Məhkəmə qərarları › İş №1(005)-114/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-114/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-114/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və onun müdafiəçiləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil x3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Zəngilan rayonu, Şayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Şayıflı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, İqtisadiyyat Universitetinin 3 saylı Yataqxanası, ev 84 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun xx xxxx 2000-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanı qarşısında vətəndaş Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən içərisində özünə məxsus üzərində təxminən 130 manat dəyərində və balansında pul olmayan ***-***-**-** nömrəsi və 80 manat dəyərində, balansında 7 manat olan ***-***-**-** nömrəsi olan və dəyəri 700 manat olan “Samsung A7 plus” markalı mobil telefon, dəyəri 90 manat olan 1 ədəd “Nikoil” banka məxsus plastik kart, dəyəri 40 manat olan 1 ədəd “Expres” banka məxsus plastik kart olan 170 manat dəyərində 1 ədəd tünd göy rəngli üzərində “Armani” markalanma yazısı olan pul kisəsini götürdükdən sonra qaçaraq özgənin əmlakını açıq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1217 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanı qarşısında vətəndaş Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən içərisində özünə məxsus üzərində təxminən 130 manat dəyərində və balansında pul olmayan ***- ***-**-** nömrəsi və 80 manat dəyərində, balansında 7 manat olan ***-***-**-** nömrəsi olan və dəyəri 700 manat olan “Samsung A7 plus” markalı mobil telefon, dəyəri 90 manat olan 1 ədəd “Nikoil” banka məxsus plastik kart, dəyəri 40 manat olan 1 ədəd “Expres” banka məxsus plastik kart olan 170 manat dəyərində 1 ədəd tünd göy rəngli üzərində “Armani” markalanma yazısı olan pul kisəsini götürdükdən sonra qaçaraq özgənin əmlakını açıq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1217 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində bir məhəllədə yaşadığı Təqsirləndirilən şəxs1 ilə gecə gəzintisinə çıxmışlar. x16 heykəli istiqamətindən “Gənclik” metrostansiyası istiqamətində hərəkət edirmişlər. Bu zaman onların qarşısında bir nəfər şəxsin sərxoş halda getdiyini görmüşlər. Onlar belə qərara gəlmişlər ki, həmin şəxsin pul kisəsini cibindən götürüb qaçsınlar. Onlar həmin sərxoş olan şəxsin arxasınca gəlmişlər və o, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Avesta” şirkətinin qarşısında olan avtobus dayanacağında bir qədər oturub dincəlmişdir. Daha sonra durub gedərkən ona yaxınlaşmışlar və qoluna girərək kömək lazım olub-olmadığını soruşmuşlar. Bundan sonra onlar adını sonradan bildikləri Zərərçəkmiş şəxs qoluna girərək yenə Atatürk prospekti ilə üzü “Gənclik” metrostansiyası istiqamətinə doğru söhbət edə edə getmişlər. Atatürk prospektində yerləşən Nərimanov rayon Prokurorluğunun yanından ara məhəlləyə girmişlər və bir qədərdə getdikdən sonra onun arxa cibində olan pul kisəsini Elvin götürmüş və onlar qaçaraq oradan uzaqlaşmışlar. Onlar pul kisəsini götürüb qaçdıqdan sonra pul kisəsi Elvində olmuş və onlar Dərnəgül qəsəbəsində besetkada oturan zaman Elvin ona gözləməyini bildirmişdir. Elvinin özü isə harasa getmiş və təxminən 30 dəqiqə sonra gəlmişdir. Elvin gəldikdən sonra pul kisəsini içərisində olan əşyalarla birlikdə ona vermiş, amma içərisində mobil telefon olmamışdır. Ümumiyyətlə pul kisəsini götürən Elvin olduğundan o, pul kisəsində mobil telefon görməmişdir. Hadisədən bir neçə gün sonra Elvin ona pul kisəsinin içərisində mobil telefonun da olduğunu və həmin mobil telefonu kiməsə 30 manat borcu olduğundan girov qoyduğunu və 1-2 gün sonra götürəcəyini bildirmişdir. Mobil telefonla bağlı əlavə olaraq qeyd etmişdir ki, o və Elvin hərəsi 15 manat qoymaqla 30 manatı düzəldib telefonu götürmək istəmişlər, lakin həmin şəxs Elvindən 50 manat istədiyindən, onlar pulu ödəyə bilməmiş və həmin şəxsdən telefonu geri ala bilməmişlər. Daha sonra Elvin “Əli” adlı şəxsin mobil telefonunu ona demiş və o, özüdə “Əli” adlı şəxslə əlaqə saxlamış, ancaq “Əli” adlı şəxs də kiməsə borcu olduğundan, həmin mobil telefonu borcunun əvəzi kimi başqasına verdiyini bildirmişdir. Hətda o, “Əli” adlı şəxsin mobil telefonunu qardaşı Asəfə də vermişdir ki, Asəf danışsın və mobil telefonu qaytarsın. Lakin “Əli” adlı şəxsdən həmin mobil telefonu ala bilməmişlər. Hadisə günü isə Elvin pul kisəsini ona verdikdən sonra baxanda görmüşdür ki, orada yalnız bank kartları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və “YAP”a məxsus vəsiqə vardır. Buna görə də, onlar çox heyifslənmişlər. Hətta onlar pul kisəsini qaytarmağıda fikirləşmişlər amma qorxmuşlar ki, orda artıq polis olar və buna görə də, geri qayıtmağa qorxmuşlar. Onlar gəzərək Binəqədi rayonu ərazisində Naxçıvani küçəsində yerləşən “Tərgül” ticarət mərkəzinin yanına gəlmişlər. Onlar orada gəzərkən Elvin yerdən dəmir bıçaq tapmış və xoşuna gəldiyindən götürərək özündə saxlamışdır. Daha sonra o, Elvinlə birlikdə 8-ci mikrorayon yaxınlığında yerləşən Dəri Zöhrəvi xəstəxanasının yanında gedərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. Lakin onların üzərində şəxsiyyət vəsiqələri olmadığından, şəxsiyyətlərini müəyyən etmək məqəsdi ilə onları bölməyə dəvət etmişlər. Bölmədə onlar etdikləri əməli etiraf etmişlər və o, üzərində olan Fariz Ələkbərova məxsus pul kisəsini, Elvin isə üzərində olan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində bir məhəllədə yaşadığı Təqsirləndirilən şəxs2 ilə gecə gəzintisinə çıxmışlar. x16 heykəli istiqamətindən “Gənclik” metrostansiyası istiqamətində hərəkət etmişlər. Bu zaman görmüşlər ki, onların qarşısında bir nəfər şəxs sərxoş halda hərəkət edir. Onlar belə qərara gəlmişlər ki, həmin şəxsin pul kisəsini cibindən götürüb qaçsınlar. Onlar həmin sərxoş olan şəxsin arxasınca yavaş-yavaş gəlmişlər. Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Avesta” şirkətinin qarşısında olan avtobus dayanacağında həmin şəxs bir qədər oturub dincəlmişdir. Daha sonra durub gedərkən ona yaxınlaşmışlar və qoluna girərək kömək lazım olub-olmadığını soruşmuşlar. Bundan sonra onlar onun qoluna girərək yenə Atatürk prospekti ilə üzü “Gənclik” metrostansiyası istiqamətinə doğru söhbət edə edə getmişlər. Atatürk prospektində yerləşən Nərimanov rayon Prokurorluğunun yanından ara məhəlləyə girib və bir qədərdə getdikdən sonra o, həmin adamın arxa cibində olan pul kisəsini götürmüş və dərhal Raminlə birlikdə oradan qaçıb uzaqlaşmışlar. O və Ramin pul kisəsini götürüb qaçdıqdan sonra, onlar birlikdə pul kisəsini açmışlar və orada “Samsung A7 plus” markalı mobil telefonun və digər əşyaların olduğunu görmüşlər. Ramin telefonu ondan götürüb baxmış və sonra təkrar ona vermişdir. O, həmin vaxtı pul kisəsində olan kartları atmaq istəmişdir, lakin Ramin atmamağını və kartlarla birgə pul kisəsini ondan götürmüşdür. Ramin həmin kartları xakkerə verərək kartlardan pul çıxaracağını ona bildirmişdir. O, heç bir şey deməmiş və qeyd etdiyi kimi kartları və pul kisəsini Raminə vermişdir. Bundan sonra onlar qərara gəlmişlər ki, həmin mobil telefonu satsınlar və xərcləsinlər. Onlar birlikdə gəzərək Binəqədi rayonu, Naxçıvani küçəsinə gəlmişlər və orada adını xatırlamadığı internet klubun yaxınlığında üzdən tanıdıqları “Əli” adlı şəxsi görüb ona yaxınlaşmışlar və “Samsung A7 plus” markalı mobil telefonu “Əli” adlı şəxsə göstərib 50 manata satdıqlarını bildirmişdir. “Əli” adlı şəxs mobil telefona baxaraq 30 manat verə biləcəyini bildirmişdir. O, Raminlə razılaşmış və 30 manata “Samsung A7 plus” markalı mobil telefonu satmışlar. Bundan sonra əldə etdikləri 30 manat pula Raminlə birlikdə şirniyat, içki və siqaret almışlar. Bir qədər sonra isə onları polis əməkdaşları saxlamışlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə təxminən saat 19 radələrində Yasamal rayonu ərazisində “Əfsanə” kafesində dostu ilə birgə oturub şam yeməyi yemişlər və bir qədər spirtli içki qəbul etmişlər. Onlar bir neçə saat oturduqdan sonra qalxaraq dağılışmışlar. O, həmin yerdən taksiyə minərək Nərimanov rayonu, ərazisində yerləşən “Avesta” şirkətinin yaxınlığında yaşayan dostu ilə görüşməyə getmişdir. Lakin o, dostu ilə görüşəsi olmamışdır. Təxminən saat 23 radələrində o, biraz sərxoş olduğundan, ara yollarında olduğundan və yolları qarşdırdığından qarşısına çıxan adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 Səhiyyədin oğlundan və Təqsirləndirilən şəxs1 yolu soruşmuşdur. Onlar yolu göstərmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 cins şalvarının arxa cibinə qoyduğu pul kisəsini götürmüş və onlar birlikdə qaçaraq getmişlər. O, adlarını sonradan bildiyi Ramin və Elvinin arxasınca qaçmamış, çünki pul kisəsində nağd şəkildə pul olmamışdır. Amma buna baxmayaraq onun pul kisəsində özünə məxsus “Samsung A7 plus” markalı mobil telefonu, 4 ədəd bank kartları, 1 ədəd sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və “YAP”a məxsus vəsiqəsi olmuşdur. Bundan sonra o, gəzərək yola çıxmış və oradan taksiyə minərək yaşadığı evə getmişdir. O, içkili olduğundan polisə getməmiş və fikirləşmişdir ki, sabah gedər. 22.10.2019-cu il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək ərizə ilə müraciət etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğluna və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Ramin və tanışı Elvin saxlanıldıqda onlara bu barədə məlumat verilmişdir. Ramin və Elvin pul kisəsində mobil telefonun olmadığını desələr də, Zərərçəkmiş şəxs mobil telefonun da pul kisəsinin içində olduğunu demişdir. Hətda məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmədikdən sonra o, Raminlə bu barədə söhbət etmiş və Ramin ona pul kisəsində telefon olmadığını bildirmişdir. Lakin buna baxmayaraq o, Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 300 manat ödəmişdir. Bundan başqa Raminin barəsində məhkəmə həbs qətimkan tədbiri seçmədikdən təxminən 2 gün sonra Ramin ona bildirmişdir ki, pul kisəsində mobil telefon olmuşdur və həmin mobil telefon 30 manat müqabilində kiməsə verilmişdir. Lakin o, kimə verildiyini bilməmişdir. O, Raminə qonşudan 30 manat borc almasını və aparıb verərək telefonu geri almasını demişdir. Daha sonra digər oğlu Asəf 30 manat Raminə vermişdir ki, aparıb versinlər və telefonu alsınlar. Lakin Ramin gəlmiş və telefonu ala bilmədiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Qardaşı Ramin və tanışı Elvin qeyd edilən cinayəti törətdikdən 3-4 gün sonra ona bildirmişlər ki, “Samsung A7 plus” markalı mobil telefonun yerini müəyyənləşdirmişlər və şirinlik kimi qaytarılması üçün 25 manat pul lazımdır. O, etiraz etməmiş və bir neçə saat sonra onlarla görüşmüşdür. O, Ramin və Elvinlə görüşdükdə onlar artıq 30 manat pul lazım olduğunu bildirmişlər. O, yenə də etiraz etməmiş və 30 manat pul vermişdir ki, telefonu geri qaytarsınlar. Lakin 1-2 gün keçməsinə baxmayaraq Ramin və Elvin telelonu geri qaytara bilməmişlər. O, Ramini və Elvini çağıraraq oturub söhbət etmiş və mobil telefonu kimə vermələrini soruşmuşdur. Ramin və Elvin ona mobil telefonu “Əli” adlı şəxsə 30 manata satdıqlarını bildirmişlər. Bundan sonra o, soraqlaşaraq «“Əli” adlı şəxsin hazırda xatırlamadığı mobil telefonunu öyrənmiş və onunla danışaraq mobil telefonu qaytarmasını xahiş etmişdir. “Əli” adlı şəxs bir neçə saat sonra görüşüb mobil telefonu verəcəyini bildirmişdir. Hətda o, bu barədə zəng vuraraq Zərərçəkmiş şəxs şad xəbər vermişdir ki, mobil telefonu tapılıb və ondadır. Yəni ümid edirmiş ki, qısa bir vaxtda telefon onda olacaqdır. Lakin “Əli” adlı şəxs mobil telefonu gətirməmiş və o, Zərərçəkmiş şəxs yanında yalançı vəziyyətinə düşmüşdür. Daha sonra “Əli” adlı şəxs ona bildirmişdir ki, borcunun əvəzinə həmin mobil telefonu “Fariz” adlı şəxsə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cinayət işinin İİ cildinin 45-46-cı vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin ÇPA-nın 2 patrul bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 22.10.2019-cu il tarixdə 03:50 radələrində iş yoldaşları polis serjantı Şahid2 və Misirli Ruhin ilə birlikdə 2429 nömrəli patrul avtomobilində inzibati ərazilərində xidmət aparan zaman 2 nəfər şəxsin şübhəli halda gəzdiyini görmüşlər. Ərazidə baş vermiş avtomobil şüşələrinin sındırılması ilə bağlı onlarda şübhə yarandığından onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onların üzərində şəxsiyyətlərini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Onlar üzərlərində heç bir sənədin olmadığını bildirmişlər. Onlar həmin 2 nəfər şəxsin şəxsiyyətlərini müəyyən etmək üçün Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölmədə onların üzərinə baxış keçiriləcəyi və özləri üzərlərində olan əşyaları təqdim etmələrini xahiş etmişlər. Bu zaman tərəflərindən müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs2 cibindən 1 ədəd pul kisəsi çıxarmış və həmin pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “YAP”a məxsus vəsiqə və 4 ədəd plastik bank kartları aşkar etmişlər. Həmçinin digər şəxs Təqsirləndirilən şəxs1 isə cibindən bir ədəd qatlanan bıçağı çıxararaq təqdim etmişdir. Sorğu zamanı onlar 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında bir nəfər tanımadıqları və sərxoş olan şəxsin cibindən götürərək qaçdıqlarını etiraf etmişlər. Bundan sonra onlar raport əsasında həmin şəxsləri və üzərlərindən aşkar edilmiş əşyalarla birlikdə 5-ci PB-nə təqdim etmişlər. Cinayət işinin İİ cildinin 42-43-cü vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin ÇPA-nın 2 patrul bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 22.10.2019-cu il tarixdə 03:50 radələrində iş yoldaşları polis serjantı Şahid1 və Misirli Ruhin ilə birlikdə 2429 nömrəli patrul avtomobilində inzibati ərazilərində xidmət aparan zaman 2 nəfər şəxsin şübhəli halda gəzdiyini görmüşlər. Ərazidə baş vermiş avtomobil şüşələrinin sındırılması ilə bağlı onlarda şübhə yarandığından onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onların üzərində şəxsiyyətlərini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Onlar üzərlərində heç bir sənədin olmadığını bildirmişlər. Onlar həmin 2 nəfər şəxsin şəxsiyyətlərini müəyyən etmək üçün Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölmədə onların üzərinə baxış keçiriləcəyi və özləri üzərlərində olan əşyaları təqdim etmələrini xahiş etmişlər. Bu zaman tərəflərindən müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs2 cibindən 1 ədəd pul kisəsi çıxarmış və həmin pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “YAP”a məxsus vəsiqə və 4 ədəd plastik bank kartları aşkar edilmişdir. Həmçinin digər şəxs Təqsirləndirilən şəxs1 isə cibindən bir ədəd qatlanan bıçağı çıxararaq təqdim etmişdir. Sorğu zamanı onlar 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında bir nəfər tanımadıqları və sərxoş olan şəxsin cibindən götürərək qaçdıqlarını etiraf etmişlər. Bundan sonra onlar raport əsasında həmin şəxsləri və üzərlərindən aşkar edilmiş əşyalarla birlikdə 5-ci PB-nə təqdim etmişlər. Cinayət işinin İ cildinin 7-11-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 22.10.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı x10 Azərbaycan Respublikası CPM-nin 51, 86, 236-cı maddələrini rəhbər tutub vətəndaş Zərərçəkmiş şəxs müraciətinə əsasən onun və iki nəfər hal şahidlərinin iştirakları ilə baş vermiş hadisə ilə əlaqədar olaraq hadisə yerinə gəlib həmin protokolu tərtib etmişdir. Hadisə yeri Nərimanov rayonu, x12 küçəsi, ev 114 ünvanının qarşısıdır. Baxış keçirilərkən müəyyən edildi: Vətəndaş Zərərçəkmiş şəxs müraciətinə əsasən 21.10.2019-cu il tarixdə ona qarşı 2 nəfər şəxs (sonradan təhqiqata məlum olan Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu və Təqsirləndirilən şəxs1) əlindən qara rəngli pul kisəsini oğurlayaraq qaçıb çıxıb getmişlər. Vətəndaş Ələkbərov x8 rayonu x12 küçəsi, ev 114 ünvanının qarşısını əli ilə göstərib bildirmişdir ki, hadisə onun göstərdiyi yerdə olmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 24-cü vərəqində olan “Təqdim etmə haqqında” 22.10.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Elvin Bəşirov Azərbaycan Respublikası CPM-nin 51 və 86-cı maddələrinə müvafiq olaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında olan ÇPA-nın raportu əsasında toplanmış material ilə əlaqədar vətəndaş Zərərçəkmiş şəxs məxsus vətəndaş Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun üzərindən çıxmış pul kisəsinin içərisində olan 4 ədəd bank kartı, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və YAP partiyasına aid vəsiqəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Ona görə də bu barədə tərəfindən protokol tərtib edildi, düzgün yazılmışdır və iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin İ cildinin 57-58-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 22 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu 22 oktyabr 2019-cu il tarixdə saat 20:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 74-75-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 22 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 oktyabr 2019-cu il tarixdə saat 21:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 84-cü vərəqində olan “Əşyaya baxış keçirilməsi barədə” 23 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələblərinə əsasən, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Ələsgər oğlundan aşkar edilərək götürülmüş bir ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən istintaq orqanına təqdim olunmuş bir ədəd qatlanan bıçağa baxış keçirilmişdir. Qatlanan bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, onun tiyəsi bozumtul-parıltılı rəngli metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin bir üzərində “USA SABER” yazısı həkk edilmişdir. Tiyənin orta xətdən uzunluğu - 67.5 mm, orta hissədə eni - 16.5 mm, maksimal qalınlığı 2 mm-dir. Dəstəyin əsası boz metaldandır və tiyənin davamı deyildir. Dəstəyin uzunluğu - 105.5 mm, orta hissədə eni - 17 mm, orta hissədə qalınlığı - 9 mm-dir. Dəstəyin üzərində diametri 5x9 mm və 4x6 mm olan oyuqlar vardır. Cinayət işinin İ cildinin 85-ci vərəqində olan “Əşyaya baxış keçirilməsi barədə” 23 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələblərinə əsasən, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 götürülmüş üzərində “GİORGİO ARMANİ” markalanma yazısı olan bir ədəd pul kisəsi sübut əhəmiyyəti kəsb etdiyindən istintaq orqanına təqdim olunmuş bir ədəd üzərində “GİORGİO ARMANİ” markalanma yazısı olan pul kisəsinə baxış keçirmişdir. Baxış keçirilən “GİORGİO ARMANİ” markalanma yazısı olan pul qabı tünd göy rənglidir, təbii dəridəndir, astarı qara rəngli parçadır, cəmi 13 ədəd cibi var, ölçüsü 10x18 sm-dir. Pul kisəsi sıyırma seplə bağlanır. Cinayət işinin İ cildinin 88-ci vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq araşdırma zamanı saxlanılmış Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd tünd göy rəngli üzərində “GİORGİO ARMANİ” markalanma yazısı olan kişi pul kisəsini iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim etmişdir. Tanınmaya Nərimanov RPİ-nin İstintaq şöbəsinin iş otağında olan stolun üzərində oxşar formalı kişi pul kisələri qoyuldu və həmin əşyalar stolun üzərində sol tərəfdən sağ tərəfə ardıcıllıqla ilə 1-dən 3 kimi nişanlanmışdırlar. İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus pul kisəsi “2” rəqəmi altında nişanlanmışdır. Predmetlər stol üzərinə qoyulub nişanlandıqdan sonra Zərərçəkmiş şəxs iş otağına dəvət olunmuş və həmin əşyaları nəzərdən keçirib bildirmişdir ki, ona məxsus, 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Nərimanov rayonu, Y.V.Çəminzəminli küçəsi 114 ünvanının qarşısında cibindən götürərək qaçıb ələ keçirdikləri pul kisəsi məhz ona tanınmaya təqdim edilmiş və 1-dən 3-ə kimi nömrə altında nişanlanmış pul kisələrindən “2” nömrəsi altında nişanlanmış pul kisəsidir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o həmin pul kisəsini formasından, üzərində olan cızıqlardan və sair kimi izlərdən tanımışdır. Cinayət işinin İ cildinin 139-142-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 4(005)-1002/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 143-146-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 4(005)-1003/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 147-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 149-cu vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş 01.11.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 175-176-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş 03.06.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3, 70-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.12.2015-ci il tarixdə hökm icra edilmişdir. Cinayət işinin İ cildinin 178-180-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərov, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 85ci, 260-cı, 261-ci maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanmasını keçirmişdir. İfadələrin yerində yoxlanması aşağıdakı qaydada həyata keçirildi: Təqsirləndirilən şəxs1 təklif edildi ki, 21.10.2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanı qarşısında Zərərçəkmiş şəxs qarşı etmiş olduğu soyğunçuluq hadisəsini istintaq zamanı vermiş olduğu ifadəsində etiraf etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərsin. İfadənin yerində yoxlanması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 təklifinə əsasən ünvan 2 ünvanı qarşısına gəldik. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 Y.V.Çəmənzəminli küçəsi 114 ünvanı qarşısını göstərərək məhz həmin yerdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə 21.10.2019-cu il tarixdə saat 23 radələrində adını sonradan bildiyi Zərərçəkmiş şəxs sərxoş olmasından istifadə edərək şalvarının arxa cibindən pul kisəsini götürərək qaçdığı göstərdi. Cinayət işinin İ cildinin 183-187-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli, 1(001)-305/2015 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 188-191-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 may 2014-cti il tarixdən 24 may 2014-cü il tarixədək həbsdə olması nəzərə alınaraq, onun üzərində yekun cəza olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və ona 1 (bir) il sınaq müddəti təyin edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 6-7-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlərin görülməsindən ötrü axtarışın elan edilməsi haqqında” 25 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlərin görülməsindən ötrü barəsində axtarışın elan olunması və tutularaq Nərimanov RPİ-nin İŞ-nə və ya MSY-nə təhvil verilməsinin təmin edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 13-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 27569 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin İİ cildinin 17-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2019-cu il tarixdə saat 21:30-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Cinayət işinin İİ cildinin 24-25-ci vərəqələrində olan “Cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında” 05 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2019-cu il tarixdə saat 11:10 dəqiqədə Bakı şəhərində Azərbaycan Respublikası CPM-nin 151-ci maddəsinə əsasən qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. Təqsirləndirilən şəxs2 faktiki azadlığının məhdudlaşdırılması 04 dekabr 2019-cu il tarixdə təxminən saat 21:30 radələrindən hesablanmışdır. Cinayət işinin İİ cildinin 38-40-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 4(005)-1138/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 02 fevral 2020-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 04 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 15.11.2019-cu il tarixli, 2352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqdidarındadır, yəni anlaqlıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən psixi pozuntu onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə o, prosesual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosesual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. Cinayət işinin İİ cildinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 15.11.2019-cu il tarixli, 2356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İİ cildinin 66-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2019-cu il tarixli, 27522 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya tədqim edilən istifadə edilmiş pul kisəsinin təzəsi, 21 oktyabr 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 170,00 manat, köhnəlməsini nəzərə alaraq 119 (170,00m - 30%) manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 83-91-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri istisna olduğundan həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, ********* nömrəli cinayət işi üzrə 4 ədəd plastik bank kartları, 1 ədəd sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, Yeni Azərbaycan Partiyasına məxsus vəsiqə və 1 ədəd tünd göy rəngli üzərində “Giorgio Armani” markalanma yazısı olan pul kisəsinin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs ərizəsinə əsasən saxlanılması üçün həmin əmlakın mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması, təqdim edilmiş və özündə qeyd olunan səs yazılarını əks etdirən həmin CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 93-cü vərəqində olan 31.01.2020-ci il tarixli qəbzdən görünür ki, Ələkbərov x8 RPİ-nin xidməti otağında baş müstəntiq Rəfael Cəfərovun iştirakı ilə ona məxsus və ********* saylı cinayət işində maddi sübut sayılan 4 ədəd bank kartları, 1 ədəd sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, Yeni Azərbaycan Partiyasına məxsus vəsiqə və 1 ədəd tünd göy rəngli üzərində “Armani” markalanma yazısı olan pul kisəsini qəbul etmişdir. Həmçinin qeyd etmək istəyir ki, qeyd olunan cinayət işi üzrə məhkəmə hökmü çıxanadək ona məxsus əşyaları saxlamasını öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ona dəymiş zərər ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş x1 İnstitutunun 16 mart 2020-ci il tarixli, 150/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Səhiyyədin oğlu ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 16.01.2017-ci il tarixli, 251 nömrəli göndərişi ilə x1 İnstitutuna 06.02.2017-ci il tarixində müraciət etmişdir. Aparılan müayinələrə əsaslanaraq Təqsirləndirilən şəxs2 “Bronxial astma, hissəvi nəzarət edilən, qeyri-stabil remissiya mərhələsi. Mötədil ventilyasiya pozğunluğu” diaqnozu təsdiq edilmiş və 382 nömrəli sağlamlıq vəziyyətinin müayinə aktı verilmişdir. Sonuncu dəfə 05.11.2019-cu il tarixində SHXÇDX-nin 173 nömrəli göndərişi ilə təkrar İnstituta müraciət etmişdir. Aparılan təkrar müayinələrə əsaslanaraq Təqsirləndirilən şəxs2 “Bronxial astma, allergik forma, hissəvi nəzarət olunan, qeyri-stabil remissiya mərhələsi. Mötədil ventilyasiya pozğunluğu. Keçirilmiş ağciyər xəstəliyindən sonrakı qalıq əlamətləri tək-tək kalsinatlar və plevropulmonal bitişmələr şəklində” diaqnozu ilə 3197 nömrəli sağlamlıq vəziyyətinin müayinə aktı verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun qismən etirafı, Təqsirləndirilən şəxs1 isə tam etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 11-ci bəndində qyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarmağı məqsədə hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğluna Azərbaycan Respublikası CM-nın 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (22-24 oktyabr 2019-cu il) ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli təqsirləndirilən şəxs qismində tutulduğu gündən, yəni 04 dekabr 2019-cu il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (22-24 oktyabr 2019-cu il) ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli 18 iyun 2020-ci tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 4 ədəd plastik bank kartları, 1 ədəd sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, Yeni Azərbaycan Partiyasına məxsus vəsiqə və 1 ədəd tünd göy rəngli üzərində “Giorgio Armani” markalanma yazısı olan pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması və 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 75 (yetmiş beş) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə ekspertiza xərci 40 (qırx) manat dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilləri x5 və x4, eləcə də Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçilər x9 və x7 cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərində iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 20 saat vaxt sərf etmişlər. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 isə keçirilmiş 5 məhkəmə iclaslarında iştirak etmiş və iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 18 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğluna və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilləri x9 və x4 ibtidai istintaq zamanı iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 20 iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 isə məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 18 iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (22-24 oktyabr 2019-cu il) ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (22-24 oktyabr 2019-cu il) ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 18 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 4 ədəd plastik bank kartları, 1 ədəd sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, Yeni Azərbaycan Partiyasına məxsus vəsiqə və 1 ədəd tünd göy rəngli üzərində “Giorgio Armani” markalanma yazısı olan pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması və 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 75 (yetmiş beş) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) hesaba keçirilsin. İş üzrə ekspertiza xərci 40 (qırx) manat dövlət büdcəsi hesabına ödənilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilləri x9 və x7 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 20 (iyirmi) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-in Nərimanov rayon filialındakı (Filialın kodu 200093,VÖEN: **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab:AZ37NABZ013501**********1944, Benefisiarın adı Bakı şəhəri 16 saylı x2 hesabı: AZ04AİİB********************, VÖEN-i **********) hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Səhiyyəddin oğlunun və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 18 (on səkkiz) iş saatı üçün cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi, (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar