Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-118/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs Fərhad oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Fərhad oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs heç bir mülkiyyət hüququ olmadığı halda ünvan 1 saylı binanın 32 saylı mövcud olmayan ünvanında mənzil aldığını, mənzilə aid mülkiyyət sənədini düzəldərək satıb borcunu qaytaracağını vəd verməklə aldadıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxx 2016cı il tarixdə ünvan 2 ünvanında yerləşən “Şam” restoranının qarşısında 19.000 (on doqquz min) manat, mənzilin mülkiyyət sənədinin alınması üçün pulun yetərli olmadığını bildirib, xx xxxx 2016-cı il tarixdə ünvan 3 ünvanında yerləşən N.Nərimanov adına istirahət parkında 10.000 (on min) manat olmaqla ümumilikdə 29.000 (iyirmi doqquz min) manat pulunu əlyazma qəbz verib ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Fərhad oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Şahid 2013-cü ildən tanımışdır. Daha sonra aralarında yaxın münasibət yaranmışdır. Tanışlıqlarından təxminən 01 ay sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində tikdirdiyi evin çardağı vurulmalı olmuşdur. Həmin ərəfələrdə o, Afaqla birlikdə olan zaman evdə işləyən ustalardan biri onun istifadə etdiyi mobil telefona zəng edərək tikinti materialları lazım olduğunu bildirmişdir. O, telefonla danışığı bitirəndən sonra Afaq nə baş verdiyini soruşmuşdur. O da evin çardağının yığılması üçün 7.000 manat pul lazım olduğunu bildirmişdir. Afaq isə ona maddi cəhətdən köməklik göstərəcəyini bildirmişdir. Beləliklə danışıqlarından 1-2 gün sonra Afaq ona zəng edərək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Nizami” metrostansiyasının yanına dəvət etmişdir. Orada görüşən zaman Afaq ona ilk dəfə 4.000 manat nağd pul vermişdir. Bundan 2-3 gün sonra yenidən “Nizami” metrostansiyasının yanında görüşən zaman Afaq ona əlavə olaraq 3.000 manat nağd pul vermişdir. Həmin pulları Afaq kredit yolu ilə müxtəlif banklardan götürüb ona vermişdir. Aralarında olan razılığa əsasən həmin bankların aylıq kredit ödənişlərini özü ödəməli olmuşdur. Buna görə Afaqa dəfələrlə müxtəlif məbləğlərdə, ümumilikdə yadında qalmayan məbləğdə pullar vermişdir. Bundan sonra, yadında qalmayan tarixdə ona 1.500 manat pul lazım olduğuna görə yenidən Afaqa müraciət etmiş, sonuncu aylıq ödənişi 10 % olmaqla sələmə pul verən tanışı olduğunu bildirmiş və adı ona məlum olmayan tanışından sələmə 1.500 manat pul götürüb Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyasının yanında görüşərək ona vermişdir. Aralarında olan razılığa əsasən həmin 1.500 manat pulu faiz borcları ilə birlikdə 2-3 ay ərzində geri qaytarmalı olmuşdur. Həmin pula görə bir neçə ay ərzində xatırlamadığı məbləğdə aylıq faiz ödənişləri etmiş, lakin sonradan əsas borcu və aylıq faiz borclarını ödəyə bilməmişdir. Daha sonra mədəsində yaranmış problemlərə görə Yasamal rayonu ərazisində yerləşən “Topçubaşov” adına xəstəxanada əməliyyat olunmuş və mədəsi amputasiya olunmuşdur. Buna görə müalicəsinə pul ödəməli olmuş və Afaq gətirib orada ona 700 manat pul vermişdir. Şahid reklam işlərinə görə ona 5.000 manat pul verməyib. Afaq evini təmir etdirmək üçün bankdan 7.000 manat pul krediti götürüb ona vermişdir. Yuxarıda qeyd etdiyi 7.000 manat pulu elə Afaq “xxxx” ASC-dən götürüb ona vermişdir. Afaq ona 7.500 deyil, 7.000 manat pul vermişdir. Həmin pulu da banka ödəyib Afaqın qızıllarını girovdan çıxartmışdır. Şahid qızıllarını bankdan girovdan çıxarmağı ilə bağlı onda heç bir sənəd yoxdur. Ondan reklam üçün pul götürməmişdir. Afaqın dedikləri doğru deyil, o, Afaqın ifadəsində göstərdiyi tarixlərdə qeyd olunan məqsədlə pul və qızıl-zinət əşyaları almamışdır. Rəşad adlı şəxsi isə pul götürməsi üçün göndərməmişdir. Belə bir tanışı ümumiyyətlə yoxdur. O, Hilal və Sevil adlı şəxsləri tanımır. O, bildiyi qədər Sevil adlı şəxsin Zərərçəkmiş şəxs borcu olmuşdur, Mahirə Sevildən pulunu tələb etdikdə Sevil ona əvəzində Keşlədə yerləşən evini vermək istəmiş, lakin evin sənədləri qaydasında olmadığından evə mülkiyyət sənədi düzəltmək istəmişlər. Bununla bağlı Afaqla Mahirə ona müraciət etdikdə o, dostu Azadinin əlaqələri geniş olduğundan düzəldə biləcəyini deyib Afaqla birlikdə Nərimanov parkında Azadi ilə görüşmüşdür, Azadi evin işıq pulu qəbzinə baxıb demişdir ki, o sənədlə evə mülkiyyət sənədi düzəltmək olmaz. Bundan başqa Azadi və Afaqın nə kimi münasibətlərinin olmasından və görüşmələrindən xəbəri yoxdur. Belə ki, o, Afaq və Mahirədən 2016-cı ildə özünə lazım olduğu üçün faizə ümumilikdə 19.000 manat pul götürmüş və həmin pulların da böyük hissəsini qaytarmış və ona təxminən 7.000 manat borcu qalmışdır. Onun ona verdiyi qızılları isə onların istəyi ilə götürüb lombarda girov qoyaraq aldığı pulları özlərinə vermişdir. Daha sonralar verdikləri qızılların pulları ödənilmədiyi üçün həmin girova qoyulmuş qızıllar girov qoyduğu yer tərəfindən götürülmüşdür. Onlardan götürüb qızılları girov qoyduğu lombard Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti M.Abasov küçəsində yerləşir. Lombard işçisinin adı Nəzakət xanımdır. Zərərçəkmiş şəxs və Şahid götürdüyü qızıl-zinət əşyalarını girov qoyduğu lombard tərəfindən verilmiş sənədlər onda yoxdur, o, qızılları girov qoyub sənədlərini onların özlərinə vermişdir. O, qızılları həmin lombarda qoymuş, sistemdə onun adının nə üçün çıxmadığını bilmir. Əfqan Allahverdiyevə məxsus evi onlara satmaqda və ondan pul istəyərək qızılları götürəcəyini deməkdə məqsədi Zərərçəkmiş şəxs və onun qızı Şahid onu tez-tez yığaraq pul tələb edib bezdirmələri olmuşdur. Həmçinin, Mahirəyə o cür deyirmiş ki, ondan əl çəksinlər. Mahirəyə verdiyi qəbzdə yazılmış həmin mənzilin kimə məxsus olduğunu bilməmiş, əvvəllər həmin Xətai rayonu M.Hadi küçəsində avtoyuma məntəqəsi işlədirmiş, ona görə də küçənin adı yadında qaldığına görə qəbzi yazarkən həmin küçəni qeyd etmişdir. Ancaq evin və mənzilin nömrəsini təsadüfən yazmışdır. Belə ki, 2016-cı ilin yay aylarında ona pul lazım olmuş, ona görə Mahirəyə müraciət etmiş və ondan 19.000 manat borc pul istəmişdir. Ona demişdir ki, yeni tikili binadan mənzil almış, mənzilin mülkiyyət sənədlərini düzəldib baha qiymətə satdıqdan sonra pulunu qaytaracaq. O da ona pulu faizlə vermişdir. Bundan sonra sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 10.000 manat pul lazım olduqda yenə də Mahirəyə müraciət etmiş və ona mənzilin mülkiyyət sənədinin düzəldilməsi üçün pulun yetərli olmadığını deyərək əlavə 10.000 manat pul istəmişdir. Mahirə etiraz etməmiş və yenə də pulu ona faizə vermişdir. Pulu Mahirədən alarkən onun istəyi ilə qəbz yazıb vermiş və qəbzdə guya mənzilin yerləşdiyi yeri təsdüfən Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 39 mənzil 32 kimi qeyd etmişdir. Ümumilikdə aldığı 29.000 manat pulun da qeyd etdiyi kimi faizlərlə birlikdə böyük hissəsini qaytarmış, hazırda onun Mahirəyə 7.000 manat verəcəyi qalmışdır. Son olaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Afaqdan eşitdiyinə görə 2013-cü ildə Təqsirləndirilən şəxs reklam şirkəti açacağı barədə onunla söhbət etmiş, onu inandırmışdır. Qızına demişdir ki, qızı Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə şirkəti onun adına açacaq və şərikli qaydada fəaliyyətini təşkil edəcəklər, yaxşı qazanc əldə olunacaq. Qızı Afaq da qızıl-zinət əşyalarını “xxxx” ASC-də girov qoymuş, kredit kimi əldə etdiyi pulu isə Təqsirləndirilən şəxs vermişdir. Bundan əlavə mütəmadi olaraq Təqsirləndirilən şəxs reklam şirkətinin fəaliyyətə başlaması üçün ümumilikdə qızı Afaqdan 22.484 manat və 4.000 ABŞ dolları pul almışdır. Qızı Afaq həmin pulların çoxunu banklardan kredit yolu ilə götürmüşdür. Təqsirləndirilən şəxs kredit ödənişlərini özünün edəcəyini bildirsə də söz verdiyi vədə əməl etməmişdir və kredit ödənişlərini qızı özü banka ödəməyə məcbur olmuşdur. Bundan başqa 2016-cı ilin may ayının əvvəllərində tanışları olan Hilal adlı şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən həyət evini satmaq istədiyini bildirmiş, evi 55.000 manata qiymətləndirmişdir. Onun təklifinə görə evin qiymətinin yarı məbləği əvvəlcədən ödəməklə evi ala bilərmişlər, qalan məbləği təxminən bir il ərzində ödəyə bilərmişlər. Lakin Hilalın deməsinə görə həyət evinin mülkiyyət sənədləri olmamışdır, Hilal onlara təklif etmişdir ki, əgər mülkiyyət sənədlərini hazırlasalar, ona xərclənəcək pul məbləği, evin ümumi qiymətindən çıxılacaqdır. Hilalın təklifi barədə o və qızı məsləhətləşəndə Afaq evi özünün almaq istədiyini bildirmişdir. Onlar birlikdə məsləhətləşdikdən sonra Afaq demişdir ki, Raminin əlaqələri genişdir, bəlkə bu işdə köməklik göstərə bilər. Afaq onun yanında Raminə zəng vuraraq ondan bu barədə məsləhət aldıqda Ramin əlaqələrinin gediş olduğunu və sənədləşmə işini tanışı vasitəsilə həll edə biləcəyini bildirmişdir. Afaq ona inandığı üçün onlar görüşmüşdür. Görüşdən sonra Afaq evə gələrək Ramin və onun Azad adlı tanışı ilə Nərimanov parkında görüşdüklərini, lakin həmin şəxsin pul barədə heç bir söz demədiyini, yalnız bu məsələnin həllinin mümkün olub-olmayacağı barədə maraqlanacağını dediyini bildirmişdir. Daha sonra Azad adlı şəxs onlardan ayrıldıqdan sonra Ramin sənədləşmə işlərinin 10.000 manata Azad adlı şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Afaq da ona qızıl-zinət əşyaları vermişdir, Ramin də Afaqdan qızıl-zinət əşyalarını götürərək onları deməsinə görə hansısa lombarda girova qoyub 10.000 manat pul götürmüşdür. Bundan sonrakı müddətdə Ramin onunla görüşən zaman söhbətində demişdir ki, guya Bakı şəhərində inşa edilən binalardan birində mənzil alıb, yaxın günlərdə həmin mənzilin mülkiyyət sənədini almalıdır, lakin sənədin alınması üçün 19.000 manat pula ehtiyac vardır, evi sənədləşdirib baha qiymətə satdıqdan sonra həmin pulu və əvvəllər qızından aldığı bank kreditlərini və əlavə aldığı pulları qaytara bilməsə, mənzili onlara verib hesablaşacaqlar. Lakin, o, ona ilkin olaraq pulu olmadığını dedikdə Ramin demişdir ki, “əgər nağd pulun yoxdursa sən 19.000 manat dəyərində qızıl-zinət əşyaları gətir, mən onu yaxın tanışımda girova qoyub borc kimi götürəcəm”. O, Raminə inanıb razılaşmışdır və ona qızıl yox pul vermiş, belə ki özündə olan 19.000 manat pulu xx.xx.2016-cı il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən “Şam” kafesinin qarşısında ona vermişdir. Həmin vaxt qızı Afaq da onun yanında olmuş və o da pulu ona verməyinin şahidi olmuşdur. Bundan başqa həmin ərəfədə Sevil adlı tanışının da ona 34.000 manat məbləğində borcu olmuşdur. Belə ki, Sevil uzun müddət əvvəl ondan qızıl-zinət əşyaları borca götürmüşdür. Ona görə də aralarında 34.000 manatlıq borc öhdəliyi olmuş, Sevil ona olan borcunu ödəməsi üçün əvəzində söhbət zamanı ona təklif etmişdir ki, onun Nizami rayonu Keşlə qəsəbəsində həyət evi var və həmin evə aid mülkiyyət sənədi əldə edib borcunu qaytarmaq istəyir. Çünki, ev mülkiyyət sənədi olmadan ucuz qiymətə satılacaqmış. Ona görə çıxarış alıb satmaq istəyirmiş ki, biraz da özünə pul qalsın. Evin sənədlərinin hazırlanmasında adam axtaran zaman qızı bu barədə Raminə məlumat vermişdir. Həmin ərəfədə Ramin deməsinə görə Hilalın evinin sənədinin düzəlməsi prosesi ilə məşğul olmuşdur. xx.xx.2016-cı il tarixdə Ramindən həmin evin də sənədləşməsinə köməklik göstərməsini xahiş etdikdə Ramin bu işdən ötrü 11.000 manat pul lazım olduğunu demişdir. O, Raminə pulu olmadığım dedikdə Ramin narahat olmamağını, ona qızıl-zinət əşyaları verməyini və tanıdığı bir nəfər şəxsdə qızılları maksimum aşağı faizlə girov qoyub pul götürə biləcəyini demişdir. Ramin təxminən 20000-22000 manat arası qızıl zinət əşyaları olarsa girov qoyaraq 11.000 manat götürə biləcəyini bildirmişdir. Deməsinə görə 11.000 manata görə cəmi 1000 manat faiz ödəyəcəkmiş. Raminin vədlərinə inanıb rəfiqəsi Tahirədən 10.000 manat dəyərində qızılzinət əşyalarını müvəqqəti girov qoymaq üçün götürüb özündə olan əlavə 12.000 manat dəyərində qızıl-zinət əşyaları ilə birlikdə həmin tarixdə Nərimanov rayonu Təbriz küçəsi 104 ünvanında yerləşən Nərimanov parkında bir dəfəyə Təqsirləndirilən şəxs vermiş, həmin vaxt qızı Afaq da onun yanında olmuş və onlar birlikdə qızılları Raminlə birlikdə qiymətləndirərək ona vermişdir. Raminin deməsinə görə o, 22.000 manat dəyərində olan qızıllarını kimdəsə girov qoyub 11.000 manat pul götürəcəkmiş və əldə etdiyi pul müqabilində Sevilir, evinin mülkiyyət sənədlərini hazırlamalı olmuşdur. 22.000 manat dəyərində qızıl-zinət əşyalarının ona pul əvəzi verilməsi barədə Ramin özü qəbz də yazıb vermişdir. Lakin qəbzdə qızıl-zinət əşyaları yox, borc kimi qeyd etmişdir. Bunun səbəbini bilməmişdir. Çünki ona əsas ona verdiyi qızıl-zinət əşyalarının ümumi dəyərin; yazmağı maraqlı olmuşdur. Bundan sonra Ramin özünə məxsus mənzilin sənədinin alınması üçün pulun yetərli olmadığını bildirərək əlavə olaraq sənəd üçün 10.000 manat tələb olunduğunu bildirib ondan yenə də pul istəmişdir. Raminə əvvəlcədən də pul verdikləri üçün ona inanıb razılaşmış və özündə olan 10.000 manat pulu xx.xx.2016-cı il tarixində Nərimanov parkında qızı Afaqın iştirakı ilə Raminə vermişdir. O da bir daha öhdəlik götürmüşdür ki, əgər əvvəlki 19.000 manatdan əlavə hazırda aldığı 10.000 manat pulu da qaytarmasa, öz mənzilini ona verəcək. Həmin vaxt qızının tələbi ilə Təqsirləndirilən şəxs öz xətti ilə qəbz yazıb əvvəllər 19.000 manat borcunun olmasını, həmin tarixdə əlavə 10.000 manat borc almasını və qaytarmadığı təqdirdə evi onlara verəcəyini qeyd etmişdir. Bundan sonrakı müddətdə Ramindən bir xəbər çıxmamış, onu tapa bilməmişlər. Daha sonra bilmişlər ki, o, mədəsində olan problemlə əlaqədar uzun müddətdir ki, müalicə alır və əməliyyat olunmuşdur. Onu bu halda gördükdə Raminin onları aldatmadığını, ancaq problemləri ilə əlaqədar başı qarışıq olduğunu düşünmüşlər. Daha sonralar onlar Ramindən evlərin sənədləşmə işlərinin nə yerdə qaldığını soruşduqda o, işi görən adamın işi yubatdığını və bir az səbrli olmalarını bildirmişdir. O, Raminə onları işi görən adamla görüşdürməsini təkidlə bildirdikdə o, müxtəlif bəhanələr gətirərək həmin şəxsin yüksək vəzifədə işlədiyini və onlarla görüşməyinin mümkün olmadığını bildirirmiş. Onlar Raminin məqsədini başa düşüb daha sonra qızıllarını və verdikləri pulları tələb etdikdə o, əvəzində onlara ev verəcəyini vəd vermişdir. Belə ki, 2018-ci ilin yay aylarında Ramin Günəşli qəsəbəsində tikilmiş, lakin təmir edilməmiş həyət evini göstərərək bildirmişdir ki, 120.000 manata satılır, 70.000 manatını onlar versin, 50.000 manatı isə özü ev sahibinə verəcək və onlara ödəməli olan pulundan çıxacaqdır. Onlar məcbur qalıb onun bu şərti ilə də razılaşmışlar ki, onda olan pulları və qızılları batmasın. Belə olan halda o, qızı Afaqla həmin evə baxmaq üçün getmiş, evi bəyənmişlər. Ramin ilk əvvəl həmin evin özünə məxsus olmasını bildirmişdir. Həmin müddətdən sonra Ramin ev məsələsini də uzadaraq, ev sahibinin burada olmadığını və sairə bəhanələrlə vaxt udmağa çalışırmış. Bundan sonrakı müddətdə onlar evin sahibi olan Əfqan Allahverdiyevlə görüşmüşdür. Əfqan onlara bildirmişdir ki, söhbət əsnasında o, həmin ərəfədə Raminə demişdir ki, Günəşli qəsəbəsində təmirsiz həyət evi vardır, onu 70.000 manata satmaq istəyir. Ramin də demişdir ki, onu satmaqda müştəri tapar. Belə olan halda o, Raminə aparıb evini göstərmiş, bir müddət sonra Ramin ona demişdir ki, bir müştəri vardır, evi onlara 120.000 manata satmaq istəyir, həmin puldan 70.000 manatı Əfqana verəcək, 50.000 manatı da həmin şəxslərə olan borcundan siləcəkdir. O da Raminə demişdir ki, “mənim üçün bir fərqi yoxdur, mənim 70.000 manatımı ver, neçəyə satırsan sat”. Onlar bunları biləndən sonra tam anlamışlar ki, bütün bu oyunların hamısı Raminin onların pullarını və qızıl-zinət əşyalarını ələ keçirmək üçün olmuşdur. Sonradan o, Ramindən qızıllarını və verdikləri pulları tələb etdikdə o, yenə də onu aldatmaqda davam edib telefonda ona demişdir ki, onlardan götürdüyü qızılları girov qoyub pul götürdüyü yerlərə qızılın faiz borcundan ödəməklə qızılları girovdan çıxarıb ona qaytarmaq istəyir. Bu adla Ramin ondan yenidən 2019-cu ilin aprel-iyun aylarında müxtəlif vaxtlarda 1.000-1.500 manat pul istəmişdir ki, guya qızılları ona qaytaracaq, lakin o, ona birlikdə gedib qızıllarını verdiyi şəxsdən şəxsən pulu verib özünün götürmək istədiyini dedikdə Ramin onunla razılaşmamışdır. Raminin qəbzdə yazdığı ünvan Xətai rayonu M.Hadi küçəsində yerləşirdi. Həmin mənzilə gedərkən orada başqa bir vətəndaşın olduğunu və mənzilin özünə məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərər aradan qalxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ilin yay aylarında aralarında olan söhbət əsnasında Ramin reklam şirkəti açacağını bildirmiş və şirkəti onun adına açmaq istədiyini demişdir. Belə ki, o, Cəbrayıl rayonundan məcburi köçkün olduğu üçün şirkət onun adına açıldığı təqdirdə bəzi vergilərdən azad ediləcəkmiş. Həmçinin Ramin reklam şirkətinin yaradılmasına maddi cəhətdən köməklik etməyini və onunla şərik olmağını ona təklif etmişdir. Söhbət zamanı Ramin ona 5.000 manat pul göstərmiş, həmin pulun yetərli olmadığını demiş və şərik olmağı üçün ona əlavə 5.000 manat verməyini bildirmişdir. O da razılaşaraq bacısı Jalə Rüstəmovadan borca 5.000 manat pul alıb xx xxx 2013-cü il tarixdə yaşadığı ünvan 4 ünvanının qarşısında ikilikdə Raminə vermişdir. Bundan sonra Ramin onu inandırmaq üçün yadında qalmayan bir ünvana aparıb 03 ədəd reklam aparatı göstərmişdir. Qeyriyaşayış sahəsi kirayələyib həmin aparatları yerləşdirəcəyini və fəaliyyətə başlayacaqlarını bildirmişdir. O da onun sözlərinə inanmış və daha sonra sağollaşaraq oradan ayrılmışdır. Bundan bir müddət sonra Ramin mənə şirkətdə istifadə olunacaq reklam aparatlarının çatışmadığını və işə başaldıqdan sonra daha da çox gəlir əldə edəcəklərini bildirib bunun üçün əlavə 15.000 manat pul lazım olduğunu bildirmişdir. Ramin həmçinin bildirmişdir ki, reklam şirkəti yarandıqdan sonra ayda təxminən 2000-3000 manat xeyiri olacaq. O, isə nağd pulunun olmadığını demiş və lazım olduğu təqdirdə özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürə biləcəyini demişdir. Həmin vaxt Ramin demişdir ki, belə olacağı halda qızıllara görə lombarda faizləri və girovun borcunu özü ödəyəcəkdir. O da Raminin sözlərinə inanıb xx xxxx 2013-cü il tarixdə özünə məxsus qızılzinət əşyalarını ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-yə girov qoyaraq oradan kreditlə 7.500 manat nağd pul götürmüşdür. O, pulu götürəndən sonra elə həmin bankın qarşısında tam şəkildə ikilikdə Raminə vermişdir. Həmin pul kreditinə görə banka ümumilikdə 9.692 manat pul ödəməli olmuşdur. Bundan bir müddət sonra Ramin yenidən onunla əlaqə saxlayaraq şirkətin fəaliyyətə başlaması üçün bir sıra qurumlara pul hörməti etmələrinin lazım olduğunu bildirmişdir. O da ona inanaraq xx.xx.2013- cü il tarixdə ünvan 6 ünvanında yerləşən "Unibank"’ Kommersiya bankının Nəsimi fıllialından 1.064 manat nağd pul krediti götürmüşdür. Həmin pulu da elə həmin bankın qarşısında tam şəkildə ikilikdə Raminə vermişdir. Həmin pul kreditinə görə banka ümumilikdə 1.420 manat pul ödəməli olmuşdur. Bundan sonra Ramin eyni məqsədlə əlavə pul lazım olduğunu dediyinə görə o, bacısı Jalədən 3.500 ABŞ dolları borc pul alaraq xx.xx.2013-cü il tarixdə Nizami rayonu Qara Qarayev prospekti 115 ünvanında yerləşən "X7"nin qarşısında ikilikdə Raminə vermişdir. Bundan sonra, Ramin eyni məqsədlə əlavə pul lazım olduğunu dediyinə görə o, xx.xx.2013-cü il tarixdə yenidən bacısı Jalədən 1.500 manat borc alaraq yaşadıqları ünvan 4 ünvanının qarşısında ikilikdə Raminə vermişdir. Bundan bir müddət sonra Ramin yenidən onunla əlaqə saxlayaraq şirkətin bəzi sənədlərinin alınaraq fəaliyyətə başlaması üçün əlavə pul lazım olduğunu bildirmişdir. O, artıq pul əldə edə bilmədiyini dedikdə Ramin təkid edirmiş ki, pul tapıb ona versin, şirkət fəaliyyətə başladıqdan sonra qısa zamanda bütün pulları qaytaracaq və əlavə də gəlir əldə edəcəkdir. O, onun sözlərinə inanıb razılaşaraq xx.xx.2013-cü il tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-nin Nəsimi filialından 1.270 manat nağd pul krediti götürmüşdür. Həmin pulu da elə həmin bankın qarşısında tam şəkildə ikilikdə Raminə vermişdir. Həmin pul kreditinə görə banka ümumilikdə 1.484 manat pul ödəməli olmuşdur. Bundan bir müddət sonra Ramin yenidən onunla əlaqə saxlayaraq yenə də şirkətin fəaliyyəti üçün əlavə pul lazım olduğunu bildirmişdir. O, onun verdiyi sözlərə və vədlərə inanaraq onunla razılaşmış və xx.xx.2013-cü il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" ASC-nin Ekspress filialından 1.500 manat nağd pul krediti götürmüşdür. Həmin pulu da elə həmin bankın qarşısında tam şəkildə ikilikdə Raminə vermişdir. Həmin pul kreditinə görə banka ümumilikdə 1.827 manat pul ödəməli olmuşdur. Bundan başqa, Ramin yenə də eyni məqsədlə pul lazım olduğunu dediyinə görə xx.xx.2013-cü il tarixdə bacısı Jalədən 500 ABŞ dolları borc pul alıb həmin pulu ünvan 10 ünvanında yerləşən "Ankara" klinikasının qarşısında tam şəkildə ikilikdə Raminə vermişdir. Bundan sonra, Ramin şirkətin fəaliyyətə başlaması üçün bütün prosesləri həll etdiyini, ancaq reklam işləri üçün lazım olan kağız və boyaların alınmasına görə əlavə pul lazım olduğunu bildirmişdir. O da yenə ona inanaraq razılaşmış və xx.xx.2014-cü il tarixdə Nərimanov rayonu Təbriz küçəsi 104 ünvanında yerləşən Nərimanov parkında öz əmək haqqımdan topladığı 500 manat pulu ikilikdə Raminə vermişdir. Bundan sonra, Ramin şəxsi problemlərinin həlli üçün 400 manat pul lazım olduğunu və aldığı pulu ən qısa zaman ərzində geri qaytaracağını bildirmişdir. O da razılaşaraq xx.xx.2014-cü il tarixdə yaşadığı Yasamal rayonu 2- ci Alatava ev 35 ünvanının qarşısında 400 manat pulu ikilikdə Raminə vermişdir. Lakin, Ramin müxtəlif bəhanələr gətirərək dediyi şirkətin fəaliyyətinə başlayacaqlarını deməklə vaxt uzadırmış. Ramin elə danışırmış ki, o, düşünmürmüş ki, o, onları aldada bilər. Daha sonra Ramin şirkətin fəaliyyətə başlamasının yubandığını, şirkətə nəzarət edən qurumların hələki reklam şirkətinin fəaliyyətə başlanmasına icazə vermədiyini, bütün pulları lazımı orqanlara payladığını və bir qədər səbr etmələrini bildirmişdir. Belə ki, Ramin bankdan götürdüyü pulların kreditini özü ödəyəcəyini bildirsə də o, sadəcə iki dəfə cəmi 300 manat pul ödəmişdir. Qalan bütün pulları banklara o, ödəmişdir. Ramin reklam şirkətinin fəaliyyətə başladığı gündən qazandıqları bütün pulları ilkin olaraq ona ödəyəcəyinə söz vermişdir. O da ona inanmış və onu aldatmayacağım düşünmüşdür. Bundan sonrakı müddətdə, yəni 2016-cı ilin may ayının əvvəllərində ailəvi tanışları olan Hilal adlı şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən və 4.5 sot torpaq sahəsi olan həyət evini satmaq istədiyini ona bildirmişdir. O da 55.000 manat pula həmin evi almağa razılaşmışdır. Hilalın təklifinə görə evinin qiymətinin yarı məbləği əvvəlcədən ödəməklə evi ala bilərmişlər, qalan məbləği təxminən bir il ərzində ödəyə bilərmişlər. Lakin Hilalın deməsinə görə həyət evinin mülkiyyət sənədləri olmamış, Hilal onlara təklif etmişdir ki, əgər mülkiyyət sənədlərini hazııiasaymışlar, buna xərclənəcək pul məbləği, evin ümumi qiymətindən çıxılacaqmış. O, Raminin onda reklam şirkətinin yaradılması üçün pullar aldığını və iş yubandığı üçün onun ona pul borcu olmasını düşünərək müraciət etmiş və borcunu ödəməsini tələb edərək evin mülkiyyət sənədinin hazırlanması üçün lazım olduğunu bildirmişdir. Ramin ondan aldığı pulları müəyyən yerlərə verdiyini bildirib Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyən Azadi adlı tanışı vasitəsi ilə evin mülkiyyət sənədlərinin hazırlanmasını təmin edəcəyini bildirdikdə o, ona inanıb Ramin və Azadi adlı şəxslə 2016cı ilin yayında Bakı şəhəri Nərimanov rayonu ərazisində "Nərimanov" parkında görüşmüşlər. Görüş zamanı Azadi adlı şəxs onunla söhbətində pul barədə heç bir söz işlətməmişdir. Onu dinləyib sadəcə onu demişdir ki, evin mülkiyyət sənədlərinin hazırlanmasının mümkünlüyü ilə maraqlanacaq və əgər mümkün olarsa, ona məlumat verəcəkdir. Səhəri gün Ramin Hürnbətli onunla əlaqə saxlayaraq evin mülkiyyət sənədlərinin təxminən bir ay ərzində hazır olacağını demiş və bunun 10.000 manata başa gələcəyini bildirmişdir. O, banklardan kreditlə pul götürüb Raminə verdiyi üçün artıq bankdan kredit götürə bilmirmiş. Belə qərara gəlmişdir ki, özünə məxsus qızıl- zinət əşyalarını lombard olarsa girov qoyub pul götürsün, daha sonra evin sənədini düzəldərək alıb satar və İombarddan qızıllarını girovdan çıxarar. Bu barədə Raminə dedikdə o, aşağı faizlə kredit verən lombard olduğunu və qızıllarını orada girov qoyaraq pul götürmələrini təklif etmişdir. O, ona inanıb xx.xx.2016-cı il tarixdə özünə məxsus ümumi dəyəri 25.000 manat təşkil edən qızıl-zinət əşyalarını Nərimanov parkında ikilikdə Raminə vermişdir. Ramin sonradan ona zəng vuraraq qızılları həmin tanıdığı lombarda girov qoyaraq 10.000 manat pul götürdüyünü bildirmişdir. Bundan sonrakı müddətdə Ramin onlarla görüşən zaman söhbətində demişdir ki, guya Bakı şəhərində inşa edilən binalardan birində mənzil alıb, yaxın günlərdə həmin mənzilin mülkiyyət sənədini almalıdır, lakin sənədin alınması üçün 19.000 manat pula ehtiyac vardır, Ramin özündə pulu olmadığını bildirərək onlardan pul istəmiş və bildirmişdir ki, əgər ev satılmasa belə, həmin pulu və əvvəllər ondan aldığı bank kreditlərini qaytara bilməsə, mənzili onlara verib hesablaşacaq. Həmçinin, Ramin anasına demişdir ki, “əgər nəğd pulun yoxdursa sən 19.000 manat dəyərində qızıl-zinət əşyaları gətir, mən onu yaxın tanışımda girova qoyub borc kimi götürəcəm”. Anası ona inanaraq razılaşmışdır, lakin qızıl yox pul vermişdir. Belə ki, anası özündə olan 19.000 manat pulu xx.xx.2016-cı il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsi 63 ünvanında yerləşən “Şam” restoranında ona vermişdir. Həmin vaxt o da orada olmuş və pulun Raminə verilməsinin şahidi olmuşdur. Bundan başqa həmin ərəfədə Sevil adlı tanışlarının anası Mahirəyə 34.000 manat məbləğində borcu olmuşdur. Söhbət zamanı Sevil təklif etmişdir ki, onun Nizami rayonu Keşlə qəsəbəsindəki həyət evi var və həmin evə aid mülkiyyət sənədi əldə edib anasının borcunu qaytarmaq istəyir. Evin sənədlərinin hazırlanmasında köməklik etmələrini xahiş edəndə o, bu barədə Raminə məlumat vermişdir. xx.xx.2016-cı il tarixdə Ramindən həmin evin də sənədləşməsinə köməklik göstərməsini xahiş etdikdə Ramin bu işdən ötrü 11.000 manat pul lazım olduğunu demişdir. Ona görə də anası özünə və yaxın tanışına məxsus ümumi dəyəri 22.000 manat olan qızıl-zinət əşyalarını həmin tarixdə Nərimanov rayonu Təbriz küçəsi 104 ünvanında yerləşən Nərimanov parkında bir dəfəyə Təqsirləndirilən şəxs vermişdir, həmin vaxt o, orada olmuş və qızılların Raminə verilməsinin şahidi olmuşdur. Raminin deməsinə görə o, 22.000 manat dəyərində olan qızılları lombarda girov qoyaraq 11.000 manat pul götürəcəkmiş və əldə etdiyi pul müqabilində Sevilin evinin mülkiyyət sənədlərini hazırlamalı olmuşdur. 22.000 manat dəyərində qızıl-zinət əşyalarının ona pul əvəzi verilməsi barədə Ramin özü də qəbz yazıb anasına vermişdir. Bundan sonra Ramin özünə məxsus mənzilin sənədinin alınması üçün pulun yetərli olmadığını bildirərək əlavə olaraq sənəd üçün 10.000 manat tələb olunduğunu bildirib anasından yenə də pul istəmişdir. Anası ona inanaraq etiraz etməmiş və razılaşıb özündə olan 10.000 manat pulu xx.xx.2016-cı il tarixində Nərimanov parkında onun iştirakı ilə Raminə vermişdir. O da öhdəlik götürmüşdür ki, əgər əvvəlki 19.000 manatdan əlavə hazırda aldığı 10.000 manat pulu da qaytarmasa, öz mənzilini anasına satacaq. Həmin vaxt onun tələbi ilə Təqsirləndirilən şəxs öz xətti ilə qəbz yazıb əvvəllər 19.000 manat borcunun olmasını, həmin tarixdə əlavə 10.000 manat borc almasını və qaytarmadığı təqdirdə ünvan 1 saylı binanın 32 saylı mənzili onlara verəcəyini qeyd etmişdir. Bundan sonrakı müddətdə Ramindən bir xəbər çıxmamış, onu tapa bilməmişlər. Daha sonra bilmişlər ki, o, mədəsində olan problemlə əlaqədar uzun müddətdir ki, müalicə alır və əməliyyat olunub. Ona verdiyi pul və qızıllarla bağlı Ramin onu inandırmaq üçün xx.xx.2016-cı il tarixdə ona bütün mülklərinə dair onun əvəzindən hər bir hərəkətin edilməsi üçün etibarnamə vermişdir. Bundan sonra, Ramin sağaldıqda o, 2018-ci ilin yanvar ayında yenidən onunla görüşərək artıq reklam şirkətinin fəaliyyətə başlamasına icazə verildiyini və əlavə reklam işləri üçün 850 manat pul lazım olduğunu dediyinə görə o, yenə də ona inanıb Nərimanov rayonu Təbriz küçəsi 183 ünvanında yerləşən “Mc Donalds” restoranının qarşısında Raminin göndərdiyi ilk dəfə görüb tanıdığı Rəşad adlı şəxsin vasitəsilə ona 850 manat pulu vermişdir. Bundan sonra, yenidən ona zəng edərək hazırlaşmağını və 1 həftəyə işə başlayacaqlarını bildirib bir-iki quruma hörmət etməli olduqlarını bildirmişdir. O, ona bununla bağlı və digər işlər üçün külli miqdarda pul verdiyimi dedikdə Ramin narahat olmamağını, bütün pulları iş görərək geri qaytaracağını dediyinə görə o, inanmış və xx.xx.2018-ci il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava 35 ünvanının qarşısında 1.500 manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanın qarşısında 1500 manat və xx.xx.2018-ci il tarixdə Nərimanov parkında 2000 manat olmaqla ümumilikdə ikilikdə 5000 manat dəyərində lombarda qoyub pul götürməsi üçün müxtəlif növ qızıl-zinət əşyaları vermişdir. Daha sonra o, Raminin ona verdikləri qızıl və pulların qarşılığında heç bir iş görmədiyini gördükdə ondan pul və qızıllarını tələb etdikdə o, əvəzində onlara cv verəcəyini vəd vermişdir. Belə ki, 2018-ci ilin yay aylarında Ramin Günəşli qəsəbəsində tikilmiş, lakin təmir edilməmiş həyət evini göstərərək bildirmişdir ki, 120.000 manata satılır, 70.000 manatını siz verin, 50.000 manatı isə özü ev sahibinə verəcək və onlara ödəməli olan pulundan çıxacaqdır Onlar məcbur qalıb onun bu variantı ilə də razılaşmışlar ki, onda olan pulları və qızılları batmasın. Belə olan halda o, anası Mahirə ilə həmin evə baxmaq üçün getmişlər və evi bəyənmişlər. Ramin ilk əvvəl həmin evin özünə məxsus olmasını bildirmişdir. Həmin müddətdən sonra Ramin istər ev məsələsi, istər obyekt məsələsi, istərsə də sənəd məsələsini uzadaraq vaxt udmağa çalışmışdır. Bütün bunları sonradan başa düşmüşlər. Buna baxmayaraq Ramin dediyi sözlərin heç birinə əməl etməmiş və onların bütün pullarını ələ keçirmişdir. Bundan sonrakı müddətdə onlar evin sahibi olan Əfqan Allahverdiyevlə görüşmüşlər. Əfqan onlara bildirmişdir ki, söhbət əsnasında o, həmin ərəfədə Raminə demişdir ki, Günəşli qəsəbəsində təmirsiz həyət evi vardır, onu 70.000 manata satmaq istəyir. Ramin də demişdir ki, onu satmaqda müştəri tapar. Belə olan halda o, Raminə aparıb evini göstərmiş, bir müddət sonra Ramin ona demişdir ki, bir müştəri vardır, evi onlara 120.000 manata satmaq istəyir, həmin puldan 70.000 manatı Əfqana verəcək, 50.000 manatı da həmin şəxslərə olan borcundan siləcəkdir. O da Raminə demişdir ki, “mənimçün bir fərqi yoxdur, mənim 70.000 manatımı ver, neçəyə satırsan sat”. Onlar bunları biləndən sonra tam anlamışlar ki, bütün bu oyunların hamısı Raminin onların pullarını və qızıl-zinət əşyalarını ələ keçirmək üçün olmuşdur. Raminə verilmiş qızıl-zinət əşyaları müxtəlif vaxtlarda verildiyindən ola bilər ki, izahatında səhvliklə xx.xx.2016-cı il tarixdə “Şam” restoranının qarşısında Təqsirləndirilən şəxs verdiyi 10.000 manat dəyərində qızıl zinət əşyalarının özünə məxsus olmasını qeyd etmişdir. Amma həqiqətdə xx.xx.2016-eı il tarixdə Raminə özü tərəfindən yox, anası Mahirə tərəfindən 19.000 manat pul verilmişdir. Məhkəmə iclasına zərər çəmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dəvət edilmiş X4 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə Xalqlar dostluğu metrostansiyasının yanında Raminə1500 manat pul vermişdir ki, evi Afaqın adına keçirəcək. Həmçinin o, özünə aid olan qızılları da Raminə vermişdir. Həmçinin o, Afaq və Raminlə birlikdə Günəşli ərazisində yerləşən evin Afaqın adına keçirilməsinə dair müzakirələr etmişlər. Eyni zamanda Afaqa məxsus pulun Raminə geri qaytarmasına dair görüş təyin etsələr də Ramin müxtəlif bəhanələrlə görüşə gəlməkdən imtina etmişdir. Raminə məxsus ev Azad adlı şəxsin vasitəsilə Şahid veriləcəkdi. Azadla özləri əlaqə saxlasalar da o, bu işin mümkün olmayacağını və evlə bağlı məsələdən xəbərsiz olduğunu bildirmişdir. Raminin Afaqa borcun müqabilində verəcəyi ev Günəşli ərazisində yerləşirdi. Həmin evə baxış keçirən zaman mənzildən xatırlamadığı başqa bir şəxs çıxaraq evin sahibi olduğunu və Ramin adlı şəxsin dələduz olduğunu bildirdi. Həmçinin həmin vətəndaş bildirmişdir ki, Ramin bir neçə vətəndaşında etibarından sui-istifadə edib onlara bu ünvanı verərək mənzilin həmin vətənaşlara verəcəyini bildirmişdr. Təqsirləndirilən şəxslə Afaq Seyidəliyev vasitəsilə tanış olmuşdur. Afaq ona Raminin qızıl qarşılığında pul verəcəyini bildirmişdir. Həmin vaxt özünə pul lazım olduğundan yoldaşına məxsus qızılları Afaq xanım vasitəsi ilə Raminə çatdırmışdır. Günəşli ərazisində yerləşən evə baxış keçirən zaman o, Afaq və Mahirə olmuşdur. Evi isə Raminin verdiyi qəbz əsasıda yerini müəyyən etmişlər. Raminə verdiyi qızılların müddəti 3 ildən çoxdur. Afaq tərəfindən 29.000 manat pulun Raminə verildiyinin şahidi olmasa da, telefon danışıqları ilə bilmişdir ki, Afaq 29.000 manat məbləğində pulu Raminə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid ərizəsi əsasında Nərimanov RPİ-nin İŞ-də toplanmış 975 saylı material üzrə baş müstəntiq Cabir Bağırovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və fakta görə toplanmış material üzrə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. ( cild 1, i.v. 1-2) xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 19000 manat pulu borc almış, daha sonra yenidən 10000 manat borc almışdır. Aldığı pulları 2 ay ərzində qaytaracağına dair öhdəlik götürdüyünü, əks təqdirdə onun adına olan ünvan 1 saylı binanın 32 saylı mənzilin onlara verilməsinə etiraz etmədiyini bildirmiş və imzalamışdır. (cild 1, i.v. 14) Bakı şəhəri Nərimanov RPİ tərəfindən AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 078- 30814 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Fərhad oğlunun adına mülk və torpaq sahəsi olub-olmaması barəsdə rəsmi məlumat verilməsi xahiş edilmişdir. (cild 1, i.v. 69) AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Nərimanov RPİ-nə ünvanlamış xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun adına daşınmaz əmlakın olub-olmaması ilə bağlı xx.xx.2018-ci il tarixli, 078-30814 nömrəli sorğuya baxılmış və Təqsirləndirilən şəxs Fərhad oğlunun adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (cild 1, i.v. 78) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu xx xxxx 2019-cu il tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 156-157) Təsirləndirilən şəxs qismində cəlb etmək xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, i.v. 207- 208) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)- 633/2019 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni xx xxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədibri seçilmişdir. (cild 1, i.v. 225-227) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 2, i.v.13-15) Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-ə verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olmaqla ailə təkibi həyat yoldaşı X1, oğlu X3 və X2 ibarətdir. (cild 2, i.v. 27) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)- 1030/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (cild 2, i.v. 42-44) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğluna AR CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, 2 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyidən maddi sübut qismində tanınması və s. qərara alınmışdır. (cild 2, 66-80) İttiham aktı təsdiq olunmuş cinayət işinin əlavə ibtidai istintaqa qaytarılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa geri qaytarılmışdır. ( cild 2, i.v. 114- 117) İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin müstəntiqi Elnur Məmmədov cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Fərhad oğlunun ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə ifadəni yerində yoxlamış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs M. Zülfüqarovaya verdiyi qəbzdə qeyd etdiyi Bakı şəhəri Xətai rayonu, M. Hadi küçəsinə gəlmişlər, lakin qəbzdə qeyd olunan ünvan müəyyən edilməmişdir. (cild 2, i.v. 147-149) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Nərimanov RPİ-nin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı təcridxanada həbsdə saxlanılma müddəti başa çatdıqda azad edilmsəi qərara alınmışdır. ( cild 2, i.v. 151-153) Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ( cild 3, i.v. 1-2) Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Fərhad oğluna AR CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Fərhad oğlunun öz dəsti xətti ilə əvvəlcədən Zərərçəkmiş şəxs Sərməst qızından 19.000 manat pul alması, daha sonra 10.000 manat pul alması və pulu qaytarmadığı təqdirdə heç bir mülkiyyət hüququ olmadan özünə məxsus olduğunu göstərdiyi ünvan 15 mənzil 32 ünvanında yerləşən mənzili ona verəcəyi ilə bağlı yazdığı qəbz cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və s. qərara alınmışdır. ( cild 3, i.v. 5-32) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqıda xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( cild 3, i.v. 35-36) Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon məhkəməsinin 1(011 )-54/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs Fərhad oğlu xx.xx.2019-cu il tarixdə şöbədə qeydiyyata düşmüşdür. Məhkum Təqsirləndirilən şəxs 02 (iki) ay 25 (iyirmi beş) gün cəzasını çəkmiş, Nərimanov rayon məhkəməsinin 4(005)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində qəti imkan tədbiri seçildiyi üçün cəzanın qalan hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Fərhad oğlunun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Fərhad oğluna Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu hazırki cinayət işi üzrə əməli xx.xx.2016-cı il tarixdə yəni Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğluna Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 25 (iyirmi beş) gün cəzasını çəkmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Fərhad oğluna təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 07 (yeddi) ay müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə daxil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fərhad oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM 158.2.1., 158.6.), barəsində seçilmiş “polisin nəzarəti altınıa vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs Fərhad oğlunun öz dəsti xətti ilə əvvəlcədən Zərərçəkmiş şəxs Sərməst qızından 19.000 manat pul alması, daha sonra 10.000 manat pul alması və pulu qaytarmadığı təqdirdə heç bir mülkiyyət hüququ olmadan özünə məxsus olduğunu göstərdiyi ünvan 15 mənzil 32 ünvanında yerləşən mənzili ona verəcəyi ilə bağlı yazdığı qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Fərhad oğluna təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 3 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fərhad oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 07 (yeddi) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs Fərhad oğlunun öz dəsti xətti ilə əvvəlcədən Zərərçəkmiş şəxs Sərməst qızından 19.000 manat pul alması, daha sonra 10.000 manat pul alması və pulu qaytarmadığı təqdirdə heç bir mülkiyyət hüququ olmadan özünə məxsus olduğunu göstərdiyi ünvan 15 mənzil 32 ünvanında yerləşən mənzili ona verəcəyi ilə bağlı yazdığı qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-118/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-118/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver