Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-121/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Saatlı rayonu, Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu, Qara Nuru Ərazi Dairəsi, Qara Nuru kəndində qeydiyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq “ MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə 55.06 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxıl olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbri nəticəsində Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 01:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 02:20-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 07 ədəd kibrit qutusunda və sol yan cibindən 05 ədəd kibrit qutusunda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkilən 4,36 qram, 5,33 qram, 5,57 qram, 5,19 qram, 5,75 qram, 5,46 qram, 3,18 qram, 1,36 qram, 5,11 qram, 5,32 qram, 3,45 qram və 4,98 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 55,06 qram çəkidə 12 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir ay əvvəl adını tanımadığı şəxsdən şəxsi istifadə məqsədilə narkotik vasitə olan 12 ədəd kibrit qutusunda qurudulmuş marixuana əldə etmişdir. Həmin marixuanadan çox azını istifadə etmişdir. Sonradan pula ehtiyacı yarandığından əldə etdiyi narkotik vasitəni satmaq qərarına gəlmişdir. Tutulmamışdan 2 gün əvvəl bu məqsədlə Bakıdan tanış olduğu Elçin adlı şəxsə zəng vurmuşdur. Elçinin narkotik vasitə marixuanadan istifadə etdiyim bilirmiş. Elçinlə telefonda onda olan narkotik vasitə marixuananın bir ədəd kibrit qutusunu 50 manat dəyərində ona satmağı razılaşmışdır. Elçinlə razılaşdıqdan sonra üzərində olan 12 ədəd kibrit qutusu ilə Bakıya gəlmişdir. 19 oktyabr 2023-cü il tarixdə saat 01:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 54 saylı ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə adını “marixuana” olaraq tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 05 manat 70 qəpik pul, həmin şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və siqaret qutusu ilə sarı rəngli alışqanı çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən ağ rəngli şəffaf sellofana bükülmüş 02 ədəd kibrit qutusunu, ayrılıqda ağ rəngli şəffaf sellofana bükülmüş 01 ədəd kibrit qutusunu, açıq vəziyyətdə olan 04 ədəd kibrit qutusunu, özünə məxsus şəxsiyyət vəsiqəsi ilə plastik bank kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra isə həmin gödəkçənin sol yan cibindən sarı rəngli şəffaf sellofana bükülmüş 03 ədəd kibrit qutusunu və açıq vəziyyətdə olan 02 ədəd kibrit qutusunu da çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Baxış zamanı kibrit qutularının içərisində adını “marixuana” olaraq tanıdığı narkotik maddənin olmasını və həmin maddələrin ona məxsus olduğunu bildirərək onları satmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini qeyd etmişdir. Bundan sonra üstündən aşkar olunmuş 12 ədəd kibrit qutusunda olan maddələr polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 05 manat 70 qəpik pulu, eyni zamanda siqaret qutusu və alışqan özünə geri qaytarıldı. Aşkar edilmiş plastik pul kartı, şəxsiyyət vəsiqə və “Redmi” markalı mobil telefonu polis tərəfindən götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psıxotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə getmişlər 19 oktyabr 2023-cü il tarixdə saat 01:00-da Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 54 saylı ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla BMCMİ-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra, 19 oktyabr 2023-cü il tarixdə saat 02 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 05 manat 70 qəpik pul, həmin şalvarın sol yan cibindən Redmi markalı mobil telefon və siqaret qutusu ilə sarı rəngli alışqanı çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rənçli qış gödəkçəsinin sağ yan cibindən ağ rəngli şəffaf sellofana bükülmüş 02 ədəd kibrit qutusunu, ayrılıqda ağ rəngli şəffaf sellofana bükülmüş 01 ədəd kibrit qutusunu açıq vəziyyətdə olan 04 ədəd kibrit qutusunu, ağ rəngli naqil və çəhrayı rəngli dəsmala bükülmüş özünə məxsus şəxsiyyət vəsiqəsi ilə plastik bank kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra isə həmin gödəkçənin sol yan cibindən sarı rəngli şəffaf sellofana bükülmüş 03 ədəd kibrit qutusunu və açıq vəziyyətdə olan 02 ədəd kibrit qutusunu da çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutularının içərisində “marixuana” olaraq tanıdığı narkotik maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan 12 ədəd kibrit qutusunun hər birinin içərisində ot formalı yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, onları satmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün plastik bank kartı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə “Redmi" markalı mobil telefonu götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskınaslarının onun özünə məxsus olmasını və qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 manat 70 qəpik pulu, eyni zamanda siqaret qutusu, alışqan və naqil iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 12 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 24-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X8 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması istintaq hərəkəti aparılmışdır. Müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 05 manat pul əskinazı, 70 qəpik pul, həmin şalvarın sol yan cibindən “Redmi" markalı mobil telefon və siqaret qutusu ilə sarı rəngli alışqanı çıxardıb təqdim etməklə masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən ağ rəngli şəffaf sellofana bükülmüş 02 ədəd kibrit qutusunu, ayrılıqda ağ rəngli şəffaf sellofana bükülmüş 01 ədəd kibrit qutusunu, açıq vəziyyətdə olan 04 ədəd kibrit qutusunu, ağ rəngli naqil və çəhrayı rəngli dəsmala bükülmüş özünə məxsus şəxsiyyət vəsiqəsi ilə plastik bank kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra isə həmin gödəkçənin sol yan cibindən sarı rəngli şəffaf sellofana bükülmüş 03 ədəd kibrit qutusunu və açıq vəziyyətdə olan 02 ədəd kibrit qutusunu da çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin kibrit qutularının içərisində “marixuana” olaraq tanıdığı narkotik maddələrin olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan 12 ədəd kibrit qutusunun hər birinin içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, onları satmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini və həmin kütlələri yaşadığı Saatlı rayonu ərazisində açıq sahədə əkdiyini bildirdi. Baxış zamanı plastik bank kartının üzərində “Umico” yazısı, 4169 7385 1275 0393 nömrələrin olması aşkar edildi. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus “Redmi” markalı mobil telefonda ***-***- **-** saylı mobil nömrəsinin olmasını bildirdi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin kart, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə “Redmi” markalı mobil telefonu tərəfindən götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinaslarının onun özünə məxsus olmasını və qanunsuz yolla əldə etmədiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 manat pul əskinası və 70 qəpik pulu, eyni zamanda siqaret qutusu, alışqan və naqil iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 12 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1459 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya oxşar bitki 6 ədəd kibrit qutusunda” yazılar və imzalar olan 1 №-li kağız paketdə 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilərı- 4,36qram; 5,33qram; 5,57qram; 5,19qram; 5.75qram, 5,46qram; ümumi çəkisi- 31,66qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya oxşar bitki 6 ədəd kibrit qutusunda” yazılar və imzalar olan 2 №-li kağız paketdə 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-3,18qram; 1,36qram; 5,11qram; 5,32qram; 3,45qram; 4,98qram, ümumi çəkisi-23,40qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2 ədəd kağız paketdə ümumi sayı 12 ədəd kibrit qutusunda olan marixuanaların ümumi çəkisi 55,06 qramdır. Tədqiqata təqdim olunmuş 12 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 93-97-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1505/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 oktybar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 54,82 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə cəzanın sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 131-ci vərəqində olan Saatlı İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 133-cü vərəqində olan «Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə icraatında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 25111 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadəsində olan «Samsung» markalı kompyuterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid fayl mövcuddur. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx/xx/2023, 01:28:43, **********45,**********57, Nədi duxuz çatmadı siz vare sulaqasiz bariqalar sizdən qeyrətli olurlar adam lomkada olan adama qum getirmez. xx/xx/2023, 11:11:21, **********45,**********76, Gel gedəy tək kola var amma 4/05/2023, 23:28:30, **********26,**********45, Ay birat demey bele birden yari das lazimdi birde 10manatix kola lazimdi xx/xx/2023, 23:29:24, **********26,**********45, Ama neqder vaxta alnar xx/xx/2023, 03:03:54, **********00,**********45, SALAM NEYNSEN QAQA BU TEMA NESE ZEİFDİ İNS ALLAH BİREZDEN CXRAM BAK xx/xx/2023, 23:57:55, **********00,**********45, QAQA NEQEDER ELEDİM VERMEDİ dedim 15 DİY SEHER VERECEM dedi SOWSOY xx/xx/2023, 02:28:22, **********99,**********45, Ay birat das var xx/xx/2023, 02:28:31, **********99,**********45, Yoxsa yo xx/xx/2023, 02:31:17, **********99,**********45, Ama duzun dene gene ele bir sey verifse poxu cixdi da dene olde hecne 10 deqiye cixiram gelem nermanova eve xx/xx/2023, 05:07:03, **********45,**********99, cavab niye vermirsen xx/xx/2023, 19:53:23 ,**********93,**********45, Salam Sebii satıq. Mal var. Cinayət işinin 135-ci vərəqində “Mobil telefona baxış keçirilməsi barədə” 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirib həmin protokolu tərtib etmişdir. Baxış-zamanı müəyyən edildi: “Redmi” markalı mobil telefon aparatı qara rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsi və səs tənzimi düymələrinin olması aşkar edildi. Mobil telefonun ekranında ön kameranın olması müəyyən edildi və telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirdim. Baxış keçirilən zaman aşağıdakılar müəyyən edildi: “Qalareya” bölməsinə daxil olduğum zaman orada 13 oktyabr 2023-cü il tarixdə saat 21:07- də mobil telefona əlavə edilmiş İMG-20231013-WA0021 .jpeg 1 (bir) ədəd fotoşəklin olduğunu müəyyən etdim. Foto şəklə baxış zamanı həmin fotoşəklin məzmunundan içərisində narkotik vasitə qurudulmuş marixauna olması ehtimal edilən 10 (on) ədəd kibrit qutusu, içərisində narkotik vasitə qurudulmuş marixaunaya oxşar ot formalı kütlə olan 01 (bir) ədəd sellofan torba və içərisində siqaret dənələri 01 (bir) ədəd siqaret qutusu müəyyən edilir. Mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən başqa bir məlumat aşkar edilməmişdir. Baxış zamanı hazırki protokola əlavə edilməsi üçün yuxarıda göstərilən məlumatların qeydə alındığı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlarla birgə fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 30 oktyabr 2023-cü ıl tarixli, 7103 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 142-157-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan və sol yan ciblərindən ümumilikdə 12 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək aşkar götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 08 yanvar 2024-cü il – 28 fevral 2024-cü il tarixlərdə keçirilmiş 4 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 54,82 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-121/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-121/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver