Məhkəmə qərarları › İş №1(005)-125/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-125/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-125/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Dəvəçi şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərsu ASC-in Şabran şəhər şöbəsinin, çirkab su nasosxanasının maşınişti vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2" qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 53.801 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18:54-də Abşeron rayonu Xırdalan şəhəri. Bakı-Quba şossesinin 10-cu kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı, eyni tərkibli təmiz çəkisi - 53.801 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli rəngli gödəkçənin sağ iç cibindən 09 ədəd kibrit qutularında 5.457 qram. 6.67 qram, 5.654 qram, 6.145 qram, 6.538 qram, 5.295 qram. 5.803 qram, 5.778 qram və 6.461 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 il müddətində narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. 25 sentyabr 2022-ci il tarixdə həmin saytda bir nəfər Xırdalan şəhərində yaşayan adını dəqiq xatırlamadığı şəxsə məxsus satdığı «Mercedes» markalı maşını bəyənmiş və həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan satdığı maşına harada baxa bilməsi barədə soruşmuş, həmin şəxs ona maşına ancaq onun yaşadığı Xırdalan şəhərinə gəlib baxmaq olduğunu bildirmişdir. Həmin maşını bəyəndiyi üçün Xırdalan şəhərinə getmək qərarına gəlmiş və 26 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində görüşüb maşına baxmaq barədə maşın sahibi ilə razılığa gəlmiş, həmin ərəfədə istifadə etmək üçün narkotik vasitəsi qurtarmış və buna görə 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtlarında saat təxminən 15 radələrində evdən çıxıb narkotik vasitə almaq üçün bazara getmişdir. Bazarda həmin şəxsi tapıb narkotik vasitə almaq istədiyini bildirmiş, ona hazırda satış üçün içərisində istədiyi narkotik vasitə olan 09 ədəd kibrit qutuları olduğunu bildirmişdir. Həmin şəxs ona ola bilsin ki, bir müddət şəxsi işləri ilə bağlı bazara gələ bilməyəcəyini və buna görə ehtiyat üçün satdığı 09 ədəd kibrit qutularını alıb evdə gizlətməyi və sonra hissə-hissə istifadə etməyi ona bildirmiş, buna görə o, 1 kibrit qutusuna 50 manat verməklə həmin şəxsə 450 manat pul verib onun satdığı 09 ədəd kibrit qutularını almışdır. İçərisində 09 ədəd kibrit qutuları olan kağız bağlamanı əynindəki qara rəngli gödəkçənin iç cibinə qoyaraq orada saxlamış, həmin şəxsdən aralaşıb bazardan çıxdıqdan sonra saat təxminən 16 radələrində uzun müddət tanıdığı və dostluq münasibətində olduğu Şahid1 ilə rastlaşmışdır. Söhbət zamanı ona Xırdalan şəhərində maşın bəyəndiyini və maşına baxmaq üçün həmin gün Xırdalan şəhərinə gedəcəyini bildirmiş, Rüfətə onunla birlikdə getməyi təklif etdikdə onun təklifini qəbul etmiş və buna görə Rüfətlə birlikə Xırdalan şəhərinə gəlməyi qərarlaşmışlar. Rüfət birlikdə getdiyi üçün o, gedib aldığı narkotik vasitəni evin həyətində gizlədə bilməmiş, məcbur olub üstündə saxlamış, lakin Rüfətə üstündə narkotik vasitə olması barədə bildirməmiş, sonuncunun bu barədə məlumatı olmamışdır. Bundan sonra o, Rüfətlə avtovağzala gəlib və ordan birlikdə markası və nömrəsini xatırlamadığı yol maşını ilə Şabran şəhərindən çıxıb Xırdalan şəhərinə gəlmişdir. Həmin gün saat təxminən 18 radələrində Xırdalan şəhəri ərazisinə çatmış, Xırdalan şəhəri Bakı-Quba avtomobil yolunun 10-cu kilometrliyində tanışı Rüfətlə taksi maşınından düşmüş, həmin yerdə olarkən almaq istədiyi avtomobilin sahibi ilə telefonda danışıb Xırdalan şəhərinə gəldiyini bildirmiş və sonuncu ona olduğu yerdə onu gözləməyi demişdir. O, Rüfətlə həmin yerdə dayanıb maşın sahibini gəlməyini gözləmiş, təxminən saat 18:54 radələri olmuş, bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və onların şəxsiyyəti ilə bağlı maraqlanmışlar. Onlar özlərini təqdim etmiş və həmin şəxslər də özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və sonra onlara narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu bildirərək onları Baş İdarəyə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etmədən birlikdə Baş İdarəyə gəlmiş, baş İdarəyə gəldikdən sonra polis əməkdaşları ona hüquq və vəzifələri izah edilmiş, eləcə də, hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə polis əməkdaşları onun razılığı əsasında Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim etmişlər. Polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparacaqlarını, üzərinə şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş və əgər vardırsa könüllü olaraq təqdim etməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən həmin gün Şabran şəhərində bazardan aldığı içərisində narkotk vasitələr olan 09 ədəd kibrit qutularının büküldüyü kağız bükümü, pulunu, siqaretini və mobil telefonu təqdim etmişdir. Kağız bükümə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman onun içərisində 9 ədəd içərisində narkotik vasitə marixuana olan kibri qutuları aşkar edilmiş, həmin ana qədər tanışı Rüfətin onun üzərində narkotik vasitə olmasından xəbəri olmamış, həmin qutuların içərisinə polis əməkdaşları baxış keçirdikdən sonra qablaşdıraraq götürmüşlər. Sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə barədə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, protokol imzalarla təsdiq təsdiq edilmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitədən kiməsə pay vermək və ya sataraq pul əldə etmək kimi niyyəti olmamışdır. Həmin şəxsdən müləmadi narkotik vasitə alsa da, ona adı, soyadı, istifadəsində olan nömrələr və harada yaşadığı barədə heç bir məlumat verməmiş və bu səbəbdən onun barəsində başqa hər hansı məlumat verə bilmir. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir Şabran şəhər sakini kimi tanıyır, aralarında normal münasibət olmuşdur. Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində ona zəng edərək internet vasitəsilə bir maşın tapdığını, onu almaq istədiyini, onunla birlikdə maşına baxmaq üçün Xırdalan şəhərinə getməyi xahiş etmişdir. O da sonuncu ilə razılaşmış və Şabran avtovağzalından tanımadığı yol taksisi ilə birlikdə Xırdalan şəhərinə yola düşmüşlər. Təxminən 18 radələrində Xırdalan şəhərində maşından düşmüş və Daşqın maşının sahibinə zəng etmişdir. Onlar orada bir qədər gözləmiş və saat 18:54-də bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuşlar. Onlar özlərini təqdim etmiş və bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onları Baş İdarəyə dəvət etmişlər. Onlar da etiraz etməyib Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra onları təhqiqatçının xidməti iş otağına aparmış, xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim edilmiş, Təqsirləndirilən şəxs də siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Əli Qasımovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını demiş, daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış aparılacağı izah olunmuşdur. Onlar da buna etiraz etmədən razılaşmış, sonra təhqiqatçı tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ondan üzərində olan əşyalarını təqdim etməyi xahiş etmiş, bu zaman Daşqın üzərində narkotik vasitə olan marixuana olduğunu bildirib əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən kağız bükümü, pulunu, siqaretini və mobil telefonunu təqdim etmiş, kağız bükümün içərisinə baxış aparılan zaman oradan 9 ədəd bükümdə narkotik vasitə olan nəşə aşkar olunmuşdur. Həmin vaxta qədər o, Daşının üzərində narkotik vasitə olmasından xəbəri olmamış, həmin büküm qablaşdırılaraq götürülmüşdür. Mobil telefon götürülsə də, pul və siqaret özünə geri qaytarılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid3 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə Şabran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu. Xırdalan şəhəri. Bakı-Quba şossesinin 10-cu kilometrliyində olması barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana getmiş, həmin yerdə olduğu vaxt saat 18:54-də xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək DİN-in BMCMİ-nin əməkdaşları olduğunu deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun yanında sonradan şəxsiyyəti məlum olan tanışı Şahid1 da olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib tanışı Rüfət Hacıyevlə birlikdə Baş İdarəyə gəlmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmiş. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan soma Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarış video çəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmiş. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib əynində olan gödəkçənin sağ iç cibindən 01 ədəd kağız bağlamanı, siqaret qutusunu, pulu və mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağız bağlamaya baxış keçirilən zaman 09 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kibrit qutuları qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pullar və siqaret Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan Şahid1 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni 2022-ci il tarixdə əkdiyi çətənə kollarından yığdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, üzərində həmin maddələrin olmasından Şahid1 məlumatının olmadığını bildirmişdir. Həmçinin Şahid1 tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmiş, sonra videoçəkiliş dayandırılaraq bu barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən ismzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18:54-də şübhəli şəxs qismində tutulmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyevin tərtib etdiyi 26 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması barədə" protokolundan görünür ki. 26 sentyabr 2022-ci il tarixdə DİN-in BMCMİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şabran şəhər sakini Hacıyev X1 rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesinin 10-cu kilometrliyində saat 18:54-də DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq tanışı Rüfət Hacıyevlə birlikdə Baş İdarəyə dəvət edilmiş. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə hüquqlarının müdafiə edilməsinə üçün Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkillərindən Əli Qasımovun iştirakı təmin edilmiş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarış video çəkilişlə aparılacağı bildirilmiş, sonuncuya üstündə olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmiş. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib əynində olan gödəkçənin sağ iç cibindən 01 ədəd kağız bağlamanı, siqaret qutusunu, pulu və mobil telefonu çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bağlamaya baxış keçirilən zaman 09 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin kibrit qutuları qablaşdırılaraq götürülmüş, həmçinin mobil telefon da götürülsə də, pullar və siqaret Təqsirləndirilən şəxs özünə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs yanında olan Şahid1 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, üzərində həmin maddələrin olmasından Şahid1 məlumatının olmadığını bildirmişdir. Həmçinin Şahid1 tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, Şahid1 Eyvaz oğlunun üzərinə baxış və götürmə aparılması prosesinin köçürüldüyü və istintaqa təqdim edildiyi bir ədəd DVD diskə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən olunmuşdur ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18:54-də Abşeron rayonu. Xırdalan şəhəri, Bakı-Quba şossesinin 10-cu kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçiridən zaman narkotik vasitə olan qurudulmiuş marixuana onun əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən 09 ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yanında olan Şahid1 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən qanunsuz hər haıısı əşya aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 7/1104 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5.457 qram. 6.67 qram, 5.654 qram. 6.145 qram, 6.538 qram, 5.295 qram, 5.803 qram, 5.778 qram və 6.461 qram, ümumi çəkisi 53,801 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Marixuananın ümumi çəkisi - 53.801 qram, tədqiqata sərf edilən hissəsi - 0,45 qram, qalıq hissəsi - 53,351 qram təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1052/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi X2 ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli. 6249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin birgə qəbulu nəticəsində yarananasılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın elan edilməsi, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk, təmiz çəkisi - 53.801 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 53,351 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınsın, bir ədəd DVD diskin maddi sübut hesab edilməsi və ********* saylı cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xasiyyətnməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 53,351 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar