Məhkəmə qərarları › İş №1(005)-114/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-114/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-114/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 07 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Toyota Land-Cruiser Prado” markalı, 99-KS- 933 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmadığından istifadə edib qabaq sağ qapısını açaraq avtomobilə daxil olub avtomobilin qabaq hissəsində quraşdırılmış əşyaların saxlanılma yerindən sonuncuya məxsus 7763 (yeddi min yeddi yüz altmış üç) manat nağd pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 08 oktyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmadığından istifadə edib qabaq sağ qapısını açaraq avtomobilə daxil olub avtomobilin qabaq hissəsində quraşdırılmış əşyaların saxlanılma yerindən sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 1878,5 manat təşkil edən 1105 X7 dolları və 105 manat nağd pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1983.5(min doqquz yüz səksən üç manat əlli qəpik) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər bir neçə müddət ayıq sürücü kimi fəaliyyət göstərmiş, 2023-cü ilin avqust ayından işsizdir. Bacısının azyaşlı oğlu xəstə olduğundan onun müalicəsi üçün pul lazım olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobillərin yanında keçərkən avtomobillərin salonuna baxırmış ki, qapısı açıq olan avtomobil varsa ora daxil olsun və içərisində pul və ya qiymətli əşya varsa götürsün. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində evdən çıxdıqdan sonra fikirli halda Nəsimi rayonu, A.Səhhət küçəsi 33 ünvanında hərəkət etmişdir. Gəzəgəzə avtomobillərə baxırmış ki, qapısı açıq olan avtomobil olsa ora daxil olub oğurluq etsin. Bu vaxt həmin ərazidə saxlanılmış 'X15 Prado” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilin salonuna nəzər yetirdikdə avtomobilin qapılarının içərindən açılması üçün nəzərdə tutulan hissəsinin qırmızı rəngdə olduğunu görüb avtomobilin qapılarının açıq olmasını müəyyən etmişdir. Bir qədər həmin ərazidə hərəkət edib heç kimin onu görməyəcəyinə əmin olmaq üçün gözləmişdir. Hadisə vaxtı əynində qara rəngli qısaqol yay köynəyi və qara rəngli şalvar olmuşdur. Avtomobilin sağ tərəfinə keçib qabaq sağ qapının yanında dayanmışdır. Bir qədər gözləyib sağa sola baxmışdır. Heç kimin gəlmədiyini və onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qabaq sağ qapısını açıb içəri daxil olmuşdur. Avtomobilin surətlər qutusunun yanında oturacaqların arasında olan sandıqçanı yoxlayıb orada qiymətli əşya tapmadığından qabaq hissəsdə quraşdırılmış əşyaların saxlanılma yerini əli ilə açmışdır. Həmin yer açarla bağlanmamışdır. Oranı açdıqda qara rəngli sellofan torbanı görmüşdür. Torbanı açdıqda içərisində müxtəlif banknotlardan, o cümlədən 100 manatlıq və 50 manat lıq əskinazlardan ibarət pul olduğunu görüb həmin sellofan torbanı götürüb cibinə qoymuşdur. Bundan sonra bir daha ətrafa nəzər salıb heç kimin olmadığını görüb avtomobildən düşərək üzü Semaşka xəstəxanası istiqamətində getmişdir. Bir qədər uzaqlaşdıqdan sonra sellofan torbanı açaraq pulu cibinə qoyub torbanı isə tullamışdır. Orada pulları saydıqda 7763 (yedi min yeddi yüz altmış üç) manat pul olduğunu bilmişdir. Bundan sonra evə gəlib bu barədə heç kimə məlumat verməmişdir. Sonrakı günlərdə isə həmin oğurladığı pullardan borclarını qaytarmışdır. Bir hissəsini bacısı oğlunun xəstəxana xərclərinə bir hissəsini də öz maddi ehtiyaclarına xərcləmişdir. Oğurladığı həmin pulu xərcləyib qurtardıqdan sonra yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023cü il tarixdə saat təxminən 19 radələrində ünvan 5 ünvanın qarşısında gəzə-gəzə avtomobillərə baxırmış ki, qapısı açıq olan avtomobil olsa ora daxil olub oğurluq etsin. Bu vaxt həmin ərazidə saxlanılmış ’‘BMW” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilin salonuna nəzər yetirdikdə avtomobilin qapılarının içəridən açılması üçün nəzərdə tutulan hissəsinin rəngindən avtomobilin qapılarının açıq olmasım müəyyən etmişdir. Bir qədər həmin ərazidə hərəkət edib heç kimin onıu görməyəcəyinə əmin olmaq üçün gözləmişdir. Hadisə vaxtı əynində göy rəngli cins gödəkcə, qara rəngli köynək və qara rəngli şalvar olmuşdur. Avtomobilin sağ tərəfinə keçib qabaq sağ qapının yanında dayanmışdır. Bir qədər gözləyib sağa sola baxmışdır. Heç kimin gəlmədiyini və onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qabaq sağ qapısını açıb içəri daxil olmuşdur. Avtomobilin surətlər qutusunun yanında oturacaqların arasında olan sandıqçanı yoxlayıb orada qiymətli əşya tapmadığından qabaq hissədə quraşdırılmış əşyaların saxlanılma yerini əli ilə açmışdır. Həmin yer açarla bağlanmamışdır. Oranı açdıqda pul kisəsi görmüşdür. Pul kisəsinin içərisində 100 ABŞ dolları əskinazlarından ibarət pul olmuşdur. Həmin pulu götürüb cibinə qoymuş, pul kisəsini isə götürdüyü yerə qoymuşdur. Bundan sonra bir daha ətrafa nəzər salıb heç kimin olmadığını görüb avtomobildən düşərək oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra pulları saydıqda 1100 ABŞ dolları pul olduğunu bilmişdir. Bundan sonra evə gəlib bu barədə heç kimə məlumat verməmişdir. Sonrakı günlərdə isə həmin oğurladığı pulları “28 May” metrostansiyasının yaxınlığındakı hazırda dəqiq xatırlamadığı yerdə yerləşən valyuta dəyişmə məntəqəsində manata dəyişmiş və pulları şəxsi təlabatlarına xərcləmişdir. Oğurluq cinayət əməli törədən zaman ona kömək edən şəxs olmamış, özü tək bu hadisələri törətmişdir. Oğurluq edən zaman hava qaranlıq olmuş, ətrafda heç kəs olmamış və düşünmür ki, kimsə hadisəni görsün. Oğurluq edərkən avtomobillər heç bir zədə yetirməmiş, avtomi bi ilərin qapılarının açıq olmasından istifadə edib qapını açaraq avtomobillərə daxil olmuşdur. Əvvəllər ayıq sürücü kimi işlədiyindən xeyli sayda müxtəlif markalı avtomobillər idarə etmiş, bu səbəbdən də avtomobillərin texniki xüsusiyyətlərindən məlumatlıdır və avtomobilin qapılarının açıq yaxud da bağlı olmasını kənardan baxdıqda bilir. Etdiyi əməllərə görə peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən kiosk mağazasını işlədir. İş saatı səhər saat 09:00-dan axşam saat 21 radələrinə qədər davam edir. xx.xx.2023-cü il tarixdə işlədiyi mağazadan çıxaraq yaşadığı ünvan 6 ünvanına gəlmişdir. Ona məxsus olan, lakin yoldaşı X2 adına olan etibarnamə ilə idarə etdiyi **-KS-*** dövlət qeydiyyat nişanlı ‘X14 Prado” markalı avtomobilini ünvan 1 ünvanın qarşısında saxlamışdır. Avtomobildən düşərək yaşadığı mənzilə daxil olmuşdur. Mənzildə olarkən qəfildən ona məxsus olan 7763 manat pulunu avtomobildə unutduğunu xatırlamışdır. Lakin yemək yeyib bir qədər istirahət etdikdən sonra düşüb pulu götürməyi qərara almışdır. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində avtomobilə yaxınlaşıb sağ oturacağın qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yeri açdıqda pulunun orada olmadığını görüb oğurluq olmasından şübhələnmişdir. Həmin pul qara sellofan torbada olmuşdur. Həmin pullar 77 ədəd 100 manatlıq əskinaz, 1 ədəd 50 manatlıq əskinaz, 1 ədəd 10 manatlıq əskinaz, 3 ədəd 1 manatlıq əskinazlardan ibarət olmuşdur. Oğurluq olmasından şübhələndikdən sonra ətraf ərazidə olan videokamera görüntülərinə baxıb oğurluq olmasını müəyyən etmişdir. Bundan sonra işləri ilə əlaqədar şikayət edə bilməmişdir. Lakin, iki gün sonra 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. 7763 manat pulundan başqa heç bir əşyası oğurlanmayıb və hadisə nəticəsində ona ümumilikdə 7763 manat maddi ziyan dəymişdir. Avtomobilində heç bir sındırma izləri və ya hər hansı bir hissəsinə ziyan dəyməsini aşkar etməmişdir. Ancaq pulu oğurlanmışdır. Ola bilər ki, fikirli olduğundan avtomiblinin qapılarını bağlamağı unutmuşdur. Ona dəyən ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvandan ona məxsus “BMW” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 8 ünvanında yerləşən iş yerinin qarşısına gəlmiş, avtomobili saxlayıb iş ofisinə daxil olmuşdur. Avtomobili saxlayıb ofisə gedərkən telefonla danışdığından avtomobilin qapılarını kilidləmək yadından çıxmışdır. Təxminən 3-4 saat sonra avtomobilə qayıtdıqda avtomobilinin qabaq sağ oturacağının qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yeri açdıqda həmin yerdə saxladığı ona məxsus olan pul kisəsində olan 1105 ABŞ dolları və 105 manat pulun orada olmadığını aşkar etmişdir. Daha sonra yaxınlıqdakı obyektdə olan müşahidə kameralarına baxmış və tanımadığı bir nəfər şəxsin maşına sağ tərəfdən yaxınlaşaraq sağ qapını açdığı, daha sonra avtomobilinin qabaq sağ oturacağının qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yeri açdığını müşahidə etmişdir. Hadisə xx.xx.2023-cü il tarixində, Nərimanov rayonu, S.Rəhman küçəsi 35A ünvanının qarşısında baş vermişdir. İlk olaraq özü kameralara baxmaq istəmişdir ki, görsün avtomobilinə kim yaxınlaşıb, bəlkə həmin şəxsi tanıyır. Sonra kameralara baxarkən həmin şəxsi tanımadığım görüb bu barədə polisə məlumat vermişdir. Hadisə zamanı onun 1105 ABŞ dolları və 105 manat nağd pulu oğurlandığından, nəticədə ona ümumilikdə 1985 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun avtomobilindən pulunu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur və Elnur polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilmişdir. Ona dəyən ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-499/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” 25 oktyabr 2023-cü il tarxli qərara əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Ədil Bayramov tərəfindən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-ə göndərilmişdir. “Video diskə baxış keçirilməsi” barədə 15 dekabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan görünür ki, ünvan 3 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus **- KS-*** dövlət qeydiyyat nişanlı “X14 Prado” markalı avtomobildən oğurluq edilməsi ilə bağlı müşahidə kameralarının görünütülərinin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı görüntünün ilk saniyələrindən etibarən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər, əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olan şəxsin ilk olaraq ünvan 9 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus **-KS-*** dövlət qeydiyyat nişanlı ‘X15 Prado” markalı avtomobilə sol tərəfdən yaxınlaşaraq bir qədər kənardan avtomobilin içinə baxmaq üçün gəzişdiyi, daha sonra isə həmin avtomobilin qabaq sağ qapısına yaxınlaşıb həmin qapını açaraq qabaq sağ oturacağa əyləşərək avtomobilin salonunda nəsə axtardığı, daha sonra isə sağ oturağacm qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yeri açıb orada bir neçə saniyə axtarış apardıqdan sonra avtomobildən düşdüyü, avtomobildən düşərək uzaqlaşdığı müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu, həmin videogörüntünün xx.xx.2023-cü il tarixdə saat 22.00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus “Toyota Land-Cruiser Prado” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edərkən müşahidə kameraları tərəfindən qeydə alındığını, həmin vaxt Zərərçəkmiş şəxs1 məxsus “Toyota Land- Cruiser Prado” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 7763 manat pul oğurladığını bildirmişdir. “Video diskə baxış keçirilməsi” barədə 15 dekabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan görünür ki, ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilməsi ilə bağlı görüntülərin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı “WhatsApp Video 2023-10-16 at 09.21.55..” adlı fayldakı görünütiidə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər, əynində göy rəngli gödəkçə, qara rəngli köynək və qara rəngli şalvar olan şəxsin xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış avtomobillərin yaxınlığında gəzərək avtomobillərin içərisinə baxdığı, “WhatsApp Video 2023-10-16 at 09.21.56..” adlı fayldakı görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış “BMW” markalı avtomiblin sağ oturağacm qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yerdəki(bardaçok) pul kisəsindən 1100 ABŞ dolları pul oğurladığını bildirdiyi, baxış keçirilən videolardakı zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin əynindəki gödəkçələrin eyni gödəkçə olduğu vizual müşahidə zamanı müəyyən edildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər iki videogörüntıidəki şəxsin özü olduğunu, həmin videogörüntülərdən birincisinin xx.xx.2023-cü il tarixdə, saat 19 radolərində ünvan 5 ünvanın qarşısında saxlanılmış “BMW” markalı avtomibldən oğurluq edərkən müşahidə kameraları tərəfindən qeydə alındığını, həmin vaxt “BMW” markalı avtomiblin sağ oturağacının qarşısında quraşdırılmış əşyaların saxlanılması üçün nəzərdə tutulan yerdəki(bardaçok) pul kisəsindən 1100 ABŞ dolları pul oğurladığını, ikinci videonun isə həmin faktla bağlı aparılan araşdırma zamanı özünün icazəsi və razılığı ilə cinayəti törətməsini etiraf edərkən araşdırma aparan əməkdaş tərəfindən qeydə alındığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus **-KS-*** dövlət qeydiyyat nişanlı “X15 Prado” markalı avtomobildən oğurluq edilməsi ilə bağlı müşahidə kameralarının görünütüləri və ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilməsi ilə bağlı görüntülərin əks olunduğu 02 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 02 iyul 2011-ci il təvəllüdlü X3 anası X6, atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 25 iyul 2014-cü il təvəllüdlü X4 anası X6, atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 14 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar