilə əlaqədar həyat yoldaşları ilə həmin bayramı Rusiya Federasiyasında keçirməyi qərara almışlar. Bu məqsədlə onlar həyat yoldaşlarına bildirmişlər və ödənişi Natəvan ilə o, etmək şərti ilə bilet tapmaqlarını xahiş etmişlər. Natəvan xanımın həyat yoldaşı Zəka sosial şəbəkədən "xxxx" MMC-ni taparaq MMC-nin ofisinə getmişdir. Bu barədə də onlara dedikdən sonra onun həyat yoldaşı Seyran orada MMC-nin rəhbəri Ruslan adlı şəxslə onun ofisində görüşüb söhbət etmiş, söhbət zamanı Ruslan adlı şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qalmaq, aviabiletlər və bütün xərclər daxil 2.220 manat verməli olduğunu bildirmişdir. Seyranda xx.xx.2021-ci il tarixdə Ruslan adlı şəxs ilə ofisində görüşüb ona həmin pulu vermişdir. Ruslan həmin vaxt vauçerləri bir neçə günə təqdim edəcəyini bildirmişdir. Onlar xx.xx.2021-ci il tarixdə axşam saatlarında təyyarə ilə getməli idilər. xx.xx.2021-ci il tarixdə Seyran Ruslan adlı şəxs ilə əlaqə saxlayaraq vauçerlərin nə vaxt veriləcəyini soruşduqda o, hələ vauçerlərin hazır olmadığını bildirmişdir. Seyran da həmin gün Ruslanın ofisinə gedərək nə baş verdiyini soruşduqda Ruslan biletlərin alınmadığını bildirmişdir. Seyran Ruslandan pulu geri istədikdə Ruslan bir neçə günə geri qaytaracağını bildirsə də, heç bir ödəniş etməmişdir. Sonda Zərərçəkmiş şəxs8 ona vurulmuş zərərin tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə dostu olan Aysel 2021-ci ilin iyun ayında "xxxx" vasitəsilə bilet alaraq Türkiyəyə getmişdir. Bundan sonra "xxxx" şirkətinin rəhbəri kimi tanıdığı Ruslan bəylə və onun işçisi Pərvin xanımla tanış olmuşdur. 2021-ci ilin noyabr ayının ortalarında onlar ailə dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddətə ərzində Dubay şəhərinə gedib istirahət etmək istəmişlər. Bunun üçün də Aysel xanım Pərvin xanımın istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, o da Ayselə otel adlarını və qiymət cədvəlini göndərmişdir. Aysel də həmin qiymət cədvəllərini ona və Xəyalə xanıma göndərmişdir. Onlar razılaşdıqdan sonra ödəniş üçün ofisə getmək istəmişlər. Lakin Pərvin xanım Türkiyədə olduğunu ofisə yaxınlaşıb, orada ödəniş etmələrini bildirmişdir. Bundan sonra 20 noyabr 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs3 ilə birlikdə "xxxx" MMC-nin Nərimanov rayonunda yerləşən ofisinə getmişlər. Ofisdə onları orada işçi olan Qismət bəy qarşılamışdır. X11 xanımla danışdıqlarını və tura görə ödəniş edəcəklərini bildirmişlər. O və Aysel Qismətə ilkin olaraq 800 manat pul vermişlər. Qalan 1.351 manat pulu isə xx.xx.2022-ci il tarixdə həmin ofisdə Pərvin adlı qadına vermişlər. Hətta Pərvin xanım həmin qiymətə vizanın şirkət tərəfindən hədiyyə olunduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Pərvin adlı qadın biletləri onlara göndərmiş, vizanı isə uçuşa bir gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə onlar Pərvin ilə əlaqə saxladıqda vizanın hazır olmadığını, Ruslan ilə əlaqə saxlamalarını bildirmişdir. Onlar Ruslana zəng etdikdə Ruslan xx.xx.2022-ci il tarixdə vizanı həll edəcəyini demişdir. Qeyd etmişdir ki, onların uçuş tarixi xx.xx.2022-ci il tarixdə saat 10:00-da olmuşdur. Lakin həmin gün günorta saatlarında Ruslan ilə əlaqə saxladıqda Ruslan vizanın həll olmadığını uçuşun ləğv olunduğunu bildirmişdir. Bundan sonra onlar Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişlər. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş zərərin tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında ailəsi ilə birlikdə Türkiyəyə getmək istəmişdir. Həmin dövrdə o, "xxxx" vasitəsilə bilet aldıqdan sonra şirkətin rəhbəri kimi tanıdığı Ruslan bəylə və onun işçisi Pərvin xanımla tanış olmuşdur. Bundan sonra onlar ailə dostları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 yoldaşları ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində Dubay şəhərinə gedib istirahət etmək istəmişlər. Bunun üçün də o, Pərvin xanımın istifadəsində olan mobil nömrə ilə xx.xx.2021ci il tarixdə əlaqə saxlamışdır. Ondan Dubay şəhərinə getmək istədiklərini bildirmişdir. Pərvin də ona neçə nəfər olduqlarını, hansı tarixə getmək istədiklərini soruşmuşdur. O da Pərvinə 6 nəfər olduqlarını və 2022-ci ilin yanvar ayının 19-dan 23-dək olan müddət ərzində getmək istədiklərini bildirmişdir. Bundan sonra Pərvin xanım ona otel adlarını və qiymət cədvəllərini göndərmişdir. O da Pərvinə məsləhətləşdikdən sonra cavab verəcəyini bildirmişdir. Bundan sonra o, Dubay şəhərinə səyahətə gedəcəklərini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Pərvin xanımın ona göndərdiyi qiymət cədvəllərini göndərmişdir. Onlar həyat yoldaşları ilə məsləhətləşdikdən sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “X9” adlı otelə getmək qərarına gəlmişlər. Bu barədə Pərvin xanıma məlumat vermişdir. Pərvin xanım da hər iki nəfərə görə qiymətin 2.151 manat təşkil etdiyini bildirmişdir. Bu qiymətə hətta vizanında "xxxx" MMC tərəfindən hədiyyə olacağını bildirmişdir. O da ilkin olaraq nə qədər ödəniş etmək lazım olduğunu soruşduqda, Pərvin xanım Azərbaycanda olmadığını, ofisinə yaxınlaşaraq, başqa işçiyə ilkin olaraq 800 manat ödəməli olduqlarını bildirmişdir. Xəyalə xanımın işi olduğundan o, Zərərçəkmiş şəxs2 ilə birlikdə "xxxx" MMC-nin ofisinə getmişlər. Ofisdə onları orada işçi olan Qismət bəy qarşılamışdır. X11 xanımla danışdığını və tura görə ödəniş edəcəklərini bildirmişlər. Qismət bəy də müqavilə imzalayaraq onların şirkətə 800 manat ödəniş etdiklərini qeyd etmişdir. 22 noyabr 2021-ci il tarixdə isə Xəyalə xanım da ofisə gedərək, Qismət bəyə turun qiymətinin bir hissəsi olan 800 manat pul ödəyərək müqavilə imzalamışlar. Bundan sonra o, Pərvin xanım ilə əlaqə saxlayıb, qalan ödənişi isə xx.xx.2022-ci il tarixdə şirkətin ofsinə gedərək Pərvin xanıma 1.351 manat pulu ödəmişdir. Bununla bağlı Pərvin xanım müqavilə imzalayaraq ona vermişdir. Zərərçəkmiş şəxs2 da onunla birlikdə getmişdir. O, da Pərvin xanıma qalan 1.351 manatı ödəmişdir. Zərərçəkmiş şəxs4 isə bildiyi qədəri ilə Pərvin xanımın kartına qalan 1.351 manatı ödəmişdir. Bundan sonra o, Pərvin xanımla əlaqə saxlayıb, biletləri və vizaları tələb etdikdə, ona biletləri göndərmiş, lakin vizaya görə Ruslan bəylə əlaqə saxlamağını bildirmişdir. Bundan sonra o, Ruslan bəylə əlaqə saxladıqda Ruslan ona vizada problem olduğunu və həll edəcəyini bildirmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Ruslan bəy onunla əlaqə saxlayaraq viza məsələsini həll edə bilməyəcəyini və uçuşun tarixini dəyişmələrini xahiş etmişdir. Onlar da bununla razılaşmayıb onlara vurduğu ziyanı, yəni 2.151 manat pulu tələb etmişlər. Bundan sonra Ruslan bəy pulu qısa müddətə ödəməyə söz versə də, heç bir ödəniş etməmişdir. Onunla bərabər Zərərçəkmiş şəxs2 2.151 manat, Zərərçəkmiş şəxs4da 2.151 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş zərərin ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 2021 -ci ilin noyabr ayının ortalarında həyat yoldaşı və ailə dostlar ilə birlikdə Dubay şəhərinə getmək istəmişlər. Bunun üçün Zərərçəkmiş şəxs3 "xxxx" MMC-yə müraciət edib bilet almaq istəklərini bildirmişdir. MMC-in işçisi olan Pərvin xanım xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müdddət ərzində “X9” adlı otelə 2.151 manat ödəməli olduqlarını bildirmişdir. Hətta həmin qiymətə vizanında hədiyyə olduğunu bildirmişdir. Onlar da razılaşmışlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə MMCnin Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisində adını sonradan bildiyi Qismət adlı işçiyə ilkin olaraq 800 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 20 noyabr 2021-ci il tarixdə gedib ödəniş etmişlər. Qalan 1.351 manatı isə xx.xx.2022-ci il tarixdə Pərvin xanımın “votsap” vasitəsi ilə ona göndərdiyi “Beynəlxalq Bank”-a məxsus Şahid1 adına olan plastik kart hesabına göndərmişdir. Qeyd etmişdir ki, o, ödənişi özünə məxsus kartdan göndərdiyi üçün bank tərəfindən 14 manat faiz tutulmuş və karta 1.337 manat pul köçürülmüşdür. Bundan sonra Ruslan adlı şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə uçuşun tarixidir. Həmin gün MMC tərəfindən viza alınmadığı üçün səfər etmələrinin alınmayacağı bildirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Ruslan bəy müxtəlif bəhanələr gətirərək vaxtı uzatmaqla pulu verməkdən qəsdən boyun qaçırmış və telefon zənglərinə cavab verməmişdir. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş zərərin ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. İttiham aktının siyahısında göstərilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 164-166-cı vərəqələrində olan Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də işləyir. İş yerinin yaxınlığında “Ecotravel” şirkəti yerləşir. O, xx.xx.2022-ci il tarixdə işdən çıxıb şəxsi işləri ilə əlaqədar gedərkən qərara gəlmişdir ki, Ecotravelə müraciət etsin. Müraciətinə səbəb xx.xx.2022-ci il tarixdə Dubay şəhərinə getməyi olmuşdur. Çünki, o, səfər üçün bütün hazırlıqları görsə də, gediş üçün viza almamışdır. Bu səbəbdən Ecotravelə daxil olmuş və orada adının sonradan Pərvin olduğunu bildiyi xanım onu qarşılamışdır. O, Pərvinə Dubay şəhərinə getmək üçün Vizaya ehtiyacı olduğunu bildirmişdir. Pərvin xanım viza ala biləcəklərini, lakin bunun üçün 324 manat pul ödəmək lazım olduğunu bildirmişdir. O Pərvin ilə razılaşmışdır. O, 324 manat qarşılığında həm özü üçün həmdə arvadı X1 viza almalı olmuşdur. Pərvin xanım ona 3 gün ərzində vizanın hazır olacağım bildirmişdir. O, Pərvinlə razılaşmış, 324 mant pulu ödəmişdir. Pərvin xanım ödəniş qarşılığında ona qəbz vermişdir. 3 gün sonra yəni xx.xx.2022-ci il tarixdə o, yenidən Ecotravel şirkətinə yaxınlaşmışdır. Pərvin xanımla görüşmüş və viza üçün gəldiyini bildirmişdir. Pərvin xanım vizanın hazır oldğunu bildirib onun gözləməsini xahiş etmişdir. Bu zaman o, öz iş masasında kompüterində işlər görməyə başlamışdır. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra Pərvin xanım ona vizaları təqdim etmişdir. O, həmin vizaları götürüb öz işləri ilə məşğul olmaq üçün Ecotravelin ofisindən çıxmışdır. xx.xx.2022-ci il tarixdə o, arvadı ilə birlikdə hava limanına yaxınlaşdıqda orada onların uçuşuna icazə verilməmişdir. Bildirilmişdir ki, onların səfər üçün vizası yoxdur. O, həmin vaxt mobil telefonunu açıb şirkətə müraciət etmək istəyərkən “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Pərvin xanımın ona xx.xx.2022-ci il tarixdə səsli mesaj göndərməsini görmüşdür. Səsli mesajda Pərvin xanım ağlayaraq vizaların alınmaması, şirkətin rəhbərliyinin xərclərini qarşılayacağını bildirmiş və ondan bunun üçün üzr istəmişdir. O və arvadı çarəsiz hava limanından geri qayıtmışlar və o, birbaşa DİN-in “102” xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Cinayət işinin İİ cildinin 17-19-cu vərəqələrində olan Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, 2022-ci ilin yay ayları üçün həyat yoldaşı ilə birlikdə Türkiyə Respublikasına getmək istəmişdir. Bunun üçün o, sosial şəbəkə olan “İnstagram” vasitəsilə "xxxx" adlı tur və biletlərin satışı ilə məşğul olan şirkətin olduğunu görmüşdür. O, "xxxx" MMC-nin “İnstagram” sosial şəbəkəsində olan profilinə yazmışdır. 2022-ci ilin iyun ayı üçün Tükiyə Respublikasına istirahət üçün tur paketi almaq istədiyini bildirmişdir. Bunun üçün ona bir neçə otellərin siyahısı və qiyməti cədvəlini göndərmişlər. Onunla həmin danışığı aparan şəxs şikrətin işçisi olan adını sonradan bildiyi Pərvin xanım olmuşdur. Ödənişi necə ödəyəcəyini sual verdikdə isə, Pərvin xanım özünə məxsus üzərində “Parvin Quliyeva” yazıları olan "xxxx" ASC-yə məxsus plastik kart göndərmişdir. O, isə nəğd ödəmək, şirkətlə və işçiləri ilə canlı tanış olmaq üçün şirkətə getmək qərarına gəlmişdir. Həmin gün yəni, 14 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-in ofisinə getmişdir. Pərvin xanım onu qarşılamışdır. Pərvin xanıma axşam onunla danışan şəxs olduğunu bildirmişdir. O, Pərvin xanıma Türkiyə Respublikası, Alanya şəhərində yerləşən “Xafira Deluxe” adlı otelə getməyi qərarlaşdırdığını bildirmişdir. Pərvin xanım xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət yəni 7 gecə 8 günə görə tur paketinin ümumilikdə 2.125 manat təşkil etdiyini demişdir. İlkin olaraq turun qiymətinin 30 faizini, qalan pulu isə uçuşa 1 həftə qalmış ödəyə biləcəyini bildirmişdir. İlkin olaraq o, tur paketin qiymətinin 30 faizi təşkil edən 637 manatı ödəmək istəmişdir. Pərvin xanım isə ona biletin pulu olan 716 manatı ilkin olaraq ödəməyini bildirmişdir. Qalıq qalan 1.409 manatı isə uçuşa 1 həftə qalmış ödəyə biləcəyimi bildirmişdir. O da razışlaşmışdır. Üzərində nağd pul az olduğu üçün 120 manat nağd, qalan 596 manat pulu isə Pərvin xanım verdiyi şikrətdə olan posterminal vasitəsilə ödəmişdir. Bundan sonra Pərvin xanım səhərisi gün biletləri ona göndərəciyini bildirmişdir. Lakin o, Pərvin xanımla danışdıqdan 3 gün sonra onun mail adresinə “Buta Airways” hava yolları şirkətinə məxsus təyyarə ilə Türkiyə Respublikası, Alanya şəhərinə yoldaşının və onun adına olan 2 ədəd gediş-dönüş biletlərini göndərmişdir. O da hər iki biletin nömrəsinin eyni yəni 771-********** saylı olduqlarını gördükdən sonra şübhələndiyi üçün “Buta Airways” hava yolları şirkətinə zəng etmişdir. Oradan 771-********** saylı biletlərin olub-olmadığını soruşduqda, artıq həmin nömrəli biletlərin istifadə olunduğunu bildirmişlər. O da bundan sonra "xxxx" MMC-in ofisinə getmişdir. Pərvin xanıma biletlərin saxta olduğunu bildirmişdir. Pərvin də ona sistemdə səhvlik olduğunu və 1 həftəyə həll olunacağını demişdir. 1 həftə keçdikdən sonra biletlər həll olmadığı üçün o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o əvvəllər Əmlak Komitəsinin Masallı rayon şöbəsində işləmiş, Asif isə həmin dövrlərdə Komitənin Nərimanov rayon şöbəsində işləyirmiş. Münasibətləridə həmin dövrdən başlamış, lakin aralarında bir o qədər də səmimi münasibət olmamışdır. Sonralar Asiflə yenidən rastlaşmışdır. Asiflə rastlaşdıqdan sonra onunla mütəmadi olaraq əlaqə saxlamağa başlamışlar. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. 2021-ci ilin may ayında qohumu Ruslan mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq Nərimanov rayonunda ofis götürdüyünü deyib, onu da həmin ofisə çağırıb, işlərini burdan görməyini istəmişdir. O "xxxx" MMC-in təsisçisidir. Maddi durumu aşağı olduğu üçün şirkətə ofis açmamışdır. Şirkətin bütün işlərini onlayn vasitəsilə idarə edirmiş. Şirkətinin fəaliyyəti Belarus Respublikasından toyuq əti gətizidirib Azərbaycan Respublikasında topdan satış yerlərinə satmaqdan ibarət imiş. Ruslan bu təklifi etdikdən sonra, o Ruslanın bu təklif ilə razılaşıb, ofisə gedərək orada işlərini davam etdirmişdir. Ofisdə olan müddətdə tanışı Zərərçəkmiş şəxs1 bir neçə dəfə onun yanına çay içməyə gəlmişdir. Asif ondan burada nə işlə məşğul olduğunu soruşmuşdur. O da Asifə şirkətin "xxxx" və "xxxx" işləri ilə məşğul olduğunu demişdir. O Asifə özünün "xxxx" MMC-i təsisçisi olduğunu və toyuq gətizdirdiyini deməmişdir. Sadəcə olaraq ofisi Ruslan arendaya götürdüyü və ofisdəki şirkətlərin Ruslana məxsus olduğu üçün "xxxx" və “ECO PRODUCT" MMC-lər barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Ruslan ona ofisdə olan zaman yanına gələrək pis vəziyyətdə olduğunu və camaatdan pulları ala bilmədiyini demişdir. O Ruslandan nə lazım olduğunu soruşan zaman 1 aylıq ona 5.000 AZN lazım olduğunu, əgər pulu tapa bilməsə uçuş biletlərinin alışının bağlanacağını demişdir. O da Ruslana pulunun olmadığını demişdir. Həmin günü axşam o Asiflə Nərimanov rayonunda yerləşən kafedə görüşmüşlər. O Asifə söhbət əsnasında Ruslanın 1 aylıq 5.000 AZN ehtiyacı olduğunu və 1.000 üstündə əlavə verəcəyini demişdir. Asif də ona “sabah ofisə gəlib bu barədə danışaram” demişdir. xx.xx.2021-ci il tarixdə Asif yenidən ofisə gəlib, Ruslanla danışmağa başlamışdır. Ruslan özünə 1 aylıq bilet satışı üçün 5.000 AZN lazım olduğunu və 1.000 AZN üstündə verəcəyini demişdir. Asif də bununla razılaşıb xx.xx.2021-ci il tarixdə ofisə gələrək 5.000 AZN pulu Ruslana verərək, ondan yazılı kağız yazmağını tələb etmişdir. Ruslanda bununla razılaşıb əl yazı yazaraq 5.000 manat pulu Asifən aldığı barədə yazılı kağız vermişdir. Pulu verən zaman o da onların yanında imiş. Bundan təxminən 3-5 gün keçdikdən sonra Asif yenidən ona zəng edərək, Ruslanın ona zəng etdiyini və təcili ona 15.000 AZN lazım olduğunu, düyünün gömrüyə gəldiyini və təcili rəsmiləşdirilməli olduğunu demişdir. O da Asifə “o Ruslan, o da sən, özünüz bilərsiz” demişdir. Pulu verməzdən bir gün qabaq Asif yenidən ofisə gələrək Ruslanla görüşmüşdür. O da onlarla birlikdə oturmuşdur. Söhbət əsnasında Asif Ruslana “mən sənə 15.000 AZN verirəm sən bunun qarşılığında nə verəsən deyə” soruşmuşdur. Ruslan da Asifə pulun 15-20 günlük lazım olduğunu deyib, qarşılığında nə istədiyini soruşmuşdur. Asif də Ruslana "5.000 AZN qarşılığında 1.000 AZN verirsənsə, 15.000 qarşılığında 3.000 AZN verəsən" demişdir. O da Ruslana 15-20 günə görə, 3.000 AZN pulu verə biləssən deyə soruşmuşdur. Ruslan da ona pulun çox vacib lazım olduğunu və qazancın olduğu üçün məcbur razılaşmalı olduğunu demişdir. Həmin günün axşamı Ruslan ona Asifin gözlədiyini deyib, onunda gəlməyini istəmişdir. O da bundan sonra Asifə zəng edərək, “pulu sən verirsən mənim orda nə işim var” deyə soruşmuşdur. Asif də ondan gəlməyini xahiş etmiş və Asifin yanında olmağını istəmişdir. O Ruslanla birlikdə Asifin yaşadığı yerə getmişdir. Onlar orada Asiflə görüşüb onun avtomobilinə əyləşmişlər. Asif də 1-2 yerdən pul götürəcəyini demişdir. Asif pulu düzəldəndən sonra onlar Asifin evinə yaxın olan kafelərin birində oturmuşlar. Ruslan Asifə yenidən yazılı kağız verərək ümumilikdə 20.000 AZN pulu 1 ay ərzində qaytaracağını deyib, üstündə 4.000 AZN əlavə gəlir verəcəyini bildirmişdir. Bundan təxminən yenə 3-5 gün sonra Asif yenidən ona zəng edərək, Ruslanın ondan təcili 10.000 AZN istədiyini demişdir.O da Asifə “bunun mənə nə aidiyyəti var, özün bilərsən deyib, əgər nəsə verəsi olsan da, mənə denən xəbərdar olum” demişdir. Bunun üçün Asif bir daha ofisə gəlib danışmaq istədiyini bildirmişdir. O da Asiflə razılaşmışdır. Ofisdə olan zaman Ruslan Rusiya Federasiyasından toyuq gətizdirmək istədiyini və 10.000 manat pulun çatmadığını bildirmişdir. Bununla bağlı Ruslan ona və Asifə həmin gördüyü işnən bağlı müqavilələridə göstərmişdir. Asif neçə günə Ruslana malları gətizdirib pulu verəcəyini soruşanda, Ruslan ən geci 10 gün ərzində malları gətizdirib satıb gəliri verəcəyinə söz vermişdir. Asif bundan sonra axşam kafedə görüşüb, pulu vermək istədiyini deyib, onunda gəlməsini xahiş etmişdir. Axşam o, Ruslanla yenidən həmin kafeyə getmişlər. Lakin kafe bağlı imiş. Asif səhhətində problem olduğu üçün aşağı düşə bilmədiyini deyib, onları evə dəvət etmişdir. Evdə olan zaman Ruslan kağız verərək, Asifdən 10.000 AZN aldığını və qarşılığında gələn gəlirdən ümumilikdə aldığı 30.000 manata görə hər ay 5.000 AZN verəcəyini demişdir. Əgər ana pulu yəni 30.000 AZN pulu Ruslan Asifə qaytara bilsə, həmin 5.000 AZN gəliri verəcəyinə razışlamışlar. Ayın sonuna yaxın Ruslan Asifə verəcəyi pulu geçikdirmişdir. Ruslan pulu gecikdirən ərəfədə Asifə 300 AZN və 500 AZN ümumilikdə 800 AZN vermişdir. Bundan bir neçə gün sonra Ruslan 2.000 ABŞ dolları pulu Asifə vermişdir. Bundan 1 həftə sonra 600 ABŞ dolları pulu yenidən Asifə vermişdir. Bununla da Ruslan 1ci ayın gəliri olan 5.000 AZN pulunu Asifə ödəmişdir. 2-ci ay olan zaman Ruslan pulu yenə gecikdirməyə başlamışdır. Asif də hər gün ofisə gələrək pulunu istəmişdir. O da Asifə qoşulub Ruslandan Asifin pulunu istəmişdir. Ruslan xx.xx.2022-ci il tarixdə pulu ödəməli imiş. Ruslanda alacağı gəliri gecikdirdiyindən Asifə pulu ödəyə bilmirmiş. O özüdə həmin vaxtı Lənkəran şəhərində olduğu üçün telefonla əlaqə saxlayırmış. Sonradan eşitmiş ki, Asif xx.xx.2022-ci il tarixdən hər gün Ruslanın ofisinə gedərək, Ruslanı və ailəsini təhqir edib pulunu tələb edirmiş. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o Ruslana zəng edərək, Asifə verəcəyi pulu istəmişdir. O, da axşama kimi pulu verəcəyini demişdir. O axşam Lənkərandan geri qayıdan zaman Asiflə görüşmüşdür. Görüş zamanı onlar Ruslana zəng etmişlər. Ruslan da, zənglərə cavab verməmişdir. Sonradan onlara məlum olmuş ki, Ruslan Asifin etdiyi bu hərəkətlərdən sonra özünü dənizə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs böyük qardaşıdır. Ruslan "xxxx" MMC və "xxxx" MMC-lərin rəhbəridir. Ruslana tanımadığı şəxslərin borcları olduğu üçün bu cinayət hadisəsi baş vermişdir. Mirəkbərin Ruslandan azadlıqda olarkən aldığı pul borclarını isə Mirəkbər ona hissə-hissə ödəmişdir. Lakin hansı miqdarda ödədiyi yadında deyil. Çünki o, hər dəfə Mirəkbərlə görüşəndə Mirəkbər ona hissə-hissə 200-300 manat ödəmişdir. Ruslanın isə zərər vurduğu şəxslərə maddi ziyanları ödəməyə çalışırlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid3, Şahid4, Şahid5 və Şahid7 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5 və Şahid7 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 39-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 87-ci vərəqində olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iş məqsədi ilə 5000 manat götürdüyünü qeyd etmişdir. Qəbz Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Cinayət işinin İ cildinin 121-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin ofisidir. Cinayət işinin İ cildinin 182-183-cü vərəqələrində olan “WhatsApp” yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən Şahid1 məxsus 4127 2093 0480 5556 nömrəli bank kartına 1337,00 AZN köçürmə olunmuşdur. Cinayət işinin İ cildinin 202-ci vərəqində olan “Təqdim edilmiş sənədlərin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" MMCnin ona vermiş olduğu otel bron sənədinin surətini təqdim etdi. Cinayət işinin İ cildinin 215-ci vərəqində olan “Təqdim edilmiş sənədlərin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 "xxxx" MMCnin ona vermiş olduğu otel bron sənədinin surətini təqdim etdi. Cinayət işinin İ cildinin 227-ci vərəqində olan “Təqdim edilmiş sənədlərin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 "xxxx" MMCnin ona vermiş olduğu otel bron sənədinin surətini təqdim etdi. Cinayət işinin İİ cildinin 82-ci vərəqində olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iş ilə bağlı 20000 manat götürdüyünü, bu məbləğin müqabilində hər ay Zərərçəkmiş şəxs1 4000 manat gəlir verməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Qəbz Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Cinayət işinin İİ cildinin 83-cü vərəqində olan Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iş ilə bağlı 10000 manat götürdüyünü qeyd etmişdir. Qəbz Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Cinayət işinin İİ cildinin 100-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:10 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin İİ cildinin 153-158-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 1 (bir) ay 7 (yeddi) gün müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 08 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 69-96-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olduğundan onun xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi barədə qərara əlavə və dəyişiklik edilməsi üçün əsas ola biləcək yeni bir hal müəyyən edilmədiyindən həmin qərarın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli əl yazmanın surətinin, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əl yazmaların surətlərinin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Koroğlu qızının və Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdikləri "xxxx" MMC tərəfindən verilmiş otelin bron edilməsi barədə sənədlərin, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 02 ədəd elektron biletlərin surətinin iş üzrə əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 716 (yeddi yüz on altı) manat ziyan tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs8 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən yazılmış və notarial qaydada təstiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib. İş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 isitisna olmaqla digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsi və sonuncuların təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli əl yazmanın surəti, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əl yazmaların surətləri, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Koroğlu qızının və Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdikləri "xxxx" MMC tərəfindən verilmiş otelin bron edilməsi barədə sənədlər, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 02 ədəd elektron biletlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə mülki iddiaçıların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr əsaslı olduğundan və mülki iddiaçıların iradəsini ifadə etdiyindən təmin olunmalı, mülki iddiaçıların iddia tələbindən imtinası qəbul edilərək, hazırkı halda mülki iddialar üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçıların iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də mülki iddaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiadan imtina barədə ərizələri qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 110 (yüz on) iş saatına görə 660 (altı yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli əl yazmanın surəti, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əl yazmaların surətləri, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Koroğlu qızının və Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdikləri "xxxx" MMC tərəfindən verilmiş otelin bron edilməsi barədə sənədlər, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 02 ədəd elektron biletlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Mülki iddaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiadan imtina ərizələri qəbul edilsin. Mülki iddaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiaları üzrə icraata xitam verilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 110 (yüz on) iş saatına görə 660 (altı yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-113/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-113/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver