Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-114/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Qax rayonunun Güllük kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 “NBC” bankda girovda olan “Mercedes Vito” markalı avtomobili girovdan çıxardıb həmin avtomobillə onu turizm şirkətinə sürücü kimi düzəldəcəyinə dair yalan vəd verib 2018-ci ilin mart ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Araz küçəsinin kəsişməsində yerləşən “Görüş” kafesində hissə-hissə olmaqla 7000 manat pulunu, xx xxxx 2018-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında 8200 manat pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 15.200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı X1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3, onun “Finca” banka olan borcunu bağlayacağına dair yalan vəd verib 2018-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1200 manat pulunu, həmin ərəfədə ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1000 manat pulunu alaraq, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 2200 manat məbləğində pulu ələ keçirərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı X1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2, ona hərrac vasitəsilə “Kia Cerato” markalı avtomobil alacağına dair yalan vəd verib xx xxxxxxx 2018-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati binasının qarşısında 1500 manat pulunu, xx xxxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən “Ana Kürüm” kafesində 1000 manat pulunu alaraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2500 manat məbləğində pulu ələ keçirərək, qeyd olunan məbləğdə Zərərçəkmiş şəxs2 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 aldadaraq ona hərrac vasitəsilə 2013-cü il buraxılışlı “Kia Cerato” markalı avtomobil alacağına dair yalan vəd verib xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində ünvan 6 ünvanın qarşısında 5500 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 5500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 adını banklarda olan məhdudiyyətdən çıxaçağına dair yalan vəd verib, 2018-ci ilin oktyabr ayının 9-dan 21-dək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən “Ana Kürüm” kafesində 6 dəfəyə 450, 400, 250, 200, 200 və 500 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 hərrac vasitəsilə 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı avtomobil alaçağına dair yalan vəd verib, xx xxxxxxx 2018-ci il tarixdə saat 16 radolərində ünvan 7 ünvanında yerləşən “Tonqal” restoranının qarşısında 4200 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X1 ilə əsgərlikdə olarkən tanış olmuş və onunla həmin vaxtdan yaxşı münasibəti yaranmışdır. Elçini Ceyhunun vasitəsilə tanımışdır. Elvini isə təxminən 2 il olar tanımış və aralarında normal münasibəti olmuşdur. Elvin internet üzərindən hərrac yolu ilə avtomobil alqı-satqısı işi ilə məşğul olmuşdur. 2018-ci ilin sentyabr ayında Ceyhunla söhbət edən zaman ona bir nəfər Elçin adlı tanışını işə düzəltmək istədiyini bildirmiş və o da ona iri tutumlu bir avtobus üçün sürücü işi olduğunu və həmin adamı oraya düzəldə biləcəyini demişdir. Ceyhun da onun yanında bir nəfər şəxslə əlaqə saxlamış və həmin şəxsə onun adını deyərək, onu iri tutumlu avtobusa sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Səhəri günü o, Ceyhunla birlikdə Azadlıq metrosunun çıxışında Ceyhunun dediyi Elçin adlı şəxslə görüşmüşdür. Ceyhun onu həmin şəxslə tanış etmiş və o, Elçinə işin mahiyyəti barədə məlumat verərək sürəcəyi avtobusun turistlər üçün olduğunu, turistləri gəzdirəcəyini və bunun müqabilində 800 manat əmək haqqı alacağını bildirmişdir. Həmin vaxt o, bunun üçün avtobus alınmalı olduğunu və avtobusu Ceyhunun adına alacağını bildirmişdir. Elçin ondan Ceyhunun avtobusu hansı yolla alacağını soruşmuşdur. O da Ceyhunun avtobusun pulunun bir hissəsini verəcəyini, bir hissəsi isə banka yatırmaq şərti ilə verəcəklərini bildirmişdir. Bu halı Ceyhun da təsdiqləmişdir. Bundan başqa, o, avtobusu bankda kreditə salmaq üçün Bakı qeydiyyatı olan bir nəfər lazım olduğunu deyib alacağı avtobusu onun adına qeydiyyata alıb bankdan kredit götürməyi təklif etmişdir. Elçin də bu təklifə razılıq vermişdir. O, əvvəlcə Elçinə gedib istənilən bir “ASAN” xidmətdən adına olmuş kreditlərin siyahısını götürməsini demişdir. Həmin gün Elçin gedib 1 saylı ASAN xidmətdən arayış alaraq ona vermişdir. Həmin günün səhərisi o, Elçinlə görüşmüş və ona 2012-2013-cü illərdə bankda gecikməsi olan krediti olduğu üçün onun adına yenidən kredit götürmək mümkün olmayacağını bildirmiş və bu işi həll edə biləcək “Xəyyam” adlı tanışı olduğunu, lakin bu işin görülməsi üçün 1500 manat pul vermək lazım olduğunu, onda pul olmadığını bildirmiş və ona idarə etdiyi “BMW 318” markalı **-NP-*** qeydiyyat nişanlı avtomobili icarəçi yanına qoyub pul götürməyi, bank məsələsini həll etməyi və bankdan götürəcəyi pul ilə onun avtomobilini qaytarmağı bildirmişdir. Bu vaxt Elçin onun bu təklifinə razılaşmışdır. xx xxxxxxx 2018-ci il tarixdə Elçinə məxsus olan “BMW 318” markalı **-NP-*** qeydiyyat nişanlı avtomobili BDYPİ-də alqı-satqı əsasında digər tanışı, anket məlumatlarını bilmədiyi Ceyhunun icarəçinin tanışının adına qeydiyyata almış və bunun müqabilində həmin tanışı Ceyhun onlara 2200 manat pul vermişdir. Onlar həmin pulun əvəzində Ceyhuna 3300 manat pul ödəməli olmuşlar. Pulu BDYPİ-nin həyətində Elçin ona və Ceyhuna vermişdir. Pulu o və Ceyhun aralarında yarı bölmüşlər. Qalan pul isə Elçinin özündə qalmışdır. O və Ceyhun ən qısa zamanda avtomobilini qaytaracağı barədə Elçinə yalandan söz vermişlər. Bir neçə gün sonra o, Elçinlə əlaqə saxlayaraq avtobus məsələsinin alınmadığını, ona başqa bir təklif olduğunu bildirmiş və hərrac vasitəsilə ucuz qiymətə az işlənmiş “Kia Cerato” markalı avtomobil almağın mümkün olduğunu bildirmişdir. Elçin pulunun olmadığını demiş, onun onlarda olan 1500 manat pulunun üzərinə 1000 manat qoysa qapısında vuruq olan, akumlyatoru olmayan 2013-cü il buraxılışlı, qara rəngli “Kia Cerato” markalı avtomobil ala biləcəyini, ilkin ödənişdən əlavə, 36 ay aylıq 280 manat pul ödəməli olduğunu demişdir. Elçin də onun bu təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra onlar Elçinlə Nizami metrosunun yaxınlığıdakı çayxanada görüşmüşlər, həmin vaxt Elçin ona bir nəfər tanışının da avtomobil istədiyini, əgər avtomobil varsa köməklik etməyi və ona da avtomobil almağı xahiş etmişdir. O, Elçinə yaxşı vəziyyətdə olan “Kia Cerato” markalı avtomobilin olduğunu demişdir. Sonra Elçinin telefonu vasitəsilə sonradan adının Səxavət olduğunu bildiyi şəxsə zəng vuraraq, bu barədə ümumi məlumat vermişdir. O, Səxavətə telefonda həmin avtomobilin banka gecikməsi olduğunu, sonradan sahibinin əlindən alınmış saz vəziyyətdə 2013-cü il buraxılışlı, ağ rəngli “Kia Cerato” markalı avtomobil olmasını, belə ki, həmin avtomobilə görə ilkin ödəniş 5500 manat, 34 ay isə 240 manat pul verilməli olduğunu bildirmişdir. Səxavət bu şərt ilə razılaşmış, həmin gün yəni, xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində o, Ramillə birlikdə İnşaatçılar metrosunun yaxınlığında Səxavətlə görüşmüş və Səxavət Elçinin yanında ona avtomobilə görə 5500 manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. O da Səxavətə, bu gün cümə günü olduğunu, sabah hərrac olacağını, birinci gün isə avtomobili onun adına sənədləşdirəcəyini demişdir. O, öz əlaqə nömrəsini də Səxavətə vermişdir. X4 üçün də bir ədəd qara rəngli, 2013-cü il buraxılışlı “Kia Cerato” markalı avtomobil almaq üçün 2500 manat pul verdiyini demişdir. xx xxxxxxx 2018-ci il tarixdə Elçin onunla əlaqə saxlamış, məsələnin nə yerdə olduğunu soruşmuşdur. Həmin gün Elçin və Səxavət birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada onunla görüşmüşlər. Görüş zamanı o, Elçinə əvvəlki vaxtlarda bankdan götürdüyü krediti ödəmədiyi üçün bankların qara siyahısına daxil olduğunu, buna görə də hələlik işinin alınmadığını bildirmişdir. Səxavət isə ona Elçinin işi alınmadığı təqdirdə, hələ ki, onun işini düzəltməyi bildirmişdir. O da Səxavətə avtomobilləri hərracdan satan “Elvin” adlı şəxs avtomobilləri tək deyil, bir yerdə satıqlarını, ona görə də onun işinin tək alınmadığını bildirmişdir. Həmin vaxt onlara, Elçinin adını bankların qara siyahısından çıxarmaq üçün 2000 manat pul verilərsə, bu işi həll etmək mümkün olacağını demişdir. O, onlara bu işi guya “Xəyyam” adlı tanışının vasitəsilə görəcəyini yalandan bildirmişdir. Elçin və Səxavət də bu təkliflə razılaşmışdır. 2018-ci ilin oktyabr ayının 9-dan 21-dək Elçinlə Səxavət 6 dəfəyə ümumilikdə 450, 400, 250, 200, 200 və 500 manat olmaqla, 2000 manat pulu Nizami metrosunun yaxınlığında olan çayxanada ona vermişlər. O, onlara xx.xx.2018-ci il tarixdə avtomobilləri onların adına sənədləşdirəcəyinə söz vermişdir. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Nizami metrosunun yaxınlığıda olan çayxanada Elçin və Səxavətlə görüşmüşdür. Həmin vaxt Elçinə onun adının bankların qara siyahısından çıxarmağın mümkün olmadığını, lakin hərrac işini görən “Elvin” adlı şəxs olduğunu, əgər 3cü avtomobil alınsa digər avtomobilləri də almağın problem olmayacağını bildirmişdir. Onlar onun bu təklifi ilə razılaşmışlar. O, onlara 3-cü avtomobilin ağ rəngli, 2015-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobil olduğunu, həmin avtomobilə görə ilkin ödəniş 6200 manat, 34 ay isə aylıq 280 nanat ödəniş edilməli olduğunu, artıq 2000 manat pul verdikləri üçün ilkin ödəniş kimi 4200 manat pul verəcəklərini bildirmişdir. Onlar da razılaşmışlar və həmin gün, yəni xx.xx.2018-ci il tarixdə Nərimanov rayon ərazisində yerləşən “Tonqal” restoranının qarşısında Elçin və Səxavət onunla görüşərək qalan 4200 manat pulu ona vermişlər. xx xxxxxxx 2018-ci il tarixdə Elçin onunla əlaqə saxlamış və o, ona narahat olmamasını, özünün bu işi həll edəcəyini bildirmişdir. Lakin o, faktiki olaraq Elçin və Səxavətdən aldığı pulun hamısını öz ehtiyacları üçün xərcləmiş və onlara verdiyi vədləri həyata keçirmək üçün heç bir real hərəkət etməmiş, həmçinin belə bir fikri də olmamışdır. Bundan sonra, 2018-ci ilin may ayında Abdullayev Ceyhunun vasitəsilə tanış olduğu Samirlə görüşüb söhbət edən zaman öz aralarında razılığa gələrək bir ədəd “Mercedes Vito” markalı 16 nəfərlik avtomobil alıb rayonlar arası turistləri daşımaq işi görmək barədə razılığa gəlmişlər. Həmin vaxt Ceyhun özü də turizm şirkətində “Mercedes Vito” avtomobili ilə sərnişin daşımış və onlar Samiri inandırmağa çalışmışlar ki, bu işdə yaxşı pul olacaqdır. Həmin vaxt onlar Samirə işləmək üçün avtomobil alınmalı olduğunu, bir avtobus tapdığını, həmin avtobusun 95000 manat dəyərində olduğunu və 80000 manat pulunun isə olmasını, 15000 manatın isə çatmadığını, həmin pulu ödədikdən sonra “NBC” bankda girovda olan həmin avtobusu çıxarıb turizm şirkətində işə salınacağını bildirmiş və Samirə bunun üçün 15.000 manat pulu veriləcəyi təklif edilmişdir. Samir də razılaşmışdır. Bundan sonra Samir hissə-hissə müxtəlif vaxtlarda onlara ümumilikdə 7000 manat pulu vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Samir qalan 8200 manat pulu tapa bilmədiyi üçün yaşadığı evdə olan qızıl-zinət əşyalarını lombarda qoyaraq 8200 manat pul çıxarmış və həmin pulu da tam şəkildə “28 MALL” ticarət mərkəzinin yaxınlığında yerləşən lombardın qarşısında Abdullayev Ceyhuna vermiş, Ceyhun da, həmin 8200 manat pulu sayıb ona vermişdir. O, həmin vaxt Samirə narahat olmamasını, 4-5 gün sonra artıq işin hazır olacağını və onların işə başlayacağını bildirmişdir. Lakin o, həmin işi görmək üçün heç bir iş görməmiş və həmin pulu o, Ceyhun Abdullayevlə aralarında tən yarı bölmüş və ona düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 2018-ci ilin sentyabr ayında o, əsgər yoldaşı Elşənin vasitəsilə tanış olduğu Elvinlə söhbət edən zaman iki ədəd “Mercedes Vito” markalı avtomobil olduğunu bildirmiş və ona “Hilton” otelində işə düzəltməyi, lakin bunun üçün 2200 manat pul verilməli olduğunu təklif etmişdir. Elvin də onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, Elvindən 1200 manat və 1000 manat olmaq şərti ilə cəmi 2200 manat pulu Nəsimi rayonu, Səməd Vurğun parkının yaxınlığında almış və həmin pulu onun işini həll etmək məqsədi ilə deyil, öz ehtiyacları üçün xərcləmişdir. O, bundan sonra Elşənə 500 manat pul qaytarmışdır. O, Xəyyamı uzun müddət tanımış və onunla aralarında yaxşı münasibət olmuşdur. Xəyyam bankda olan avtomobillərin hərracı və satışı ilə məşğul olmuşdur. Lakin onun yaşadığı ünvanı və telefonunu bilməmişdir. O, Səxavət və Elçindən aldığı pulların müqabilində Elçinin adını bankın qara siyahısından çıxarmaq üçün və eləcə də onların ikisinə də vəd verdiyi avtomobillərin banka ilkin ödəniş etməklə kreditə salınaraq çıxarılması məqsədilə heç bir real hərəkət etməmiş, ümumiyyətlə, onun əvvəlcədən niyyəti Səxavət və Elçinin etibarından sui-istifadə edib aldararaq onların pullarını ələ keçirmək olmuşdur. X1 ilə Zərərçəkmiş şəxs4 aldadaraq “NBC” bankda girovda olan “Mercedes Vito” markalı avtomobili girovdan çıxardıb həmin avtomobillə onu turizm şirkətinə sürücü kimi düzəldəcəyinə dair yalan vədlər verib ondan 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Araz küçəsinin kəsişməsində yerləşən “Görüş” kafesində hissə-hissə olmaqla 7000 manat pulunu, xx xxxx 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanın qarşısında 8200 manat pulunu almış və pulu Ceyhunla aralarında bölmüşlər. Daha sonra, o, Abdullayev Ceyhun ilə birlikdə, Zərərçəkmiş şəxs3 aldadaraq onu “Hilton” otelinə sürücü kimi işə düzəldəcəyinə və “Finca” banka olan borcunu bağlayacağını yalandan bildirmiş, 2018-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1200 manat pulunu, bundan sonra onun adına avtomobil salonlarının birində iki ədəd “X7” markalı avtomobil rəsmiləşdirəcəyinə söz verərək ondan 2018-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1000 manat pulunu, ümumilikdə 2200 manat məbləğində pulu almış və pulu Ceyhunla aralarında yarı bölmüşlər. Sonradan Zərərçəkmiş şəxs3 təkidi ilə 450 manat pulu ona qaytarmış, ona qalan pulu isə öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, Ceyhun ilə birlikdə Zərərçəkmiş şəxs2 hərrac vasitəsilə “Kia Cerato” markalı avtomobil alacağına dair yalan vəd verdiyini, xx xxxxxxx 2018-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 nömrəli ünvanda yerləşən Baş X8nin inzibati binasının qarşısında 1500 manat pulunu, xx xxxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən “Ana Kürüm” kafesində 1000 manat pulunu almış və 2500 manat məbləğində pulu Ceyhunla birlikdə aralarında tən yarı bölüşmüşlər. Daha sonra, o, tək Zərərçəkmiş şəxs1 hərrac vasitəsilə 2013-cü il buraxılışlı “Kia Cerato” markalı avtomobil alaçağına dair yalan vəd verib xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində ünvan 6 ünvanın qarşısında 5500 manat pulunu aldığını və pulu öz ehtiyacına xərclədiyini demişdir. Bundan sonra, o, tək Zərərçəkmiş şəxs1 aldadaraq qohumu Zərərçəkmiş şəxs2 adını banklarda olan məhdudiyyətdən çıxaçağına dair yalan vəd vermiş, 2018-ci ilin oktyabr ayının 9-dan 21-dək olan müddət ərzində ünvan 8 ünvanında yerləşən “Ana Kürüm” kafesində 6 dəfəyə 450, 400, 250 200, 200 və 500 manat olmaqla, ümumilikdə 2000 manat pulunu almış və ona verdiyi vəd isə yalan vəd olmuşdur. Daha sonra, o, Zərərçəkmiş şəxs1 aldadaraq ona hərrac vasitəsilə 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı avtomobil alacağına dair yalan vəd verib ondan xx xxxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində ünvan 7 ünvanında yerləşən “Tonqal” restoranının qarşısında 4200 manat pulunu aldığını və pulu öz ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəmişdir. Göstərilənləri nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən 2 ilə yaxındır ki tanımış, belə ki, Zərərçəkmiş şəxs2 onun qayınatasının əmisi oğlu olmuşdur. O, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. O, 2018-ci ilin oktyabr ayında özünə avtomobil almaq qərarına gəlmişdir. Qohumu Zərərçəkmiş şəxs2 tez-tez avtomobil alıb-satdığı üçün o, onunla əlaqə saxlayıb ona təxminən 6000-7000 manat dəyərində yaxşı vəziyyəti “Mercedes C-klass” və ya “E-klass” markalı avtomobil tapmağı xahiş etmişdir. Elçin ona, problemin olmadığını, axtarıb ona məlumat verəcəyini demişdir. Həmin günün səhərisi Zərərçəkmiş şəxs2 ona zəng vuraraq bildirmişdir ki, Ramil adlı tanışı var, onun vasitəsilə hərracdan 2013-cü il buraxılışlı “Kia Cerato” markalı avtomobil almaq olacaqdır. O, Elçindən hərracdan avtomobil almağın şərtlərini soruşmuş, Elçin, Ramil adlı şəxsin yanında olduğunu, onunla danışmasını demişdir. Elçin telefonu Ramil adlı şəxsə vermişdir. Ramil Elçinin telefonunda ona, banka gecikməsi olduğunu, sonradan sahibinin əlindən alınmış saz vəziyyətdə 2013-cü il buraxılışlı, ağ rəngli “Kia Cerato” markalı avtomobil olduğunu, belə ki, həmin avtomobilə görə ilkin 5500 manat, 34 ay isə 240 manat pul verilməli olduğunu demişdir. Ramilin şərti ona sərf etdiyindən o, onunla razılaşmışdır. Belə ki, elə həmin gün yəni, xx xxxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində o, Elçin və onun tanışı Ramil adlı şəxslə İnşaatçılar metrosunun yaxınlığında görüşmüşdür. O, görüşə gedən zaman pul və özünə məxsus şəxsiyyət vəsiqəsini özü ilə götürmüşdür. Görüş zamanı o, Elçinin yanında Ramilə avtomobilə görə 5500 manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Ramil ona, bu gün beşinci gün olduğunu, sabah hərrac olacağını, birinci gün isə avtomobili onun adına sənədləşdirəcəyini demişdir. Ramil öz istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona vermişdir. Həmçinin, Ramil görüşə ağ rəngli **-MV-*** qeydiyyat nişanlı “Kia Cerato” markalı avtomobillə gəlmişdir. O, Elçin və Ramildən ayrılaraq evə getmişdir. Həmçinin Elçin də Ramilə qara rəngli 2013-cü il buraxılışlı “Kia Cerato” avtomobil almaq üçün 2500 manat pul verdiyini ona demişdir. xx xxxxxxx 2018-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə Ramilin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşmuşdur. Ramil ona, görüşmək lazım olduğunu demişdir. O, Elçinlə birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada Ramillə görüşmüşdür. Görüş zamanı Ramil onlara, Elçinin əvvəllər kredit götürdüyünü və həmin krediti ödəmədiyi üçün bankların qara siyahısına daxil olduğunu, ona görə hələ işi alınmadığını bildirmişdir. Elçin həqiqətən də gecikdirilmiş kreditinin olduğunu təsdiqləmişdir. O, Ramilə Elçinin işi alınmadığı təqdirdə, onun işinin düzəltməsini, sonra Elçinin işini düzəltməsinı bildirmişdir. Ramil ona avtomobilləri hərracdan satan “Elvin” adlı şəxsin avtomobilləri tək deyil, bir yerdə satıqlarını, ona görə də onun işinin tək düzəlmədiyini bildirmişdir. Ramil onlara, onun belə bir köməklik edə biləcəyini demiş, Elçinin adına bankların qara siyahısından çıxardaq, lakin buna əlavə olaraq 2000 manat pul lazım olduğunu demişdir. Ramil ona, bu işi Xəyyam adlı tanışı vasitəsilə görəcəyini demişdir. Onlar Ramilə avtomobillərlə bağlı pul verdiyi üçün ona əlavə olaraq 2000 manat da pul vermək qərarına gəlmişdir. Belə ki, 2018ci ilin oktyabr ayının 9-dan 21-dək o, Elçinlə birlikdə 6 dəfəyə ümumilikdə 450, 400, 250, 200, 200 və 500 manat olmaqla, 2000 manat pulu Nizami metrosunun yaxınlığıda olan çayxanada Ramilə vermişdir. Həmin pulların hamısı ona məxsus olmuşdur. Onlar 2000 manat pulu tam şəkildə Ramilə verib qurtardıqdan sonra Ramil onlara xx.xx.2018-ci il tarixdə avtomobilləri onların adına sənədləşdirəcəyini vəd vermişdir. xx.xx.2018-ci il tarixdə Ramilə yığaraq avtomobillərin sənədləşmə işlərinin nə yerdə olduğunu soruşmuş, Ramil ona, bu gün alınmadığını, sabah görüşüb danışacaqlarını demişdir. xx.xx.2018-ci il tarixdə səhər saatlarında o, Elçinlə birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada Ramillə görüşmüş, Ramil onlara Elçinin adını qara siyahıdan çıxarmaq mümkün olmadığını demişdir. Ramil həmçinin onlara əgər 3-cü avtomobil alınsa digər avtomobilləri də almaq problem olmayacağını bildirmişdir. Ramilin tanışı onlarda inam yaratdığı üçün onlar yenə də Ramilin təklifi ilə razılaşmışlar. Belə ki, Ramil, 3-cü avtomobilin ağ rəngli, 2015-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobil olduğunu və həmin avtomobilə görə ilkin ödəniş 6200 manat, 34 ay isə aylıq 280 manat ödəniş edilməli olmasını bildirmişdir. Ramil həmçinin onlar 2000 manat pul verdiyi üçün ilkin ödəniş kimi əlavə 4200 manat pul verəcəklərini də bildirmişdir. Onlar Ramillə razılaşmışlar. Elə həmin gün, yəni xx.xx.2018-ci il tarixdə o, yaşadığı evdən özünə məxsus 4203 manat pulu götürərək Elçinlə birlikdə Nərimanov rayon ərazisində yerləşən “Tonqal” restoranının qarşısında saat təxminən 16:00 radələrində Ramillə görüşmüşlər. O, Elçinin yanında Ramilə qalan 4200 manat pulu vermişdir. Ramil onlara sabah avtomobillərin hərracdan çıxarılacağını demişdir. xx.xx.2018-ci il tarixdə o, yenidən Ramilin istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng vurmuş, Ramil ona narahat olmamağı, bu gün həll edəcəyini demişdir. Lakin, həmin gün o, yenidən Ramillə əlaqə saxlasa da Ramil onun telefonlarına cavab verməmişdir. Həmin gündən sonra o, dəfələrlə Ramilin istifadəsində olan mobil nömrəyə zəng vursa da Ramil ya telefona cavab verməmiş, ya da ki, müxtəlif bəhanələr gətirərək işin tezliklə həll olunacığını bildirmişdir. Daha sonra isə artıq Ramil telefonla cavab verməmişdir. Sonradan Ramil ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan mobil telefona zəng vuraraq həmin nömrəni istifadə etdiyini bildirmişdir. O, Xəyyam və Elvin adlı şəxsləri görməmiş, həmin şəxslərin şəxsiyyəti və harada işləməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməli ilə ona 11700 manat maddi ziyan dəymişdir. Hazırda həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 2 ildir tanımışdır. Zərərçəkmiş şəxs1 onun əmisi oğlunun kürəkənidir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 o, tanış etmiş, Təqsirləndirilən şəxs isə əslən Qax rayonundan olan təxminən 8 ilə yaxın olar ki, tanıdığı Ceyhun adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, o, Ceyhunla birlikdə Bakı şəhərində 27 saylı marşrut üzrə hərəkət edən avtobusda sürücü işləmişdir. Həmin vaxtdan onların tanışlığı yaranmışdır. 2018-ci ilin sentyabr ayının sonlarında Ceyhun ona zəng vuraraq, iri tutumlu avtobusa sürücü işi olmasını, əgər iş istəyərsə onu ora düzəldə biləcəyini demişdir. Ceyhun, bu işi Ramil adlı tanışının həll edəcəyini qeyd etmişdir. O, işsiz olduğu üçün Ceyhunun təklifi ilə razılaşmış, belə ki, elə həmin günün səhərisi o, Ceyhun və Ceyhunun tanışı olan Ramil adlı şəxslə Azadlıq metrosunun çıxışında görüşmüşlər. Ceyhun onu Ramillə tanış etmiş və yaxın tanışı olduğunu bildirmişdir. Ramil ona işin mahiyyəti barədə məlumat vermiş və sürəcəyi avtobus turistlər üçün, aylıq əmək haqqının 800 manat olacağını bildirmişdir. Ramil həmçinin ona, avtobusu Ceyhunun almasını demişdir. O, Ramildən Ceyhunun avtobusu hansı yolla alacağını soruşmuş, Ramil ona Ceyhunun avtobusun pulunun bir hissəsini verdiyini, bir hissəsini isə banka salmaq şərti ilə verəcəyini demişdir. Bu halı Ceyhun da təsdiqləmişdir. Bundan başqa Ramil ona avtobusu bankda kreditə salmaq üçün Bakı qeydiyyatı olan bir nəfər lazım olduğunu vurğulamışdır. Ramil ona, alacağı avtobusu onun adına qeydiyyata alıb bankdan kredit götürməyi təklif etmişdir. O, bu halın ona heç bir ziyanı olmadığını fikirləşmişdir. Belə ki, avtobus onun adına qeydiyyata alındıqdan sonra götürülmüş kredit ödənilməsə belə ən pis halda avtobusun əlindən alınacağını bildirmişdir. O, Ramil və Ceyhuna razılıq vermişdir. İlk öncə Ramil ona, istənilən bir “ASAN” xidmətdən adına olmuş kreditlərin siyahısını götürməsini demişdir. O, elə həmin günü səhəri Ak.H.Əliyev küçəsində yerləşən 1 saylı “ASAN” xidmətində adına olan kreditlərin siyahısı barədə arayışı alaraq Ramilə vermişdir. Ramil arayışı ondan götürmüşdür. Həmin günün səhəri o, Ramillə görüşmüş, Ramil ona onun 2012-2013-cü illər üzrə gecikməsi olan kreditin olduğu üçün adına yenidən kredit götürmək mümkün olmadığını bildirmişdir. Ramil ona, lakin bu işi həll edə biləcək “Xəyyam” adlı tanışının olmasını demişdir. Lakin bu işin görülməsi üçün 1500 manat pul lazım olduğunu söyləmişdir. O, Ramilə pulu tapmağı və məsələnin həll olunmasını demişdir. Ramil ona, hal-hazırda pullarının olmadığını demişdir. O, həmin vaxtı “BMW 318” markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobili idarə etmiş və həmin avtomobil ona məxsus olmuşdur. Ramil ona avtomobili icarəçi yanına qoyub pul götürməyi, bank məsələsini həll etməsini və bankdan götürdüyü pul ilə onun avtomobilini ona qaytaracağını təklif etmişdir. O, işsiz olduğu üçün Ramilin təklifi ilə razılaşmışdır. Belə ki, xx xxxxxxx 2018-ci il tarixdə özünə məxsus olan “BMW 318” markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobili BDYPİ-də alqı-satqı əsasında Ramilgilin tapdığı digər Ceyhun adlı icarəçinin tanışının adına qeydiyyata adıraraq bunun müqabilində Ceyhundan 2200 manat pul almışdır. Belə ki, onlar həmin pulun əvəzində 3300 manat pul ödəməli olmuşdur. Həmin pulun 1500 manatını o, elə BDYPİ-nin həyətində Ramil və Ceyhuna vermişdir. Qalan pul onda qalmışdır. Ramil və Ceyhun ona, ən qısa zamanda avtomobilini qaytaracağlarına söz vermişlər. Bir neçə gün sonra Ramil ona zəng vuraraq, avtobus məsələsi alınmadığını, ona hərrac vasitəsilə ucuz qiymətə az işlənmiş “Kia Cerato” markalı avtomobil almağı təklif etmişdir. O, Ramilə onun pulunun olmadığını bildirmişdir. Ramil ona onlarda olan 1500 manat pulun üzərinə 1000 qoysa qapısında vuruğ olan, akumlyatoru olmayan 2013-cü il buraxılışlı, qara rəngli “Kia Cerato” markalı avtomobili ala biləcəyini demişdir. Bundan başqa Ramil ona ilkin ödənişdən əlavə, 36 ay aylıq 280 manat pul ödəməli olacağını demişdir. O, çarəsiz olduğu üçün Ramilin təklifi ilə razılaşmışdır. Belə ki, onun tanışları pul taparaq xx xxxxxxx 2018-ci il tarixdə saat 16 radələrində Nizami metrosunun yaxınlığıdakı çayxanada Ceyhunun yanında Ramilə 1000 manat pul vermişdir. Ramil ona 2-3 gün ərzində avtomobilin onda olacağını bildirmişdir. Həmin gündən bir gün əvvəl qohumu Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlamış və ondan özü üçün təxminən 6000- 7000 manat dəyərində yaxşı vəziyyətdə “Mercedes C-klass” və “E-klass” markalı avtomobil tapmağı xahiş etmişdir. O, Ramilə bir nəfər tanışının da avtomobili istədiyini, əgər avtomobili varsa köməklik etməsini, onun üçündə almağı təklif etmişdir. Ramil ona “Kia Cerato” markalı avtomobil olduğunu, lakin həmin avtomobilin yaxşı vəziyyətdə olmasını bildirmişdir. Ramil ona qohumuna zəng vurmasını, onunla danışmaq istədiyini demişdir. O, istifadəsində olan ***-***-**-** nömrəsi ilə Səxavətin istifadəsində olan mobil nömrəyə zəng vuraraq, bu barədə ümumi məlumat vermişdir. Daha sonra telefonu Ramilə vermişdir. Ramil Səxavətə telefonda banka gecikməsi olduğunu, sonradan sahibinin əlindən alındığını, saz vəziyyətdə 2013-cü il buraxılışlı, ağ rəngli “Kia Cerato” markalı avtomobil olduğunu, belə ki, həmin avtomobilə görə ilkin ödəniş 5500 manat, 34 ay isə 240 manat pul verilməli olacağını bildirmişdir. Səxavət Ramilin şərti ilə razılaşmış, belə ki, elə həmin gün, yəni xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində o, Ramil ilə birlikdə İnşaatçılar metrosunun yaxınlığında Səxavətlə görüşmüş və Səxavət onun yanında Ramilə avtomobilə görə 5500 manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Ramil Səxavətə, bu gün beşinci gün olduğunu, sabah hərrac olacağını, birinci gün isə avtomobili onun adına sənədləşdirəcəyini demişdir. Ramil həmçinin öz istifadəsində olan ***-***-**-** mobil nömrəsini də Səxavətə vermişdir. Həmçinin həmin vaxtı Səxavətlə görüşə Ramilin idarə etdiyi ağ rəngli **-MV-*** qeydiyyat nişanlı “Kia Cerato” markalı avtomobillə getməsini qeyd etmişdir. Həmçinin o, Səxavətə onda Ramilə qara rəngli, 2013-cü il buraxılışlı “Kia Cerato” markalı avtomobil almaq üçün 2500 manat pul vermişdir. xx xxxxxxx 2018-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Ramilin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşmuşdur. Ramil ona görüşmək lazım olduğunu demişdir. X3 zəng vurmuşdur. O, Səxavətlə birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada Ramillə görüşmüş, görüş zamanı Ramil onlara, əvvəllər kredit götürdüyünü və həmin krediti ödəmədiyi üçün bankların qara siyahısını daxil olduğunu, ona görə hələ işlərinin alınmadığım bildirmişdir. O, həqiqətən də gecikdirilmiş kreditin olduğunu təsdiqləmişdir. X5 işinin alınmadığını, hələ ki, onun işinin düzəltməsini, sonra Elçinin işini düzəltməsini demişdir. Ramil Səxavətə, avtomobilləri hərracdan satan “Elvin” adlı şəxsin avtomobilləri tək deyil. bir yerdə satmasını, ona görə də onun işinin tək düzəlməyəcəyini demişdir. Ramil Elçinin adını bankların qara siyahısından çıxardaraq onlara belə köməklik edə biləcəyini demişdir. Lakin, buna əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. Ramil onlara, bu işi “Xəyyam” adlı tanışı vasitəsilə görəcəyini demişdir. Onlar Ramilə avtomobillərlə bağlı pul verdiyi üçün ona əlavə olaraq 2000 manatda pul vermək qərarına gəlmişdir. Belə ki, 2018ci ilin oktyabr ayının 9-dan 21-dək Səxavət onunla birlikdə 6 dəfəyə ümumilikdə 450, 400, 250, 200, 200 və 500 manat olmaqla, 2000 manat pulu Nizami metrosunun yaxınlığında olan çayxanada Ramilə vermişdir. Həmin pulların hamısı Səxavətə məxsus olmuşdur. Onlar 2000 manat pulu tam şəkildə Ramilə verib qurtardıqdan sonra Ramil onlara, xx.xx.2018-ci il tarixdə avtomobilləri onların adına sənədləşdirəcəyini demişdir. xx.xx.2018ci il tarixdə səhər saatlarında o, Səxavətlə birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada Ramillə görüşmüş, Ramil onlara, onun adını qara siyahıdan çıxarmağın mümkün olmadığını demişdir. Ramil həmçinin onlara, hərrac işini görən “Elvin” adlı şəxsin ona əgər 3-cü avtomobil alınsa digər avtomobilləri də almaq problem olmayacağını demişdir. Ramilin yenə tanışı ilə onları özünə çox inandırmış və onlar yenə də Ramilin təklifi ilə razılaşmışlar. Belə ki, Ramil onlara, 3-cü avtomobilin ağ rəngli, 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı avtomobil olduğunu, həmin avtomobilə görə ilkin ödəniş 6200 manat, 34 ay isə aylıq 280 manat ödəniş edilməli olmasını qeyd etmişdir. Ramil həmçinin onların 2000 manat pul verdiyi üçün ilkin ödəniş kimi 4200 manat pul verəcəklərini demişdir. Onlar Ramillə razılaşmış, elə həmin gün, yəni xx.xx.2018-ci il tarixdə Səxavət yaşadığı evdən 4200 manat pulu götürmüş, onunla birlikdə Nərimanov rayon ərazisində yerləşən Tonqal restoranının qarşısında saat təxminən 16 radələrində Ramillə görüşmüşlər. Səxavət onun yanında Ramilə qalan 4200 manat pulu vermişdir. Ramil onlara sabah avtomobillərin hərracdan çıxarılacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, yenidən Ramilin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Ramil ona narahat olmamağı, məsələni bu gün həll edəcəyini demişdir. Lakin, həmin gün o, yenidən Ramillə əlaqə saxlasa da Ramil onun telefon zənglərinə cavab verməmişdir. Həmin gündən sonra o, dəfələrlə Ramilin istifadəsində olan mobil nömrəyə zəng vursa da, Ramil telefona cavab verməmiş, ya da ki, müxtəlif bəhanələr gətirərək işin tezliklə həll olunacağını bildirmişdir. Daha sonra isə artıq Ramil telefonla cavab verməmişdir. Təqsirləndirilən şəxs əməli ilə ona 2500 manat maddi ziyan dəymişdir. Hazırda həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Ramili təxminən bir ildən artıqdır ki, tanımışdır. Ramili əsgər yoldaşı və onun həmkəndlisi olan Elşən Qarayev vasitəsilə tanımışdır. 2018-ci ilin sentyabr ayında tanışı Elşən onunla əlaqə saxlayaraq bir nəfər dostuna sürücü lazım olduğunu və məsləhət bildiyi üçün onunla əlaqə nömrəsini ona verdiyini, həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Daha sonra bir nəfər şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünü Ramil adı ilə tanış etmiş və işlədiyi şirkətə sürücü lazım olduğunu, 800 manat aylıq maaş alacağını bildirmiş və ona həmin şirkətə sürücü kimi işə düzəltməsini təklif etmişdir. O da onun təklifi ilə razılaşmış və həmin gün Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən çay evinə gəlmiş, həmin Ramil adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Ramil yanında olan bir nəfəri ona təqdim edərək adının Ceyhun olduğunu bildirmişdir. Orada olan zaman Ramil ona avtosalondan “X7” markalı avtomobilləri alıb ona və başqa bir neçə nəfər sürücüyə verəcəyini və bundan sonra onu “Hilton” otelinə sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Ramil ondan həmin işə düzəlməyi üçün sağlamlıq arayışı, özünə məxsus olan sənədlərinin kserosurətini və digər sənədləri istəmişdir. Bundan əlavə, Ramil onun banka borcunun olub-olmadığını soruşmuşdur. O da ona “Finca” banka 1200 manat borcu olduğunu demişdir. Ramil ona əgər banka bocun varsa alacağı avtomobili onun adına qeydiyyata sala bilməyəcəyini demişdir. Ramil 1200 manat pulun ona verilməsini və o, özü bankın işçisi ilə danışıb banka olan borcunu ödəyəcəyini bildirmişdir. Bu məqsədlə də o, 2018-ci ilin sentyabr ayının ortalarında Nəsimi rayonu, S.Vurğun bağının yaxınlığında Ramillə görüşərək ona 1200 manat pul vermişdir. Həmin vaxt ikisindən başqa orada başqa heç kim olmamışdır. Bu vaxt Ramil ona təxminən 2-3 günə kimi işini həll edəcəyini və o, “Hilton” otelində sürücü kimi işə başlayacağını söyləmişdir. Sonra yenidən Ramil ona avtomobil salonundan aldığı və onun idarə edəcəyi “X7” markalı avtomobili onun adına sənədləşdirməli və bunun üçlin də 1000 manat pul verməli olduğunu demişdir. Həmin vaxt Ramil ona işə çıxdıqdan sonra 2 aylıq maaşının ona birdəfəlik veriləcəyini qeyd etmişdir. O da Ramilin vədlərinə inanmış və buna görə də bir neçə gün sonra həmin 1000 manat pulu Nəsimi rayonu, S.Vurğun bağının yaxınlığında Ramilə vermişdir. Bundan bir neçə gün sonra Ramil onunla əlaqə saxlamış, Nəsimi rayonu, Səməd Vurğun bağında görüşmüş və Ramillə birlikdə DİN-nin BDYPİ-nə getmişlər. O çöldə gözləmiş və Ramil özü DİN-in BDYPİ-nin inzibati binasına girmişdir. Təxminən yarım saat sonra Ramil çölə çıxaraq ona almaq istədiyi avtomobilin texniki baxışdan keçirilmədiyini və sığortası olmadığını, buna görə də həmin gün avtomobili adına sənədləşdirə bilməyəcəyini demişdir. Onlar geriyə qayıtmış və Ramil özü onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən iki-üç gün sonra o, Ramil ilə əlaqə saxlamış və o, ona müxtəlif bəhanələr gətirərək yalan vədlər verməyə başlamışdır. Bir müddət sonra o, Ramillə əlaqə saxlayıb işinin olmadığını və dolana bilmədiyini demiş, ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Ramil isə özündə bir “VAZ 2106” markalı avtomobil olduğunu və həmin avtomobili taksi fəaliyyəti ilə məşğul olmağı üçün müvəqqəti ona verə biləcəyini, söz verdiyi işi həll etdikdən sonra isə onun avtomobilini qaytarmasını təklif etmidir. O da Ramil ilə razılaşmış və görüşmüşdür. Ramil onun yanında mobil telefonla kiməsə zəng edərək danışmışdır. Səhəri gün Ramil onunla əlaqə saxlayıb avtomobilin gəldiyini, lakin avtomobilə quraşdırılmış əlavə avadanlıq olduğuna görə avtomobilin yol polisi əməkdaşları tərəfindən saxlanılaraq Badamdar qəsəbəsində yerləşən DYP-nin cərimə meydançasında olduğunu bildirmiş və bir az gözləməyi, yaxın müddətdə ona pul gələcəyini və gedib avtomobili çıxararaq ona idarə etməyi üçün verəcəyini demişdir. Bir qədər keçdikdən sonra Ramildən xəbər çıxmadığı üçün o, təkrar onunla əlaqə saxlamış və işin nə yerdə qaldığını soruşmuşdur. Həmin vaxt Ramil gedib DYP-nin cərimə meydançasından VAZ-2106 markalı avtomobili çıxarmağı təklif etmişdir. Həmin gün Nəsimi rayonu, Səməd Vurğun bağında Ramillə görüşmüş və onlar birlikdə Badamdar qəsəbəsində yerləşən DYP-nin cərimə meydançasına getmişlər. Orada Ramil ona göy rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi bir avtomobil göstərib dediyi avtomobilin bu olduğunu bildirmiş və gedib DYP əməkdaşları ilə danışacağını demişdir. Bundan sonra o, orada avtomobilin yanında gözləmiş və Ramil harasa getmişdir. Təxminən 20 dəqiqə sonra Ramil gəlib iş qurtardığı üçün sabah avtomobili cərimə meydançasından çıxaracağını bildirmişdir. Onlar oradan şəhərə qayıtmışlar. Bundan sonra o, dəfələrlə Ramillə əlaqə saxlayıb işinin nə yerdə qaldığını soruşsa da o, hər dəfə ona müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Sonra o, ondan artıq işə düzəlmək istəmədiyini bildirmiş, verdiyi cəmi 2200 manat pulu qaytarmasım tələb etmişdir. Ramil bir neçə dəfəyə hissə-hissə ona 450 manat pul qaytarmışdır. Lakin, sonradan onun zənglərinə cavab verməmiş və nəticədə onu “Hilton” otelinə sürücü kimi işə düzəldəcəyi ilə bağlı və idarə edəcəyi avtomobili onun adına sənədləşdirəcəyi ilə bağlı verdiyi vədlərə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. O, Ramil tərəfindən aldadıldığını başa düşdükdən sonra polisə bu barədə məlumat vermişdir. O, Ramilə ilk verdiyi 1200 manat pulu o məqsədlə vermişdir ki, Ramil onun adına “Finca” bankda olan krediti bağlasın. Qalan 1000 manat pulu iso o, Ramilə o, məqsədlə vermişdir ki, “Hilton” otelə işə düzəldikdən sonra idarə etməli olduğu “X7” markalı avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əməli ilə ona 2200 manat maddi ziyan dəymişdir. Hazırda həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, özü sərnişin avtobusu idarə etmişdir. Təxminən 2 il bundan əvvəl iş yoldaşı Samirlə söhbət edən zaman ona iş axtardığını bildirmişdir. Samir də bir nəfər Ceyhun adında tanışının olduğunu və camaata müxtəlif işlər düzəltdiyini bildirmiş və ona həmin Ceyhun adlı şəxslə görüşməyi təklif etmişdir. O da razılaşmış və Ceyhunla mobil telefon vasitəsilə tanış olmuşdur. O işə düzəlmək istəyi barədə telefonda Ceyhuna bildirmiş və o da problem olmadığını, gəlib onunla görüşərək bu işi qaydasına qoyacağını bildirmişdir. Bundan sonra 2018-ci ilin may ayında atası ilə mağazada olan zaman iki nəfər oğlan mağazaya gəlmişdir. Həmin oğlanlardan biri özünü Ceyhun adı ilə tanış edərək əlaqə saxladığı şəxs olduğunu bildirmiş və yanındakının da Ramil adlı şəxs olduğunu və bu işdə iksinin də rolunun olacağını bildirmişdir. Həmin vaxt Ceyhun turizm şirkətində işləmək üçün avtomobil alınmalı olduğunu, onun bir avtobus tapdığını, həmin avtobusun 150.000 manat dəyərində olduğunu və 80.000 manat pul tapdıqlarını, 15.000 manat isə kəsir olduğunu, həmin pulu ödədikdən sonra “NBC” bankda girovda olan həmin avtobusu çıxarıb turizm şirkətində işə salınacağını bildirmiş və ondan bankın borcu olan 15.000 manat pulu verəcəyi təqdirdə onu özünün sürücü kimi işləyəcəyi avtobusda sürücü köməkçisi vəzifəsində işə düzəldəcəyini və hər ay 800 manat maaş alacağını demişdir. Həmçinin Ceyhun verdiyi 15.000 manat pulu banka qoyulduqdan bir neçə gün sonra 15.000 manat pulu tam şəkildə ona qaytaracağına əmin etmişdir. Həmin vaxt Ramil pulu banka ödədikdən bir neçə gün sonra işə başlayacağını bildirmişdir. Onun özündə pulu olmadığı üçün dost-tanışlardan və qohumlardan borc alaraq 2018-ci mart ayının əvvəllərində 2000 manat, 1700 manat, 1000 manat, 700 manat, 500 manat, 600 manat və 500 manat olmaq şərti ilə ümumilikdə 7000 manat pulu hissə-hissə Ceyhun və Ramillə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Araz küçəsinin kəsişməsində yerləşən “Görüş” adlı kafedə görüşərək onlara vermişdir. Bundan bir neçə gün keçdikdən sonra, yəni xx xxxx 2018-ci il tarixdə o qalan pulu tapa bilmədiyi üçün evdə olan qızıl-zinət əşyalarının hamısını lombarda qoyaraq 8200 manat pul çıxartmış və həmin pulu da tam şəkildə “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən lombardın qarşısında Ceyhuna vermişdir. Həmin vaxt Ceyhun da 8200 manat pulu sayıb onun yanında Ramilə vermişdir. Onlar ona 4-5 gün sonra artıq işin hazır olacağını və onların işə başlayacağını bildirmişlər. Bundan bir neçə gün keçməsinə baxmayaraq Ceyhunla Ramildən bir xəbər çıxmadığı üçün o, onlarla mobil telefon vasitəsilə əlaqə saxlamağa başlamış və hər dəfə Ramil və Ceyhun ona müxtəlif bəhanələr gətirərək iki-üç günə kimi işə başlayacağı barədə yalan vədlər verməyə başlamışlar. O, bir neçə ay səbr etsə də Ceyhunla Ramil ona verdikləri vədə əməl etməmişlər və aldıqları pulu da qaytarmamışlar. Buna görə də, atası bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs əməli ilə ona 15200 manat maddi ziyan dəymişdir. Hazırda həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarışda olan şəxsin tutulmasına dair” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı polis bölməsinə gətirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-231/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir; Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 7(024)-05 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 178.2.4-cü maddəsi ilə ona təyin edilmiş 3000 manat cərimə cəzasından azad edilmiş, Təqsirləndirilən şəxs CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-916/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs1 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs3 Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs əsfərov Ramil Səfər oğlu ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib səmimi peşman olmasını; zərərçəkmiş şəxslərə vurulan ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Qax rayon İHB-nin Güllük kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin ictimai təhlükəliliyinin maddi ziyanla bağlı olmasını), təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı (xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək) 7 (yeddi) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı (xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il) 7 (yeddi) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-114/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-114/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver