Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-113/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki rayonu, Şorsu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 22:25 radələrində “В, C” kateqoriyalı, AE seriyalı, 729398 nömrəli sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi X6 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “Saipa” markalı, 123EX minik modelli, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Vaqif küçəsi ilə Bakı şəhəri, Nərimanov rayonu C.Hacıbəyli küçəsi istiqamətində 40 km/saat sürətlə yolun hərəkət hissəsinin sol hərəkət zolağı ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən əgər 1.3 üfüqi nişanlanma xəttini (hərəkət hissələrini ayıran ağ bütöv qoşa üfüqi nişanlanma xətti) kəsib keçmək qadağan olduğu halda qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks zolağına daxil olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Vaqif küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi X9 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “Lada” markalı, “NİVA Legend 21214-00021 minik” modelli, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapaq sağ hissəsi ilə toqquşmuş və nəticədə qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Lada” markalı, “NİVA Legend 21214- 00021 minik” modelli, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 dilin sağ yarısının və ənsə nahiyəsinin əzilmiş yaraları, ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz qapağının qəlpəli yerdəyişən qapalı sınıqlarından ibarət dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (30%) az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya, “Saipa” markalı, 123EX minik modelli, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 sol baldır sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya və X2 almacıq-əng kompleksinin, çənənin sağ mental hissəsinin yerdəyişmiş sınıqları, baş beyin əzilməsi, kəllə əsası sümüklərinin sınığı, sifətin əzilmiş yaraları, sağ bazu və bud sümüyünün yerdəyişmiş sınığı, baş beynin ödemi və ensefalitik yumşalması ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin 28 aprel 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhman küçəsində yerləşən fərdi yaşayış evində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Şahid icarə əsasında avtomobil götürmək qərarına gəlmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində onunla görüşmüşdür. İdarə etdiyi avtomobili Şahindən gündəlik 17 manata icarəyə götürmüşdür. Şahindən icarəyə “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Həmin gün Şahin onun sənədlərinin surətini götürmüş və mobil telefonuna daxil olaraq onun adına etibarnamə vermişdir. Bundan sonra o, avtomobilə əyləşərək çıxıb getmişdir. Yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində olan fərdi evə gəlib qidalandıqdan sonra sistemi açmış və yaxınlıqdan sifariş qəbul etmişdir. Evdən çıxaraq o, müştəriləri götürmüş və sifarişdə qeyd olunan ünvana doğru hərəkət etməyə başlamışdır. Saat təxminən 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Vaqif küçəsində 40 km/saat sürətlə hərəkətlə olarkən avtomobilin sükanı özündən kilidlənmiş və dönə bilməyi üçün artıq qoşa xətti tapdayaraq qarşı hərəkət istiqamətinə keçərək təxminən 7-10 metr getdikdən sonra qarşıdan gələn “Niva” markalı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt onun avtomobilində Toğrul və Tubuxanım olmuşdur. Hadisə zamanı Tubuxanım və Toğrul xəsarət almışdır. Daha sonra ona məlum olmuşdur ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü Nüsrət adlı şəxs də, xəsarət almışdır. Daha sonra isə öyrənmişdir ki, Tubuxanım almış olduğu xəsarətə görə xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Tubuxanım Məmmədova onun qızıdır. Tubuxanım Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin noyabr ayında ailə həyatı qurmuş və onlardan ayrı yaşamışlar. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Toğrul onunla əlaqə saxlayaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində özü və Tubuxanım xəsarət almışdır. O, səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə 1 saylı KTM-nə getmişdir. Orada ona məlum olmuşdur ki, qızı Tubuxanım və Toğrul taksi ilə işə gedərkən Bakı şəhəri, Nərimanov rayonu, Vaqif küçəsində ağır yol nəqliyyat hadisəsi keçirmişlər. Xəstəxanadan maraqlandıqda bilmişdir ki, qızının qolu və ayaqları sınmışdır. Bir neçə gün sonra qızını gördükdə onun vəziyyətinin ağır olmasını bilmişdir. Çünki, qızı baş və üz nahiyəsindən də xəsarət almışdır. xx.xx.2024-cü il tarixdə qızı xəstəxanadan çıxmış və onların yaşadığı ünvana gəlmişdir. Bir aydan çox onların evində qalmışdır. Onlar Tubuxanımın müalicə etdirmişlər. Vəziyyəti yaxşılaşmışdır. Tubuxanım bir həftə öz evində yaşamağa getmişdir. Daha sonra yenidən gəlib onlarda qalmışdır. Onların evdə olarkən Tubuxanımın vəziyyəti yaxşı olmuşdur. Daha sonra yenidən öz evinə qayıtmışdır. Tubuxanımın əli ayağı yaxşı olduğu üçün öz evində yaşamağa başlamışdır. Müəyyən vaxtlarda Tubuxanım həkimə gedib gəlmişdir. Aprel ayının sonlarında Tubuxanım onların evinə gələrkən onun vəziyyətinin yaxşı olmadığını görmüşdür. Onlardan getdikdən sonra əri Toğruldan qızını onlara bizə gətirməsini və ya həkimə aparmasını istəmişdir. Toğrul Tubuxanımı onların evinə gətirmiş və səhəri gün həkimə gedəcəyini bildirmişdir. Həmin gecə Tubuxanımın səhhəti pisləşmişdir. Tubuxanım kəskin baş ağrısından şikayət etmişdir. Gecə təcili tibbi yardım gəlmiş və bir neçə dərman yazıb getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində vəziyyəti daha da pisləşmiş və təcili tibbi yarım çağırmağına baxmayaraq qızı vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, X5 ilə faktiki nikahda olmuşlar və ərarvad kimi birlikdə yaşamışlar. Tubuxanım ilə birlikdə “Təzə Bazar”ın yaxınlığında yerləşən “Bol mart” super marketində işləmişlər. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində olduqları zaman işə getmək üçün mobil tətbiq vasitəsi ilə taksi sifariş vermişdir. Bir müddət sonra sifariş əsasında Təqsirləndirilən şəxs idarə etmiş olduğu “Saipa” markalı avtomobil gəlmişdi. Tubuxanım ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişdilər. Bakı şəhəri, Nərimanov rayonu, Vaqif küçəsi ilə hərəkətdə olarkən Tərlan əlində olan mobil telefonla məşğul olduğundan yola baxmamış və əks hərəkət zolağına çıxaraq “Niva” markalı avtomobillə toqquşmudur. Toqquşma zamanı o və Tubuxanım xəsarət almış, təcili tibbi yardım maşını ilə onları xəstəxanaya aparmışlar. Orada həkimlər tərəfindən onlara tibbi yardım göstərilmişdir. Xəstəxanadan çıxdıqdan sonra Tubuxanım atası evində qalaraq müalicəsinə davam etmiş və ilk vaxtlar onun vəziyyəti yaxşılaşsa da, sonradan vəziyyəti pisləşmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Tubuxanımın vəziyyəti daha da pisləşmiş və təcili tibbi yarım çağrılmasına baxmayaraq vəfat etmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyam tam şəkildə ödəmişdir. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, “X19” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili AC 041883 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə arvadı X8 adınadır. Lakin, faktiki sahibi özüdür. 12 dekabr 2023-cü il tarixdə saat 21:50 radələrində idarə etdiyi “X19” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə hərəkət edərək Vaqif küçəsi istiqamətində sağ tərəfə dönərək “Gənclik Mall” ticarət mərkəzi istiqamətində saatda 60 km surətlə soldan birinci zolaqla hərəkət etmişdir. Həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, Vaqif küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətində əks istiqamətdə hərəkətdə olan “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yolda zolağı dəyişərək qoşa xəttin tələbini pozaraq hərəkətdə olan yola daxil olaraq idarə etdiyi “X19” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil yararsız vəziyyətə düşmüş və həmin hadisə zamanı xəsarət almışdır. Eyni zamanda “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərin də xəsarət aldığını öyrənmişdir. Bundan sonra onu avtomobilə qoyaraq X17 xəstəxanasına aparmışlar. Orada həkimlər tərəfindən müayinə olunan zaman sağ ayağının diz nahiyəsindən sınması müəyyən edilmişdir. Onun avtomobili idarə etmək üçün bütün sənədləri vardır. Həmin vaxt o, avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50-60 metr məsafədən hərəkət zolağını dəyişdiyini görmüş və həmin avtomobil hərəkətinə davam edərək qoşa xəttin tələbini pozaraq hərəkətdə olduğu yola daxil olaraq idarə eldiyi avtomobil qabaq ön hissəsinə çırpılmışdır. İdarə etdiyi avtomobildə heç bir nasazlığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qəza olduqdan sonra Tərlan ona zəng edərək məlumat vermişdir. Həmin avtomobili Tərlana o vermişdir. Hadisə barədə məlumatı olduqdan sonra xəstəxanaya getmiş, lakin onları görüşə buraxmamışlar. Səhəri gün xəstəxanaya yenə getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobili Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün vermişdir. Hadisə yerində olmamış, sonradan eşitmişdir. Avtomobildə heç bir nasazlıq olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 5440/K saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixatrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-50/2-35904 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə “B,C’' kateqoriyalı, AE 729398 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək aktivdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2023-cü il tarixli, 1658 nömrəli ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sağda orbitanın divarına keçən çoxqəlpəli sınıqları, əsas sümük sol qanadının cisminə keçən sınıqları, sağda almacıq sümüyünün yerdəyişmiş parçalı sınıqları, sağ əng sümüklərinin qəlpəli, yerdəyişən sınıqları, çənə sümüyü mentalında yerdəyişdirməmiş xətti sınığı, sağ bazu və bud sümüyü cisminin qapalı yerdəyişmiş sınıqları, sağ qaşüstü nahiyənin, çənənin sağ yarısının, ağız bucağının sağ yarısının əzilmiş - cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2024-cü il tarixli, 04-M saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər-sol baldır sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2024-cü il tarixli, 1656 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-dilin sağ yarısının və ənsə nahiyəsinin əzilmiş yaraları, ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz qapağının qəlpəli yerdəyişən qapalı sınıqları (ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət)-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (30%) az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. “Videodiskə baxış keçirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in TŞX-nin müşahidə kamerasında qeydə alınmış görüntünün video diskinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 22:25-də Bakı şəhəri, Nərimanov rayonu Vaqif küçəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi istiqamətində yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olan ağ rəngli “Saipa” markalı avtomobilin idarəetməni itirərək əks hərəkət zolağına daxil olub həmin hərəkət zolağında hərəkətdə olan “Niva” markalı avtomobil ilə toqquşması və hadisənin xx.xx.2023- cü il tarixdə saat 22:25-də baş verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2024-cü il tarixli, 58 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beynin ödemi və ensefalotik yumşalması Meninqoensefalitik dəyişikliklər. Kəllə əsasının sınığı. Keçirilmiş kəllə-beyin travmasından və baş beyinin əzilməsindən sonrakı vəziyyət. Sağ almacıq-əng kompleksinin və çənənin sağ mental hissəsinin yerdəyişmiş sınıqları. Sağ bazu və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları. Sağ bazu və sağ bud nahiyələrinin cərrahi əməliyyatdan sonrakı çapıq toxumaları. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə X1 olduğu yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. X3 ölümünün səbəbi - Keçirilmiş kəllə-beyin travmasından və baş beyinin əzilməsi, kəllə əsası sümüklərinin sınıqlarından sonra inkişaf etmiş posttravmatik meninqoensefalit olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki. X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlayandan (xx.xx.2024-ci il tarixdə, saat 11:30-dan) 3-5 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2024-cü il tarixli, 10/1656 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-dilin sağ yarısının və ənsə nahiyəsinin əzilmiş yaraları, ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz qapağının qəlpəli yerdəyişən qapalı sınıqları (ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət)-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (30%) az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 xx.xx.2024-cü il tarixli, T954/2024 saylı rəyində göstərilmişdir ki, mərhumə T.İ.Məmmədovamn meyitinin müayinəsi zamanı sağ almacıq-əng kompleksinin, çənənin sağ mental hissəsinin yerdəyişmiş sınıqları, baş beyin əzilməsi, kəllə əsası sümüklərinin sınığı, sifətin əzilmiş yaraları, sağ bazu və bud sümüyünün yerdəyişmiş sınığı, baş beynin ödemi və ensefalitik yumşalması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, qərarda göstərilən vaxtda və şəraitdə yarana bilməsi mümkündür,dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2355 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Saipa” markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Həsənağa oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Niva markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Niva” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Şahid xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona məxsus olan Saipa 132 markalı, 99TM917 dövlət nişanlı avtomobilə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X12 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 sağlamlığına dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx.xx.2024-cü il tarixli, 8/2355 saylı ekspert rəyindən görünür ki, “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin əsasən, üfiqi nişanlanma xəttini, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, bir azyaşlı uşağının olmasını (əsas: portal çıxarış), zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbləri olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 DVD ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Niva” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 256 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – “Saipa” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Niva” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 256 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-113/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-113/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver