Məhkəmə qərarları › İş №1(005)-116/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-116/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-116/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:15 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi “Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay və 01 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu 20 Yanvar küçəsi ev 15də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, E.Şükürlü küçəsi ev 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə 14 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 01 ədəd bükümdə, təmiz çəkisi – 0,990 qram narkotik vasitə olan heroin və 04 ədəd bükümdə, təmiz çəkisi - 0,936 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 15 sentyabr 2022-ci il tarixdə saat 15:10-da ünvan 1 ünvanın qarşısında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi – 0,990 qram narkotik vasitə olan heroin, 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,188 qram, 0,071, qram, 0,031 qram, 0,646 qram, ümumi təmiz çəkisi – 0,936 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində “QC.PASS” yazısı olan tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01 (bir) ilə yaxındır narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində bədənində ağrılar hiss etdiyindən əvvəllər tanımadığı, ad, soyad, ata adı, eləcə də digər anket məlumatlarını bilmədiyi, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə elektron daşıyıcı vasitəsilə 60 manat köçürmə yolu ilə ödəmə apararaq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş vermişdir. Həmin şəxs ona “Whatsapp” sosial proqramında narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi yerin dəqiq ünvanını atmışdır. Bundan sonra, ona həmin ünvanın Abşeron rayonu, Xırdalan şəhəri olması məlum olmuşdur. O, həmin ünvana getdikdə nişanlanmış yerdən 01 ədəd bükümdə narkotik vasitə olan heroini, 04 ədəd bükümdə psixotrop maddə metamfetamini götürərək yaşadığı evə geri qayıtmışdır. 14 sentyabr 2022-ci il tarixdə saatını dəqiq xatrılamadığı axşam vaxtları, kirayədə yaşadığı evdən köçən zaman yanında 04(dörd) nəfər şəxsin olduğu avtomobil ünvan 1 ünvanda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında marketdən çıxan zaman dörd nəfər əvvəllər tanımadığı və mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra, polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər və daha sonra yanındakı xanım və özü Polis Şöbəsinə aparılmışdır. Bildirdiyinə əsasən Aysel Qasımova adlı xanım həmin gün Polis Şöbəsindən azad edilmiş və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Lakin özü 01(bir) gün Polis Şöbəsində saxlanılmışdır. 15 sentyabr 2022-ci il tarixdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, eləcə də hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. O, dəvət edilmiş vəkilə heç bir etirazının olmadığını bildirdikdən sonra, polis əməkdaşları ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, da buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya varsa könüllü olaraq təqdim etsin. O, bu təkliflə razılaşıb əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 04 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd elektron tərəzini, şalvarının sağ yan cibindən özünə məxsus “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümlərin içərisində olan maddələrin nə olmasını, nə vaxt və haradan əldə etməsini soruşduqda o, 01 ədəd bükümdə narkotik vasitə heroin, 04 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı Bakı şəhəri X14 rayonu, E.Şükürlü küçəsi 12 saylı evdə olarkən bədənində ağrılar hiss etdiyindən əvvəllər tanımadığı, ad, soyad, ata adı, eləcə də digər anket məlumatlarını bilmədiyi, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən elektron daşıyıcı vasitəsilə 60 manat köçürmə yolu ilə ödəmə apararaq sifariş verib Abşeron rayonu, Xırdalan şəhərindən nişanlanmış ünvandan götürərək şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddəni istifadə edən zaman şəxsi istifadə miqdarını aşmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, qeyd etdikləri barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və doğruluğu onun, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün İran İslam Respublikasının vətəndaşına 60 manat pulu hesab nömrəsini göndərdiyi bank kartına atmış, pulu köçürdükdən sonra narkotik vasitə və psixotrop maddəni əldə etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, videoçəkilişlə üzərinə baxış keçirilərkən təqdim etdiyi narkotik vasitələr və tərəzi onun özünə aid olsa da Aysel Qasımovanın çantasında idi, polis əməkdaşları çantadan aşkar etmişdir. Lakin, həmin narkotik vasitə barədə Aysel Qasımovanın heç bir məlumatı olmamışdır. Narkotik vasitənin satışı ilə məşğul olmadığını, kirayə yaşadığı evdən köçdüyü üçün yanında narkotik vasitə və tərzi olduğunu bildirmişdir. Bundan başqa Nərimanov RPİ-nin 17-ci PŞnin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı nə polis əməkdaşları tərəfindən nə də ki, başqa şəxslər tərəfindən fiziki və ya psixi təsir göstərən olmamışdır. İstifadəsində olan (077)-601-03-00 saylı mobil nömrəyə daxil olan mesajlarla bağlı bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yaxın dostları ilə birgə olarkən bir-birlərinə istifadə üçün vermişlər. Məhkəmədə iclasında suala cavab olaraq bildirmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçildikdən sonra Polis Şöbəsini tərk etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmasına dair heç bir quruma şikayət etməmişdir. Əməlindən peşman olduğunu İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu müxtəlif medallarla təltif olunmasını, azyaşlı övladının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 15:10 radələrində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61 saylı ünvanın qarşısında bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən, gözlərinin forması, bədən quruluşu və davranışından narkotik vasitə aludəçisi olduğundan şübhələnib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsdən ad, soyad və ata adını soruşduqda, o, rabitəsiz danışmağa və hadisə yerindən yayınmağa başlamışdır. Bu səbəbdən, onlar həmin şəxsi Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin inzibati binasına gətirmişlər və şöbədə onun xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs xidməti otaqların birində hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmiş və o, müdafiəçi tərəfindən hüquq və vəzifələrinin müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin, xidməti otaqda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 05 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən spesifik iyə malik maddələr aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin nə olması soruşulduqda o, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, digər 04 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin cibindən 01 ədəd elektron tərəzi, şalvarının sağ yan cibindən markasını xatırlamadığı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd bükümdə narkotik vasitə heroin və 04 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı Bakı şəhəri X14 rayonu, E.Şükürlü küçəsi 12 saylı evdə olarkən bədənində ağrılar hiss etdiyindən əvvəllər tanımadığı, ad, soyad, ata adı, eləcə də digər anket məlumatlarını bilmədiyi, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən elektron daşıyıcı vasitəsilə 60 manat köçürmə yolu ilə ödəmə apararaq sifariş verib Abşeron rayonu, Xırdalan şəhərindən nişanlanmış ünvandan götürərək şəxsi istifadəsi üçün əldə edib. Elektron tərəzini isə narkotik vasitə və psixotrop maddəni istifadə edən zaman şəxsi istifadə miqdarını aşmamaq üçün üzərində gəzdirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş maddə, vasitə və ya əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Eləcə də onun təqdim etdiyi mobil telefonu sübut əhəmiyyəti kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəməd verilən suallara əsasən bildirmişdir ki, Təqsirləndirilən şəxs tək saxlanılmış, yanında hər hası kənar şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadə verərək təqsirləndirilən şəxsin verdiyi ifadəyə uyğun olaraq bildirmişdir ki, xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuşdur, subaydır, Təqsirləndirilən şəxslə faktiki ailə münasibətlərində olmuşdur. Yevlax rayonundan qayıtdıqları vaxt maşında sürücü və sürücünün yanında tanımadığı bir şəxs özü və Təqsirləndirilən şəxs olarkən maşını su almaq üçün saxlamışlar və həmin vaxt Təqsirləndirilən şəxs mağazadan qayıdarkən özlərini polis əməkdaşları kimi təqdim edən 3,4 nəfər şəxs yaxınlaşmış və onları Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt əvvəl Təqsirləndirilən şəxslə birlikdə kirayə yaşadıqları evdən Abşeron rayonu ərazisindəki ünvanını dəqiq bilmədiyi evə köçürdülər, buna görə də maşında sumkalar vardı. Polis əməkdaşları onları Polis şöbəsinə dəvət etmiş, X5 bir gün Polis Şöbəsində saxlanıldıqdan sonra azad edilmişdir. Lakin, Babayev X9mışdır. Həmçinin bildirmişdir ki, narkotik vasitələr və tərəzi sumkadan aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və sumkada narkotik vasitə olması barədə məlumatı olmamışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları xx.xx.2022-ci il tarixdə-inzibati ərazidə xidmətdə olarkən saat 15:10 radələrində ünvan 8 ünvanda bir nəfər kişi cinsli şəxsin davranışı, hərəkətləri, bədən quruluşu, gözlərinin forması narkotik maddə aludəçisinə bənzədiyindən biz həmin şəxsdən şübhələnərək ona yaxınlaşmış və özülərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən şübhələndiklərini bildirərək onu inzibati ərazi aidiyyatı üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1996-cı ildə anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanda qeydiyyatda olan və Xətai rayonu, E.Şükürlü küçəsi ev 12 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildi. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən özünə məxsus “Redmi” markalı mobil telefonu, həmin şalvarımın sol cibindən 1 ədəd elektron tərəzini və 3 ədəd siqaretin gümüşü rəngli kağızma və 1ədəd adi sollofana bükülmüş ağ rəngli kristal formalı narkotik maddəyə bənzər bükümü və 1 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümlərin psixotrop maddə olan metanfetamin və narkotik maddə olan Heroin olmasını və həmin narkotik vasitələrin ona məxsus olmasını bildirdi. Vət.Təqsirləndirilən şəxs həmin 3 ədəd siqaretin gümüşü rəngli kağızına və 1 ədəd adi sollofana bükülmüş ağ rəngli kristal formalı narkotik maddəyə bənzər bükümü və 1 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Xətai rayonu, E.Şükürlü küçəsi ev 12 saylı ünvanda olarkən onlayn üsulla əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi İran İslam Respublikası vətəndaşından 60 manat müqabilində sifariş verərək “işarələnmiş” yer olan Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “LUKOİL” YDM-nin yaxınlığından şəxsi istifadəsi məqsədilə əldə etməsini qeyd etdi.Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd siqaretin gümüşü rəngli kağızma və 1 ədəd adi sollofana bükülmüş ağ rəngli kristal formalı narkotik maddəyə bənzər büküm və 1 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 16 sentyabr 2022-ci il tarixli 6/5228 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərfələr üçün 219 nömərli” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən” və s. yazılar, imzalar ola zərfdəki 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,188 qram, 0,071 qram, 0,031 qram, 0,646 qram ümumi təmiz çəkiləri 0,936 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər.01 bükümdə təmiz çəkisi 0,990 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 18 noyabr 2022-ci il tarixli 6/6265 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərfələr üçün 44 nömərli” dairəvi möhür əksiləri, 01 ədəd tərəzi....” sözləri zərfin içərisində bir ədəd üzərində “QC.PASS” yazısı olan elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 5348 saylı rəyindən görünür ki, Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseridə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə baxış zamanı ***-***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olduğunu bildirdiyi nömrəsinə “bir kola pazimdi 30 m var gəlib deyərdin nisyə istəyirəm e qaqa”, “abi gəlim mən yarı p-ya qaqa”, “Ay mama oğlu necəsən gəlim sənə 30 manat verim də”, “Emir eleme sa dedim kola tapdun demedim mende var”, “Qaqa uwaqlarnan svyazdayam seniy kya gore tapim yigacam sene cix vezyetde” kimi sms-lər müxtəlif mobil nömrələrdən daxil olmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,990 ram narkotk vasitə heroin, 04 ədəd bükümdə təmiz çəkisi 0,936 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və heroinin qalıq qalmış 0,890 qram, metamfetaminin qalıq qalmış 0,856 qram hissəsi saxlanılması üçün Nərimanov RPİnin növbətçi hissəsinə təhvil verilmişdir. QC.PASS” yazısı olan elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir .Həmçinin şəxi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD və Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:30 radələrində Babayev X3 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi” haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərancam ilə İ-4777 seriyalı“Cəbrayılın azad olunmasına görə medalı”, 25 dekabr 2022-ci il tarixli, 2362 nömrəli Sərancamı ilə İ-5213 seriyalı “Füzulinin azad olunmasına görə”medalı ilə, İ-2579 seriyalı “Xocavəndin azad olunmasına görə”medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərancamı ilə İ-7884 seriyalı “Vətən müharibəsi iştirakçısı”medalları ilə təltif olunmuşdur. AZ-İİİ 988158 saylı Doğum haqqında Şəhdaətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs bir azyaşlı övladı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai isintaqda verdiyi ifadəsindən qismən fərqli ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən, həm də əlavə dəvət edilmiş şahidin ifadələri arasında uyğunluq olsa da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı ziddiyyətli hissələrin olması məsuliyyətdən yayınma halı kimi qiymətləndirilir. Bundan başqa təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir quruma şikayət etməmişdir, eləcə də hər hansı şiddətə və təzyiqə məruz qalmadığını da bildirmişdir. Eyni zamanda narkotik vasitələrin və tərəzinin özünə aid olduğunu etiraf etmiş, lakin satışı ilə məşğul olmadığını bildirməsi, məhkəmədə tədqiq edilən telefon yazışmaları ilə təkzib edilmişdir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, şəxsin istifədəsində olan mobil telefondan çıxarılmış sms danışıqlarından göründüyü kimi dəfələrlə narkotik vasitənin satışı ilə bağlı müxtəlif şəxslərlə danışması və onlara narkotik vasitəni təqdim etməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını və dəfələrlə medallarla təltif olunması yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02(iki) gün (15-17 sentyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİNnin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,890 qram qram çəkisi olan narkotik vasitə heroin və metamfetaminin qalıq qalmış 0,856 qram hissəsi, “QC.PASS” yazısı olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD və Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 165(yüz altmış beş manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02(iki) gün (15-17 sentyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 11(ay) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0, 890 qram narkotik vasitə heroin, 0,856 qrammetamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və sms mətnlərinin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 165(yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6(altı) manat hesab edilməklə, 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar