Məhkəmə qərarları › İş №1(005)-123/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-123/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-123/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay və 01 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının əvvəllərindən 2023-cü ilin may ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin avqust ayının əvvəllərindən 2023-cü ilin aprel ayının əvvəllərinədək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi cəhətdən problemləri olduğundan tanıdığı qadınları cinsi əlaqədə olmaları üçün pul müqabilində müxtəlif kişi müştərilərə təqdim etməklə pul qazanmış, 2010-cu ildə məhkum olunduqdan sonra daha həmin işlə məşğul olmamışdır. Lakin sonradan müxtəlif şəxslərə borcları yarandığından və maddi cəhətdən sıxıntıları çox olduğundan yenidən qadınları müştərilərə təqdim etməyə başlamış, Zərərçəkmiş şəxs1 təxminən 3 ildir ki, tanıyır və onunla söhbət edərkən Firuzə ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, oda Firuzəyə müştəriləri olduqda həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını və bunun müqabilində hər müştəridən aldığı puldan 50 manat ona vermək şərti ilə 200 manata onu müştəriyə təqdim etməsi barədə razılaşmışlar. Hər dəfə müştərilərlə görüşdükdən sonra Firuzə onun bank kartına 50 manat pul göndərmişdir. 2023-ci ilin aprel ayından etibarən Firuzə ilə hər hansı əlaqəsi olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 təxminən 3 ildir ki tanıyır. 2021-ci ilin təxminən avqust ayından başlayaraq Yasəmən ilə müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, Yasəmən hər dəfə müştərilərlə görüşdükdən sonra Yasəmən onun bank kartına 50 manat pul göndərmiş, 2023-ci ilin aprel ayından etibarən Yasəmən ilə hər hansı əlaqəsi olmamışdır. Son olaraq o bildirmişdir ki, o əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, övladının səhətində problemlər olmasını, özünün ankoloji xəstə olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Kəmalə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuş, 2020-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanında olan zaman Kəmalə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman Kəmalə ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Kəmalə ilə razılaşmışdır. Hər dəfə görüşdən sonra Kəmaləyə təxminən 50 manat pul verdiyini qeyd etmişdir. 2023-ci ilin may ayından etibarən Kəmalə ilə hər hansı əlaqəsi olmamışdır. Son olaraq o təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanımışdır. 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı ünvan 4 ünvanında olan zaman Kəmalə ilə əlaqə saxladıqda sonuncu ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Kəmalə ilə razılaşmışdır. Həmin vaxtdan etibarən Kəmalə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Kəmalə ilə arasında olan razılaşmaya əsasən Kəmalə onu 200 manat pul müqabilində müştərilərinə təqdim etməli, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Kəmaləyə 50 manat pul verməli, bundan sonra bir neçə dəfə Kəmalə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Kəmalə ilə danışdıqdan sonra Kəmalə onu müştərilərin olduğu məkana göndərmişdir. Hər dəfə müştərilərlə görüşdükdən sonra Kəmalənin bank kartına təxminən 50 manat pul göndərmişdir. Son olaraq o təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də Kəmalənin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, həmin şəxsin nömrəsini ona 2022-ci ilin ortalarında xatırlamadığı tanışı vermişdir. Təxminən 2022-ci ilin əvvəllərində Kəmalə ilə telefon ilə əlaqə saxlamış, Kəmalə 2-3 dəfə ona cinsi əlaqədə olmaq üçün qadın göndərmişdir. Həmin qadınlara təxminən 200 manat pul ödəmişdir. Sonuncu dəfə o Kəmalə ilə 2023-cü ilin may ayında əlaqə saxlamışdır. Cinayət işi üzrə şahid qismində müəyyən edilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək barəsində aylıq qazancından dövlət nəfinə 20 (iyirmi beş) faiz pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1ci maddələri ilə təqsirli bilinərək barəsində aylıq qazancından dövlət nəfinə 20 (iyirmi beş) faiz pul tutulmaqla 02 il müddətə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aministya Qərarına əsasən cəzadan azad edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5275 nömrəli ayarışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Z.Tağlyev küçəsi 4 nömrəli evdə yaşayır. Əvvəllər məhkumluğu olmuşdur. Qeyd edilən ünvanda yaşadığı müddət ərzində özünü yaxşı aparmış, qonşularla yaxşı münasibət olmuş, onun barəsində heç bir şikayət daxil olmamışdır. Həmçinin spritli içkilər içmir, narkotik vasitəsinin istifadəçisi deyildir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahidləri dindirmə protokolları və təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri iş üzrə sübut növü hesab edilmiş və cinayət işi materiallarına tikilməsi nəzərə alınmışdır. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəyə təqdim edilmi. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəyə təqdim edilmi. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki süd vəzisinin kistləri diaqnozu təyin edilmişdir. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəllüdlü X1 adlı övladı vardır. Məhkəmədə tədqiq edilmiş Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilmi. xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, X1 həmin Mərkəzdə qeydiyyatdadır və müalicə alır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməl etiraf edərək səmimi peşman olmasını, himayəsində xəstə övladı olmasını, özünün ankoloji xəstəlikdən əziyyət çəkməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə eyni xarakterli cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar