Məhkəmə qərarları › İş №1(005)-115/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-115/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-115/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və üzərindən götürülmədən, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Qazax rayon İcra Hakimiyyəti başçısının bacısı oğlu kimi təqdim edərək, heç bir real imkana və səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial binalardan üç otaqlı mənzil almaqda köməklik edəcəyinə dair yalan vədlər verib aldadaraq, 05 iyun 2020-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin xəbər portalının inzibati binasında 800 (səkkiz yüz) manat, 25 iyul 2020-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 50 (əlli) manat, 26 iyul 2020-ci il tarixdə, saat 20:44-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 300 (üç yüz) manat, 26 iyul 2020-ci il tarixdə, saat 10:45-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 400 (dörd yüz) manat, 26 iyul 2020-ci il tarixdə, saat 00:49-da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 200 (iki yüz ) manat, 05 avqust 2020-ci il tarixdə, saat 19:45-də Bakı şəhəri. Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 150 (bir yüz əlli) manat, 05 avqust 2020-ci il tarixdə, saat 22:47-də Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi. 15 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 205 (iki yüz beş) manat, 10 avqust 2020-ci il tarixdə, saat 14:13-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 70 (yelmiş) manat, 10 avqust 2020-ci il tarixdə, saat 16:52-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 53 (əlli üç) manat, 11 avqust 2020-ci il tarixdə, saat 13:27-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 157 ünvanında yerləşən «Araz» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 100 (bir yüz ) manat, 11 avqust 2020-ci il tarixdə, saat 19:07-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 200 (iki yüz ) manat, 11 avqust 2020-ci il tarixdə, saat 01:26-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 500 (beş yüz) manat, 18 avqust 2020-ci il tarixdə, saat 14:43-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 350 (üç yüz əlli) manat, 03 sentyabr 2020-ci il tarixdə, saat 14.39-da ünvan 6 ünvanında yerləşən «Bazarstore» marketin içərisində quraşdırılmış «MilliÖn» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 95 (doxsan beş) manat, 10 sentyabr 2020-ci il tarixdə, saat 19:20-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 30 (otuz) manat, 16 sentyabr 2020-ci il tarixdə, saat 11:31-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 145 (yüz qırx beş) manat, 24 oktyabr 2020-ci il tarixdə, saat 15:34-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 190 (yüz doxsan ) manat, 27 oktyabr 2020-ci il tarixdə, saat 14:26-da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 20 (iyirmi) manat və 21 noyabr 2020-ci il tarixdə, saat 12:18-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən «Zaur» marketin içərisində quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 375 (üç yüz yelmiş beş) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 4.233 (dörd min iki yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 yaxın əlaqələrindən istifadə edib Cənubi Koreya Respublikasından «Kia-Optima» markalı avtomobil gətizdirə biləcəyinə dair yalan vədlər verib aldadaraq, ondan 06 aprel 2021-ci iltarixdə, saat 12:38-də Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 36 ünvanında yerləşən 1 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisində 3.800 (üç min səkkiz yüz) manat, 26 aprel 2021-ci il tarixdə, saat 11:21-də ünvan 9 ünvanında yerləşən «Bravo» marketdə quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 700 (yeddi yüz) manat və 29 aprel 2021-ci il tarixdə, saat 04:12-də Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 10 ünvanında olan zaman mobil proqram vasitəsilə öz hesabından Təqsirləndirilən şəxs «Rabitə» bank hesabına göndərdiyi 426 (dörd yüz iyirmi altı) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ kiçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 4.926 (dörd min doqquz yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə heç bir real imkana və səlahiyyətə malik olmadığı halda yaxın əlaqələrindən istifadə edib qısa müddəi ərzində X2 vəsiqəsinin alınmasında köməklik edəcəyinə dair yalan vədlər verib aldadaraq 03 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, 17 ünvanında yerləşən X15 Komissiyasının (TQDK) köhnə inzibati binasının qarşısında 400 (dörd yüz) manat və 05 sentyabr 2021-ci il tarixdə saat 14:30-da sonuncunun inzibatçı işlədiyi ünvan 12 ünvanında yerləşən «Sekret» hotelin qarşısında 500 (beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs Nofəl Qasımova ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 özünü Qazax rayon İcra Hakimiyyəti başçısının bacısı oğlu kimi təqdim edərək, ona "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial binalardan üç otaqlı mənzil almaqda köməklik edə biləcəyini söz vermiş və ondan hissə-hissə olmaqla ümumilikdə 4.100 manat almışdır. Həmin məbləğdən bu günə kimi Rəşada cəmi 1.800 manat qaytarmışdır. Zərərçəkmiş şəxs2 Cənubi Koreya Respublikasından avtomobil gətizdirə biləcəyini deyərək ondan hissə-hissə olmaqla ümumilikdə 4.926 manat almışdır. Həmin məbləğdən Cavidə hər hansı bir məbləğdə pul qaytarmamışdır. X2 vəsiqəsinin alınmasında köməklik edəcəyinə söz verməklə ondan ümumilikdə 900 manat almışdır. Hazırda onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxslərdən ələ keçirdiyi pulların hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, «İnstaqram» sosial şəbəkəsində "xxxx" MMC-də xəbər portalının təsisçi direktoru kimi fəaliyyət göstərir. 2020-ci ilin iyun ayında səhifəsində Qazax Rayon İcra Başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşov barəsində paylaşım etmişdir. Həmin paylaşmanın səhifəsindən silinməsi üçün özünü Rəcəb Babaşovun bacısı oğlu kimi təqdim edən Təqsirləndirilən şəxs ona müraciət etmiş və onun xahişini yerinə yetirdikdən sonra Elşən texniki xidmətlərin ödənişi üçün ona 800 manat borclu qalmışdır. Həmin pulu qısa müddətdə ödəyəcəyini vəd etmiş, lakin bir müddət sonra Elşən ona zəng vuraraq pulu verə bilmədiyini demiş və ona əlavə olaraq pul verməsini, bunun müqabilində ona "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən Ruslan adlı dostunun vasitəsi ilə mənzil verdirəcəyini təklif etmiş, yəni onu növbəyə saldıracağını vəd etmişdir. Elşənə inanaraq 05 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC xəbər portalının inzibati binasında 800 manat pulu onun əvəzindən təkzib materialının hazırlanması üçün 25 xəbər səhifəsini hazırlayan montaj operatorlarına ödəmiş, bundan sonra hissə-hissə olmaqla, müxtəlif vaxtlarda post terminal vasitəsilə ümumilikdə ona 4.233 manat pul göndərmişdir. Həmin ödəmə qəbzlərini hazırda özündə saxlamış və surətlərini Yasamal RPİ-də araşdırma zamanı təqdim etmişdir. Elşənə sonuncu dəfə pulu göndərdikdə ona 10 gün ərzində evə köçəcəyinə söz vermiş, onun sözünə inanıb dediyi vaxtı gözləmiş, lakin hər dəfə olduğu kimi Elşən sözünə əməl etməyib müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona görə Elşənin pulunu ələ keçirərək onu aldatdığını başa düşüb verdiyi pulları tələb elməyə başlamışdır. Elşən isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmaqda davam etmiş, buna görə də Elşəndən rəsmi olaraq ərizə ilə şikayət etmişdir. Hazırda Elşən ona 1400 manat pul qaytarmışdır. Pulu tam olaraq qaytarılmadığına görə Elşəndən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci il aprel ayında təsadüfən dostu Sənanın vasitəsi ilə tanımış, belə ki, həmin ərəfədə özünə avtomobil almaq istəmiş və dostu Sənan ona çayxanada tanış olduğu, avtomobil alqı-satqısı ilə məşğul olan Elşən adlı şəxsi tanıdığını bildirmiş və ona Elşənin telefon nömrəsini vermişdir. Sonra Elşənin mobil nömrəsinə zəng edib onunla danışıb görüşmüş, söhbət zamanı Elşən ona Koreya və digər xarici dövlətlərdən müxtəlif markalı avtomobillər gətirib onların satışı ilə məşğul olmasını bildirmiş, hətta Elşən onun whatsapp nömrəsinə müxtəlif avtomobillərin şəkillərini göndərmiş, bir müddət bu barədə onların whatsapp yazışmaları olmuşdur. Ona inanaraq «Kia-Optima» markalı avtomobil gətirməsini xahiş etmiş, həmin vaxt Elşən ona həmin avtomobili 25.000 manata gətizdirə biləcəyini demiş və ondan ilkin olaraq avtomobilin gətirilməsi üçün beh formasında 3.800 manat pul istəmiş, Elşənlə razılaşaraq ona pulu notarial qaydada verəcəyini bildirmiş və Elşən onunla razılaşmışdır. Sonra Elşənlə birlikdə 06.04.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı Bakı ASAN xidmət mərkəzində yerləşən notariat ofisində kredit müqaviləsi bağlamış və ona 3.800 manat pulu vermiş, həmin vaxt 100 manat notarius xərci çıxmışdır. 26 aprel 2021-ci il tarixdə Elşən ona zəng edərək istədiyi avtomobili Gürcüstan Respublikasının Tbilisi şəhərinə gətirdiyini və oradakı gömrük xərclərinin artdığını bildirmiş və 700 manat əlavə pul lazım olduğunu demiş, həmin məbləği ünvan 13 ünvanında yerləşən «Bravo» marketdə quraşdırılmış «E-Manat» onlayn ödəniş aparalı vasitəsi ilə Elşənin «Rabitə» bank hesabına göndərmişdir. 29 aprel 2021-ci il tarixdə Elşən yenidən ona zəng edərək avtomobilin artıq gömrükdə olduğunu bildirmiş və DYP-dən **-TO-*** dövlət qeydiyyat nişanı almaq üçün əlavə 426 manat pul lazım olduğunu demiş, həmin vaxt faktiki yaşadığı ünvan 14 ünvanında olduğu üçün mobil proqram vasitəsi ilə özünün «Rabitə» bank hesabından 427 manat pulu Elşənin «Rabitə» bank hesabına göndərmiş, bununla da Elşənə Koreyadan ona avtomobil gətirməsi üçün ümumilikdə 5.026 manat pul vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Elşən maşını gətirib ona təhvil verməmiş və Elşənin onu aldatdığını başa düşmüş, hətta Elşən müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmış, ondan pulunu qaytaramsını tələb etdikdə Elşən onu aldadıb qaytarmamış və vaxtı uzatmağa başlamışdır. Ona görə də məcbur olub polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından tanımışdır. Belə ki, Elşən onun işlədiyi otelə müştəri kimi gəlib-getmiş, onunla normal münasibəti olmuşdur. 2021-ci ilin avqust ayının axırlarında Elşən oteldə olarkən təsadüfən aralarında olan söhbət zamanı nə işlə məşğul olduğunu soruşduqda o, Gürcüstan Respublikasından «Pirius» avtomobilləri gətirib Bakı şəhərində satmaqla məşğul olmasını bildirmişdir. Həmin vaxt ona avtomobil almaq istədiyini bildirmiş, lakin sürücülük vəsiqəsi olmadığını demişdir. Bu zaman Elşən sürücülük vəsiqəsi almağa imkanı olduğunu və ona sürücülük vəsiqəsini almaqda köməklik göstərə biləcəyini bildirmişdir. Sonra isə Elşən bir az kənara çəkilərək telefonda kiminləsə danışmış və vəsiqənin tez bir zamanda düzəlməsi üçün 900 manat pul lazım olduğunu ona demiş, hətta Elşən onu inandırmaq üçün pulun yarı hissəsini əvvəl, vəsiqə hazır olandan iki gün əvvəl isə qalan hissəsini verməli olduğunu demişdir. Ona inandığı üçün razılaşmış və ona ilkin olaraq 400 manat pul vermiş, 2 gün keçdikdən sonra isə Elşən ona zəng edərək vəsiqənin hazır olduğunu bildirmiş və pulun qalan hissəsini də verməsini demiş, hətta 3x4 ölçüdə iki ədəd fotoşəkilini istəmişdir. Daha sonra Elşənlə görüşərək ona 500 manat pul və fotoşəkilləri vermişdir. Bir müddət keçdikdən sonra Elşənlə əlaqə saxlamış, lakin Elşən zənginə cavab verməmişdir. Elşənin onu aldatmasını başa düşərək barəsində Yasamal RPİ-nin istintaq şöbəsində cinayət işi açılmasını eşidərək ondan şikayət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 15 ünvanında yerləşən Zaur Marketdə olan “eManat” terminalının 26.07.2020, 05.08.2020, 10.08.2020, 11.08.2020, 18.08.2020. 24.10.2020, 10.09.2020, 16.09.2020-ci il tarixli qəbzlərindən görünür ki, müvafiq olaraq 300 manat, 150 manat, 205 manat, 350 manat, 70 manat, 500 manat, 200 manat,190 manat, 30 manat, 145 manat Təqsirləndirilən şəxs bank hesablarına ödənilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzinini notariat ofisoidə rəsmiləşdirilmiş 26 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixinədək 3800 manat məbləğində borc vermişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küşəsi 231/233 ünvanında yerləşən Bravo Marketdə olan “eManat” terminalının 26.04.2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs bank hesabına 700 manat pul ödənilmişdir. İnternet üzərindən 29.04.2021-ci il tarixli ödənişin surətindən görünür ki, Rabitəbank hesabına 427 manat pul ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 326.1, 66.2, 66.3-cü maddələri ilə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06.03.2018-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik tətbiq edilərək Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi və 400 manat ziyan vurmaqla dələduzluq hissəsi hökmdən xaric edilmiş və cəzası 01 il azaldılaraq 03 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 23.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-385/2016 nömrəli, 16.11.2016-cı iı tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-593/2018 nömrəli, 06.03.2018-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2016-ci il tarixli hökmündən CM-in 178.2.4-cü maddəsi və təqsirləndirilən şəxsin təkrarən 10.01.2016-cı ildə zərərçəkmiş şəxsə 400 manat ziyan vurmaqla dələduzluq etmək hissəsi xaric edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2016-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1(bir) il azaldılmışdır. “Tutma haqqında” 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-yə gətirilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 21-1/167941-15 nömrəli, 28.10.2021-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin1(006)-199/2021 saylı, 08.06.2021ci il tarixli hıkmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsinə gələrək qeydiyyatdan keçdiyindən onun çəkilməmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-635/2021 nömrəli, 28.10.2021-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27.10.2021-ci il tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-163/2021 nömrəli, 14.12.2021-cı il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və o, Nəsimi Rayon Məhkəməsinin 1 (006)-199/2021 saylı, 08.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Beləliklə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 -ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxsnın əməlindən səmimi peşmanlıq çəkməsini, Zərərçəkmiş şəxs1 dəyən ziyanı qismən ödəməsini, himayəsində 29.05.2020-ci il təvəllüdlü azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3.2-83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə vaxtından hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-385/2016 nömrəli, 16.11.2016-cı iı tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 593/2018 nömrəli, 06.03.2018-cı il tarixli qərarı ilə həmin cəza azaldılmış və 23.02.2019cu il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Beləliklə də, CM-in 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad edildiyi, yəni 23.02.2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 05 iyun 2020-03 sentyabr 2021-ci il tarixlərdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi iş saatlarına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 27 oktyabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi iş saatlarına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar