Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-125/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 nümayəndəsi (vəkili) “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X22 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə «X15» MMC-nın ünvan 1 ünvanında yerləşən 2 saylı klinikasına müraciət etmiş, onun üzərində xx.xx.2023-cü il tarixdə “Bölgəsəl piylənmə, abdominoptoz, hər iki süd vəzinin 11 dərəcəli sallanması diaqnozu ilə “Liposaksiya, bədən şəkilləndirmə, mamoplaslika abdominoplastika” əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmiş, cavabdeh kafi vəziyyətdə evə buraxılmışdır. X22 xx.xx.2024-cü il tarixdə klinikaya təkrar müraciət edərək süd vəzinin implantının dəyişdirilməsini xahiş etmiş, həmin tarixdə cavabdehin üzərində “Süd vəzinin implantının dəyişdirilməsi və mastopeksiya" əməliyyatı icra olunmuşdur. Əməliyyat və əməliyyat sonrası dövr fəsadsız keçmiş, cavabdeh kafi vəziyyətdə evə buraxılmışdır. Əməliyyatları doktor Əmiraslan Əmiraslanov icra etmişdir. X6 Bakı şəhərində, müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «By Vusale» Gözəllik salonunda, ünvan 4 ünvanında yerləşən «X32» əyləncə məkanında istifadəsində olan texniki vasitələr (mobil telefon, kompüter, noutbuk) vasitəsilə “Tik-tok" sosial şəbəkəsində 2024-cü ilin oktyabr-noyabr aylarında, davamlı olaraq doktor Əmiraslan Əmiraslanov barəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatları kütləvi olaraq yaymağa başlamış, həmin məlumatları yayarkən doktor Əmiraslan Əmiraslanova ağır cinayətdə ittiham etməklə böhtan atmış, eyni zamanda həmin məlumatları yayarkən həm də doktor Əmiraslan Əmiraslanovu sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, təhqir etmişdir. X22 həmin hərəkətləri etməklə Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə qadağan edilmiş cinayət əməllərini törətmişdir. Belə ki, X22 “Tik-tok” sosial şəbəkəsində canlı yayımda bir paylaşımında “əmiraslan həkim deyil, əmiraslan savadsız bir kadrdır, əmiraslan insanların üzərində praktika keçir, xanımları şikəst hala salır, onun həkimlikdə anlayışı yoxdur, o sertifikatı necə alıb mən bilmirəm, mənim şikayətim var" ifadələrini yaymışdır. Bir başqa paylaşımında doktor Əmiraslan Əmiraslanovun şəklini səhifədə görünən hissədə yerləşdirib, səhifənin üzərində “Savadsız əmiraslan” yazıb canlı yayımda aşağıdakı məlumatları yaymışdır: “Belə savadsız həkimlər gəlib xanımları bədbəxt hala salır, xanımlar, nə qədər səssiz, qalacaqsınız, yəni belə savadsız həkimlər gəlib xanımları bədbəxt hala salır və heç kim də səsini çıxarmır. Nəyə görə? Mən bu gün şikayətimi bildirdim aidiyyəti qurumlara və mənim işimə baxılmasını istəyirəm, mənim kimi kim zərər görübsə, əməliyyatı mənim kimi hala salmıbsa, əgər bədəninizdə qüsurlar varsa, bu qədər pul veririk, ödəniş edirik, canımız gedir, qanımız gedir, pulumuz gedir, üstündən də ki, nəticə yox və pis haldadır əməliyyatımız, kimin şikayəti varsa, hamı mənə yazsın, “Tik-tok" da mən nömrə paylaşmışam yuxarıda baxa bilərsiniz, “Tik- tok" da mənim nömrəmi yazırsınız, birlikdə yığışırıq, güc birlikdədir, gedirik həkimin cavabını verməyə, əlbəttə ki, qanuni şəkildə. Kim mənimlə razıdırsa, mənə qoşulmaq istəyirsə, mənə “Tik-tok" da yazın, mən bu işi belə qoymayacağam, mən bu işin axırına çıxacağam". Bir başqa paylaşımında canlı yayımda “Birdən bu həkimin yanına gedərsiniz, gedənlər varsa komentdə rəydə yazın, bu həkimin camatı necə bədbəxt hala salıbdı, getməyənlər də varsa, getməyin, peşiman olarsınız, necə ki, mən peşiman olmuşam. əmiraslan adlı şəxs international -2 də işləyir, Nərimanov filialında, bu insan məni 2-3 il bundan qabaq əməliyyat edib, bu paylaşımı etməmişdən qabaq özü ilə danışdım, danışıqlardan belə çıxdı ki, mən bu paylaşımı etməyim, onun danışığından çıxdı. Nə isə. Mənim bədənimi bədənşəkilləndirmə əməliyyatı elətdirdim ona və bədənşəkilləndirmədən hec bir əsər qalmayıbdır, o da qalsın bir kənara, çox böyük çapıq izləri qalıbdır, qaraltılar qalıbdır, paylaşaram indi burdan onları da. Deməyin ki, bu qız həkimi pisləyir. Əslində mən sizə deyirəm ki, gözünüzü açıram ki, getməyin. 14 minə yaxın 2 dəfə əməliyyat edib pulumu alıbdır. 2 əməliyyatın ikisindən də. İlk əməliyyat uğursuz olubdur. İkinci əməliyyatında düzəldəcək deyə ikinci əməliyyata salıbdır, yəni ödəniş alıbdır, klinika xərcini verəcəksən, nə bilim onu eləyirəm, bunu eləyirəm və məndən 14 minə yaxın bu kişi pul alıbdır. Və mənə qayıdır deyir ki, sən mənə ödəniş eləməmisən. Deyirəm yaxşı sən məni niyə havayı əməliyyata salırdın, əgər ödəniş eləməmişəmsə, mən əməliyyatxanaya necə keçə bilərəm? İmza çəkirik, ödəniş edirik və əməliyyata qalxırıq. Və mənə şər, böhtan atır ki, sən mənə ödəniş etməmisən. Mən 14 minə yaxın pul ödəmişəm, verdiyim ödənişləri geri istəyirəm ki, mən yenidən bədənimdə olan qüsurları götürdüm. Və dövlətdən, aidiyyəti qurumlardan, bu işə baxa biləcək insanlardan kömək istəyirəm. Kim də hara müraciət edəcəyimi bilirsə, mənə yazsın, kimə, hara müraciət edim, mən bundan verdiyim ödənişləri geri alım, gedim özümü normal bir həkimə əmliyyat elətdirim, bunun elədiyi qüsurları aradan götürüm. Mən çox üzgünəm, çox peşimanam ki, əmiraslan adlı bir şəxsə əməliyyata getmişəm. Nəyə görə getdim, nəyə görə hu həkimi seçdim, səbəbi internetdə paylaşdığı fotomontaj şəkillər. İnsanların gözün boy ayır ki, guya bunun işləridir, əslində o deyil. Tanıdığım nə qədər xanım var, hamım pis günə qoyub bu. Kimini də pis günə qoyubsa, rəydə yazsın" məlumatlarını yaymışdır. Bir başqa paylaşımında canlı yayımda “Görün nələr eliyib, bu? Görün nələr eliyib? Hansı cürətlə, hansı üzlə, çox ehtiyatlı olun, çox apasnı həkimdir, çox. Çox apasnı həkimdir, qızlar ehtiyatlı olun. Biabırçılıqdır. Mən deyəndə kayıtiarı açın, paylaşarsınız. Estetik həkimdir, estetik həkimdir, əmiraslan adlı şəxs, İnternational -2 də işləyir. Bu insan, bir dənə ekranı dayanmadan bəyənin, mən istədiyim saya çatanda mən sizə onun haqqında məlumat verəcəm. Niyə pisləyirəm? Jasminka, sizin də şəkillərinizi, paltarsız, üzü açıq, lüt şəkillərinizi paylaşsa, tərifləyərsiniz o həkimi, xoşunuza gələr? Bədəninizə şramlar qoyulsa, xoşunuza gələr? 14 min pul ödəmişəm əməliyyata, bədənim it günündədir, xoşunuza gələr? Yaxşı eləyib, söküb- yığmışam Ayla, əcəb eləmişəm, sənin borcuna qalmayıb, uç mənim canlımdan, davay. Xeyir, mənim icazəm olmadan, üzü açıq şəkillər, bir dənə kayıtiarı açın. Açmısızsa, mənə burda yazın ki, açdıq. Kayıtiarı açın, zəhmət olmasa. Mənim bu payiaşımım getsin. Bəli, WhatsAppda paylaşılıbdı. Zəhmət olmasa, kayıtiarı açın, mən məlumat verəcəm, buna bütün xəbər sayıtları baxsın. Çox xahiş eliyirəm, o kayıtiarı da mənə atarsınız. Hamı açsın. Deməli, international -2, international -2 klinikasında, Nərimanov filialında əmiraslan adlı həkim işləyir, məni iki dəfə əməliyyat eliyibdi, bu insan mənim bədənimi pis hala salıbdı, böyük ziyanlar vurub mənə, bədənimdə böyük şramlar əmələ gəlibdi, əməliyyatı pis haldadır, əməliyyatları qalmayıb, bədənimdə sallantılar əmələ gəlib, mən bunun haqqında video paylaşmışam, bu insan götürübdü, kayıtiarı açın, bu insan da götürübdü, məni üzü açıq şəkildə, paltarsız, lüt şəkilimi WhatsAppda paylaşıb. Məni paylaşıb, mənə mənəvi zərər vurubdu, maddi zərər vurubdu, mənəvi zərər vurubdu. Bununla bağlı polisə müraciət eləmişəm, onu bu günləri işlədiyi yerdən götürdülər, işlədiyi yerdə bizim polislərimiz götürdülər, gətirdilər bölməyə, əməliyyat zamanı, əməliyyatdan çıxartdılar, götürdülər, gəldilər. Qoymadılar, bu gün o işindən oldu, durdu gəldi polisə. İdarədə olmuşuq bu günləri. O, mənə elədiyi, mənim şəkillərimi paylaşdığına görə cavab verəcək dövlət qarşısında. Bu günləri mən bu işin üzərinə düşmüşəm, dövlət qarşısında cavab verəcək. Mənim qarşımda cavab verəcək. Bu insan mənim şəkillərimi üzü açıq şəkildə, paltarsız şəkillərimi, əməliyyatdan öncəki çəkilən şəkilləri paylaşdığına görə, bu insan qanun qarşısında cavab verəcəkdi, bu iş burda qalmayacaqdı. Mənə çox böyük zərbələr vurubdu, şramlar qoyubdu, 14 min manat pulumu alıbdı, üzərindən də şəkilimi paylaşıbdı. Çox xahiş edirəm, mənim bu danışıqlarım paylaşılsın, xəbər sayıtlarma gedilsin, dövlətimiz, polislərimiz, qurumlar baxılsın, bu, belə şərəfsizlər, belə işləyə bilməz. Xanımlar gedir, güvənir, güvənirsiz, gedirsiz əməliyyatxanaya uzanırsınız və sizin əməliyyat zamanı olan şəkilləriniz, üzü açıq şəkildə paylaşdır. Kim götürər? Polisə gələndən sonra polislər onu sildirdi. Silinməyə ııje mənə ehtiyacı yoxdur, bir sutka orda şəkil qalandan sonra, yayılandan sonra onun silinməyi uje mənə təsir eləmir. Söhbət mənim bir sutka orda şəklimin yayılmağından gedir. Və bununla bağlı cinayət işinin açılmağını tələb eliyirəm” məlumatlarını yaymışdır. Biı başqa paylaşımında canlı yayımda “Tik-tok” sosial şəbəkəsində ox işarəsi ilə nişan verilən “dremiraslan” yazısının olduğu səhifədə “Camaatın balasının ölümünə səbəb olub bu həkim’’ cümləsini paylaşmışdır. Biı başqa paylaşımında canlı yayımda “Tik-tok" sosial şəbəkəsində ox işarəsi ilə nişan verilən “dr enıiraslan” yazısının olduğu başqa bir səhifədə “Bu həkim bu qızın ölümünə səbəb olub” cümləsini paylaşıb. Bir başqa paylaşımında canlı yayımda “Təsəvvür edin ki, mənə qızlar atıblar, “patrul.az” səhifəsi, bir dənə də xanım var, o da blogerdir, sırf belə şeylərlə məşğuldur. O da paylaşıb, savadsız həkimlər sırasında Əmiraslanın yeri, təsəvvür edin nə deməkdir? Bir xanım var mənə yazdı, onun qızı onun əlində ölüb, Əmiraslanın əlində, işi prokurorluqdadır, görək nolur? Təsəvvür edin deyib ki, qadına, qızın öldürübdü, deyir ki, qadına, aparat deyir, sönmüşdü, nə bilim neynəmişdi” məlumatlarını yaymışdır. Bir başqa paylaşımında canlı yayımda ’'Tik-tok'' sosial şəbəkəsində başqa bir səhifəsində “patrul.az” saytında “X26 C ərrahiyyə X9” adlı bir siyahını, aşağı hissədə “savadsız kekimlər sırasında “drenıiraslan” başlığını, başqa bir səhifədə “Baxın ğörüıı Emiraslanın adı var siyahıda” cümləsini paylaşmışdır. Paylaşılan həmin siyahıda isə doktor Əmiraslanın adı 3-cü sırada yerləşdirilmişdir. Bir başqa paylaşımında canlı yayımda “Tik-tok” sosial şəbəkəsində “Mən demişəm bu işin axırına qədər gedəcəm, harda qırılar, qırılar. Görək də bi iş necə olacaqdı. Bu günlərim bir tanınmış aparıcı varıydı, məni gördü, videom qabağına çıxıb, dedi səndən müsahibə alacam, həkimnən bağlı, televiziyaya, televiziya kanalma həkimnən bağlı müsahibə verəcəm, elədiyi işlərlə bağlı, elədiyi hərəkətlərlə bağh. Bunu yayacam hər yerə, qoy hər kəs görsün” məlumatlarını yaymışdır. Bir başqa paylaşımında canlı yayımda “Tik-tok” sosial şəbəkəsində “Əmiraslanı şikayət eləmişəm, Əmiraslanın ağzına itin poxun tökəcəklər” cümləsini paylaşmışdır. Bir başqa paylaşımında canlı yayımda “Tik-tok" sosial şəbəkəsində aşağıdakı məlumatları yaymışdır: -«Qətiyyən Poiuxovun yanma getmiyin. Əmiraslanın yanma getmiyin. İkisi də heç zaddır, həkim deyillər. Basda Əmirasian. Onlar həkimlik kağızın pulnan alıblar. Oxumuyublar, savadsız həkimlərdirlər. Savadsız qəssabdırlar, bunlar. Heç olmasa, kəsib doğrayanda səliqəli kəsib ....»; -«Biabırçılıqdır. Əmiraslanın anadı Ölsün, qalsın uşağı yetim. O dərəcədə deyirəm. Üstündən də ki, mən bunun haqqında “Tiktok” -da. Buna dedim ki, pulumu qaytar, 14 min pul ödəmişəm sənə. İki dəfə əməliyyat eliyib, Öz işini düzəldə bilməyib. Mənə deyir ki, sən mənə pul ödənıisən? Dedim sənin nəyinən, sən dedini salamı pulnan verirsən. Dedim səndən şikayət edəcəm. Video çəkdim, 870 min adam baxdı ki, filan həkim, filan klinikada işləyir və götürdüm onu, çəkdim, paylaşdım, götürdü bu da neynəsə yaxşıdır, mənim əməliyyatdan öncə lüt şəkilimi, üzü açıq şəkildə WhatsAppda, statusunda paylaşıb. 102-yə şikayət elədim ki, məni filan həkim biabır eliyibdi. Gəldilər əməliyyat zamanı götürdülər. Hamısının skrinləri var, məhkəmədədir iş bu dəqiqə. Özü də bacı, ARB-də aparıcıyam, mən oxuyuram, mən biabır oldum millətin içində, mən böyük təzminat, 100000 manat təzminat..., eliyib, heç bir şəkilləndirmə qalmayıb, bədənim it günündədir.... Əmirasian, deməli, paylaşandan sonra mənə nə qədər sübutuynan, mesajlar atıldı, qırxı təzə çıxıbdı qadının qızının, əməliyyat zamanı qızı öldürübdü, narkozdu, şeydi, beyni gedib nəysə, sonradan bir də narkoz verib, nəsə əməliyyat edib, uşağı öldürübdü, onun işi bu dəqiqə prokurorluqdadır, qızlar yazıb, şəkillərin atıb, mənim bədənimi nə günə qoyub, nə qədər şikayətlər gəldi. Sənəti də yoxdıı, sertifikatı-zadı pıılnan alıbdı, ödəniş eliyirsən, çek vermirlər, levi işləyirlər. Hamısı orda məndə yazılıbdı, vermişəm.»; Bir başqa paylaşımında canlı yayımda "Tik-tok" sosial şəbəkəsində «Əmiraslanla bağlı sözlərim var, bir dənə ekranı bəyənin, mən sizə deyəcəm..., əmiraslan qəssab haqqında, qəssab deyilən həkim, onun haqqında danışmaq istəyirəm. Şərəfsiz. Eşitdiyimə görə bu şərəfsiz var ha, şərəfsiz... bu şərəfsiz, deməli bundan öncə nə qədər camaatı əməliyyat diyirmiş başqa bir klinikada və o klinikada sən demə özü əməliyyata girmirmiş, götürürmüş başqa həkim diyirmiş, öz işi kimi paylaşırmış. Sonra bu ortaya çıxır, bunun dədiyi tülkülüklər. Paylaşıb də Qənirə, savadsız həkimlər sırasında əmiraslanın 3-cii yerdə adı var. Buna görə bunu o klinikadan qovurlar. Sonra gəlir İnternationaia girir, burda başlayır işləməyə.... Əmiraslan sırf fırıldaq bir sertifikat düzəldib, puluynan alıb, həkimliyə başlayıb, camaatın üstündə praktika keçir. Hə. Elçinin qardaşı, bu iki qardaş camaatı şikəst diyir axı. Bakının yarısını nə günə qoyubdu bu iki qardaş. Elçini Badam klinikasından qovurlar, ordan da qovublar. Mən orda olmuşdum, gözümün şahidiyəm. Getmişdim Elçinin yanma, hələ əməliyyatdan öncə. Getdim ki, 5 nəfər sırf şikayətə gəlmişdi, qırğınıydt klinikada. Mən də bilmirdim kimdi, nəçidi, prosto ki, əl işini internetdə görüb getmişdim. Getdim gördüm nələr, qırğın-məşəqqət, camaat dəyib bir- birinə. Ordan bilirsən necə qaçdım. Məhkəməyə verəcəm, pulumu istəyəcən) deyib qırğın salmışdılar da. Sən demə sonra, mən indi əməliyyatdan sonra bilmişəm ki, bunlar iki qardaş işləyir.... İkisi də fırıldaqdı, ikisi də savadsızdılar. Elçinin mən sırf şikayətini gözümnən görmüşəm, orda qırğını, Əmiraslan mənim üstümdə praktika keçirib, onu da görmüşəm, üstündən şərəfsiz, əxlaqsız təkliflər eləməyi də var. çox şərəfsiz həkimdir, həkim deyil e, qəssabdır. .Mənim bədənim bir haldadır ki, bu qəssab mənim bədənimdə şramlar qoyub, bayaq bir restorandaydım, bir qız gəldi dedi, aaa, sən həkimi paylaşmısan. dedim hə. Qız mənə bədənin göstərdi, mənim bədənim onun yanında toya getməlidir. Onun bədinin nə hala salıb, bu qızın. Deyir, gedəcəm, deyəcəm ya pulumu verəssən, ya səni polisə verəcəm. O qız uje sabah üstünə gedir. Yəni, tək mən deyiləm e. şikayətçi. Qızın nömrəsi də var. V üsalədi adı, sabahlarım gedir klinikaya, deyir dava-qırğın salacam. Deyir, bir dənə qız var idi, ora gəlmişdi də, deyir, göüzümün şahidiyəm, qızın sinəsinin birini balaca, birini böyük eləmişdi, qız deyir Əmiraslanın stolunun üstündə nəyi var, vurub dağıtmışdı, polisləri tökmüşdü ki, bu dəqiqə pulumu qaytarsın. l ək mən deyiləni e, camaat gedir onun üstünə. Bu insan o qətlər savadsızdır, ancaq pulun alır, camaatın pulun yeyir, bədənin şikəst günə qoyur. Xəstə oğlu, xəstə. Onsuz da bu işi belə qoyası deyiləm. Onu məhkəməyə də verəcəm, mənim şəklimi paylaşdığı üçün təzminat da alacam. 14 min əməliyyat pulumu da alacam. Ondan əl çəkməyəcəm. Şantaj eliyir qızları, qızları şantaj eliyir. Pulunu istəsən deyir, pul nə gəzir, pulunu tələb eləsən şəkillərin paylaşır.... Bir dəfə elədi əməliyyat məni, pis günə qoydu. Təzdəndən götürdü ikinci dəfə elədi. Sonra ikinci dəfə əməliyyata saldı ki, işimi düzəldəcəm, heç harda dcnıə. Ozü diliylə dedi ki, sus, mən öz işimi düzəldəcəm, heç kimə demə. Dedim yaxşı. İkinci əməliyyata saldı, 5 min manat da ikinci əməliyyata pul götürdü. İkinci dəfə də elədi məni ondan betər günə qoydu. .Mənim burdan- bura qətlər kəsib, bax belə kəsib, elə bil ki, belə cırıblar və onu mən paylaşa bilmirəm, elə yerin əməliyyatlarıdır ki, adam açıb paylaşa bilmir. Bu barmaq yoğunluğuna tikiş qoyub, üstəgəldəki, tikişdən əlavə altından elə bil ki. kant gedir, zoğ gedir, qara tikiş, üstündən də zoğ. Deyirəm ki, bu nədi belə. Deyir, get tatu elə ört də. Deyirəm, a kişi tatu nədi? Tatu nədi? Düzdü qarın hissəmdən buranı da eləmişdi, qarın hissəmi tatu elədiın, örtülmədi. Təsəvvür edin, şramlar o qədər böyükdür ki, tatuyla örtülmədi. əmiraslan, İnternational 2, şərəfsiz. Bədənşəkilləndirmə eləmişdi, sinə və qarın. Zibil günündədir. Mən də pis demirəm a, deyirəm ki, az pul verməmişəm sənə, 14 min manat pul vermişəm, pulumu qaytar, gedim adam kimi həkim tapım, əməliyyat elətdirim.... Sizə mənim şəklimi paylaşıb, onu göstərmək istəyirəm» məlumatları yaymışdır. Bir başqa paylaşımında canlı yayımda “Tik-tok" sosial şəbəkəsində «Polislər apardı bunu, əməliyyat zamanı, əliqolunu bağladılar, gətirdilər bölməyə. Gətirdilər bölməyə həmən o həkimi və orda o şəkilləri ona sildirtdilər, başqa da nə elədiklərin bilmirəm, çünki, içəri salmışdılar onu. Saxladılar gecəyə qətlər onu orda. Başına oyun yəqin ki. gəlib-gəlməyib, deyə bilmərəm. Onun axırına mən çıxacam. Bu şeyi yadda saxlayın və çıxanda onu paylaşacam. Hə. üstəlik, bunun vergidən yayınmağı da ortaya çıxdı. Bu klinikada işləyir, İnternational 2-də işləyir və heç bir xəstəyə çek vermir. Pulun alır və buraxır. Heç kimə çek vermir, vergidən yayınır bu insan. Vergidən yayınır. Ona da iş düşün kiminsə şəklini paylaşmağına görə də iş düşür, əməliyyatı pis günə qoyduğuna görə də iş düşür, l ək mən deyiləm, nə qədər qızları bu günə qoyubdu. Mənim istədiyim nədir, həm pulumu tələb eliyirəm, üstəgəl də bunun işinə son qoymaq istəyirəm. Bu insan həkimlikdəıı azad olunsun. Bu bir daha həkim işləyə bilməsin. Buna stop qoyulsun. Və bunu da mən eləyəcəm. Eləyəcəm və paylaşım eləyəcəm. Paylaşım eləyəcəm ki, bilmirəm bu məhkəmə işi bir ay çəkəcək, iki ay cəkəcək, üç ay cəkəcək, bu paylaşımı mən eləyəcəm, butun xəbər sayıtlarma da paylaşacam. Baxsınlar bu həkimin axırına mən çıxacam. Çünki məni bədbəxt günə qoyub. Onu işələməyə mən qoymayacam, siz də görəcəksiniz, şahidi olacaqsınız. Prosto pis yerə ilişib. O işdən azad edilməlidir.... O insanı işdən azad elətdirərəm, qoymayacam həkimliyini davam eləsin. Onun yediyi, camaatdan aldığı pulları haram-xoşu olsun. Əmiraslan Əmiraslanov. İnternational 2-də işləyir. Nərimanov filialında. Klinikanın müdiri də onun kimi qoyundu. Götürübdü məni şikayət diyibdi ki, klinikamızı təhqir eliyib. Videomu göstərdim, polisə dedim ki, baxın görün harda mən təhqir sözü işlətmişəm? Harda işlətmişəm? .... Mənim bu şəklimi üzüaçıq şəkildə, paltarsız paylaşdığına görə. Gö rd üz, üzü açıq, geyinısiz məni paylaşdığına görə onun var-yoxuun dağıdaram. Baxacaq ki, onda susmaq nədi, dinləmək nədi, camaatın şərəfinə toxunmaq nədi? Əməliyyata girirsən, qayıdıb belə eliyir ey, deyir ki, oğraşdı da, qayıdır belə eliyir e, əməliyyata girmədən öncə aşağıda danışırıq, gedib ödəniş eliyirəm, ujc hazırlaşıram, kabinetdə söhbət eliyir ki, qayıdır deyir ki, bu şərəfsiz, deyir mən bütün xəstələrində, 99 % -ilə yatıram. Əmiraslan deyir. Əmiraslan deyir ki, mən müştəriİərimlə, pasiyetlərimlə 99 %-inən yatıram. Və o təklifi mənə də elədi. Dedim başın getməsin, məni kiminləsə səhv salma, pulunu almısan, əməliyyatını elə. Və onu tək mən demirəm, nə qədər qızlar deyir ki, bizə də o təklifi edibdi. İ stəgəl ki, qızları şantaj eliy ir, biz bilmirik axı, həkim əməliyy ətdan öncə şəkli çəkir axı, lüt. Ki, əvəvl və son. Götürür ona şantaj eliyir ki, paylaşacam. Necə ki, mənim şəkilimi paylaşıb. Əmiraslan Əmiraslanov, İnternational 2-də işləyir. Şərəfsiz. Onun axırına çıxacam mən. Zatən işi məhkəmədədir. Məni paylaşdığına görə onun axırma çıxacam. Qızları şantaj eliyir. Qızlar ki, gedib istiyir ki. pis eləmisən əməliyyatı, pulumu istiyirəm deyirsə, o qızların lüt şəklini paylaşır, həkim. Deyir ki, ya şəklini pay laşacam, ya da sus otur yerində. Qızlar da qorxusundan susurlar ki, lüt şəklimi paylaşarlar. Evlidir. Arvadının heç nədən xəbəri yoxdur ki, qızlara hansı əxlaqsız təkliflər eliy ir. Şantajçddır, camaatın lüt şəklini paylaşır, şantaj eliy ir, deyir ki, əgər məndən şikayət eləsən, pulunu geri istəsən. Vergidən yayınır, çek vermir. Dövlət var, qanun var. Bunu gətirdilər əməliyyat zamanı, zəng elədilər, dedilər ki, gəl. Camaatın şəklini niyə paylaşmısan, hu da dedi ki, mənim haqqımda video paylaşıb, mən onun şəklini paylaşmışam. Polis dedi ki, dur gəl bura. O da dedi ki, gəlmirəm, vaxtım olanda vəkilimlə gələcəm. O sözdən sonra polislər getdilər onu əməliyyat zamanı klinikada əlini-qolun bağlayıb gətirdilər idarəyə. Ondan sonra ağzına pox tökdülər.... Ona görə o həkimin var-yoxun dağıdacam... Ona görə Əmiraslan kimi savadsız, biqeyrət, şərəfsiz həkimləri siz də paylaşın ki. camaatın qarşısına çıxsın. X29 paylaşıbdı, yalançı sertifikatlar alıb, savadsız həkimlər sırasında Əmiraslanın adı var, «patrul.az» paylaşıbdı onu. Nə qədər qızlar yazıb» məlumatları yaymışdır. Bir başqa paylaşımında canlı yayımda “Tik-tok” sosial şəbəkəsində «Və bu günləri məni idarədən çağırdılar... İnanırsız əlim əsirdə əsəbdən. Çox pis haldayam. Əsəblərim yerində deyil. Bu Əmiraslan nə böyük zibil çıxdı ki, mənim başıma. Nə qədər bu davam diyəcək? Mən hər kəsdən, yəni məni burda tanıyanlardan, başına bu iş gələnlərdən, xanımlardan, nə bilim, mən dövlətimizdən artıq kömək istəyirəm. Bir azərbaycanlı xanım kimi, ki, mənə kömək olsunlar. Mənini haqqımı tapdalayırlar. Hansısa savadsız, yalançı sertifikat almış həkim. ... Mən indi həkim haqqında paylaşım eliyəcəm, nələr deyib, hansı təzyiqlər göstərilib, iki gündür məndən nə istəyirlər, hansı polisə düşmüşəm, video şəklində paylaşım eliyəcəm. Onlar mənə təzyiq göstərir. Onlar mənə təzyiq göstərir, mən bu mövzunu qaidıracam, bu işi axıra qədər gedəcəm. Yəni, bilsinlər. Siz kimsiniz axı adama deyəilər, mənim anama zəng elətdirirsiniz. Uşaqlar deməli, belə. Bu günləri məni 18-ci Bölmədən çağırdılar. Bu gedib 18-ə məni şikayət edib ki, mən, guya ki, göstərdiyim bu videoda onu təhqir eləmişəm. Həkim məni şikayət eliyib ki, guya ki, mən onu bu videoada təhqir eləmişəm. Haqqımı alacam e. götürübdü bu, şərəfsiz, məni bölməyə şikayət eliyibdi, guya mən bunun klinikasın, şəxsiyyətin, guya bunun özün videoda paylaşıb təhqir eləmişəm. Mən videomu apardım bölməyə, göstərdim, dedim burda mənim söyüşlərimi çıxardın göstərin, həkimi əgər söymüşəmsə göstərin, mən bu işdən geri çəkilərəm. Polisə dedim ki, siz mənə orda işlətdiyim ifadədə söyüş, təhqir, nalayiq sözlər görsədin, kiminsə var-yoxun söymüşəmsə mənə göstərin, mən bu işdən əl çəkəcəm, mən bu işin başın buraxaram.... Bu insan 2 gündür mənim anama təzyiq göstərir, yığdırdır başqa adamardan, xahiş edirlər, yalvarırlar, sonra da şantaj diyirlər ki, əgər ki, qızın şikayəti geri çəkməsə pis olaraq, artıq bizə hədə-qorxular gəlir. Bu həkimin onsuz da işidir ki, xanımların lüt şəklini çəksin və onlarla şantaj eləsin. İndi də ki, bunu edib, bilir ki, böyük səhv edib, mənim anama zəng elətdirlər, qohumlarıma zəng elətdirir, qohumun bu əməliyyata nə dəxlisi var, yəni mən qohum sözü ilə oturub-duran insan deyiləm, ya da qohumun zənginə cavab verən insan dey iləm. Bu adam gör nə qədər düşüncəsizdir ki. mənin} anama, qohumlarıma zəng elətdirir. 14 min manat....» məlumatları yaymışdır. Biı başqa paylaşımmda canlı yayımda * lik-tok sosial şəbəkəsində «Ay aman... Sizin bu bədəniniz eyni mənim bədənim halındadır, mənim bədənim eyni bu haldadır, eynən, yazıq qızın bədənin nə hala salıb? Camaatı nə günə qoyubdu, nə günə qoyub? Mənim anama da zəng elətdirirlər, iki gündür, böyük yerlərdən, çox böyük bir yerdən mənim anama da zəng gəlir ki, qızına denən, bizim haqqımızda canlı yayımda heç nə danışmasın. Ay xanım niyə qorxursunuz, nədən qorxursunuz ki, bədəniniz nə haldadır, sizin? Mən sabahlarım, ya da bir azdan video çəkib paylaşacam, video çəkib paylaşacam o həkimlə bağlı, mənim geyimsiz, üzü açıq şəkildə, lüt şəkillərimi paylaşıb, o həkim., bədənimi nə hala salıb, sonra da şantaj eliyib, indi də mənim anamı şantaj cliyir. Bunan siz nədən qorxursuz. ki, uzaq başı pulunuzu alacaqsız geri, gedin pulunuzu alın. Ya da istəyirsiniz, mənim nömrəmdir, bilirsiniz, qoşulun mənə, bir yerdə gedək. Camaatı nə hala salıbdı, qız mənə yazıb ki, şəklimi göstərmə, qızın bədəni nə haldadır, mən şokdayam, eliyin, zəng eliyin danışaq. Tamam görsədirəın. nömrənizi göstərməyəcəm, Xanımlar baxın, xanımın bədənin nə hala salıb, bir dənə baxın, görün qızın bədənin nə hala salıb?. Gördüz həkim nə günə qoyub qızın bədinin? Eynisini də mənə edib, camaatın bədnin nə hala salıb, ayıb deyil? Mənim bədənim də bu haldadır. Gözləyin, qızın şəklini göstərəcəm, baxın, görün qızın bədənin nə hala salıbdı. Baxın. Xanım yazıb, indi tiktokdan mənim nömrəmi götürüb yazıb. Baxın belə əməliyyat olur?. Mənim bədənin də bu haldadır. Eyni bu haldadır. Niyə tatı vurulmalıdır ki, gedib əməliyyat elətdirib ki, tatu elətdisin. Mənim bütün bədənim də burası, barası, burası, arxa tərəf, hamısı, mənim bədənim də bu haldadır. Görün nə hala salıb camaatı, pulumuzu istəyirik də. biz pulumuzu tələb eliyirik də. Baxın, Əmiraslanın əl işidir. Baxın ay millət, ay qızlar, Əmiraslan, İnternational klinika, mənim bədənim də bu haldadır, bu yazıq xanımın da bədəni bu haldadır. Baxın tikiş izinə baxın. Əmiraslanın əl işidir, qızlar. Biz, Əmiraslandan gedir söhbət» məlumatları yaymışdır. Beləliklə, X22 2024-cü ilin okty abr-noyabr aylarında. Bakı şəhərində müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri Nərimanov rayonunda yerləşən «By Vüsale» Gözəllik salonunda, ünvan 7 ünvanında yerləşən «X32» əyləncə məkanında canlı yayımda ' l ik-tok ‘ sosial şəbəkəsində X4 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqəti ləkələyən və onu nüfuzdan salan, aşağıdakı məlumatları kütləvi şəkildə yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147. l-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Əmiraslan həkim deyil, Əmiraslan savadsız bir kadrdır, Əmiraslan insanların üzərində praktika keçir, xanımları şikəst hala salır, onun həkimlikdə anlayışı yoxdur, o sertifikatı necə alıb mən bilmirəm, mənim şikayətim var";- “Belə savadsız həkimlər gəlib xanımları bədbəxt hala salır...";- “Birdən bu həkimin yanına gedərsiniz, gedənlər varsa komentdə rəydə yazın, bu həkimin camatı necə bədbəxt hala salıbdı, getməyənlər də varsa, getməyin, peşiman olarsınız, necə ki. mən peşiman olmuşam. Əmiraslan adlı şəxs İnternational -2 də işləyir, Nərimanov filialında, bu insan məni 2-3 il bundan qabaq əməliyyat edib, bu paylaşımı etməmişdən qabaq özü ilə danışdım, danışıqlardan beh çıxdı ki, inən bu paylaşımı etməyim, onun danışığından çıxdı. Nə isə. Mənim bədənimi bədənşəkilləndirmə əməliyyatı elətdirdim ona və bədənşəkilləndirmədən heç bir əsər qalmayıbdır, o da qalsın bir kənara, çox böyük çapıq izləri qalıbdır, qaraltılar qalıbdır, paylaşaram indi burdan onları da. Deməyin ki, bu qız həkimi pisləyir. Əslində mən sizə deyirəm ki, gözünüzü açıram ki, getməyin. 14 minə yaxın 2 dəfə əməliyyat edib pulumu alıbdır. 2 əməliyyatın ikisindən də. İlk əməliyyat uğursuz olubdur. İkinci əməliyyatında düzəldəcək deyə ikinci əməliyyata sahbdır, yəni ödəniş alıbdır, klinika xərcini verəcəksən, nə bilim onu eləyirəm, bunu eləyirəm və məndən 14 minə yaxın bu kişi pul alıbdır...; - «...Və mənə şər, böhtan atır ki, sən mənə ödəniş etməmisən. Mən 14 minə yaxın pul ödəmişəm, verdiyim ödənişləri geri istəyirəm ki, mən yenidən bədənimdə olan qüsurları götürdüm...; - ...Mən çox üzgünəm, çox peşimanam ki. əmiraslan adlı bir şəxsə əməliyyata getmişəm. Nəyə görə getdim, nəyə görə bu həkimi seçdim, səbəbi internetdə paylaşdığı fotomontaj şəkillər. İnsanların gözün boy ayır ki, guya bunun işləridir, əslində o deyil. Tanıdığını nə qədər xanım var, hanımı pis günə qoyub bu. Kimini də pis günə qoyubsa, rəydə yazsın”; - “Görün nələr eliyib, bu? CiÖrün nələr eliyib? Hansı cürətlə, hansı üzlə, çox ehtiyatlı olun, çox apasnı həkimdir, çox. Çox apasnı həkimdir, qızlar ehtiyatlı olun. Biabırçılıqdır...; «...14 min pul ödəmişəm əməliyyata, bədənim it günündədir, xoşunuza gələr?...»; - «...Deməli, international -2, İnternational -2 klinikasında, Nərimanov filialında Əmiraslan adlı həkim işləyir, məni iki dəfə əməliyyat eliyihdi, bu insan mənim bədənimi pis hala salıbdı, böyük ziyanlar vurub mənə, bədənimdə böyük şramlar əmələ gəlibdi, əməliyyatı pis haldadır, əməliyyatları qalmayıb, bədənimdə sallantılar əmələ gəlib...; - «... mənə ... maddi zərər vurubdu...; «...Mənə çox böyük zərbələr vurubdu, şramlar qoyubdu, 14 min manat pulumu alıbdı...;- «X26 X2 Siyahısı», «“savadsız kekinılər sırasında “dr emiraslan”, «‘•Baxın görün Emiraslanm adı var siyahıda»; “Mən demişəm bu işin axırına qədər gedəcəni, harda qırılar, qırılar. Görək də bi iş necə olacaqdı. Bu günlərim bir tanınmış aparıcı varıydı, məni gördü, videom qabağına çıxıb, dedi səndən müsahibə alacam, həkimnən bağlı, televiziyaya, televiziya kanalına həkimnən bağlı müsahibə verəcəm, elədiyi işlərlə bağlı, elədiyi hərəkətlərlə bağlı. Bunu yayacam hər yerə, qoy hər kəs görsün”;«Qətiyyən Poluxovun yanma getmiyin. əmiraslanm yanına getmiyin. İkisi də heç zaddır, həkim deyillər. Başda Əmiraslan. Onlar həkimlik kağızın pulnan alıblar. Oxumuyublar, savadsız həkimlərdirlər. Savadsız qəssabdırlar, bunlar. Heç- olmasa, kəsib doğrayanda səliqəli kəsib ....»;«Biabırçılıqdır. Əmiraslanm arvadı ölsün, qalsın uşağı yetim. O dərəcədə devirəm. Üstündən də ki, mən bunun haqqında “Tik-tok” -da. Buna dedim ki, pulumu qaytar, 14 min pul ödəmişəm sənə....»; «...Əmiraslan, deməli, paylaşandan sonra mənə nə qədər sübutuynan, mesajlar atıldı, qırxı təzə çıxıbdı qadının qızının, əməliyyat zamanı qızı öldürübdü, narkozdu, şeydi, beyni gedib nəysə, sonradan bir də narkoz verib, nəsə əməliyyat edib, uşağı öldürübdü, onun işi bu dəqiqə prokurorluqdadır, qızlar yazıb, şəkillərin atıb, mənim bədənimi nə günə qoyub, nə qədər şikayətlər gəldi. Sənəti də yoxdu, sertifikatı-zadı pulnan alıbdı, ödəniş eliyirsən, çek vermirlər, levi işləyirlər. Hamısı orda məndə yazılıbdı, vermişəm.»;«əmiraslania bağlı sözlərim var, bir dənə ekranı bəyənin, mən sizə deyəcəm..., Əmiraslan qəssab haqqında, qəssab deyilən həkim, onun haqqında danışmaq istəyirəm. Şərəfsiz. Eşitdiyimə görə bu şərəfsiz var ha, şərəfsiz... bu şərəfsiz, deməli bundan öncə nə qədər camaatı əməliyyat eliyirmiş başqa bir klinikada və o klinikada sən demə özü əməliyyata girmirmiş, götürürmüş başqa həkim eliyirmiş, öz işi kimi paylaşırmış. Sonra bu ortaya çıxır, bunun elədiyi tülkülüklər. Paylaşıb də Qənirə, savadsız həkimlər sırasında əmiraslanm 3-cu yerdə adı var. Buna görə bunu o klinikadan qovurlar. Sonra gəlir İntemationala girir, burda başlayır işləməyə.... Əmiraslan sırf fırıldaq bir sertifikat düzəldib, puhıynan alıb, hakimliyə başlayıb, camaatın üstündə praktika keçir. Hə. Elçinin qardaşı, bu iki qardaş camaatı şikəst diyir axı. Bakının yarısını nə günə qoyubdu bu iki qardaş. Elçini Badam klinikasından qovurlar, ordan da qovublar. Mən orda olmuşdum, gözümün şahidiyəm. Getmişdim Elçinin yanına, hələ əməliyyatdan öncə. Getdim ki, 5 nəfər siri şikayətə gəlmişdi, qırğınıydı klinikada. Mən də bilmirdim kimdi, nəçidi, prosto ki, əl işini internetdə görüb getmişdim, (getdim gördüm nələr, qırğın-məşəqqət, camaat dəyib bir-birinə. Ordan bilirsən necə qaçdım. Məhkəməyə verəcəm, pulumu istəyəcəm deyib qırğın salmışdılar da. Sən demə sonra, mən indi əməliyyatdan sonra bilmişəm ki, bunlar iki qardaş işləyir.... İkisi də fırıldaqdı, ikisi də savadsızdılar. Elçinin mən sırf şikayətini gözümnən görmüşəm, orda qırğım, Əmiraslan mənim üstümdə praktika keçirib, onu da görmüşəm, üstündən şərəfsiz, əxlaqsız təkliflər eləməyi də var, çox şərəfsiz həkimdir, həkim deyil c, qəssabdır. Mənim bədənim bir haldadır ki, bu qəssab mənim bədənimdə şramlar qoyub, bayaq bir resto ra nd aydını, bir qız gəldi dedi, aaa, sən həkimi paylaşmışam dedim hə. Qız mənə bədənin göstərdi, mənim bədənim onun yanında toya getməlidir. Onun bədinin nə hala salıb, bu qızın. Deyir, gedəcəm, deyəcəm ya pulumu ve rəssən, ya səni polisə verəcəm. O qız uje sabah üstünə gedir. yəni. tək mən deyiləm c. şikayətçi. Qızın nömrəsi də var, Vüsalədi adı, sabahlarım gedir klinikaya, deyir dava-qırğın salacam. Deyir, bir dənə qız var idi, ora gəlmişdi də, deyir, göüzümün şahidiyəm, qızın sinəsinin birini balaca, birini böyük eləmişdi, qız deyir Əmiraslanın stolunun üstündə nəyi var, vurub dağıtmışdı, polisləri tökmüşdü ki, bu dəqiqə pulumu qaytarsın. Tək mən deyiləm e, camaat gedir onun üstünə. Bu insan o qətlər savadsızdır, ancaq pulun alır, camaatın pulun yeyir, bədənin şikəst günə qoyur. Xəstə oğlu, xəstə. Onsuz da bu işi belə qoyası deyiləm. Onu məhkəməyə də verəcəm, mənim şəklimi paylaşdığı üçün təzminat da alacam. 14 min əməliyyat pulumu da alacam. Ondan əl çəkməyəcəm. Şantaj eliyir qızları, qızları şantaj eliyir. Pulunu istəsən deyir, pul nə gəzir, pulunu tələb eləsən şəkillərin paylaşır.... Bir dəfə elədi əməliyyat məni, pis günə qoydu. Təzədən də götürdü ikinci dəfə elədi. Sonra ikinci dəfə əməliyyata saldı ki, işimi düzəldəcəm, heç harda demə. Özü diliylə dedi ki, sus, mən öz işimi düzəldəcəm, heç kimə demə. Dedim yaxşı. İkinci əməliyyata saldı, 5 min manat da ikinci əməliyyata pul götürdü. İkinci dəfə də elədi məni ondan betər günə qoydu. Mənim burdan- bura qədər kəsib, bax belə kəsib, elə bil ki, belə cırıblar və onu mən paylaşa bilmirəm, elə yerin əməliyyatlarıdır ki, adam açıb paylaşa bilmir. Bu barmaq yoğunluğuna tikiş qoyub, üstəgəidəki, tikişdən əlavə altından elə bil ki, kant gedir, zoğ gedir, qara tikiş, üstündən də zoğ. Deyirəm ki, bu nədi belə. Deyir, get tatu elə ört də. Deyirəm, a kişi tatu nədi? Tatu nədi? Düzdü qarın hissəmdən buranı da eləmişdi, qarın hissəmi tatu elədim, örtülmədi. Təsəvvür edin, şramlar o qədər böyükdür ki, tatuyla örtülmədi. Onıiraslan, İnternational 2, şərəfsiz. Bədənşəkilləndirmə eləmişdi, sinə və qarın. Zibil günündədir. Mən də pis demirəm a, deyirəm ki, az pul verməmişəm sənə, 14 min manat pul vermişəm, pulumu qaytar, gedim adam kimi həkim tapım, əməliyyat elətdirim....»; «Polislər apardı bunu, əməliyyat zamanı, əli-qolunu bağladılar, gətirdilər bölməyə. Gətirdilər bölməyə həmən o həkimi və orda o şəkilləri ona sildirtdilər, başqa da nə elədiklərin bilmirəm, çünki, içəri salmışdılar onu. Saxladılar gecəyə qətlər onu orda. Başına oyun yəqin ki, gəlib-gəlməyib, deyə bilmərəm. Onun axırma mən çıxacam. Bu şeyi yadda saxlayın və çıxanda onu paylaşacam. Hə, üstəlik, bunun vergidən yayınmağı da ortaya çıxdı. Bu klinikada işləyir, İnternational 2-də işləyir və heç bir xəstəyə çek verrnir. Pulun alır və buraxır. Heç kimə çek vermir, vergidən yayınır bu insan. Vergidən yaymır. Ona da iş düşür, kiminsə şəklini paylaşmağına görə də iş düşür, əməliyyatı pis günə qoyduğuna görə də iş düşür. Tək mən deyiləm, nə qədər qızları bu günə qoyubdu. Mənim istədiyim nədir, həm pulumu tələb eliyirəm, üstəgəl də bunun işinə son qoymaq istəyirəm. Bu insan həkimlikdən azad olunsun. Bu bir daha həkim işləyə bilməsin. Buna stop qoyulsun. Və bunu da mən eləyəcəm. Eləyəcəm və paylaşım eləyəcəm. Paylaşım eləyəcəm ki. bilmirəm bu m əh kənıə işi bir ay çəkəcək, iki ay cəkəcək, üç ay təkəcək, bu paylaşımı mən eləyəcəm, butun xəbər sayıtlarına da paylaşacam. Baxsınlar bu həkimin axırına mən çıxacam. Çünki məni bədbəxt günə qoyub. Onu işələməyə mən qoymayacam, siz də görəcəksiniz, şahidi olacaqsınız. Prosto pis yerə ilişib. O işdən azad edilməlidir.... O insanı işdən azad elətdirəcəm, qoymayacam hakimliyini davam eləsin. Onun yediyi, camaatdan aldığı pulları haram-xoşu olsun. Əmiraslan Əmiraslanov. international 2-də işləyir. Nərimanov filialında. Klinikanın müdiri də onun kimi qoyundu. Götürübdü məni şikayət eliyibdi ki, klinikamızı təhqir eliyib. Videomu göstərdim, polisə dedim ki, baxın görün harda mən təhqir sözü işlətmişəm? Harda işlətmişəm? .... Mənim bu şəklimi üzüaçıq şəkildə. paltarsız paylaşdığına görə. Gördüz, üzü açıq, geyimsiz məni paylaşdığına görə onun var- yoxuun dağıdaram. Baxacaq ki, onda susmaq nədi, dinləmək nədi, camaatın şərəfinə toxunmaq nədi? Əməliyyata girirsən, qayıdıb belə eliyir ey, deyir ki, oğraşdı da, qayıdır belə cliyir e, əməliyyata girmədən öncə aşağıda danışırıq, gedib ödəniş eiiyirəm, uje hazırlaşıram, kabinetdə söhbət eliyir ki, qayıdır deyir ki, bu şərəfsiz, deyir mən bütün xəstələrində, 99 % -ilə yatıram. Əmiraslan deyir. Əmiraslan deyir ki, mən müştərilərində, pasiyetlərimlə 99 %-inən yatıranı. Və o təklifi mənə də elədi. Dedim başın getməsin, məni kiminləsə səhv salma, pulunu almısan, əməliyyatını elə. Və onu tək mən demirəm, nə qədər qızlar deyir ki, bizə də o təklifi edibdi. Üstəgəl ki, qızları şantaj eliyir, biz bilmirik axı, həkim əməliyyətdan Öncə şəkli çəkir axı, lüt. Ki, əvəvl və son. Götürür ona şantaj eliyir ki, paylaşaram. Necə ki, mənim şəkilimi paylaşıb. Əmiraslan Əmiraslanov, İnternational 2-də işləyir. Şərəfsiz. Onun axırına çıxaram mən. Zatən işi məhkəmədədir. Məni paylaşdığına görə onun axırına çıxacam. Qızları şantaj eliyir. Qızlar ki, gedib istiyir ki, pis eləmisən əməliyyatı, pulumu istiyirəm deyirsə, o qızların lüt şəklini paylaşır, həkim. Deyir ki, ya şəklini paylaşaram, ya da sus otur yerində. Qızlar da qorxusundan susurlar ki, lüt şəklimi paylaşarlar. Evlidir. Arvadının heç nədən xəbəri yoxdur ki, qızlara hansı əxlaqsız təkliflər eliyir. Şantajçıldır, camaatın lüt şəklini paylaşır, şantaj eliyir, deyir ki, əgər məndən şikayət eləsən, pulunu geri istəsən. Vergidən yayınır, çek vermir. Dövlət var, qanun var. Bunu gətirdilər əməliyyat zamanı, zəng elədilər, dedilər ki, gəl. Camaatın şəklini niyə paylaşmışam bu da dedi ki, mənim haqqınıda video paylaşıb, mən onun şəklini paylaşmışam. Polis dedi ki, dur gəl bura. O da dedi ki, gəlmirəm, vaxtım olanda vəkilimlə gələcəni. O sözdən sonra polislər getdilər onu əməliyyat zamanı klinikada əlini-qolun bağlayıb gətirdilər idarəyə. Ondan sonra ağzına pox tökdülər.... Ona görə o həkimin var-yoxun dağıdacam... Ona görə Əmiraslan kimi savadsız, biqeyrət, şərəfsiz həkimləri siz də paylaşın ki, camaatın qarşısına çıxsın. X29 paylaşıbdı, yalançı sertifikatlar alıb, savadsız həkimlər sırasında Əmiraslanın adı var, «patrul.az» paylaşıbdı onu. Nə qədər qızlar yazıb»; «Və bu günləri məni idarədən çağırdılar... İnanırsız əlim əsir də əsəbdən. Çox pis haldayam. Əsəblərim yerində deyil. Bu Əmiraslan nə böyük zibil çıxdı ki, mənim başıma. Nə qədər bu davam eliyəcək? Mən hər kəsdən, yəni məni burda tanıyanlardan, başına bu iş gələnlərdən, xanımlardan, nə bilim, mən dövlətimizdən artıq kömək istəyirəm. Bir azərbaycanlı xanım kimi, ki, mənə kömək olsunlar. Mənim haqqımı tapdalayırlar. Hansısa savadsız, yalançı sertifikat almış həkim. ... Mən indi həkim haqqında paylaşım eliyəcəm, nələr deyib, hansı təzyiqlər göstərilib, iki gündür inəndən nə istəyirlər, hansı polisə düşmüşəm, video şəklində paylaşım eliyəcəm. Onlar mənə təzyiq göstərir. Onlar mənə təzyiq göstərir, mən bu mövzunu qaldıracam, bu işi axıra qədər gedəcəm. Yəni, bilsinlər. Siz kimsiniz axı adama deyəllər, mənim anama zəng elətdirirsiniz. Uşaqlar deməli, belə. Bu günləri məni 18-ci Bölmədən çağırdılar. Bu gedib 18-ə məni şikayət edib ki, mən, guya ki, göstərdiyim bu videoda onu təhqir eləmişəm. Həkim məni şikayət eliyib ki, guya ki, mən onu bu videoada təhqir eləmişəm. Haqqımı alacam, götürübdü bu, şərəfsiz, məni bölməyə şikayət eliyibdi, guya nıən bunun klinikasın, şəxsiyyətin, guya bunun özün videoda paylaşıb təhqir eləmişəm. Mən videomu apardım bölməyə, göstərdim, dedim burda mənim söyüşlərimi çıxardın göstərin, həkimi əgər söymüşəmsə göstərin, mən bu işdən geri çəkiləcəm. Polisə dedim ki, siz mənə orda işlətdiyim ifadədə söyüş, təhqir, nalayiq sözlər görsədin, kiminsə var-yoxun söymüşəmsə mənə göstərin, mən bu işdən əl çəkəcəni, mən bu işin başın buraxacam.... Bu insan 2 gündür mənim anama təzyiq göstərir, yığdırdır başqa adanıardan, xahiş edirlər, yalvarırlar, sonra da şantaj eliyirlər ki, əgər ki, qızın şikayəti geri çəkməsə pis olacaq, artıq bizə hədə-qorxular gəlir. Bu həkimin onsuz da işidir ki, xanımların lüt şəklini çəksin və onlarla şantaj eləsin. İndi də ki, bunu edib, bilir ki, böyük səhv edib, mənim anama zəng elətdirlər, qohumlarıma zəng elətdirir, qohumun bu əməliyyata nə dəxlisi var, yəni mən qohum sözü ilə oturub-duran insan deyiləm, ya da qohumun zənginə cavab verən insan deyiləm. Bu adam gör nə qədər düşüncəsizdir ki, mənim anama, qohumlarıma zəng elətdirir. 14 min manat....»;- «Ay aman... Sizin bu bədəniniz eyni mənim bədənim halındadır, mənim bədənim eyni bu haldadır, eynən, yazıq qızın bədənin nə hala salıb? Camaatı nə günə qoyubdu, nə günə qoyub? Mənim anama da zəng elətdirirlər, iki gündür, böyük yerlərdən, çox böyük bir yerdən mənim anama da zəng gəlir ki, qızına denən, bizim haqqımızda canlı yayımda heç nə danışmasın. Ay xanım niyə qorxursunuz, nədən qorxursunuz ki, bədəniniz, nə haldadır, sizin? Mən sabahlarını, ya da bir azdan video çəkib paylaşacam, video çəkib paylaşacam o həkimlə bağlı, mənim geyimsiz, üzü açıq şəkildə, lüt şəkillərimi paylaşıb, o həkim., bədənimi nə hala salıb, sonra da şantaj eliyib, indi də mənim anamı şantaj eliyir. Bunan siz nədən qorxursuz ki, uzaq başı pulunuzu alacaqsız geri, gedin pulunuzu alın. Ya da istəyirsiniz, mənim nömrəmdir, bilirsiniz, qoşulun mənə, bir yerdə gedək. C amaatı nə hala salıbdı, qız mənə yazıb ki, şəklimi göstərmə, qızın bədəni nə haldadır, mən şokdayam, eliyin, zəng eliyin danışaq. Tamam görsədirəm, nömrənizi göstərməyəcən), Xanımlar baxm, xanımın bədənin nə hala salıb, bir dənə baxın, görün qızın bədənin nə hala salıb?. Gördüz həkim nə günə qoyub qızın bədinin? Eynisini də mənə edib, camaatın bədnin nə hala salıb, ayıb deyil? Mənim bədənim də bu haldadır. Gözləyin, qızın şəklini göstərəcəm, baxın, görün qızın bədənin nə hala salıbdı. Вахт. Xanım yazıb, indi tik-tokdan mənim nömrəmi götürül) yazıb. Baxın belə əməliyyat olur?. Mənim bədənin də bu haldadır. Eyni bu haldadır. Niyə tatı vurulmalıdır ki, gedib əməliyyat elətdirib ki, tatu elətdisin. Mənim bütün bədənini də burası, barası, burası, arxa tərəf, hamısı, mənim bədənim də bu haldadır. Görün nə hala salıb camaatı, pulumuzu istəyirik də, biz pulumuzu tələb cliyirik də. Baxın, Əmiraslanın əl işidir. Baxın ay millət, ay qızlar, Əmiraslan, İnternational klinika, mənim bədənim də bu haldadır, bu yazıq xanımın da bədəni bu haldadır. Baxın tikiş izinə baxın. Əmiraslanın əl işidir, qızlar. Biz, Onıiraslandan gedir söhbət» X7 2024-cü i!m oktyabr-noyabr aylarında, Bakı şəhərində müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Bv Vusale» Gözəllik salonunda, ünvan 7 ünvanında yerləşən «X32» əyləncə məkanında canlı yayımda "Tik-tok sosial şəbəkəsində X1 barəsində “Camaatın balasının ölümünə səbəb olub bu həkim", “Bu həkim bu qızın ölümünə səbəb olub", “Təsəvvür edin ki, mənə qızlar atıblar, “patrul.az” səhifəsi, bir dənə də xanım var, o da blogerdir, sırf belə şeylərlə məşğuldur. O da paylaşıb, savadsız həkimlər sırasında Əmiraslanın yeri, təsəvvür edin nə deməkdir? Bir xanım var mənə yazdı, onun qızı onun əlində ölüb, Əmiraslanın əlində, işi prokurorluqdadır, görək nolur? Təsəvvür edin deyib ki, qadına, qızın öldürübdü, deyir ki, qadına, aparat deyir, sönmüşdü, nə bilim neynəmişdi", «...Əmiraslan, deməli, paylaşandan sonra mənə nə qədər sübutuynan, mesajlar atıldı, qırxı təzə çıxıbdı qadının qızının, əməliyyat zamanı qızı öldürübdü, narkozdu, şeydi, beyni gedib nəysə. sonradan bir də narkoz verib, nəsə əməliyyat edib, uşağı öldürübdü, onun işi bu dəqiqə prokurorluqdadır...» məlumatlarını «adam öldürmə» kimi ağır və ya xüsusilə ağır cinayətdə ittiham elməklə kütləvi şəkildə yayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X7 2024-cü ilin oktyabr-noyabr aylarında. Bakı şəhərində müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri Nərimanov rayonunda yerləşən «By Vusale» Gözəllik salonunda, ünvan 10 ünvanında yerləşən «Star Baku C lub» əyləncə məkanında canlı yay ımda "Tik-tok" sosial şəbəkəsində X3 barəsində «...belə şərəfsizlər..», “Əmiraslanı şikayət eləmişəm, Əmiraslanın ağzına itin poxun tökəcəklər”, «qəssab», «apasnı həkimdir», «ikisi də heç zaddır, həkim deyillər», «savadsız qəssabdırlar», «şərəfsiz», «qəssab deyilən həkim», «bu şərəfsiz, var ha», «bu şərəfsiz», «bunun elədiyi tülkülüklər», «savadsız», «xəstə oğlu xəstə», «onun var-yoxun dağıdacam», «oğraşdı da», «ağzına pox tökdülər», «savadsız, biqeyrət, şərəfsiz» ifadələrini kütləvi şəkildə yaymaqla, bununla da onu kütləvi şəkildə təhqir etməklə Azərbaycan Respublikası ('inayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin nəzərinə çardınrtq ki, X22 tərəfindən "Tik-tok” sosial şəbəkəsində yayılmış qeyd edilən məlumatlar yalan məlumatlardır. Belə ki, xx.xx.1990-cı il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə «X15» MMf-пш ünvan 11 ünvanında yerləşən 2 saylı klinikasına müraciət etmiş, onun üzərində xx.xx.2023-cü il tarixdə "Bölgəsə! piylənmə, abdominoptoz. hər iki süd vəzinin İİ dərəcəli sallanması diaqnozu ilə "Liposaksiya. bədən şəki İlən dirmə, mamoplastika, abdotninoplastika” əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmiş, cavabdeh kafi vəziyyətdə evə buraxılmışdır. Daha sonra Musay eva Cahan Əzim qızı xx.xx.2024-cü il tarixdə klinikaya təkrar müraciət edərək süd vəzinin implanıının dəyişdirilməsini xahiş etmiş, həmin tarixdə X19 üzərində “Süd vəzinin implannnın dəyişdirilməsi və mastopeksiya'* əməliyyatı icra olunmuşdur. Əməliyyat və əməliyyat sonrası dövr fəsadsız keçmiş. X13 vəziyyətdə evə buraxılmışdır. Əməliyyatları doktor əmiraslan Əmiraslanov icra etmişdir. Lakin əməliyyat və əməliyyat sonrası dövrün fəsadsız keçməsinə. X8 vəziyyətdə evə buraxılmasına baxmayaraq. X22 əməliyyatların icra edilməsindən xeyli müddət sonra “Tik-tok" sosial şəbəkəsində davamlı olaraq doktor Əmiraslan Əmiraslanov barəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yuxarıda qeyd edilən yalan məlumatları yaymağa başlamış, həmin yalan, natamam, həqiqətə uyğun olmayan məlumatların kütləvi şəkildə yayılınası nəticəsində isə doktor Əmiraslan Əmiraslanovun şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnmiş, şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış, yalan məlumatların yayımlandığı tarixdən etibarən «X15» MMC-yə və şəxsən doktor Əmiraslan Əmiraslanova müraciət edən xəstələrin sayında ciddi azalma müşahidə edilmiş, müəssisənin mənfəəti, doktor Əmiraslan Əmiraslanovun gəlin xeyli azalmışdır, bununla da X19 törətdiyi cinayət əməllərinin nəticəsi olaraq X5 50.000 (əlli min) manat məbləğində qiymətləndirilən mənəvi və 50.000 (əlli min) manat məbləğində qiymətləndirilən maddi zərər vurulmuşdur. Vurulmuş zərərlə bağlı «X15» MMC və X10 tərəfindən X25ma qarşı mülki qaydada iddia qaldırılmışdır. Hazırda həmin mülki işə Ağdam rayon məhkəməsində baxılır. Qeyd edilən cinayət əməllən X22 tərəfindən Bakı şəhərində, müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Bv Vusale» Gözəllik salonunda, ünvan 12 ünvanında yerləşən «X32» əyləncə məkanında istifadəsində olan texniki vasitələr (mobil telefon, kompüter, noutbuk) vasitəsilə “Tık-tok" sosial şəbəkəsində 2024-cü ilin oktyabr-noyabr aylarında, canlı yayımda X3 barəsində yalan, həqiqətə uyğun olmayan, ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham edən böhtan xarakterli məlumatların yayılması, habelə şərəf və ləyaqəti kütləvi şəkildə nalayiq formada alçaldan ifadələrin yayılması ilə törədilmişdir. Həmin cinayət əməllərinin məhz X22 tərəfindən törədilməsi X19 özünün “Tik-tok" sosial şəbəkəsində paylaşdığı canlı yayım videoyazıları ilə. canlı yayımda payiaşılmış fotoşəkillərlə, tibbi sənədlərlə, şahidlər «X15» MMC-nin 2 saylı klinikasında həkim anestezioloq-reaniınotoloq X20. tibb bacısı X14, kiçik tibb bacısı X11 - ifadələri ilə təsdiq edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 nümayəndəsi (vəkili) “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs “Tik-tok" sosial şəbəkəsində onun barəsində təhqir və ya böhtan xarakterli məlumatların yayımlanmasını qeyd edir. Məhkəmə hesab edir ki, “Tik-tok" sosial şəbəkəsi Azərbaycan Respublikasında qeydiyyatda alınmadığından, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin yaşayış yeri üzrə baxılmalıdır. İş materiallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 rayonu, Ağdamkənd sahəsi ev 28 ünvanında yaşayır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalananları və qanunvericiliyin tələbləri baxımından hesab edir ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-125/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-125/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver