Məhkəmə qərarları › İş №1(005)-123/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-123/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-123/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 dekabr 1985-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmuş, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında, qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-123/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələridə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqlatəkrarən dələduzluq etmişdir Belə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları vasitəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 17 yanvar 2024-cü il tarixdə 10.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliycv küçəsində yerləşən “Level 99” restoranında aldıqdan sonra həmin günü Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 98 ünvanında yerləşən “CHEMPİON” restoranın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə 10.000 manat alıb, ümumilikdə 20000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası FHN-nin X6 Xidmətində yüksək vəzifədə olan tanışları vasitəsi ilə işini FHN-nin Tikintidə Nəzarət Xidmətinə dəyişəcəyinə yalandan vəd verib aldadaraq 05 fevral 2024-cü il tarixdə 3.000 ABŞ dollarını milli pul vahidi ilə 5.100 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində “Elvef' restoranınında aldıqdan sonra 08 fevral 2024-cü il tarixdə həmin ünvanda 5.000 manat pulu alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10.100 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin əvvəlində tanıdığı X5 vasitəsilə tanış olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayında Ramiz ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Vergi Xidmətində işə düzəltmək lazımdır və ona köməklik göstərməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs1lə görüşmüş və ona köməklik edə biləcəyini demişdir və işə düzəlməsi üçün 20.000 manat pul lazım olduğunu bildirmişdir. Mübariz onun təklifi ilə razılaşmış və 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1lə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində görüşmüş və onun idarə etdiyi markasını və dövlət qeydiyyat nişanım unutduğu avtomobilə əyləşmişdir. Zərərçəkmiş şəxs1 orada Təqsirləndirilən şəxs 20.000 manat pul vermişdir, sonuncu isə 2024-cü ilin avqust ayınadək gözləməsini demiş və onlar ayrılmışdır. Belə ki, 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs1 onunla görüşərək, fikrini dəyişdiyini, özünə başqa iş tapdığı üçün 20.000 manat pulunu qaytarmağını istəmişdir. Pulu qaytarmaq üçün Mübarizdən müddət istəmişdir. Mübariz onu 2 ay gözlədikdən sonra barəsində polisə şikayət etmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona vermiş olduğu 20.000 manat pulu xərcləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 şikayəti ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin fevral ayının əvvəlində tanıdığı X5 vasitəsilə tanış olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayında Ramiz ondan Zərərçəkmiş şəxs2 işlədiyi Azərbaycan Respublikası FHN-nin X8 Xidmətindən, Tikintiyə Nəzarət Xidmətinə keçməkdə köməklik göstərməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2la görüşmüş və ona köməklik edə biləcəyini demişdir və işə düzəlməsi üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Elxan onun təklifi ilə razılaşmış və 2024-cü ilin fevral ayının sonların ilkin olaraq Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində yerləşən «Level 99» restoranında görüşmüş və 3.000 ABŞ dolları aldım, 2 gün sonra Elxanla eyni yerdə görüşmüş və ona 5.000 manat pul vermişdir. Elxana işinin düzəlməsi üçün 6 ay gözləməsini demişdir. Belə ki, 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 ona vermiş olduğu 10.000 manat pulunu tələb etmişdir. Pulu xərclədiyi üçün ondan müddət istəmişdir. Lakin sonradan işləri düz getmədiyi üçün pulları qaytara bilməmişdir. Təqsirləndirilən şəxs son olaraq bildirmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, onlara dəymiş zərəri ödəmişdir, dəymiş zərəri 25 faizi miqdarında dövlət büdcəsinə pul ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, atasının xalasının qaynı olan X5 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs atasına özünü Dövlət Vergi Xidmətinin rəisinin qrup yoldaşı kimi təqdim edərək onu DVX-nə müfəttiş işinə düzəldə biləcəyini bildirmişdir. Ramiz Əmirov da onun dediklərini təsdiq etmiş və iş alınmasa pulu qaytaracağını öz öhdəliyinə götürəcəyinə söz vermişdir. Atası da onun qohum olduğu ona və tanış elədiyi şəxsə etibar etmişdir. Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün 20.000 manat pul lazım olduğunu və tezliklə həmin pulu ona çatdırmalı olduğunu demişdir. Bildirmişdir ki, 17 yanvar 2024cü il tarixdə atası ilə birlikdə Təqsirləndirilən şəxslə ünvan 4 ünvanının qarşısında görüşüb ona işə düzəlmək üçün 10.000 manat pul vermişdir. Qalan 10.000 manat pulu da əmri verildikdən sonra verəcəyini desə də, Təqsirləndirilən şəxs pulun hamısını verməli olduğunu bildirmişdir və qalan pulu da gün ərzində ona çatdırmağını təkid etmişdir. Onlar da əlacsız qalıb həmin gün yəni 17 yanvar 2024-cü il tarixdə 10.000 manat pul tapmış və Təqsirləndirilən şəxslə ünvan 5 ünvanında yerləşən "Çempion" kafesinin qarşısında ona vermişdir. Təqsirləndirilən şəxs işin demək olar ki həll olduğunu, 11 fevral 2024-cü il tarixdə əmrinin veriləcəyini və işə başlayacağını desə də, dediyi vaxtda heç bir nəticə olmadığından artıq ondan bu barədə soruşanda müxtəlif bəhanələr gətirməyə başlamış və vaxtı uzatmağa çalışmışdır. Zərərçəkmiş şəxs1 may ayınadək gözləmiş və artıq onun onu aldatdığını başa düşdüyü üçün pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs pulu qaytaracağını desə də, hər dəfə onunla zəng edib danışdıqda ona müxtəlif bəhanələr gətirib pulun başqa şəxslərdə olduğunu və onlardan alıb qaytaracağını bildirsə də geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 artıq onu aldatdığını başa düşdüyü üçün polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, FHN-nin X6 Xidmətində yanğınsöndürən vəzifəsində işləyir. X7 1-2 ilə yaxındır ki, tanıyır. Onu əmisi Səmiyəddin vasitəsilə tanımışdır. Ramizlə söhbət əsnasında Belarusiya Universitetində mülki müdafiə fakültəsini bitirdiyini və ali təhsilim olduğu üçün zabit rütbəsi almaq istədiyini qeyd etmişdir. Ramiz isə bununla bağlı maraqlanacağını və müsbət halda ona məlumat verəcəyini qeyd etmişdir. 2024-cü ilin yanvar ayının sonlarında Ramiz Əmirov ona və əmisi Səmiyəddinə zəng vuraraq Anar adlı şəxs tanıdığını və həmin şəxsin arvadının xalası FHN-də general-mayor rütbəsində, kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan Sevda Şirinova olduğunu bildirmişdir. Ramiz onunla görüşmək istədiyini bildirərək Anarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, ərazisində yerləşən “Elvet” restoranında görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin “Elvet” restoranına gəlmişdir. Həmin restoranda Anarla, Ramizin oturduğunu görmüşdür. Onlarla görüşüb, əyləşmişdir. Söhbət əsnasında Anar ona demişdir ki, “Ramiz səni mənə xahiş edib, belə bir imkan varsa niyə köməklik etməyək, həmçinin sənin ali təhsilində var” deyə Zərərçəkmiş şəxs2 bildirmişdir. Həmçinin o demişdir ki, bu işi həll edən Sevda xanıma hədiyyə almaq lazımdır. Mən ona xərcinin nə qədər çıxacağını bildirmişdir, Anar isə ona, güzəştlə birlikdə onun işinin 15.000 manata həll edə biləcəyini deyə bildirmişdir. Zərərçəkmiş şəxs2 Ramizə demişdir ki, ağsaqqal sizsiniz, siz nə desəniz mən də onu edəcəm, çünki bu şəxsi tanımır, ağsaqqal kimi sizi tanıyıram deyə ona demişdir. Ramiz demişdir ki, narahat olma, burda heç bir problem yoxdur, pulu çatdır. Bundan sonra Ramizlə birlikdə Anardan ayrılarkən ona məsləhət edərək, ona gün ərzində cavab verəcəyini demişdir. Zərərçəkmiş şəxs2 Ramizlə birlikdə onun avtomaşını ilə birlikdə qayıdarkən yolda söhbət əsnasında ona demişdir ki, onu uzun illərdir ki, yaxından tanıyır. Həmçinin demişdir ki, Anarın tütün fabriki var, həmçinin Gömrükdə yüksək vəzifədə işləyir. 1 gün sonra Ramizlə telefonda danışıqları zamanı ona deyib ki, ilk başdan 3000 ABŞ dolları verə bilər, işin gedişatında isə digər qalan pulları verə bilər deyə ona demişdir. Ramizdə Elxana deyib ki, Anarla məsləhətləşib ona xəbər edəcək. Elə həmin günü yəni 05 fevral 2024-cü il tarixdə Ramiz ona zəng vurub demişdir ki, Anar razıdır, onunla görüş və pulu onun özünə ver. 05 fevral 2024-cü il tarixdə axşam saatlarında o Anarla birinci görüşdüyü yəni, “Elvet” restoranında görüşmüşlər. Zərərçəkmiş şəxs2 Anarın özünə 3000 ABŞ dolları pulu vermişdir. O isə ona demişdir ki, yaxın 2-3 gün ərzində xeyir iş olacağını və orada Sevda xanımında iştirak edəcəyini ona bildirmişdir. Elə həmin məclisdə Sevda xanımdan onu xahiş edəcəyini, demişdir. Sonda isə Elxana bildirmişdir ki, həftə sonuna qədər ona əmri veriləcək. 08 fevral 2024- cü il tarixdə mən “Access Bank”-dan 5000 manat məbləğində kredit götürmüş və sonra Ramizlə əlaqə saxlayıb qalan pulu Anara çatdırmaq istədiyimi demişdir. Sonra isə Anarla əlaqə saxlamış, o ilk öncə sürücüsü ilə görüşüb pulu ona verməyimi desə də o razı olmayıb, Ramizə bunu bildirmiş, sonra onlar öz aralarında danışdıqdan sonra Anar ona zəng edib deyib ki, problem yoxdur, gəl həmənki yerə görüşək. Elə həmin günü yəni 08 fevral 2024-cü il tarixdə Elxan yenə, həmin məkanda “Elvet” restoranda Anarla görüşmüş və 5000 manat pulu onun özünə vermişdir. Pulu ona verdikdən sonra ona demişdir ki, narahat olma səndən xəbərləri var 2-3 günə sənin telefon nömrənlə əlaqə saxlayıb səni çağıracaqlar. Bir qədər ləngisə də o, onları narahat etməmiş, lakin mart ayının əvvəllərində artıq iş ləngidiyi üçün Anarla əlaqə saxlamış və Anar demişdir ki, bayramla əlaqədar gecikmələr olduğu üçün işin ləngiyib, narahat olmasın bu ay ərzində həll olacaq deyə bildirmişdir. Bundan sonra Elxan dəfələrlə Anarla əlaqə saxlayıb, ona müxtəlif bəhanəlar gətirirdi. Sonra Zərərçəkmiş şəxs2 məlum olmuşdur ki, ona qarşı dələduzluq edilib, 10.100 manat pulunu ələ keçirib. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, oğlu Mübarizi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətində, müfəttiş kimi işə düzəltmək istəyirmiş. 16 yanvar 2024-cü il tarixdə tanışı Ramiz Əmirovla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Level 99” kafesində görüşləri olmuşdur. Həmin görüşdə oğlu Zərərçəkmiş şəxs1, Şahid1, Ramiz və Anar adlı şəxs də orada olmuşdur. Şahid1 oğlunu işə düzəltmək istədiyini həmin görüşdə Ramizə bildirmişdir. Ramiz isə deyib ki, Anar bu işi həll edə bilər, onun tanışları çoxdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə həmin görüş zamanı tanımış, onunla əvvəl şəxsi tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs özünü sahibkar kimi təqdim etmişdir. Həmçinin demişdir ki, onun Türkiyə Respublikasında tütün fabriki olduğunu da demişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında oğlunu işə düzəldə biləcəyini demişdir. Sonra isə Anardan bu işi kimin vasitəsilə həll edə biləcəyini soruşduqda o onlara bildirmişdir ki, bu işi Dövlət Vergi Xidmətinin rəisi general-polkovnik, Orxan Nəzərlinin vasitəsilə həll edəcəyini demişdir. Həmçinin onlara deyib ki, o, onunla qrup yoldaşı olmuşdur. Ailəvi də münasibətləri yaxşı olduğunu və hər istədiyini ona deyə biləcəyini bildirmiş və onlarda inam yaratmışdır. Bundan sonra isə onlara bildirmişdir ki, 20.000 manat məbləğə bu işi həll edə bilər. Bundan sonra onunla razılaşmışlar. Sabahısı günü yəni, 17 yanvar 2024-cü il tarixdə səhər saatlarında Şahid1 Ramizlə əlaqə saxlamışdır, ona pulu görüşüb birlikdə vermək istədiklərini bildirmişdir. Ramiz isə ona demişdir ki, problem yoxdur narahat olmayın gedib Anarla görüşüb pulu da onun özünə versin. Ramizlə telefon danışığından sonra o, 10.000 manat pulu vermiş, oğlu Anarla əlaqə saxlayıb onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Elvet” restoranın qarşısında 10.000 manat məbləğdə pulu Anarın özünə vermişdir. Sonra isə qalan 10.000 manat pulu onunla görüşüb verməzdən öncə onlar yenə Ramizlə əlaqə saxlamış, o yenə deyib ki, heç narahat olmasın görüşsün Anarın özünə versin pulu. Digər 10.000 manat pulu isə həmin günün axşam saatlarında oğlu yenə Anarın özü ilə görüşüb, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mail” Ticarət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs özünə vermişdir. Oğlu sonuncu 10.000 manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, sənin əmrin 11 fevral 2024-cü il tarixdə veriləcək və sən həmin tarixdən etibarən işə çıxacaqsan. Lakin sonra 19 iyun 2024-cü il tarixdə oğlu aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etdiyi günə qədər, oğlu ilə o hər gün Anarla əlaqə saxlayıb ona işinin nə yerə qaldığını soruşduqda onlara deyirmiş ki, narahat olmayın Mübarizi həftənin 1-ci günü Baş İdarəyə çağıracaqlar işə başlayacaq. Dəfələrlə bu cür bəhanələr gətirərək, onlara verdiyi vədə əməl etməmişdir. Onlara qarşı dələduzluq edərək 20.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qohumluq əlaqələri vardır. Şahid1lə sadəcə xeyir-şər məclislərində birlikdə olmuşlar. 2024-cü ilin fevral ayı ərəfəsində telefon vasitəsilə Tapdıqla söhbətləri zamanı ona demişdir ki, oğlu Mübarizi Vergilər Nazirliyinə işə düzəltmək istəyir. Bununla bağlı ondan köməklik istəmişdir. O, da tanışı Təqsirləndirilən şəxs bu barədə demişdir. Anar ona bildirmişdir ki, Vergilər Nazirliyində adını xatırlamadığı rəis vəzifəsində olan şəxs onun qrup yoldaşıdır. Onun vasitəsilə bu işi həll edə biləcəyini ona bildirmişdir. Şahid2 bildirmişdir ki, həmin yoldaşın ona CV-ni göndərsin özü əlaqə saxlayıb onlara məlumat verəcək. Sonra isə onların telefon nömrələrini bir-birinə vermişdir. İlk dəfə görüşləri xatırladığı qədərilə 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Elvet" restoranında Anar, Ramiz və Tapdıqla atası Mübariz ilə birlikdə görüşmüşlər. X2 Vergilə Nazirliyinə işə düzəltməklə bağlı söhbət etmişlər. Həmçinin onların ilk görüşü olduğu üçün onlar bir-birini o görüşdə tanımış oldular. Ramizin Tapdıqın hansı müddətə və hansı məbləğə işə düzələcəyi ilə bağlı xəbəri olmamışdır. İlk görüşdə də bununla bağlı söhbət olub-olmamasını da xatırlamır. Təxminən 1 ay sonra onun xəbəri olmuşdur ki, Mübarizgil 20.000 manat pulu Anara vermişdir ki, iş düzəlsin. Lakin iş düzəlməmişdir. Şahid2 onların pul haqq hesabından əvvəldən xəbəri olmamışdır. Pulların verilməsində də heç bir iştirakı olmamışdır. Qeyd etmişdir ki, onların arasında pul verilməsində heç bir iştirakım olmamışdır. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 çoxdandır ki, tanıyır, onun ailəsi ilə ailəvi tanışlıqları olmuşdur. Elxan ona məclislərdən birində bildirmişdir ki, zabit rütbəsi almaq istəyir. Şahid2 tanışlarının olduğunu ona demiş, onlardan soraq edib ona xəbər edəcəyini bildirmişdir. Onların bu ilk söhbəti 2024-cü ilin fevral ayı ərəfəsində olmuşdur. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs bu barədə bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 2010-cu il tarixdə Anarla tanışlıqları Macarıstan Respublikasında yaranmışdır. Tanışlıqlarının yaranma səbəbi isə ondan ibarət olmuşdur ki, Anar tütün məhsullarını Türkiyə Respublikasından Macarıstan Respublikasına gətirib alqı-satqısını etmək istəyirdi. Anara Şahid2 Elxan barədə bildirdikdə, ona demişdir ki, yoldaşının xalası Sevda xanım FHN-də kadrlar şöbəsinin rəisidir. Sonra isə demişdir ki, problem yoxdur həll etmək olar ona CV-sini göndərsin. Daha sonra isə onlar biri-birilə əlaqə saxlaması üçün telelon nömrələrini göndərmişdir. Sonra xəbəri olmuşdur ki, Elxan Anara 10.000 manat məbləğdə pul vermişdir ki, işi həll etsin. Şahid2 onların pul verilmə görüşlərində hər hansı iştirakı olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı ödəyərək sonuncuların ona qarşı tələbləri olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Orucov X3 Anar Füzuli oğlu ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Əliyev X4 Anar Füzuli oğlu ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 7.525 manat pul ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-123/2025 sayl qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdam hesablanması qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə könüllü şəkidlə Bakı şəhəri Nərimanov Rayon Polis İdarsəsinin 18-ci Polis Şöbəsinə könüllü şəkildə gəlmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını və onlara vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (20.100- 25 faiz 7.525 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar