Məhkəmə qərarları › İş №1(005)-117/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-117/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-117/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Azəriqaz” İB-yə məxsus 23.800 manat məbləğində dövlət əhəmiyyətli təbii qaz borularını ələ keçirərək oğurluq etdikdən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə cinayətkar fəaliyyətini biznes görüntüsü kimi təqdim edərək, Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən torpaq sahəsində istifadə müddətini başa vurmuş dəmir turba və digər əlvan metal parçalarının torpaq altından çıxarılaraq, metal kimi satıb birgə qazanc əldə etmək adı ilə yalan vəd verib aldadaraq, 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində 20.000 manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu Ulduz metrostansiyasmın yaxınlığında yerləşən köhnə binaların istismar müddəti bitmiş istilik sistemləri lurbalarmın çıxarılaraq, metal kimi satıb birgə qazanc əldə etmək adı ilə yalan vəd verib aldadaraq, 2022-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu N.Hacıyev küçəsində 3.000 manat, həmin günü yəni, 2022-ci ilin iyul ayında ünvan 3 ünvanında kart hesabına köçürtdürməklə 300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə З.З00 manat ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən yer altında əvvəllər basdırılmış və hazırda istifadəsiz olan metal boruların çıxarılıb əridilməsi işi ilə məşğul olur. Belə ki, əvvəllər "xxxx" MMC-də icraaçı işləmişdir. Həmin MMC-nin təsisçisi Məmmədəli Əliyev adlı şəxs idi və bir müddət əvvəl sonuncu rəhmətə getmişdir. Özünün vəzifəsi bu idi ki, yer altında basdırılmış istifadəsiz borular olan yerləri axtarıb tapsın, sonra şirkət həmin ünvanlarda qazıntı işləri aparıb boruların çıxarılması ilə bağlı müvafiq sənədləşmə və icazə işlərini gördükdən sonra özü texnikaları olan müəyyən şəxslərlə birlikdə həmin yerlərdə olan boruları çıxarmaq və aparıb «X2»yə təhvil verməkdən ibarət olmuşdur. Bu işləri görmək üçün fəhlələri və texnikaları özü tapır, əldə olunan qazancın 50 faizi ona, 50 faizi isə şirkətə çatırmış. Qazıntı işlərini görən fəhlələrin və texnikaları işlədən şəxslərin pullarını isə özü vermişdir. Şahid Həmdulla oğlu da onun gördüyü işlərdə traktorçu kimi fəaliyyət göstərmişdir. İşlədiyi ünvan Qaradağ rayonu ərazisində olmuşdur. Ərazidə görülən işlər nəticəsində «Azəriqaz»a vurulan 33000 manat maddi ziyana görə 06 aprel 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.3-2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 2021-ci il tarixdə Qaradağ rayonu Sanqaçal qəsəbəsi ərazisində şirkət adından dəmir boruların çıxarılması işi ilə məşğul olmuşdur. Orada olan torpaq sahəsinin bir hissəsində qazıntı işləri aparan zaman texnikalar balotaya düşdükləri üçün xeyli miqdarda ziyana düşmüşlər. Texnikaların çıxarılması və digər balota olmayan yerdə qazıntı işlərinin davam etdirilməsi, boruların qazılıb çıxarılması, daşınması və sair texniki xərclərin ödənilməsi üçün pul lazım idi. 2021ci ilin oktyabr ayında Kamrana demişdir ki, əgər 30.000 manat pul olsa qazıntı işlərini davam etdirib pul əldə etmək olar. Kamran da əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs onun yanına gətirmişdir. Ramilə Sanqaçal qəsəbəsi ərazisində qazıntı işləri olan yeri göstərmiş və ona bildirmişdir ki, 30.000 manat pul verəcəyi halda işlərini görüb əldə edəcəkləri gəlirdən ona da pay verməklə təxminən bir həftə ərzində pulunu qaytara bilər. Lakin, Ramil həmin məbləğdə pulu olmadığını demiş, daha sonra isə Ramillə 20.000 manata razılaşmışlar. Ramil Sanqaçal qəsəbəsində qazıntı işləri gördükləri yerdə 20.000 manat Kamrana pul vermiş, Kamran da həmin pulu orada ona vermişdir. Həmin pulla bir müddət işlətdiyi texnikanın və sair xərcləri ödəmiş, lakin gəliri olmadığından Ramilə söz verdiyi 20.000 manat pulunu və qazancı verə bilməmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında barəsində olan cinayət işi üzrə tutulmuş, təxminən 40 gün sonra həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra yəni, 2022-ci ilin təxminən yanvar ayında Kamranla birlikdə Ramilin yanına getmiş, günü 60 manata olmaqla, Ramilin rentekarından “Kia Optima” markalı **-LU-*** dövlət nömrə nişanlı avtomobil götürmüşdür. Bir neçə gün sonra həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. 2022-ci ilin iyul ayında Ulduz metrostansiyasınm yaxınlığında köhnə binaların istismarı dayanmış istilik turbalarının çıxarılıb satılması işi var idi. Həmin işi görmək üçün pul lazım olduğundan Ramillə zəngləşib görüşmüş, Ramilə həmin işi birlikdə görüb qazanc əldə etməyi təklif etmiş və ondan bu iş üçün 3300 manat pul istəmişdir. Ramilə ona Nərimanov rayonu, N.Hacıyev küçəsində 3000 manat pul vermiş, 300 manat isə onun Kapitalbank bank kartına göndərmişdir. Lakin, qısa müddət ərzində Ramilin pulunu yenə də ödəyə bilməmişdir. Ramil onun barəsində şikayət etdikdən sonra ona aldığı ümumilikdə 23.300 manat puldan 2.000 manat bir, 1000 manat bir, 500 manat bir və s. olmaqla, müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə təxminən 6.000 manata yaxın pul qaytarmışdır. Kamranla onun Ramilin pulunu ələ keçirmək barədə heç bir razılaşması və sövdələşməsi olmamışdır və ona Ramildən aldığı puldan heç bir məbləğdə pul verməmişdir. Hazırda zərər çəkmiş şəxs dəymiş zərəri tam olaraq ödəmişdir. Zərər çəkmiş şəxslə barışmışdır və ona qarşı qarşı şikayət və tələbi yoxdur. Sonda qeyd etdiyi halların nəzərə alınaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin oktyabr ayında tanışı Şahid Həmdulla oğlunun vasitəsilə tanımışdır. Həmin ərəfədə avtomobillərin kirayəsi ilə məşğul olmuş və Kamran da ondan dəfələrlə avtomobil kirayəyə götürmüşdür. Həmin vaxtdan Kamranla aralarında ünsiyyəti yaranmışdır. Kamranla söhbət zamanı Kamran ona bildirmişdir ki, Amil adlı şəxsin yanında traktorist işləyir, yeraltında yararsız vəziyyətdə olan metal parçalarını çıxarıb satışı ilə məşğul olurlar. Həmçinin Kamran bildirmişdir ki, müdiri Amil ona deyibdir ki, müdirinin iş sıxıntısı vardır, işlə bağlı pula ehtiyacı vardır, əgər 30.000 manat pul verilsə 3 gün ərzində qazancı ilə birlikdə pul götürülə bilər. Bundan bir neçə gün sonra Kamran ona zəng edərək qazıntı işləri apardıqları Qaradağ rayonuna dəvət etmiş, orada Kamran onu müdiri Amil adlı şəxslə tanış etmişdir. Amil ona qazıntı işləri gördüyü yeri göstərmiş, həmçinin bildirmişdir ki, 30.000 manat pul verəcəyi halda işlərini görüb əldə edəcəkləri gəlirdən ona da, pay verməklə təxminən bir həftə ərzində pulunu qaytara bilər. Amilə 30.000 manat pulunun olmadığını, 20.000 manat pulunun olduğunu demiş, Amil isə 20.000 manata onunla razılaşmışdır. Həmin zaman yəni, 2021-ci ilin oktyabr ayının əvvəllərində Qaradağ rayonu, Sanqaçal qəsəbəsində Amilgilin qazıntı işləri gördükləri yerdə 20.000 manat pulu sayaraq Kamrana vermiş, Kamran isə öz növbəsində həmin pulu orada Amilə vermişdir. Həmin vaxtdan 3 gün keçdikdə Amillə əlaqə saxlamış və hər dəfəsində Amil ona müxtəlif bəhanələr gətirib pulunu verəcəyinə söz vermişdir. Lakin bir müddət sonra Amilin həbs olunması barədə məlumat almış, Amil özü də, ona zəng edərək həbsdən zəng etdiyini bildirmiş və çıxdıqdan sonra pulunu qaytaracağına söz vermişdir. 2022-ci ilin yanvar ayında Kamranla Amil onun yanına gəlmiş və Kamran ona demişdir ki, “sən Amilə rentakara maşın ver, pulunu vaxtı-vaxtında verəcək”. Həmçinin Amil həmin zaman ona demişdir ki, rentakarda olan maşını rentakardan çıxarıb hər gününə 60 manat pul verəcəkdir. Bundan sonra Amilə inanıb “Kia Optima” markalı 99- LU-868 dövlət nömrə nişanlı avtomaşınını rentakardan çıxarıb hər bir gününə 60 manat pul ödəmək şərti ilə Amilə vermişdir. Amil isə həmin avtomaşınla yol nəqliyyat hadisəsi törədərək avtomaşını yararsız hala salmış və ona həmin hadisə nəticəsində 17.000 manat maddi ziyan vurmuşdur. 2022-ci ilin iyul ayında Amil ona zəng edərək görüşmək istədiyini bildirmiş və özü də onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüşdür. Söhbət zamanı Amil Ulduz metrostansiyasının yaxınlığında köhnə binaların istismarı dayanmış istilik turbalarının çıxarılıb satılması işi olduğunu, həmin işi gördükdən sonra 20.000 manat pulunu geri qaytara biləcəyini, həmin işi görmək üçün isə 3000 manat pul lazım olduğunu demişdir. Həmin zaman yəni, 2022-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində Amilə 3000 manat pul vermiş, həmçinin həmin günü axşam radələrində Amil ona zəng vurub həmin işlə bağlı 300 manat əlavə pul lazım olduğunu dediyi üçün onun hazırda yadında qalmayan kart hesabına 300 manat pul göndərmişdir. Lakin Amil onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Odur ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin may ayında Gənclik metrostansiyasının yaxınlığında avtomaşınların kirayəsi ilə məşğul olan zaman tanımış və bir neçə dəfə ondan avtomobil kirayələmişdir. Buna görə də onunla münasibətləri yaranmış və yaxşı münasibətləri olmuşdur. Traktor sürücüsü olduğu üçün Amil 2021-ci ilin ilk aylarında onunla əlaqə saxlamış, həmin ərəfədə Qarabağ zonasında aparılan abadlaşdırma işlərində işləmişdir. Amil ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsində qazıntı işləri aparır və onun da traktorla həmin əraziyə gəlib qazıntı işləri aparıb qazanc əldə etməyini təklif etmişdir. 2021-ci ilin sentyabr ayında Amilin təklifi ilə Bakı şəhərinə gəlmiş və idarə etdiyi traktorla Amilin tabeçiliyində olan ərazidə qazıntı işləri aparıb torpaq altından turba və əlvan metal boruları çıxarmışdır. Amil isə həmin metal boruları yük maşınlarına yüklətdirib satışını təşkil etmişdir. Onun və digər işçilərin pulunu Amil vermişdir. Raminlə telefon danışığı zamanı Ramil ona bildirmişdir ki, avtomaşınların kirayəsi ilə məşğul olmur, iş olarsa ona xəbər etsin. 2021-ci ilin oktyabr ayında Amil ona bildirmişdir ki, başqa bir yer var, həmin yerdə qazıntı işləri aparıb gəlir əldə etmək üçün 30.000 manat pul lazımdır, pul verən olsa götürüb qazanc əldə edə bilərlər. Bundan sonra bu barədə Ramilə bildirmiş və Ramil təkliflə razılaşıb aralarında olan söhbətdən iki gün sonra Sanqaçal qəsəbəsinə gələrək Amil və onunla görüşmüşdür. Amil Ramillə söhbət edib bildirmişdir ki, 30.000 manat pul versə qazıntı işlərini görüb 3 gün ərzində qazancı ilə birlikdə pulunu qaytaracaqdır. Ramil də 20.000 manat pulu olduğunu demiş və Amil onunla razılaşmışdır. Bundan sonra həmin vaxt yəni, 2021-ci ilin oktyabr ayının əvvəllərində orada Ramil 20.000 manat pulu Amilə vermişdir. Lakin, 3 günə Amil pulu düzəldib Ramilə verə bilməmiş və 10 gündən sonra Ramil, özü və Amil görüşdükdə onlar razılaşmışlar ki, Amil Ramilə 27.000 manat pul verəcəkdir. Sonradan Amil tutulmuş, 2022-ci ilin yanvar ayında Amil ilə birlikdə Ramilin işlətdiyi rentekara getmişlər. Həmin zaman Amil Ramildən idarə etmək üçün günü 60 manata Kia Optima markalı avtomobil götürmüşdür. Sonradan bilmişdir ki, Amil həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin sonradan Ramildən eşitmişdir ki, 2022-ci ilin iyul ayında Amil ona yaxınlaşıb Ulduz metrostansiyasınm yaxınlığında iş görmək adı ilə ümumilikdə 3.300 manat pul almışdır. Amilin Ramilə məxsus pulları dələduzluq yolu ilə aldadıb ələ keçirməsindən əvvəlcədən heç bir məlumatı olmamışdır, həmçinin qeyd olunan xüsusalla bağlı Amillə heç bir əlbirliyi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən avtoyuma məntəqəsidir. Vətəndaş Zərərçəkmiş şəxs keçirilən baxış zamanı sonuncu dəfə pulu həmin yerdə verdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Maddi ziyanın ödənilməsinə dair” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan olan 23000 (iyirmi üç) manat puldan 2000 (iki min) manatı ödənilmişdir. “Tutma haqqında” 02 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Diskə baxış keçirilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında fayllar mövcuddur. Həmin fayllara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iş görmək üçün 3000 manat pul istəmişdir və həmin pulu iş gördükdən sonra 20.000 manatla birlikdə qaytaracağını bildirmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSYdən azad edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-3/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 07 ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hökmlə təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqdim edilmiş CD disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-117/2024 saylı, 23 fevral 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, o, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitinsiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-781/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(005)-185/21 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07 dekabr 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətə görə cinayət məsuliyyətdən azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 06 fevral 2024-cü il tarixli, 21-1-3-2310-11 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış elan edilmiş və icra müddətinin axımı dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilmiş hissəsi 04 ay, çəkilməmiş hissəsi isə 1 il təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin şahid ifadəsi, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin altı azyaşlı uşağının olmasını (əsas: portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)- 3/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl 2021-ci ilin sentyabr ayında və 2022-ci ilin iyul ayında törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 06 fevral 2024-cü il tarixli, 21-1-3-2310-11 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. xx.xx.2023cü il tarixdə onun barəsində axtarış elan edilmiş və icra müddətinin axımı dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilmiş hissəsi 04 ay, çəkilməmiş hissəsi isə 1 il təşkil edir. Beləliklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 il 04 ay azadlığın məhdudlaşdırılması cəzasının 04 ay hissəsini çəkmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)-3/2023 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər iki iş üzrə tutma altında, ev dustaqlığında və həbsdə olduğu müddət, həmçinin ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)-3/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 04 il 05 ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ev dustalığında və həbsdə olduğu 07 ay müddət, habelə hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək tutulduğu, 28 fevral 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 09 ay 05 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 06 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(002)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilmiş 04 ay azadlığın məhdudlaşdırılması cəzası, ümumilikdə 01 il 10 ay 10 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar