Məhkəmə qərarları › İş №1(005)-114/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-114/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-114/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsilsiz, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyət Nazirliyinin PX-nın Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamış, təkrar törədilməklə özgə əmlaklarını gizli olaraq talamış və təkrarən zərərçəkmiş şəxsin cibindən özgə əmlakını talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyul 2022-ci il tarixdə saat 04.50-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75A ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 3334 saylı mağazanın şüşə qapılarını “montirofka” aləti ilə aralayıb açmaqla qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxs "xxxx" MMC-yə məxsus 01 ədədinin dəyəri 1.73 manat olan 01 ədəd “X16”, 01 ədədinin dəyəri 2.92 manat olan 03 ədəd “X22”, 01 ədədinin dəyəri 1.73 manat olan 03 ədəd “X23 Gold”, 01 ədədinin dəyəri 1.83 manat olan 05 ədəd “X24”, 01 ədədinin dəyəri 1.85 manat olan 06 ədəd “X11 Compact”, 01 ədədinin dəyəri 2.09 manat olan 06 ədəd “X17 Nights”, 01 ədədinin dəyəri 1.83 manat olan 07 ədəd “X28”, 01 ədədinin dəyəri 2.93 manat olan 08 ədəd “X19” 01, 01 ədədinin dəyəri 1.69 manat olan 09 ədəd “X12”, 01 ədədinin dəyəri 1.52 manat olan 10 ədəd “X31”, 01 ədədinin dəyəri 1.38 manat olan 11 ədəd “X25 Silver”, 01 ədədinin dəyəri 2.92 manat olan 12 ədəd “Kent HD 8 Future”, 01 ədədinin dəyəri 1.54 manat olan 13 ədəd “X30”, 01 ədədinin dəyəri 1.55 manat olan 14 ədəd “Kingston Silver”, 01 ədədinin dəyəri 2.08 manat olan 16 ədəd “X18”, 01 ədədinin dəyəri 1.47 manat olan 18 ədəd “Bakı Blue”, 01 ədədinin dəyəri 1.71 manat olan 19 ədəd “X20”, 01 ədədinin dəyəri 2.08 manat olan 21 ədəd “X8”, 01 ədədinin dəyəri 1.69 manat olan 24 ədəd “X13”, 01 ədədinin dəyəri 1.92 manat olan 29 ədəd “West Silver”, 01 ədədinin dəyəri 2.08 manat olan 29 ədəd “X29 Silver”, 01 ədədinin dəyəri 1.70 manat olan 34 ədəd “X21”, 01 ədədinin dəyəri 2.92 manat olan 37 ədəd “X26 04”, 01 ədədinin dəyəri 2.08 manat olan 38 ədəd “X9” markalı siqaretləri gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 744.64 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, AK.H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı ASAN xidmət mərkəzində olan masanın üzərindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “X27 8” pro markalı mobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanında yerləşən “32 Gözəl” diş klinikasında qeydiyyat masasının üzərindən Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd qara rəngli “C55-A5246 seriyalı Toshiba Satellite” markalı noutuku gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1 ünvanında yerləşən H.Əliyev mərkəzinin qarşısında oturacağın üzərindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon və həmin mobil telefonun kaburasında saxladığı 20 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1830 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 iyul 2022-ci ildə saat 13.50 radələrində Binəqədi rayonu Əcəmi Naxçıvani 53 ünvanında yerləşən «Medera Hospital»-ın qeydiyyat masasının üzərindən Zərərçəkmiş şəxs7 məxsus «lphone 13 Pro» markalı mobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.\ Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Messi Boutique” adlı qadın paltarlarının satışı mağazasında dolabın üzərindən Zərərçəkmiş şəxs1 məxsus üzərində 500 manat dəyərində ***-***-**-** mobil nömrəsi, 25 manatlıq danışıq konturu, 25 manat dəyərində qoruyucu kaburası olan 3700 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu gizli talayaraq zərərçəkmiş şəxsə ümumilkdə 4250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyul 2022-ci il tarixdə saat 04.30-da ünvan 7 ünvanının qarşısında yerləşdirilmiş oturacaqda yuxuya getmiş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 12 Pro Max” markalı mobil telefonu sonuncunun şalvarının sağ yan cibindən gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamış, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən mobil telefon oğurluqları səbəbindən həbs edilmiş, məhkəmə hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunmuşdur. 2021-ci ilin noyabr ayında “8 Noyabr-Zəfər günü” münasibəti ilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya qərarı ilə azadlığa çıxmış, bundan sonra 3 ay müddətinə müxtəlif işlərdə işləmişdir. Lakin sonra işdən çıxdığı və maddi sıxıntılar çəkdiyi üçün çıxış yolları axtarmağa başlamışdır. Belə ki, 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Stomotoloji klinikanın dəhlizindən markasını bilmədiyi 01 ədəd notebook cihazını oğurlayaraq həmin gün Fəridlə görüşmüş və oğurladığı notebooku 30 manata Fəridə satmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 04:30 radələrində metronun Koroğlu stansiyasından üzü 20 Yanvar metrostansiyası istiqəmətinə, “Dərnəgül” prospekti ilə həmin yolda olan tunelin kənarından piyada getdikdə "xxxx" adlı mağazanı görmüş və sərxoş vəziyyətdə olduğu üçün həmin marketə daxil olmaq qərarına gəlmişdir. Buna görə üzərində olan, “montirofka” adlanan alət ilə marketin qapısını aralayaraq açmış və qapıların arasından içəri daxil olmuşdur. Marketin salonunda arxa tərəfə gedərək əvvəlcə siqaretləri bir yerə yığmış, daha sonra içəridə axtarış aparmışdır. Lakin pul tapa bilmədiyi üçün siqaretləri götürərək oradan çıxmış və “Santral” adlanan yerə tərəf gedib orada nömrə nişanını xatırlamadığı taksi avtomaşınına əyləşərək 3-cü mikrorayon dairəsi deyilən yerə getmişdir. Sərxoş olduğu üçün həmin siqaretləri yol boyu qarşısına çıxan mağazalara ucuz qiymətə satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində xərcləmək üçün pulu olmadığına görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gəzib iş axtaran zaman ünvan 8 ünvanda yerləşən 1 saylı ASAN xidmətin qarşısında olarkən həmin ASAN xidmətə daxil olmaq qərarına gəlmiş, ASAN xidmətə daxil olduqdan sonra orada olan masalardan birində 2 nəfər qadın və 1 nəfər kişinin olduğunu, onların dayandığı masanın üzərində bir ədəd mobil telefon olmasını görmüşdür. Bu zaman 2 nəfər qadın və 1 nəfər kişinin getməsini gözləmiş, bir qədər sonra həmin şəxslər getdikdən sonra həmin mobil telefonu unutduqlarını görüb telefonun olduğu masaya yaxınlaşaraq xidmətin işçilərindən yalandan işlə bağlı maraqlanmış və işçilərin fikrinin yayındığını gördükdə mobil telefonu gizlincə götürərək ASAN xidmətdən çıxıb getmişdir. Oardan çıxdıqdan sonra oğurladığı telefonun “Xiomi” markalı mobil olduğunu görmüş və birbaşa evə getmişdir. Bundan sonra o həmin gün yəni, xx.xx.2022-ci il tarixdə evdən çıxaraq “Tarqoviy” adlanan yerə getmiş və Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanında yerləşən Stomotoloji klinikaya daxil olaraq diş ağrıları ilə əlaqədar müraciət etmək istəmişdir. Həmin vaxt, yəni saat təxminən 18 radələrində klinikanın 2-ci mərtəbəsinə qalxmış, orada həkim axtararkən qeydiyyat masasının boş olmasını, orada notebook cıhazının olduğunu görmüşdür. Daha sonra ətrafına baxdıqda kənarda heç kimin olmadığını görmüş və həmin notebook cihazını götürərək klinikanı tərk etmişdir. Oradan çıxdıqdan sonra həmin notebookun “Toshiba” markalı olması məlum olmuş və birbaşa yaşadığı evə gedib həmin notebooku evdə gizlətmişdir. Daha sonra evdən çıxaraq gəzmək üçün Nərimanov rayonu ərazisinə, X2rşısına gəlmiş, həmin vaxt, yəni saat təxminən 20 radələrində Mərkəzdə gəzərkən oturacağın üzərində sahibsiz telefon olduğunu görmüş və həmin “İphone 11” markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin mobil telefonun kaburasının arxasında 20 manat nəğd pul olmuş və o 20 manat pulu da oğurlayaraq xərcləmişdir. Bundan bir qədər sonra, axşam saatlarında Fərid Rzayev ilə görüşmüş və oğurladığı notebooku 30 manata, “Xiomi” markalı mobil telefonu isə 60 manata Fəridə satmış, Fərid “İphone 11” markalı mobil telefon üçün dəyərindən çox az pul təklif etdiyi üçün həmin telefonu Fəridə satmamışdır. Növbəti gün səhər saatlarında “İphone 11” markalı mobil telefonu 20 yanvar metrostansiyası ətrafında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsə 120 manata satmışdır. Bundan sonra 23 iyul 2022-ci ildə saat 13:50 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 9 ünvanda yerləşən «Medera Hospital» xəstəxanasına getmiş, xəstəxananın giriş qapısının yaxınlığında yerləşən qeydiyyat şöbəsinə (resepşn) yaxınlaşanda orada masanın üzərində «İphone 13 Pro» markalı mobil telefon qoyulduğunu, qeydiyyat şöbəsində heç kimin olmadığı görmüşdür. Odur ki, həmin telefonu oğurlamaq qərarına gəlmiş və masanın üzərindən «İphone 13 Pro» markalı mobil telefonu götürüb cibinə qoyaraq xəstəxanadan çıxıb getmişdir. Bir qədər sonra həmin telefona zənglər gəlsə də, zənglərə cavab verməmişdir. Bir neçə saat sonra Fəridlə görüşərək həmin mobil telefonu ona 200 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18 radələrində oğurluq məqsədilə özü tək Bakı şəhəri, Nizami rayonu, “Laçın” ticarət mərkəzinə gəlmiş, Ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən qadın paltarları satılan mağazaların qarşısından keçən zaman mağazalardakı kameraların işıqlarının yanmadığını görüb kameraların işləmədiyini başa düşmüşdür. Həmin mərtəbədə yerləşən mağazaları gəzən zaman mağazaların birində kimsənin olmadığını görmüş və nəzarətsiz qalan pul kisəsi götürmək niyyəti ilə həmin mağazaya daxil olmuşdur. Həmin vaxt daxil olduğu mağazanın girişinin sol tərəfində yerləşən dolabın üzərində 01 ədəd “İphone 13” Pro Max” markalı mobil telefon görmüş, mağazada kimsə olmadığı üçün həmin telefonu gizli şəkildə götürüb mağazanı tərk etmiş və ona təcili pul lazım olduğu üçün “Laçın” ticarət mərkəzidən çıxıb birbaşa metronun “20 Yanvar” stansiyasına gəlib stansiyasına gəlib telefonu ehtiyat hissəsi kimi Fəridə 700 manata satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində “Nənəmin təndiri” obyektik yaxınlığında məhəllələrdən birinə daxil olmuşdur. Bu zaman orada oturacaqlarda bir nəfər şəxs oturduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamış və söhbət zamanı sonuncuya çay içmək istədiyini demişdir. Bu zaman həmin şəxs ona yaxınlıqda “Xədirxum” adlı restoranın olduğunu demiş, bundan sonra özü həmin restorana gedərək özünə və sözügedən şəxsə çay alıb geri qayıtmışdır. Birgə çay içdikdən sonra həmin şəxs oturacaqda yuxuya getmiş, saat təxminən 04:30-da həmin şəxsin cibində mobil telefon olduğunu görmüş və sakit şəkildə sözügedən şəxsin cibindən mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Fərid Rzayev ilə “Semaşka” adlanan xəstəxananın arxa hissəsində görüşmüş, Fərid həmin ünvana idarə etdiyi “Kia” markalı, **-TT-*** dövlət nömrə nişanlı qara rəngli avtomobil ilə gəlmiş, avtomaşının salonunda Fərid Rzayev ondan bir gün əvvəl tanımadığı şəxsin cibindən oğurladığı “İphone 12 Pro Max” markalı mobil telefonu 150 manat pul ödəyərək almışdır. Bundan sonra avtomobildən düşərək oradan çıxıb getmişdir. 28 iyul 2022-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin yaxınlığından keçən zaman etdiyi əməllərə görə peşman olduğu üçün Polis İdarəsinə girib etdiyi əməlləri etiraf etmişdir. Həmçinin etdiyi əməllərdən peşman olduğunu, lakin maddi ziyan vurduğu şəxslərin ziyanını ödəmə imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hal-hazırda fərdi olaraq Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanında yerləşən “Laçın” ticarət mərkəznin 2-ci mərtəbəsində yerləşən “Messi Boutique” adlı qadın geyim əşyalarının satışı mağazasını işlətməkdədir. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində işdə olan zaman iş gününün sonu ilə əlaqədar mağazadan çıxıb dəhlizdə olan plastik geyim modellərini mağazaya daşıyan zaman ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi, “İphone 13 Pro Max” markalı mobil telefonu mağazada olan dolabın üzərinə qoymuş, təxminən 1-2 dəqiqə sonra mağazaya qayıdan zaman qonşu mağazada işləyən Tanya adlı rəfiqəsi ona bir neçə dəfə zəng etdiyini, zənglərin cavabsız qaldığını demişdir. Bu zaman telefonu qoyduğu yerə yaxınlaşdıqda “İphone 13 Pro Max” markalı mobil telefonun qoyduğu yerdə olmadığını aşkar etmiş və telefonun oğurlandığını başa düşmüşdür. Odur ki, dərhal ticarət mərkəzində quraşdırılmış kamera görüntülərinə baxmaq istəmiş, müşahidə kameraları işləmədiyi üçün bu mümkün olmamışdır. Bundan sonra rəfiqəsi Tanyadan özünə məxsus mobil nömrəyə zəng etməsini xahiş etmiş, lakin əvvəlcə zənglər cavabsız qalmış, daha sonra isə tanımadığı kişi zəngə cavab verib Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında olduğunu, yaxınlaşıb telefonu götürə biləcəyini demişdir. Bundan sonra Tanya ilə birgə həmin yerə getmiş, lakin orada nömrəsinə zəng çatmamışdır. Bir qədər gözləyib oradan qayıtmış və Nizami RPİ-nin 24-cü PŞ-nə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Həmin gün axşam saatlarında həyat yoldaşı Elnur Səfərov telefonunun işlək vəziyyətdə olduğunu bilib nömrəsinə mesaj göndərərək telefonu əldə etmiş şəxsdən pul müqabilində telefonu qaytarmasını xahiş etmiş, bu zaman mesaja cavab yazan naməlum şəxs göndəriləcək elektron kartın hesabına 20 manat göndərəcəyi təqdirdə telefonu qaytaracağını bildirmişdir. Az sonra “Ayxan” adlı şəxsin adına olan elektron kartın şəkli göndərilmış, həmin karta 20 manat köçürüldükdən sonra təkrar mesaj yazan naməlum şəxs bir saatdan sonra əlaqə saxalayıb telefonu qaytaracağını bildirmişdir. Ancaq bir-neçə saat gözləmələrinə baxmayaraq həmin şəxsdən xəbər çıxmamış və nömrəyə zəng çatmadığı məlum olmuşdur. Zərərçəkmiş şəxs1 fikrincə hadisəni törədən şəxsin ticarət mərkəzində müşahidə kameralarının işləmədiyindən məlumatlı olduğunu, həmin şəxsin onun mobil telefonun kilid kodunu bildiyini qeyd etmiş, hadisə barədə şübhələndiyi konkret şəxsin olmadığını, oğurlanmış mobil telefonunun üzərində olan ***-***-**-** saylı mobil nömrəsinin dəyərinin 500 manat olduğunu, nömrəsində 25 manatlıq danışıq balansı olduğunu, üzərində 25 manat dəyərində qoruyucu olan 3700 manat dəyərindəki **********99932 və **********50453 İMEİ kodlu mobil telefonunu oğurlamış şəxslə əlaqə zamanı telefonun qaytarılacağına inanaraq sözügedən şəxsin mesaj yolu ilə təqdim etdiyi “Ayxan” adlı şəxsin adına olan kart hesabına 20 manat pul göndərdiyini və bütün bunları nəzərə alaraq hadisə nəticəsində ona ümumikdə 4270 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəyən zərər ödənilməmişdir, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında istirahət etmək məqsədilə X2rşısındakı parka getmiş, parkda olan zaman oturacaqda əyləşərkən istifadəsində olan “İphone 11” markalı mobil telefonu oturacağın üzərinə qoymuş və həmin oturacaqdan qalxıb gedərkən mobil telefonunu orada unutmuşdur. Təxminən 3 dəqiqə sonra telefonu unutduğunu xatırlayıb geri qayıdan zaman telefonunun orada olmadığını aşkar etmişdir. Bundan əlavə oğurlanmış mobil telefonun qoruyucu qabında (kabro) 20 manat nağd pul olmuşdur. Telefonunun oğurlanması nəticəsində ona ümumilikdə 1830 manat maddi ziyan dəymiş və bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona dəyən zərər ödənilməmişdir, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, AK.H.Əliyev küçəsində yerləşən ASAN xidmətə getmişdir. Həmin vaxt yanında arvadı Şahid2da olmuşdur. Onlar ASAN xidmətdə içəri daxil olarkən o saxlaması üçün mobil telefonu arvadı Kəmaləyə vermişdir. Şəxsiyyət vəsiqəsi götürmək üçün ximdətin kassa hissəsinə yaxınlaşmış və pulu ödəyərkən arvadı Kəmalə ona məxsus olan istifadə etdiyi “XİOMİ NOT 8 PRO” markalı mobil telefonu kassanın qarşısındakı stolun üzərinə qoymuşdur. Pulu ödədikdən sonra mobil telefonu götürməyi unutmuşdurlar. Geri qayıdıb telefonu götürmək istəyən zaman mobil telefonun orada olmadığını görmüşdür. Bundan sonra telefonunun oğurlanmasını aşkar etmiş və bu barədə 16-cı Polis Bölməsinə müraciət etmişdir. Qeyd etmişdir ki, ilkin izahatında o mobil telefonu özü tərəfindən masaya qoyulmasını bildirmişdir. Çünki, arvadı Kəmalənin polis bölməsinə gəlməsini istəməmişdir. Lakin, hal-hazırda qeyd etmişdir ki, mobil telefon arvadı Kəmalə tərəfindən masanın üzərinə qoyulmuşdur. Ona dəyən zərər ödənilməmişdir, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hal-hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləməkdədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75-A ünvanında yerləşən 3334 saylı mağazanın müdiri Şahid1 ona məlumat verərək həmin mağazaya nəmalum şəxsin daxil olaraq mağazadan tütün məmulatlarını oğurlamasını bildirmişdir. Bu zaman Şahid1 hadisə barədə DİN-nin “102” XZM-nə məlumat verməsini tapşırmışdır. Bundan sonra aparılan şirkət daxili araşdırma zamanı mağazaya daxil olan naməlum şəxs tərəfindən “Al Market MMC”-nin mülkiyyətində olan 01 ədədinin dəyəri 1.73 manat olan 01 ədəd X16, 01 ədədinin dəyəri 2.92 manat olan 03 ədəd X22, 01 ədədinin dəyəri 1.73 manat olan 03 ədəd X23 Gold, 01 ədədinin dəyəri 1.83 manat olan 05 ədəd X24 , 01 ədədinin dəyəri 1.85 manat olan 06 ədəd X11 Compact, 01 ədədinin dəyəri 2.09 manat olan 06 ədəd X17 Nights, 01 ədədinin dəyəri 1.83 manat olan 07 ədəd X28, 01 ədədinin dəyəri 2.93 manat olan 08 ədəd X19 0 1, 01 ədədinin dəyəri 1.69 manat olan 09 ədəd X12, 01 ədədinin dəyəri 1.52 manat olan 10 ədəd X31, 01 ədədinin dəyəri 1.38 manat olan 11 ədəd X25 Silver, 01 ədədinin dəyəri 2.92 manat olan 12 ədəd Kent HD 8 Future, 01 ədədinin dəyəri 1.54 manat olan 13 ədəd X30, 01 ədədinin dəyəri 1.55 manat olan 14 ədəd Kingston Silver, 01 ədədinin dəyəri 2.08 manat olan 16 ədəd X18, 01 ədədinin dəyəri 1.47 manat olan 18 ədəd Bakı Blue, 01 ədədinin dəyəri 1.71 manat olan 19 ədəd X20, 01 ədədinin dəyəri 2.08 manat olan 21 ədəd X8, 01 ədədinin dəyəri 1.69 manat olan 24 ədəd X13, 01 ədədinin dəyəri 1.92 manat olan 29 ədəd West Silver, 01 ədədinin dəyəri 2.08 manat olan 29 ədəd X29 Silver, 01 ədədinin dəyəri 1.70 manat olan 34 ədəd X21, 01 ədədinin dəyəri 2.92 manat olan 37 ədəd X26 0 4 , 01 ədədinin dəyəri 2.08 manat olan 38 ədəd X9 markalı siqaretlər olmaqla ümumilikdə 744.64 manat dəyərində 373 ədəd müxtəlif çeşidli siqaretlərin oğurlandığı məlum olmuş və “Al Market MMC”-nə ümumulikdə 744.64 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Onlara dəyən zərər ödənilməmişdir, hazırda şikayətçidirlər. Məhkəmə iclasına zərərçəkmiş qismində çağırılmış Zərərçəkmiş şəxs2,X3, Zərərçəkmiş şəxs7 və şahidlər Şahid1, Şahid2 Əliaga qızı və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhə edilən şəxsin tutulıması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-854/2022 saylı, 03 avqusat 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskə Nərimanov RPİ-nin MSY-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, Yusifbəyli və Partnyorları vəkillər bürosunun vəkili X1 iştirakı ilə personal komputer vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin görüntülərdə bir nəfər üzündə maska və başında papaq olan bir nəfər şəxs şüşə qapını əlində olan əşya ilə aralayır və içəri daxil olur, o bir başa arxa tərəfə gələrək orada yerləşdirilmiş siqaretləri sellefon torbalara yığır, daha sonra içəridə gəzir və həmin sellefonı götürərək çıxıb gedir. Həmin şəxs arıq bədən quruluşuna malikdir və hündür boyludur. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə üzündə maska başında papaq olan, şüşə qapını aralayaraq içəri daxil olan şəxsin özü olduğunu qeyd etmiş və bildirmişdir ki, daxil olduğu yer “Dərnəgül” prospektində yerləşən, oğurluq məqsədi ilə girdiyi AL marketdir. Həmin vaxt içkili olmuş, içəridə kamera müşahidə cihazlarının olacağını düşündüyü üçün üzünə maska taxıb başına papaq geyinmişdir. Sellefon torbalara yığdıqları müxtəlif çeşidli siqaretlərdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmamış, düzgün tərtib edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskə Nərimanov RPİ-nin MSY-nin inzibati binasında xidməti otaqda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 25 saylı vəkillər bürosunun vəkili X4 iştirakı ilə personal komputer vasitəsi ilə baxış keçirilmişdir. Həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün komputerin prosessoruna qoyulmuş və ekranda açılmış 03 ədəd fayl aşkar edilmişdir. 1-ci fayla daxil olduqda videogörüntü 03 saniyə davam edir. Həmin görüntüdə bir nəfər şəxs qaçaraq pilləkanları düşür. 2-ci görüntüyə daxil olduqda videogörüntü 07 saniyə davam edir. Görüntüdə iş masasında bir nəfər şəxs 2 nəfər qadın və 1 nəfər kişi ilə söhbətləşir. Görüntüyə baxdıqda ortada duran qadın əlində olan mobil telefonu özünün soluna, masanın üzərinə qoyur. 3-cü videogörüntüyə daxil olduqda videogörüntünün 01 dəqiqə 17 saniyə davam edir. Görüntüdə 1 nəfər kişi, 2 nəfər qadın müşahidə olunur. Mobil telefon isə qadının qoyduğu yerdədir. Daha sonra onlar mobil telefonu həmin yerdə unudaraq masadan uzaqlaşır. Videogörüntünün 01 dəqiqə 05-ci saniyəsində göy rəng köynək geyinmiş bir nəfər şəxs yaxınlaşaraq masada işləyən şəxslərlə söhbət edərək mobil telefonu götürüb oradan uzaqlaşır. Bundan sonra videogörüntü bitir. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə əynində göy rəngli köynək olan, mobil telefonu oğurlayan şəxsin özü olduğunu qeyd etmiş və bildirmişdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmamış, düzgün tərtib edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilərkən 01 ədəd fayl aşkar edilmişdir. Həmin faylın adı “WhatsApp Video 2022-12-02 at 16.38.11....” kimi görünmüşdür. Həmin videogörüntüyə daxil olduqda videogörüntü 01 dəqiqə 03 saniyə davam etməsi müşahidə olunur. Görüntrünün sağ üst hissəsində 2022-07-23 yazısını görmək mümkündür. Görüntünün 48-ci saniyəsində qara rəngli qısa qol köynək geyinmiş şəxs masaya yaxınlaşaraq masanın aşağı hissəsində olan predmeti götürüb masada olan rəngli kağızların arasında qoyur və daha sonra o həmin predmeti yenidən götürüb arxa sol cibinə qoyaraq oranı tərk edir. Bundan sonra videogörüntü bitir. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə əynində qara rəngli köynək olan, masadan predmet götürən şəxsin özü olduğunu qeyd etmiş və həmin predmetin İphone 13 pro markalı mobil telefon olduğunu bildirmişdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmamış, düzgün tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 10.10 2022-ci il tarixli 2692 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterii məcbuh tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. İşdə olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-263/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə təqsirli bilinib,ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 177.2.2-ci və 177.2.3-cü il maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisin Amnistiya Haqqında Qərarının 2.4 bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. “Sübutların qiymətləndirilməsi barədə” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən, ASAN xidmət mərkəzindən və Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilərkən götürülmüş hadisələrin baş vermə zamanı qeydə alınmış görüntülərin olduğu ümumilikdə 03 ədəd DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisin Amnistiya Haqqında Qərarının 2.4 bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. 8 noyabr Zəfər Günü münasibətilə AR Milli Məclisin Amnistiya Haqqında xx.xx.2021-ci il tarixli qərarın 7-ci bəndinə əsasən -Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətlərə görə məhkum olunmuş və amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməlində residiv yaranmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 01 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - üç ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar