Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-116/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəmaləddin oğlunun iştirakları ilə, xx.xx.1962-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkum olunmamış, hazırda işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 8 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edib hüquq verən saxta sənədlərdən istifadə etməklə təkrar törədilməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq qızı X15 Rusiya Federasiyası, Saratov şəhərində yerləşən X30 Universitetinə tələbə kimi qəbul etdirəcəyinə və 2007-ci ilin yanvar ayında həmin ali təhsil müəssisəsindən Azərbaycan Dövlət Tibb Universitetinə köçürəcəyini vəd verib aldadaraq, 2006-cı ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 63 A saylı binanın yaxınlığında Zərərçəkmiş şəxs1 ilkin olaraq həmin tarixlərdə Azərbaycan manatına məzənnəsi ilə 4363,0 manat təşkil edən 5000 ABŞ dolları alaraq X18 Dövlət Universitetinin müalicə fakültəsinin 1-ci kurs əyani tələbəsi olması barədə xx.xx.2006-cı il tarixli 192 saylı saxta arayışın surətini təqdim etmiş, eyni məqsədlə 2007-ci ilin iyul ayının ortalarında, saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 63 A saylı binanın yaxınlığında Zərərçəkmiş şəxs1 həmin tarixlərdə Azərbaycan manatına məzənnəsi ilə 42745,0 manat təşkil edən 50000 ABŞ dolları alaraq X21 Dövlət Universitetinin müalicə fakültəsinin tələbəsi olması barədə saxta tələbə bileti, qiymət kitabçası, həmin fakültənin universitetin birinci kursundan ikinci kursuna keçməsi barədə 09 iyul 2007-ci il tarixli 372-u saylı əmrdən çıxarışın surətini, tələbənin 2007-2008-ci illərdə müalicə fakültəsinin 2-ci kurs tələbəsi olması barədə 25.01.08-ci il tarixli arayışın surətini, 2-ci kursdan 3-cü kursa keçməsi barədə 07 iyul 2008-ci il tarixli 338-u saylı əmrdən çıxarışın surətini, X14 Samara Dövlət Universitetinə qəbul edilməsi barədə 18 avqust 2006-cı il tarixli 197-u saylı əmrdən çıxarışın surətini, 03 sentyabr 2007-ci il tarixli Samara Dövlət Universiteti ilə Aygül Bağırova arasında bağlanmış müqavilənin surətini və onun Rusiya Federasiyasının ərazisinə keçib qayıtması barədə qeydlər edilmiş, şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının pasportunu təqdim etmiş, həmin məbləği Zərərçəkmiş şəxs1 aldığı müddətlərdə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə cəmi 47108,0 manat təşkil edən 55 000 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 aldadaraq oğlu X10 Bakı şəhərində yerləşən “Təfəkkür” və ya “Odlar Yurdu” universitetlərindən birinə tələbə kimi qəbul etdirəcəyini vəd edərək 2013-cü ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanda Gülşənəm Məmmədovadan 2500 manat, bundan 3 gün sonra isə Bakı şəhəri, Dilarə Əliyevə küçəsində yerləşən Səməd Vurğun adına parkda eyni məqsədlə 7500 manat, ümumilikdə 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib zərərçəkmiş şəxs Gülşənəm Məmmədovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə, aldatma yolu ilə və öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X6 aldadaraq qohumu, İran İslam Respublikası vətəndaşı olan Şahid1ı Azərbaycan Tibb Universitetinin hazırlıq şöbəsinə qəbul etdirəcəyini vəd edərək, 28 dekabr 2019-cu il-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 5 saylı klinikanın qarşısında Azərbaycan manatına məzənnəsi ilə 8500,0 manat təşkil edən 5000 ABŞ dollarını ələ keçirməklə zərərçəkmiş şəxs X7 xeyli miqdarda- cəmi Azərbaycan manatına məzənnəsi ilə 8500,0 manat təşkil edən 5000 ABŞ dolları ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 1989-cu ildən xx.xx.2021-ci il tarixə qədər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 qızı Aygül Bağırovanı sonradan Azərbaycan Tibb Universitetinə köçürmə yolu ilə qəbul edilməsi üçün 2006-cı ildə ilkin olaraq 5000 ABŞ dolları almışdır. Aygül Bağırovanı tələbə kimi Rusiya Federasiyasının Saratov Tibb Universitetinə qəbulu ilə əlaqədar müraciət edən zaman həmin universitetdə tələbə qəbulu üzrə limit sayı tükəndiyi üçün Samara Tibb Universitetinə müraciət etmiş və Aygül Bağırovanı həmin Universitetə qəbul elətdirmişdir. Zərərçəkmiş şəxs1 bununla bağlı ona 55.000 manat deyil, ümumilikdə 34.000 ABŞ dolları məbləğində pul vermişdir. Təxminən 2008-ci ildə o, Aygül Bağırovanı vəd etdiyi kimi Azərbaycan Tibb Universitetinə köçürmə yolu ilə qəbul etdirmək üçün əlaqələrindən istifadə etməyə başlamışdır. Lakin Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, başqa bir şəxs vasitəsilə Aygül Bağırovanı Azərbaycan Tibb Univesitetinə qəbul etdirəcəkdir. O da Zərərçəkmiş şəxs1la razılaşmış və ondan aldığı 34.000 ABŞ dolları məbləğində olan pul vəsaitini şəxsi ehtiyaclarına və Rusiya Federasiyasında olan yuxarıda qeyd etdiyi Universitetlərə qəbul ilə bağlı sərf etdiyi üçün hissə-hissə qaytaracağını bildirmişdir. Hazıradək o, Rahimə 28.000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmış və ona 6.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan başqa o, X1 2013-cü ilin sentyabr ayında oğlu Şöhrət Məmmədovu «Təfəkkür» və ya «Odlar Yurdu» universitetlərinin birinə tələbə kimi qəbul etdirəcəyinə vəd verərək həmin ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 ünvanda yerləşən evində əvvəlcə 2500 manat, aradan 2-3 gün keçdikdən sonra isə Bakı şəhərində yerləşən Səməd Vurğun adına parkda 7500 manat pul almışdır. Lakin vədinə əməl edə bilməmişdir. Gülşənəm Məmmədovaya 2000 manat qaytarmış, qalan məbləği də qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda maddi vəziyyəti ağır olduğuna görə vədinə əməl edə bilmir. Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işlədiyi zaman adını Sadiq kimi bildiyi İran İslam Respublikasının vətəndaşı olan Hüseyn adlı şəxsdən 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı klinik xəstəxanasının qarşısında görüşüb 5000 ABŞ dolları borc almışdır. Həmin borc pulu o, Hüseyndən iki aylığa borc almışdır. 2020-ci ilin fevral ayında borc aldığı həmin məbləği Hüseynə qaytarmalı imiş. O, Hüseynin istifadəsində olan mobil telefonuna zəng vurmuşdur. Lakin həmin mobil telefon nömrəsi bağlı olduğuna görə Hüseynlə əlaqə saxlaya bilməyərək onun borcunu qaytara bilməmişdir. 24 aprel 2021-ci il tarixdə onu Nərimanov RPİ-nin 16-cı polis bölməsinə dəvət etmişlər. Orada öyrənmişdir ki, Hüseyn adlı şəxs ondan borc aldığı pulu qaytarmadığına görə şikayət etmişdir. Hazırda Hüseynnə olan borcunu tam olaraq qaytarmışdır. Hüseynin ondan şikayət və tələbi yoxdur. X14 Rusiya Rederasiyası, X32 Universetinin müalicə fakültəsinin 1-ci kurs tələbəsi olması barədə xx.xx.2006-cı il tarixli, 192 nömrəli arayışı, Aygül Bağırovanın adına olan həmin universitetin tələbə biletini, qiymət kitabçasını, onun 1-ci kursdan 2-ci ikinci kursa keçirilməsi barədə əmrdən çıxarışı, həmin universitetin 2-ci kurs tələbəsi olması barədə arayışı, 2-ci kursdan 3-cü kursa keçirilməsi barədə əmrdən çıxarışı, 3-cü kurs tələbəsi olması barədə arayışı, xx.xx.2007-ci il tarixli müqaviləni Aygül Bağırovaya həqiqətən o, təqdim etmişdir. Həmin sənədlər o, X15 X32 universitetinə müqavilə əsasında qəbul etdirdikdən sonra Aygül Bağırovaya təqdim edilməsi üçün X32 universitetindən onun ünvanına göndərilmişdir. O da Aygül Bağırovaya və onun valideyinlərinə təqdim etmişdir. Yəni həmin sənədləri o, özü düzəltməmiş və düzəltdirməmişdir. Əvəlcə o, özü 2007-ci ilin sentyabr ayının əvvəlində Samara şəhərinə getmişdir. X29 ilə X32 Universiteti arasında xarici dövlət mütəxəsislərinin ali tibb təhsili verilməsi barədə müqavilə bağlatdırmışdır. Daha sonra həmin müqaviləni Bakı şəhərində Aygül Bağırovaya imzalatdırmış və bir nüsxəsini ona təqdim etmiş, digər nüsxəsini isə Samara universitetinə göndərmişdir. Həmçinin bildirmişdir ki, Aygül Bağırovadan nə də ki, onun atası Zərərçəkmiş şəxs1 Aygül Bağırovanın adına olan pasportu almamış və həmin pasporta hər hansı xarici ölkəyə gedib-gəlmə barədə ştamp vurdurmamışdır. X14 adına verilmiş 1 06/96 nömrəli tələbə biletin, 1 06/96 nömrəli qiymət kitabçası, 09 iyul 2007-ci il tarixli, 372 nömrəli; 07 iyul 2008-ci il tarixli, 338 nömrəli; 18 avqust 2006-cı il tarixli, 197 nömrəli çıxarışlar, 25 yanvar 2008-ci il tarixli, 63 nömrəli; 08 dekabr 2008-ci il tarixli, 541 nömrəli arayışlar, 03 sentyabr 2007-ci il tarixli müqavilə ona həmin sənədlərdə göstərilən ünvanlardan möhürlənmiş, imzalanmış halda göndərilmişdir. O, 2006-2007-ci illərdə Aygül Bağırovanın ali məktəbə qəbulu ilə əlaqədar olaraq Rusiya Federasiyasına gedib, qayıtmışdır. O, həqiqətəndə X22 Dövlət Tibb Universitetinə qəbul etdirmək üçün onun sənədlərini 2006-cı ilin noyabr ayında həmin universitetə vermişdir. X4 həmin universitetin müalicə fakültəsinin birinci kursuna qəbul edilməsi barədə arayış verilmişdir. Lakin sonradan universitetdə limit olmadığı üçün Aygül Bağırovanın həmin universitetin birinci kursuna qəbul edilməməsi barədə məlumat verilmişdir. X31 Tibb Universitetində limit olduğundan X23 Dövlət Unuversitetinə qəbul elətdirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-ci ildə tanışı Hikmət vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Mirəsgər ona özünü Azərbaycan Tibb Universitetinin müəllimi, professor kimi təqdim etmişdir. Həmin ərəfələrdə Mirəsgərlə söhbət zamanı Mirəsgər ona əlaqələrinin geniş olduğunu, işlədiyi universitetə tələbə qəbul edə bildiyini söyləmişdir. 2006-ci ildə qızı Aygül Bağırova Azərbaycan Tibb Universitetinə qəbul olunması üçün imtahanlarda iştirak etmiş, lakin az bal topladığından kəsilmişdir. O, Mirəsgərlə telefon əlaqəsi saxlayaraq bu barədə ona məlumat vermişdir. Mirəsgər onunla görüşərək məsələni həll edəcəyini söyləmişdir. Mirəsgərlə həmin gün görüşmüş və görüş zamanı sonuncu ona qızı Aygülü Rusiya Federasiyasının X30 Universitetinə qəbul etdirəcəyini, 2007-ci ilin yanvar ayında isə Azərbaycan Tİbb Universitetinə köçürə biləcəyini, bunun müqabilində isə ona 15.000 ABŞ dolları verməli olduğunu söyləmişdir. Mirəsgərin özünə əmin olaraq danışması, hətta pulu hissə-hissə istəməsi ona olan inamı artırmış və razı olduğunu söyləmişdir. Həmin söhbətdən bir müddət sonra 2006-ci ilin noyabr ayının ortalarında Mirəsgər onunla Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəst 63 A saylı binanın yaxınlığında görüşüb X24 Tibb Universitetinə qəbul olunmasını təsdiq edən arayışı təqdim etmişdir. Bunun müqabilində o, Mirəsgərə 5000 ABŞ dolları vermişdir. 2007-ci ilin yanvar ayında Mirəsgərlə əlaqə saxlayaraq görüşmüş, görüş zamanı Mirəsgər ona narahat olmamağı, vədinə əməl edəcəyini söyləmişdir. 2007-ci ilin iyun ayında Mirəsgərlə yenidən görüşmüş və bu zaman Mirəsgər ona bu işin çox çətin olduğunu, Aygülün Azərbaycan Tİbb Universitetinə köçürülməsi üçün ümumilikdə 55.000 ABŞ dolları lazım olacağını bildirmişdir. O, ilkin olaraq Mirəsgərə 5.000 ABŞ dolları verdiyindən, həmçinin yaxın qohumlarına Aygülün Azərbaycan Tİbb Universitetinə qəbul olunduğunu söylədiyindən və pis vəziyyətdə qalmamaq üçün Mirəsgərlə razılaşaraq 2007-ci ilin iyul ayının ortalarında, saat təxminən 14:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəst 63 A saylı binanın yaxınlığında Mirəsgərə 50.000 ABŞ dolları vermişdir. Aygülün Rusiya Federasiyasında olmamasına baxmayaraq Mirəsgərə verdiyi, qızına məxsus xarici pasportuna da xaricdə olması barədə möhürlər də vurulduğunu Mirəsgər ona göstərmişdir. Mirəsgər ona X30 Universitetindən köçürmə edə bilmədiyini, ona görə də Aygülün adını X32 Universitetinə qəbul etdirdiyini, ordan köçürmə edəcəyini söyləmişdir. Mirəsgər ona X27 Tibb Universitetinə oxumasına aid sənədlərin surətlərini təqdim etmişdir. Bundan sonra Mirəsgər Aygülün köçürməsini həyata keçirə bilməmişdir. O, narahat olduğunu Mirəsgərə söylədikdə sonuncu bir müddət gözləməyi xahiş etmişdir. 2009-cu ilin əvvəllərində Mirəsgərə onu aldatdığını söyləydiyi zaman Mirəsgər ona 20000 ABŞ dollar qaytarmışdır. Bundan sonra qalan 35000 ABŞ dollarını tələb etsə də, 2018-ci ilədək hissəhissə cəmi 4000 ABŞ dolları qaytarmışdır. Mirəsgər ondan aldığı məbləğin qalığını, yəni, 31000 ABŞ dollarını qaytarmağı vəd etsə də qaytarmamışdır. Dəfələrlə Mirəsgərlə görüşüb bu barədə söhbətlər etmişdir. Mirəsgər ondan aldığı məbləği hissə-hissə qaytaracağına söz verdiyindən və bir hissəsini qaytardığına görə, qalan məbləği də qaytaracağına inandığından bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Lakin sonradan Mirəsgər tərəfindən aldandığını başa düşərək şikayət etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2012-ci ildə oğlu X12 tələbə qəbulu üzrə dövlət imtahanında iştirak edərək müvafiq keçid balını toplaya bilmədiyindən ali məktəbə daxil ola bilməmişdir. Bundan sonra oğlunun ali məktəbə qəbul olunmasına köməklik edən şəxs axtarmağa başlamışdır. Azərbaycan Tibb Universitetinin müəllimi olan Təqsirləndirilən şəxs ali məktəblərə tələbə qəbulu ilə məşğul olduğunu öyrəndiyindən onun mobil telefon nömrəsini əldə edərək əlaqə saxlamışdır. 2013-cü ilin yay aylarında istifadəsində olan ***-***-**-** mobil telefon nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrə ilə əlaqə saxlamışdır. Söhbət zamanı Mirəsgərə oğlu Şöhrətin 2012-ci ildə tələbə qəbulu üzrə dövlət imtahanlarında keçid balını toplaya bilmədiyindən kəsildiyini, onun ali məktəblərdən birinə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. Mirəsgər ona narahat olmamağı, bu işlərin elə ona aid olduğunu, əlaqə saxlamaqla görüşəcəyini söyləmişdir. Həmin söhbətdən bir neçə gün sonra Mirəsgər ona zəng edərək əvvəlcədən ona vermiş olduğu evinin yerləşdiyi ünvana gəlmişdir. Mirəsgər Şöhrəti ali məktəblərdən “Təfəkkür” və ya “Odlar Yurdu” Universitetlərindən birinə düzəldəcəyini söyləmişdir. Həmin ali məktəblərə qəbul olunması üçün isə 10.000 manat pul istəmişdir. O, Mirəsgərlə razılaşaraq həmin gün evində olan 2500 manatı ona vermişdir. Mirəsgər ondan oğlu Şöhrətin sənədlərini almışdır. Mirəsgər ona həmin il yəni 2013-cü ilin sentyabr ayından Şöhrətin ali məktəbdə təhsil alaçağını söylədiyi üçün qalan 7500 manatı da 2-3 günə gətirib Bakı şəhərində şəxsən özünə verəcəyini söyləmişdir. 2-3 gün ərzində özünə məxsus heyvanlarını sataraq 7500 manat pul toplamış və Mirəsgərə zəng edərək pulun hazır olduğunu bildirmişdir. Mirəsgər ona Bakı şəhərində yerləşən Səməd Vurğun parkına gəlməyi söyləmişdir. O da həmin gün göstərilən parka gələrək Mirəsgərlə görüşüb 7500 manatı ona vermişdir. Mirəsgərdə ona sənədləşmələrin getdiyini, oğlu Şöhrətin “Təfəkkür” və ya “Odlar Yurdu” adlı ali məktəblərindən birinə qəbul olunacağını, 2013-cu ilin sentyabr ayında dərslərdə iştirak edəcəyini söyləmişdir. Lakin 2013-cü ilin sentyabr ayında Mirəsgərdən heç bir xəbər gəlmədiyindən onunla əlaqə saxlamış, Mirəsgər ona Şöhrətin 2-ci semestrdən dərslərdə iştirak edəcəyini bildirmişdir. 2014-cü ilin yanvar ayında heç bir xəbər çıxmadığından Mirəsgərlə əlaqə saxlamış, və sonuncu ona yenə də narahat olmamağı söyləyib Şöhrətin adının “Odlar Yurdu” Universitetində getdiyini, lakin 2-ci kursdan dərslərdə iştirak edəcəyini bildirmişdir. Bundan sonraki müddətdə Mirəsgər davamlı olaraq hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa davam etmişdir. Sonradan Şöhrətin həmin ali məktəblərə tələbə kimi qəbul olunmasının alınmadığını, lakin Rusiya Federasiyasında yerləşən ali məktəblərə adını yazdıracağını desə də ondan pulu geri tələb etmişdir. 2014-cu ildən sonra ondan davamlı olaraq pulu tələb etdiyi zaman 2015 və 2016-ci illər ərzində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci dairə adlanan yerdə 2 dəfəyə cəmi-2000 manatı qaytarmışdır. Lakin qalan 8000 manat pulu qaytarmamışdır. Hər dəfə pulu ondan tələb etdiyi zaman müxtəlif bəhanələrlə vaxtı uzatmaqda davam etmişdir. Mirəsgər ondan aldığı məbləği hissə-hissə qaytaracağına söz verdiyindən, bir hissəsini qaytardığına görə və qalan məhbləği qaytaracağına inandığından bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Lakin sonradan Mirəsgər tərəfindən aldandığını başa düşərək şikayət etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında İran İslam Respublikasında yaşayan qohumu Şahid1 zəng edərək bildirmişdir ki, o, Azərbaycan Tibb Universitetində tibbi təhsil almaq və təhsil müddəti zamanı da həmin universitetin yataqxanasında yaşamaq istəyir. Şahid1 həmçinin ona bildirmişdir ki, öyrəndiyinə görə xarici tələbələr həmin universitetdə təhsil almaq üçün əvvəl həmin universitetin hazırlıq kursunda oxuduqdan və həmin kursda keçdikləri fənlər üzrə imtahan verdikdən sonra həmin universitetə qəbul olunurlar. Həmin kursda təhsil haqqı dörd min ABŞ dolları, yataqxanada bir il yaşamaq isə min ABŞ dollarıdır. Bir müddət sonra Behzad təkrar ona zəng edərək bildirmişdir ki, o, Tibb Universitetində təhsil almaq məqsədi ilə rəsmi olaraq müraciət etmiş və oradan ona deyilən sənədləri də Tibb Universitetinə göndərmişdir. Behzad ona Təbriz-Bakı marşrutu ilə Bakı şəhərinə gələn bir tanışı ilə təhsil haqqı və tələbə yataqxanasında yaşamaq üçün bir illik ödənişi, cəmi beş min ABŞ dollarını göndərdiyini də söyləmiş, həmin pulun götürməyi və o deyəcəyi vaxt həmin pulu Universitetin hesabına köçürməyi də xahiş etmişdir. Behzadın təklifi ilə onun dediyi avtobusun qarşısına çıxaraq həmin məbləği pulu götürmüşdür. Təxminən 25-26 dekabr 2019-cu il tarixdə Behzad təkrar ona zəng edərək Universitetlə əlaqə saxlayarkən, göndərdiyi sənədlərdə hansısa problem yarandığını bildirdiklərini deyərək ondan Universitetə gedib xarici tələbələr kafedrasında bununla maraqlanmağı xahiş etmişdir. 28 dekabr 2019-cu il tarixdə Behzadın dediyi kimi Tibb Universitetin xarici tələbələr kafedrasına getmiş və Behzadın sənədləri ilə maraqlanmışdır. Bu zaman oranın işçisi sənədləri qaytararaq bildirmişdir ki, Behzadın məktəbdən verilən şəhadətnaməsində yazılmalı olan riyaziyyat sözü əvəzinə informatika sözü yazılmış, buna görə onun sənədləri qəbul edilə bilməz. O sənədləri götürüb kafedradan çıxmışdır. Universitetin binasından çıxmaq istəyərkən, dəhlizdə, uzun müddət tanıdığı, Tibb Universitetinin müəllimi Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Onlar səmimi görüşmüşlər. Mirəsgər ondan Universitetə gəlmə səbəbini soruşduqda hadisəni ona danışmışdır. Mirəsgər ona uzun müddət Universitetdə işlədiyini, narahat olmamağı, qohumunun sənədindəki informatika sözünün də elə riyaziyyat fənni ilə eyni olduğunu, bunun qəbul üçün əhəmiyyətli olmadığını deyərək, əsas işin təhsil haqqı və yataqxanaya görə pulun ödənilməsini, onlar ödəndikdən sonra qohumunun təhsil almasına heç bir problemin olmamasını bildirmişdir. Mirəsgər ilə söhbət zamanı ona təhsil haqqı və yataqxanaya görə ödənilməli olan beş min ABŞ dollarının onda olduğunu söyləmişdir. Bundan sonra Mirəsgər pulu və qohumunun sənədlərini ona verməsini, pulu özü Universitetin hesabına keçirəcəyini, sənədləri də özü dekanlığa verəcəyini bildirmişdir. Mirəsgəri təxminən 15 il olar ki, tanıdığından və onun Tibb Universitetində müəllim işlədiyini bildiyindən, onunla birlikdə bir neçə dəfə bir məclislərdə də iştirak etdiyindən onun sözlərinə inanmışdır. Bundan sonra Mirəsgər piyada olduğu üçün onu Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxanaya aparmağı xahiş etmişdir. O, idarə etdiyi Santafe minik markalı, **-ZN-*** qeydiyyat nişanlı avtomobillə onu xəstaxananın qarşısına gətirmişdir. Həmin xəstəxananın həyətində Mirəsgər ondan beş min ABŞ dollarını və sənədləri alaraq narahat olmamağını, qohuma zəng edib bir həftəyə Bakıya gəlməsini söyləmişdir. O da qohumuna zəng edərək Mirəsgərlə görüşdüyünü söyləyərək bir həftəyə kimi Bakı şəhərinə gəlməsini bildirmişdir. Təxminən bir həftə sonra Behzad Bakı şəhərinə gəlmişdir. O, Mirəsgərə zəng edib bu barədə məlumat vermişdir. Mirəsgər ona bildirmişdir ki, işləri olduğu üçün sənədləri verə bilməmişdir. Bundan sonra o, bir neçə dəfə Mirəsgərə zəng etmiş və o, yenə də müxtəlif bəhanələr gətirərək sənədləri hələ təqdim etmədiyini söyləmişdir. Daha sonra isə o bildirmişdir ki, universitet sənədlərin düz olmamasına görə Behzadın sənədlərini qəbul etməyib. Ona sənədləri və pulu qaytarmasını söyləmiş və görüşmüşlər. Mirəsgər sənədləri qaytarsa da, pulu xərclədiyini deyərək bir neçə günə pulu qaytaracağına söz vermişdir. Bundan sonra dəfələrlə ona zəng edib və evinə gedib pulu istədikdə o hər dəfə müxtəlif bəhanələr gətirərək, yalandan müxtəlif tarixlərdə pulu qaytaracağını söyləmiş, lakin, halhazıradək o aldığı beş min ABŞ dollarını qaytarmamışdır. O pulu qaytarmadığı üçün Behzada həmin beş min ABŞ dollarını öz vəsaiti hesabına qaytarmışdır. O, polisə bu barədə müraciət etdikdən sonra Mirələsgər aldığı beş min ABŞ dollarından cəmi iki min manat pulu qaytarmışdır. Hazırda isə məhkəmə iclasında notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar ona qarşı iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında qohumu İran İslam Respublikasının vətəndaşı olan, Bakı şəhərində yaşayan X9 Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən Tibb Univeristetin hazırlıq şöbəsində diş həkimliyi ixtisasında oxumaq üçün onlayn olaraq sənədlərini göndərmişdir. Mobil telefonla Hüseynə zəng edərək bu barədə bildirmişdir. Sonra isə 4000 ABŞ dollarını təhsil haqqı və 1000 ABŞ dollarım isə yataqxanada qalmaq haqqı olaraq Tibb Univerirstetinə ödəməsi üçün İran İslam Respublikasından Bakı şəhərinə yola düşən avtobusla Hüseynə göndərmişdir. 2019-cu ilin dekabr ayının axırlarında Fərəczədə Hüseyn onun sənədlərini və göndərdiyi həmin məbləği Tibb Univerirstetinə ödəmək üçün getmiş, lakin, orta təhsil haqqında şəhadətnamədə “Riyaziyyat” əvəzinə “İnformatika” sözü yazıldığı üçün sənədləri qəbul etməmiş və “İnformatika” sözünün yerinə “Riyaziyyat” sözü yazılarsa qəbul olunacağını bildirmişlər. Hüseyn univeristetdən çıxdığı zaman həyətdə tanışı Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Mirəsgər qohumu Hüseyndən universitetə nə üçün gəldiyini soruşduqda o, Mirəsgərə onun Tibb Universitetinin hazırlıq kursunda oxumaq üçün sənədlərdə uyğunsuzluq olmasını ona bildirmişdir. Mirəsgər Hüseynə bu işləri həll edəcəyini deyərək, onu idarə etdiyi avtomobillə 5 saylı xəstəxananın qarşısına aparmağı xahiş etmişdir. Hüseyn Mirəsgəri avtomobilinə oturdaraq 5 saylı xəstəxananın həyətinə aparmışdır. Xəstəxananın həyətində Mirəsgər sənədləri və universitetdə oxumaq, yataqxanada yaşamaq haqqı olaraq onun göndərdiyi 5000 ABŞ dolları Hüseyndən almış, onun universitetin hazırlıq kursuna qəbul məsələni həll etməyi və həmin ödənişləri edəcəyini bildirmişdir. X25 verdiyi vədinə indiyədək əməl etməmişdir. X11 ona göndərilmiş sənədləri Mirəsgərdən alaraq ona qaytarmış və 5000 ABŞ dollarını isə öz şəxsi vəsaitindən ona ödəmişdir. Lakin indiyədək Hüseyn, Təqsirləndirilən şəxs verdiyi 5000 ABŞ dollarını Təqsirləndirilən şəxs ala bilməmişdir. O, özü şəxsən Təqsirləndirilən şəxs tanımır, onu görməmiş və onunla telefonla əlaqə saxlamamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 2006ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunması üçün imtahanlarda iştirak etmiş, lakin az bal topladığından kəsilmişdir. Atası Zərərçəkmiş şəxs1 Azərbaycan Dövlət Tibb Universitetində müəllim işləyən Təqsirləndirilən şəxs ilə tanış olub əlaqə saxlayaraq bu barədə ona məlumat vermişdir. Mirəsgər atası ilə görüşərək universitetə qəbul məsələsini həll edəcəyini söyləmişdir. Mirəsgər onu Rusiya Federasiyasının X30 Universitetinə qəbul etdirəcəyini, 2007-ci ilin yanvar ayında isə Azərbaycan Tİbb Universitetinə köçürə biləcəyini, bunun müqabilində isə atasından 15.000 ABŞ dolları istəmişdir. Təqsirləndirilən şəxs onun atasından onu X30 Universitetinə qəbul olunması üçün ilkin olaraq 5000 ABŞ dolları, köçürmə zamanı isə qalan 10.000 ABŞ dolları verməli olacağını da demişdir. Atası Mirəsgərin sözlərinə inanaraq razı olduğunu bildirmişdir. Həmin danışıqdan bir müddət keçdikdən sonra, 2006-ci ilin noyabr ayının ortalarında Mirəsgər onun atası ilə onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova kiiçəst 63 A saylı binanın yaxınlığında görüşmüşlər. Mirəsgər onun atasına onun X30 Universitetinə qəbul olunmasını təsdiq edən arayış, tələbə biletini, qiymət kitabçasını təqdim etmişdir. Bunun müqabilində atası Mirəsgərə 5000 ABŞ dolları vermişdir. 2007-ci ilin yanvar ayında atası Mirəsgərlə əlaqə saxlayaraq görüşmüş, görüş zamanı Mirəsgər ona narahat olmamağı, vədinə əməl edəcəyini bildirmişdir. 2007-ci ilin iyun ayında atası Mirəsgərlə yenidən görüşmüş və bu zaman Mirəsgər atasına onun Azərbaycan Tİbb Universitetinə köçürülməsi üçün ümumilikdə 55.000 ABŞ dolları lazım olacağını bildirmişdir. Atası ilkin olaraq Mirəsgərə 5.000 ABŞ dolları verdiyindən, həmçinin yaxın qohumlara onun Azərbaycan Tİbb Universitetinə qəbul olunduğunu söylədiyindən, pis vəziyyətdə qalmamaq üçün Mirəsgərlə razılaşaraq, 2007-ci ilin iyul ayının ortalarında yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəst 63 A saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs əlavə olaraq 50.000 ABŞ dolları vermişdir. O, Rusiya Federasiyasında olmadığına baxmayaraq onun xarici pasportunada xaricdə, yəni Rusiya Federasiyasında olması barədə möhürlər də vurulduğunu görmüşdür. Mirəsgər onun atasına onu X30 Universitetindən köçürmə edə bilmədiyini, ona görə də X32 Universitetinə qəbul etdirdiyini, oradan köçürmə edəcəyini bildirmişdir. Mirəsgər atasına onun X32 Universitetində oxumasına aid sənədləri də təqdim etmişdir. Aradan bir müddət keçdiyinə baxmayaraq Təqsirləndirilən şəxs onun köçürməsini həyata keçirə bilməmişdir. Atası narahat olduğunu Mirəsgərə söylədikdə Mirəsgər bir müddət gözləməyi xahiş etmişdir. 2009-ci ilin əvvəllərində atası Mirəsgərə onu aldatdığını söyləydiyi zaman Mirəsgər ona 20.000 ABŞ dollar qaytarmışdır. Bundan sonra atası qalan 35.000 ABŞ dollarını tələb etsə də, Mirəsgər 2018-ci ilədək hissə-hissə cəmi 4000 ABŞ dolları qaytarmışdır. Mirəsgər atasından aldığı məbləğin qalığını, yəni, 31.000 ABŞ dollarını qaytarmağı vəd etsə də qaytarmamışdır. Atası dəfələrlə Mirəsgərlə görüşüb bu barədə söhbətlər etmişdir. Mirəsgər atasından aldığı məbləği hissə-hissə qaytaracağına söz verdiyindən və bir hissəsini qaytardığına görə, inandığından bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Lakin sonradan Mirəsgərin əvvəllər dələduzluqla məhkum olunduğunu öyrəndiyindən aldandığını başa düşərək şikayət etmək qərarına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5.000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 5/1046-4/1301 saylı ekspert rəyindən görünür ki, sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş X14 adına verilmiş 1 06/96 nömrəli tələbə biletin, 1 06/96 nömrəli qiymət kitabçasının, 09 iyul 2007-ci il tarixli, 372 nömrəli; 07 iyul 2008-ci il tarixli, 338 nömrəli; 18 avqust 2006-cı il tarixli, 197 nömrəli çıxarışların, 25 yanvar 2008-ci il tarixli, 63 nömrəli; 08 dekabr 2008-ci il tarixli, 541 nömrəli arayışların, 03 sentyabr 2007-ci il tarixli müqavilənin reproqrafık surətlərinin üzərində olan möhür əksləri reproqrafık surət olub, surətçıxaran aparat vasitəsilə sənədlərin üzərinə köçürülmüşdürlər. Tədqiqata təqdim edilmiş X14 adına verilmiş 23 noyabr 2006-cı il tarixli, 192 nömrəli arayışdakı möhür əksləri və Pİ879097 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunun 33-34-cü səhifələrində olan ştamp əksləri bir başa vurulmuşdurlar. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, X14 Rusiya Federasiyasının Saratov Dövlət Unuversitetinin 1-ci kurs müalicə fakültəsinin tələbəsi olması barədə arayışın yuxarı sol küncündə “xx.xx.2016 192” rəqəmləri və “E.B.Mixaylova” qrafasındakı imza, Samara Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli tələbə biletinin kserosurətində əks olunmuş yazılar, xx.xx.2008-ci il tarixli arayışın kserosurətinin yuxarı sol küncündə “08.1.22008 541 21” rəqəmləri, 04 sentyabr 2007-ci il tarixli nömrəsiz müqavilənin kserosurətində əks olunan yazılat və imzalar-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tətəfındən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Samara Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli tələbə biletinin kserosurətində əks olunan imzanın, 09 iyul 2007-ci il tarixli 372-u saylı əmrdən çıxarışın kserosurətində “DEKAN” qrafasındakı imzanın, xx.xx.2008-ci il tarixli arayışın kserosurətində əks olunan yazıların və imzanın, 07 iyul 2008-ci il tarixli 338-u saylı əmrdən çıxarışın kserosurətində “DEKAN” qrafasındakı imzanın, xx.xx.2008-ci il tarixli arayışın kserosurətində “Ö.V.HUKİN “qrafasındakı imzanın, 18 avqust 2006-cı il tarixli 197-u nömrəli əmrin kserosurətində“DEKAN” qrafasındakı imzanın Təqsirləndirilən şəxs Mirşərəf oğlu tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiq olunan sənədlərin kserosurət olması ilə əlaqədar imzaların və yazıların zəif əks olunması və bəzi imzaların .hərfi tərkiblərinin olmaması, imzalarda qrafik materialın azlığı, gizgilərin sadəliyi) müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təxminən saat 12:00 radələrində Nəsimi rayonu, Namiq Məlikov küçəsində saxlanılaraq Nərimanov RPİ-nin CAŞ-nə gətirilmiş və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi haqqında” 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİnin İstintaq Şöbəsinin müstəntiqi Xəlil Allahverdiyevin xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-401/2016 nömrəli, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5.000 (beş min) manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2021-ci il tarixli, xx-xx/1272 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli eyni məzmunlu ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. xx.xx.2022-ci il tarixli, 2678 nömrəli "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2128 AZN dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ərizəsindən görünür ki, AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Zərərçəkmiş şəxs1 saxta sənədlərdən istifadə edib aldadaraq 2007-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 2013-cü ilin sentyabr ayında əmlaklarını ələ keçirmək epizodları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina edilməsini, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin CM-nin 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə davam etdirilməsini bildirmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahid ifadələri, ekspert rəyi, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4,-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddələrinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci (saxta sənədlərdən bilə-bilə istifadə etməklə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 47108,0 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi) və ikinci (təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X3 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi) epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2 və 15.3-cü bəndlərinə görə 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri isə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1. və 75.2. bəndlərinə görə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci- saxta sənədlərdən bilə-bilə istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 47108,0 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə dair epizod üzrə törətmiş olduğu AR CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, həmin Məcəllənin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməl isə az ağır cinayətlər kateqoriyasına aid olduğundan hər bir cinayət üzrə müvafiq olaraq AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş iki və yeddi illik müddət keçdiyindən və təqsirləndirilən şəxs göstərilən maddələr üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci- təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X3 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizoduna münasibətdə məhkəmə törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin cinayətə görə AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş yeddi illik cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini və bu əsasla cinayət təqibinə xitam verilməsinə təqsirləndirilən şəxsin razılığının olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Odur ki, məhkəmə AR cinayət və cinayət prossesual qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci (saxta sənədlərdən bilə-bilə istifadə etməklə Zərərçəkmiş şəxs1 47108,0 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi) və ikinci (təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə X3 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi) epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi üçüncü epizoda- təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə, aldatma yolu ilə və öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X7 8500 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə münasibətdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyi rəhbər tutaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əvvəlki iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verildiyini nəzərə alaraq üçüncü epizod üzrə verilmiş ittihamdan cinayətin təkrarlığının, yəni AR CM-nin 178.2.2-ci maddəsinin xaric edilməsi qənaətinə gəlir. Həmin epizod üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə münasibətdə məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X26 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 49 saat 30 dəqiqə üçün cəmi 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci-“saxta sənədlərdən bilə-bilə istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 47108,0 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi”nə dair epizod üzrə törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər üzrə müvafiq olaraq həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuş iki və yeddi illik müddət keçdiyindən və təqsirləndirilən şəxs göstərilən maddələr üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci-“təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X3 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi” epizodu üzrə törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayətlər üzrə müvafiq olaraq həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuş yeddi illik cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini və bu əsasla cinayət təqibinə xitam verilməsinə təqsirləndirilən şəxsin razılıq verdiyindən həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi üçüncü epizod- “təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə, aldatma yolu ilə və öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X7 8500 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi” üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əvvəlki iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verildiyindən həmin epizod üzrə verilmiş ittihamdan cinayətin təkrarlığı, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilsin. Həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyan zərərçəkmiş şəxsə tamamilə ödənildiyindən, zərərçəkmiş şəxslə barışıq əldə edildiyindən, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X26 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 49 saat 30 dəqiqə üçün cəmi 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-116/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-116/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver