Məhkəmə qərarları › İş №1(005)-118/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-118/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-118/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Dövlət ittihamçısı iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət ittihamçısı 14.09.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,262 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Nərimanov RPİ-nin CAŞ-nin və 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında Dövlət ittihamçısı şübhəli şəxs kimi saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 1.220 qram və 1,042 qram, ümumi təmiz çəkisi 2,262 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14.09.2021-ci il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı ünvandan çıxarkən binanın dəhlizində liftin yanında yerdə 2 ədəd gümüşü rəngli siqaret kağızında büküm görmüşdür. O, həmin bükümlərin narkotik olduğunu düşünərək götürmüş və içlərini açıb baxdıqda həqiqətən də narkotik vasitə olan “kakos” olduğunu görmüşdür. Bundan sonra o, həmin bükümləri sonra istifadə etməsi üçün əynindəki cins şalvarın cibinə qoymuşdur və oradan çıxmışdır. Daha sonra isə idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Saat təxminən 20 radələrində o, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində avtoyuma məntəqəsinin yanında avtomaşını saxlayıb küçədə dayanmışdır. Həmin vaxt mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərini polis əməkdaşı kimi təqdim edib vəsiqələrini göstərmişlər və onu 18-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşudur. O, bundan sonra əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə olan kakosdur. Bundan başqa, sol cibindən 19 manat pulu və sağ yan cibindən “İphone” markalı mobil telefonunu, 1 qutu “Rothmans” siqaretini və alışqanı çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış, möhürlənmiş, qablaşmanın üzəri onun və hal şahidləri tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Sonda təqsirləndirilən şəxs Dövlət ittihamçısı əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 14.09.2021-ci il tarixdə xidməti iş yerində olduğu zaman “Amal” adlı şəxsin mülamadi olaraq Nərimanov rayon ərazisində narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 14.09.2021-ci il tarixdə saat 20 radələrində onlar Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 15A ünvanının qarşısında “Amal” adlı şəxsə oxşayan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək həmin şəxsdən adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən hər hansısa sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Dövlət ittihamçısı kimi təqdim etmişdir. Bundan sonra Dövlət ittihamçısı Nərimanov RPİ-nin 18-ci PŞ-nə getməyi təklif etmişlər. Dövlət ittihamçısı onlarla razılaşdıqdan sonra birlikdə Nərimanov RPİ-nin 18-PŞ-nə getmişdir. Polis Şöbəsində Dövlət ittihamçısı şəxsiyyəti yoxlanılarkən onun xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Dövlət ittihamçısı olması müəyyən edilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında, xidməti otaqda onun, Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1, vəkil X4 iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə Dövlət ittihamçısı üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoyması təklif edilmişdir. Baxış zamanı Dövlət ittihamçısı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd büküm gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Dövlət ittihamçısı bildirmişdir ki, təqdim etdiyi 02 ədəd bükümün içərisində olan narkotik vasitə hesab olunan “kokosdur”. Dövlət ittihamçısı həmin narkotik vasitəni 14.09.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın blokunda yerdən tapdığını və daha sonra istifadə etmək üçün cibinə qoyaraq üzərində saxladığını bildirmişdir. Bundan başqa Dövlət ittihamçısı əynindəki şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinası, sağ yan cibindən isə "İphone" markalı mobil telefonu, üzərində "Rothmans" yazılı 1 qulu siqareti və İ ədəd alışqanı aşkaı edilmişdir. Aşkar olunub götürülmüş 02 ədəd bükümdə narkotik vasitə zərfə qoyulub qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Dövlət ittihamçısı üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Əynindəki şalvarın sol yan cibindən götürülən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinası, üzərində "Rothmans" yazılı 1 qutu siqareti və 1 ədəd alışqan Dövlət ittihamçısı özünə geri qaytarılmışdır. Dövlət ittihamçısı 02 büküm narkotik vasitə aşkar olunub götürülməsi barədə protokol tərtib etdilmiş, həmin protokol ucadan oxunmuş və protokol düzgün tərtib olunduğu üçün vəkil, iştirakçılar və Dövlət ittihamçısı protokolu imzalamışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-22-ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Dövlət ittihamçısı 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqlərində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 14.09.2021-ci il tarixdə saat 20:00 radələrində tərəfindən ünvan 3 ünvanının qarşısında Dövlət ittihamçısı saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakları ilə Dövlət ittihamçısı üzərində şəxsi axtarış aparılmışdır. Dövlət ittihamçısı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Bundan əlavə həmin şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinası, sağ yan cibindən isə "İphone" markalı mobil telefonu, üzərində "Rothmans" yazılı 1 qutu siqareti və 1 ədəd alışqanı təqdim etmişdir. Şübhəli şəxs Dövlət ittihamçısı bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakosdur”. Dövlət ittihamçısı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 14.09.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvanın blokunda yerdən tapmış və daha sonra istifadə etmək üçün cibinə qovaraq üzərinə saxlamışdır. 14.09.2021-ci il tarixdə saat 20:00 radələrində isə ünvan 3 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Dövlət ittihamçısı iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 6/4066 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Dövlət ittihamçısı üzərindən...” və s. yazıalar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,220 qram: 1,042 qram; ümumi təmiz çəkiləri 2,262 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 73-75-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 4(005)-928/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Dövlət ittihamçısı barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Dövlət ittihamçısı oöğlunun həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 14 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 76-cı vərəqində olan “Maddi sübut kimi tanınması haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Dövlət ittihamçısı aşkar edilərək götürülmüş təmiz çəkisi 2,262 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertizadan sonra qalıq çəkisi 2,162 qram heroinin saxlanılması Nərimanov RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinin 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli Tələbnamədən görünür ki, Dövlət ittihamçısı əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 91-98-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 1(005)-42/2021 saylı hökmündən görünür ki, Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Dövlət ittihamçısı həbsdə saxlanıldığı müddət (09 iyun 2020-ci il-29 aprel 2021-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (10 (on) ay 20 (iyirmi) gün = 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və qəti olaraq ona 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin 113-114-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi tərəfindən verilmiş Ambulator X1 dair 11.11.2021ci il tarixli, 4426 nömrəli rəydən görünür ki, müayinə zamanı Dövlət ittihamçısı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-120-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 27.11.2021-ci il tarixli qərardan görünür ki, Dövlət ittihamçısı üzərinə baxış keçirilən zaman qeydə alınmış vidro görüntülərin əks olunduğu 01 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli, 7(005)-10/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-42/2021 saylı, 29.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 2 (iki) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Dövlət ittihamçısı barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməsi və onun cəzasının çəkilməmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsindən azad edilməsi və Dövlət ittihamçısı üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Dövlət ittihamçısı əynində olan əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Dövlət ittihamçısı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,262 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Dövlət ittihamçısı cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Dövlət ittihamçısı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Dövlət ittihamçısı təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Dövlət ittihamçısı əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Dövlət ittihamçısı əvvəllər məhkum olunsa da, onun məhkumluğu götürülmüşdür. Məhkəmə hesab edir ki, Dövlət ittihamçısı cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Dövlət ittihamçısı üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Dövlət ittihamçısı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Dövlət ittihamçısı barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,162 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Dövlət ittihamçısı üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Dövlət ittihamçısı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Dövlət ittihamçısı hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar