Məhkəmə qərarları › İş №1(005)-126/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-126/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-126/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində qeydiyyatda olan, Xutor qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.1 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama nəqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi X4 mülkiyyətində olan VAZ 2103 minik markalı, 50BM573 dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 xahişi ilə ünvan 1 saylı ünvanda yerləşən avtomobillərin təmiri emalatxanasına mühərrikini təmir etmək məqsədi ilə apararaq həmin gün təmir etdirsə də, Zərərçəkmiş şəxs2 aldadaraq avtomobilin guya təmirdə olmasını bildirib həmin tarixdə saat 17 radələrində avtomobillərin təmiri emalatxanasında avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, yəni qaçırıb idarə etmiş və zərərçəkmiş şəxsin polisə müraciətindən sonra xx xxxxxx 2019-cu il tarixdə o, Bakı şəhər, Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən həmin avtomobildə yaxalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 23:44 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün qarşısına qanunsuz ələ keçirdiyi “VAZ 2103" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək avtomobildə sürücü qismində əyləşib gözləmiş, Süleyman Fərzəliyev avtomobildən düşərək köşkə yaxınlaşıb satıcı Zərərçəkmiş şəxs1 ona məxsus hesabında 2 manat məbləğində danışıq konturu olan, 200 manat dəyərində “X17 6 Pro” markalı, “M1806E7TG” modelli mobil telefonu zəng etmək üçün alaraq köşkün qarşısından qaçıb Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmaqla özgə əmlakını açıq yolla talayaraq Zərərçəkmiş şəxs1 202 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 180.2.1 və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət işinin Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilmiş və o, CM-in 185.1-ci maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən hadisə törədilməmişdən 10 gün qabaq Bakı şəhərində X5 ilə tanış olmuş və bu müddət ərzində səmimi münasibətləri yaranmışdır. Demək olar ki, günün çox vaxtını onunla birlikdə keçirmişdir. İdarə etdiyi “VAZ 2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu Zərərçəkmiş şəxs2 məxsusdur. Şahin işlərinin çox olması ilə əlaqədar olaraq ondan xahiş etmişdir ki, həmin avtomobili ustaya aparıb təmir etdirsin. O da avtomobili təmir etdirdikdən sonra nəqliyyat vasitəsini idarə etmək üçün heç bir sənədi olmamasına baxmayaraq Şahinin icazəsi olmadan avtomobili qaçırmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 23 radələrində metronun Nərimanov stansiyası yaxınlığında yerləşən “Sevgilim” kafesinin qarşısında Süleymanla görüşmüşdür. Süleyman ona idarə etdiyi həmin avtomobillə gəzməyi təklif etmişdir. Süleymanın təklifi ilə razılaşaraq idarə etdiyi “VAZ 2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Nərimanov rayonu, F.X.Xoyski 101 saylı ünvandan keçdiyi zaman Süleyman yolun kənarında qəzet köşkünü göstərərək siqaret almaq üçün avtomobili saxlamağı xahiş etmişdir. O, avtomobili qəzet köşkünün qarşısından bir qədər qabaqda saxlamışdır. Süleyman maşından düşərək həmin qəzet köşkünə yaxınlaşıb bir neçə dəqiqədən sonra siqaret və qazlı su alaraq geri qayıtmışdır. Süleyman qəzet köşkündə işləyən satıcının mobil telefonunu danışmaq adı ilə aldığını bildirmiş və avtomobildə kiməsə zəng edərək danışmaq iştəmiş, lakin Süleymanın zəng etdiyi mobil nömrəyə zəng çatmamışdır. Bu zaman Süleyman avtomobildən düşərək həmin mobil telefonu qəzet köşkündə işləyən satıcıya geri qaytardıqdan sonra gəlib avtomobildə oturmuşdur. O, avtomobili idarə edib oradan bir qədər aralandıqdan sonra Süleyman ona qəzet köşkünə geri qayıtmağı bildirmişdir. O, Süleymandan nə üçün həmin qəzet köşkünə geri qayıtmasını soruşduqda Süleyman ona demişdir ki, qəzet köşkündə olan satıcının mobil telefonunu oğurlayacaqdır. O da Süleymanla satıcı oğlanın mobil telefonunu oğurlamasına razılaşaraq avtomobili idarə edib qəzet köşkünün yaxınlığında saxlamışdır. Süleyman avtomobildən düşərək qəzet köşkünə tərəf getmişdir. O isə avtomobildə oturub Süleymanı gözləyərək onun hərəkətlərini izləməyə başlamışdır. Süleyman satıcıya yaxınlaşaraq onu aldadıb mobil telefonunu danışmaq adı ilə alıb qaçaraq maşına əyləşib dərhal sürməyi söyləmiş və o da avtomobili işə salaraq oradan uzaqlaşmışlar. Süleyman avtomobildə getdikləri zaman ona söyləmişdir ki, səhəri günü mobil telefonu salaraq pulunu xərcləyəcəklər. O da Süleymanın bu təklifi ilə razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15:00 radələrində həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, metronun Memar Əcəmi stansiyasının yaxınlığında olan telefon satışı mağazaların birində həmin mobil telefonu Süleymanın şəxsiyyət vəsiqəsi ilə 100 manata satmış, aldıqları pulu birlikdə xərcləmişlər. xx.xx.2019-cu il tarixdə saat təxminən 20:00 radələrində o, tək idərə etdiyi həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Statistika dairəsi adlanan ərazidə yaşayış binalarının arasında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu tutub Nərimanov RPİ-nin 16-cı polis bölməsinə gətirmişlər. Son olaraq əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 saylı ünvanda yerləşən köşkdə satıcı işləyir. xx.xx.2019-cu il tarixdə saat təxminən 23:30 radələrində köşkdə işdə olduğu zaman “VAZ 2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin köşkdən bir qədər qarşıda dayandığını görmüşdür. Avtomobildə qabaqda sağ oturacaqda oturan cavan oğlan düşərək köşkə yaxınlaşıb bir qutu “LD” siqareti və 05 litrlik qazsız su alaraq pulunu ödədikdən sonra ondan danışmaq üçün mobil telefon istəmişdir. O da heç bir etiraz etmədən özünə məxsus 550 manat dəyərində “X17 6 Pro” markalı mobil telefonu həmin oğlana vermişdir. Həmin oğlan mobil telefonu götürərək gəldiyi avtomobilə yaxınlaşaraq telefonu maşında əyləşmiş sürücüyə vermişdir. Sürücü telefonla danışdıqdan sonra həmin oğlana qaytarmışdır. Həmin oğlan da mobl telefonu gətirib ona qaytarmışdır. Daha sonra onlar çıxıb getmişlər. Aradan təxminən 10-15 dəqiqə keçmiş həmin iki naməlum şəxslərin “VAZ 2106" markalı avtomobillə təkrarən onun işlədiyi qəzet köşkünün yaxınlığına gəldiklərini görmüşdür. Yenə də maşının qabaq sərnişin oturacağında əyləşmiş həmin oğlan maşından düşərək köşkə yaxınlaşaraq danışmaq üçün mobil telefonu istəmişdir. O yenə də heç bir etiraz etmədən mobil telefonu danışmaq üçün həmin şəxsə vermişdir. Həmin şəxslərdən şübhələndiyi üçün köşkdən çıxmışdır. Bu zaman telefonu verdiyi şəxs ondan bir qədər aralandıqdan sonra bir dəfə arxaya dönərək geriyə baxdıqda onun köşkün qarşısında duraraq ona tərəf baxmasını görüb maşına doğru qaçmağa başlamışdır. Mobil telefonunun həmin şəxs tərəfindən oğurlandığını başa düşərək onun ardınca qaçaraq avtomobilə yaxınlaşanda həmin şəxs maşına oturaraq sürücüyə avtomobili sürməsini söyləmişdir. Avtomobildə əyləşmiş sürücü də dərhal cəld şəkildə yüksək sürətlə maşını sürüb metronun Gənclik stansiyası istiqamətində hərəkət etmişdir. Bir neçə dəqiqədən sonra o, qonşu obyektin satıcısının mobil telefonu vasitəsi ilə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gecə Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları ondan ərizə və izahat almışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində onu Nərimanov RPİ-nin 16-cı polis bölməsinə dəvət etmişlər. O, bölmənin dəhlizində olarkən xx xxxxxx 2019-cu il tarixdə onun mobil telefonunu oğurlamış şəxsin gəldiyi avtomobilin sürücüsünü görüb tanımışdır. Bu barədə polis bölməsinin əməkdaşlarına da bildirmişdir. Polis bölməsində olduğu zaman avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, mobil telefonu ondan alıb qaçan şəxsin isə X5 olduğunu öyrənmişdir. Mobil telefonunun Süleymanın şəxsiyyət vəsiqəsi ilə metronun “Əcəmi” stansiyasının yaxınlığında satıldığı da polis bölməsində ona məlum olmuşdur. Polis bölməsində hətta X2 şəxsiyyət vəsiqəsinin surəti də ona təqdim olunmuş və o, polis əməkdaşlarına Süleymanı da tanıdığını, mobil telefonunun onun tərəfindən oğurlandığını söyləmişdir. Onun mobil telefonunda iki nömrə olmuşdur. Həmin nömrələrdən biri “Nar”, digəri isə “Azərcell” nömrəsi olmuşdur. “Azərcell”in balansında məbləğ olmamışdır. Lakin “Nar” nömrənin balansında 2 manat məbləğində vəsait olmuşdur. Son olaraq təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün satıcısı Zərərçəkmiş şəxs1 qarşı xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində törədilmiş soyğunçuluq faktı ilə əlaqədar cinayəti törətmiş şəxslərin istifadə etdikləri “VAZ 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığında yaşayış evlərinin arasında olması əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə həmin ünvana yollanmışlar. Həmin ünvana gəldikləri zaman göstərilən avtomobilin yaşayış evlərinin arasında həyətdə olduğunu görmüşlər. Avtomobilə yaxınlaşaraq sükan arxasında oturan, sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs özlərini təqdim edərək həmin şəxsi avtomobillə birlikdə Nərimanov RPİ-nin 16-cı polis bölməsinə gətirmişlər. Polis bölməsinə gəldikləri zaman soyğunçuluğa məruz qalan Zərərçəkmiş şəxs1 da bölmədə olmuşdur. Polis bölməsində xidməti otaqda Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, tanışı X5 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün qarşısında olarkən satıcı Zərərçəkmiş şəxs1 Süleymanın mobil telefonunu danışmaq bəhanəsi ilə alaraq qaçıb avtomobilə oturub uzaqlaşdıqlarını, hadisənin səhəri günü mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “Əcəmi” stansiyasının yaxınlığında mağazada Süleyman Fərzəliyevin şəxsiyyət vəsiqəsi ilə satdıqlarını etiraf etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və mənəvi zorakılıq edilməmişdir. İttiham aktının məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, ünvan 5 saylı ünvanda mobil telefonların alışı və satışı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində işlədiyi ünvana iki nəfər şəxs gələrək onlardan biri şəxsiyyət vəsiqəsini təqdim edərək özünə məxsus olan “Xiaomi Note 6 Pro” markalı mobil telefonu satdığını bildirmişdir. O, mobil telefonu yoxladıqdan sonra həmin şəxslərlə 110 manata razılaşıb birinin şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə mobil telefonu almışdır. Şəxsiyyət vəsiqəsinin surətinin arxasında həmin şəxslərin mobil telefon nömrələrini, mobil telefonun markasını, nə vaxt, hansı qiymələ aldığını qeyd etmişdir. Həmin mobil telefonu həmin gün mağazada şəxsiyyəti məlum olmayan müştəriyə 170 manata satmışdır. Həmin müştərinin şəxsiyyəti barədə məlumatlar onun tərəfindən götürülməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları mağazaya sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilə birlikdə gəlmişlər. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə mobil telefonu X5 ilə birlikdə ona satdığını bildirmişdir. Polis əməkdaşları faktı rəsmiləşdirərək ondan bu barədə izahat almışlar. Polis əməkdaşlarının işlədiyi mağazaya gətirdikləri həmin şəxsin deyil, onun yanında gələn şəxsin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Pulu da şəxsiyyət vəsiqəsini və mobil telefonu təqdim edən şəxsə vermişdir. Həmin şəxslərdən əvvəllər mobil telefon almamışdır. Mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, ünvan 6 saylı ünvanda yerləşən avtomobillərin təmiri emalatxanasında mühərrik təmiri ustası işləyir. 2019-cu ilin noyabr ayının əvvəllərində işlədiyi təmir sexinə şəxsiyyəti ona məlum olmayan “VAZ 2106” markalı, ** BM *** dövlət qeydiyyatlı avtomobili idarə edən cavan oğlan gələrək avtomobilin mühərrikinin nasaz olub təmirə ehtiyacı oduğunu bildirmişdir. Avtomobilin ilkin müayinəsi zamanı lazım olan ehtiyyat hissələrinin alınması və təmiri ilə əlaqədar xərcin 100 manat məbləğində olmasını həmin şəxsə bildirmişdir. Həmin şəxs onunla razılaşmışdır. Həmin sürücü ona köməklik edən şəxslə yaxınlıqda olan avtomobillərin ehtiyat hissələri satılan mağazaya gedərək 28 manat dəyərində ehtiyat hissələri almış, pulu olmadığını bildirərək mobil telefonunu girov qoymaq istəmişdir. Lakin satıcı razılaşmayaraq, usta kimi onu tanıdığından telefonu götürməmiş, onun verdiyi 5 manat pulu almış və ehtiyyat hissələrini ona təqdim elmişdir. Özünü sürücü kimi təqdim edən şəxs onun mobil telefonu ilə xalası oğluna pul gətirmək üçün zəng etmişdir. Aradan bir qədər keçmiş təmir sexinə arıq, sarıbəniz oğlan gəlmişdir. Həmin oğlanın verdiyi 30 manat pulu avtomobilin təmirinə işlədiləcək ehtiyat hissələrinin dəyərinə görə mağazaya ödənilmişdir. Həmin şəxslər getmişlər. Bir neçə saatdan sonra avtomobili ona təmir üçün təqdim edən oğlan sexə gəlmişdir. Avtomobil artıq təmir olunduğundan həmin oğlan pulu olmadığını bildirərək mobil telefonu ona zəhmət haqqı kimi girov qoyub səhərisi günü 50 manat pul gətirəcəyini vəd elmişdir. Lakin o, həmin oğlana inanaraq mobil telefonu girov kimi götürməmiş və avtomobili ona təqdim etmişdir. Həmin şəxs çıxıb getmişdir. Səhərisi günü avtomobili təmir etdirən şəxs gəlib çıxmamış və onun zəhmət haqqını ödəməmişdir. O həmin şəxsin nömrəsini hazırda unutduğu mobil telefonuna zəng vurmuşdur. Lakin həmin nömrəyə zəng çatmamışdır. Bundan sonra o, daha həmin nömrəyə zəng vurmamışdır. Aradan bir neçə gün keçdikdən sonra avtomobili təmir edən gün özünü sürücünün xalası oğlu kimi təqdim edib avtomobilin ehtiyat hissələrinin pulunu ödəyən oğlan ona zəng edərək avtomobilin sahibi olduğunu söyləyərək təmirlə maraqlanmışdır. O, həmin oğlana bildirmişdir ki, avtomobil həmin gün təmir olunmuş və avtomobil təmir etdirən şəxsə verilmişdir. Həmin şəxs isə ona demişdir ki, avtomobili təmir etməyə gətirmiş şəxs avtomobilin sahibi deyildir. Avtomobilin sahibi o, özüdür. Lakin o, özünü avtomobili təmir etməyə gətirmiş şəxsin sözünə görə onun xalası oğlu kimi təqdim etmişdir. Həmin gün o, öyrənmişdir ki, avtomobili təmir üçün gətirmiş şəxs avtomobilin sahibi deyil. Avtomobili təmir üçün sexə gətirmiş şəxsi və özünü həmin şəxsin xalası oğlu kimi ona təqdim edən şəxsləri tanımır. Avtomobilin təmiri ilə əlaqədar ona veriləcək zəhmət haqqının məbləği 50 manat təşkil edir. Həmin məbləğin ödənilməsini təmin etməyi xahiş edir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsində 2015-ci ildən baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün satıcısı Zərərçəkmiş şəxs1 qarşı xx xxxxxx 2019-cu il tarixdə saal 23 radələrində törədilmiş soyğunçuluq faktı ilə əlaqədar cinayəti törətmiş şəxslərin istifadə etdikləri “VAZ 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığında yaşayış evlərinin arasında olması əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid4lə birlikdə həmin ünvana yollanmışlar. Həmin ünvana gəldikləri zaman göstərilən avtomobilin yaşayış evlərinin arasında həyətdə olduğunu görmüşlər. Avtomobilə yaxınlaşaraq sükan arxasında oturan, sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs özlərini təqdim edərək həmin şəxsi avtomobillə birlikdə Nərimanov RPİ-nin 16-cı polis bölməsinə gətirmişlər. Polis bölməsinə gəldikləri zaman soyğunçuluğa məruz qalan Zərərçəkmiş şəxs1 da bölmədə olmuşdur. Polis bölməsində xidməti otaqda Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, tanışı X5 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün qarşısında olarkən satıcı Zərərçəkmiş şəxs1 Süleymanın mobil telefonunu danışmaq bəhanəsi ilə alaraq qaçıb avtomobilə oturub uzaqlaşdıqlarını, hadisənin səhəri günü mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “Əcəmi” stansiyasının yaxınlığında mağazada Süleyman Fərzəliyevin şəxsiyyət vəsiqəsi ilə satdıqlarını etiraf etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və mənəvi zorakılıq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3 rayonunda baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə gəlib hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. O, Vət. Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında əməliyyat qrupu ilə hadisə yerinə getmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 101 saylı ünvanın qarşısıdır. Hadisə yerində məlum oldu ki, hadisə qeyd olunan ünvanda qəzet satışı köşkünün qarşısında baş vermişdir. Həmin köşkün qarşısında iki tərəfli nəqliyyat yolu var. Arxa tərəfində isə 5 saylı kliniki xəstəxana vardır. Hadisə yerinin yaxınlığında TŞ6-002 saylı təhlükəsiz şəhər kamerası var; “Kamera görüntüsünə baxış keçirilməsi və götürülməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər, Nərimanov RPİ-nin 16-cı polis bölməsinin təhqiqatçısı X13 xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünün satıcısı İsayev Nurlan Həzi oğluna qarşı soyğunçuluq faktı ilə əlaqədar araşdırma zamanı qəzet köşkünə quraşdırılan kameranın görüntüsünə baxış keçirmişdir. Baxış zamanı görüntülərdə xx.xx.2019-cu il tarixdə saat 23:44 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu X16 küçəsi 101 saylı ünvanda yerləşən qəzet köşkünə sonradan şəxsiyyəti müəyyən edilmiş xx.xx.2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş X2 yaxınlaşaraq bir ədəd mobil telefonu köşkün içərisində görüntüsü görünməyən şəxsdən alıb oradan uzaqlaşmasının əks olunması müəyyən edildi. Həmin görüntülər bir ədəd DVD diskə köçürülərək konvertdə qablaşdırılaraq götürüldü; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1169/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 67, 305-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-132/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 305-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 111/2014 saylı, xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün hissəsi qismən birləşdirməklə hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 715 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir il əvvəl alınmış 1 ədəd “X17 6 Pro” markalı “M1806E7TG” model mobil telefonun satış üçün komlektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq hazırki orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200.00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyərini 50 (əlli) manat təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-203/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, X5 CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-in 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf edərək peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residvin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 67, 305-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə də, CM-in 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğurluq cinayətinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı onun hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanı çəkib qurtardığı gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx xxxxxx 2019-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmadır. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin yarısı - 25 (iyirmi beş) manat məbləğin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(005)-203/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub hazırki cinayət əməlini törətdiyi X1 tutulmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, həmin məbləğin qalan hissəsi, yəni 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X11 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 40 (qırx) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 30 (otuz) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X7 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X11 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar