Məhkəmə qərarları › İş №1(005)-115/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-115/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-115/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumlugu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və ələ alma yolu ilə rüşvət verməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin Tibb xidməti rəisi-tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən tibb xidməti leytenantı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncuya hərbi xidmətdən tərxis olunmasına kömək edəcəyini yalandan vəd edib, bu işə görə 10000 (on min) manat pul vermək lazım gəldiyini bildirərək,həmin məbləği Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə verməklə sonuncuların vasitəsi ilə xidmət etdiyi ordu sıralarından tərxis olunmasını təşkil etmək adı ilə, 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanda yerləşən «Bravo» marketin qarşısında 5000 manat, bundan sonra 16 mart 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən çayxanada isə 5000 manat, cəmi 10000 (on min) manat pulunu vahid qəsdlə alıb ələ keçirməklə ona qarşı dələduzluq edərək xeyli miqdarda ziyan vurmuş və eyni zamanda bu hərəkətləri ilə Zərərçəkmiş şəxs ələ alma yolu ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə 10000 (on min) manat məbləğində rüşvət verməyə sövq edib, cinayət törətməyə təhrik etmişdir. Beləliklə Təqsirləndirilən şəxs CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən,yəni CM-nin 178.2.4 maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər hərbi xidmətdə olmuş və ordu sıralarından tərxis olunmuşdur. Belə ki, 1992-ci ilin əvvəlindən 2000-ci ilin fevral ayına qədər Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində şəxsi heyyətin təlim-tərbiyyə işləri üzrə bölük komandirinin müavini vəzifəsində işləmişdir. Xidmət etdiyi illərdə Tərtər və Fizuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlərdə yaralanmış, İİİ qrup müddətsiz Qarabağ əliliyi almışdır. 2000-ci ilin fevral ayının 26-da ordu sıralarından tərxis olunmuşdur. 2022-ci ilin təxminən yanvar-fevral aylarında tanışı Şahid3 ona bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini, sonuncunun ona kömək edəcək adam axtardığını bildirmişdir. Ordudan tərxis olunmanın prosedur qaydalarını bildiyi üçün, o, Nazimə, çalışıb kömək edərəm, demişdir. Bundan sonra Nazim bir gün ona zəng vurub adamın «Lider TV»nin yanında olduğunu və çayxanaya gəlməsini demişdir. Odur ki, çayxanaya gəlmiş və onu gözləyən Nazimlə görüşüb içəri girdikdə orada Əlyarın həmişə çayxanaya gələn üzdən tanıdığı Veysəl həkimlə stolda əyləşdiyini görmüşdür. Nazim onu Əlyara təqdim edib, onun kömək edəcəyini demiş, Əlyar isə kömək edim, hörmətimi də edəcək, demişdir. O, həmin vaxt maddi sıxıntı keçirdiyinə görə Əlyarın pulunu ələ keçirmək fikrinə düşmüş və sonuncuya, sənə köməklik edərəm, demişdir. O, əvvəllər hərbi hissədə şəxsi heyyət üzrə komandir müavini işlədiyi üçün, ordudan hansı yollarla tərxis olunmaq barədə anlayışı olmuşdur. Odur ki, Əlyarın pulunu alıb «şərəf məhkəməsi» yolu ilə onun ordudan tərxis olunmasını təşkil edəcəyimi deyib, Əlyarı inandırıb pulunu ələ keçirmək məqsədi ilə, orduda yaxından tanıdığı şəxslərin olduğunu, həmin şəxslərin köməyi ilə onun ordudan tərxis olmasını təşkil edəcəyini demişdir. Bu məqsədlə 2022-ci il ilin yanvar ayında yaşadığı evə yaxın olan Azadlıq prospektindəki «Bravo» marketin qarşında 5000 manat, mart ayında isə həmin yerə yaxınlıqda yerləşən çay evində 5000 manat, cəmi 10000 manat pulunu almışdır. Əlyardan pulu alarkən yanlarında heç kim olmamışdır. Əlyarın «şərəf məhkəməsində» çıxışına dair mətn hazırlayıb onun telefonunun «votsapına» göndərmişdir. Bir müddət sonra, təxminən iyun ayında, Əlyar ona, barəsində «şərəf məhkəməsində» ordudan tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirmişdir. Təxminən bir ay sonra Əlyar zəng edib ordudan tərxis olmasına imtina verildiyini, işi düzəlmədiyini, pulunu qaytarmasını demişdir. O, pulu xərclədiyi üçün Əlyara pulunu qaytaracağını, odur ki, gözləməsini demişdir. Təxminən avqust ayının 20 də Əlyarın şəxsən özünə 2000 manat, sentyabr ayının 11-də isə atası Bəxşişə 3000 manat pul qaytarmış, qalan 5000 manatı hissə-hissə qaytaracağını bilirmişdir. Əlyara 2000 manat qaytaranda, növbəti 3000 manat pulu sentyabr ayının 12-də qataracağını vəd etmişdir. Lakin pulu bir gün tez topladığından sentyabr ayının 11-də Əlyara zəng vurub pulu götürməsini dedmiş, Əlyar, «xidmətdəyəm, atam gəlir, ona verərsən demiş», odur ki, o, pulu atası Bəxşişə vermişdir. Hazırda Əlyara heç bir borcu qalmayıb, zərəri tam ödəyib, peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi həkim kimi qulluq edir. Ailə vəziyyəti ilə əlaqədar xidmət etdiyi ordu sıralarından tərxis olunmaq istəsə də, tərxis oluna bilməmiş, odur ki, bu işdə ona kömək edəcək adam axtarmış, bu barədə Saqi adında tanışı vasitəsi ilə keçmiş hərbi həkim Şahid4lə tanış olmuşdur. Veysəl isə onu Şahid3 adında keçmiş hərbi həkimlə tanış etmiş, Nazim həkim isə onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs onunla təklikdə söhbət edib qardaşı Elnur Məmmədovun orduda yüksək vəzifə tutduğunu, eləcə də orduda yüksək vəzifədə işləyən tanışlarının olduğunu, odur ki, 10.000 manat pul müqabilində sonuncuların vasitəsi ilə onu ordudan tərxis etdirəcəyini vəd etmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə ondan Bakı şəhəri, Azadlıq prospektində yerləşən «Bravo» marketin qarşısında 5000 manat, xx.xx.2022-ci il tarixdə isə həmin marketin yaxınlığındakı çayxanada qalan 5000 manat, cəmi 10000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu «şərəf məhkəməsi» vasitəsi ilə ordudan tərxis edəcəklərini deyib, ondan sənədlərinin surətini telefonun votsap ünvanına göndərməsini demiş, sonra ona «şərəf məhkəməsində» çıxış etmək üçün hazırladığı mətni ona mesajla göndərmiş, o həmin mətnlə məhkəmədə çıxış etsə də nəticədə onun ordudan tərxis olunmasına icazə verilməmiş, bu səbəbdən Toğruldan pulunu qaytarmasını tələb etmişdir. Togrul məsələni uzatmış və avqust ayında ona 2000 manat, sentyabr ayında isə atası Bəxşişə verməklə 3000 manat pul qaytarmış, pulun qalan hissəsini qaytarmaqdan imtina etdiyindən, o, bu barədə şikayət ərizəsi yazmışdir. Hazırda ona dəyən zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahis qismində dindirilmiş Şahid2 oglu oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında dostu MN-nin N saylı hərbi hissənin sabiq komandiri Şahid1lə birlikdə olanda Kamilin tanışı Goranboyda həkim işləyən Bəxşiş adlı şəxs zəng edib kiminsə onun oğlu Zərərçəkmiş şəxs ordudan tərxis olunmaq üçün pul alıb aldatdığını deyib, oğlu ilə görüşməsini xahiş etmişdir. Odur ki, onlar Bəxşişin oğlu Əlyarla Neftçibazanın yanında görüşmüşlər. Əlyar ordudan tərxis olunmaq istədiyini və bu məqsədlə bir nəfərin ondan 10000 manat pulunu aldığını, nə işi düzəltmədiyini, nə də ki, pulunu qatarmadığını, uzatdığını demişdır. Odur ki, onlar bir iki gün sonra Neftçibazanın yaxınlığında Bravo marketin qarşısında Toğrul adlı şəxslə görüşdükdə, Toğrul, işi düzəltməyə görə Əlyardan 10000 manat pul aldığını və pulu kiməsə verdiyini, lakin işin uzandığını demişdir. Belə deyəndə Kamil, Əlyarın atasının pulu qaytarmasını tələb etdiyini dedikdə, Toğrul pulu işi düzəldən kimlərəsə verdiyini, ayın sonuna qərər həmin adamdan götürüb qaytaracağını demişdir. Lakin ayın sonu pul qatarılmamışdır. Kamil Türkiyəyə müalicəyə getdiyi üçün ondan bu işlə məşğul olmasını, görüşə getmək lazım olarsa Əlyarla bir yerdə getməsini xahiş etmişdir. İyulun əvvəlləri Bəxşiş şəhərə gəlmiş və o, Əlyar və Bəxşişlə birlikdə Toğrul ilə görüşmüşlər. Bəxşiş Toğrul ilə danışmış və işi düzəltmədiyi üçün pulu qaytarmasını tələb etmişdir. Toğrul, işi görmüşdüm, yarımçaq qaldı, darıxmayın düzələr dedikdə, Bəxşiş, iş lazım deyil, pulu qaytar demişdir. Toğrul pulu kimə lazımdır vermişəm, işin bir hissəsi görülüb, vaxt lazımdır ki, mən pulu yığıb hissə-hissə qaytarıb verim deyib, cavab vermişdir. Bundan təxminən 10 gün sonra Toğrul Əlyara 2000 manat qaytarmışdır. Təxminən sentyabr ayının əvvəllərində Əlyar ona zəng vurub, işdən çıxa bilmədiyi üçün, Toğrulun pulun bir hissəsini qaytarmaq istədiyini, odur ki, atası Bəxşişlə gedib pulu götürməsini xahiş etmişdir. Odur ki, Bəxşişlə “Lider TV»-nin yanında çayxanada Toğrul ilə görüşmüşlər və Toğrul sayıb 3000 manat pulu Bəxşişə vermişdir. Bəxşiş pulun qalanını nə vaxt verəcəksən deyib soruşduqda, Toğrul kobud cavab verib, nə vaxt olarsa qaytararam demişdir. Bu vaxt stola sonradan adını bildiyim Veysəl həkim yaxınlaşmış və o da Toğrula camaatın pulunu qaytar demişdir. Toğrul isə nə vaxt imkanım olar qaytararam demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oglu oğlu ifadəsində göstərmişdir ki, keçmiş hərbi həkimdir. Təxminən 2022-ci ilin əvvəllərində çayxanada oturub çay içərkən çoxdan tanıdığı Veysəl həkim sonradan adını bildiyi Əlyarla ona yaxınlaşmış və Veysəli onunla tanış etmişdir.Həmin vaxt o çoxdan tanıdığı Togrul Məmmədovla oturub çay içirdi. Söhbət əsnasında Əlyarın hərbi həkim olmasını və psixoloji problemləri ilə bağlı tərxis ounmaq istəyini və ona kömək lazım olmasını bilmişdir. Oda demişdir ki, belə işlərdən başı çıxmır. Bu vaxt onunla stolda oturan Togrul demişdir ki, Əlyara kömək edə bilər.Ondan sonra onlar ayrılmışlar və onları daha sonda görməmişdir. 2022-ci ilin sentyabr ayında Veysəl ona zəng vurub Togrulun Əlyardan pul almasını, lakin işidə düzəltmədiyini və pulun qaytarılmasında köməklik göstərməsini xahiş etmişdir. O, həmçinin Əlyarın xahişi ilə tanışı Təqsirləndirilən şəxs onunla tanış etdiyini, sonuncular iş barədə təklikdə söhbət etdiklərini, Toğrulun Əlyardan hansı məbləğdə pul aldığını və pulu kimə verdiyini bilmədiyini, bu barədə Şahid4 zəngindən sonra bildiyini və sonuncunun xahişi ilə Toğrula zəng edib Əlyarın pulunu qaytarmasını dediyini, sonuncu isə Əlyardan 5000 manat pul aldığını və həmin məbləği də qaytardığını ona demişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5, Şahid1 oglu və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X3 məhkumlugu olmayan şəxsdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, şübhəli şəxs X3 31 oktyabr 2022ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.4, 32.4, 312.1 maddəsi ilə təqsirləndirilən X3 barəsində 10 yanvar 2023-cü il tarixə kimi həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş kompakt diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi 077 (070)-750-56-86 nömrəli «Whatsapp» nömrəsi ilə əlaqə saxlanıldığı, həmin nömrə ilə işə aid yazılı və səsli mesajlaşma aparıldığı, sonuncunun 10000 manat pul almasına dair, eləcə də Zərərçəkmiş şəxs ordudan tərxis olunması barədə «şərəf məhkəmə»sində edəcəyi çıxışın mətninin sonuncuya göndərildiyi müəyyən eldilmişdir. Zərərçəkmiş şəxs oglunun notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, X3 ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; İşdə olan 53 MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X3 barəsində seçilmiş həbs qətimkan tədbiri 10 yanvar 2023-cü il tarixə kimi ev dustaqlağı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(006)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə X3 həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə həmin hissədə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Cinayət Məcəlləsinin 32.4-ci maddəsinə əsasən - Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət Məcəlləsinin 312.1 maddəsinə əsasən-rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X1 zərərçəkmiş şəxsə ziyanı tam ödənilməsini, 3-cü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, 1-ci qarabag müharibəsi veteranı olmasınə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsin nəzərə alır, həmçinin təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 CM-in 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, həbsdə və ev dustaqlıgında saxlanıldığı 05 ay 7 gün (xx.xx.2022-xx.xx.2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut votzapp yazışmalarına dair -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 həbsdə və ev dustaqlıgında saxlanıldığı 05 ay 7 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 10 ay 14 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il, 7 (yeddi) ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X3 barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut votzapp yazışmalarına dair -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar