Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-119/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının 8-də saat 05:14 radələrində ünvan 3vanda yerləşən Zərərçəkmiş şəxs icarədarı olduğu “Memi” adlı qadın geyim mağazasının giriş qapısının şüşəsini daş parçası ilə vurub qırmaqla, həmin mağazaya daxil olub içəridə şkafın siyirməsindən 250 manat pulu, bir ədəd dəyəri 40 manat təşkil edən ayaqqabını, bir ədəd dəyəri 40 manat təşkil edən qadın əl çantasını və bir ədəd dəyəri 25 manat təşkil edən qadın köynəyini götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 355 (üç yüz əlli beş) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, cinsi azlığın nümayəndəsidir və daimi yaşayış yeri olmadığından Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Əvvəllər ünvan 3vanda yerləşən “MEMİ" adlı mağazadan geyim əşyaları almış və bu səbəbdən də mağazanın sahibi Samirə xanımı da tanımışdır. Lakin onunla heç bir şəxsiqərəzliyi olmamışdır. Bu səbəbdən mağazanın daxilini yaxşı tanıyır. 08 sentyabr 2022-ci il tarixdə gecə saatlarında saat təxminən 05:14 radələrində özü tək mağazanın önündən keçərkən pula və paltara ehtiyacı olduğundan yerdən daş parçası tapıb mağazanın giriş qapısının şüşəsini sındırıb sınmış yerdən mağazaya daxil olmuşdur. Bundan sonra mağazada axtarışlar etmiş və orada siyirmədə olan 153 manat nağd pulu gördükdə götürmüşdür. Həmçinin bundan başqa qadın qara əl çantasını, bir ədəd çəhrayı rəngli ayaqqabını, bir ədəd qadın köynəyini də götürüb oradan uzaqlaşmışdır. Həmin pulu ehtiyaclarına xərcləmişdir. Ayaqqabını, əl çantasını və köynəyi isə özü geyinib bu vaxta kimi istifadə edib atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, ünvan 3vanda yerləşən “Memi” adı ilə fəaliyyət göstərən qadın geyimləri mağazasını icarəyə işlədir. Həmin mağazanın giriş qapısı şüşədən ibarətdir. Belə ki, 07 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, mağazanı bağlayıb getmiş və 08 sentyabr 2022-ci il tarixdə saat 09:45 radələrində işə gəldikdə görmüşdür ki, mağazanın giriş qapısının şüşəsi sındırılmış vəziyyətdədir. Daha sonra isə o, mağazaya daxil olmuş və görmüşdür ki, siyirmədə olan 250 manat nağd pulu və geyim əşyaları olan 40 manat dəyərində çəhrayı rəngli bir cüt qadın ayaqqabısı, bir ədəd 40 manat dəyərində qara rəngli qadın əl çantası və bir ədəd 25 manat dəyərində qadın köynəyi oğurlanmışdır. Bundan başqa isə giriş qapısının şüşəsi sındırılmaqla 120 manat maddi ziyan vurulmuşdur. Həmin oğurluq hadisəsi mağazada quraşdırılmış videogörüntüyədə düşmüşdür. Daha sonra isə o, DİN-in 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişdirlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N.Hacıyev küçəsi 34 saylı ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “Memi” adlı geyim mağazasıdır. Mağazanın qarşısına gələn zaman aliminiumdan hazırlanmış qapının şüşəsinin sınıq olduğu, yerdə iri ölçüdə daş olduğu aşkar edilmişdir. Yerdə şüşə qırıntıları müşahidə olunmuş, mağazanın içərisinə daxil olduqda isə sol tərəfdə yerləşən ağ rəngli masanın siyirməsinin sındırıldığı qeydə alınmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli protokolda göstərilir ki, 08 sentyabr 2022-ci il tarixdə qeydə alınan videogörüntü 01 ədəd CD-R diskdə əks olunmuşdur. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 05.14-də ünvan 3vanda yerləşən mağazaya bir nəfər yaxınlaşıb giriş qapısının şüşəsini sındıraraq mağazaya daxil olmuş və mağazada olan siyirmədən pulları və asılqandan isə geyim əşyalarını götürərək mağazanı tərk etmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı iş üzrə axtarış elan olunaraq barəsində 60752/22 saylı axtarış işi açılan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 dekabr 2022-ci i tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “CD-R diskə baxış keçirilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 05.14-də ünvan 3vanda yerləşən mağazaya bir nəfər yaxınlaşıb giriş qapısının şüşəsini sındıraraq mağazaya daxil olmuş və mağazada olan siyirmədən pulları və asılqandan isə geyim əşyalarını götürərək mağazanı tərk etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3vanda yerləşən mağazaya gəlinmişdir. Təqsirləndirilən şəxs yerdən bir ədəd daş parçasını götürüb dükanın şüşəsini sındırdığını göstərmişdir. Daha sonra mağazaya daxil olub mağazada olan siyirmədən pulları və asılqandan isə geyim əşyalarını götürərək mağazanı tərk etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbir seçilməsi barədə” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və dərhal MSY-dən azad olunması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 06 dekabr 2022-ci il tarixli qərara əsasən N.Hacıyev küçəsi 34 saylı ünvanda yerləşən “Memi” adlı geyim mağazasında törədilmiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 01 ədəd CD-R disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2023 saylı, 18 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 1(005)-119/2023 nömrəli qərar üzrə axtarış elan olunaraq barəsində 60911/23 saylı axtarış işi açılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-i Polis Şöbəsinin 03 fevral 2023-cü il tarixli, 2/7-1482 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına etap olunması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-566/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixinədək, 02 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 01 ay 03 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək və 02 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 01 ay 03 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 03 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-119/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-119/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver