Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-12/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 02 (iki) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu X9 qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 dostu X2 Mahir Həsən oğlunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə yalan vədlər verərək bu adla Zərərçəkmiş şəxs1 16 noyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Diamond” restoranının qarşısında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollar və 18.000 manat pul vəsaitlərini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 35.000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anasının xəstə olması və bu məqsədlə anasının müalicəsinə görə ona 2000 manat pul lazım olduğunu yalandan bildirib həmin məbləğdə pulu qısa müddətdə qaytaracağına dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” adlı kafedə 2000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 2000 manat ziyan vurub dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyində xidmət etdiyi müddət ərzində hazırda Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin TŞ-də təhqiqatçı vəzifəsində xidmət edən Şahid2la tanış olmuş və onunla dost münasibəti olmuşdur. 15 noyabr 2021-ci il tarixdə axşam saatlarında Şahid2 onunla söhbət edən zaman dostu Zərərçəkmiş şəxs1 tanışı Şahid3 Azərbaycan Dövlət Gömrük Komitəsinə işə düzəldə bilib bilməyəcəyini ondan soruşduqda o, Şahid2 bu işin mümkün olduğunu və danışıb ona xəbər edəcəyini demişdir. Əvvəlcə Şahid2 Şahid3 25.000 manata Azərbaycan Dövlət Gömrük Komitəsində işləyən tanışlarımın vasitəsilə işə düzəldə biləcəyini demişdir. Şahid2 Zərərçəkmiş şəxs1la danışdıqdan sonra ona zəng edib demişdir ki, Zərərçəkmiş şəxs1 onunla görüşmək istəyir. 16 noyabr 2021-ci ildə Şahid2 onu Zərərçəkmiş şəxs1la tanış etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 əvvəllər polisdə işlədiyini və Dövlət Gömrük Komitəsində əlaqələrinin olduğunu, Şahid3 Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 Şahid3 sənədlərini istəmişdir. Zərərçəkmiş şəxs1 Şahid3 zəng edib sənədlərinin surətini “Whatsapp” proqramına göndərməsini dedikdən sonra Mahir hərbi biletinin, diplomunun və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Bundan sonra o, mobil telefonla zəng edən kimi görüntü yaradıb guya danışdığı şəxsə Şahid3 hərbi biletində olan qeydləri demiş və sonra Zərərçəkmiş şəxs1 əlavə olaraq Şahid3 işə düzəlməsi ilə bağlı 10.000 manat lazım olduğunu bildirib demişdir ki, bu işin həlli ilə bağlı ümumilikdə 35.000 manat lazım olacağını söyləmişdir. 16 noyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Mahirin avtomobili ilə Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən “Diamond” restoranının qarşısına gəlmişlər və onlar restoranda söhbət etdikdən az sonra avtomobilə qayıtmışlar. Həmin günü avtomobildə Zərərçəkmiş şəxs1 10.000 ABŞ dollar və 18.000 manat pulu sellofan paketə bükülmüş vəziyyətdə, o cümlədən Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin, diplomun və hərbi biletin notarial qaydada təsdiq edilmiş kserosurətlərini ona vermişdir. Daha sonra 2021-ci ilin dekabr ayında Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” adlı kafesində təsadüfən tanış olmuş və həmin vaxtdan onların münasibəti normal olmuşdur. Ramiz adlı şəxs isə Zərərçəkmiş şəxs2 tanışıdır və Ramizi də həmişə həmin kafedə görmüşdür. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” adlı kafedə olan zaman Zərərçəkmiş şəxs2 o, anasının ağır xəstə olduğunu, maddi imkanının olmadığı üçün anasını müalicə etdirə bilmədiyini və pula ehtiyacı olduğunu deyib Zərərçəkmiş şəxs2 2000 manat borca pul istəmişdir. O, Zərərçəkmiş şəxs2 həmin pulun üstündə 1000 manat artıq qaytarmalı və Zərərçəkmiş şəxs2 banka olan kreditini bağlamalı idi. Bundan sonra Zərərçəkmiş şəxs2 banka olan kredit ödənişlərini ödəmədiyindən onun Zərərçəkmiş şəxs2 4800 manat borcu yaranmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs2 tanışı Ramiz adlı şəxs onunla görüşüb Zərərçəkmiş şəxs2 çatacaq 3000 manat pulu ona verməyini dediyi üçün o, da təxminən 2 ay sonra “Salam Baku” restoranının qarşısında 3000 manat pulu Ramizə vermişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Şahid3 işə düzəltmək aldığı həmin pulları başqa borclarına vermişdir. İşə düzəltməyə çalışsa da alınmamışdır. Zərərçəkmiş şəxs1 almış olduğu 35000 (otuz beş min) manat puldan 8000 (səkkiz min) manat qaytarmışdır. Qalan məbləği də qaytarmaq niyyətindədir. Hacı Mehmetdən aldığı pulu isə qaytarmış, onunla barışıq əldə etmişdir. Əməlindən peşmandır, azyaşlı övladlarının olmasının nəzərə alınmasını və aşağı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 15 noyabr 2021-ci il tarixdə dostu və hazırda Bakı şəhəri Yasamal RPİ-nin baş təhqiqatçısı vəzifəsində işləyən Şahid2la çayxanalardan birində görüşüb onunla söhbət edərkən Şahid2 dostunun oğlu Şahid3 Azərbaycan Dövlət İqtisad Universitetini bitirdiyini, hazırda işsiz olduğunu və ona iş tapmaqda köməklik etməsini xahiş etdikdə bu barədə Şahid2 ona xəbər edəcəyini demişdir. 15 noyabr 2021-ci il tarixdə axşam saatlarında Şahid2 zəng edib tanışı Təqsirləndirilən şəxs onun dostunun oğlu Şahid3 Azərbaycan Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini və bu işin müqabilində Təqsirləndirilən şəxs ondan 25000 (iyirmi beş min) manat pul istədiyini dedikdə o, Şahid2 bildirmişdir ki, dostunun oğlu Şahid3la danışıb ona xəbər edəcək. Şahid3la telefon əlaqəsi saxlayıb ona Dövlət Gömrük Komitəsində işləmək istəyib istəmədiyini və pulun məbləğini dedikdə Şahid3 işləmək istədiyini, lakin hazırda həmin məbləğdə pulunun olmadığını ona dedikdə Şahid3 özündə həmin məbləğdə pulunun olduğunu bildirib bu işin həll olunmasında ona köməklik edəcəyini Mahirə demişdir. Şahid3la danışdıqdan sonra dostu Şahid2 onu Təqsirləndirilən şəxsla görüşdürməsini xahiş etmiş və pulun hazır olduğunu demişdir. Şahid2 16 noyabr 2021-ci ildə Yasamal RPİ-də işdə olacağını, onu gözləyəcəyini və Təqsirləndirilən şəxs iş yerinə dəvət edəcəyini ona demişdir. Onun evdə ehtiyyatda 70000 manata yaxın saxladığı pulu olmuş və pulu o, Saray qəsəbəsində fərdi yaşayış evi tikdirmək üçün yığmışdır. Həmin günün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları və 8.000 manat nağd pulu evdən götürüb Bakı şəhərinə Yasamal RPİ-nə Şahid2 iş yerinə gəlmişdir. Şahid2 dostunun oğlu Şahid3 Dövlət Gömrük Komitəsində işləmək istədiyini deyib Təqsirləndirilən şəxsla görüşməsini və iş barəsində şəxsən Təqsirləndirilən şəxsla söhbət etmək istədiyini dedikdən sonra Şahid2 Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Təqsirləndirilən şəxs Yasamal RPİ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis idarəsinə gələnədək Şahid2 Təqsirləndirilən şəxs etibralı adam olduğunu və Şahid3 Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini, bu işi nəzarətdə saxlayacağını demişdir. Az müddət keçdikdən sonra Təqsirləndirilən şəxs Şahid2 Yasamal RPİ-də olan iş otağına gəlmiş və Şahid2 onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs onunla söhbət zamanı əvvəllər polisdə işlədiyini və Dövlət Gömrük Komitəsində əlaqələrinin olduğunu, Şahid3 Dövlət Gömrək Komitəsinə işə düzəldə biləcəyini, Şahid3 kurs keçdikdən sonra rütbə də alacağını və bu işin müqabilində 25.000 manat lazım olduğunu demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Şahid3 sənədlərini tələb etdiyi üçün o, Şahid3 istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına zəng edib sənədlərinin fotoşəkillərini çəkib onun istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərməsini dedikdən sonra Mahir hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib onun mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqda Şahid3 hərbi biletdə dinc dövrdə yararsız və müharibə dövründə yararlı olması barədə olan qeydi görüb Şahid3 işinin mürəkkəb olduğunu və düzəlmə ehtimalının az olduğunu dedikdən sonra Şahid3 köməklik etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kiməsə zəng edib Şahid3 hərbi biletində olan qeydləri deyib həmin şəxslə danışıb qurtardıqdan sonra Mahirin işinin alınmadığını və çətin olduğunu ona bildirmiş, Ruslan az sonra yenə kiməsə telefon zəngi edib hərbi biletdə olan qeydləri müzakirə etmişdir. Həmin şəxslə Ruslan söhbət etdikdən sonra ona bildirmişdir ki, hərbi biletlə bağlı 10.000 manat əlavə pul ödənilməlidir. Təqsirləndirilən şəxs 10.000 manat pulunun olmadığını və Mahirin işini 25.000 manata həll etməsini desə də Təqsirləndirilən şəxs bunun mümkün olmadığını və 35.000 manata işi həll etməyin mümkün olduğunu demişdir. Ruslana demişdir ki, 35.000 manat pulu hazırlayıb ona xəbər verəcək. İdarədən çıxıb dostu Şahid1 ilə görüşmüş və ondan 10.000 manat pulu almışdır. Şahid1 pulun nəyə lazım olduğunu ondan soruşmadığı üçün Nazimə heç nə deməmişdir. Şahid1 10.000 manat pulu götürdükdən sonra o, təzədən Yasamal RPİ-nə Şahid2 iş otağına getmişdir. Şahid2 iş otağından dostunun oğlu Şahid3 zəng edib sənədlərlə birlikdə Yasamal RPİ-nin qarşısına gəlməsini xahiş etmişdir. Şahid2 35.000 manat pulun hazır olduğunu deyəndən sonra Şahid2 Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verdikdə Təqsirləndirilən şəxs onlara Nərimanov rayonunda yerləşən “Diamond” restoranına gəlmələrini demişdir. Şahid2 işi olduğundan onlarla getməmişdir. Lakin, az sonra dostunun oğlu Şahid3 gəlmiş, Həmin günün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları və 18.000 manat pulu sellofan paketə bükülmüş vəziyyətdə və Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin, diplomun və hərbi biletin notarial qaydada təsdiq edilmiş kserosurətlərini avtomobilin salonunda olan əşya qutusuna qoymuşdur. O, və Mahir avtomobildən düşüb Təqsirləndirilən şəxsla birlikdə “Diamond” restoranına daxil olmuşlar və restoranda oturub çay içə-içə söhbət etmişlər. Bundan sonra Ruslan bildirmişdir ki, Mahirin məhkumluğu yoxlanıldıqdan sonra Mahir bir aylıq kursa göndəriləcək və 2021-ci ilin dekabr ayının sonuna kimi Mahirin əmri veriləcək. Daha sonra Ruslan avtomobildən düşüb getmişdir. Bir iki gün sonra, yəni 18 noyabr 2021-ci il tarixdə Ruslan Mahirin 3x4 ölçüdə fotoşəkillərinin tələb olunduğunu ona dediyi üçün Mahirə zəng edib fotoşəkillərini Ruslana çatdırmasmı demişdir. 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxsla əlaqə salxayıb Şahid3 işi barəsində maraqlandıqda Ruslan bildirmişdir ki, yeni ilə görə Mahirin işinin ləngiyir və bayramdan sonra Mahirin əmri veriləcək. 2022-ci ilin yanvar ayının 5-dən sonra Ruslanla telefon əlaqəsi saxlayıb Mahirin işi barədə məlumat aldıqda Ruslan Mahirin yaxın günlərdə kursa göndəriləcəyini deyib onları inandırmışdır. İki-üç gün sonra Ruslanla o, və Mahir Nərimanov rayonunda görüşmüşlər. Bu görüşdə Ruslan onu və Mahiri özünün istifadəsində olan mobil telefon nöməsi ilə başqa bir şəxslə danışdırmış və həmin şəxs də onları əmin etmişdir ki, Mahirin işi gecikir, ancaq bu yaxınlarda düzələcək. Həmin şəxs özünü onlara gömrük işçisi kimi təqdim etsə də özü haqqında heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt gəlib keçdikdə Ruslanla telefon əlaqəsi saxlayıb Mahirin işi barədə maraqlandıqda Ruslanın bu dəfə dediklərinin bəhanə olduğunu və yalandan başqa bir şey olmadığını görüb 2022-ci ilin yanvar ayının 20-dən etibarən Ruslandan pulunu qaytarmasını tələb etməyə başlamışdır. Çox get-gəldən sonra Təqsirləndirilən şəxs 35.000 manat pulun 8.000 manat hissəsini Şahid2 iştirakı ilə ala bilmiş, lakin yerdə qalan pulun 27.000 manatını isə Ruslan qaytarmamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 8.000 (səkkiz min) manat pul qaytarılmışdır. Mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” kafesində təsadüfən tanış olmuş və həmin vaxtdan da Ruslanla dost olmuşdur. Belə ki, adını qeyd etdiyi kafeyə tez-tez gedib-gəlmiş və Təqsirləndirilən şəxs da həmin kafeyə tez-tez gedib gəldiyindən Ruslanı ilk dəfə orada görmüşdür. 2022-ci ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” kafesində Təqsirləndirilən şəxsla birlikdə olan zaman Ruslan ona anasının ağır xəstə olduğunu, maddi imkanı olmadığı üçün anasını müalicə etdirə bilmədiyini və pula ehtiyacı olduğunu deyib ondan 2000 manat pul istəmişdir. Buna görə də o, həyat yoldaşı X1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Türkiyə Respublikasında fəaliyyət göstərən “Deniz Banka” aid pul kredit kartının evdə olduğunu və həmin kredit kartının ona lazım olduğunu dedikdə həyat yoldaşı X7 ondan kredit kartının nəyə lazım olduğunu soruşanda həyat yoldaşına Ruslan adında dostunun anasının xəstə olduğunu və Ruslana anasını müalicə etdirmək üçün borca pul verəcəyini demişdir. Bundan sonra o, Bakı şəhəri, Nərimanov rayonu, X15 ev 4006 ünvanında kirayə yaşadığı evə gedib həmin kredit kartını evdən götürmüş və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro Park” istirahət mərkəzinin altında yerləşən “Yapı Kredi” ödəmə terminalından 2000 manat pul çəkib özü ilə götürmüşdür. Həmin gün axşam saatlarında, yəni təxminən saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nur 535” kafesində Təqsirləndirilən şəxsla görüşüb 2000 manat pulu Ruslana anasının müalicəsi üçün borca vermişdir. Təqsirləndirilən şəxs 2000 manat pulu ondan alan zaman 2-3 gün müddətinə qaytaracağını və qaytarmadığı halda isə həmin pulun aylıq bank ödənişlərini ödəyəcəyini demişdir. Daha sonra Ruslan ona pulunu qaytarmamış və bankın aylıq kreditini də ödəməmişdir. Təqsirləndirilən şəxs ona olan 2000 manat borcunu qaytarmadığı üçün Ruslandan 17-ci Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, şikayət və tələbi yoxdur, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. 16 noyabr 2021-ci il tarixdə günorta saatlarında dostu Zərərçəkmiş şəxs1 istifadəsində olan telefon nömrəsindən zəng edib ondan ona borc olaraq 10.000 manat pul verməyini xahiş etdikdə o, həmin günü evdən 10.000 manat pulu götürüb saat təxminən 16 radələrində Bakı şəhəri Yasamal RPİ-nin binasının qarşısına getmiş və Zərərçəkmiş şəxs1 borc olaraq 10.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 pulun nəyə lazım olduğunu soruşmadığı üçün o, da ona açıb heç nə danışmamış və Zərərçəkmiş şəxs1 yenidən Yasamal RPİ-nin binasına daxil olmuşdur. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ondan borca almış olduğu 10.000 manat pulu onun özünə qaytarmışdır. Zərərçəkmiş şəxs1 ona pulu qaytaran zaman Ruslan adlı keçmiş polis əməkdaşı tərəfindən aldandığını deyib Ruslanın ona qarşı etdiklərini danışmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 deməsinə görə onun Yasamal RPİ-nin Təhqiqat Şöbəsində təhqiqatçı işləyən Şahid2 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs adlı bir nəfər onun dostunun oğlu Şahid3 Gömrük Komitəsində işə düzəltmək adı ilə ondan 35.000 manat pul almasına baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməyib Şahid3 Gömrük Komitəsinə işə düzəltməyərək ondan almış olduğu 35.000 manat pulu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 bildirmişdir ki, 15 noyabr 2021-ci il tarixdə dostu Zərərçəkmiş şəxs1 ilə çayxanalardan birində görüşüb söhbət edən zaman Zərərçəkmiş şəxs1 dostunun oğlu Şahid3 Azərbaycan Dövlət İqtisad Universitetini bitirdiyini, hazırda işsiz olduğunu və ona iş tapmaqda köməklik etməsini ondan xahiş etdikdə Zərərçəkmiş şəxs1 xəbər edəcəyini demişdir. daha sonra tanışı Təqsirləndirilən şəxs ilə danışarkən Ruslan işə düzəltmək imkanı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Şahid3 Azərbaycan Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini və bu işin müqabilində Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat pul istədiyini dedikdə Zərərçəkmiş şəxs1 Şahid3la danışıb ona xəbər edəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla mobil telefon nömrəsi ilə zəng edib danışan zaman Təqsirləndirilən şəxsla onu görüşdürməyini ondan xahiş etmiş və Ruslanın dediyi məbləğin hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-də onun iş otağına gəlmiş və o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 söhbət zamanı əvvəllər polisdə işlədiyini və Dövlət Gömrük Komitəsində əlaqələrinin olduğunu, Şahid3 Dövlət Gömrək Komitəsinə işə düzəldə biləcəyini, Şahid3 kurs keçdikdən sonra rütbə də alacağını və bu işin müqabilində 25.000 manat lazım olduğunu demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Şahid3 sənədlərini Zərərçəkmiş şəxs1 istədikdə Zərərçəkmiş şəxs1 Şahid3 zəng edib sənədlərinin fotoşəkillərini çəkib ona göndərməsini dedikdən sonra Mahir hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqda Şahid3 hərbi biletdə dinc dövrdə yararsız və müharibə dövründə yararlı olması barədə olan qeydi görüb Şahid3 işinin mürəkkəb olduğunu və düzəlmə ehtimalının az olduğunu dedikdən sonra Zərərçəkmiş şəxs1 Mahirə köməklik etməsini Ruslandan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kiməsə zəng edib Şahid3 hərbi biletində olan qeydləri deyib həmin şəxslə danışıb qurtardıqdan sonra Mahirin işinin alınmadığını və çətin olduğunu deyib sonra yenə kiməsə telefon zəngi edib hərbi biletdə olan məlumatlar barədə danışmışdır. Həmin şəxslə Ruslan söhbət etdikdən sonra Ruslan Zərərçəkmiş şəxs1 demişdir ki, hərbi biletlə bağlı 10.000 manat əlavə pul ödənilməlidir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 10.000 manat pulunun olmadığını və Mahirin işini 25.000 manata həll etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs bunun mümkün olmadığını və 35.000 manata işi həll etməyin mümkün olduğunu, komitədə dörd vakant yerin olduğunu, həmin vakant yerlərdən birini Şahid3 saxlada biləcəyini, Mahirin əmək haqqının 1800 manat olacağını və kursu bitirdikdən sonra imtahan verib leyetenant rütbəsini alaraq Mahirin işə çıxacağını deyəndən sonra Zərərçəkmiş şəxs1 Ruslana 35.000 manat pulu hazırlayıb ona xəbər verəcəyini Ruslana bildirmişdir. Həmin söhbətdən sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binasından çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 onun iş otağından dostuna zəng edib ona 10.000 manat pul verməsini xahiş etmişdir. Sonra Zərərçəkmiş şəxs1 idarədən çıxıb dostu Şahid1 ilə görüşmüş və Nazimdən 10.000 manat pulu alıb idarəyə onun iş otağına qayıtmışdır. Zərərçəkmiş şəxs1 Şahid3 zəng edib sənədlərlə birlikdə Yasamal RPİ-nin qarşısına gəlməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 35.000 manat pulun hazır olduğunu ona deyəndən sonra onun özü Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verdikdə Təqsirləndirilən şəxs ona Nərimanov rayonunda yerləşən “Diamond” restoranına gəlməyini bildirdi. O, Zərərçəkmiş şəxs1la getməsə də Zərərçəkmiş şəxs1 Şahid3la birlikdə Ruslanın dediyi ünvana getmişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1la görüşlərdən birində Kərimxan ona Ruslanın onu aldatdığını və Mahiri işə düzəltmədiyini, Təqsirləndirilən şəxs 35.000 manat pulu almaqda ona köməklik etməsini ondan xahiş etdikdən sonra hər ikisi Təqsirləndirilən şəxsla görüşmüşdür. Ruslandan pulu tələb etdikdə Təqsirləndirilən şəxs pulun 8.000 manatını qaytarsa da 27.000 manatı qaytarınamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid3 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Qeyd edilən şəxsin ibtidai istintaqda vermiş olduğu ifadəsi məhkəmə iclasında elan edilmiş və ittihamda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilən “CD diskin götürülməi və CD diskə baxış aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan, “CD diskə baxış aparılması haqqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan və iş materiallarında olan 01 ədəd CD diskə baxış keçirən zaman müəyyən olundu: “CD” diskdə nitqlər 8 ədəd faylda yerləşdirilmişdir. “CD” diskdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında pulun qaytarılması ilə bağlı dioloq öz əksini tapmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ əməliyyat sorğu kartotekasından əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının 62-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2028-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanuna əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə tösif edilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-666/2016 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə və CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalarm qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 01 iyul 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qərarı ilə ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 21500 manat məbləğində külli miqdarda, zərərçəkmiş şəxs X5 ayrı-ayrı vaxtlarda 30000 manat məbləğində külli miqdarda, 15000 manat məbləğində külli miqdarda, 20000 manat məbləğində külli miqdarda, 30000 manat məbləğində külli miqdarda, 22000 manat məbləğində külli miqdarda, 15686 manat məbləğində külli miqdarda, 16000 manat məbləğində külli miqdarda və X3 12000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə görə irəli sürülmüş ittihamlardan “dələduzluğun külli miqdarda ziyan vurmaqla törədilməsi” tövsifedici əlamətinin xaric edilməsi və həmin ittihamlar “Dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi” kimi tövsif edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 06 (altı) aya endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən hazırki qərarla təyin edilən cəzanın CMnin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 01 iyul 2015-ci il tarixdən hesablanmalı olduğu və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunun nəzərə alınması qərara alınmışdır. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 18-ci Polis Şöbəsinə gəlmiş və Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1291/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı ev dustaqlığında saxlama müddətinin istintaq müddəti həddində, yəni 08 oktyabr 2023-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2023cü il tarixli qərardan görünür ki, 19 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüş səsyazıları olan 01 ədəd “CD” diskə cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)- 64/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 22 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 27.000 manat miqdarında pulunu ələ keçirməsi faktına əsasən onun mülki iddiaçı qismində tanınması və zərərin ödənilməsi üçün həmin məbləğin və tərəfindən ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun təqsirləndirlən şəxsdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Həmçinin həmin epizod üzrə özünü təqsirli bilir və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyinə görə məsuliyyətdən azad olunmasını və cinayət işinə xitam verilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinməsi barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işdə olan digər istintaq sənədləri ilə tam sübut olunur. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə Təqsirləndirilən şəxs cəza təyin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-12/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini, 02 (iki) azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4.-cü maddəsində əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 666/2016 nömrəli hökmü ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qərarı 7(003)-321/2018 saylı qərarı ilə “Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli” Qanunu tətbiq edilməklə Təqsirləndirilən şəxs 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 07 (yeddi) ay, 12 (on iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, həmçinin həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, maddi ziyana görə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs 27000 (iyirmi yeddi min) manat məbləğində dəymiş zərərin və 171 (bir yüz yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 27171 (iyirmi yeddi min yüz yetmiş bir) manat vəsaitin təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təsirli bilinməklə 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 07 (yeddi) ay, 12 (on iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 01 (bir) ay, 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 27000 (iyirmi yeddi min) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 171 (bir yüz yetmiş bir) manat, ümumilikdə 27171 (iyirmi yeddi min yüz yetmiş bir) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab edilmiş səsyazılarının əks olunduğu 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-12/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-12/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver