Məhkəmə qərarları › İş №1(005)-122/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-122/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-122/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi X6 iştirakları ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 4(005)-1481/2023 saylı qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz külli miqdarda – 11,86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 69 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 16:30-da yuxarıda qeyd edilən ünvanda etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:47-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı tərkiblərinə görə eynilik təşkil edən 07 ədəd bükümdə ayrıayrılıqda 1,43 qram, 1,59 qram, 1,87 qram, 1,26 qram, 1,57 qram, 2,30 qram, 1,84 qram olmaqla ümumilikdə 11,86 çəkidə narkotik vasitə qurudulmuş marixuana və həmin gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən iki bükümü özünə məxsus olmuşdur. Digər qalan bükümlər və tərəzi onun olmamışdır. İki büküm narkotik vasitəni isə şəxsi istifadəsi üçün 50 manat müqabilində əldə etmişdir. Həmçinin o bildirmişdir ki, onun ittihamda qeyd edilən üzərindən 7 büküm yəni 11,86 qram narkotik vasitə olan marixunanın və 01 ədəd tərəzinin aşkar edilərək götürülməsi ilə bağlı hissəsilə razılaşmasına səbəb fiziki təzyiqə məruz qalması olmuşdur. Belə ki, üzərində narkotik vasitə marixuana olması səbəbilə polis idarəsinə gətirilmiş orada 7 büküm narkotik vasitə olan marixuana və 01 ədəd tərəzi ona təqdim edilmiş və videoçəkiliş zamanı özününmüş kimi təqdim edilməsi tələb edilmişdir. İlkin olaraq o bundan imtina etmək istəmiş, lakin polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalması səbəbindən qəbul etmişdir. Polis əməkdaşları tərəfindən 13 oktyabr 2023-cü il tarixdə saxlanıldığını, üzərinə baxışın isə 14 oktyabr 2023-cü il tarixdə keçirildiyini bildirmişdir. Müdafiəçinin də 14 oktyabr tarixində gördüyünü bildirmişdir. Narkotik vasitə istifadə etdiyi üçün peşman olduğunu söyləmiş, himayəsində ailəsinin olmasını, qardaşının üçüncü qrup əlil olmasını, X10 iştirakçısı olmasını nəzərə alaraq ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 oktyabr 2023-cü il tarixdə günorta saatlarında ünvan 4 ünvanın yaxınlığında olduqları zaman, yəni 13 oktyabr 2023-cü il tarixdə saat 16:30-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin avtomobilin yanında dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə marixuana olduğunu bildirib, cibində olan sayını dəqiq xatırlamadığı bir neçə bükümdə narkotik vasitə, tərəzi və digər şəxsi əşyaları təqdim etmişdir. Narkotik vasitənin marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə baxış keçirilmiş və avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən o, qaçmağa cəhd etməmiş, ona qarşı polis əməkdaşları tərəfindən də heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda iştirak etmişdir. 13 oktyabr 2023-cü il tarixdə günorta saatlarında ünvan 4 ünvanın yaxınlığında olduqları zaman, yəni 13 oktyabr 2023cü il tarixdə saat 16:30-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin avtomobilin yanında dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə marixuana olduğunu bildirib, cibində olan bükümlər formasında olan narkotik vasitələri, tərəzi və digər şəxsi əşyaları təqdim etmişdir. Narkotik vasitənin marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə baxış keçirilmiş və avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 iş üzrə digər Şahid1 оğlu və Şahid2 оğlu ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Tofiqin evində tək yaşadığını bildirmiş, evini təmizləmək və yekem hazırlamaq üçün onun yanına getdiyini söyləmişdir. Oğlunun narkotik vasitə istifadə etdiyini heç vaxt bilməmişdir. Ona zəng edərək bildiriblər ki, Tofiq polis əməkdaşları tərəfindən saxlanılıb. Oğlunu 2 ay sonra Bakı İstintaq Təcridxanasında görmüşdür. Həmin vaxt Tofiq bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, ona təzyiq göstərilmişdir, polis əməkdaşları tərəfindən döyülmüşdür. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 13 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və osixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1994-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 16:30-da ünvan 6 ünvanın yaxınlığında idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə tərəfimizdən müşayiətimiz altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirərək, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 02 ədəd sellofan paketi, 01 ədəd avtomobil açarını, qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd pul qabını, şalvarının sağ yan cibindən 01 ədəd “iphone” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan paketə baxış keçirilərkən paketlərin içərisində müvafiq olaraq 03 ədəd və 04 ədəd kağız bükümlər olmaqla ümumilikdə 07 ədəd kağız bükümün olması müşahidə edildi. Həmin bükümlərə baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə marixuanaya oxşar kütlələr olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd şəffaf sellofan paketlərdə olan ümumilikdə 07 ədəd kağız bükümlər və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar təfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış zamanı içərisindən 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd etibarnamə və 01 ədəd üstündə 5243 7544 4149 7957 rəqəmləri qeyd olunmuş “Unibank” bank kartı aşkar edildi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd etibarnamə və 01 ədəd “iphone” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlələri, təxminən 1 həftə əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından ümumilikdə 100 manata aldığını, həm istifadə, həm də satış məqsədi ilə əldə etdiyini, tanımadığı İran İslam Respublikası vətəndaşından “Vatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, həmin kütlələrdən əvvəllər, Fazil və Nüsrət adlı digər anket məlumatlarını bilmədiyi şəxslərə 120 manata satdığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmədə tədqiq olunan “Baxış və götürmə aparılması” haqqında 13 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə dərəsinin inzibati binasının qarajında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobilə 13 oktyabr 2023-cü il tarixdə saat 19:46-da baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən stifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək nüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və ştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi Toyota” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmədi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 14 oktyabr 2023-cü il tarixli 3-16-16/2-7/1426 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş əşya, predmet və kütlələr” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 2 ədəd polietilen paketlərdə ümumi sayı 7 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,43 qram; 1,5 9qram; 1,87 qram; 1,26 qram; 1,57 qram; 2,30 qram; 1,84 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi -11,86 qramdır.Təqdim olunmuş 7 ədəd kağız bükülülərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 6574 saylı rəyindən görünür ki, kannabinoidlərin istifadə etmə hallar olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Muştaqov X5 Xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və X14” X25 Məhkəmə-Kimya şöbəsinin xx.xx.2023-cü il tarixli, 3777/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin çətənə bitkisindən alınan və tibbi mənşəli narkotik vasitə hesab olunan “Kannabinoid” aşkar edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və X14” X24 xx.xx.2023-cü il tarixli, 408/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən döş qəfəsinin ön səthinin qançırları bərk küt əşyanın təsirindən müayinədən təminən 1-2 həftə əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş və telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli məlumat məktubundan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən 16:00 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İsintaq Təcridxanasına təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində tibb-sanitar hissəsində üzərində baxış keçirilən zaman hər iki döş nahiyyəsində sarımtıl rəngli qançır izləri aşkar olunmuşdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli Arayışdan və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası və qardaşından ibarətdir. O, ünvan 8 ünvanda yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Psixiatriya Xəstəxanası” X25ə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 18922 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11, 86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekpertiza tədqiqatından sonrakı qalıq qalmış 11,72 qram çəkidə qurudulmuş marixuana və 01 ədəd tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmişdir. Həmçinin şəxi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD, “Baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks edirən 01 ədəd DVD disk, və Bakcell MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonun ailə üzvlərinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:30 radələrində Muştaqov X8 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(005)-1481/saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkiliş “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınaraq DVD diskə yazılmaqla protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən bədən səthində sağ və sol döş nahiyəsində iri həcmli sarımtıl rəngli qançırın həbsdən əvvəl yıxılaraq aldığını bildirmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR DİN-nin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalması, döyülməsi və sair hallar təsdiqini tapmadığından material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının Baş Prokororluğu tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat idarəsində istintaq olunmuş cinayət işi üzrə Təqsirləndirilən şəxs idarənin əməkdaşları tərəfindən psixoloji və fiziki təzyiqlər edilməsi, oğlunun bədənində fiziki xəsarətlərin aşkar olunmasına dair aktın tərtib olunması, həmin təzyiqlər barəsində anası Xatirə Muştaqovanın Baş Prokurorluğa ünvanladığı müraciət üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı DİN-nin BMCM-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 408/MEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səhtində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səhtinin qançırları bərk küt əşyanın təsirindən müayinədən təxminən 1-2 həftə əvvəl əmələ gəlmişdir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsatərlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd olununb ki, Təqsirləndirilən şəxs təxminən 12-13 gün əvvəl yıxılaraq sinəsindən xəsarət aldığını bildirmişdir.Eləcə də, Bakı İstintaq Təcridxanası tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş məhkumun tibbi kitabçasından görünür ki, o, BİT-na xx.xx.2023-cü il tarixdə qəbul olunmuş, onun döş nahiyəsində irihəcmli sarımtıl qançır aşkar edilmiş, sorğu zamanı o, xəsarəti həbs olunmazdan əvvəl yıxılaraq aldığını göstərmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən əldə edilmiş çıxarışdan, həmçinin Azərbaycan Respublikası “X17” İctimai Birliyinin 012523 görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 Qarabağ Mübaribəsi iştirakçısı olmaqla üçüncü dərəcə əlilidir. Məhkəmədə tədqiq edilən iş üzrə şahidlər Şahid2 Mehdi oğlu, Şahid3 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X7 və tərcüməçisi X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətlərə olduqları yerin müəyyən edilməsi ilə bağlı isifadələrində olan mobil nömələrin anten dairəsini əldə etmək məqəsdi ilə "xxxx" MMC və "xxxx" MMC-yə sorğu göndərilmiş, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatda iş üçün əhəmiyyətli olan dəqiq məlumat əldə oluna bilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nörməli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 2 büküm narkotik vasitənin olması, polis idarəsinə gətirildikdən sonra üzərinə 7 büküm narkotik vasitə olan marixuana və 01 ədəd tərəzi qoyulması, polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qaldığından qeyd edilən 7 büküm narkotik vasitə olan marixuana və 01 ədəd tərəzinin özünün olması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə məhkəyə gətirilərkən bu barədə ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlarla əlaqədar məlumat verə bilərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə məhkəmə iclas zalında heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 6574 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə hallar olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu hal da Təqsirləndirilən şəxs daimi narkotik vasitə istifadə etmədiyini asılılığı olmadığını bildirir, məhkəmə hesab edir ki, narkotik vasitələrdən asılı olmayan şəxsin üzərində narkotik vasitə saxlaması, onun narkotik vasitəni və tərəzini üzərində gəzdirməyə zərurət olmadığını məhs kiməsə vermək niyyəti daşıdığına dəlalət edir. Narkotik vasitənin qramı ilə təqsirləndirilən şəxsin razılaşmaması barədə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi ilə bağlı DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 13 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və həmin gün üzərinə baxış keçirilərək onun üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt təqsirləndirilən şəxs və ya müdafiəçisi tərəfindən heç bir etiraz olunmamış bu hal da təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. Bundan başqa üzərində narkotik vasitə olduğunu etiraf edərək, aşkar edilmiş narkotik vasitələrdən 02 (iki) bükümünün ona aid olduğunu, digər 05 (beş) bükümün və tərəzinin onun üzərinə təzyiq göstərilərək qoyulduğunu bildirməsi və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına münasibətdə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza rəyində, eləcə də istintaq təcridxanasına daxil olarkən özünün bildirdikləri əsasında məhkumun tibbi kitabçasına aparılmış qeyddən aydın olur ki, üzərindəki xəsarətlər tutulduğu gündən 1,2 həftə əvvələ təsadüf edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs trəfindən onun xx.xx.2023-cü il tarixdə saxlanıldığı, üzərinə keçirilmiş baxışın isə xx.xx.2023-cü il tarixdə baş verməsi ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etmiş əməliyyatçıların, müdafiəçinin və tərcüməçinin istifadə etdikləri telefon vasitələri üzərindən anten dairəsinin müəyyən edilməsi ilə bağlı sorğularda xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü tarixə uyğun hər hansı dəqiq məlumat aşkar edilməmişdir. Bununla yanaşı təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi ilə bağlı DVD disk görüntüsündə polis əməkdaşı tərəfindən telefonun ekranı göstərilməklə tarixin xx.xx.2023-cü il olduğu elan edilmiş, həmin görüntüdə iştirak edən müdafiəçi tərəfindən qarşısında olan kitabçasının 13 oktyabr tarixli səhifəsinə qeydlər apardığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir və qeyd olunanlar təqsirləndirilən Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməsini, məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığını bir daha təsdiq edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, narkotik vasitələrin istifadəçisi olduğu üçün peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını, qeydiyyatda olduğu yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, qardaşının X10 iştirakçısı olması və əlil olmaqla köməyə ehtiyacı olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Muştaqov X5 xəstəliyindən əzab çəkmir, lakin yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,72 qram çəkidə qurudulmuş marixuana və 01 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD, “Baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks edirən 01 ədəd DVD disk, və "xxxx" MMC-dən "xxxx" MMC-dən daxil olmuş 05 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmiş 11,72 qram çəkidə qurudulmuş marixuana və 01 ədəd tərəzi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD, “Baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks edirən 01 ədəd DVD disk, və "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar