Məhkəmə qərarları › İş №1(005)-123/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-123/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-123/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(008)-464/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs Buzovna qəsəbəsində fərdi ev tikintisi üçün torpaq sahəsi almaq istədiyini bilib ona 2500 manata satılan tanışı Şahid1 Çəlayır oğlunun Buzovna bələdiyyəsi tərəfindən sahibliyinə verilmiş 600 kv.metr torpaq sahəsini göstərib alınmasına razılıq alandan sonra torpaq sahəsinin sahibi Şahid1 çatan dəyərindən əlavə, Zərərçəkmiş şəxs 6000 manat müqabilində torpaq sahəsinin onun adına sənədləşdirmək imkanı olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs ona 2020-ci ilin sentyabr ayında Buzovna qəsəbəsində valyuta məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, xx.xx.2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində 4250 manat təşkil edən 2500 ABŞ dolları və 2020-ci ilin noyabr ayında isə həmin ünvanda 900 manat verməsinə nail olmuş, lakin aldatmış və qohumluq əlaqələrinə görə ona edilən etibardan sui-istifadə edib özgənin Zərərçəkmiş şəxs əmlakını cəmi 6000 manatını vahid niyyətlə törədilən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonlarında, sentyabr ayının əvvəllərində uzaq qohumu Nubarcan müraciət edərək onun üçün Buzovna qəsəbəsində sənədli torpaq sahəsi tapmağı xahiş etmişdir. Bu məqsədlə Buzovna bələdiyyəsində vergi müfəttişi işləyən Elşadla əlaqə yaratmış, Elşad X6-Şüvalan yolunun kənarında bələdiyyə sənədləri ilə 6 sot torpaq sahəsinn olmasını bildirmiş və onu qardaşı Elşənlə tanış etmişdir. Elşən Buzovna-Şüvalan yolunun kənarında 5 sot torpaq sahəsinin olmasını və cəmi 2500 manata satmasını təsdiq etmişdir. Bəhlul həmin torpaq sahəsini Nubarcana göstərəndə Nubarcan baxıb bəyənmiş və almağa razılıq vermişdir. Qiyməti ilə maraqlananda Nubarcandan həmin torpaq sahəsinin əvəzinə onun adına olan başqa torpaq sahəsini və almaq istədiyi torpaq sahəsinə tikintiyə icazə almaq üçün 6000 manat istəmişdir. Nubarcan razılaşmış və ilkin olaraq torpaq sahəsi üçün 1000 manat beh vermişdir. 1000 manatıı Elşənə çatdırmışdır. Bundan sonra xx.xx.2020-ci ildə Nubarcan və Elşnlə Buzovna qəsəbəsində yerləşən notariat kontoruna getmişdir. Nubarcanın şəxsiyyət vəsiqəsini alıb Elşənə vermiş, Elşən torpaq sahəsi üzərində sərəncam vermək hüququ verən etibarnamə vermiş, lakin torpaq sahəsinin qalan pulunu almadığından sənədləri verməkdən imtina etmişdir. Nubarcan 1500 manat ödəməli olsa da üstündə pul olmadığından onun evinə getməyi təklif etmişdir. Bəhlulun avtomobilində Elşənlə birlikdə Nubarcanın yaşadığı Nərimanov rayonu ərazisində yerləşən binanın yanına gəlmişlər. Nubarcandan tikintiyə icazə almaq üçün də pul verməsini istəmişdir. Nubarcan evə gedib qayıdaraq Elşənə torpaq sahəsinin qalan pulunu ödəyəndən sonra Elşən ona torpaq sahəsinin bələdiyyə sənədlərini və etibarnaməni vermişdir. Təqsirləndirilən şəxs da xatırlamadığı miqdarda dollar vermişdir. Torpaq sahəsinin pulundan başqa Nubarcan ona həm dollarla, həm manatla cəmi 3500 manat ödəmişdir. Həmin məbləğə torpaq sahəsində tikintiyə icazə almağı öhdəmə götürmüşdür. Zərərçəkmiş şəxs pulu ödəsə də aldığı torpaq sahəsi əvəzinə digər torpaq sahəsini təqdim etmədiyindən razılaşma pozduğu üçün o, tikintiyə icazə almamış, 3500 manatı isə öz ehtiyaclarına sərf etmişdir. Onun əslində dələduzluq etmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir, onunla barışmışdır və əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsindəki torpaq sahəsində tikintiyə başlamış, lakn pandemiyi ilə əlaqədar tiknti işləri dayanmışdır. Bu barədə Bəhlulun bacısının nişanında anası bilmiş və Bəhlulun həmin ərazilərə baxmasını söyləyib onun telefon nömrəsini vermişdir. Zərərçəkmiş şəxs Bəhlulla telefon əlaqəsi yaratmış, tikintinin layihəsi təsdiq edilsə də «COVİD 19»la əlaqədar tikintilərə icazə verilmədiyini bildirmişdir. Bəhlul həll edəcəyinə söz vermiş və Xəzər RİH-nə gedib Elşada müraciət etməyi məsləhət görmüşdür. Elşadın iş yerinə getmiş torpaq vergisini ödəmişdir. Elşad adına olan başqa torpaq sahəsinin də vergisini ödəməyi təklif etmişdir. Zərərçəkmiş şəxs isə dənizkənarında olan torpaq sahəsinin sənədi olmamasını söyləmişdir. Bundan sonra Bəhlul onunla əlaqə yaratmış və ikinci torpaq sahəsinin sənədlərini həll etməyi təklif etmişdir. Nubarcan ona pulunun olmadığını bildirəndə, Bəhlul ona yaşayış olan yerdə 5 sot torpaq sahəsi verəcəyini təklif etmişdir. Torpaq sahəsini bələdyyənin sərəncamı və İcranın icazəsi ilə almaq üçün 8500 manat istəmişdir. Həmin torpaq sahəsini bələdiyyyədə işləyən Elşadla birlikdə göstərəndə bəyənmiş və almaq istədiyini söyləmişdir. Bundan sonra Elşad bələdiyyəyə torpağın sənədləşdirilməsi üçün 1000 manat verilməsini tələb etmişdir. Bəhlul Elşadla gəlmiş və 1000 manatı Nərimanov rayonunda «N. Nərimanov» adına parkının yanında Bəhlula vermişdir. Bəhlul bələdiyyə deyəndə Elşadi nəzərdə tutmuşdur, belə ki, torpaq sahəsi onun qardaşı Elşənin adına olmuşdur. Bundan sonra Bəhlul 1000 manat da İcrada sənədləşmə işinə başlamaq üçün vermək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 500 ABŞ dollarına razılaşmış və pulu vermək üçün Buzovna qəsəbəsinə gəlmişdir. Bəhlulla əlaqə saxlayanda o pulu götürmək üçün taksi göndərəcəyini, pulu sürücüyə verməyi tapşırmışdır. Onun tapşırığı ilə gələn sürücüyə 500 ABŞ dolları ödəmişdir. Buna baxmayaraq sənədləşmə uzandığından Nubarcan maraqlanmağa başlamışdır. Bəhlul bildirmişdir ki, bələdiyyə sənədləşməni qurtardıqdan sonra İcra başlayacaqdır. Bir müddət keçimiş Bəhlul ondan Buzovna Bələdiyyəsinin qarşısına gəlməyi xahiş etmişdir. Nubarcan həmin yerə gəlmiş və orada Bəhlulu və onunla gələn Elşəni görmüşdür. Nubarcan isə oğlu ilə getmişdir. Avtomobilindən düşmək istəyəndə Bəhlul düşməyə ehtiyac olmamasını söyləyib, şəxsiyyət vəsiqəsini istəmişdir. Nubarcan şəxsiyyət vəsiqəsini Bəhlula vermişdir. Bəhlul və Elşən notariat kontoruna daxil olmuş və uzun müddətdən sonra çıxıb torpaq üçün Bəhlul 1500 manatı istəmişdir. Nubarcan əvvəlcədən ona məlumat verilmədiyi üçün pul gətirməməsini demişdir. Bəhlul Elşənlə söhbət etsə də, Elşən pulu almamış sənədləri verməmişdir. Şəhərə qayıdıb və evdən Elşənə 1500 manatı ödəməyi razılaşandan sonrr Nubarcanın yaşadığı ünvana gəlmiş, evdən 1500 manatı götürmüş və evin yaxınlığında Bəhlullun iştirakı ilə Elşənə vermişdir. Ancaq sənədə baxıb etibarnamədən ibarət olduğunu görüb razılaşmamışdır. Bəhlul hamının belə aldığını və sənədləri tam hazırlayacağını vəd etmiş, icranın işə başlaması üçün 2500 ABŞ dollar istəmişdir. Nubarcan oradaca Elşənin yanında 2500 ABŞ dollarını sayıb Bəhlula vermişdir. Bəhlul bir həftəyə sənədləri həll edəcəyini vəd etmişdir. Nubarcan vəkillə məsləhətləşəndə ona Elşənin həyat yoldaşından da torpaq sahəsinə olan hüquqlarının etibar edilməsinə razılığını verməyi məsləhət görmüşlər. Elşənin arvadı Nərimanov rayonunda yerləşən notariat kontorunda razılıq ərizəsi yazmışdır. Pulun alınmasına baxmayaraq sənədləşmə çox uzanmış və bununla əlaqədar Bəhlula zəng etmişdir. Bəhlul yenə onu arxayınlaşdırmış, artıq pulu verdiyini sənədləşmənin başlamasını söyləmişdir. Nubar öz növbəsində Elşənlə əlaqə yaratmış və şübhələrini bildirmişdir. Elşən heç bir problem olmamasını sənədləri qaytaracatı halda, verdiyi pulu geri ödəyəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs Buzovna qəsəbəsinə getmiş, etibarnaməni Elşənə qaytarıb 2500 manatı almışdır. Eyni zamanda həmin ərəfədə Bəhlulla da danışıb sənədləşmə ilə maraqlanmışdır. Bəhlul sənədlərin hazır olduğunu və pulu götürüb gəlməsini tapşırmışdır. Bəhlulla Xəzər İH-nin qarşısında görüşmüş və ona Elşəndən pulu aldığını demişdir. Bəhlul artıq sənədləşmənin tamamlanmasını onun isə imtina etməsinə narazıçılığını bildirmişdir. Nubar Elşəndən geri aldığı pulu, yəni 2500 manatı Bəhlula vermişdir. O pulu alıb yenidən etibarnaməni Elşəndən götürüb Nübara qaytarmış və gözləməyi tapşırmış, lakin yenə sənədlər hazır olmamışdır. Bəhlulun qohumu Ramizə zəng edib baş verənləri ona danışmış və işi düzəlmirsə Bəhluldan pulu qaytarmasını tələb eməyi xahiş etmişdir. Ramiz söz versə də nə sənədlər, nə pul qaytarılmamışdır. Zərərçəkmiş şəxs Bəhlulun anasına, qardaşına zəng etmiş, onlar da pulun qaytarılacağını vəd etsələr də, yenə pul qaytarılmamışdır. Nubarcan məcbur olub Elşənə zəng etmiş və onunla 2500 manatın qaytarılmasını razılaşdırmış, sənədləri ona qaytarıb Elşəndən 2500 manatı geri götürmüşdür. Bəhlul onunla əlaqə yaratmış və işlərin hazır olduğunu bildirib izah etmişdir ki, Elşənin torpağının ümumi sahəsi 12 sotdur. O ancaq 6 sot torpaq sata bilər. 1 sotun da pulu verilməlidir. Hesablamarına görə 1 sota görə 900 manat verməli olmuşdur. Həmin məbləği sənədlər hazır olandan sonra verəcəyini bildirsə də, Bəhlul pulu vermədiyi halda sənədləri hazırlamayacaqlarını söyləmişdir. O həmin 1 sotu kadastra köməkçi sahə kimi saldıracağını demişdir. Nubarcan məcbur olub Nərimanov rayon ərazisində yerləşən «Bank Respublika»da qızıl-zinət əşyalarımı girov qoyub kredit götürmüş, Bəhlul taksi ilə gəlib «Azinko» şirkətinin binalarının qarşısında Əliyar Əliyev küçəsində 900 manatı ondan almışdır. Müəyyən müddət keçsə də, sənədləri təqdim etməmişdir. Nubarcan qonşusuna olanları danışıb ərazi barədə məlumat verəndə o həmin ərazinin «SOCAR»ın ərazisi olduğunu və satılmamasına dair məlumat vermişdir. Qonşusu ilə həmin əraziyə getmiş orada olan şəxslərlə söhbət zamanı məlum olmuşdur ki, Bəhlul həmin ərazini qanınsuz satır. Bundan əvvəl də başqasına satıb, pulu ondan geri alıblar. Bundan sonra Ramizə zəng etmiş, o bir qədər gözləməyi təklif etmişdir. Bəhlulun dayısı Firdovsi Cəlalovun yanına getmiş. X4 dələduz olmasını söyləyib, onun qardaşı Anara zəng etmiş və pulun qaytarılmasını tələb etmişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Çəlayır oğlu ifadəsində bildirmişdir ki, Buzovna-Şüvalan yolunun sağ tərəfində 05 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini atası onun adına 2005-ci ildə Buzovna Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsinin ayrılmasına dair Buzovna bələdiyyəsinin qərarı, alqı-satqı müqaviləsi və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderi olmuşdur. 2020-ci ilin avqust-sentyabr aylarında qardaşı Elşad Təqsirləndirilən şəxsla yanına gəlmiş, Elşad Bəhlulu sinif yoldaşı Ramizin göndərməsini, onun qohumu olmasını, Buzovna-Şüvalan yolunun kənarındakı torpaq sahəni almaq istədiyini demişdir. Elşən həmin torpaq sahəsinin 1 sotunu 500 manata satırdı. Torpaq sahəsini Bəhlula göstərmiş, sənədləşməni razılaşdırmışlar. Bəhlula torpaq sahəsinin bələdiyyə sənədlərinin olmasını, çıxarışı almamasından torpaq sahəsi üzərində hüquqlarını etibarnamə ilə verə biləcəyi barədə demişdir. Bir müddət keçmiş Bəhlul onu sənədləşməyə dəvət etmişdir xx.xx.2020-ci il tarixdə 25 saylı Notariat kontorunda görüşmüşlər. Bəhlulun yanında bir qadın da olmuşdur. Bəhlul qadının qohumu olmasını və torpaq sahəsinə etibarnamənin onun adına verilməsini istəmişdir Bəhlul qadının şəxsiyyət vəsiqəsini götürmüş və notariat kontoruna daxil olmuşlar. Torpaq sahəsinin sənədlərini təqdim edib həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququmun həmin qadına, Zərərçəkmiş şəxs etibar etmək istədiyimi bildirmişdir. Notariat kontorunda etibarnamə tərtib edilmiş, rüsum ödənildikdən sonra notariat kontorunu tərk etmişlər. Bundan əvvəl isə Bəhlul torpaq sahəsinə baxandan sonra Elşənə 1000 manat beh ödəmişdir. Etibarnaməni verdikdən sonra Nubarcan özü ilə pul gətirmədiyini bildirib onun yaşadığı evə getməyi təklif etmişdir. Şahid1 Bəhlulla Nərimanov rayonu, Ə. Əliyev küçəsinə getmiş, orada Nubarcan evə daxil olub və 1500 manatı gətirib ödəmişdir. Həmin vaxt onun iştirakı ilə Bəhlula da əlavə olaraq 2500 ABŞ dolları vermiş, lakin nə qədər olmasını Elşən bilməmişdir. Pulu alandan sonra Bəhlulla oradan getmişlər. Təxminən 1 aydan sonra Zərərçəkmiş şəxs zəng edib torpağı istəmədiyini bildirib pulunu tələb etmişdir. Elşən isə sənədləri qaytardığı halda, pulu qaytara biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs ilə görüşüb sənədləri ondan almış və onun verdiyi 2500 manatı qaytarmışdır. Bir neçə gün etibarnamə Elşəndə qalmışdır, notariat kontoruna gedib ləğv etdirmək istəmişdir. Həmin vaxt Bəhlul zəng etmiş, nə üçün sənədləri geri aldığını soruşanda Nubarcan tələb etdiyi üçün sənədləri alıb pulunu qaytarması barədə məlumat vermişdir. Bəhlul etibarnamənin ləğv edilib-edilməməsi ilə maraqlananda ləğv etdirmədiyini söyləmişdir. Bəhlul ləğv etdirməməyi tapşırmışdır. Bəhlul yenidən 2500 manatı verib sənədləri götürmüşdür. Bir müddət keçmiş Zərərçəkmiş şəxs yenidən zəng edərək ikinci dəfə pulunu tələb etmiş və səbəbini həmin ərazidə torpaq sahəsi alanlarla görüşdüyünü, həmin ərazinin «SOKAR» ərazisi olduğunu, torpaq sahəsinin qiymətinin 800 manat olduğu halda, Bəhlulun ondan 8500 manat alması ilə izah etmişdir. Elşən yenə onunla görüşüb 2500 manatı qaytarmış və sənədləri geri almışdır. Onunla görüşəndə Zərərçəkmiş şəxs Bəhlulun ondan 8500 manat almasını xəbər vermişdir. Bundan sonra Nubarcana verdiyi etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 Çəlayır oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 Çəlayır oğlunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 Çəlayır oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Şahid2 sinif yoldaşı olmuş Ramiz zəng edərək qohumu Bəhlulun sənədli torpaq almaq istədiyini bildirib ona köməklik göstərməyi xahiş etmişdir. X6 qəsəbəsində bələdiyyə sənədi ilə torpaq sahəsi olmuşdur. Elşənin həmin sahəni satmaq istədiyini bildiyindən Bəhlulu Elşənlə tanış etmiş və Bəhlulun torpaq sahəsini almasını bildirmişdir. Zərərçəkmiş şəxs bir dəfə görmüşdür. Bəhlul Elşənlə torpaq sahəsinin alqı-satqısını razılaşdırdıqdan sonra o, bir qadınla yanına gəlmişdir. Bəhlul Elşənlə razılaşdığını qadının torpaq sahəsinin behini vermək istədiyini söyləmiş və 1000 manat verib Elşənə çatdırmağı xahiş etmiş, o da həmin məbləği Elşənə ödəmişdir. Bundan sonra onları görməmişdir. Sonradan qardaşı Elşəndən ona məlum olmuşdur ki, qadın torpaq sahəsinin pulunu ödəyib, sonra imtina edib, pulu geri alıb, bir neçə gündən sonra yenidən pulu ödəyib sənədləri almış, lakin bir müddət keçmiş yenidən almaqdan imtina etmiş və pulu geri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sənədlərə baxış keçirilməsi və götürülməsi barədə” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış xx.xx.1967-ci ildə Naxçıvan MR-ının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Hava Yolları ASC-nin X5 operator vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi 26, ev 3 mənzil 255-də yaşayan Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərə baxış keçirilmişdir. Torpağın alqı satqısına dair Şahid1la Buzovna Bələdiyysi arasında bağlanmış aktıın surəti 1 vərəqədə: 2) Buzovna Bələdiyyəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə E.C. Hüseynova ayrılmış torpaq sahəsinin Bələdiyyə hüdudları daxilində yerləşməsinə dair 02/229 nömrəli xx.xx.2020-ci il tarixli məktub; 3) Şahid1 adına olan Buzovna qəsəbəsində yerləşən 500 kv. metr torpaq sahəsinə dair gələcəkdə heç bir iddiam və tələbi olmaması barədə 25 saylı DNK-da təsdiq olunmuş ərizənin kserosurəti; Bakı şəhər, Əzizhbəyov rayon Buzovna Bələdiyyəsi sədrinin 221 nömrəli xx.xx.2005-ci il tarixli Şahid1 Cəlayır oğluna Buzovna qəsəbəsində fərdi evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə Sərəncamın kserosurəti; 4) 115399 nömrəli xx.xx.2020-ci il tarixli E. Hidayətov trəfindən Buzovna qəsəbəsində yerləşən 500 ev.metr sahəsi olan torpaq sahəsi üzərində sərəncam vermə hüquqlarının etibar edilməsinə dair 25 saylı DNKda təsdiq olunmuş etibarnamə; 5) X2 xx.xx.2020-ci il tarixi 21 saylı notariat kontorunda təsdiq olunmuş əri Şahid1 adına olan Buzovna qəsəbəsində yerləşən 500 kv. metr torpaq sahəsi üzərində sərəncam hüquqlarının verilməsinə etiraz etməməsi barədə ərizəsinin kserosurəti; 6) xx.xx.2005-ci il tarixli Şahid1 Cəlayır oğlu tərəfindən Buzovna bələdiyyəsinin xəzinəsinə 2 mln manat ödəməsinə dair ƏZX seriyalı 936621 nömrəli kassa mədaxil orderinin surəti; 7) kreditin ödəniş cədvəlinn kserosurəti Baxış keçirilməmişdən əvvəl N.K. İskəndərovaya Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən qeydlərinin protokola əlavə olunmasını tələb etmək hüquq-vəzifələri izah edilmişdir. Baxışla aşağıdakılar müəyyən edildi: Nübarcan İskəndərovanın «Vhats App» proqramı vasitəsi ilə göndərdiyi məlumatlar 13 ədəd səsli mesajlardan və 14 ədəd vhatsapp yazışmalarının fotoşəillərindən ibarətdir. Səsli mesajlar səsləndirilərkən səslərin qadın və kişiyə məxsusdur. Kişi səsli mesaj göndərdiyi şəxsə Nubar xala, qadın isə səsli mesaj göndərdiyi şəxsə «qaqaş» deyə müraciət edir. Səsli mesajların mətnlərindən məlum olur ki, qadın torpağın sənədinin düzəldilməsini və ya buna görə ödədiyi pulun qaytarılmasını tələb edir, pulu kredit götürməsini, hər dəfə vaxt uzatmasını bildirir. Kişinin səsli mesajlarından isə Nubar xalaya narahat olmamağı, torpaq sahəsinin artıq planının çəkilməsini,kadastrının alınmasını, karantinlə əlaqədar heç bir yerdə tikinti getməməsini, bu işdə Ramz və Rövşənin olmasını, gələn ildən tikintiyə başlaya biləcəyini və ya satıb aldığı pulu ödəyəcəyini, Nubar tərəfindən həm torpağın, həm sənədləşmənin pulunun tam ödənilməsini bildirməsi məlum olur. Vhatsapp yazışmaları mətnlərindən yazışmaların Nübarla «qaqaş» ləqəbli şəxs arasında olması, Nübarın torpaq sənədlərini istəməsi, polisə müraciət edəcəyi, qaqaşın çıxarışların verilməsinin ümumi dayandırılmasını, Ramanıda olan evlərinin çıxarışı alan kimi satıb pulu qaytaracağını bildirməsi məlum olur. Baxışda iştirak edən Nübarcan İskənədə protokola aşağıdakı qeydlərinin əlavə olunmasını tələb etdi: Səsli mesajlar ona və qaqaş adı ilə müraciət etdiyi Təqsirləndirilən şəxs məxsusdur. O Buzovna qəsəbəsində aldığı torpaq sahəsinin sədlərinin verilməsini və ya sənədləşdirmə üçün verdiyi pulun qaytarılmasını Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs isə hər dəfə vaxtı uzadır ya sənədlərini düzəldəcəyini, ya pulu qaytaracağını vəd edir, lakin aldadır. X1 təqdim etdiyi sənədlər torpağın alqı satqısına dair Şahid1la Buzovna Bələdiyysi arasında bağlanmış 1 vərəqədən ibarət aktıın surətiindən: Buzovna Bələdiyyəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə E.C. Hüseynova ayrılmış torpaq sahəsinin Bələdiyyə hüdudları daxilində yerləşməsinə dair 02/229 nömrəli xx.xx.2020-ci il tarixli 1 vərəqədən ibarət məktubun surəti; Şahid1 adına olan Buzovna qəsəbəsində yerləşən 500 kv. metr torpaq sahəsinə dair gələcəkdə heç bir iddia və tələb olmaması barədə 25 saylı DNK-da təsdiq olunmuş ərizənin 1 vərəqədən olan kserosurəti; Bakı şəhər, Əzizhbəyov rayon Buzovna Bələdiyyəsi sədrinin 221 nömrəli xx.xx.2005-ci il tarixli Şahid1 Cəlayır oğluna Buzovna qəsəbəsində fərdi evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə Sərəncamın 1 vərəqədən ibarət kserosurəti; 115399 nömrəli xx.xx.2020-ci il tarixli E. Hidayətov tərəfindən Buzovna qəsəbəsində yerləşən 500 kv.metr torpaq sahəsi üzərində sərəncam vermə hüquqlarının etibar edilməsinə dair 25 saylı DNK-da təsdiq olunmuş etibarnamənin 1 vərəqdəe surəti; X2 xx.xx.2020-ci il tarixi 21 saylı notariat kontorunda təsdiq olunmuş əri Şahid1 adına olan Buzovna qəsəbəsində yerləşən 500 kv. metr torpaq sahəsi üzərində sərəncam hüquqlarının verilməsinə etiraz etməməsi barədə 1 vərəqdə ərizəsinin kserosurəti; xx.xx.2005-ci il tarixli Şahid1 Cəlayır oğlu tərəfindən Buzovna bələdiyyəsinin xəzinəsinə 2 mln. manat ödəməsinə dair ƏZX seriyalı 936621 nömrəli kassa mədaxil orderinin 1 vərəqədə surəti; kreditin ödəniş cədvəlin 1 vərəqdə kserosurətindən ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2010-cu ildə vaxtından əvvəl şərti olaraq azad edilib. Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə qəti olaraq 02 il 07 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 188.1 və 320.2-ci maddələri ilə 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilib. Xəzər Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə istintaqı aparılan cinayət işinin icraatına xitam verilmişdir. Sabunçu Rayon Polis İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-54/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 188.1 və 320.2-ci maddələrində nəzərdə tuutlmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 gün müddət ona təyin edilmiş 02 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 02 il 04 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzası 3 gün islah işlərinə 1 gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəli tutulduğu 27 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. “Sübutların təhlili, bir-birləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinə əlavə olunmuş “Vhatsapp” yazışmaları, yaddaş kartındakı səsli mesajlar əks olunan bir ədəd disk və Şahid1 adına olan torpaq sənədlərinin maddi sübut kimi tanınması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-464/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə baxılması barədə” 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs yazmış olduğu xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. "Kapital Bank” ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1500 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.639.1.11,40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1 -ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar