Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-115/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi –De Fendo Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1972-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12 dekabr 2023-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları satılan mağazaya müştəri qismində daxil olaraq, işçilərin başının qarışıq olmasından istifadə edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə vitrində olan 01 ədədi 31,60 manat olmaqla 252,8 manat dəyərində 08 ədəd “GÜLBEN VİNTİL GÖY QULP 1-1/2 Fl-1/2 GN31001Q/21P/6” markalı, 01 ədədi 21 manat olmaqla 231 manat dəyərində 11 ədəd “GÜLBEN VİNTİL GÖY QULP Fl-l/4*Fl-l/4 GN31001 Q/30” markalı, 01 ədədi 23,70 manat olmaqla 402,90 manat dəyərində 17 ədəd “VİNTİL GÖY QULP XTR31001 Fl-1/2 Q/20 P/5 X” markalı, 01 ədəd 8,40 manat olmaqla 84 manat dəyərində 10 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY Fl/2 M1/2Q/120P/3” markalı, 01 ədədi 12,90 manat olmaqla 116,10 manat dəyərində olan 09 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY F3/4 M3/4Q/120P/3” markalı, 01 ədədi 4,70 manat dəyərində olmaqla 42,30 manat dəyərində olan 09 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK GÖY Fl/2*Fl/2 GN34001 Q/150” markalı, 01 ədədi 6,10 manat dəyərində olmaqla 67,10 manat dəyərində 11 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK QİRMİ.Fl/2*Ml/2 GN34032Q/150” markalı, 01 ədədi 3,90 manat olmaqla 35,10 manat dəyərində 09 ədəd “VİNTİL KƏPƏNƏK QARA(QİRM) XTR34031 Fl/2 Fl/2 Q200X” markalı, 01 ədədi 6,40 manat dəyərində olmaqla 147,20 manat dəyərində 23 ədəd “VİNTİL KƏPƏNƏK SARİF3/4*M3/4Q/60P/10X” markalı, 01 ədədi 9,10 manat dəyərində olmaqla 72,80 manat dəyərində 08 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK SARİ F3/4*M3/4 GN34003 Q/108” markalı, 01 ədədi 6,10 manat dəyərində olmaqla 30,50 manat dəyərində 5 ədəd “GÜLBEN VİNTİL SARİ QULP 1/2 Fl/2*M1/2 GN31005Q/105” markalı, 01 ədəd 14,20 manat olmaqla 227,20 manat dəyərində 16 ədəd “ VİNTİL SARİ QULP XTR31004 Fl-l/4*Fl-l/4 Q/30X” markalı, 01 ədədi 3,90 manat dəyərində olmaqla 35,10 manat dəyərində 9 ədəd “VİNTİL SARİ QULP XTR31004 Fl/2*Fl/2 Q/80 P/20X” markalı, 01 ədədi 15,30 manat dəyərində olmaqla 153 manat dəyərində 10 ədəd “TESCO SUŞİLKA VİNTİLİ XROM 1/2 KV103 Q/70 P/6” markalı vintilləri, 01 ədədi 3,75 manat olmaqla 71,25 manat dəyərində 19 ədəd “Hilfan Amerikanka çöl 26*3/4 P/10 Q60” markalı amerikankanı, 01 ədədi 16,30 manat dəyərində olmaqla 391,20 manat dəyərində 24 ədəd “HENKEL TANGİT 160M Q/20” markalı, 1 ədəd “HENKEL TANGİT 80M Q/20” markalı tangitləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2615,75 (iki min altı yüz on beş manat yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər evli olsa da, sonradan boşanmış və bir azyaşlı uşağa görə ayda 50 manat aliment pulu ödəyir. 2023-cü ilin noyabr ayını sonlarından yaşadığı Tovuz rayonundan çıxaraq işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlib iş axtarsa da, işləmək üçün iş tapıb işləyə bilməmiş və pulu qurtardığı üçün maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2023-cü ilin dekabr ayının əvvəllərindən xx.xx.2024-cü mil tarixədək olan müddət ərzində bir neçə dəfə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" inşaat materialları mağazasına gedərək işçilərin başının qarışıq olmasından istifadə edərək vitrində olan müxtəlif su və qaz kranı götürüb əynində olan şalvar və gödəkcənin cibinə yığaraq mağazanı tərk edərək sataraq pul əldə etmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" inşaat materialları mağazasına getmişdir. Həmin vaxt o, "xxxx" inşaat materialları mağazasında gəzişməyə başlamış və işçilərin başının qarışıq olmasından istifadə edərək vitrində olan təxminən bir neçə su və qaz kranı götürüb əynində olan şalvar və gödəkcənin cibinə yığaraq mağazanı tərk etmişdir. Bundan sonra o, oğurlamış olduğu kranları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” adlanan bazarda tanımadığı şəxslərə sataraq 70 manat pul əldə edərək şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, yenidən oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" inşaat materialları mağazasına getmişdir. Həmin vaxt o, "xxxx" inşaat materialları mağazasında müştəri kimi içəridə gəzərək vitrində olan mallara baxmağa başlamış və həmin vaxt mağazanın işçiləri onu ofisə dəvət edib mağazadan oğurluq etdiyindən məlumatları olduğunu bildirmişlər. O da yalan danışmağın mənasız olduğunu görüb mağazadan oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra mağazanın işçiləri bu barədə polisə məlumat vermişlər və polis əməkdaşları gələrək onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Orada o, törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o rəsmi olaraq "xxxx" MMC-nin baş ofisində hüquqşünas kimi işləyir. Nümayəndəsi olduğu "xxxx" MMC-nin Bakı şəhərində müxtəlif ünvanlarda mağazaları var və həmin mağazalardan biri də ünvan 3 ünvanında yerləşir. 13 yanvar 2024-cü il tarixdə adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin nümayəndəsi olduğu "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mağazaya müştəri qismində daxil olaraq işçilərin başının qarışıq olmasından istifadə edərək oğurluq etdiyini öyrənmişdir. Mağazada qurşadılmış müşahidə kameralarına baxan zaman Təqsirləndirilən şəxs 12; 14; 15; 16; 18; 22; 26; 29 dekabr 2023-cü il və 02; 05; 08; 11 yanvar 2024-cü il tarixlərində "xxxx" MMC-yə məxsus mağazaya müştəri qismində gələrək işçilərin başının qarışıq olmasından istifadə edərək vitrində olan vintil və tangitləri əynində olan paltarlarını ciblərinə yığaraq oğurlaması müəyyən edilmişdir. Buna görə də, mağazadan konkret olaraq nələrin oğurlanmasını aşkar edilməsi məqsədi ilə yoxlama aparılan zaman 01 ədədi 31,60 manat olmaqla 252,8 manat dəyərində 08 ədəd “GÜLBEN VİNTİL GÖY QULP 1-1/2 Fl-1/2 GN31001Q/21P/6” markalı, 01 ədədi 21 manat olmaqla 231 manat dəyərində 11 ədəd “GÜLBEN VİNTİL GÖY QULP Fl-l/4*Fl-l/4 GN31001 Q/30” markalı, 01 ədədi 23,70 manat olmaqla 402,90 manat dəyərində 17 ədəd “VİNTİL GÖY QULP XTR31001 Fl-1/2 Q/20 P/5 X” markalı, 01 ədəd 8,40 manat olmaqla 84 manat dəyərində 10 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY Fl/2 M1/2Q/120P/3” markalı, 01 ədədi 12,90 manat olmaqla 116,10 manat dəyərində olan 09 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY F3/4 M3/4Q/120P/3” markalı, 01 ədədi 4,70 manat dəyərində olmaqla 42,30 manat dəyərində olan 09 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK GÖY Fl/2*Fl/2 GN34001 Q/150” markalı, 01 ədədi 6,10 manat dəyərində olmaqla 67,10 manat dəyərində 11 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK QİRMİ.Fl/2*Ml/2 GN34032Q/150” markalı, 01 ədədi 3,90 manat olmaqla 35,10 manat dəyərində 09 ədəd “VİNTİL KƏPƏNƏK QARA(QİRM) XTR34031 Fl/2 Fl/2 Q200X” markalı, 01 ədədi 6,40 manat dəyərində olmaqla 147,20 manat dəyərində 23 ədəd “VİNTİL KƏPƏNƏK SARİF3/4*M3/4Q/60P/10X” markalı, 01 ədədi 9,10 manat dəyərində olmaqla 72,80 manat dəyərində 08 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK SARİ F3/4*M3/4 GN34003 Q/108” markalı, 01 ədədi 6,10 manat dəyərində olmaqla 30,50 manat dəyərində 5 ədəd “GÜLBEN VİNTİL SARİ QULP 1/2 Fl/2*M1/2 GN31005Q/105” markalı, 01 ədəd 14,20 manat olmaqla 227,20 manat dəyərində 16 ədəd “ VİNTİL SARİ QULP XTR31004 Fl-l/4*Fl-l/4 Q/30X” markalı, 01 ədədi 3,90 manat dəyərində olmaqla 35,10 manat dəyərində 9 ədəd “VİNTİL SARİ QULP XTR31004 Fl/2*Fl/2 Q/80 P/20X” markalı, 01 ədədi 15,30 manat dəyərində olmaqla 153 manat dəyərində 10 ədəd “TESCO SUŞİLKA VİNTİLİ XROM 1/2 KV103 Q/70 P/6” markalı vintilləri, 01 ədədi 3,75 manat olmaqla 71,25 manat dəyərində olan 19 ədəd “Hilfan Amerikanka çöl 26*3/4 P/10 Q60” markalı amerikankanı, 01 ədədi 16,30 manat dəyərində olmaqla 391,20 manat dəyərində 24 ədəd “HENKEL TANGİT 160M Q/20” markalı, 01 ədədi 12,2 manat dəyərində olmaqla 256.20 manat dəyərində “HENKEL TANGİT 80M Q/20” markalı tangitlərin oğurlanması aşkar etmişlər. Buna görə də, 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mağazaya gələn bu barədə MMC-nin hüquq şöbəsinə məlumat verilmiş və o, bu barədə ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə məlumat verdim. Həmin hadisə nəticəsində nümayəndəsi olduğu "xxxx" MMC-yə ümumilikdə 2615,75 manat maddi ziyan dəymişdir. O, ilkin ərizə və izahatında mağaza işçilərinin təxmini hesablamalarına əsasən maddi ziyanın 2544 manat olduğunu bildirmişdir. Sonradan isə daha dəqiq hesabat aparan zaman onlara dəymiş maddi ziyanın 2615,75 manat olmasını müəyyən etmişlər.Hazırda zərər ödənilməyib, şikayətçidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasında baş vermişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 12; 14; 15; 16; 18; 22; 26; 29 dekabr 2023-cü il və 02; 05; 08; 11 yanvar 2024-cü il tarixlərində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları satılan mağazada baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd “DVD” formatlı diski istintaqa təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X2 alınmış xx.xx.2024-cü il tarixli, 1/1400 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Respublika Psixiatriya Xəstəxanası” X8 alınmış xx.xx.2024-cü il tarixli, 4842 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 9/4406 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda malların istifadə olunmamış vəziyyətdə 2023-cü ilin dekabr-2024-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 190,20 manat müəyyən edilir. Digər 03 adda mallar təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadı.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP 1-1/12 F1-1/2 GN31001 Q/21 P/6” markalı, 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP F1-1/2 Q/30” markalı, 01 ədəd “VİNTİL GÖY QULP XTR31001 F1-1/2 Q/20 P/5” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY F1/2 M1/2Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK. GÖY F3/4 M3/4Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK GÖY F1/2/F1/2 GN34032G/150” markalı, 01 ədəd “VİNTİL KƏPƏNƏK SARİ F3/4/M3/4Q60P/10X” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK SARİ F3/4*M3/4 GN34003 Q/108” markalı, 01 ədəd “HENKEL TANGİT 160 M Q/20” markalı, 01 ədəd “HENKEL TANGİT 80 M Q/20”markalı, 01 ədəd “VİNTİL SARİ QULP XTR31004 F1/2*F1/2 Q/80 P/20X” markalı, 01 ədəd “TESCO SUŞİLKA VİNTİL XROM ½ KV103 Q/70 P/6” markalı, 01 ədəd “Hilfan Amerikanka çöl 26/3/4 P/10 Q60” markalı inşaat materialları maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut Omid” MMC-yə məxsus 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP 1-1/12 F1-1/2 GN31001 Q/21 P/6” markalı, 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP F1- 1/2 Q/30” markalı, 01 ədəd “VİNTİL GÖY QULP XTR31001 F1-1/2 Q/20 P/5” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY F1/2 M1/2Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK. GÖY F3/4 M3/4Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK GÖY F1/2/F1/2 GN34032G/150” markalı, 01 ədəd “VİNTİL KƏPƏNƏK SARİ F3/4/M3/4Q60P/10X” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK SARİ F3/4*M3/4 GN34003 Q/108” markalı, 01 ədəd “HENKEL TANGİT 160 M Q/20” markalı, 01 ədəd “HENKEL TANGİT 80 M Q/20”markalı, 01 ədəd “VİNTİL SARİ QULP XTR31004 F1/2*F1/2 Q/80 P/20X” markalı, 01 ədəd “TESCO SUŞİLKA VİNTİL XROM ½ KV103 Q/70 P/6” markalı, 01 ədəd “Hilfan Amerikanka çöl 26/3/4 P/10 Q60” markalı inşaat materiallarının zərərçəkmişə qaytarılması nəzərə alınmalı, maddi sübut hadisənin görüntüsünü əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş De Fendo Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsi hesabına De Fendo Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut Omid” MMC-yə məxsus 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP 1-1/12 F1-1/2 GN31001 Q/21 P/6” markalı, 01 ədəd “GÜLBEN VİNTİL GÖY QULP F1-1/2 Q/30” markalı, 01 ədəd “VİNTİL GÖY QULP XTR31001 F1-1/2 Q/20 P/5” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK.GÖY F1/2 M1/2Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK AMERİK. GÖY F3/4 M3/4Q/120P/3” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK GÖY F1/2/F1/2 GN34032G/150” markalı, 01 ədəd “VİNTİL KƏPƏNƏK SARİ F3/4/M3/4Q60P/10X” markalı, 01 ədəd “GÜLBEN VİNTİL KƏPƏNƏK SARİ F3/4*M3/4 GN34003 Q/108” markalı, 01 ədəd “HENKEL TANGİT 160 M Q/20” markalı, 01 ədəd “HENKEL TANGİT 80 M Q/20”markalı, 01 ədəd “VİNTİL SARİ QULP XTR31004 F1/2*F1/2 Q/80 P/20X” markalı, 01 ədəd “TESCO SUŞİLKA VİNTİL XROM ½ KV103 Q/70 P/6” markalı, 01 ədəd “Hilfan Amerikanka çöl 26/3/4 P/10 Q60” markalı inşaat materiallarının zərərçəkmişə qaytarılması nəzərə alınsın. De Fendo Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 manat dövlət büdcəsindən tutularaq De Fendo Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-115/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-115/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver