Məhkəmə qərarları › İş №1(005)-120/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-120/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-120/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnoyrları” Vəkil Bürosunu vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.1966-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 11:10:04 dəqiqədə etibarnamə əsasında “BCD” kateqoriytalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhəri Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə H.Ələsgərova küçələrinin kəsişməsində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yolayrıcına yaxınlaşarkən işıqforun qadağanedici işığının yanmasını nəzərə almaqla idarə etdiyi mikroavtobusun sürətini vaxtında azaltmalı, işıqforun qadağanedici işığında mikroavtobusun yolayrıcına daxil etmədən dayandırmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və işıqforun icazə verən işığında yolayrıcına daxil olan digər nəqliyyat vastəsinə yol verməli olduğu halda bunu etməyərək hərəkətini davam etdirməklə ehtiyatsızlıqdan həmin vaxt H.Ələsgərli küçəsi ilə hərəkətdə olan X5 idarə etdiyi “Tufan M50” markalı 42-B-491 dövlət qeydiyyat nişanı mopedlə toqquşması nəticəsində mopedin sürücüsü X5 qapalı kəllə - beyin travması, kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyənin hematoması, sol alın nahiyəsinin, burun tağının, döş qəfəsinin sol yarısının, sol bazunun, sağ və sol diz oynağının, sol aşıq - baldır oynağının çoxsaylı sıyrılmış yaralarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlib. xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-XM-*** dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə Bakı şəhər metropoliteninin “28 May” stansiyasının yaxınlığından Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsinə getmişdir. Həmin gün, xx.xx.2023-cü il tarixdə, C.Hacıbəyli küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsindəki yol ayrıcına daxil olaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt idarə etdiyi mikroavtobusun sağ tərəfinə nəyinsə çırpıldığını eşitmiş və dərhal idarə etdiyi mikroavtobusu saxlayıb yerə düşmüşdür. Yerə düşdükdə görmüşdür ki, moped onun mikroavtobusuna çırpılmışdır. Mopedin sürücüsü zərbənin təsirindən sonra yerdən durmayıb və başından qan axımışdır. Bundan sonra ətrafdakılardan kimsə təcili tibbi yardımın təcili tibbi yardıma məlumat vermiş, sonradan adını bildiyi mopedin sürücüsü Ramin Səfərovun hadisə yerində vəfat etdiyi müəyyən edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinə həkim xərcləri və dəfn mərasimi ilə bağlı çəkilmiş xərcləri ödənmiş, barışıq əldə edilmişdir. Törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, heç vaxt bu hadisəni unutmayacağını, ilk dəfə belə bir cinayət əməlini törətməsini, himayəsindı 03 övladının və həyat yoldaşının olmasını, ailəsinin tək gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş X5 hüquqi varisi X4 ifadə verərək bildirmişdir ki, mərhum X8 onun oğludur. Yol nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini məhkməyə təqdim edərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və təqsirləndirilən şəxsin bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 avqust 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsində baş vermişdir. Yolun işlək hissəsi üfuqi düz, örütyü növü asfalt, vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üzrə eni 18 metr, hərəkət zolaqlarının sayı 5, hərəkət hissəsinin eni 18 metrdir. Yolun hərəkət zolaqlarından hər biri 3 metrdir. Yolun işlək hissədə C.Hacıbəyli küçəsi H.Ələsgərov küçəsi kəsişməsinə qədər 1 istiqamətlidir. Hərəkət zolağına 1.5 ciliqi nişanlanma xətləri ilə bölünmüşdür. Yolun işlək hissəsinə biləşir sağdan səki, yolun işlək hissəsi birləşir soldan səki, yolun işlək hissəsinə sonradan birləşir park, soldan birləşir yaşayış binası.Hadisə yerində şin izləri, tormozlama izləri, nəqiliyyat vasitələrinin hərəkət istiqamət əlamətləri aşkar olunmadı. Nəqiliyyat vasitəsinin sınmış və ya itmiş hissələrinin mövcudluğu sınmış detallar aşkar olundu. Nəqiliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmadı. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/25944 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan “DVD diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və DVD disk ilə yol nəqliyyat hadisənin baş verdiyi an və daha sonra polis əməkdaşlarının hadisə yerinə gəlməsi müşahidə olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X7 X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 93 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X1 meyitinin məhkəmə - tibbi müayinəsi limanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə - beyin travması, kəllə - tağı və əsası : Zmüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyənin hematoması, sol alın nahiyəsinin, burun tağının, döş qəfəsinin sol yarısının, sol razunun, sağ və sol diz oynağının, sol aşıq - baldır oynağının çoxsaylı sıyrılmış yaraları həyati :lub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat ladisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər.X1 ölümünə səbəb - kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2 - 4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir.X1 meyitindən götürülmüş qanda məhkəmə -kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 8/3156 nömrəli ekspertiza rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz 315CDİ markalı 90XM415 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin ma tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Tufan M50 markalı 42B491 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texnikinəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmədə tədqiq edilən Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etmiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evli orta təhsilli, İİ qurup əlildir və ünvan 2 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı müddət ərizində barəsidə şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya Elektron Sistmemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ürəyin hipertenziv xəstəliyi diaqnozu səbəbi ilə ikinci dərəcə sağlamlıq imkanları məhudud şəxsdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.20233-cü il tarixədək etibarlı olan) BC 209358 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12ə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2023cü il tarixli qərardan aydın olur ki, DİN-nin X6 Xidmətindən alınmış yol nəqiliyyat hadisəsinin görüntüsü lan 01 ədəd DVD formatlı disk maddi sübur hesab edilərək cinayət işi materiallarından saxlanılmışdır. Həmiçinin Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, iş üzrə keçirilmiş məhkəmə-yol nəqiliyyat hadisələri və məhkəmə-tibbi ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSSİ Əməliyyat-sorğu katrotekasında heç bir məlumat yoxudur. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi” haqqında 08 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqlqnda iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs X5 hüquqi varisi X3 9 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də şikayətçi olmayacağını bildirmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3156 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehtiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkənin hüququ varisi ilə barışıq əldə etməsini, himayəsində 03 övladının olmasını və həyat yoldaşının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci 128,00 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-Nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 128,00 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar